Azərbaycan̈Respublikası̈adından Qərar Bakı̈şəhəri İş̈№̈2-1(3-6)-803/2026 01.05.2026 BAKÏAPELLYASIYÄMƏHKƏMƏSI hakimlər Qasımov Vidadi Kamal oğlu (sədrlik edən və məruzəçi), Mədətli Fərid Ilham oğlu və X3̈ibarəẗtərkibdə, Əlizadə̈Bahar̈Famil̈qızının̈katibliyïilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı "qərarın ləğv edilməsi" tələbinə dair Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli ##.##.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı "xxxx" MMC ##.##.2022-ci ildə vergi qeydiyyatına alınmış və əsas fəaliyyət sahəsi "Elektrik işıqlandırıcı avadanlıqlarının təmiri və texniki xidməti; elektrik şəbəkəsi üçün qurğuların̈təmirïvə̈texnikïxidməti"̈olmuşdur. Cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş Idarəsinin "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə" ##.##.2024-cü il tarixli **************** nömrəli qərarı ilə iddiaçı "xxxx" MMC̈risklïvergïödəyicisïhesab̈edilmişdir. BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ APARILAN ICRAAT: Iddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, cavabdehin ##.##.2024-cü il tarixli qərarının ləğv olunmasını̈xahiş̈etmişdir. Iddiaçı "xxxx" MMC və "xxxx" MMC tərəfindən ##.##.2024-cü ildə ərizə ilə məhkəməyə müraciət edilərək, iddiaçı "xxxx" MMC-nin əsl iddiaçı "xxxx" MMC ilə əvəz olunması xahiş edilmişdir. Məhkəmənin ##.##.2024-cü il tarixli qərardadı ilə əsl olmayan iddiaçı "xxxx" MMC əsl iddiaçı̈"xxxx"̈MMC̈ilə̈əvəz̈edilmişdir. Iddiaçının nümayəndəsi ##.##.2024-cü ildə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin ##.##.2024-cü il tarixli **************** nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir. Məhkəmənin ##.##.2024-cü il tarixli qərardadı ilə ərizə̈məhkəmənin̈icraatınäqəbul̈edilmişdir. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı MMC-nin riskli vergi ödəyicisi hesab olunmasının əsası kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicilərinin Meyarları"nın 2.1.2-ci yarımbəndinə istinad olunmuşdur. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən, əmtəəsiz əməliyyat - vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Yəni vergi nəzarəti tədbiri ilə faktiki olaraq mal (iş, xidmət) təqdim edilmədən əməliyyat aparılması şəxsin riskli vergi ödəyicisi kimi tanınması əsaslarından biridir. Lakin qeyd olunan bəndin "xxxx" MMCnin fəaliyyəti ilə hər hansı əlaqəsi yoxdur. Müəssisənin fəaliyyəti rəsmi şəkildə qanunvericiliyə uyğun formada həyata keçirilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli qərarda qeyd olunan yanaşmaya dair hər hansı əsaslandırma aparılmamış, "Inzibati icraat haqqında" Qanunun 61-ci maddəsinin tələbləri pozulmuşdur. Həmçinin, cavabdeh iddiaçının əmtəəsiz əməliyyat apardığını iddia etsə də, onun satış dövriyyəsini olduğu kimi qəbul edir. Əgər əməliyyat əmtəəsizdirsə, demək ki, gəlir (satış) da yoxdur və cavabdeh bəyannamələrdə həmin̈məbləğlərïdə̈azaltmalı̈idi. Cavabdeh iddianı qəbul etməmiş və etirazında bildirmişdir ki, uçot baza məlumatlarına əsasən, iddiaçı ##.##.2022-ci ildə vergi qeydiyyatına alınmış və əsas fəaliyyət sahəsi "Elektrik işıqlandırıcı avadanlıqlarının təmiri və texniki xidməti; elektrik şəbəkəsi üçün qurğuların təmiri və texniki xidməti" olmuşdur. Keçirilən ##.##.2024-cü il tarixli operativ vergi nəzarəti tədbirləri çərçivəsində iddiaçının ünvan 2 ünvanında yerləşən ofis adlı təsərrüfat subyektində aparılan müşahidələr zamanı cəmiyyətin rəhbəri X1 ilə telefon əlaqəsi saxlamaq mümkün olmadığından obyekti icarəyə verən X2 ilə əlaqə saxlanılmışdır. Telefon danışığı zamanı Rüfət Bədəlov obyektin artıq yaşayış binasında mənzil olduğunu və "xxxx" MMC ilə icarə müqaviləsinə xitam verdiyini bildirmişdir. Göründüyü kimi, iddiaçı "xxxx" MMC vergi nəzarəti tədbiri zamanı başqa əməliyyatı pərdələmək məqsədilə adına obyekt olmadan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə əməliyyatları rəsmiləşdirmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.81-ci yarımbəndinə əsasən, əmtəəsiz əməliyyat - vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Beləliklə, iddiaçı "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə" ##.##.2024cü il tarixli **************** nömrəli qərar ilə riskli vergi ödəyicisi hesab edilmişdir. Həmçinin, qərar qəbul edilməmişdən öncə iddiaçıya ##.##.2024-cü il tarixli **************** nömrəli "Riskli əməliyyatların araşdırılması barədə" məktub göndərilmiş və məktubda bildirilmişdir ki, qarşılıqlı əməliyyatlar üzrə aparılmış vergi nəzarəti tədbirləri zamanı təqdim olunmuş e-qaimələrdə əmtəəsiz əməliyyatlar aparılması faktı aşkar edilmişdir. (Risk meyarlarının 2.1.2-ci yarımbəndinə əsasən) Iddiaçıdan xahiş edilmişdir ki, qeyd edilən hallarla bağlı müvafiq dürüstləşdirmələrin aparılması məqsədi ilə 5 iş günü ərzində saat 11-dən 17-dək cavabdehin (***)***-**-** nömrəsi ilə əlaqə saxlasın. Eyni zamanda, əks halda, vergi ödəyicisinə risk qərarının çıxarılmasına dair xəbərdarlıq edilmişdir. Lakin iddiaçı edilən xəbərdarlıqlara baxmayaraq, qeyd edilən məsələlərin aydınlaşdırılması məqsədi ilə cavabdehə müraciət etməmişdir. Bütün bunlara müvafiq olaraq, cavabdehin "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə" ##.##.2024-cü il tarixli **************** nömrəli qərarı ilə iddiaçı "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmişdir. (risk meyarı: 2.1.2-ci yarımbəndinə əsasən aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması̈aşkar̈edildikdə). Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli ##.##.2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, cavabdehin "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə"̈##.##.2024-cü̈il̈tarixlï****************̈nömrəlïqərarı̈ləğv̈edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları"nın 2.1.2-ci bəndində nəzərdə tutulan riskli əməliyyat apardığını əsas gətirərək onu riskli vergi ödəyicisi hesab etmişdir. Həmin bəndə əsasən, aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparmasının aşkar edilməsi risk meyarı kimi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə görə, əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Cavabdeh əməliyyatın əmtəəsiz olduğuna istinad etmək üçün, həmin əməliyyat baş verən anda bunun əmtəəsiz həyata keçirildiyini real olaraq müəyyən etməlidir. Cavabdeh yalnız qarşılıqlı əməliyyatlar üzrə aparılmış vergi nəzarəti tədbirləri zamanı təqdim olunmuş e-qaimələrdə əmtəəsiz əməliyyatlar aparılması faktı olduğunu qeyd etmiş və əməliyyatları əmtəəsiz kimi qiymətləndirmişdir. Vergi qanunvericiliyinə əsasən, əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalıdır. Başqa sözlə, vergi orqanı ehtimallara, fərziyyələrə əsasən, vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. Vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqini tapması zəruridir. Iddiaçının qeydiyyatda olan təsərrüfat obyektinin olmaması özlüyündə vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması nəticəsinə gəlməyə əsas verə bilməz. Hazırkı iş üzrə müvafiq malların (xidmətlərin) faktiki olaraq təqdim edilib-edilməməsi cavabdeh tərəfindən araşdırılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları"nın tətbiqi zamanı qərarın hərfi təfsirinə yol verilməməli, müvafiq maddələr tənzimləmənin ümumi məqsədi nəzərə alınaraq tətbiq edilməlidir. Belə ki, hüquq normasını tətbiq etməzdən əvvəl onun həqiqi məzmununu aydınlaşdırmaq, tənzimləyicinin sözlə ifadə etdiyi mahiyyətin aşkara çıxarılması lazımdır. Bu zaman vergi orqanı tərəfindən araşdırılmalı olan hal, ehtimallar əsasında (vergi ödəyicisinin əleyhinə gəlinən qənaətlə) deyil, qarşılıqlı yoxlama və ya vergi nəzarəti tədbirləri nəticəsində (operativ vergi nəzarəti) həmin əmtəə̈və̈yäxidmətin̈həqiqətən̈təqdim̈edilmiş̈olmasını̈yoxlamaqdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin̈olunmamasını̈xahiş̈etmişdir. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSINDƏ APARILAN BIRINCI ICRAAT: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının fəaliyyəti üzrə aparılmış təhlillər nəticəsində məlum olmuşdur ki, vergi ödəyicilərinin mövcud olan iqtisadi resursları (təsərrüfat obyekti, işçi qüvvəsi, əsas vəsaitlər, xammal-material ehtiyatları və fəaliyyət növünün xüsusiyyətləri nəzərə alınmaqla digər iqtisadi resurslar), aparmış olduqları əməliyyatların yerinə yetirilməsi üçün yetərli deyildir. Bununla bağlı olaraq keçirilmiş vergi nəzarəti tədbirləri zamanı vergi ödəyicisi ilə əlaqə saxlamaq mümkün olmamış və aktiv təsərrüfat subyektləri olmadığı müəyyən olunmuşdur. Belə ki, "xxxx" MMC digər vergi ödəyicilərinə beş yüz min manata yaxın məbləğdə tikinti-təmir xidmətləri göstərməsinə baxmayaraq, vergi orqanı tərəfindən vergi ödəyicisinin obyektləri, ofisi və yaxud işçi heyəti üçün bazası müəyyən edilməmişdir. Ümumiyyətlə, məhkəmə icraatı başlayana kimi vergi ödəyicisi ilə heç bir əlaqə saxlamaq mümkün olmamış, ##.##.2024-cü ildə vergi ödəyicisinin ünvan 1 ünvanına baxış zamanı obyektin yaşayış ünvanı (bina) olduğu, həmin ünvanda müəssisənin fəaliyyət göstərmədiyi müəyyən edilmişdir. Bununla əlaqədar baxış aktı tərtib edilmiş və ünvanın şəkilləri çəkilmişdir. Həmçinin, vergi ödəyicisinin baza məlumatlarına daxil edilmiş mobil nömrəsi ilə (*** *** ** **) əlaqə saxlanılmış, lakin mobil nömrənin vergi ödəyicisi ilə əlaqəli olmayan şəxs tərəfindən işlədildiyi müəyyən edilmişdir. Habelə, "xxxx" MMC-nin digər vergi ödəyiciləri ilə qarşılıqlı fəaliyyəti barədə araşdırma çərçivəsində vergi ödəyicisi vergi orqanına dəvət olunsa da, vergi ödəyicisi araşdırmada iştirak etməmiş və bu barədə ##.##.2024-cü̈il̈tarixlïakẗtərtib̈edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə̈saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını̈xahiş̈etmişdir. KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSINDƏ APARILAN ICRAAT: Kassasiyäşikayətïapellyasiyäşikayətinin̈dəlillərïilə̈əsaslandırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəlïqərarı̈ləğv̈edilərək̈iş̈təkrar̈baxılması̈üçün̈həmin̈məhkəməyə̈göndərilmişdir. TƏRƏFLƏRIN IZAHATLARI: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və məhkəməyə bunun səbəbləri barədə məlumat verməmişlər. Ona görə də məhkəmə iclası onların̈iştirakı̈olmadan̈keçirildi. TƏTBIQ EDILƏN HÜQUQ: Azərbaycan̈Respublikasının̈VergïMəcəlləsi: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul̈edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri" (əvvəlkïadı:̈"Risklïvergïödəyicisinin,̈öcümlədən̈risklïəməliyyatların̈Meyarları") "Inzibatïicraaẗhaqqında"̈Azərbaycan̈Respublikası̈Qanunu: 11.1. Inzibatïorqanlar̈qanunun̈tələblərinə̈riayəẗetməyə̈borcludurlar. 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallardäöz̈təşəbbüsü̈ilə̈həmin̈normanı̈tətbiq̈etməyə̈borcludur. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün̈faktikïhalları̈hərtərəfli,̈tam̈və̈obyektiv̈araşdırmağäborcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından̈imtinäedə̈bilməz. 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibatïorqan̈maraqlı̈şəxslərin̈izahatları̈ilə̈və̈təqdim̈etdiyïsübutlarläbağlı̈deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar̈toplamağäborcludur. 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibatïakẗqanunsuz̈sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından̈yuxarı̈inzibatïorqan̈tərəfindən̈və̈yaxud̈məhkəmə̈qaydasındäləğv̈olunäbilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələrïaradan̈qaldırır. 71.1. Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququnämalikdirlər. 72.1.̈Inzibatïaktdan̈şikayəẗinzibatïqaydadävə̈yäməhkəmə̈qaydasındäverilə̈bilər. Azərbaycan̈Respublikası̈InzibatïProsessual̈Məcəlləsi: Maddə̈14.̈Sübuẗetmə̈vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsinïzərurïedən̈faktikïşərtlərin̈mövcudluğunüsübuẗetməlidir. Maddə̈87.̈Apellyasiyäinstansiyası̈məhkəməsində̈icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə̈bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyətïüzrə̈baxaraq̈həll̈edir. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası ilk növbədə bunu qeyd edir ki, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə ##.##.2026-cı ildə Bakı Apellyasiya Məhkəməsinə yazılı şəkildə müraciət edərək, iddiaçının mübahisənin həllinə hüquqi marağı aradan qalxdığından iddiadan imtinäedilməsinin̈qəbul̈olunmasını̈və̈iş̈üzrə̈icraatäxitam̈verilməsinïxahiş̈etmişdir. Lakin müəyyən edildi ki, iddiaçı tərəfindən nümayəndə Nümayəndə verilmiş ##.##.2024-cü il tarixli etibarnamədə ona iddia tələblərindən imtina etmək səlahiyyətini verməmiş. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin̈səlahiyyətlərïtəmsil̈olunan̈tərəfin̈verdiyïetibarnamədə̈xüsusïgöstərilməlidir. Ona görə də məhkəmənin ##.##.2026-cı il tarixli məktubu ilə həmin çatışmazlıq barədə iddiaçının nümayəndəsi Nümayəndə məlumat verilmiş, eyni zamanda ona izah edilmişdir ki, iddiadan imtina edilməsi barədə iddiaçının ərizəsi buna səlahiyyət verilmiş şəxs tərəfindən imzalanmalıdır. Bundan sonra ##.##.2026-cı ildə iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə yazdığı müraciətdə bildirmişdir ki, qeyd olunan işə iddiaçının hüquqi marağı hələ iş Ali Məhkəmənin icraatında olan zaman itmişdir. Buna səbəb isə cavabdehin qərarının icrasının dayandırılmasına baxmayaraq qarşı tərəfin vergi ödəyicilərinə ƏDV əvəzləşdirmələrini və mənfəət vergisi üzrə xərcləri qəbul etməməsi, iddiaçının isə həmin ödənişləri öz hesabına qarşılaması olmuşdur. Halbuki qeyd olunan mübahisədə iddiaçı tamamilə haqlı olmuş, Bakı- Quba yolunun bardurlarını quraşdırmışdır. Lakin hazırda iddiaçı ilə əlaqə yaratmaq mümkün olmadığından yenidən etibarnamə təqdim olunması və ya iddiaçının ərizə təqdim etməsi mümkün̈deyil. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəldi ki, iddiaçının nümayəndəsi Nümayəndə iddia tələblərindən imtina etmək səlahiyyəti olmadığına görə onun iddiadan imtinası̈qəbul̈edilməməlïvə̈işə̈baxılması̈davam̈etdirilməlidir. Məhkəmə kollegiyası aşağıdakı hallara görə hesab edir ki, birinci instansiya məhkəməsi iddianı̈təmin̈etməklə̈səhv̈nəticəyə̈gəlmişdir. Iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları"nın (cari redaksiyada adı: "Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri") 2.1.2ci bəndinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2024-cü il tarixli *** nömrəli qərarı ilə edilmiş dəyişikliyə qədər qüvvədə olan redaksiyası) əsasən, (aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə) riskli vergïödəyicisïhesab̈olunmuşdur. Işə baxan birinci instansiya məhkəməsi iddianın əsaslı olması ilə bağlı nəticəyə gələrkən o mövqedən çıxış etmişdir ki, vergi orqanı əməliyyatların əmtəəsiz olmasını sübut edə bilməmişdir. Vergi Məcəlləsinin mübahisələndirilən qərarı qəbul edilən zaman qüvvədə olan 13.2.81ci maddəsinə əsasən, əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən̈əməliyyatlardır. Başqa sözlə, qanunvericilik bu cür əməliyyatların mövcudluğunu yalnız formal sənədlərin olmasına deyil, əməliyyatın real iqtisadi məzmununa və faktiki icrasına görə qiymətləndirilməsinïtələb̈edir. Məhkəmə kollegiyası diqqətə alır ki, vergi nəzarəti tədbirləri çərçivəsində iddiaçının göstərdiyi ünvan üzrə faktiki təsərrüfat fəaliyyəti müəyyən edilməmiş, qeyd edilən ünvanın yaşayış binası olduğu, həmin ünvanda ofis və ya istehsal-təsərrüfat bazasının mövcud olmadığı̈aşkar̈edilmişdir. Bununla yanaşı, iddiaçının rəhbərliyi və səlahiyyətli nümayəndələri ilə əlaqə saxlamaq mümkün olmamış, vergi orqanının çağırış və bildirişlərinə baxmayaraq, iddiaçı araşdırmalarda iştirak̈etməmişdir. Bu hallar vergi ödəyicisinin əməliyyatlarının real icrasına dair haqlı olaraq obyektiv şübhələr̈yaratmışdır. Digər tərəfdən, cavabdeh bildirir ki, iddiaçı digər vergi ödəyicilərinə əhəmiyyətli məbləğdə təmir- tikinti xidmətləri göstərdiyini bəyan etsə də, bu xidmətlərin icrası üçün zəruri olan iqtisadi resurslara – işçi qüvvəsinə, əsas vəsaitlərə, maddi-texniki bazaya, təsərrüfat obyektlərinə̈malik̈olmamışdır. Nəzərə alınmalıdır ki, əməliyyatın real olub-olmamasının qiymətləndirilməsi zamanı vergi ödəyicisinin bəyannamədə göstərdiyi dövriyyə ilə faktiki iqtisadi göstəriciləri arasında uyğunluq əsas meyarlardan biri hesab olunur. Bu uyğunluq olmadıqda, əməliyyatların formal xarakter̈daşıdığı̈və̈əmtəəsiz̈olduğüqənaətinə̈gəlinə̈bilər. Belə işlərdə sübutetmə yükünə gəlincə, məhkəmə kollegiyası qeyd edir ki, vergi orqanı inzibati orqan kimi inzibati akt qəbul edərkən həmin aktın qanuniliyini və əsaslılığını təmin etmək öhdəliyini daşıyır. Bu, inzibati aktın qəbuluna əsas verən faktların mövcudluğunun, həmin faktların hüquqi normalarla əlaqəsinin və nəticə etibarilə, qəbul edilən qərarın hüquqi əsaslarının̈mövcudluğunun̈göstərilməsinïtələb̈edir. Eyni zamanda, vergi hüquq münasibətlərinin spesifikliyi ondan ibarətdir ki, vergi orqanı vergitutma obyektinin və vergi öhdəliklərinin müəyyən edilməsi zamanı əsasən vergi ödəyicisinin özünün təqdim etdiyi məlumatlara və sənədlərə istinad edir. Vergi ödəyicisi Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq, təsərrüfat əməliyyatlarını düzgün uçota almaq, ilkin mühasibat sənədlərini saxlamaq və vergi orqanının tələbi ilə təqdim etmək vəzifəsi daşıyır. Bu baxımdan, əməliyyatların faktiki icrasına dair sübutların əsas mənbəyi məhz vergi ödəyicisidir. Vergi orqanı inzibati orqan kimi, öz səlahiyyətləri çərçivəsində əməliyyatların şübhəli və ya riskli olduğunu göstərən obyektiv əlamətləri və faktları ortaya qoymaqla kifayətlənə bilər. Bu faktlara, xüsusilə, vergi ödəyicisinin fəaliyyət yerinin olmaması, iqtisadi resurslarının yetərsizliyi, əlaqə imkanlarının mövcud olmaması, vergi nəzarəti tədbirlərindən yayınması və s. aid edilə bilər. Belə hallar müəyyən edildikdən sonra, inzibati aktın qanuniliyinə dair ilkin əsaslandırma formalaşır və bu mərhələdə sübutetmə yükü vergi ödəyicisinin üzərinə keçir. Vergi ödəyicisi əməliyyatların real icrasını, malların, işlərin və xidmətlərin faktiki təqdim edildiyini, eləcə də həmin əməliyyatların iqtisadi məzmun daşıdığını mötəbər və inandırıcı sübutlarla təsdiq etməlidir. Belə ki, əməliyyatların faktiki icrası barədə ən dolğun və birbaşa məlumaẗvergïödəyicisinin̈özündə̈mövcuddur. Kollegiya onu da vurğulayır ki, vergi ödəyicisinin vəzifələri yalnız bəyannamə təqdim etməklə məhdudlaşmır. Vergi ödəyicisi dürüstlük, əməkdaşlıq və şəffaflıq prinsiplərinə uyğun davranmalı, vergi orqanının sorğularına cavab verməli, aparılan araşdırmalarda iştirak etməli və zəruri izahatlar təqdim etməlidir. Bu vəzifələrin yerinə yetirilməməsi vergi orqanının müəyyən̈etdiyïfaktların̈təkzib̈olunmaması̈kimïqiymətləndirilə̈bilər. Bu baxımdan, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, vergi orqanı inzibati orqan kimi öz üzərinə düşən sübutetmə yükünü, yəni mübahisələndirilən qərarın qəbuluna əsas verən obyektiv faktları və risk meyarlarını ortaya qoymaqla yerinə yetirmişdir. Əvəzində, vergi ödəyicisi üzərinə düşən vəzifələri – əməliyyatların real icrasını təsdiq edən sübutların təqdim edilməsinïvə̈vergïorqanı̈ilə̈əməkdaşlıq̈etmə̈öhdəliyinïyerinə̈yetirməmişdir. Göründüyü kimi, cavabdehin dəlilləri kifayət qədər əsaslıdır və işin halları ilə təsdiq olunur. Belə olan halda, cavabdehin mübahisələndirilən qərarının ləğv edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də cavabdehin apellyasiya şikayəti təmin olunaraq birinci instansiya məhkəməsinin̈qərarı̈ləğv̈edilməlïvə̈yenïqərar̈qəbul̈olunaraq̈iddiärədd̈edilməlidir. Yuxarıdäqeyd̈olunanlaräəsasən,̈məhkəmə̈kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli ##.##.2024-cü il tarixli qərarı ləğv edilsin̈və̈yenïqərar̈qəbul̈olunsun. Iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı "cavabdehin ##.##.2024-cü il tarixli **************** nömrəli qərarının ləğv edilməsi" barədə iddiası rədd edilsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasınäkassasiyäşikayətïverilə̈bilər.
Məhkəmə qərarları › İş №2-1(3-6)-803/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-803/2026
01.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver