Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-815/2026 22.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası Hakimlər Ağalarov Həmid Azər oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə ##.##.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ##.##.2023-cü il tarixdə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı İddiaçı əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh orqana etdiyi müraciət, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin ##.##.2023-cü il tarixli arayışda döyüşən ordunun tərkibində xidmət etməsinin qeyd olunmaması, əmək kitabçasının surətində qeyd edilmiş ##.##.1990-cı il tarixdən ##.##.1992-ci il tarixinədək olan dövrün doldurulma qaydasının pozulması əsası ilə cavabdehin ##.##.2024-cü il tarixli məktubu ilə təmin olunmamışdır. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun əmək kitabçasında qeyd edilmiş, 1990-1992-ci illərin, 2003-2004-cü illərdə seçki orqanında işlədiyini, sığorta stajına daxil edilməsini, “Əmək veteranı” və “Qarabağ müharibəsi veteranı” olduğu üçün aid olan staj illərinin ikiqat hesablanaraq (##.##.2023cü il tarixdən) pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, müharibə veteranı olduğu üçün sığorta stajına döyüş illərinin əlavə edilməsi və üç qat hesablanmasının nəzərə alınması (1988-1993-cü illər); əmək fəaliyyətinin fasiləsiz olaraq qeyd olunan sənədlərdə (əmək kitabçası və müvafiq arayış) 48 il sığorta stajı olmasının cavabdehə bildirilməsi (2023-cü il ## #######dan olaraq); 1980-ci il ## ######-1990-cı il ## ###### tarixədək - 10 il 1 ay - 240-cı Hərbiləşdirilmiş Mühafizə Alayının * nömrəli komandasında atıcı olaraq Azərbaycan Baş Enerji X1 Stansiyasında strateji dövlət obyektinin mühafizəsində işlədiyinin ikiqat hesablanaraq sığorta stajına daxil edilməsi barədə qərar qəbul edilməsini, cavabdehin üzərinə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə, iddianın dəyişdirilməsi qeyd edilən məzmunda qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ## ####### 1976-cı ildən əmək fəaliyyətinə başlamışdır. Hal-hazırda da əmək fəaliyyətini davam etdirir. ## ####### 2023cü il tarixdə 65 yaşı tamam olduğundan ona SMS vasitəsilə Azərbaycan Respublikası ƏƏMN-nin DSMF tərəfindən bildiriş göndərilərək, yaşa görə avtomatlaşdırılmış qaydada 339,72 AZN məbləğində pensiya təyin edildiyi haqda məlumat verilmişdir. O, dərhal təyin edilmiş pensiya məbləğinin düzgün hesablanmaması barədə Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin * nömrəli Bakı DOST Mərkəzinə ərizə ilə müraciət etdi. Müraciətində bütün lazımi sənədləri və əmək kitabçasını təqdim edərək və əmək sığorta stajının 48 ilə yaxın olduğunu vurğulayaraq pensiyasının hesablanmasına yenidən baxılmasını xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən əmək pensiyasına çıxan şəxslərin 2006-cı il ######ın #-dək faktiki sığorta stajı həmin Qanunun 22-1.2.1 - 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Təqdim etdiyi sənədlərdə və Əmək kitabçasında bütün əmək fəaliyyəti və fasiləsiz (yəni ## ####### 1976-cı ildən hal-hazıradək) əmək sığorta stajı haqqında zəruri məlumatlar aydın şəkildə tam qeyd edilərək öz əksini tapmışdır. Müraciətindən sonra Azərbaycan Respublikası ƏƏSMN DSMF tərəfindən əmək pensiyasının yenidən hesablanıb 347,17 AZN məbləğinə çatdırılması barədə ona SMS vasitəsilə məlumat bildirildi. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələbinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək ##.##.2024-cü il tarixdən 386,06 manata çatdırılıb. Lakin yenidən ƏƏSMN-nin Bakı * nömrəli DOST Mərkəzinə ərizə ilə müraciət edərək, əmək sığorta stajının düzgün hesablanmadığını və yenidən baxılmasını xahiş etdi. Bundan əlavə müraciətində Qarabağ müharibəsi veteranı olduğunu bildirərək müvafiq sənəd, arayış və vəsiqənin surətini təqdim etmişdir. Eləcə də, Azərbaycan Respublikasının Əmək veteranıdır və vəsiqənin surətini təqdim etmişdir. Əmək kitabçasında göstərilən dövrlərin əmək stajı kimi təsdiqlənməsində uyğunsuzluq olduğunu qeyd edərək onun iş stajı süni olaraq azaldılır. Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ona ## ##### 2024-cü ildə təhvil verdiyi ## #### 2024-cü il tarixli *-**-*/*-Ə*****/**** nömrəli cavab məktubunda bildirilir: təqdim etdiyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin ##.##.2023-cü il tarixli arayışda döyüşən ordunun tərkibində xidmət etməyi qeyd olunmadığından həmin dövrün ikiqat ölçüdə sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Azərbaycan Respublikasının Nazirlər kabinetinin ##.##.1996-cı il *** nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin Əmək kitabçasının forması və onun tərtibi qaydalarına əsasən, əmək kitabçasının surətində qeyd edilmiş ##.##.1990-cı il tarixdən ##.##.1992-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma tarixi bazar gününə təsadüf edir) sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Yuxarıda qeyd edilənlərlə əlaqədar ondan göstərilən dövrlərə aid əmr kitabçaları - əmək haqqı cədvəllərinin təqdim edilməsi tələb edilir. Cavabdeh tərəfindən əmək pensiyasının düzgün hesablanması onun iradəsindən asılı olmayan səbəblər əsas gətirilərək həyata keçirilmir və hüquqları kobud şəkildə pozulur. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinde Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin * nömrəli Bakı DOST Mərkəzindən daxil olmuş iddiaçı İddiaçı ərizəsinə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. İddiaçıya Mərkəzı Filial tərəfindən təqdim edilmiş ##.##.2024cü il tarixli 3-17-1/2 J-*****/**** nömrəli məktubla imtina cavabı verilərək müraciətin müsbət həllinin mumkün olmadığı bildirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası bir Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığorta olunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud siğortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. İddiaçı İddiaçı 22.1.1-ci maddəsinə əsasən ##.##.2023-cü il tarixdə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 22.1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il ######ın #-dək faktiki sığorta stajı həmin Qanunun 22.1.2.1-22.1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. İddiaçının təqdim etdiyi sənədin surətlərinə əsasən onun əmək fəaliyyəti dövrü, o cümlədən ##.##.1976-cı il tarixdən ##.##.1977-ci il tarixədək təhsil aldığı illər və ##.##.1977-ci il tarixdən ##.##.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla ##.##.2006-cı il tarixədək 25 il 8 ay 3 gün sığorta stajı və ##.##.2006-cı il tarixdən ##.##.2023-cü il tarixədək (17 il 7 ay sığorta stajına uyğun) fərdi hesabın sığorta hissəsində qeydə alınmış 26207,61 manat (2023-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq ##.##.2023-cü il tarixdən 347,17 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçının əmək pensiyasının məbləği indeksləşdirilərək ##.##.2024-cü il tarixdən 386,06 manata çatdırılmışdır. Qanunun 24.0.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajına aşağıdakı dövrlər güzəştli şərtlərlə daxil edilir: 1.Döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə. 2. şəxsin qanunsuz saxlanılma, həbsdə olma və cəzaçəkmə müddətləri-ikiqat ölçüdə, 3. cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti-ikiqat ölçüdə, 4. əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi ilə əlaqədar vəzifələrinin yerinə yetirilməsi müddəti-üçqat ölçüdə Qanunun 24.0.1-ci maddəsinə əsasən döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyət orqanının qərarı əsasında) ikiqat ölçüdə sığorta stajına əlavə edilir. İddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin ##.##.2023-cü il tarixli arayışının surətində onun döyüşən ordunun tərkibində xidmət etməyi qeyd olunmadığından həmin dövrün ikiqat ölçüdə sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili kimi hesablanması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin qərarı əsasında həyata keçirilir və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılır. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir. Sözügedən qərarda göstərilən vəzifələr və fəaliyyətlərə dair hər hansı sübutlar, həmçinin yuxarıda qeyd edilən qərar təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1996-cı il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş ##.##.1990-cı il tarixdən ##.##.1992-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma tarixi bazar gününə təsadüf edir) sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Cavabdeh iddiaya dair etiraza əlavədə qeyd etmişdir ki, əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. İddiaçı İddiaçı 22-1.1-ci maddəsinə əsasən ##.##.2023-cü il tarixdə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il ######ın #-dək faktiki sığorta stajı həmin Qanunun 22- 1.2.1-22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. İddiaçı İddiaçı iddiasına dair iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra Mərkəzi Filial) daxil olmuş ##.##.2025-ci il tarixli *-**-*/*- *-*****/**** nömrəli xidməti məktuba baxılmışdır. İddiaçı İddiaçı müraciətinə Mərkəzi Filialın ##.##.2025-ci il tarixli qərarı ilə yenidən baxılmışdır. Onun təqdim etdiyi attestatın surətinə əsasən ##.##.1976-cı il tarixindən ##.##.1977-ci il tarixədək təhsil aldığı müddət, hərbi biletin surətinə əsasən ##.##.1977-ci il tarixdən ##.##.1979-cu il tarixədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən ##.##.1977-ci il tarixdən ##.##.1977-ci il tarixədək, ##.##.1980-ci il tarixdən ##.##.1990-cı il tarixədək, ##.##.1992-ci il tarixdən ##.##.2003-cü il tarixədək, ##.##.2004-cü il tarixdən ##.##.2006-cı il tarixədək, Tərtər Rayon İcra Hakimiyyəti Başçısının Umudlu kənd İnzibati ərazi Dairəsi üzrə nümayəndəliyinin ##.##.2024-cü il tarixli arayışına əsasən ##.##.2003-cü il tarixdən ##.##.2004-cü il tarixədək olan əmək fəaliyyəti dövrləri daxil olmaqla onun ümumilikdə ##.##.2006-cı il tarixədək 26 il 1 ay 29 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ##.##.2025-ci il tarixli *-**-**/*-***/**** nömrəli məktubunda Tərtər rayon şöbəsinin uçot məlumatlarında İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tərkibində hərbi xidmət keçməsi və döyüş əməliyyatlarında iştiraketməsi barədə məlumatın mövcud olmadığı qeyd edildiyindən vətəndaşın iddia etdiyi 1988-1992-ci illərin ikiqat ölçüdə hesablanaraq sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1996-cı il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları” na əsasən əmək kitabçasının surətində qeyd edilmiş ##.##.1990-cı il tarixindən ##.##.1992-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma barədə məlumatlar kiril qrafikalı əlifba ilə yazılmış, latın qrafikalı möhürdən istifadə edilmişdir və işdən çıxma tarixi bazar gününə təsadüf edir) sığorta stajına daxil edilməmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qanunun 24.0.1-cü maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajına aşağıdakı dövrlər güzəştli şərtlərlə daxil edilir: 1. döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə: 2. şəxsin qanunsuz saxlanılma, həbsdə olma və cəzaçəkmə müddətləri – ikiqat ölçüdə; 3. cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti - ikiqat ölçüdə; 4. əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi ilə əlaqədar vəzifələrinin yerinə yetirilməsi müddəti - üçqat ölçüdə. Qanunun 24.0.1-ci maddəsinə əsasən döyüş əməliyyatları dövründə döyüşən ördunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə sığorta stajına əlavə edilir. İddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin ##.##.2023-cü il tarixli arayışının surətində onun döyüşən ordunun tərkibində xidmət etməyi qeyd olunımadığından həmin dövrün ikiqat ölçüdə sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. "Zabit heyətinə mənsub şəxslərə, Rlərə, Rlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, adliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası" haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.1992-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin qərarı əsasında həyata keçirilir və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılırlar. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia qismən təmin edilərək, iddiaçı İddiaçı 1988-ci ilin ######ın #-dən 1991-ci ilin oktybarın 9-dək hərbi xidmət dövrü üçqat ölçüdə, ##.##.1991-ci ildən ##.##.1992-ci ilədək və ##.##.2003-cü ildən ##.##.2004-cü il tarixədək olan əmək fəaliyyəti dövrü sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək, iddianın təmin edilmiş hissəsində ləğv edilərək həmin hissədə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1996-cı il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş ##.##.1990-cı il tarixindən ##.##.1992-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma barədə məlumatlar kiril qrafikalı əlifba ilə yazılmış, latın qrafikalı möhürdən istifadə edilmişdir və işdən çıxma tarixi bazar gününə təsadüf edir) sığorta stajına daxil edilməmişdir. Sorğusuna cavab olaraq Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Tərtər Rayon İcra Hakimiyyəti Tərtər Rayon Dövlət Arxivinin ##.##.2025-ci il tarixli 3-48- **-RA/*-**/**** nömrəli məktubunda göstərilmişdir ki, sorğuda göstərilən Tərtər rayon Umudlu kəndi "Nizami" adına X2 sovxozunun əmr kitabları və əmək haqqı sənədləri rayon Dövlət Arxivinə mühafizə olunmaq üçün təhvil verilməmişdir. Əmək kitabçasının mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda həmin şübhələr əmək haqqı cədvəlləri, işə daxilolma, işdən azad edilmə, məzuniyyətə çıxma və məzuniyyətdən qayıtma əmrləri Dövlət arxivinin arayışına əsasən aradan qaldırıla bilər. Qeyd edilən məlumatlardan heç birinin arxivdə saxlanılmaması həmin dövrlərin şübhəli olduğuna əsas verir. “Zabit heyətinə mənsub şəxslərə, Rlərə, Rlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il ## ###### tarixli *** nömrəli Qərarına (bundan sonra – Nazirlər Kabinetinin 1992-ci il ## ###### tarixli Qərarı) görə hərbi qulluqçulara pensiya təyin olunması üçün Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri xidmətin bir ayı üç ay sayılmaqla nəzərə alınması müəyyən edilmişdi. Eyni zamanda, həmin Qanunla “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 16-cı maddəsinə dəyişiklik edilərək aşağıdakı məzmunda ikinci hissə əlavə edilmişdir: “Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ili iki xidmət ili kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ilinin iki xidmət ili kimi hesablanması müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir. Bu halda həmin qərarda döyüş şəraitinin davametdiyi müddət göstərilməlidir”. Bundan sonra “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının #.##.2005-ci il tarixli ***-IIQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68- ci maddəsinin birinci hissəsinin ikinci abzası aşağıdakı redaksiyada verilmişdir: "Hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrü (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) - ikiqat ölçüdə;". Həmçinin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il # #### tarixli Qərarına əsasən Nazirlər Kabinetinin 1992-ci il ## ###### tarixli Qərarına dəyişiklik edilərək döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması müəyyən edilmişdir. Lakin iddiaçımüvafiq icra hakimiyyəti orqanının qərarını təqdim etməmişdir. İddiaçının mübahisəsiz sosial sığorta stajı onun təqdim etdiyi attestatın surətinə əsasən ##.##.1976-cı il tarixindən ##.##.1977-ci il tarixədək təhsil aldığı müddət, hərbi biletin surətinə əsasən ##.##.1977-ci il tarixdən ##.##.1979-cu il tarixədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən ##.##.1977-ci il tarixdən ##.##.1977-ci il tarixədək, ##.##.1980-ci il tarixdən ##.##.1990-cı il tarixədək, ##.##.1992-ci il tarixdən ##.##.2003cü il tarixədək, ##.##.2004-cü il tarixdən ##.##.2006-cı il tarixədək, Tərtər Rayon İcra Hakimiyyəti Başçısının Umudlu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin ##.##.2024-cü il tarixli arayışına əsasən ##.##.2003-cü il tarixindən ##.##.2004-cü il tarixinədək olan əmək fəaliyyəti dövrləri daxil olmaqla onun ümumilikdə ##.##.2006-cı il tarixinədək 26 il 1 ay 29 gün müəyyən edilmişdir. Qeyd edilən dövrlər Mərkəzi Filial tərəfindən iddiaçının sosial sığorta stajına daxil edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunması, iddianın təmin edilmiş hissəsində ləğv edilərək həmin hissədə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDIRMA HİSSƏSİ Apellyasiya şikayətinin və iddianın mümkünlüyü: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsindən görünür ki, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ##.##.1958-ci il tarixində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır; ИТ seriyalı ******* nömrəli Əmək kitabçasına əsasən İddiaçı: -##.##.1977-##.##.1977-ci illərdə Azərbaycan SSR Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir; -##.##.1980-##.##.1990-cı AzBaşEnerji 240-cı Hərbiləşmiş mühafizə layı * nömrəli komandada atıcı vəzifəsində çalışmışdır; -##.##.1990-##.##.1992-ci illərdə Nizami adına maldarlıq sovxozunda hesablayıcı dispetçer vəzifəsində çalışmışdır; -##.##.1992-##.##.2003-cü illərdə Tərtər rayon İcra Hakimiyyəti başçısının Umudlu kənd inzibati ərazi vahidi üzrə nümayəndəsi vəzifəsində çalışmışdır; -##.##.2004-cü ildə Azərbaycan MEA Neft-kimya prosesləri Mexaniki-təmir sahəsinə əməyin ödənilməsinin 13 dərəcəsi ilə mexanik vəzifəsinə işə qəbul edilmişdir; -##.##.2006-cı ildə Mexaniki təmir sahəsi təcrübə sınaq və texniki sexinin tərkibinə keçirilmişdir; -##.##.2018-ci ildə əməyin öənilməsinin 13 dərəcəsi ilə mühəndis vəzifəsinə keçirilmişdir; -##.##.2021-ci ildə aldığı maaş və vəzifəsi ilə yeni yaradılmış texniki xidmət şöbəsinə keçirilmişdir; -##.##.2022-ci ildə attestasiya nəticələrinə əsasən öz vəzifəsində saxlanılmışdır; Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş MV seriyalı ***** nömrəli ##.##.2019-cu il tarixli müharibə veteranı vəsiqəsinə əsasən Vəsiqənin sahibi İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Vəsiqə müddətsizdir və Azərbaycan Respublikası ərazisində qüvvədədir; Tərtər rayon İcra Hakimiyyəti başçısının Umudlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ##.##.2024-cü il tarixli *** nömrəli Arayışında göstərilmişdir ki, Ağdərə rayonundan məcburi köçkün Tərtər RİHB-nın Umudlu kənd İƏD-si üzrə nümayəndəlikdə qeydiyyatda olan İddiaçı ##.##.2003-cü il tarixli, ** nömrəli əmrlə nümayəndəliyə texniki işçi kimi işə götürülmüş, 0#.##.2005-ci il tarixli, ** nömrəli əmrlə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2024-cü il tarixli *-**-*/*-******/**** nömrəli məktubunda göstərilmişdir ki, iddiaçı İddiaçı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının 22-1.1-ci maddəsinə əsasən ##.##.2023-cü il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı təqdim etdiyi attestatın surətinə əsasən ##.##.1976-cı il tarixindən ##.##.1977-ci il tarixinədək təhsil aldığı müddət, hərbi biletin surətinə əsasən ##.##.1977- ci il tarixindən ##.##.1979-cu il tarixinədək, əmək kitabçasının surətinə əsasən ##.##.1977-ci il tarixindən ##.##.1977-ci il tarixinədək, ##.##.1980-ci il tarixindən ##.##.1990-cı il tarixinədək, ##.##.1992-ci il tarixindən ##.##.2003-cü il tarixinədək, ##.##.2004-cü il tarixindən ##.##.2006-cı il tarixinədək olan əmək fəaliyyəti dövrləri daxil olmaqla onun ##.##.2006-cı il tarixinədək mübahisələndirilməyən sığorta stajı 25 il 8 ay 3 gün təşkil edir. İddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin ##.##.2023-cü il tarixli *** nömrəli arayışında onun döyüşən ordunun tərkibində hansı illərdə xidmət etməsi qeyd olunmadığından vətəndaşın iddia etdiyi 1988-1992-ci illərin ikiqat ölçüdə hesablanaraq sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1996-cı il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"na əsasən əmək kitabçasının surətində qeyd edilmiş ##.##.1990-cı il tarixindən ##.##.1992-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma barədə məlumatlar kiril qrafikası ilə, möhür latın qrafikası ilə yazılmış və işdən çıxma tarixi bazar gününə təsadüf edir) sığorta stajına daxil edilməmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsisteminə əsasən adıçəkilən şəxsin ##.##.2006-cı il tarixindən ##.##.2024- cü il tarixinədək fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 2023-cü il tarixinə indeksləşdirilmiş məbləği 26207,61 manat müəyyən edilmişdir; Həmin məktubla təqdim edilmiş sənədlərdən görünür ki: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2023-cü il tarixli *-**-*/*-Ə-******/**** nömrəli “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” Qərara əsasən İddiaçı hazırki pensiya məbləği və yenidən hesablanmış pensiya məbləği 339.71 manat təşkil edir. Fərdi hesab üzrə PSK-nın məbləği 25766.02 manat, fərdi hesab üzrə PSK-nın nəzərə alındığı son tarix ##.##.2023-cü il qeyd edilmişdir. Yenidən hesablama zamanı pensiya məbləği dəyişməmiş, əskikvermə müəyyən edilməmişdir; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2023-cü il tarixli *-**-*/*-Ə-******/**** nömrəli “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” Qərara əsasən İddiaçı hyazırki pensiya məbləği 339.72 manat artırılaraq 341.99 manat qeyd edilmişdir. Fərdi hesab üzrə PSKnın məbləği 26091.48 manat, Fərdi hesab üzrə PSK-nın nəzərə alındığı son tarix ##.##.2023-cü ildir. Yenidən hesablamanın ödəniş tarixi ##.##.2023-cü ildir. Əskik vermə məbləği 4.54 manat qeyd edilmişdir; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2023-cü il tarixli “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” Qərara əsasən hazırki pensiya məbləği 341.98 manatdan artırılaraq 346.31 manat təşkil etmişdir. Fərdi hesab üzrə PSK-nın məbləği 26091.48 manat, fərdi hesab üzrə PSK-nın nəzərə alındığı son tarix ##.##.2023-cü ildir. Yenidən hesablamanın ödəniş tarixi ##.##.2024-cü ildən nəzərdə tutulmuşdur. Əskik vermə məbləği 12.99 manat qeyd edilmişdir; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2024-cü il tarixli “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” Qərara əsasən İddiaçı ##.##.2023-cü il tarixdən əmək pensiyası təyin olunmuşdur. Hazırkı əmək pensiyasının məbləği 346.31 manat, yenidən hesablanmış əmək pensiyasının məbləği 386.06 manat, fərdi hesab üzrə PSK-nın nəzərə alındığı son tarix ##.##.2023-cü il; yenidən hesablamanın ödəniş tarixi ##.##.2024-cü il; ##.##.2023-##.##.2023-cü il tarixləri üzrə 347.17 manat; ##.##.2024- ##.##.2024-cü il tarixləri üzrə 386.06 manat ödənilmişdir; əskik ödəmə 1813.63 manat qeyd edilmişdir; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2023-cü il tarixli *-**-*/*-Ə-******/**** nömrəli “Yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında” məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin * nömrəli Bakı DOST Mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 22-1.1-ci maddəsinə əsasən sizə ##.##.2023-cü il tarixində 339,72 manat məbləğində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il ######ın #-dək faktiki sığorta stajı həmin Qanunun 22-1.2.122-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, ##.##.2006-cı il tarixinədək 25 il sığorta stajı və ##.##.2006-cı il tarixindən ##.##.2023-cü il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 26091,48 manat pensiya kapitalı əsasında əmək pensiyanızın məbləği yenidən hesablanaraq ##.##.2023-cü il tarixindən 341,98 manat müəyyən edilmişdir. Təqdim etdiyiniz sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrünüz, o cümlədən ##.##.1977-ci il tarixindən ##.##.1979-cu il tarixinədək hərbi xidmətdə olduğunuz müddət də nəzərə alınmaqla ##.##.2006-cı il tarixinə kimi faktiki sığorta stajınız 24 il 10 ay 9 gün olduğu halda, sizə Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. Qanunun 24.0.1-ci maddəsinə əsasən döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə sığorta stajına əlavə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1996-cı il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş ##.##.1990-cı il tarixindən ##.##.1992-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdənçıxma tarixi bazar gününə təsadüf edir) həmin dövrün sığorta stajınıza daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Sözügedən dövr üzrə əmək fəaliyyətinizi təsdiq edən zəruri sənədləri (əmək haqqı cədvəlləri və əmr kitablarından çıxarış) və döyüşən ordunun tərkibində xidmət etdiyinizi təsdiq edən müvafiq arayışı Bakı DOST Mərkəzlərinə təqdim etməklə təkrar müraciətiniz əsasında həmin dövrlərin sığorta stajınıza daxil edilərək əmək pensiyanızın yenidən hesabllanmasına qanunvericiliyə uyğun olaraq baxılacaqdır; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2024-cü il tarixli *-**-*/*-Ə-*****/**** nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Teminat Agentliyinin * nömrəli Bakı DOST Mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 22-1.1-ci maddəsinə əsasən sizə ##.##.2023-cü il tarixində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 22-1.3cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il ######ın #-dək faktiki sığorta stajı həmin Qanunun 22-1.2.1-22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Təqdim etdiyiniz sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrünüz, o cümlədən ##.##.1976-cı il tarixindən ##.##.1977-ci il tarixinədək təhsil aldığınız illər və ##.##.1977-ci il tarixindən ##.##.1979-cu il tarixinədək hərbi xidmətdə olduğunuz müddət də nəzərə alınmaqla ##.##.2006-cı il tarixinədək 25 il 8 ay 3 gün sığorta stajı və ##.##.2006-cı il tarixindən ##.##.2023-cü il tarixinədək (17 il 7 ay sığorta stajınıza uyğun) fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 26207,61 manat (2023-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyanızın məbləği yenidən hesablanaraq ##.##.2023-cü il tarixindən 347,17 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyanızın məbləği indeksləşdirilərək ##.##.2024-cü il tarixindən 386,06 manata çatdırılmışdır. Qanunun 24.0.1-ci maddəsinə əsasən döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə sığorta stajına əlavə edilir. Bildiririk ki, təqdim etdiyiniz Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin ##.##.2023-cü il tarixli arayışının surətində döyüşən ordunun tərkibində xidmət etməyiniz qeyd olunmadığından həmin dövrün ikiqat ölçüdə sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1996-cı il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş ##.##.1990-cı il tarixindən ##.##.1992-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma tarixi bazar gününə təsadüf edir) sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir. Bildiririk ki, ##.##.1990-cı il tarixindən ##.##.1992-ci il tarixinədək əmək haqqı almağınızı təsdiq edən sənədləri (əmək haqqı arayışları və əmrlərdən çıxarışları) və döyüşən ordunun tərkibində xidmət etdiyinizi təsdiq edən müvafiq arayışı DOST Mərkəzlərinə təqdim etməklə təkrar müraciətiniz əsasında həmin dövrlərin sığorta stajınıza daxil edilərək əmək pensiyanızın yenidən hesabllanmasına qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Əlavə olaraq bildiririk ki, ötən dövr üzrə (##.##.2023-cü il tarixindən) hesablanmış əmək pensiyanızın fərq məbləği aylıq pensiyanızın üzərinə əlavə edilməklə sizə ödəniləcəkdir; Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon Şöbəsinin ##.##.2024-cü il tarixli 3- **-**/*-***/**** nömrəli məktubu ilə təqdim edilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsi üzrə Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün təqdim olunan şəxslərin Adlı Siyahısında İddiaçı adı qeyd edilmişdir. Protokol nömrəsi və tarixi- ##.##.2019, №*; Vəsiqənin nömrəsi 00903 qeyd edilmişdir; Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ##.##.2024-cü il tarixli *-**-**/*-****/** nömrəli məktubu ilə göndərilmiş sənədlərdən görünür ki: -Tərtər Rayon İcra Hakimiyyətinin Umudlu kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin ##.##.2016-cı il tarixli ** nömrəli məktubu ilə təqdim edilən məktubda 1988-ci il ######ın #-dən 1991-ci il #######ın #-dək erməni millətçi quldur dəstələrinə qarşı keçmiş DQMV-nin Ağdərə rayonunun Umudlu kəndində aparılan döyüş əməliyyatlarında iştirak etmiş və kəndin müdafiəsində durmuş Umudlu kənd özünümüdafiə dəstəsi üzvlərinin Siyahısında 1-ci olaraq 1958-ci il təvəllüdlü İddiaçı adı qeyd edilmişdir; - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsinin ##.##.2018-ci il tarixli *** nömrəli Arayışında göstərilmişdir ki, ehtiyyatda olan əsgər 1958-ci il təvəllüdlü İddiaçı ##.##.1977-ci il tarixdən ##.##.1979-cu il tarixədək keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir. ##.##.1996-cı il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsində qeydiyyatdadır. Əsas:qeydiyyat kartası; Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə Komissiyasının ##.##.2016-cı il tarixli */Ə-**** nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, 1988-ci il ######ın #-dən 1991-ci il #######ın #-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsi üçün Müdafiə nazirinin əmri ilə yaradılmış komissiya Azərbaycan Respublikası Prezidentinin 2012-ci il ## ###### tarixli Fərmanı ilə Hərbi Komissarlığın ləğv olunması ilə əlaqədar öz fəaliyyətini dayandırmışdır. Ehtiyatda və istefada olan şəxslərin sənədlərinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində saxlanıldığını nəzərə alaraq qeyd olunan məsələnin aidiyyəti üzrə baxılması üçün tərəfimizdən təkliflər hazırlanmış və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı", "Silahlı Qüvvələr veteranı" və "Əmək veteranı” adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"yə dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabineti Qərarının təkmilləşdirilmiş layihəsi və digər sənədləri baxılması üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilmişdir; Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ##.##.2025-ci il tarixli *-**-**/*-****/** nömrəli məktubunda göstərilmişdir ki, Sizin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə ünvanladığınız ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli məktubunuza cavab olaraq bildirilir ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində aparılan "Şəxsi heyətin elektron məlumat sistemi"nə əsasən İddiaçı Azərbaycan Ordusunda xidmət keçməsinə dair məlumat aşkar edilməmişdir. Təqdim etdiyiniz, İddiaçı məxsus H3 № ******* nömrəli hərbi biletin kserosurətində olan qeydlərə əsasən müəyyən olunur ki, o, ## ####### 1977-ci il tarixdən ## ####### 1979-cu il tarixədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. Bundan başqa, təqdim etdiyiniz, İddiaçı məxsus ИТ-І № ******* nömrəli Əmək kitabçasında olan qeydlərə əsasən müəyyən olunur ki, o, ## ###### 1980-ci il tarixdən ## ###### 1990-cı il tarixədək Azərbaycan Respublikası Energetika və Elektrikləşdirmə Birliyinin *** nömrəli Hərbiləşdirilmiş Mühafizə Dəstəsinin * nömrəli komandasının atıcısı vəzifəsində mülki şəxs qismində işlədiyi müddət mülki iş stajına aiddir. Belə ki, yuxarıda qeyd olunan Hərbiləşdirilmiş Mühafizə Dəstəsi hərbi müəssisə (qurum) hesab edilmədiyindən, bu müəssisədə (qurumda) iş müddəti həqiqi hərbi xidmət müddəti hesab edilmir. Yuxarıda göstərilənlərə istinad olaraq bildirilir ki, İddiaçı ## ###### 1980-ci il tarixdən ## ###### 1990-cı il tarixədək olan dövrdə həqiqi hərbi xidmətdə (hərbi qulluqçu statusunda) olmadığından, bu dövrə aid güzəştli hesablama qaydası nəzərdə tutulmamışdır; Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Tərtər Rayon İcra Hakimiyyəti Tərtər Rayon Dövlət Arxivinin ##.##.2025-ci il tarixli 3-48- **-RA/*-**/**** nömrəli məktubunda göstərilmişdir ki, Tərtər rayon Umudlu kəndi "Nizami" adına X2 sovxozunun əmr kitabları və əmək haqqı sənədləri rayon Dövlət Arxivinə mühafizə olunmaq üçün təhvil verilməmişdir; Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”: 1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və bu Qaydanın 1.2-ci bəndi nəzərə alınmaqla, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir. 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il ######ın #-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;
3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya * nömrəli Əlavəyə əsasən;
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;
6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il ######ın #-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; ...
Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Məhkəmənin mövqeyi: Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən iddiaçının 1988-ci ilin ######ın #-dən 1991-ci ilin oktybarın 9-dək hərbi xidmət dövrü üçqat ölçüdə, ##.##.1991ci ildən ##.##.1992-ci ilədək və ##.##.2003-cü ildən ##.##.2004-cü il tarixədək olan əmək fəaliyyəti dövrü sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının yenidən hesablanması nəticəsinə gəlmişdir. Cavabdeh iddianın təmin edilən hissəsindən apellyasiya şikayəti versə də, şikayətində ##.##.2003-cü ildən ##.##.2004-cü il tarixədək olan əmək fəaliyyəti dövrünün sığorta stajına daxil edildiyini bildirmişdir. Odur ki, hazırkı apellyasiya baxışının predmetini iddiaçının 1988-ci ilin ######ın #dən 1991-ci ilin oktybarın 9-dək hərbi xidmət dövrü üçqat ölçüdə, ##.##.1991-ci ildən ##.##.1992-ci ilədək olan əmək fəaliyyəti dövrü sosial sığorta stajına daxil edilməsi təşkil edir. Məhkəmə kollegiyası qeyd edilən hissələrlə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə və onun hüquqi əsaslandırması ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iş stajının hesablanmasında güzəştləri nəzərdə tutan 68-ci maddəsinin birinci hissəsinin ikinci abzasına əsasən döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti – üçqat ölçüdə iş stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsinin birinci hissəsinin ikinci abzası Azərbaycan Respublikasının # ######## 2005-ci il tarixli ***-IIQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən aşağıdakı redaksiyada verilmişdir: "hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrü (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) - ikiqat ölçüdə iş stajına daxil edilir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 16-cı maddəsinə görə həmin Qanuna uyğun olaraq hərbi qulluqçulara pensiya təyin edilməsi üçün xidmət illərinin hesablanması qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edirdi. “Zabit heyətinə mənsub şəxslərə, Rlərə, Rlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il ## ###### tarixli *** nömrəli Qərarına (bundan sonra – Nazirlər Kabinetinin 1992-ci il ## ###### tarixli Qərarı) görə hərbi qulluqçulara pensiya təyin olunması üçün Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri xidmətin bir ayı üç ay sayılmaqla nəzərə alınması müəyyən edilmişdi. “Zabit heyətinə mənsub şəxslərə, Rlərə, Rlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il ## ###### tarixli *** nömrəli Qərarına (bundan sonra – Nazirlər Kabinetinin 1992-ci il ## ###### tarixli Qərarı) görə hərbi qulluqçulara pensiya təyin olunması üçün Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri xidmətin bir ayı üç ay sayılmaqla nəzərə alınması müəyyən edilmişdi. Eyni zamanda, həmin Qanunla “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 16-cı maddəsinə dəyişiklik edilərək aşağıdakı məzmunda ikinci hissə əlavə edilmişdir: “Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ili iki xidmət ili kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ilinin iki xidmət ili kimi hesablanması müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir”. Qeyd edilən dəyişikliklər 2004-cü il ## ######## tarixindən qüvvəyə minmişdir. Bundan sonra “Hərbi qulluqçuların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının # ######## 2005-ci il tarixli ***-IIQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsinin birinci hissəsinin ikinci abzası aşağıdakı redaksiyada verilmişdir: "hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrü (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) - ikiqat ölçüdə;". Həmçinin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il # #### tarixli Qərarına əsasən Nazirlər Kabinetinin 1992-ci il ## ###### tarixli Qərarına dəyişiklik edilərək döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması müəyyən edilmişdir. Göründüyü kimi qanunvericiliyə edilmiş yeni dəyişikliklə şəxsin döyüş şəraitində döyüş əməliyyatlarında iştirak etdiyi dövr əvvəl 3 qat ölçüdə hesablanırdısa, 0#.##.2005-ci il tarixli qanunla edilmiş dəyişiklikdən sonra qeyd edilən dövrün 2 qat ölçüdə hesablanması nəzərdə tutulmuşdur. İddiaçının 1988-1991-ci il tarixlərdə iş stajının hesablanmasında güzəştləri nəzərdə tutan “Vətəndaşların Pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsi məhz döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrünü 3 qat ölçüdə hesablanmasını nəzərdə tutmuşdur, 0#.##.2005-ci il tarixli qanunla edilmiş dəyişikliklə həmin dövrün 3 qat deyil 2 qat ölçüdə hesablanması şəxsin hərbi xidmət keçdiyi dövrdə artıq qazandığı pensiya hüquqlarının pozulmasına gətirib çıxarır. Başqa sözlə, yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanıldığından iddiaçının məhz yeni dəyişikliyə qədər stajının 3 qat ölçüdə hesablanması ilə bağlı tələb hüququ da saxlanılmışdır, qüvvədədir və məhdudlaşdırmaya məruz qalmamalıdır. Hazırkı işin hallarından müəyyəndir ki, iddiaçı ##.##.2019-cu il tarixdən müharibə veteranı stastusundadır və ona müharibə veteranı adı və statusunun verilməsinə əsas olmuş icraat materiallarından görünür ki, iddiaçı 1988-ci ilin ######ın #-dən 1991-ci ilin oktybarın 9-dək keçmiş DQMV-nin Ağdərə rayonunun Umudlu kəndində aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Bu barədə sonuncu dəfə ##.##.2016-cı il tarixdə iddiaçının da adının olduğu (sıra1) siyahı Tərtər rayon İcra Hakimiyyətinə və səfərbərlik xidmətinə təqdim edilmiş, bundan sonra iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda adıçəkilən hərbi xidmət dövründən ##.##.1988-##.##.1991-ci il tarixədək olan dövrün # ######## 2005-ci il tarixli ***-IIQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsinin birinci hissəsinin edilmiş dəyişikliyə qədər üçqat ölçüdə hesablayaraq iş stajına daxil edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni olmuşdur. Kollegiya iddiaçının ##.##.1990-##.##.1992-ci ilədək sovxozda işlədiyi dövrün ##.##.1988-##.##.1991-ci il hərbi xidmət dövrü ilə üst-üstə düşən hissə çıxılmaqla qalan ##.##.1991-ci ildən ##.##.1992-ci ilədək olan əmək fəaliyyəti dövrünün ümumi staja daxil edilməsi ilə bağlı nəticəni də qanuni və əsaslı hesab edir. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: -1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir; -3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İddiaçının əmək kitabçasında mübahisələndirilən sovxozda işlədiyi dövr əmək kitabşasında öz əksini tapmış, işə qəbul, vəzifənin dəyişdirilməsi və işdən azad edilmə tarixləri və əmrlərin nömrələri göstərilmiş, əmrlər müəssisənin səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiq edilmişdir. Kitabçanın 6-7ci səhifələrində qeyd edilən həmin dövrün yazılma ardıcıllığı pozulmamış, həmin qeydlərin mötəbərliliyini şübhə altına alacaq hər hansı hala (qaralama və s.) isə məhkəmə icraatında rast gəlinməmişdir. Sonrakı 8 və 9cu səhifərində də iddiaçının növbəti iş yerlərində olan əmək fəaliyyəti dövrü əks olunmuşdur. Qeyd edilən sovxoza aid əmrlərin arxivdə bu və ya digər səbəbdən saxlanılmaması iddiaçının məsuliyyət dairəsinə aid olan məsələ deyildir və bununla bağlı həddən artıq sübutetmə yükü iddiaçının üzərinə qoyula bilməz. Başqa sözlə, nə qədər ki, iddiaçının mübahisələndirilən dövr üzrə fəaliyyəti əmək kitabçasında olan qeydlərdə öz əksini tapmış və hazırkı əmək kitabçasının mötəbərliyini şübhə altına alacaq sübut təqdim edilmədiyi nəzərə alındıqda, o zaman əmək kitabçası əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən iş stajı faktına dair həqiqi vəziyyəti dəqiq əks etdirməklə özüözlüyündə şübhə doğurmur. Odur ki, iddiaçının sovxozda işlədiyi dövrdən ##.##.1991-ci ildən ##.##.1992-ci ilədək olan dövr onun ümumi stajına hesablanmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov