Məhkəmə qərarları › İş №2-1(3-6)-826/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-826/2026

04.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-826/2026 04.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair işi üzrə Açar sözlər: (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X3 və X6 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı İddiaçı ##.##.1956-cı il təvəllüdlüdür. ##.##.1974-cü il tarixli əmək kitabçasına əsasən iddiaçı: -##.##.1974-cü il tarixdən ##.##.1975-ci il tarixədək satıcı köməkçisi (07 ay 23 gün); -##.##.1975-ci il tarixdən ##.##.1977-ci il tarixədək Sovet Ordusunda hərbi xidmət (02 il 09 gün); -##.##.1977-ci il tarixdən ##.##.1978-ci il tarixədək elektromexanik (07 ay 28 gün); -##.##.1978-ci il tarixdən ##.##.1978-ci il tarixədək bufetçi (02 ay 12 gün); -##.##.1978-ci il tarixdən ##.##.1983-cü il tarixədək elektromexanik (04 il 06 ay 03 gün); -##.##.1983-cü il tarixdən ##.##.1984-cü il tarixədək Ələt refrijerator vaqon deposunda çilingər-elektrik (08 ay 26 gün); -##.##.1983-cü il tarixdən ##.##.1984-cü il tarixədək Bakı Texniki məktəbində kurs (05 ay 17 gün); -##.##.1984-cü il tarixdən ##.##.1984-cü il tarixədək Ələt refrijerator vaqon deposunda çilingər-elektrik (01 ay 25 gün), ##.##.1984-cü il tarixdən ##.##.1985-ci il tarixədək refrijerator qatarının mexaniki (08 ay 07 gün), ##.##.1985-ci il tarixdən ##.##.1993-cü il tarixədək refrijerator qatarının rəhbəri (08 il 06 ay 16 gün), ##.##.1993-cü il tarixdən ##.##.1994-cü il tarixədək refrijerator seksiyasının mexaniki (05 ay 20 gün), ##.##.1994-cü il tarixdən ##.##.2018-ci il tarixədək refrijerator seksiyasının rəhbər mexaniki (23 il 09 ay 15 gün); -##.##.2018-ci il tarixdən ##.##.2018-ci il tarixədək X2 refrijerator seksiyasının rəhbər mexaniki (07 ay 07 gün); -##.##.2018-ci il tarixdən ##.##.2023-cü il tarixədək “xxxx” MMC-də mexanik (04 il 02 ay 05 gün) vəzifəsində çalışmışdır. İşlədiyi müvafiq vəzifələr üzrə sosial sığorta (əmək) stajı 32 il 7 ay 7 gün təşkil edir. İşlədiyi refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələrinin əsas xüsusiyyətləri refrijerator hərəkət heyətinə məxsus avadanlığın fasiləsiz, texniki cəhətdən düzgün istismarının, etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasının təmin edilməsi üçün baxış, sınaq və profilaktik təmir üzrə işlərin yerinə yetirilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007- ci il 23 yanvar tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda 21.4-cü bəndin 27-ci abzasına uyğundur. Məlumat üçün bildirilir ki, İddiaçı müvafiq strukturlarda çalışdığı refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələri üzrə iş yerlərində aparılmış attestasiyanın nəticələrinə müvafiq olaraq zərərli əmək şəraitinə görə əmək haqlarına əlavə müəyyən edilməmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh ##.##.2025-ci il tarixli imtina məktubu əsasında iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir: “...Mərkəzi Filiala təqdim ediyiniz “xxxx” QSC-nin ## ##### 2024-cü il tarixli **-*/*-A-****/*-**/**** nömrəli sizə dair arayışında ##.##.1991-##.##.1993cü il və ##.##.1994-##.##.2018-ci il tarixləri arasındakı dövrlər ərzində Yeni-Ələt refrijerator vaqon deposunda refrijerator seksiyaların rəhbər mexaniki vəzifəsində işlədiyiniz qeyd olunub. Sözügedən arayışda qeyd olunan məlumatlara əsasən işlədiyiniz vəzifə həmin arayışda istinad olunan, yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsinə uyğun deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız 12 il 6 aydan az (4 il 10 ay 1 gün (##.##.1984-##.##.1985-ci il, ##.##.1993-##.##.1994cü il, ##.##.2018-##.##.2019-cu il, ##.##.2019-##.##.2022-ci il və ##.##.2022-##.##.2023-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil.” Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya ## ####### 2013-cü il tarixindən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ## ######## 2022-ci il tarixindən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ## ####### 1956-cı ildə Bakı şəhərində dünyaya gəlmiş və hazırda ünvan 1 1 ünvanında yaşayır. Orta təhsilini başa vurduqdan sonra ## ######## 1974- ## ##### 1975-ci il tarixində X13 Satış Şöbəsində ** nömrəli mağazada satıcı işləmişdir. ## ### 1975-## ### 1977-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. ## ####### 1977-ci ildə İttifaq Magistral Rabitələr və Televiziyaların * nömrəli Texniki Qovşağında elektromexanik vəzifəsinə işə qəbul edilmişəm və ## #### 1978-ci ildə işdən çıxmışdır. ## #### 1978-ci ildə xxxxnın İşçi Təchizat Şöbəsinin Bakı bölməsinə bufetçi qəbul edilmiş və ## ######## 1978-ci il tarixinə kimi orda işləmişdir. ## ###### 1978- ## #### 1983cü il tarixində İttifaq Magistral Rabitələr və Televiziyaların * nömrəli Texniki Qovşağında elektromexanik vəzifəsində işləmişdir. ## #### 1983-cü ildə xxxxnın Ələt-X7 Deposunda elektrik çilingəri vəzifəsinə qəbul edilmişdir. ## #### 1983-cü ildə elektrik avadanlıqlarının təmiri üzrə çilingər keçirilmişdir. ## #### 1984-cü ildə işdən çıxmışdır. ## ###### 1983-## #### 1984-cü il tarixlərində xxxxnın Bakı Texniki Məktəbində əyani formada refrijerator seksiyası mexaniki kursunda təhsil almışdır. ## #### 1984-cü ildə xxxxnın Ələt- X7 Deposunda çilingər-elektrik vəzifəsinə işə qəbul edilmişdir. ## ###### 1984-cü il tarixində refrijerator seksiyası mexaniki keçirilmişdir. ## ##### 1985-ci ildə refrijerator seksiyasının rəisi vəzifəsinə keçirilmişdir. ## ###### 1991-ci il tarixindən refrijerator seksiyasının rəisi vəzifəsi refrijerator seksiyasının rəhbər mexaniki adlandırılmışdır. ## ###### 1993-cü il tarixində refrijerator seksiyası mexaniki keçirilmişdir. ## ### 1994-cü ildə refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinə keçirilmişdir. ## ###### 2018-ci ildə əmək müqaviləsinə xitam verilib. ## ###### 2018-ci ildə X2 refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinə qəbul edilmişdir. ## ######## 2018-ci ildə işdən çıxmışdır. ## ###### 2018-ci ildə Azərbaycan Dəmir Yollan Ekspress MMC-də X2 refrijerator seksiyalarının mexaniki vəzifəsinə təyin edilmişdir. ## ######## 2019-cu ildə orada refrijerator seksiyalarının daxili avadanlıqlarının xidməti baxış və cari təmiri sexinin mexaniki vəzifəsinə keçirilmişdir. ## ####### 2019-cu ildə orada refrijerator seksiyalarının daxili avadanlıqlarının xidməti baxış və cari təmiri sexinin böyük mexaniki keçirilmişdir. ## ###### 2023-cü ildə əmək müqaviləsinə xitam verilib. İddiaçı iddia ərizəsinin əsasında əmək fəaliyyəti dövründə ## ###### 2006-cı il tarixinə kimi 25 ildən çox ümumi və həmin stajın 12 il 6 aydan çox güzəştli iş stajının olması dayanır. ## ###### 2006-cı ilə qədər ümumilikdə 25 il ümumi və 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı toplamışdır ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Syahısı”nın 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər yarımbölməsində qeyd edilmiş refrijerator qatarların (seksiyaların) mexanikləri peşəsiilə eynilik təşkil edir. Cavabdehin qəbul etdiyi inzibati aktdan görünür ki, cavabdeh guya iddiaçının refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verməməsini əsas tutaraq, pensiya təyin edilməsi xahişini rədd etmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən ##.##.2025-ci il tarixdə iddiaçıya verilmiş *-**-*/*-A-******/**** nömrəli cavab məktubunda iddiaçının qanunla tələb edilən güzəştli iş stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı qeyd edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) azı 12 il 6 ay çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Eyni zamanda bildirilir ki, Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, Fondun İdarə Heyətinin qərarlarını, Fondun İdarə Heyətinin sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat bölməsində (21) Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsi nəzərdə tutulub. Mərkəzi Filiala təqdim edilən iddiaçıya dair əmək kitabçasında, “xxxx” QSC-nin ##.