Məhkəmə qərarları › İş №2-1(3-6)-819/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-819/2026

11.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-819/2026 11.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması haqqında qərarının qanunsuz hesab edilərək ləğv edilməsi və iddiaçıdan pul vəsaitinin tutulmasının cavabdehə qadağan edilməsi, tutulmuş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iş üzrə QƏRARİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X10 (sədrlik edən və məruzəçi), X6 və X16 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndələri nümayəndə1 və Mərufov İntiqam Əbdül oğlunun iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. AZ-İ seriyalı, ****** №-li “nikah haqqında şəhadətnamə”dən görünür ki, İddiaçı və X4 arasında ##.##.2014-cü il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Həsənov, qadına Qasımova soyadı verilmişdir.

2. AZ-III seriyalı, ****** №-li “doğum haqqında şəhadətnamə”dən görünür ki, X7 ##.##.2014-cü il tarixdə doğulmuşdur. Atası İddiaçı, anası X4r.

3. AZ-İ seriyalı, ****** №-li “ölüm haqqında şəhadətnamə”dən görünür ki, X4 ##.##.2016cı ildə ölmüşdür.

4. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2020-ci il tarixli qərarına əsasən, mərhum X4 dövlət qulluqçusu olması nəzərə alınaraq, yetkinlik yaşına çatmayan övladı # ###### 2014-cü il tarixdə doğulmuş X8 ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanaraq təyin edilməsi öhdəliyi DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

5. İddiaçının müraciətinə əsasən, cavabdeh inzibati orqan tərəfindən verilmiş ## ###### 2022-ci il tarixli, *********** №-li cavab məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7.1-ci və 20.7.2-ci maddələrinin # #### 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyalarına əsasən hakim kimi yaşa görə və ya əlilliyə görə əmək pensiyası hakim vəzifəsində 5 il və daha yuxarı iş stajı olan şəxsə münasibətdə təyin edilirdi. Mərhum həyat yoldaşı X17 hakim kimi iş stajı 5 ildən az (2 il 7 ay 7 gün) olduğu halda qanunvericiliyə zidd olaraq ona Fondun Nəsimi rayon şöbəsi tərəfindən ## ### 2016-cı il tarixindən övladı X20 görə “Əmək pensiyaları haqqında” Qanunun 20.7-1-ci maddəsinə əsasən sabiq hakimin ailə üzvü kimi ailə başçısını itirməklə əlaqədar əmək pensiyası təyin edilmişdir. Bununla əlaqədar, sözügedən rayon şöbəsi tərəfindən ona ##.##.2016-##.##.2017-ci il tarixləri arasındakı dövr ərzində 8198,79 manat məbləğində artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin pul vəsaiti # ######## 2017-ci il tarixdən hər ay 40,68 manat olmaqla, əmək pensiyasından çıxılaraq büdcəyə bərpa edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2021-ci il tarixli, *-*(***)-****/**** nömrəli Qərarına uyğun olaraq, ## ### 2016-cı il tarixdən ona övladı X20 görə ödənilən əmək pensiyası ## ### 2016-cı il tarixdən yenidən hesablanmışdır. Nəticədə ##.##.2016-##.##.2017-ci il tarixləri arasındakı dövr ərzində ona artıq ödənilmiş pul vəsaitinin 8198,79 manat deyil, 9315,25 manat olduğu müəyyən edilmişdir. Bundan başqa, ## ### 2016-cı il tarixində mərhum X17 vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 295 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 29,50 manat, ixtisas dərəcəsinə görə əlavəsi 55 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 110,63 manat olmaqla, orta aylıq əmək haqqı məbləği 490,13 manat təşkil etmişdir. Bununla əlaqədar, mərhuma ödənilməli olan əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinin # #### 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 9 il 4 ay 8 gün dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əmək haqqının (490,13 manat) 53 faizi - 259,77 manat məbləğində hesablanmışdır. Həmin Qanunun 20.13-cü maddəsinə əsasən əmək pensiyası mərhuma ödənilməli olan əmək pensiyasının (259,77 manat) 80 faizi - 207,81 manat məbləğində hesablanmışdır. Qeyd olunanlara əsasən, ona ##.##.2017-##.##.2018-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 1246,86 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 3013,86 manat ödənilmişdir. Buna görə də, həmin dövr üzrə ona 1767 manat artıq pul vəsaiti ödənilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3cü maddəsinə əsasən, 2017-ci il ####un #-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il ####un #-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## #### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il ####un #-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması” Qaydasının 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin # #### 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar, mərhum Mətanət Qasımovanın 9 il 4 ay 8 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 31,11 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən # #### 2018-ci il tarixindən mərhum Mətanət Qasımovanın vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 325 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 32,50 manat, ixtisas dərəcəsinə görə əlavəsi 55 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 121,88 manat olmaqla, orta aylıq əmək haqqı məbləği 534,38 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il ## #### tarixli, *** nömrəli Fərmanının tələblərinə uyğun qaydada # #### 2017-ci il tarixinədək mərhumun vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı məbləği (490,13 manat) ilə # #### 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (534,38 manat) arasındakı fərq məbləğinin (44,25 manat) 31,11 faizi - 13,76 manat məbləğində vəsait # #### 2018-ci il tarixinədək hesablanmış pensiyasının (259,77 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 273,53 manat müəyyən edilmişdir. Həmin Qanunun 20.13-cü maddəsinə əsasən əmək pensiyası mərhuma ödənilməli olan əmək pensiyasının (273,53 manat) 80 faizi- 218,83 manat məbləğində hesablanmalı olduğu halda, ##.##.2018-##.##.2018-ci il tarixləri arasındakı dövr üzrə 256,16 manat, ##.##.2018-##.##.2019-cu il tarixləri arasındakı dövr üzrə isə 215,45 manat məbləğində müəyyən edilmişdir. Buna görə də, həmin dövr üzrə ona 102 manat artıq pul vəsaiti ödənilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, # ######## 2019-cu il tarixindən mərhum Mətanət Qasımovanın vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 490 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 49 manat, ixtisas dərəcəsinə görə əlavəsi 55 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 183,75 manat olmaqla, orta aylıq əmək haqqı məbləği 777,75 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## #### tarixli, *** nömrəli Fərmanının tələblərinə uyğun qaydada # ######## 2019-cu il tarixinədək mərhumun vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı məbləği (534,38 manat) ilə # ######## 2017-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (777,75 manat) arasındakı fərq məbləğinin (243,37 manat) 31,11 faizi - 75,71 manat # ######## 2019-cu il tarixinədək hesablanmış pensiyasının (273.53 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 349,24 manat müəyyən edilmişdir. Həmin Qanunun 20.13-cü maddəsinə əsasən, əmək pensiyası mərhuma ödənilməli olan əmək pensiyasının (349.24 manat) 80 faizi - 279,40 manat məbləğində hesablanmalı olduğu halda, ##.##.2019-##.##.2020-ci il tarixləri arasındakı dövr üzrə 273,32 manat, ##.##.2020-##.##.2020-ci il tarixləri arasındakı dövr üzrə 318,69 manat, ##.##.2021- ##.##.2021-ci il tarixləri arasındakı dövr üzrə isə 355,02 manat məbləğində müəyyən edilmişdir. Buna görə də həmin dövrlər üzrə ümumilikdə 1188,24 manat məbləğində artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən, ona ##.##.2016- ##.##.2017-ci il tarixləri arasındakı dövr ərzində 9315,25 manat, ##.##.2017- ##.##.2021 -ci il tarixləri arasındakı dövr ərzində isə 3057,24 manat artıq pul vəsaiti ödənildiyindən ümumilikdə 12372,49 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin pul vəsaitinin 2196,72 manat hissəsi ##.##.2017-##.##.2022-ci il tarixləri arasındakı dövr ərzində hər ay 40,68 manat olmaqla əmək pensiyasından çıxılaraq büdcəyə bərpa edilmişdir. Hazırda ona qalıq artıq ödəmə 10175,77 manat təşkil edir.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının ##.##.2016-cı il tarixli, **** nömrəli qərarına əsasən İddiaçı ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir.

7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2021-ci il tarixli, *********** №-li “əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən, İddiaçı DSMF Nəsimi rayon şöbəsi tərəfindən təyin olunmuş (hazırki məbləğ – 355,02 manat) ABİ-yə görə (dövlət qulluğu) pensiya vətəndaşın müraciəti əsasında yenidən hesablanmış və yenidən hesablanmış pensiya məbləği 279.40 manat təşkil edir.

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin “əmək pensiyasının yenidən hesablanması haqqında *********** nömrəli, ##.##.2021-ci ilin tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi və iddiaçıdan pulun tutulmasının cavabdehə qadağan edilməsi, tutulmuş pul vəsaitinin geri qaytarılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin, eləcədə formalaşmış məhkəmə təcrübəsinə zidd olaraq *********** nömrəli, ##.##.2021-ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması” barədə qərarın qəbul edilməsi olmuşdur. Belə ki, keçmiş həyat yoldaşı X4 2016-cı il ## ### tarixdə vəfat etmişdir. Onların birgə nikahdan Esmiralda adlı övladları doğulmuşdur. Uşaq hazırda onun himayəsindədir. O sabiq dövlət qulluqçusunun övladı kimi uşağa ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh orqan müraciətinin təmin olunmasından imtina etmişdir. Bu səbəbdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2020-ci il ## ######## tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, mərhum X4 dövlət qulluqçusu olması nəzərə alınaraq yetkinlik yaşına çatmayan övladı 2014-cü il ## ###### tarixdə doğulmuş X8 ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanaraq təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021 -ci il 11 mart tarixli, 2-1(103)- ***/**** nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il ## ######## tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra cavabdeh həmin qərardan kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/** saylı, 30.06.21-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin olunmayaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il ## #### tarixli, 2-1 (***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra cavabdeh inzibati orqan qanunsuz olaraq *********** nömrəli, ##.##.2021-ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması” barədə qərar qəbul etmişdir. Həmin qərarda qeyd edilmişdir ki, hazırkı pensiya məbləği 355,02 manatdır, yenidən hesablanmış pensiya məbləği 279,40 manat təşkil edir. Hesab edir ki, cavabdehin pensiyasının yenidən hesablanması barədə qərarı qanunsuz və əsassızdır. Cavabdehə bununla əlaqədar müraciət olunmuş, cavabdeh tərəfindən müraciətə cavab məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2021-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarına uyğun olaraq ## ### 2016-cı il tarixindən övladı X20 görə ödənilən əmək pensiyası ## ### 2016-cı il tarixindən yenidən hesablanmış, nəticədə ##.##.2016-##.##.2017- ci il tarixləri arasındakı dövr ərzində 9315,25 manat, ##.##.2017-##.##.2021-ci il tarixləri arasındakı dövr ərzində isə 3057,24 manat artıq pul vəsaiti ödənildiyindən, ümumilikdə 12372,49 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin pul vəsaitinin 2196,72 manat hissəsi ##.##.2017-##.##.2022ci il tarixləri arasındakı dövr ərzində hər ay 40,68 manat olmaqla əmək pensiyasından çıxılaraq büdcəyə bərpa edilmişdir. Hazırda qalıq artıq ödəmə 10175,77 manat təşkil edir. Pensiyanın yenidən hesablanması zamanı azaldılmasından öncə, cavabdeh tərəfindən inzibati icraat barədə məlumatlandırılmamış, inzibati icraatda iştirakı, həmçinin mənim dinlənilmə hüququ təmin edilməmiş, aparılan icraat “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparılmamış, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı dəyişdirmiş, bu barədə ona yalnız müraciətindən sonra məktubla məlumat verməklə kifayətlənərək, artıq ödənildiyini iddia etdiyi pul vəsaitinin geri qaytarılmasını tələb etmiş, bununla da qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. Halbuki, cavabdeh iddiaçıya ödənilən pensiya ödənişinin məbləğinin azaldılması məsələsini həll edərkən “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Göründüyü kimi, pensiya məbləği heç bir əsaslı səbəb olmadan azaldılmış, tutulmalar aparılmışdır. Halbuki, azaldılmanın nə ilə bağlı olduğu ona məlum olmamışdır.

10. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, İddiaçı mərhum həyat yoldaşı X17 hakim kimi iş stajı 5 ildən az (2 il 7 ay 7 gün) olduğu halda qanunvericiliyə zidd olaraq iddiaçının Fondun Nəsimi rayon şöbəsi tərəfindən ## ### 2016-cı il tarixindən övladına X9 görə Qanunun 20.7-1-ci maddəsinə əsasən sabiq hakimin ailə üzvü kimi ailə başçısını itirməklə əlaqədar əmək pensiyası təyin edilmişdir. Bununla əlaqədar sözügedən rayon şöbəsi tərəfindən iddiaçıya ##.##.2016-##.##.2017-ci il tarixləri arasındakı dövr ərzində 8198,79 manat məbləğində artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin pul vəsaiti # ######## 2017-ci il tarixindən hər ay 40,68 manat olmaqla əmək pensiyasından çıxılaraq büdcəyə bərpa edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2021-ci il tarixli, *-*(***)-****/**** nömrəli Qərarına uyğun olaraq ## ### 2016-cı il tarixindən iddiaçı İddiaçı övladı E.Həsənovaya görə ödənilən əmək pensiyası ## ### 2016-cı il tarixindən yenidən hesablanmışdır. Nəticədə ##.##.2016- ##.##.2017-ci il tarixləri arasındakı dövr ərzində ona artıq ödənilmiş pul vəsaitinin 8198,79 manat deyil, 9315,25 manat olduğu müəyyən edilmişdir. Bundan başqa, ## ### 2016-cı il tarixində mərhum X4 vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 295 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 29.50 manat, ixtisas dərəcəsinə görə əlavəsi 55 manat, müavinətlərin cəminə görə əlavəsi 110,63 manat olmaqla orta aylıq əmək haqqı məbləği 490,13 təşkil etmişdir. Bununla əlaqədar mərhuma ödənilməli olan əmək pensiyası Qanunun 20.11.2-ci maddəsinin # #### 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 9 il 4 ay 8 gün dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əmək haqqının (490,13 manat) 53 faizi - 259,77 manat məbləğində hesablanmalı olduğu halda, Qanunun 20.13-cü maddəsinə əsasən əmək pensiyası mərhuma ödənilməli olan əmək pensiyasının (259,77 manat) 80 faizi-207,81 manat məbləğində hesablanmışdır. Qeyd olunanlara əsasən, iddiaçı İddiaçı ##.##.2017- ##.##.2018-ci tarixləri arasındakı dövr ərzində ümumilikdə 1246,86 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 3013,86 manat ödənilmişdir. Buna görə də, həmin dövr üzrə ona 1767,00 manat artıq pul vəsaiti ödənilmişdir. Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il ####un #-dək Qanunun 20ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il ####un #-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## #### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il ####un #-dək teyin edilmmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zaman, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqca (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla, onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəsi almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin # #### 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar mərhum M.Qasımovanın 9 il 4 ay 8 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 31,11 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, # #### 2018-ci il tarixindən mərhum M.Qasımovanın vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 325 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 32,50 manat, ixtisas dərəcəsinə görə əlavəsi 55 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 121,88 manat olmaqla, orta aylıq əmək haqqı məbləği 534,38 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il ## #### tarixli *** nömrəli Fərmanının tələblərinə uyğun qaydada # #### 2018-ci il tarixinədək mərhumun vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (490,13 manat) ilə # #### 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (534,38 manat) arasındakı fərq məbləğinin (44,25 manat) 31,11 faizi - 13,76 manat # #### 2018-ci il tarixinədək hesablanmış pensiyasının (259,77 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 273,53 manat müəyyən edilmişdir. Həmin Qanunun 20.13-cü maddəsinə əsasən əmək pensiyası mərhuma ödənilməli olan əmək pensiyasının (273,53 manat) 80 faizi - 218,83 manat məbləğində hesablanmalı olduğu halda, ##.##.2018-##.##.2018-ci il tarixləri arasındakı dövr üzrə 256,16 manat, ##.##.2018- ##.##.2019-cu il tarixləri arasındakı dövr üzrə isə 215,45 manat məbləğində müəyyən edilmişdir. Buna görə də həmin dövr üzrə iddiaçıya 102 manat artıq pul vəsaiti ödənilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən # ######## 2019-cu il tarixindən mərhum M.Qasımovanın vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 490 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 49 manat, ixtisas dərəcəsinə görə əlavəsi 55 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 183,75 manat olmaqla, orta aylıq əmək haqqı məbləği 777,75 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## #### tarixli, *** nömrəli Fərmanının tələblərinə uyğun qaydada # ######## 2019-cu il tarixinədək mərhumun vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (534,38 manat) ilə # ######## 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (777,75 manat) arasındakı fərq məbləğinin (243,37 manat) 31,11 faizi - 75,71 manat # ######## 2019-cu il tarixinədək hesablanmış pensiyasının (273,53 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 349,4 manat müəyyən edilmişdir. Həmin Qanunun 20.13-cü maddəsinə əsasən əmək pensiyası mərhuma ödənilməli olan əmək pensiyasının (349,24 manat) 80 faizi - 279,40 manat məbləğində hesablanmalı olduğu halda, ##.##.2019-##.##.2020-ci il tarixləri arasındakı dövr üzrə 273,32 manat, ##.##.2020-##.##.2020-ci il tarixləri arasındakı dövr üzrə 318,69 manat, ##.##.2021-##.##.2021-ci il tarixləri arasındakı dövr üzrə isə 355,02 manat məbləğində müəyyən edilmişdir. Buna görə də, həmin dövrlər üzrə ümumilikdə 1188,24 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən, iddiaçıya##.##.2016-##.##.2017-ci il tarixləri arasındakı dövr ərzində 9315,25 manat, ##.##.2017-##.##.2021-ci il tarixləri arasındakı dövr ərzində isə 3057,24 manat artıq pul vəsaiti ödənildiyindən, ümumilikdə 12372,49 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin pul vəsaitinin 2196,72 manat hissəsi ##.##.2017-##.##.2022ci il tarixləri arasındakı dövr ərzində hər ay 40,68 manat olmaqla iddiaçının əmək pensiyasından çıxılaraq büdcəyə bərpa edilmişdir. Hazırda iddiaçıya qalıq artıq ödəmə 10175,77 manat təşkil edir. İddiaçı İddiaçı Mərkəzi Filialın ##.##.2021-ci il tarixli *********** nömrəli əmək pensiyasının yenidən hesablanması barədə Qərarın ləğv edilməsini xahiş etmişdir. ## ### 2016-cı il tarixində mərhum X4 vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 295 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 29,50 manat, ixtisas dərəcəsinə görə əlavəsi 55 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 110,63 manat olmaqla orta aylıq əmək haqqısı 490,13 manat təşkil etmişdir. Qanunun ## ### 2016-cı il tarixində qüvvədə olan redaksiyasına əsasən dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanmalıdır. Belə ki, mərhuma ödənilməli olan əmək pensiyası 9 il 4 ay 8 gün dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əmək haqqının (490,13 manat) 53 faizi-259,77 manat mabləğində hesablanmalıdır. X2 tərəfindən Qanunun 20.13-cü maddəsinə əsasən mərhuma ödənilməli olan əmək pensiyasının (259,77 manat) 80 faizi-207,81 manat məbləğində hesablanmışdır. Odur ki, Mərkəzi Filialın əvvəlki qərarı yanlış olduğundan, əmək pensiyasının düzgün hesablanması üçün *********** nömrəli, ##.##.2021-ci ilin tarixli yenidən hesablama qərarı ilə qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının əmək pensiyasını düzgün hesablanmışdır.

11. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Cavabdeh *********** nömrəli, ##.##.2021-ci il tarixli qərarı ləğv edilmiş, iddiaçı İddiaçı pensiya məbləğindən tutulmalar qadağan edilmiş və pensiya məbləğindən tutulmuş pul vəsaitinin geri qaytarılması vəzifəsi cavabdeh Cavabdehın üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.

12. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

b) Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlillərinə uyğun olaraq əsaslandırılmışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinə uyğun izahat verərək, bildirmişdirlər ki, Bakı İnzibati Məhkəməsinin ## ##### 2020-ci il tarixli qərarına əsasən, mərhum Mətanət Qasımovanın dövlət qulluğunda qazandığı sığorta stajına uyğun olaraq övladı Esmiralda Həsənovaya ailə başçısının itirilməsi ilə bağlı pensiya təyin edilmiş və həmin məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Belə ki, 2016-cı ildə Esmiralda Həsənovaya təyin edilən pensiya anasının hakimlik fəaliyyəti ilə əlaqədar olmuş və hazırki dövlət qulluğu ilə bağlı olan pensiya məbləğindən yüksək olmuşdur. Lakin, Bakı İnzibati Məhkəməsinin ## ##### 2020-ci il tarixli qərarı ilə ailə başçısının itirilməsi ilə bağlı pensiya dövlət qulluğu ilə bağlı olduğundan Esmiralda Həsənovanın qanuni nümayəndəsinə 2016-cı ildə artıq pensiya məbləğinin ödənilməsi müəyyən edilmişdir. Ona görə də, yenidən hesablanma barədə qərar qəbul edilərək artıq ödənilən vəsait Esmiralda Həsənovanın qanuni nümayəndəsindən geri tələb edilmişdir. Qeyd olunanlara əsasən, cavabdeh təşkilatın nümayəndələri apellyasiya şikayətinin təmin edilərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər.

16. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirakını təmin etməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 22.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

19. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

20. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Əvvəla, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.1-ci maddələrinə əsasən)

22. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 16-17-ci bəndləri) əsaslanaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

23. Belə ki, iddiaçı “Əmək pensiyasının yenidən hesablanması barədə” ##.##.2021-ci ilin tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi, iddiaçıdan pul vəsaitinin tutulmasının cavabdehə qadağan edilməsi və tutulmuş pul vəsaitinin isə geri qaytarılmasını tələb edir.

24. Cavabdeh orqan iddiaçıya ##.##.2016-##.##.2017-ci il tarixləri arasındakı dövr ərzində 9315,25 manat, ##.##.2017-##.##.2021-ci il tarixləri arasındakı dövr ərzində isə 3057,24 manat artıq pul vəsaiti olmaqla, ümumilikdə 12372,49 manat artıq pul vəsaitinin ödənildiyini bildirir.

25. İşin materiallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən ##.##.2016-cı il tarixdən iddiaçının övladına ailə başçısını itirdiyinə görə əmək pensiyası təyin olunmuşdur. Belə ki, Esmiralda Həsənovaya təyin edilmiş pensiya mərhum anasının hakim kimi fəaliyyət göstərməsi ilə bağlı olmuş, cavabdeh təşkilat tərəfindən yenidən hesablama nəticəsində mərhumun tələb edilən 5 illik hakimlik stajının olmaması müəyyən edilmişdir. Esmiralda Həsənovanın qanuni nümayəndəsi olan İddiaçı iddia tələbi əsasında Bakı İnzibati Məhkəməsinin ## ##### 2020-ci il tarixli qərarına əsasən mərhum Mətanət Qasımovanın dövlət qulluğunda qazandığı sığorta stajına uyğun olaraq övladı Esmiralda Həsənovaya ailə başçısının itirilməsi ilə bağlı pensiya təyin edilmiş və həmin məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Belə ki, 2016-cı ildə Esmiralda Həsənovaya anasının hakimlik fəaliyyəti ilə əlaqədar təyin edilən pensiya məbləği Bakı İnzibati Məhkəməsinin 2020-ci ildə təyin etdiyi dövlət qulluğu ilə bağlı olan pensiya məbləğindən yüksək olmuşdur. Bu səbəbdən, yaranan fərq məbləği Esmiralda Həsənovanın qanuni nümayəndəsindən geri tələb edilmişdir. Bakı İnzibati Məhkəməsinin ## ##### 2020-ci il tarixli qərarı və artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması ilə bağlı cavabdeh təşkilat tərəfindən ##.##.2021ci ildə “Əmək pensiyasının yenidən hesablanması barədə” qərar qəbul edilmişdir. Artıq ödənilmiş vəsaitin geri qaytarılması qeyd olunan ##.##.2021-ci il tarixli qərarda birbaşa göstərilməsə də, qərarın cavabdehdə olan nüsxəsində bu barədə qeyd aparılmış və həmin qərar əsasında ödənilməli olan pensiya məbləğindən müəyyən vəsait tutulmuşdur. Halbuki, həmin vəsaitin iddiaçıdan geri alınması “İnzibati İcraat haqqında” Qanunun 67.5-ci maddəsinin tələblərinə ziddir. Belə ki, həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı təqdirdə, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Başqa sözlə, cavabdeh təşkilat artıq ödənilmiş pensiya vəsaitinin iddiaçı tərəfindən xərclənmədiyi ilə bağlı əsaslı dəlillərini (məsələn, bank hesabına köçürülmüş vəsaitdən istifadə edilməməsi və s.) məhkəməyə təqdim edə bilməmişdir. Belə olduğu tədqirdə, iddiaçının etimad hüququ qanunla qorunmalıdır.

26. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin tələbinə görə artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

27. Qanunun qeyd olunan tələbindən birmənalı olaraq göründüyü kimi, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir, razılığı olmadığı halda isə həmin məbləğin tutulması məhkəmə qaydasında həyata keçirilir.

28. Lakin, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, qeyd olunan qaydalara cavabdeh təşkilat tərəfindən riayət edilməmişdir.

29. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 30.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 31.Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2025-ci il qərarı dəyişdirilmədən saxlanılmalıdır. 32.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2025-ci il qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar