Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-810/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi, X3 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı məcburi köçkün statusunu və onu təsdiq edən vəsiqənin verilməsi tələbinə dair iddiası üzrə Bakı Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-*****/**** saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, məcburi köçkün statusunun və məcburi köçkün vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qanuni nümayəndə Füzuli rayonundan məcburi köçkündür. X4 ilə ##.##.2007-ci il tarixli, *** nömrəli rəsmi nikah qeydi ilə nikaha daxil olmuşdur. Məcburi köçkün kimi Bakı şəhərinə gəldikdən sonra ona ##.##.2025-ci ildə Cavabdeh tərəfindən məcburi köçkün statusu və ****** saylı vəsiqəsi verildi. Valideyni məcburi köçkün statusuna malik olan şəxslər Bakıda və yaxud respublikanın digər şəhər və rayonlarında anadan olmasına baxmayaraq, məcburi köçkün statusuna malik olduğundan övladın da bu günə kimi məcburi köçkün statuslu sayılıb və nəzərdə tutulan güzəşt və imtiyazlardan istifadə edib. Belə ki, o zamanlar məcburi köçkünlərə verilən güzəştlərdən ailə üzvü kimi onların da adı qeyd edilib və Dövlət Komitəsi də onu da nəzərə alıb. Məcburi köçkünlər Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsini aldıqdan və müvafiq sənədlərlə birlikdə səlahiyyətli orqana təqdim etdikdən sonra onlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. Övladı şəxsiyyət vəsiqəsi ilə təmin olunduqdan sonra onlara köçkün vəsiqəsi almaq üçün cavabdeh orqana müraciət etsə də, onlara bu vəsiqənin verilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı müvafiq iddia tələbi tam əsassız və qanunsuz olduğundan, həmçinin heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı atasının məcburi köçkün vəsiqəsinin verilməsi barədə Komitəyə daxil olmuş müraciəti Komitənin cavab məktubu ilə cavablandırılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. Bildirilir ki, iddiaçının qanuni nümayəndəsinin qeydiyyatı ünvan 1 ünvanında, həyat yoldaşı X4 qeydiyyatı isə ünvan 4 ünvanına olduğundan ##.##.2008-ci il təvəllüdlü İddiaçı məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir. İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, İddiaçı atası Qanuni nümayəndə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olaraq ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyatdadır, iddiaçının anası X4 isə ünvan 3 ünvanına yaşayış yeri üzrə qeydiyyatdadır. Əlavə olaraq bildirilir ki, X4 məcburi köçkün statusuna və onu təsdiq edən vəsiqəyə malik deyildir. İddiaçı valideynlərinin yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından və “Bakı şəhəri” olduğundan, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Bakı Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-*****/**** saylı qərarı ilə (hakim A.Ə.Əhədova) iddia rədd edilmişdir. Iddiaçı birinci instansiyası məhkəməsinin qərarını mübahisələndirmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının atası Qanuni nümayəndə məcburi köçkündür və bu da işdə olan mötəbər sübutlarla təsdiq olunur. Eləcə də, Qanuni nümayəndə məcburi köçkün statusu, Füzuli rayonundan öz yaşayış yerlərini tərk etmələrinə görə olmuşdur. Iddiaçı da Qanuni nümayəndə övladıdır, ailə üzvüdür. Bu isə onu bildirir ki, iddiaçı atası ilə yanaşı öz doğma yurdundan, evindən, elindən məcburi köçkündür, yəni öz yaşayış yerini məcburi qaydada ölkə daxilində dəyişmişdir. Bu xüsusat hər bir halda "Qaçqınların və Məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında qanunun 1-ci maddəsinin tərkib hissəsidir. Hətta, bu barədə məhkəmənin qərarının 7-ci səhifəsini 5-ci abzasının birinci yarımbaşılığında birbaşa göstərilir. Lakin, məhkəmə köçkün statusunun verilməsinə dair qanunla deyil, həmin qanunun tətbiqi ilə əlaqədar qaydalar üzərindən həll etmişdir. Bu qaydalar, "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq eden vəsiqənin verilməsinə dair Qaydalar" olmuşdur. Həmin Qaydaların 4.1.6-cı bəndinə istinad etmiş məhkəmə, məcburi köçkün olan şəxsin uşağına belə bir statusun verilməsi üçün mütləq qaydada valideynlərinin hər ikisinin məcburi köçkün düşdükləri rayonda son yaşayış yerlərinin (yəni qeydiyyatlarının) olmasını tələb olunan şərtlərdən biri kimi qəbul edir. Iddiaçının atası Qanuni nümayəndə işlədiyi polis orqanlarında uzun müddətli fəaliyyətdə olmuş, dövlətə xidmət etmişdir. Bu qurumda fəaliyyətinden irəli gələrək, Qanuni nümayəndə Füzuli rayonunda daim qeydiyyatda olması qeyri-mümkün olmuşdur. Bunun üçün də öz qeydiyyat yerini daim dəyişməyə, eləcə də yaşayış ünvanlarının fərqli olması məcburiyyətindən irəli gəlmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası qanunvericliyin tələblərini nəzərə alaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar görünür: - AA seriyalı ****** nömrəli X10 əsasən, Qanuni nümayəndə 1982-ci il tarixdən Füzuli rayonundan məcburi köçkündür. Vəsiqə Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin ##.##.2025-ci il tarixli qərarına əsasən verilmişdir. - AZ-II seriyalı ****** nömrəli Doğum haqqında Şəhadətnaməyə əsasən, İddiaçı ## ### 2008-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında ##.##.2008-ci il tarixdə 1123 nömrəsi ilə qeyd edilmişdir. Atası Qanuni nümayəndə, anası X4r. - Cavabdeh Cavabdeh iddiaçıya ünvanladığı ##.##.2025-ci il tarixli, 3-36-3/2-M- 4146- **/****/***** saylı məktubunda bildirilmişdir ki, " ... Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 4.1.6 bəndinin tələblərinə əsasən valideynlərindən atası "məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. Bildiririk ki, sizin qeydiyyatınız ünvan 2 ünvanında, həyat yoldaşınız X4 qeydiyyatı isə ünvan 4 ünvanında olduğundan ##.##.2008-ci il təvəllüdlü övladınız İddiaçı məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir”. - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Füzuli Rayon Icra Hakimiyyətinin ##.##.2025-ci il tarixli, *-**/*-***/**** saylı məktubunda göstərilmişdir ki, İddiaçı və Qanuni nümayəndə Nazirlər Kabinetinin 2017-ci il ## ###### ** nömrəli "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası"nın təsdiq edilməsi haqqında qərarına əsasən vahid aylıq müavinət almırlar. - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Pasport və Miqrasiya Idarəsinin ##.##.2025-ci il tarixli, **/*-***** saylı məktubunda göstərilmişdir ki, ##.##.1982-ci il təvəllüdlü Qanuni nümayəndə ##.##.2001-ci il tarixdən ##.##.2006-cı il tarixədək Füzuli şəhəri, 28 aprel küçəsi, ev 24-də, ##.##.2006-cı il tarixdən hazırdək ünvan 2-də; ##.##.2008-ci il təvəllüdlü İddiaçı ##.##.2014-cü il tarixdən hazıradək Bakı şəhəri, Nərimanov rayonu, B. Dadaşov küçəsi, ev 25, mənzil 15-də; ##.##.1985-ci il təvəllüdlü X4 ##.##.2003-cü il tarixdən ##.##.2025-ci il tarixədək Bakı şəhəri, Nərimanov rayonu, B. Dadaşov küçəsi, ev 22, mənzil 5-də, ##.##.2025-ci il tarixdən hazıradək ünvan 4 (Yeni qaydalarla: ünvan 5) ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Pasport və Miqrasiya Idarəsinin ##.##.2025-ci il tarixli, **/*-***** saylı məktubunda göstərilmişdir ki, ##.##.1983-cü il təvəllüdlü X1 ##.##.1999-cu il tarixdən hazıradək Füzuli rayonu, Aybasanlı kəndində, ##.##.2006-cı il təvəllüdlü X2 ##.##.2016-cı il tarixdən hazıradək Füzuli rayonu, Aybasanlı kəndində, ##.##.1986-cı il təvəllüdlü X5 ##.##.2003-cü il tarixdən hazıradək ünvan 6 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli, *-**-*- **/*-*****/**** saylı məktubunda göstərilmişdir ki, Qanuni nümayəndə adına Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Hüseynov küçəsi, ev 25, ** saylı mənzil ##.##.2012-ci il tarixdə; Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində 0,1220 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ##.##.2014-cü il tarixdə; Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində 0,0400 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ##.##.2022-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. X4 adına Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi, ev 67, 69, ** saylı mənzil ##.##.2024-cü il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın (dövlət qeydiyyatına 2013-cü ildə 15201305230001 nömrə ilə alınmışdır) 4.1.6-cı maddəsində nəzərdə tutulmuşdur ki, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin ## ### 2013-cü il tarixli, * saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”-ın 4-cü hissəsinə əsasən: ... 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.1. Sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.2. Sakini olduqları rayon işğal edildikdən sonra birbaşa MDB ölkələrinə gedərək orada müvəqqəti yaşadıqdan sonra Azərbaycan Respublikasına gələrək məcburi köçkün kimi müvəqqəti qeydiyyata düşmüş Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.3. Sakini olduqları rayon işğal edilənədək daimi yaşayış yeri üzrə həqiqi hərbi xidmətə çağırılmış və işğal zamanı həqiqi hərbi xidmətdə olmuş şəxslərə; 4.1.4. Hərbi qulluğa daxil olmuş və işğal zamanı işğal bölgəsində müddətli hərbi xidmətdə olan işğal edilmiş rayonun sakinlərinə (hərbi xidmətdən tərxis olunduqdan sonra); 4.1.5. Sakini olduqları rayon işğal edilən zaman Azərbaycan Respublikasında və MDB ölkələrində ali, orta-ixtisas və peşə məktəblərində təhsil alan, təhsil müddətində sakini olduğu rayonda daimi yaşadığı ünvandan qeydiyyatdan çıxmadan təhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) müvəqqəti qeydiyyatda olan şəxslərə; 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; 4.1.7. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara; 4.1.8. “Məcburi köçkün” statusuna malik olan valideynlərini itirmiş və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə. 4.2. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilmir: 4.2.1. Işğal zamanı həmin rayonlarda işləyən, lakin sakini olduğu işğal olunmamış şəhərdə (rayonda) pasport qeydiyyatında olan şəxslərə. 4.2.2. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış şəhər (rayon) sakini ilə nikahda olmuş, lakin sakini olduğu işğal olunmuş rayondan pasport qeydiyyatından çıxmayan qadınlara və onların uşaqlarına. 4.2.3. “Məcburi köçkün” statusu olmayıb, “məcburi köçkün” şəxslə (kişi və ya qadın) nikaha daxil olan şəxslərə. 4.2.4. Sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayınan, səfərbərlikdən boyun qaçıran və fərariliyə görə barəsində amnistiya aktı tətbiq olunan şəxslərə. 4.2.5. Sakini olduğu rayonun işğalından sonra “məcburi köçkün” statusu olan şəxslər tərəfindən himayə və qəyyumluğa götürülmüş “məcburi köçkün” statusuna malik olmayan şəxslərə. 4.2.6. “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndində “valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlar” məcburi köçkün statusunu və onu təsdiq edən vəsiqəni almaq hüququna malik şəxslər olaraq müəyyən edilmişdir. Qaydaların istinad edilən həmin bəndinə görə, məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilməsi üçün 3 əsas müəyyənləşdirilmişdir: 1) valideynlərindən atası “məcburi köçkün” statusuna mailk olsun 2)hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon(şəhər) olsun. 3)Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun. Beləliklə, iddiaçıya məcburi köçkün verilməsi üçün 3 tələbdən ikisi ödənilir. Belə ki, iddiaçıların atası Qanuni nümayəndə məcburi köçkündür və iddiaçı İddiaçı Azərbaycan Respublikası vətəndaşıdır. Lakin digər tələbə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçıların hər iki valideyni daimi yaşayış yeri üzrə işğal olunmuş rayon üzrə qeydiyyata alınmış şəxs deyillər. Iddiaçının özü və valideynləri ünvan 2 ünvanında qeydiyyatdadır. Başqa sözlə, iddiaçıya qüvvədə olan qanunvericiliyə (məcburi köçkün statusu ilə bağlı cavabdehə müraciət etdiyi vaxt) əsasən hər iki valideyninin qeydiyyatı işğal olunmuş rayon olmadığından onun məcburi köçkün statusu almaq hüququ istisna olunur. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən məcburi köçkün statusu ölkə daxilində köçürülmüş, daimi qeydiyyatı işğal olunmuş rayon olub, ölkə ərazisində müvəqqəti olaraq məskunlaşmış şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X12 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Iddiaçı özü də Bakı şəhərində qeydiyyatda olmaqla işğal olunmuş rayon sakini hesab edilmir. Bundan əlavə, məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Belə ki, istinad edilmiş Qanunun II fəsli “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. Cavabdeh ## ###### 2002-ci il tarixli ** nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində ## ###### 2002-ci il tarixdə qeydiyyata alınmış “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”a əsasən yemək xərci üçün verilən aylıq müavinət - dövlət büdcəsi hesabına məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılması məqsədilə ödənilən mütəmadi pul yardımıdır. Hazırda bu məsələni tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2017-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2- ci bəndinə əsasən aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: 2.6. valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara.... (....) Hazırkı işdən görünür ki, iddiaçıya və məcburi köçkün olan atası İddiaçı və atası Qanuni nümayəndə Məcburi köçkünlər üçün nəzərdə tutulmuş yemək xərci müavinətini 2017-ci ilin yanvar ayınadək almışlar. 2017-ci ilin yanvar ayından adlarına mənzil olduğundan hər iki şəxsə vahid aylıq müavinətlərin ödənilməsi dayandırılmışdır. Belə ki, iddiaçının atasının adına xüsusi mülkiyyət hüququ ilə Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Hüseynov küçəsi, ev 25, ** saylı mənzil, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində 0,1220 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində 0,0400 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, iddiaçının anası X4 adına Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi, ev 67, 69, ** saylı mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Bununla da mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkün olduğundan ona və övladı olan hazırkı iddiaçı vahid aylıq müavinətin ödənilməsi dayandırılmışdır. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddiaçı dövlətin təyin etdiyi məcburi köçkün statusundan irəli gələ biləcək yardımları almaq təminatlarının hüquqi əsası aradan qalxmışdır. Başqa sözlə, məcburi köçkün statusunun verilməsi dövlət tərəfindən müvafiq təminat və güzəştlərin verilməsini təmin etdiyi halda, iddiaçının belə bir təminatlardan yararlana bilməsinin əsaslarının aradan qalxması ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsini də əhəmiyyətsiz edir və bu statusa olan hüquqi zərurəti aradan qaldırır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Inzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Inzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDI: Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-*****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(3-6)-810/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-810/2026
24.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver