Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-85/2026 15.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ##.##.1983 - ##.##.2003-cü illərdə "Bakı Alüminium-Yayma"xxxx"xxxx ASC"-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona 52 yaşının tamam olduğu ## ##### 2017-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1983-cü il tarixdə keçmiş “Bakı Alüminium-Yayma”xxxx“xxxx” ASC-də * saylı sexdə anbardar vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra isə, ##.##.1984-cü il tarixdə * saylı sexdə 2-ci dərəcə ilə zərərli əmək şəraitində rəngli metalların yandırıcısı vəzifəsinə keçirilmişdir. ##.##.1987-ci il tarixdə ona əlvan metalların yandırıcısının 3-cü dərəcəsi verilmişdir. ##.##.1988-ci il tarixdə ona əlvan metalların yandırıcısının 4-cü dərəcəsi verilmişdir. SSRI Əlvan Metallar Nazirliyinin *** saylı, ##.##.1988-ci il tarixli əmrinə əsasən Bakı Əlvan Metalların Emalı Zavodu və Bakı Yüngül Metalların Emalı Zavodu Bakı Əlvan Metalların Emalı Zavodu olaraq birləşdirilmişdir. SSRI xxxx Nazirliyinin *** saylı, ##.##.1989-cu il tarixli əmrinə istinadən, Bakı Əlvan Metalların Emalı Zavodu yenidən təşkil edilərək, 2 zavod olaraq ayrılmışdır Bakı Alüminium Yayma Zavodu). ##.##.1996-cı il tarixdə iddiaçı həmin sexdə anbardar vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası Iqtisadi Inkişaf Nazirliyinin##.##.2000-ci il tarixli *** saylı Sərəncamına əsasən, “Bakı Alüminium Yayma” zavodunun bazasında “xxxx” ASC yaradılmışdır. ##.##.2003-cü il tarixdə iddiaçı öz xahişinə əsasən, tutduğu vəzifədən azad edilmişdir. Keçmiş “Bakı Alüminium Yayma”xxxx“xxxx ASC”-də ##.##.2013-cü il tarixində yanğın baş verdiyindən, zavodun arxiv sənədləri saxlanılan otaqda bütün sənədlər yanmışdır. Işçilərin əmək haqqları, əmrləri və T 12 kartoçkaları da yanmışdır. Bu səbədən də, zavod ona əlavə sənədlər təqdim edə bilmir. Iddiaçı onun qanunvericiliklə tələb olunan ümumi və xüsusi stajının tamam olduğunu əsas gətirərək ona əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh isə ona imtina etmişdir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən iddiaçıya ünvanlanmış imtina məktubunda iddiaçının mərkəzi filiala təqdim etdiyi “xxxx” ASC-nin ## ### 2023-cü il tarixli arayışında onun ##.##.1984-cü il tarixdən ##.##.1996-cı il tarixədək isti əridici sexdə əlvan metal yandırıcısı vəzifəsində işlədiyi qeyd olunmuş, eyni zamanda həmin arayışda qeyd olunan məlumatların əmək kitabçası əsasında yazıldığı da bildirilmişdir. Bundan başqa həmin imtinada sözügedən müəssisə ilə ünvan və telefon vasitəsilə əlaqə saxlanıldığı, lakin bunun müsbət nəticə vermədiyi qeyd olunaraq, sonuncu səbəbdən onun həmin müəssisədə işləyibişləməməsinin, əməkhaqqı alıb-almamasının, eyni zamanda işlədiyi vəzifənin güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid olub-olmadığını müəyyən etməyin mümkün olmadığı bildirilmişdir. Qeyd olunan səbəbdən də iddiaçıya ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması məsələsinə ##.##.1983-cü il tarixdən ##.##.2003-cü il tarixədək olan müddətdə müvafiq müəssisədə işləməyinə dair qeydlərin əməkhaqqı arayışları əsasında təsdiq olunduqdan sonra baxıla biləcəyi bildirilmişdir. Işin araşdırılmış hallarından və qanunvericilik normalarının qarşılıqlı təhlilindən görünür ki, iddiaçı İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun ##.## 2006-cı il tarixədək olan müddətdə 20 il ümumi, 10 il güzəştli iş stajının olması təsdiq olunmur. Həmçinin, iddiaçı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirməmiş, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə cavabdeh tərəfindən verilmiş imtina ilə sübuta yetirilmişdir. Həmçinin, imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ilə (hakim E.Abdullayev) iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi ilə əlaqədar gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının ##.##.1984-cü il tarixdən ##.##.1996-cı il tarixədək Bakı Alüminium Yayma zavodunda olan güzəştli iş stajı öz təsdiqini tapmır. Bu səbəbdən iddiaçının 52 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmamışdır. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, məhkəmə iş materillarını tam, obyektiv və hər tərəfli araşdırmayaraq, yalnız cavabdehin nümayəndəsinin izahatlarına əsasən Qərar qəbul etmişdir. Hesab edir ki, onun əmək stajı, fəaliyyəti və yaşı Qanuna əsasən, güzəştli şərtlərlə pensiya təminatına imkan verməkdədir. Apellyasiya şikayətinə keçmiş "Bakı Alüminium- Yayma"xxxx"xxxx ASC"-nin arayışlarını da əlavə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli 320 sayılı Qərarı ilə həmin işdə çalışan işçilərə güzəştli təqaüdə çıxmağa imkan verilir. Keçmiş "Bakı Alüminium-Yayma"xxxx"xxxx ASC"də ##.##.2013-cü il tarixində yanğın baş verdiyindən, zavodun arxiv sənədləri saxlanılan otaqda bütün sənədlər yanmışdır. Işçilərin əmək haqqları, əmrləri və T12 kartoçkaları da yanmışdır. Bu şəbəbdən də, zavod ona əlavə sənədlər təqdim edə bilməmişdir. Ərizəsinə həmin yanğın hadisəsinə dair cinayət işinin Qərarının surətini, yanğın haqqında aktlarının surətini və əmək kitabçasının notarial təsdiqli Azərbaycan dilinə tərcüməsini və notarial təsdiq edilmiş surətini də əlavə etmişdir. Hesab edir ki, məhkəmə maddi və prossesual hüquq normalarının pozulması ilə nəticələnən qanunsuz, ədalətsiz qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamışdır. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar, birinci instansiya məhkəməsi tərəfindən sübut olunmamışdır. Məhkəmənin qərarda göstərdiyi dəlillər, işin hallarına uyğun olmamışdır. Apellyasiya şikayətinə qarşı etiraz: Apellyasiya şikayətinə qarşı etiraz iddiaya dair etiraza uyğun olaraq əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi qismində baxmış Bakı Inzibati Məhkəməsi ## ###### 2025-ci il tarixli 2-1 (***)-****/**** nömrəli qərarında haqlı olaraq qeyd etmişdir ki, iddiaçıya məxsus əmək kitabçasında onun ##.##.1983-cü il tarixindən ##.##.1984-cü il tarixinədək Bakı Alüminium Yayma zavodunda * saylı sexdə anbardar, ##.##.1984-cü il tarixindən ##.##.1996-cı il tarixinədək eyni sexdə 2-ci dərəcə ilə rəngli metalların yandırıcısı, ##.##.1996-cı il tarixindən anbardar vəzifəsində işlədiyi qeyd edilsə də, həmin qeydlərin heç birində Bakı Alüminium Yayma zavodunun nə işə götürəninin, nə də kadrlar şöbəsi rəisinin adı və imzası göstərilməmişdir. Əlavə olaraq onu da qeyd etmişlər ki, iddiaçının işlədiyini iddia etdiyi müəssisə ilə bağlı Bakı Inzibati Məhkəməsinin icraatında olmuş və hazırda öz qüvvəsini alan ## ###### 2021-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarda qeyd edilir ki, “xxxx” ASC-nin sədri X2 müəssisədə olan yanğınla bağlı izahatında müəssisənin 2000-ci il tarixdən fəaliyyətinin dayandırıldığını, həmin müəssisəyə qaz və elektrik enerjisinin verilməsinin dayandırılmasını qeyd etmişdir. Bu hal da iddiaçının əmək kitabçasında 2003-cü il tarixinədək olan qeydlərin mötəbər olmasına dair əsaslı şübhə yaradır. Formalaşmış təcrübəyə əsasən 2006-cı il # ###### tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özüözlüyündə şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir (Azərbaycan Respulikasının Ali Məhkəməsinin ##.##.2024-cü il *-*(***)-***/**** nömrəli qərarı). Qeyd olunanlardan görünür ki, iddiaçının mübahisəli illərə dair əməkhaqqı cədvəllərinin tapılmaması, həmçinin əmək kitabçasında olan qeydlərin şübhəli olması onun mötəbər sübut kimi qəbul olunmasını və əmək pensiyasının təyin olunması zamanı stajın hesablanmasında zəruri şərt kimi çıxış etməsini istisna edir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (IPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (IPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (IPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Iddiaçı IPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Iddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Iddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. IPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıda qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan * nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. ## #### 1997-ci il tarixli ***-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il ######un #-dən başlayaraq 2000-ci il ######un #-dək hər il altı ay artırılır. 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; ... 67-ci maddəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla # ###### 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. Iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. ... Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Işçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1996-cı il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın: 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Qüvvədən düşmüş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının ## ###### 2017-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi ##.##.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bəndinə görə 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il ######ın #-dək qazanmış olsunlar. “Qaydalar”a * nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın: 1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və bu Qaydanın 1.2-ci bəndi nəzərə alınmaqla, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir. 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il ######ın #-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;
3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya * nömrəli Əlavəyə əsasən;
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;
6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il ######ın #-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.
Apellyasiya şikayətinin dəlillərinə münasibət:
Hazırda qüvvədə olan və yuxarıda sadalanan qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, iddiaçının 52 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün aşağıdakı şərtlərə birlikdə əməl olunmalıdır: - azı 20 il ümumi sığorta stajına malik olması; - sığorta stajının azı 10 ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması.
Iddiaçının qanunla müəyyən olunmuş yaş həddinə çatması işin mübahisələndirilməyən halıdır.
Belə ki, iş materiallarında olan iddiaçı İddiaçı məxsus AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, iddiaçı ##.##.1965-ci il tarixdə doğulmuşdur. Iddiaçının 52 yaşı ##.##.2017-ci ildə tamam olmuşdur.
Işin mübahisəli halı tələb olunan ümumi və xüsusi iş stajının mövcud olmaması ilə bağlıdır.
Işin faktiki hallarından görünür ki, iddiaçı ##.##.1983-cü il tarixdən keçmiş “Bakı Alüminium-Yayma”xxxx“xxxx” ASC-də işləmiş, beləliklə 2006-cı ilədək pensiya təyini üçün ümumi və güzəştli stajı topladığını hesab edərək ona 52 yaşdan əmək pensiyası təyin edilməsi məqsədilə cavabdeh inzibati orqana rəsmi qaydada müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinasının əsas dəlili ondan ibarət olmuşdur ki, iddiaçının ##.##.1983-cü il tarixdən ##.##.2003-cü il tarixədək olan müddətdə “Bakı Alüminium Yayma zavodu”nda, yəni indiki “xxxx” ASC-də olan iş stajı öz təsdiqini tapmır. Iddiaçı hazırda tələbində inzibati orqanın imtinasını mübahisələndirir və ##.##.1983-cü il tarixdən keçmiş “Bakı Alüminium-Yayma”xxxx“xxxx” ASC-də işlədiyi illərin nəzərə alınaraq ona 52 yaşdan əmək pensiyasının təyin edilməsini tələb edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı, cavabdeh inzibati orqanın imtinasını və birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni əsassız hesab edir. Bununla bağlı kollegiya iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirir: - Iddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı ##.##.1983-cü il tarixdən ##.##.1984-cü il tarixədək Bakı Alüminium Yayma zavodunda * saylı sexdə anbardar vəzifəsində, ##.##.1984-cü il tarixdən ##.##.1996-cı il tarixədək eyni sexdə zərərli əmək şəraitində rəngli metalların yandırıcısı vəzifəsində işləmişdir. SSRI Əlvan Metallar Nazirliyinin *** saylı, ##.##.1988-ci il tarixli əmrinə əsasən, Bakı Əlvan Metalların Emalı Zavodu və Bakı Yüngül Metalların Emalı Zavodu Bakı Əlvan Metalların Emalı Zavodu olaraq birləşdirilmişdir. SSRI xxxx Nazirliyinin *** saylı, ##.##.1989-cu il tarixli əmrinə istinadən, Bakı Əlvan Metalların Emalı Zavodu yenidən təşkil edilərək 2 zavod olaraq ayrılmışdır. Iddiaçı ##.##.1996-cı ildə həmin sexə anbardar keçirilmişdir. Azərbaycan Respublikası Iqtisadi Inkişaf Nazirliyinin ##.##.2000-ci il tarixli *** saylı sərəncamına əsasən Bakı Alüminium Yayma zavodunun bazasında “xxxx” ASC yaradılmışdır. Iddiaçı ##.##.2003-cü il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. - “xxxx” ASC tərəfindən verilmiş ## ### 2023-cü il tarixli, ** nömrəli güzəştli arayışa əsasən iddiaçı ##.##.1984-cü il tarixdən ##.##.1996-cı il tarixə kimi isti əridici sexində əlvan metalların yandırıcısı vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** saylı qərarı həmin işdə çalışan işçilərə güzəştli təqaüdə çıxmağa imkan verir (* nömrəli siyahı, bölmə VII, kod 1072102 a – 16360). - “xxxx” ASC tərəfindən verilmiş ## ### 2023-cü il tarixli, ** saylı arayışa əsasən iddiaçının ##.##.1983-cü ildən ##.##.2003-cü ilədək işlədiyi “Bakı Alüminium Yayma zavodu” da Azərbaycan Respublikası Prezidentinin ##.##.2000-ci il tarixli Sərəncamı ilə “xxxx” Dövlət Şirkəti və onun tabeliyində fəaliyyət göstərmiş digər müəssisələr kimi ləğv olunmuş, “Azərbaycan Respublikasında Dövlət Əmlakının Özəlləşdirilməsi üzrə II Dövlət Proqramı”na uyğun olaraq ##.##.2000-ci il tarixdən Dövlət Əmlakı Nazirliyinin tabeliyinə verilmişdir. Iqtisadi Inkişaf Nazirliyinin ##.##.2000-ci il tarixli *** saylı sərəncamına əsasən Bakı Alüminium Yayma zavodunun bazasında “xxxx” ASC yaradılmışdır. - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş ## ####### 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlakı Nazirliyinin ##.##.2000-ci il tarixli, *** nömrəli sərəncamı ilə xxxx Dövlət Şirkətinin tabeliyində olmuş Bakı Alüminium Yayma zavodunun bazasında “xxxx” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri ##.##.2020-ci il tarixdə tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Xidmətin arxivində olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş özəlləşdirmə planına (emissiya prospektinə) əlavə edilmiş işçilərin siyahısında İddiaçı ilə bağlı hər-hansı məlumat qeyd edilməmişdir. - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq “xxxx” ASC tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli arayışda bildirilmişdir ki, “İddiaçı ##.##.1983-cü il tarixindən ##.##.2003-cü il tarixinə qədər əvvəlki “Bakı Alüminium Yayma”, yəni indiki “xxxx” ASC-də müxtəlif vəzifələrdə işləmişdir. ##.##.1984-cü il tarixindən ##.##.1996-cı il tarixinədək Əlvan Metalların Isti Əridilməsi sexində əlvan metalların yandırıcısı işləmişdir. İddiaçı zərərli əmək şəraitində işləmişdir. Onun məcburi sosial sığorta haqları tam şəkildə ödənilmişdir. ##.##.1984-##.##.1996-cı il tarixlərində əlvan metalların isti əridilməsi sexində əlvan metalların yandırıcısı – Siyahı İ, Bölmə VII, Kod: 1072102a-16360. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** saylı Qərarı ilə həmin işdə çalışan fəhlələrə güzəştlə təaqüdə çıxmaq imkanı verilir. ##.##.2013-cü il tarixində “xxxx” ASC-nin inzibati binasında yanğın baş verdiyindən zavodun arxiv sənədləri saxlanılan otaqda bütün sənədlər yanmışdır. Işçilərin əmək haqları, əmrləri və T2 kartoçkaları da yanmışdır. İddiaçı aid olan sənədlər yandığı üçün müəssisə əlavə sənədlər təqdim edə bilmir.” - “xxxx” ASC tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli arayışla bildirilmişdir ki, Azərbaycan Respublikası Iqtisadi Inkişaf Nazirliyinin ##.##.2000-ci il tarixli sərəncamına əsasən Bakı Alüminium Yayma Zavodunun bazasında “xxxx” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. “xxxx” ASC-nin əsas fəaliyyət sahəsi əlvan metalların isti və bərk şəraitdə əridilməsi, həmin metalların emal olunması və əlvan məftillərin istehsal olunmasından ibarət olmuşdur. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının ümumi və güzəştli iş stajı mübahisələndirilir və cavabdeh təqdim edilmiş güzəştli iş stajı barədə arayışı qəbul etməməklə iddiaçının ##.##.1983-cü il tarixdən ##.##.2003-cü il tarixədək olan müddətdə “Bakı Alüminium Yayma zavodu”nda, yəni indiki “xxxx” ASC-də olan iş stajının öz təsdiqini tapmadığını bildirir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinasının dəlillərini əsassız hesab edir. Inzibati iş materiallarından görünür ki, iddiaçının işlədiyi Bakı Alüminium Yayma Zavodu Azərbaycan Respublikası Prezidentinin ##.##.2000-ci il tarixli Sərəncamı ilə “xxxx” Dövlət Şirkəti və onun tabeliyində fəaliyyət göstərmiş digər müəssisələr kimi ləğv olunmuş, “Azərbaycan Respublikasında Dövlət Əmlakının Özəlləşdirilməsi üzrə II Dövlət Proqramı”na uyğun olaraq ##.##.2000-ci il tarixdən Dövlət Əmlak Nazirliyinin tabeliyinə verilmişdir. Iqtisadi Inkişaf Nazirliyinin ##.##.2000-ci il tarixli, *** nömrəli sərəncamına əsasən Bakı Alüminium Yayma Zavodunun bazası əsasında “xxxx” ASC yaradılmışdır. Nəzərə alınmalıdır ki, iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, ##.##.2013-cü il tarixdə “xxxx” ASC-də yanğın baş verdiyindən Bakı Alüminium Yayma Zavodunun arxiv sənədləri saxlanılan otağında bütün sənədlər yanmışdır. Iddiaçının sənədləri yandığı üçün ona heç bir sənəd verilə bilinmir. Iddiaçıya tərəflərindən verilmiş güzəştli arayış onun əmək kitabçası əsasında verilmişdir Göründüyü kimi əmək kitabçasında öz əksini tapan qeydlərin təsdiq edən sənədlərin olmaması, başqa sözlə desək, iddiaçının işləməsini təsdiq edən sənədlərin təqdim edilməməsi bilavasitə “xxxx” ASC-də baş vermiş yanğın hadisəsi ilə bağlı olmuşdur ki, bu hal hər bir halda iddiaçının ziyanına şərh edilə bilməz. Iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsin əmək pensiyasının yenidən hesablanmasından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Inzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə məhkəmələr tərəfindən Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmışdır. Buna baxmayaraq birinci instansiya məhkəməsi mövcud sübutlara düzgün qiymət verməmiş və iddianı əsassız olaraq rədd etmişdir. Iddiaçının əmək kitabçasında qeyd olunan mübahisəli dövrləri nəzərə almamasına rəğmən, iddiaçıya məxsus əmək kitabçasının həmin dövrlərə aid qeydlərinin mötəbərliyini şübhə altına alan və həmin məlumatları təkzib edən hər hansı mötəbər sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə icraatının gedişində də həmin dövrlərə aid qeydlərin mötəbərliyini şübhə altına alan və həmin məlumatları təkzib edən hər hansı hal müəyyən olunmamışdır. Yuxarıda istinad olunan qanunvericilik normalarının tələbləri baxımından iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Bu mənada “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir. Əks təqdirdə əmək kitabçası institutu öz mahiyyətini itirmiş olardı. Nəzərə alınmalıdır ki, əmək kitabçasının iddiaçının sözügedən müəssisədə əmək fəaliyyəti ilə bağlı qeydlərinin müəssisənin inzibati binasında yanğın baş verdiyindən zavodun arxiv sənədləri saxlanılan otaqda bütün sənədlər yandığı üçün qarşılıqlı yoxlanılmasının mümkün olmaması iddiaçının məsuliyyət sferasına aid edilə və onun sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas kimi qiymətləndirilə bilməz. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyindən də görünür ki, iddiaçının sözügedən müəssisədə əmək fəaliyyəti və stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin gətirdiyi digər bir arqument zavodda baş vermiş yanğın hadisəsi ilə bağlı araşdırma zamanı direktor tərəfindən verilmiş izahatda zavodun 2000-ci ildən fəaliyyət göstərməməsi, fəaliyyətinin dayandırılması ilə bağlıdır ki, iddiaçının da əmək kitabçasında işdən çıxma tarixi 2003-cü ilə təsadüf edir. Hətta 2000-ci ilə kimi olan dövr hesablansa belə iddiaçının ümumi iş stajı tamamlanmır. Qeyd edilir ki, 1992-ci ildən ##.##.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. Iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Bununla bağlı Kollegiya bildirir ki, “xxxx” ASC-də baş vermiş yanğın hadisəsi ilə bağlı bir çox vətəndaşın pensiya təminatı işinə məhkəmə icraatı çərçivəsində baxılmışdır. Oxşar mübahisə kimi məhkəmə, Azərbaycan Respublikasının Ali Məhkəməsinin *-*(***)- ****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarını əsas gətirərək bildirir ki, həmin qərarda kassasiya instansiya məhkəməsi vətəndaşın qeyd edilən illərdə sözügedən müəssisədə iş stajının müəyyən edilməsi üçün onun ilə həmin müəssisədə eyni dövrdə işləmiş müəssisənin rəhbərini və ya digər səlahiyyətli şəxsləri, həmçinin işçiləri, o cümlədən özəlləşdirmə planına əlavə edilmiş əmək kollektivinin siyahısında adı olan şəxsləri şahid qismində məhkəmə iclasına çağırıb ifadələrini almaqla mübahisə üzrə daha dolğun məhkəmə tədqiqatının aparılmalı olduğuna göstəriş vermişdir. Həmçinin, cavabdehin imtina əsasılarının tam yoxlanılması məqsədilə apellyasiya baxışında ətraflı araşdırmalar aparılmışdır. Belə ki, apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorğu ünvanlanaraq işin obyektiv araşdırılması məqsədilə, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: 1200027541) hansı tarixdə qeydiyyatdan keçməsi (gün, ay, il dəqiq göstərilməklə), qeydiyyatdan keçməsi ilə bağlı sənədlərin, fəaliyyət istiqamətinə dair ətraflı məlumatın, həmçinin fəaliyyətinin dayandırılıb-dayandırılmaması barədə, əgər dayandırılmışdırsa hansı tarixdən dayandırılmasına (gün, ay, il dəqiq göstərilməklə) dair sənədlərin, həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına sorğu ünvanlanaraq “xxxx” Açıq Səhmdar Cəmiyyəti (VÖEN: 1200027541) tərəfindən 2000-2003-cü illər üzrə Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta ödənişlərinin ödənilibödənilməməsi barədə məhkəməyə məlumat verilməsi və bu barədə sənədlərin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş Idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən sorğuya cavab olaraq verilmiş *-**-*-*-*/*-*****/**** nömrəli, ## ######## 2025-ci il tarixli məktubla bildirilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN 1200027541) ##.##.2000-ci il tarixdə D-3127 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Həmçinin "xxxx" ASC-nin fəaliyyətinin ##.##.2021-ci il tarixdən ##.##.2026-cı il tarixədək dayandırılması və əsas fəaliyyət növünün “Bütün növlərdən olan mexaniki və ya qeyri-mexaniki qələm və karandaşların istehsalı” (kod 3299001) kimi qeyd edilməsi barədə məlumat mövcuddur. "xxxx" ASC-nin ilkin redaksiyada nizamnaməsinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Fillialı tərəfindən verilmiş *-**-*/*-******/**** nömrəli, ## ######## 2025-ci il tarixli məktubla Fondun Arxiv və Sosial Ödəniş Işlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialında saxlanılan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (əvvəlki adı Bakı Alüminium Yayma Zavodu) 2000-ci ilin İ-III, 2001-ci ilin İ-II rübləri, 2002 və 2003-cü illərə aid məcburi dövlət sosial sığorta haqqı üzrə hesabat məlumatlarının təsdiq olunmuş surətləri, həmçinin ödədiyi məcburi dövlət sosial sığorta haqları barədə məlumat cədvəli təqdim edilmişdir. Qeyd edilmişdir ki, Fondun Arxiv və Sosial Ödəniş Işlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məlumatlarının araşdırılması ilə bağlı cavab məktubunda 2000-ci ilin IV, 2001-ci ilin III və IV rübləri üzrə hesabatların iş qovluğunda aşkarlanmadığını bildirmişdir. Göründüyü kimi “xxxx" Açıq Səhmdar Cəmiyyəti (əvvəlki adı Bakı Alüminium Yayma Zavodu) 2021-ci ilə kimi fəaliyyət göstərmiş, fəaliyyətini ##.##.2021-ci il tarixdən ##.##.2026-cı il tarixədək dayandırılmışdır. Hətta araşdırma ilə müəyyən olunur ki, vaxtilə “xxxx" Açıq Səhmdar Cəmiyyəti (əvvəlki adı Bakı Alüminium Yayma Zavodu) tərəfindən 2000-ci ilin İ-III, 2001-ci ilin İ-II rübləri, 2002 və 2003-cü illərə aid məcburi dövlət sosial sığorta haqqı üzrə hesabat məlumatları aidiyyəti dövlət qurumuna təqdim edilmişdir. Bu da onu göstərir ki, sənədlər natamam təqdim edilsə də, ASC 2000-ci ildən sonra da rəsmi və faktiki fəaliyyətdə olmuşdur. Bundan əlavə apellyasiya baxışı zamanı dolğun tədqiqatın aparılması üçün iddiaçının həmin dövrdə birgə işlədiyi şəxslərdən, əmək kollektivinin siyahısında adı olan və həmin müəssisədə işlədiyi dövrlər nəzərə alınmaqla pensiya təyin edilmiş şəxslərdən olan Şahid şahid qismində məhkəmə iclasına dəvət edilmiş, eyni zamanda cavabdeh inzibati orqana sorğu ünvanlanaraq ##.##.1962-ci il təvəllüdlü Şahid məxsus pensiya işinin əslinin və təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən *-**-*/*-*****/**** nömrəli, ## #### 2026-cı il tarixli məktubla məhkəməyə təqdim edilən Şahid adına olan pensiya işinin materiallarının təsdiq edilmiş surətinə, eyni zamanda məhkəmə iclasında təqdim edilən pensiya işinin əslinə kollegiya tərəfindən baxış keçirilərək müəyyən olunmuşdur ki, iddiaçı ilə birgə eyni müəssisədə işləyən Şahid hazırda "xxxx" ASC adlandırılan zavodda işlədiyi dövrlər nəzərə alınaraq ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Apellyasiya baxışı zamanı iddiaçının keçmiş "Bakı Alüminium-Yayma" zavodunda, hazırkı "xxxx" ASC-də işləməsini təsdiq edən Şahid ifadəsində bildirmişdir ki, o, “Bakı Alüminium Yayma” zavodunda 1986-cı ildə, İddiaçı isə ondan əvvəl həmin zavodda işləməyə başlamışdır. Onlar eyni peşədə, yəni sexdə əlvan metalların yandırıcısı peşəsində işləmişdirlər. O, 1986-cı ildən 2021-ci ilə qədər həmin zavodda çalışmış, sadəcə 1994-cü ildən 1995-ci ilədək statistika idarəsində işləmiş, digər bütün illərdə isə zavodda işləmişdir. Müəssisədə yalnız arxiv otağı yanmışdır, həmin zaman o, kadrlar şöbəsində işləyirdi və işçilərin əmək kitabçaları onda olduğundan kitabçalar yanmamışdır. Zavod 2021-ci ilə qədər fəaliyyət göstərmişdir. Zavodda zərərli şəraitdə işlədiyi üçün onun zavodda işlədiyi illər nəzərə alınmaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilən hallara məcmu şəkildə qiymət verərək hesab edir ki, iddiaçının ##.##.2006-cı il tarixədək topladığı ümumi iş stajı əmək kitabçası ilə müəyyən olunur, cavabdeh əmək kitabçasında olan qeydləri mübahisələndirsə belə, əmək kitabçasının mötəbərliyini şübhə altına alacaq halları sübuta yetirə bilməmişdir. Əlavə olaraq, iddiaçı Bakı Alüminium Zavodunda işlədiyi müddət şahid ifadəsi ilə təsdiq olunmuşdur ki, göstərilən bu əsasların hamısı mübahisələndirilən ##.##.1983-##.##.2003-cü il dövrünün ümumi iş stajına daxil edilməli olmasına əsas verir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ##.##.2006-cı il tarixədək ümumi iş stajı 20 ildən çox təşkil edir. Iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na * nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan * nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, iddiaçının işlədiyi hazırkı “xxxx” ASC tərəfindən təqdim edilən güzəştli arxiv arayışından görünür ki, iddiaçı ##.##.1983- ##.##.1996-cı illərdə zərərli iş şəraitində əlvan metalların isti əridilməsi sexində əlvan metalların yandırıcısı vəzifəsində çalışmışdır. Iddiaçının işlədiyi vəzifə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli, *** saylı Qərarına * nömrəli əlavə olan Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * №-li Siyahısının VII bəndinin 1072102a- 16360 kodu ilə qeyd olunmuş əlvan metalların yandırıcıları bəndinə uyğundur. Beləliklə, iddiaçının ##.##.1983-##.##.1996-cı il tarixlərdə işlədiyi əlvan metalların yandırıcısı vəzifəsi güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşəyə uyğundur. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, iddiaçının tələb olunan 10 ildən artıq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il ## #### tarixli *** saylı qərarı ilə təsdiqlənmiş Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * №-li Siyahısının “VII. xxxx istehsalatı (əlvan metallar) bəndinin 1072102a-16360 şifrə ilə göstərilmiş əlvan metalların yandırıcıları peşəsinə uyğun vəzifələrdə iş stajı olmuşdur. Beləliklə, qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun ##.##.2017-ci ilədək ümumilikdə 20 ildən çox əmək stajı vardır və qanunla müəyyən edilmiş 10 ildən artıq müddət ərzində o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşədə işləmişdir. Iddiaçının 20 il ümumi və 10 il güzəştli iş stajının mövcudluğu iş materialları və məhkəmə araşdırması ilə sübuta yetirilir. Məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (IPM-14.3), «Əmək pensiyaları haqqında» AR Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (IPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmuş, habelə cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («Inzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı Inzibati Məhkəməsinin *- *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası IPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ləğv edilsin. Iddia tələbi təmin edilsin. Iddiaçı İddiaçı 52 yaşdan, yəni ##.##.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli