Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-836/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh publik hüquqi şəxsinə qarşı “torpaq sahəsinə dair məxsusluq barədə arayışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızı və X7 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh publik hüquqi şəxsinə qarşı “torpaq sahəsinə dair məxsusluq barədə arayışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı ## ###### 2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## ### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARI:
1. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə X5 arasında bağlanılmış ##.##.2005-ci il tarixli ***** nömrəli müqaviləyə əsasən Mərdəkan bağ massivində yerləşən 0.12 ha sahəsi olan **** saylı bağ sahəsi X5 istifadəsinə verilmişdir.
2. X2 Xidmət Mərkəzində Notariat Ofisi ##.##.2025-ci il tarixli məktubla Cavabdehn * saylı Bakı Ərazi İdarəsinə müraciət edərək bildirmişdir ki, “## ##### 1955-ci il təvəllüdlü X5 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bərdə regional "ASAN xidmət" mərkəzində notariat ofisinə arvadı İddiaçı tərəfindən müraciət olmuşdur. X5 ## ###### 2024-cü il tarixdə vəfatı ilə əlaqədar arvadı İddiaçı ərizəsi əsasında tərəfimizdən vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olmuşdur. "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-1-ci maddəsinin tələbinə uyğun olaraq Bakı şəhəri, Xəzər rayonu (köhnə Əzizbəyov), Mərdəkan qəsəbəsi, **** nömrəli bağ ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə dair mərhum X5 adına hüququn ölmüş şəxsə məxsus olması haqqında elektron arayış (çıxarış) verilməsi xahiş olunur. ”
3. İddiaçı İddiaçı Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların miras qoyan X5 məxsus olması haqqında daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi ilə bağlı Cavabdehn * saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, cavabdeh ##.##.2025-ci il tarixli məktubu ilə iddiaçının müraciətindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, təqdim edilən Bağlar Təsərrüfatının İnkişafı və istismarı Birliyi ilə bağlanılmış ***** saylı, ##.##.2005-ci il tarixli müqavilə barədə idarənin arxiv əsaslarında məlumat aşkar olunmamışdır. Odur ki, ərizənizin icrası zamanı yaranmış zərurətlə əlaqədar həmin müqavilədə istinad olunan Bakı Şəhər İcra Hakimiyyəti başçısının *** saylı, ##.##.2005-ci il tarixli sərəncamının arxivdə mövcud olub-olmaması barədə Bakı Şəhər İcra Hakimiyyətinə sorğu ünvanlanmış, sorğuya cavab İdarəyə daxil olmamışdır. Bundan başqa, torpaq sahəsinə dair İdarəyə digər şəxslərin müraciətləri daxil olmuşdur və sahə sənəd üzrə 1200 kv.m qeyd edilsə də, faktiki sahə 1111 kv.m təşkil edir.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:
4. İddiaçı İddiaçı cavabdeh cavabdeh Cavabdehn * saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən **** saylı ünvanda yerləşən 0.12 ha torpaq sahəsinin X5 məxsus olmasına dair daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulmasına barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı həyat yoldaşı X5 ##.##.2024cü il tarixdə vəfat etmişdir. İddiaçı həyat yoldaşının vəfatından sonra X2 Xidmət Mərkəzində notariat ofisinə vərəsəlik işinin açılması üçün müraciət etmişdir. X2 Xidmət Mərkəzində notariat ofisinin təqdim etdiyi ## ##### 2025-ci il tarixli ****/**** nömrəli məktubundan görünür ki, X5 07 fevraal 2024-cü il tarixdə vəfatı ilə əlaqədar arvadı İddiaçı ərizəsi əsasında vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. İddiaçı İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən **** saylı torpaq sahəsi üzərində hüquqların miras qoyan X5 məxsus olması haqqında daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsini xahiş etmişdir. Cavabdeh ##.##.2025-ci il tarixli bildirişlə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edib. İddiaçı hesab edir ki, cavabdehin bu imtinası qanunsuz və əsassızdır
6. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən **** saylı ünvanda yerləşən 0.12 ha torpaq sahəsinin X5 məxsus olmasına dair daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi öhdəliyin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddiası etirazla qarşılanır. İddiaçılar qeyd edilən məsələ ilə bağlı ********** qeydiyyat nömrəli, ##.##.2025-ci il il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və ************ nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilən Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə bağlanılmış ***** saylı, ##.##.2005-ci il tarixli müqavilə barədə idarənin arxiv əsaslarında məlumat aşkar olunmamışdır. Odur ki, ərizənizin icrası zamanı yaranmış zərurətlə əlaqədar həmin müqavilədə istinad olunan Bakı Şəhər İcra Hakimiyyəti başçısının *** saylı, ##.##.2005-ci il tarixli sərəncamının arxivdə mövcud olub-olmaması barədə Bakı Şəhər İcra Hakimiyyətinə sorğu ünvanlanmış, sorğuya ##.##.2025-ci il tarixli, *-**/*-****/**** saylı cavab məktubu ilə bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2005-ci ilə dair sərəncamları arasında ##.##.2005-ci il tarixli, *** nömrəli sərəncam Bakı Şəhər İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. Bundan başqa, torpaq sahəsinə dair İdarəyə digər şəxslərin – **** saylı bağ kimi ayrı-ayrı bağın icarə müqavilələri ilə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 müraciətləri daxil olmuşdur. Eləcə də, sahə sənəd üzrə 1200 kv.m qeyd edilsə də, faktiki olaraq 1111 kv.m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1- ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1- ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.
7. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 üçüncü şəxs qismində adi cəlb etmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir.
8. ##.##.2026-cı il tarixli məhkəmə iclasında cavabdeh Cavabdehn * saylı Bakı Ərazi İdarəsi əsl cavabdeh Cavabdeh ilə əvəz edilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı ## ###### 2026-cı il tarixli qərarı ilə iddia tələbinin təmin edilərək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən **** saylı ünvanda yerləşən 0.12 ha torpaq sahəsinin X5 məxsusluğu barədə arayışın iddiaçı İddiaçı verilməsi öhdəliyinin Cavabdeh həvalə edilməsi qərara alınmışdır.
10. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xxxx publik şəxsi tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
Apellyasiya şikayətinin dəlilləri:
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqdim edilən Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə bağlanılmış ***** saylı, ##.##.2005- ci il tarixli müqavilə barəde idarənin arxiv əsaslarında məlumat aşkar olunmamışdır. Odur ki, ərizənizin icrası zamanı yaranmış zərurətlə əlaqədar həmin müqavilədə istinad olunan Bakı Şəhər İcra Hakimiyyəti başçısının *** saylı, ##.##.2005-ci il tarixli sərəncamının arxivdə mövcud olub-olmaması barədə Bakı Şəhər İcra Hakimiyyətinə sorğu ünvanlanmış, sorğuya ##.##.2025-ci il tarixli, *-**/*-****/**** saylı cavab məktubu ilə bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2005-ci ilə dair sərəncamları arasında ##.##.2005-ci il tarixli, *** nömrəli sərəncam Bakı Şəhər İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. Bundan başqa, torpaq sahəsinə dair İdarəyə digər şəxslərin – **** saylı bağ kimi ayrı-ayrı bağın icarə müqavilələri ilə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 müraciətləri daxil olmuşdur. Eləcə də, sahə sənəd üzrə 1200 kv.m qeyd edilsə də, faktiki olaraq 1111 kv.m təşkil edir. Bakı İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsinə dair təqdim edilmiş müqavilənin idarənin arxivində aşkar edilməməsi, digər şəxslərin eyni nömrə ilə iddiaçı tərəfindən göstərilmiş sahəyə müraciətinin olması faktı nəzərə alımamış və məhkəmə işi üzrə tam və ətraflı araşdırma aparmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə təqdim olunmamışdır.
Tərəflərin izahatları
13. ##.##.2026-cı il tarixli məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etirazı olamadığını bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Cavabdeh publik hüquqi şəxsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
14. İddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
15. İddiaçı ##.##.2025-ci il tarixdə ərizə verərək icraatınızda olan *-*(*-*)-***/**** saylı işlə bağlı Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə bağlanmış ***** saylı, ##.##.2005-ci il tarixli müqavilədə torpaq sahəsinin sənəd üzrə 1200 kv.m qeyd olunsa da, faktiki olaraq 1111 kv.m təşkil etdiyini, bunu nəzərə alaraq aidiyyəti sənədlərdə torpaq sahəsinin 1111 kv.m yazılması ilə razı olduğunu və bununla bağlı gələcəkdə heç bir irad və iddiası olmayacağını bildirmişdir.
16. Məhkəmə kollegiyası tərəfindən iddia tələbi dəqiqləşmiş məzmunda “Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən **** saylı ünvanda yerləşən 1111 kv.m torpaq sahəsinin X5 məxsus olmasına dair daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması” kimi qəbul ounmuşdur.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 5.1. Daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. 5.2. Bu Qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrindən arayışı əldə etmək üçün qeydiyyat orqanına ərizə ilə müraciət etmiş fiziki şəxs şəxsiyyətini təsdiq edən sənədi, hüquqi şəxs isə onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surətini və nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnaməni təqdim etməlidir. Dövlət reyestrindən arayış əldə etmək məqsədi ilə elektron müraciətlər dövlət orqanları tərəfindən elektron xidmətlər göstərilməsini tənzimləyən normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla həyata keçirilir. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; … 10.2.1. Hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ####### 2015-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat” (* nömrəli əlavə): 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir.
20. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu:
9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10.Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.
21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 23.1. İnzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır
22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
24. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.
25. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi ##.##.2025-ci il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə ##.##.2025-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür.
26. İşin mahiyyətinə gəldikdə isə hazırda iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı birinci instansiya məhkəməsində tələbi “Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən **** saylı ünvanda yerləşən 0.12 ha torpaq sahəsinin X5 məxsusluğu barədə arayışın iddiaçı İddiaçı verilməsi” barədədir. İşə baxan birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir.
27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:
28. Hazırki işdə iddia tələbinə dair etiraz məktubundan və apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh qurum iddiaçının tələbinin təmin olunmasından imtinası aşağıdakı dəlillərlə bağlı olmuşdur: - təqdim edilən Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə bağlanılmış ***** saylı, ##.##.2005-ci il tarixli müqavilə barədə idarənin arxiv əsaslarında məlumat aşkar olunması; - torpaq sahəsinə dair İdarəyə digər şəxslərin – **** saylı bağ kimi ayrı-ayrı bağın icarə müqavilələri ilə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 müraciətləri daxil olması; - sahə sənəd üzrə 1200 kv.m qeyd edilsə də, faktiki olaraq 1111 kv.m təşkil etməsi.
29. İşin faktiki hallarından aydın olur ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə X5 arasında bağlanılmış ##.##.2005-ci il tarixli ***** nömrəli müqaviləyə əsasən Mərdəkan bağ massivində yerləşən 0.12 ha sahəsi olan **** saylı bağ sahəsi X5 istifadəsinə verilmişdir. İddiaçı Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə bağlanılmış ***** saylı, ##.##.2005-ci il tarixli müqavilənin əslini məhkəməyə təqdim etmişdir. Qeyd edilən müqavilənin arxivdə olmaması iddiaçının məsuliyyəti sferasına daxil olmadığından cavabdehin həmin məsələni mübahisələndirməkdə haqlı olmamışdır.
30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır.
31. Qeyd edilən normanın məzmununa əsasən, mərhum X5 mübahisələndirilən bağ sahəsini özəlləşdirmək hüququ olsa da, o, bu hüququnu realizə etmədən ##.##.2024-cü il tarixdə vəfat etmişdir. İddiaçı İddiaçı onun qanun üzrə vərəsəsi olmuşdur. İş materiallarında olan faktiki sahiblik haqqında ##.##.2026-cı il tarixli aktdan da görünür ki, sözügedən bağ sahəsinin qonşuluğunda yaşayan şəxslər (Fərid Arif oğlu, X1, X3) iddiaçının Mərdəkan qəsəbəsi ərazisində yerləşən **** saylı torpaq sahəsində yerləşən 12 (on iki) sot torpaq sahəsinə 2005-ci ildən bu günədək fasiləsiz, açıq və faktiki olaraq sahiblik etdiyini təsdiq etmişlər.
32. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin vəfat etməsi onun mülkiyyət hüquqlarının xitamına səbəb olmur, əksinə qanun və ya vəsiyyət üzrə vərəsəsinə ötürülür. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2- ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ####### 2015-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın (* nömrəli əlavənin) 7.2-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir.
34. Həmçinin cavabdehin ##.##.2025-ci il tarixli məktubla cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş sənədlərin surətindən müəyyən edilir ki, cavabdeh tərəfindən mübahisə predmeti olan torpaq sahəsi ilə eyni hüquqmüəyyənedici sənədlər əsasında ayrılmış torpaq sahəsi üzərində ayrı-ayrı vətəndaşların mülkiyyət hüququ qeydiyyata alınmış və onlara Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.
35. Beləliklə, müəyyən olunur ki, iddia olunan torpaq sahəsinin qonşuluğunda iddiaçının sənədləri ilə eyni məzmunlu sənədlər əsasında digər torpaq sahələrinə dair fiziki şəxslərin mülkiyyət hüququ cavabdeh tərəfindən qeydiyyata alınmışdır. Ona görə də cavabdeh tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydə alınmasından və çıxarışın verilməsindən imtina etməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.
36. Məhkəmə kollegiyası hesab edir ki, sadalanan imtina əsasları birmənalı qəbul edilməməli və işlərə məhkəmə qaydasında baxılarkən oxşar mübahisələr üzrə cavabdeh qurumun inzibati praktikası və mövcud məhkəmə təcrübəsi də nəzərə alınmalıdır. Hazırki işin apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçının adına rəsmiləşdirilməsini tələb etdiyi torpaq sahəsinin qonşuluğunda olan, adı çəkilən eyni icra hakimiyyətinin müqavilələri ilə ayrı-ayrı şəxslərin adına ayrılmış müvafiq torpaq sahələri üzərində ayrı-ayrı şəxslərin (iddiaçı ilə eyni hüquqi vəziyyətdə olan şəxslərin) eyni hüquqmüəyyənedici sənədlərə istinad etməklə, inzibati orqanın inzibati icraatı qaydasında mülkiyyət hüquqlarının qeydə alındığı müəyyən olunmuş və aydın olmuşdur ki, bu barədə inzibati orqanın inzibati praktikası mövcuddur.
37. Məhkəmə kolegiyası qeyd edir ki, inzibati orqanın eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına və fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlığına dair müddəalar Ali Məhkəmənin İnzibati Kollegiyasının 3 ulduz qərarlarında da qeyd olunmuşdur. (2-1(102)-472/2023, 2- 1(102)-1533/2023, *-*(***)-***/**** saylı qərarlar)
38. Məhkəmə kollegiyası cavabdehin “torpaq sahəsinə dair İdarəyə digər şəxslərin – **** saylı bağ kimi ayrı-ayrı bağın icarə müqavilələri ilə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 müraciətləri daxil olması” dəlilinə münasibətdə qeyd edir ki, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 ##.##.2025-ci il tarixli ərizə ilə birinci instaniya məhkəməsinə müraciət edərək bildirmişdir ki, onun adında heç bir daşınmaz əmlak (torpaq sahəsi) yoxdur və hazırkı iddiaya dair hər hansı etirazı yoxdur. Həmçinin cavabdeh inzibati orqan üçüncü şəxslər inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 müraciətinin təminindən ##.##.2024-cü il tarixdə və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 müraciətinin təminindən isə ##.##.2025-ci il tarixdə imtina etmişdir.
39. Məhkəmə kollegiyası cavabdehin “sahə sənəd üzrə 1200 kv.m qeyd edilsə də, faktiki olaraq 1111 kv.m təşkil etməsi” dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında olan Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən ##.##.2025-ci il tarixli müayinə (baxış) aktından görünür ki, torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 0.12 ha, faktiki sahəsi 0.1111 ha təşkil edir. Bağ sahəsinin sərhədləri iki tərəfdən qonşu hasarlarla ayrılıb, yol tərəfindən 3-4 sıra mişar daşı ilə hasarlanıb, cənub tərəfdən isə 2-3 sıra daşı düzülərək ayrılıb. Tikili yoxdur.
40. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, həqiqətən də iddiaçının faktiki istifadəsində 0.1111 ha torpaq sahəsi təşkil edir.
41. Birinci instansiyası məhkəməsi qeyd olunan halı nəzərə almamış və iddia tələbini torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə göstərilən ölçüdə təmin olunmasını qərara almışdır.
42. Məhkəmə kollegiyası iddiaçının faktiki istifadəsində 0.1111 ha olmasını nəzərə alaraq xidməti vəzifəsindən irəli gələrək hüquqi yardım göstərmiş iddiaçı iddia tələbini “Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən **** saylı ünvanda yerləşən 1111 kv.m torpaq sahəsinin X5 məxsus olmasına dair daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması” məzmununda dəyişdirmiş və iddia tələbi həmin məzmunda icraata qəbul etmişdir.
43. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdehin mübahisəli bağ sahəsinə dair hüququn mərhum X5 məxsus olması barədə müvafiq arayışın verilməsindən imtina etməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ####### 2015-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın (* nömrəli əlavənin) 7.2-ci bəndinin tələblərinə zidd olmaqla qanunsuz olmuşdur.
44. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə qərarı dəyişdirilməli və iddia tələbi dəqiqləşmiş məzmunda təmin olunaraq, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən **** saylı ünvanda yerləşən 1111 kv.m torpaq sahəsinin X5 məxsusluğu barədə arayışın iddiaçı İddiaçı verilməsi öhdəliyi Cavabdeh həvalə edilməlidir.
45. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilsin. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən **** saylı ünvanda yerləşən 1111 kv.m torpaq sahəsinin X5 məxsusluğu barədə arayışın iddiaçı İddiaçı verilməsi öhdəliyi Cavabdeh həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev