Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-808/2026 07.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Məhərrəmov İsrəfil Pənah oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Sosial Ödənişlərlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdehin qəbul etdiyi ##.##.2025-ci il tarixli 3-17- */*-M-******/**** nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının ləğv edilməsi, işlədiyi müddətdə sığorta kapitalının bir daha nəzərə alınmaqla pensiyanın yenidən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), X1 və X10 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı Məhərrəmov İsrəfil Pənah oğlunun nümayəndəsi nümayəndə1 İsrafil oğlunun, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin faktiki halları
1. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Məhərrəmov İsrəfil Pənah oğlu ##.##.1949-cu il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır.
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə qəbul etdiyi ##.##.2009-cu il tarixli Qətnaməsi ilə ərizəçi Məhərrəmov İsrəfil Pənah oğlunun maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Suraxanı Rayon şöbəsinə hüquqi əhəməiyyətli olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsinin təmin edilməsi, ərizəçi Məhərrəmov İsrəfil Pənah oğlunun 1971-1992-ci il tarixlərdə əmək stajını təsdiq edən hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi qərara alınmışdır.
3. Məhərrəmov İsrəfil Pənah oğluna məxsus olan ИT-İ ******* nömrəli əmək kitabçasından müəyyən olunur ki, o, ##.##.1971-ci ildən ##.##.1992-ci ilədək Pircahan kənd mağazasında gecə gözətçisi vəzifəsində, Dövlət Neft Şirkəti “Neftqaztikinti” tresti X6 Zavodunda ##.##.1993-cü ildən ##.##.1996-cı il tarixədək takelajçı peşəsində, ##.##.1996-cı ildən ##.##.1998-ci ilədək XDNST trestinin * nömrəli tikinti quraşdırma idarəsində qoşucu peşəsində, ##.##.1998-ci ildən ##.##.2003-cü ilədək Dövlət Neft Şirkəti “Neftqaztikinti” tresti X6 Zavodunda takelajçı vəzifələrində işləmiş, ##.##.2003-cü ildən ##.##.2012-ci ilədək “Neftqaztikinti” Tresti * saylı tikinti quraşdırma idarəsində polad və dəmir beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcı kimi işləmişdir.
4. Dövlət Sosial Müdafiə Fondunun # ######## 2025-ci il tarixli *-**-*/*-******/**** nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 7-ci maddəsinin ##.##.2012-ci il tarixində qüvvədə olmuş tələblərinə əsasən İsrəfil Məhərrəmova həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilib. Adıçəkilən şəxsin əmək pensiyası ##.##.2006-cı il tarixinədək 33 il 1 ay 13 gün iş stajı, ##.##.2006-cı il tarixindən ##.##.2012-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 5403,08 manat (2012-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında yenidən hesablanaraq ##.##.2022-ci il tarixindən (##.##.2025ci il tarixli müraciətindən əvvəlki 3 il nəzərə alınmaqla) 358,37 manat, Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq ##.##.2023-cü il tarixindən 430,16 manat (Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), ##.##.2024-cü il tarixindən 478,34 manat, ##.##.2025-ci il tarixindən isə 517,09 manat məbləğində müəyyən edilib. İsrəfil Məhərrəmovun əmək pensiyası ##.##.2006-cı il tarixinədək 33 il 1 ay 13 gün iş stajı əsasında hesablanmalı olduğu halda 33 il 9 ay iş stajı nəzərə alınaraq hesablanıb. Bu səbəbdən də Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla son üç il üzrə ona 117,13 manat artıq pul vəsaiti ödənilib.
5. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli *-**-*/*-M-******/**** nömrəli “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarı ilə Məhərrəmov İsrəfil Pənah oğluna ##.##.2012-ci ildən yaşa görə təyin edilmiş əmək pensiyası yenidən hesablanmış və artıq ödəmə müəyyən edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Məhərrəmov İsrəfil Pənah oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Sosial Ödənişlərlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdehin qəbul etdiyi ##.##.2025ci il tarixli *-**-*/*-M-******/**** nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının ləğv edilməsi, işlədiyi müddətdə sığorta kapitalının bir daha nəzərə alınmaqla pensiyanın yenidən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Laçın rayon Pircahan kənd mağazasında gözətçi, daha sonra Dövlət Neft Şirkətində işləmişdir. 2012-ci ildə əmək pensiyasına çıxmışdır. İddiaçı hesab edir ki, əmək pensiyası düzgün hesablanmayıb, yenidən cavabdehə bu barədə müraciət etdi, lakin onun pensiyası yenidən hesablanaraq artırılması əvəzinə ona cavab məktubu yazaraq bildirdilər ki, 2012-ci ildə pensiya hesablanarkən 8 ay dövr üçün artıqödəmə olmuşdur.
9. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı İ.Məhərrəmov ##.##.1949-cu il tarixində doğulmuş, beləliklə də ##.##.2012-ci il tarixində 63 yaşı tamam olmuşdur. Elə həmin tarixdə də Məhərrəmova ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilmişdir. İ.Məhərrəmov ##.##.2025-ci il tarixində Mərkəzi Filiala ərizə ilə müraciət edərək ona təyin edilmiş yaşa görə pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Mərkəzi Filialın İ.Məhərrəmova təqdim etdiyi ##.##.2025-ci il tarixli *-**-*/*-M-******/**** nömrəli məktubuna əsasən həmin müraciətin araşdırılması zamanı iddiaçıya münasibətdə artıqödəmə müəyyən edilmişdir. Bununla əlaqədar Mərkəzi Filial tərəfindən ##.##.2025-ci il tarixli 3-17-1/1-M- ******/**** nömrəli “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərar qəbul edilmiş və iddiaçının pensiyası 517,09 manat, artıqödəmə isə 117,13 manat müəyyən olunmuşdur. İddiaçının pensiyasına münasibətdə hər hansı tutulma və ya əvəzləşdirmə həyata keçirilməmişdir. Qanunvericilikdə əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması zamanı ##.##.2006-cı il tarixinədək və ##.##.2006-cı il tarixindən sonrakı dövr üzrə sığorta stajının müəyyən edilməsi zamanı fərqli tənzimləmə müəyyən edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra - Qanun) 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) ##.##.2006-cı il tarixədək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Odur ki, sığortaolunanlara pensiya təyin edilərkən və ya yenidən hesablanarkən ##.##.2006-cı il tarixdən sonrakı sığorta stajı yalnız sığortaolunanların fərdi hesabında qeydə alınmış pensiya kapitalı əsasında hesablana bilər. Fərdi hesabda pensiya kapitalının olmaması isə sığortaolunana münasibətdə məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyini və bu səbəbdən sosial sığorta stajının olmadığını göstərir. İ.Məhərrəmovun pensiya işi qovluğuna daxil olan sənədlərin surətinə əsasən onun ##.##.2006-cı il tarixinədək sosial sığorta stajı 33 il 1 ay 13 gün müəyyən edilmişdir. Qeyd olunan staja iddiaçının ##.##.1971-ci il tarixindən ##.##.1992ci il tarixinədək Laçın rayonu Pircahan kənd mağazasındakı əmək fəaliyyəti dövrü də daxil edilmişdir. Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Sığorta” altsistemi vasitəsilə əldə edilmiş məlumata əsasən ##.##.2006-cı il tarixindən ##.##.2012ci il tarixinədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 5403,08 manat (2012-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında yaşa görə əmək pensiyası məbləği yenidən hesablanmış və ##.##.2022-ci il tarixindən (iddiaçının ##.##.2025-ci il tarixli müraciətindən əvvəlki 3 il nəzərə alınmaqla) 358,37 manat müəyyən edilmişdir. X4 ##.##.2025-ci il tarixli *-**-*/*-M-******/**** nömrəli məktubunda da qeyd olunduğu kimi iddiaçının müraciətinin araşdırılması zamanı aşağıda qeyd olunan səbəblərdən artıqödəmə halı aşkar edilmişdir. Belə ki, ilkin təyinat zamanı ##.##.2012-ci il tarixində İ.Məhərrəmovun ##.##.2006-cı il tarixinədək faktiki sığorta stajı 33 il 1 ay 13 gün olduğu halda, 33 il 9 ay nəzərə alınaraq hesablanmışdır. İlkin təyinat zamanı ##.##.2012-ci il tarixində stajın hesablanması zamanı səhvə yol verilmiş, nəticədə qanunsuz inzibati akt qəbul edilmişdir. Hazırkı iş üzrə ##.##.2012-ci il tarixində təyinat zamanı aparılmış hesablamanın qanunsuz olması iddiaçının ##.##.2025-ci il tarixli müraciəti araşdırılarkən müəyyən edilmiş və bu barədə iddiaçıya məlumat verilmişdir. Deməli, səhv hesablamaya səbəb olan hal elə təyinat zamanı pensiya təyin edən orqana məlum olmamışdır. Nəzərə alınsa ki, yenidən hesablanma haqqında qərar ##.##.2025-ci il tarixində qəbul edilmişdir, deməli, qanunsuz inzibati akt həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən (##.##.2025-ci il) 1 il ərzində (##.##.2025-ci il) ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının iddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə “üç ulduz” fərqləndirici nişanı təyin edilmiş, yəni Azərbaycan Respublikası Ali Məhkəməsinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən və inkişaf etdirən ##.##.2024-cü il tarixli 2-1 (***)-****/**** nömrəli qərarında da qeyd edildiyi kimi “şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Çünki sosial təminat hüququ sahəsindəki qanunvericilik tənzimləmələrinin, eləcə də bu sahədəki idarəçiliyi həyata keçirən orqanların fəaliyyətindəki əsas məqsəd sosial ədalətin təmin edilməsidir. Bu məqsəd göz önünə alındıqda, hətta onların diqqətsizliyi və ya səhlənkarlığı nəticəsində meydana gəlmiş olsa belə, inzibati orqanlar öz səhvlərini düzəltmək imkanına malik olmalıdırlar. Əks halda, bu, sosial təminat fonduna töhfə verən digər şəxslər, xüsusilə qanuni tələblərə cavab verə bilmədiyi üçün pensiya ala bilməyənlər üçün ədalətsiz olardı. Nəhayət, bu, məhdud ictimai resursların qeyriməqsədəuyğun bölüşdürülməsini təsdiqləmək anlamına gələrdi ki, bu da öz növbəsində ictimai maraqlara zidd olardı”. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2020-ci il tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-omadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir.
10. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, iddiaçı Məhərrəmov İsrəfil Pənah oğlu barədə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Sosial Ödənişlərlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli *-**-*/*-M-******/**** nömrəli qərarın ləğv edilməsi və iddianın qalan hissədə təmin edilməməsi barədə qərar qəbul edilmişdir.
11. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin tam təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
b) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti iddiaya dair etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, Mərkəzi Filialın mübahisələndirilən ##.##.2025-ci il tarixli *-**-*/*-M- ******/**** nömrəli qərarından da görünür ki, həmin qərardan əvvəl iddiaçıya münasibətdə sonuncu yenidən hesablama ##.##.2025-ci il tarixində həyata keçirilmişdir. Həmin yenidən hesablamanın hüquqi əsasını Qanunun 29.1-ci maddəsi (əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi) təşkil etmişdir. Beləliklə, ##.##.2025-ci il tarixli qərar qəbul edilənədək iddiaçının pensiyası ##.##.2025-ci il tarixində yenidən hesablanaraq 481,77 manatdan artırılaraq 520,79 manat müəyyən edilsə də, ##.##.2025-ci il tarixli qərarla bu məbləğ 517,09 manat müəyyən edilmişdir. Deməli, ##.##.2025-ci il tarixində Mərkəzi Filial tərəfindən qəbul edilmiş qərar ##.##.2025-ci il tarixində ləğv edilmişdir. Eyni zamanda cavabdehin iddiaçı İ.Məhərrəmova təqdim etdiyi ##.##.2025-ci il tarixli *-**-*/*- M-******/**** nömrəli məktubunda yenidən hesablamanın əsasları, hüquqi nəticələri və istinad edilən normativ hüquqi aktlar barədə ətraflı məlumat qeyd olunmuşdur. Elə həmin məktubun əsasında da iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və onun barəsində qəbul edilmiş inzibati aktın məzmunundan xəbərdar olmuşdur.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatları
14. Məhkəmədə iddiaçının nümayəndəsi iddia tələbinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlamasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 22.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır; 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər; 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir; 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXIŞININ HƏDLƏRİ
17. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
18. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.1-ci maddələrinə əsasən)
20. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 15-16-cı bəndləri) əsaslanaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır.
21. Belə ki, iddiaçı ##.##.2025-ci il tarixli 3-17- */*-M-******/**** nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının ləğv edilməsi və işlədiyi müddətdə sığorta kapitalının bir daha nəzərə alınmaqla pensiyanın yenidən hesablanaraq ödənilməsini tələb edir.
22. Cavabdeh orqan iddiaçının əmək pensiyasının ##.##.2006-cı il tarixinədək 33 il 1 ay 13 gün iş stajı əsasında hesablanmalı olduğu halda 33 il 9 ay iş stajı nəzərə alınaraq hesablandığını və bu səbəbdən də Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla son üç il üzrə ona 117,13 manat artıq pul vəsaiti ödənildiyini bildirərək, imtina cavabı vermişdir.
23. İşin materiallarından görünür ki, iddiaçının 2006-ci ilin ## ###### tarixinə olan stajın düzgün müəyyən edilməməsi əsası ilə pensiya məbləği yenidən hesablanmış, 117,13 manat artıq ödəmə barədə “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında ##.##.2025-ci il tarixli qərar qəbul edilmişdir.
24. Eyni zamanda işin apellyasiya baxışı zamanı Dövlət Sosial Müdafiə X2 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş ## ##### 2026-cı il tarixli sorğuya cavab məktubundan görünür ki, iddiaçı Məhərrəmov İsrəfil Pənah oğluna ##.##.2012-ci il tarixindən Fondun keçmiş Suraxanı rayon şöbəsi tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının əmək pensiyası Mərkəzi Filialın ##.##.2025ci il tarixli qərarı ilə ##.##.2006-cı il tarixinədək 33 il 1 ay 13 gün sığorta stajı və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən ##.##.2006-cı il tarixindən ##.##.2012-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan 5403,08 manat (2012-ci il tarixinə indeksləşdirilmiş məbləğ) və ##.##.2012-ci il tarixindən ##.##.2012-ci il tarixinədək 487 manat (2012-ci il tarixinə indeksləşdirilmiş məbləğ) pensiya kapitalı nəzərə alınmaqla yenidən hesablanmışdır
25. Qanunvericiliyin tələbinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər.
26. Belə ki, inzibati orqan ilk dəfə iddiaçıya ##.##.2012-ci ildə yaşa görə əmək pensiyası təyin etmişdir. ##.##.2025-ci ildə iddiaçının müraciəti əsasında ona təyin edilmiş pensiyasının yenidən hesablanması zamanı 2006-cı ildə onun əmək stajının 33 il 9 ay deyil, 33 il 1 ay 13 gün olması müəyyən edilmişdir. Buna görə də əmək pensiyasının məbləğinin yenidən hesablanması (azaldılması) və artıqvermənin müəyyən edilməsi ilə bağlı “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında ##.##.2025-ci il tarixli qərar qəbul etmişdir.
27. Göründüyü kimi cavabdeh təşkilat iddiaçıya artıq əmək stajının nəticəsi olaraq artıq pensiya məbləğinin hesablanması barədə ##.##.2025-ci ildə məlumatlı olmuş və 1 illik müddəti ötürmədən ##.##.2025-ci ildə iddiaçının əmək pensiyasını yenidən hesablayaraq azaltmışdır.
28. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında iddiaçının müraciəti əsasında araşdırma apararaq özü tərəfindən buraxılmış səhvləri aradan qaldırılmaqla qanun pozuntusuna yol verməmişdir.
29. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsasdır. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianın bir hissəsini təmin edərkən, tətbiq edilməli olan hüquqla bağlı səhv nəticəyə gəlmişdir. 30.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 31.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı iddianın təmin edilmiş hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə rədd edilməlidir. 32.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı iddianın təmin edilmiş hissəsində ləğv edilsin. İddiaçı Məhərrəmov İsrəfil Pənah oğlu barədə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Sosial Ödənişlərlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli *-**-*/*-M-******/**** nömrəli qərarın ləğv edilməsi hissəsində təmin edilməsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.