##.2024-cü il tarixli **-*/*-A-****/*-**/**** nömrəli arayışında ##.##.1991-##.##.1993-cü il və ##.##.1994-##.##.2018-ci il tarixləri arasındakı dövr ərzində Yeni-Ələt refrijerator vaqon deposunda refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi sahə və vəzifə sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan sahə və vəzifəyə uyğun deyil. Göstərilənlərə əsasən o qənaətə gəlirik ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (4 il 10 ay 1 gün): -##.##.1984-##.##.1985-ci il; - ##.##.1993-##.##.1994cü il; - ##.##.2018-##.##.2019-cu il; - ##.##.2019-##.##.2022-ci il; - ##.##.2022-##.##.2023-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bildirilir ki, refrijerator seksiyalarının mexaniki icraçıtexniki vəzifə olub, əsas funskiyaları kompressor, kondensator, buxarlandırıcı və s. kimi qurğuların gündəlik işinin təmin edilməsi, avadanlıqların texniki baxışı, nasazlıqları aşkar edib aradan qaldırmaq, temperatur, təzyiq, yağ səviyyəsi kimi parametrlərin nəzarətidir. Rəhbər mexanik isə idarəedici-nəzarətçi vəzifə olub, mexaniklərin işinin təşkil edilməsi, texniki xidmət və təmir işləri üçün plan və qrafiklərin tərtib edilməsi, nasazlıqlar zamanı texniki qərarların verilməsi fəaliyyəti ilə məşğul olur. Sözügedən mexanik soyutma qurğuları, elektrik, mexaniki hissələrlə birbaşa işləyir, qatarın hərəkəti zamanı xidmət göstərir, zərərli və təhlükəli əmək şəraitinə faktiki məruz qalır. Lakin rəhbər mexanikin əsas işi nəzarət, təşkilatçılıq, texniki qərarvermə fəaliyyətidir. Yəni rəhbər mexanikin avadanlıqla daimi birbaşa işi yoxdur və fiziki təhlükəli şəraitdə tam iş vaxtı olmur. Qeyd olunan səbəblərdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımıdan mümkün hesab olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışına əsasən müəyyən edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçı İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması qanunvericiliyin tələblərinə uyğun olmadığına görə iddia tələbi təmin edilə bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı ilə (hakim Günel Tanrıverdiyeva) iddia tələbi təmin edilərək, iddiaçı İddiaçı 57 yaşdan, yəni ## ####### 2013-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ## ######## 2022-ci il tarixindən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)- *****/**** nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətində qeyd etmişdir ki, Mərkəzi Filialda mövcud olan İddiaçı dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun ümumi iş stajı 46 il 6 ay 12 gün (##.##.1974-##.##.1975-ci il, ##.##.1975-##.##.1977-ci il, ##.##.1977- ##.##.1978-ci il, ##.##.1978-##.##.1978-ci il, ##.##.1978-##.##.1983-cü il, ##.##.1983- ##.##.1984-cü il, ##.##.1984-##.##.2006-cı il tarixləri arasındakı dövrlər və ##.##.2006-cı il tarixindən sonra 16 il 3 ay) təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən iddiaçıya dair əmək kitabçasında, “xxxx” QSC-nin ##.##.2024-cü il tarixli **-*/*-A-****/*-**/**** nömrəli arayışında ##.##.1991-##.##.1993cü il və ##.##.1994-##.##.2018-ci il tarixləri arasındakı dövr ərzində Yeni-Ələt refrijerator vaqon deposunda refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan vəzifəyə uyğun deyil. Bu səbəbdən, iddiaçının güzəştli iş stajının müddəti 12 il 6 aydan az (4 il 10 ay 1 gün): ##.##.1984-##.##.1985ci il; ##.##.1993-##.##.1994-cü il; ##.##.2018-##.##.2019-cu il; ##.##.2019-##.##.2022-ci il; ##.##.2022-##.##.2023-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Refrijerator seksiyalarının mexaniki icraçı-texniki vəzifə olub, əsas funskiyaları kompressor, kondensator, buxarlandırıcı və s. kimi qurğuların gündəlik işinin təmin edilməsi, avadanlıqların texniki baxışı, nasazlıqları aşkar edib aradan qaldırmaq, temperatur, təzyiq, yağ səviyyəsi kimi parametrlərin nəzarətidir. Rəhbər mexanik isə idarəedici-nəzarətçi vəzifə olub, mexaniklərin işinin təşkil edilməsi, texniki xidmət və təmir işləri üçün plan və qrafiklərin tərtib edilməsi, nasazlıqlar zamanı texniki qərarların verilməsi fəaliyyəti ilə məşğul olur. Sözügedən mexanik soyutma qurğuları, elektrik, mexaniki hissələrlə birbaşa işləyir, qatarın hərəkəti zamanı xidmət göstərir, zərərli və təhlükəli əmək şəraitinə faktiki məruz qalır. Lakin rəhbər mexanikin əsas işi nəzarət, təşkilatçılıq, texniki qərarvermə fəaliyyətidir. Yəni rəhbər mexanikin avadanlıqla daimi birbaşa işi yoxdur və fiziki təhlükəli şəraitdə tam iş vaxtı olmur. Eyni zamanda, “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin sorğularına cavab məktubunda İddiaçı qeyd edilən dövrlərdə çalışdığı refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işləməsi ilə əlaqədar zərərli əmək şəraitinə görə hər hansı güzəşt (əlavə məzuniyyət, əlavə əməkhaqqı və s.) tətbiq olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il # #### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın XXX bölməsinin 30-cu bəndində də refrijerator qatarlarının (seksiya və vaqonlarının) mexaniki, dizel və soyuducu qurğularının mexaniki vəzifəsinə görə 6 gün əlavə məzuniyyət nəzərdə tutulmuşdur. Bu Qərardan da göründüyü kimi güzəştlər də “rəhbər mexanik” vəzifəsi üçün deyil, “mexanik” vəzifəsi üçün nəzərdə tutulmuşdur ki, bu da refrijerator qatarlarının (seksiya və vaqonlarının) mexaniki vəzifəsinin zərərli, ağır şəraitli olmasını əks etdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və vəzifəyə uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Yuxarıda qeyd olunanları ümumiləşdirdikdə, iddiaçının yuxarıda qeyd edilən tarixlərdə işlədiyi “refrijerator seksiyalarının böyük mexaniki” vəzifəsi Siyahıda nəzərdə tutulan “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsi ilə uyğunluq təşkil etmədiyi və bu səbəbdən iddiaçının güzəştli iş stajının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət etmədiyi tərəflərindən sübuta yetirilmiş hesab edilməlidir. İstinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlili və işin faktiki halları nəzərə alınmaqla, iddiaçının iddia tələbinin əsassız və qanunazidd olduğu nəticəsinə gəlmək mümkündür. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilməmiş, mövcud sübutlara isə düzgün hüquqi qiymət verilməmişdir. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)- *****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində iddiaçı apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #- dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. -9.1-ci maddəsinin ##.##.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -9.1-ci maddəsinin ## ### 2022-ci il tarixdən sonraki redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il ######ın #-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun ## ###### 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan * nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının ## #### 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il ######un #-dən başlayaraq 2000-ci il ######un #-dək hər il altı ay artırılır. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”nın XXVİİİ (Nəqliyyat) bölməsində “refrijerator qatarların (seksiyaların) mexanikləri (23001000—23598)” vəzifəsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsi nəzərdə tutulmuşdur. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına refrijerator seksiyasının mexaniki və rəhbər-mexanikinin təsdiq edilmiş vəzifə təlimatlarının surətləri əlavə edilmiş və həmin sənədlərdən də müəyyən olunur ki, «refrijerator seksiyasının rəhbər-mexaniki» və «refrijerator seksiyasının mexaniki» vəzifələrinin xarakteri eynidir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “refrijerator seksiyasının rəhbər mexaniki”, “refrijerator seksiyasının böyük mexaniki” və “refrijerator seksiyasının mexaniki” vəzifələri üzrə öhdəliklərin arasında müəyyən fərqlərə baxmayaraq, hər üç vəzifənin iş şəraiti eynidir və bu vəzifələrdə çalışan əməkdaşlar eyni zərərli amillərə məruz qalırlar. Məhkəmə göstərilənləri məcmu halında qiymətləndirərək qeyd etmişdir ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur. Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin əsas dəlilləri aşağıdakılardan ibarətdir ki, “...Mərkəzi Filialda mövcud olan İddiaçı dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun ümumi iş stajı 46 il 6 ay 12 gün (##.##.1974-##.##.1975-ci il, ##.##.1975-##.##.1977-ci il, ##.##.1977-##.##.1978-ci il, ##.##.1978-##.##.1978-ci il, ##.##.1978-##.##.1983-cü il, ##.##.1983-##.##.1984-cü il, ##.##.1984-##.##.2006-cı il tarixləri arasındakı dövrlər və ##.##.2006-cı il tarixindən sonra 16 il 3 ay) təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən iddiaçıya dair əmək kitabçasında, “xxxx” QSC-nin ##.##.2024-cü il tarixli **-*/*-A-****/*-**/**** nömrəli arayışında ##.##.1991-##.##.1993-cü il və ##.##.1994-##.##.2018-ci il tarixləri arasındakı dövr ərzində Yeni-Ələt refrijerator vaqon deposunda refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan vəzifəyə uyğun deyil. Bu səbəbdən, iddiaçının güzəştli iş stajının müddəti 12 il 6 aydan az (4 il 10 ay 1 gün): ##.##.1984-##.##.1985-ci il; ##.##.1993-##.##.1994-cü il; ##.##.2018-##.##.2019-cu il; ##.##.2019-##.##.2022-ci il; ##.##.2022-##.##.2023-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Refrijerator seksiyalarının mexaniki icraçı-texniki vəzifə olub, əsas funskiyaları kompressor, kondensator, buxarlandırıcı və s. kimi qurğuların gündəlik işinin təmin edilməsi, avadanlıqların texniki baxışı, nasazlıqları aşkar edib aradan qaldırmaq, temperatur, təzyiq, yağ səviyyəsi kimi parametrlərin nəzarətidir. Rəhbər mexanik isə idarəedici-nəzarətçi vəzifə olub, mexaniklərin işinin təşkil edilməsi, texniki xidmət və təmir işləri üçün plan və qrafiklərin tərtib edilməsi, nasazlıqlar zamanı texniki qərarların verilməsi fəaliyyəti ilə məşğul olur. Sözügedən mexanik soyutma qurğuları, elektrik, mexaniki hissələrlə birbaşa işləyir, qatarın hərəkəti zamanı xidmət göstərir, zərərli və təhlükəli əmək şəraitinə faktiki məruz qalır. Lakin rəhbər mexanikin əsas işi nəzarət, təşkilatçılıq, texniki qərarvermə fəaliyyətidir. Yəni rəhbər mexanikin avadanlıqla daimi birbaşa işi yoxdur və fiziki təhlükəli şəraitdə tam iş vaxtı olmur. Eyni zamanda, “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin sorğularına cavab məktubunda İddiaçı qeyd edilən dövrlərdə çalışdığı refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işləməsi ilə əlaqədar zərərli əmək şəraitinə görə hər hansı güzəşt (əlavə məzuniyyət, əlavə əməkhaqqı və s.) tətbiq olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il # #### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın XXX bölməsinin 30-cu bəndində də refrijerator qatarlarının (seksiya və vaqonlarının) mexaniki, dizel və soyuducu qurğularının mexaniki vəzifəsinə görə 6 gün əlavə məzuniyyət nəzərdə tutulmuşdur. Bu Qərardan da göründüyü kimi güzəştlər də “rəhbər mexanik” vəzifəsi üçün deyil, “mexanik” vəzifəsi üçün nəzərdə tutulmuşdur ki, bu da refrijerator qatarlarının (seksiya və vaqonlarının) mexaniki vəzifəsinin zərərli, ağır şəraitli olmasını əks etdirir. ...” Qeyd etmək lazımdır ki, apellyasiya şikayətinin qeyd olunan dəlilləri iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Bu hissədə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq onları yenidən təkrarlamağa lüzum görmür. Bununla belə, məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, “xxxx” QSC-nin ##.##.2024-cü il tarixli Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair Arayışında göstərilmişdir ki, İddiaçı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda nəzərdə tutulmuş aşağıdakı vəzifələrdə qeyd edilən tarixlər arasındakı dövrlər ərzində işləmişdir: Sıra Çalışdığı struktur Vəzifə(peşə Vəzifəyə Vəzifədən işə işdən azad N°- vahidi nin) adı təyin azad başladığı olunduğu si edilmə edilməyə tarix (başqa işə (başqa işə dair əmrin keçirildiyi) keçirilmə) tarixi və tarix barədə nömrəsi əmrin tarixi və nömrəsi

1. Yeni-Ələt refrijerator ##.##.198 ##.##.198 ##.##.198 ##.##.198 refrijerator vaqon seksiyaların 4 693 5 369 4 5 deposu mexaniki

2. Yeni-Ələt refrijerator ##.##.199 - ##.##.199 refrijerator vaqon seksiyaların 1 64 1 deposu rəhbər mexaniki

3. Yeni-Ələt refrijerator ##.##.199 ##.##.199 refrijerator vaqon seksiyaların 3 498 3 deposu mexaniki

4. Yeni-Ələt refrijerator ##.##.199 ##.##.201 ##.##.199 ##.##.201 refrijerator vaqon seksiyaların 4 315 8 315 4 8 deposu rəhbər mexaniki

5. Şərq vaqon refrijerator ##.##.201 ##.##.201 ##.##.201 ##.##.201 deposu seksiyaların 8 282 8 786 8 8 rəhbər mexaniki

6. "xxxx" MMC-nin refrijerator ##.##.201 - ##.##.201 - Şərq vaqon seksiyaların 8 18- 8 deposu mexaniki AEXP-681

7. "xxxx" MMC-nin refrijerator ##.##.201 ##.##.202 ##.##.201 ##.##.202 Şərq vaqon seksiyaların 9 19- 3 23- 9 3 deposu böyük AEXP-855 AEXP-019 mexaniki

İşlədiyi müvafiq vəzifələr üzrə sosial sığorta (əmək) stajı 32 il 7 ay 7 gün təşkil edir. İşlədiyi refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələrinin əsas xüsusiyyətləri refrijerator hərəkət heyətinə məxsus avadanlığın fasiləsiz, texniki cəhətdən düzgün istismarının, etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasının təmin edilməsi üçün baxış, sınaq və profilaktik təmir üzrə işlərin yerinə yetirilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda 21.4-cü bəndin 27-ci abzasına uyğundur. Göründüyü kimi, “xxxx” QSC iddiaçının ##.##.1994-##.##.2018 və ##.##.2018- ##.##.2018-ci il tarixləri arasındaki dövr ərzində işlədiyi refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsini güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid olduğunu qəbul etmişdir. Qeyd etmək lazmdır ki, hazırkı iddianın predmeti ilə eynilik təşkil edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qərarında da oxşar hüquqi mövqe ifadə edilmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, “Refrijerator seksiyasının rəhbər mexaniki” və “Refrijerator seksiyasının mexaniki” vəzifələri üzrə öhdəliklərin arasında müəyyən fərqlərə baxmayaraq, hər iki vəzifənin iş şəraiti eynidir və bu vəzifələrdə çalışan əməkdaşlar eyni zərərli amillərə məruz qalırlar. Qeyd olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, iddiaçının refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı’nın 21.4-cü bəndinin 27-ci abzasında qeyd olunmuş “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsinə uyğundur. Həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”nın XXVİİİ (Nəqliyyat) bölməsində “refrijerator qatarların (seksiyaların) mexanikləri (23001000—23598)” peşəsinə uyğundur. Qeyd olunanlara əsasən iddiaçının ##.##.1994-##.##.2018 və ##.##.2018-##.##.2018-ci il tarixləri arasındaki dövr ərzində refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyi müddət onun güzəştli iş stajına daxil edilməlidir. Bu halda isə iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin etmək üçün qanunla tələb olunan 12 il 6 aydan artıq güzəştli iş stajı yaranmış olur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

Nəticəvi hissə

Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar