Məhkəmə qərarları › İş №2-1(3-6)-798/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-798/2026

30.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-798/2026 30.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Ceyhun Bəşir oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasından tutulan vəsaitlərin indeksasiya olunaraq bərpa olunması və sair″ tələbinə dair Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək pensiyasından tutulan vəsaitlərin indeksasiya olunaraq bərpa olunması, qanunla nəzərdə tutulan, hesablanmayan əlavələrin pensiyasına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və vurulmuş ziyana görə 100 min manat kompensasiyanın cavabdehdən tutulub ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "Əmək pensiyaları haqqında" Qanunla, Azərbaycan Respublikası Prezidentinin Fərmanı, Nazirlər Kabinetinin qərarı ilə 1-ci dərəcəli DİNin zabit Qarabağ əlili kimi iddiaçıya şamil edilən ödənişləri, əlavələri hesablamır. Əksinə, pensiya məbləğini azaldır. Onun cavabdehə müraciətində göstərdiyi və həllini tapmayan, verilməyən ödənişlər və əlavələr aşağıdakılardır: 1. Pensiyası 2007-ci ildə DİN-dən DSMF-ə keçəndə "Əmək pensiyaları haqqında" qanunun 26.1-ci maddəsinə zidd olaraq ayda 45,10 manat azaldılıb. 12 aya- 1 ilə 540, 2 manat edir. 18 ilə 9734,6 manat (18×540,2=9734,6) cavabdehin ona borcu yaranıb. Dəbbə pulunu (günə 1%) da əlavə etsək, bir günə 0,45 manat, bir aya 13, 5 manat, bir ilə 162 manat, 18 ilə 2916 m-t (18×162=2916) dəbbə pulu + 9734,6 manat əsas borc= 12650,6 (on iki min altı yüz əlli manat altmış qəpik) manat təşkil edir. 2."Əmək pensiyaları haqqında" Qanunun 19.1.4 maddəsinə görə 1-ci qrup əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün 11 manat məbləğində əmək pensiyasına əlavə verilməyib. Bu maddə 2019-cu ilin # #####indən ləğv olunub və həmin şəxslərə qulluq edən şəxslərə Prezident təqaüdü kimi verilir, hazırda təqaüdün məbləği 100 manatdır. Qanunun qüvvəyə mindiyi 2006-cı ildən 2019- cu ilin aprelinə kimi 13 il 3 ayın əlavəsi 1716 manat edir. (156 ay ×11 manat= 1716) Günə 1,7 manat dəbbə pulu aya 51 manat , 156 aya 7956 manat (156×51=7956) edir. Toplam 9672 manat (1716+7956=9672 (doqquz min altı yüz yetmiş iki ) manat təşkil edir. 3. NK-nın ##.##.2013 tarixli, * saylı qərarı ilə hərbçilərə verilən ərzaq payı norması 64 manatdan 128 manata qaldırılıb və 3 ildir ki, 200 manat təşkil edir. 13-cü ildir -160 aydır bu artım hesablanmır. 10 ilə- 120 aya 64 manat hesabı ilə 7680 (120×64=7680)manat, 40 aya 136 (200-64=136) manat hesabı ilə 5440 manat, toplam 13120 (on üç min yüz iyirmi ) manat ödənilməlidir. 4. Prezidentin 23.12. 2021-ci il tarixli **** saylı Fərmanı ilə hərbiçilərin vəzifə maaşına müəyyən olunan 20 faizlik əlavə "Əmək pensiyaları haqqında" Qanunun 29.2 maddəsinə əsasən ( hərbçilərin tutmuş olduqları vəzifələr üzrə əmək haqqı sonradan artırıldıqda bu artımlar nəzərə alınmaqla qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır) pensiyasına əlavə yenidən hesablanmayıb. 29.2-ci maddə # ###### 2022-ci il tarixli qanunla ləğv olunub. Yəni bu ləğv olunma 1 il qabaqkı fərmana şamil oluna bilməz. Konstitusiyanın 149-cu maddəsinin VII hissəsi, Mülki Məcəllənin 7-ci maddəsi qanunun geriyə qüvvəsinin şamil olunmadığını təsbit edir. Yalnız şəxsin vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ aktların geriyə qüvvəsi şamil olunur. 5. "Əmək pensiyaları haqqında" Qanuna ## ### 2022-ci il tarixli ***-VIQD nömrəli qanunla edilən 37.3.2.-1 maddəsinə görə, əlilliyə görə pensiya təyin olunduqdan sonra işləməyə davam etdiyinə görə, pensiya təyin olunandan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə pensiya müraciəti əsasında yenidən hesablanmır. Cavabdeh ona qarşı qərəzli ayrı-seçkilik edir. Qanunda işləməyən əmək pensiyası kateqoriyası nəzərdə tutulduğu halda cavabdeh qəsdən, qərəzlə kateqoriya anlayışını işi dayandırmaq kimi izah edir. Halbuki bu yanlış izahdır. Qeyd edir ki, cavabdeh 1993-cü ildən ona təyin olunan pensiyanı 2 dəfə azaldıb: 1. Pensiyası 2007- ci ildə DSMF-ə keçəndə 45,10 manat azaldılıb. Halbuki "Əmək pensiyaları haqqında" qanunun 26.1-ci maddəsinə görə, 2017ci il ####un #-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. 26.3 maddəsinə görə, 2017-ci ilin ####un #-dək bu qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il ####un #-i tarixinə azaldılmamaqla ödənilir. Onun 1993-cü ildə təyin olunan pensiyası isə 45,10 manat azaldılmaqla ödəyirlər. Cavabdeh orqan iddiaya etiraz edir və bildirir ki, iddiaçıya AR Daxili İşlər Nazirliyi tərəfindən ##.##.1993-cü il tarixdən birinci dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Bundan sonra müvafiq fərmana əsasən pensiya cavabdeh tərəfindən ödənilmişdir. Onun əmək pensiyası ##.##.2019-cu il tarixdən vaxtiylə sonuncu xidmət etdiyi orqan tərəfindən daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 530 manat, rütbə maaşı 144 manat, vəzifə və rütbə maaşının cəmindən hesablanan xidmət illərinə görə 5 faiz əlavəsi 33,70 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64 manat olmaqla, cəmi təminat xərcliyi 771,70 manat təşkil edib və həmin məbləğin 100 faizi miqdarında iddiaçıya pensiya hesablanmışdır. ##.##.2023-cü il tarixdən indeksləşdirmə nəticəsində pensiya 1082,70 manat müəyyən edilmişdir. Qeyd edilir ki, * saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin ##.##.2017-ci il tarixli *-*(**)-****/**** nömrəli qərarı əsasında pensiya məbləğinə əlavənin ödənilməsinə başlanılmışdır. Bundan sonra qanuna edilmiş müvafiq dəyişiklik əsasında 110 manat əlavənin bütün şəxslərə ödənilməsi dayandırılmışdır. Eyni zamanda qeyd olunan maddənin ləğvi müvafiq kateqoriyadan olan şəxslərin sosial ödənişinin - Prezident təqaüdünün məbləğinin artırılması ilə paralel aparılmışdır. Belə ki, adıçəkilən şəxsə “Azərbaycan Respublikasının suverenliyi və bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları ölkələrdə beynəlmilləl borcu yerinə yetirməklə bağlı İ dərəcə müharibə ” ödənilən Azərbaycan Respublikası Prezidentinin 250 manat məbləğində müvafiq fərmana əsasən ##.##.2021-ci il tarixindən 400 manata artırılmışdır (##.##.2023-cü il tarixindən isə 500 manat). Daha sonra müvafiq araşdırma zamanı lazımi məlumatlar vaxtilə elektron bazaya daxil edilmədiyindən iddiaçının pensiyasında yuxarıda göstərilən əlavənin vaxtında dayandırılmadığı və nəticə etibarilə ##.##.2021-##.##.2023-cü il tarixləri arasındakı dövr ərzində 3188,37 manat artıq vəsait ödənildiyi aşkar edilmişdir. Bununla əlaqədar cavabdeh tərəfindən “əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2023-cü il tarixli *-**-*/*-*-****/**** nömrəli qərar qəbul edilərək 2023-cü ilin aprel ayında pensiyası yenidən hesablanaraq 1112,44 manatdan 973,65 manata azaldılmışdır. Həmin artıq ödənilmiş 3188,37 manat vəsaitin onun əmək pensiyasından tutularaq büdcəyə bərpa məqsədilə iddiaçının yazılı razılığını qısa müddətdə cavabdehə təqdim etməyi xahiş olunmuş, lakin razılıq hələ də təqdim edilməmişdir. Məlumat üçün bildiririlir ki, iddiaçının vaxtilə sonuncu xidmət etdiyi orqandan cavabdehə daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı # ######## 2019-cu il tarixdən 530 manat, rütbə maaşı 144 manat, xidmət illərinə görə 5 faiz əlavəsi 33,70 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64 manat olmaqla cəmi təminat xərcliyi 771,70 manat təşkil etmişdir. İddiaçının əmək pensiyası “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İ dərəcə görə təminat xərcliyinin 100 faizi miqdarında müəyyən edilmişdir. Eyni zamanda Qanunun # ###### 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən pensiya məbləğinin 10 faizi miqdarında maddi yardımın pensiyanın daxil edilməsi və ümumi pensiya məbləğlərinin həmin tarixdən 14,7 faiz indeksləşdirilməsi nəticəsində onun qanuni əmək pensiyası 973,65 manat təşkil edib. Növbəti dəfə ##.##.2024-cü il tarixindən ümumi əmək pensiyalarının 11,2 faiz indeksləşdirilməsi ilə əlaqədar iddiaçının pensiyası 1082,70 manat məbləğində edilərək müvafiq kart hesabına köçürülür. Qeyd edilir ki, iş üzrə əlavə edilmiş materiallardan göründüyü kimi iddiaçı mövcud tələblə (vurulmuş ziyana görə kompensasiya ödənilməsi) bağlı inzibati orqana müraciət etməmiş və məhkəməyə iddia ərizəsi ünvanlamışdır. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasına, prosessual qanunvericiliyə zidd olaraq hüquq və azadlıqların inzibati qaydada və məhkəmə təminatı, hüquqi yardım, sosial təminat hüquqlarını, etik davranış normalarını pozaraq, hakimə etirazına, iclasın videokonfrans əlaqə sistemi vasitəsilə keçirilməsi, dövlət hesabına vəkillə təminatı barədə ərizə, vəsatətlərinə baxmadan, hüquqi yardım etmədən , iştirakını qəsdən təmin etmədən, dinlənilmə hüququnu pozaraq 9,5 aydan sonra iddianın mümkün sayılmaması haqqında qərardad çıxarmışdır. Bu qərardad heç bir normativ akta əsaslanmır, tərəflərin hüquq bərabərliyi prinsipinin, çəkişmə prinsipinin, hakimlərin müstəqilliyi prinsipinin, hakimin hüquqi yardım göstərməyə borclu olması prinsipinin pozulması ilə qəbul edilmişdir. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmuş, etiraz iddiaya dair etiraza uyğun əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadını qüvvədə saxlanmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsada məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə verilmiş apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. II. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək sonrakı prosessual hərəkətlərin edilməsi üçün inzibati iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, hazırki iş üzrə iddiaçının əsas hüquqi marağı onun pensiyasından tutulan vəsaitlərin indeksasiya olunaraq bərpa olunması, qanunla nəzərdə tutulan, hesablanmayan əlavələrin pensiyasına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və vurulmuş ziyana görə 100 min manat kompensasiyanın cavabdehdən tutularaq ona ödənilməsindən ibarətdir. İşin apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş ## ##### 2026-cı il tarixli *-**-*/*- *****/**** saylı cavab məktubundan (apellyasiya şikayətinə verilən etiraza əsaslanmışdır) görünür ki, 2023cü ilin aprel ayında İddiaçı pensiyası yenidən hesablandıqda 3188,37 manat artıq ödəmə müəyyən edilmişdir. Həmin artıq ödənilmiş vəsaitdən onun əmək pensiyasından tutularaq budcəyə bərpa edilməsi məqsədi ilə Mərkəzi filiala dəvət edilmiş, lakin İddiaçı ərizə verilməsi üçün filiala gəlməmişdir. Müvafiq indeksasiya aparıldıqdan sonra iddiaçının əmək pensiyası 1082,70 manata çatdırılmışdır. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iddiaçıya məktub ünvanlayaraq iddia ərizəsinin qeyri-müəyyən olunduğunu bildirmiş və dəqiqləşdirilmiş iddia ərizəsinin məhkəməyə təqdim edilməsini xahiş etmişdir. ##.##.2025-ci ildə iddiaçı dəqiqləşdirmə ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək: 1) "Əmək pensiyaları haqqında" Qanunun 26.1-ci maddəsinə zidd olaraq DİN-dən daxil olan pensiya məbləğinin 45,10 manat azaldılmasının bərpası və dəbbə pulu ilə birlikdə 12650 manat ziyan məbləğinin ödənilməsini; 2) 2006-cı ildən 2019-cu ilin aprelinə verilməyən 1-ci dərəcəli əlilə qulluğa görə aylıq 11 manatın dəbbə pulu ilə birlikdə 9672 manat məbləğində ödənilməsini; 3) Nazirlər Kabinetini ##.##.2013-cü il tarixli Qərarı ilə 12 ildir artan ərzaq payı normasının pensiyaya hesablanması və 12 il üçün 13120 manatın ödənilməsini; 4) Azərbaycan Respublikası Prezidentinin ##.##.2021-ci il tarixli, **** saylı Fərmanı ilə müəyyən olunan 20 faizlik əlavəyə uyğun yenidən hesablanmasını; 5) "Əmək pensiyaları haqqında" Qanuna ##.##.2022-ci il tarixli qanunla edilən 37.3.2-1-ci maddəsinə əsasən pensiyaya çıxdığım 1993cü ildən indiyə kimi işi davam etdirdiyimə görə yığılan pensiya kapitalına uyğun pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması və kompensasiya olaraq 100 (yüz) min manat cavabdehdən tutulub ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Lakin, birinci instansiya məhkəməsi *-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadında iddiaçının iddia tələbində qeyri-müəyyən tələblər irəli sürdüyünü, çatmaq istədiyi məqsədə nail olmaq üçün iddia ərizəsinin tələb hissəsində öz xahişini düzgün ifadə edə bilmədiyini, tələbinin mücərrəd və anlaşılmaz olduğuna istinad edərək, iddianı qeyri-mümkün hesab etmişdir. Məhkəmə kolleqiyası İddiaçı tərəfindən verilmiş dəqiqləşdirilmiş ərizəyə nəzər salaraq belə qənaətə gəlir ki, onunla cavabdeh təşkilat arasında yaranmış publik hüquq münasibətlərdən irəli gələn mübahisələrin həlli ilə əlaqədar o, məhkəməyə müraciət etmək hüququna malikdir və dəqiqləşdirilmiş tələblər aydın və başa düşülən olduğundan birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinə mahiyyəti üzrə baxılaraq hüquqi qiymət verilməlidir. Odur ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə iddiaçının ərizəsi birinci instansiya məhkəməsinin araşdırma predmeti olmadığına görə kollegiya hesab edir ki, sonrakı prosessual hərəkətlərin edilməsi üçün inzibati iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli, iş qeyd olunan halların ətraflı araşdırılması məqsədi ilə həmin məhkəməyə göndərilməlidir. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar