Məhkəmə qərarları › İş №2-1(3-6)-872/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-872/2026

14.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-872/2026 14.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və aldığı hərbi travmaya görə əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X6 və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi MHHK tərəfindən İddiaçı ilə bağlı verilmiş ## ######## 2022-ci il tarixli ***** №-li “Xəstəlik haqqında şəhadətnamə”dən müəyyən olunur ki, MHHK-sı aşağıda qeyd olunan qərarı qəbul etmişdir: Diaqnoz: Kəskin dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, intihar fikirləri ilə davranış pozuntuları ilə. Partlayış travması (##.##.2020). Keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsinin postravmatik ensefalopatiya ilə nəticələnmiş qalıq əlamətləri. Barotravma (##.##.2020) nəticəsində sol təbil pərdəsinin perforasiyası, ikincili pərdə ilə bərpası, eşitmənin pozulmaması ilə. Sol VII qabırğanın köhnə, kafi bitişmiş sınığı. “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır”.

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin * nömrəli X7 ##.##.2023-##.##.2023cü il tarixli ****/** nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz “Baş-beynin üzvi xəstəliyi (II Qarabağ müharibəsi zamanı alınmış barotravma) nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, tez-tez baş verən dekompensasiyalarla, koqnitiv funksiyaların zəifləməsi ilə” kimi müəyyənləşdirilmişdir.

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının ##.##.2023-##.##.2023-cü il tarixli ******** nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir.

4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin * nömrəli X7 ##.##.2023-##.##.2024cü il tarixli *****/** nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz “Baş-beynin üzvi xəstəliyi (II Qarabağ müharibəsi zamanı alınmış barotravma) nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, tez-tez baş verən dekompensasiyalarla, koqnitiv funksiyaların zəifləməsi ilə” kimi müəyyənləşdirilmişdir.

5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının ##.##.2024-##.##.2024-cü il tarixli xəstəlik tarixindən çıxarışında diaqnoz “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, özünü kəsmələr, koqnitiv funksiyaların enməsi ilə” kimi müəyyənləşdirilmişdir.

6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının Həkim Psixiatr Komissiyasının ##.##.2024-cü il tarixli **** nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış kəllə- beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, özünü kəsmələr, koqnitiv funksiyaların enməsi ilə” kimi müəyyənləşdirilmişdir (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin * nömrəli X7 PHŞ ##.##.2024-

7. ##.##.2024-cü il tarixli ****/** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Başbeynin üzvi xəstəliyi (II Qarabağ müharibəsi zamanı alınmış barotravma) nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, tez-tez baş verən dekompensasiyalarla, koqnitiv funksiyaların zəifləməsi ilə” kimi müəyyənləşdirilmişdir.

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının ##.##.2024-##.##.2024-cü il tarixli ******** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir.

9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının Həkim Psixiatr Komissiyasının ##.##.2024-cü il tarixli *** nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalar, özünü kəsmələrlə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 2 il müddətinə qüvvədədir).

10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin * nömrəli X7 PHŞ Həkim Psixiatr Komissiyasının ##.##.2025-ci il tarixli */*** nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, anamnezində özünükəsmələrlə” kimi müəyyənləşdirilmişdir (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir).

11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan müəyyən olunur ki, İddiaçı ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixədək, “Başbeyinin üzvi xəstəliyi (travma) nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları ilə. Anamnezində özünükəsmələr” diqanozu ilə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbi ilə 40 % orqanizmin pozulması ilə, üçüncü dərəcəli əlillik təyin edilmişdir.

12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2025-ci il tarixli qərarından müəyyən olunur ki, İddiaçı “Diqanoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə əlillik verilməsindən imtina edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X8-sosial ekspert komissiyasının 3-17- 4/3-3-3182/2025 №li ##.##.2025-ci il tarixli qərarından görünür ki, Dövlət Tibbi- Sosial Ekspertiza və X8-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) ##.##.2025-ci il tarixdə aşağıda adı göstərilən 12 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: 1) Bakı şəhər sakini ##.##.1990-cu il təvəllüdlü İddiaçı (FİN:*******) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində ##.##.2023-cü il tarixdə qiymətləndirilmiş və OFP 40% 2 (iki) il müddətinə əlillik təyini barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2022-ci il tarixli ***** nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Kəskin dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, intihar fikirləri ilə davranış pozuntuları ilə. Partlayış travması (##.##.2020). Keçirilmiş qapalı kəlləbeyin travması, baş-beyin silkələnməsinin posttravmatik ensefalopatiya ilə nəticələnmiş qalıq əlamətləri. Barotravma (##.##.2020) nəticəsində sol təbil pərdəsinin perforasiyası, ikincili pərdə ilə bərpası eşitmənin pozulmaması ilə. Sol VII qabırğanın köhnə, kafi bitişmiş sınığı” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin * nömrəli X7 PHŞ ##.##.2023- ##.##.2023-cü il tarixli ****/** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Başbeynin üzvi xəstəliyi (II Qarabağ müharibəsi zamanı alınmış barotravma) nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, tez-tez baş verən dekompensasiyalarla, koqnitiv funksiyaların zəifləməsi ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ ##.##.2023- ##.##.2023-cü il tarixli ******** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin * nömrəli X7 PHŞ ##.##.2023-##.##.2024-cü il tarixli *****/** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Baş-beynin üzvi xəstəliyi (II Qarabağ müharibəsi zamanı alınmış barotravma) nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, tez-tez baş verən dekompensasiyalarla, koqnitiv funksiyaların zəifləməsi ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ ##.##.2024-##.##.2024-cü il tarixli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış kəlləbeyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, özünü kəsmələr, koqnitiv funksiyaların enməsi ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının ##.##.2024-cü il tarixli **** nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış kəlləbeyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, özünü kəsmələr, koqnitiv funksiyaların enməsi ilə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin * nömrəli X7 PHŞ ##.##.2024-##.##.2024-cü il tarixli ****/** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Baş-beynin üzvi xəstəliyi (II Qarabağ müharibəsi zamanı alınmış barotravma) nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, teztez baş verən dekompensasiyalarla, koqnitiv funksiyaların zəifləməsi ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ ##.##.2024-##.##.2024-cü il tarixli ******** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının ##.##.2024-cü il tarixli *** nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalar, özünü kəsmələrlə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 2 il müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin * nömrəli X7 PHŞ Həkim Psixiatr Komissiyasının ##.##.2025-ci il tarixli */*** nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, anamnezində özünükəsmələrlə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir) Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yaddaş pozuntusundan, baş ağrılarından şikayət bildirmişdir. Depakin, Ketilept, Stimulaton preparatlarını qəbul etdiyini söyləmişdir. Otağa daxil olarkən özünü təqdim etmişdir. Zahiri səliqəli olmuşdur. Ünsiyyət zamanı gözü yumulu oturaraq göz kontaktından yayınmışdır. Başında kista olduğuna görə, heçnə xatırlamadığını, hətta anasının belə adını unutduğunu, özünü öldürmək istədiyini qeyd etmişdir. Hər iki said nahiyyəsində səthi xəsarət izləri aşkarlanmışdır. Xəsarətlər xarakterinə görə sol saiddəki təxminən iki il əvvələ uyğun olmuş, sağ saiddəkilər isə yeni edilmişdir. Bu isə hər dəfə əlillik müraciətlərinə uyğun olaraq nümayişkar edilməsinə dəlalət etmişdir. Zehni və yaddaşı pozulmamış və bildirdiyi şikayətlərə uyğun olmamışdır. Mühakimə və analizi qorunmuşdur. Psixoproduktiv simptomatika aşkar olunmamışdır. Ailəli, 2 yaşında bir övladının olduğunu bildirmişdir. Hərbi xidməti 9 (doqquz) il olmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli (barotravma) yüngül ifadəli şəxsiyyət pozuntusu. Ailə və məişət adaptasiyası” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

13. Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı ünvanlanmış 3-17-4/2-C-13221/2025 №li ##.##.2025-ci il tarixli məktubda sonuncuya bildirilmişdir ki, “hərbi xidmətlə əlaqədar əlillik vəziyyətinizin qiymətləndirilməsi barədə daxil olmuş müraciətinizə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində (bundan sonra - Agentlik) baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nəzərinizə çatdırırıq ki, dövlət tibb müəssisəsinin göndərişi və müraciətiniz əsasında Siz ##.##.2025-ci il tarixində Agentlikdə əyani müayinə olunmusunuz. Təqdim edilən tibbi sənədlər və aparılmış ətraflı əyani müayinələrin nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik səviyyəsində hər hansı ağırlaşma və ya patofunksional dəyişikliklər aşkar olunmadığından, ##.##.2025-ci il tarixdən əlilliyin təyin olunmaması barədə qərar qəbul edilmişdir. Gələcəkdə səhhətinizdə ağırlaşmalar əmələ gələrsə, dövlət tibb müəssisəsi tərəfindən sağlamlıq vəziyyətinizi tam və ətraflı şəkildə əks etdirən göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyətiniz qanunvericiliyə uyğun olaraq yenidən qiymətləndiriləcəkdir”.

14. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “xxxx” X1 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, **** saylı məhkəmə psixiatrik ekspertizasının rəyində qeyd olunmuşdur ki; İ. Motivləşdirici hissə. Yoxlanılan şəxs İddiaçı hazırda “Üzvi şəxsiyyət pozuntusu, davranış pozuntuları ilə” (F 07.0) aşkar olunur. Bunu inzibati iş materialları, anamnestik məlumatlar (döyüşlərdə kəllə-beyin travması alması, baş ağrılarından və yaddaş zəifliyindən əziyyət çəkməsi, intihar cəhdinin olması, əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, əsəb gərginlik anlarında əşyaları sındırması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasında “Baş-beynin üzvi xəstəliyi (travma) nəticəsində kəskin şəxsiyyət dəyişikliyi. Kobud davranış pozuntulan ilə. Anamnezində özünükəsmələr” diaqnozu ilə üçüncü dərəcəli əlil hesab olunması, Azərbaycan Respublikası Səhiyyə Naziriyi * nömrəli “X7”da “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu. Anamnezində özünükəsmələrlə” diaqnozu təyin olunması) və hal-hazırki psixiatrik müayinənin nəticələri (zahirən narahat və gərgin olması, əhvali ruhiyyəsinin dəyişkən olması, emosional sferasının qeyri stabil olması və s.) sübut edir. II. Yekun hissəsi: İnzibati işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: ##.##.1990-cı il təvəllüdlü İddiaçı əyani müayinə olunmaqla onda “üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi (II Qarabağ müharibəsi zamanı, alınmış kəlləbeyin travması nəticəsində) şəxsiyyət pozuntusu, anamnezində özünü kəsmələrlə (F07.0), baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqlar (F07.8), yüngül koqnitiv pozuntu, yüngül koqnitiv pozğunluq (F06.7)" aşkar olunurmu? Cavab: Yoxlanılan şəxs İddiaçı hazırda “üzvi şəxsiyyət pozuntusu, davranış pozuntuları ilə” (F 07.0) aşkar olunur. 2-ci sual: Həmin diaqnoz təsdiqini tapırsa, aşağıdakılarla qiymətləndirilə bilərmi, müşayiət olunurmu? əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşI laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq), təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti. Cavab: Yoxlanılan şəxs İddiaçı hazırda “üzvi şəxsiyyət pozuntusu, davranış pozuntuları ilə" (F 07.0) müəyyən edilir. Sualın digər hissəsini cavablandımaq məhkəmə-psixiatik ekspertizasının səlahiyyətlərinə aid deyil.

a) Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi X1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dövlət Tibbi Sosial- Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən onun yəni, iddiaçı İddiaçı barəsində ##.##.2025-ci il tarixində qəbul edilmiş “Diaqnoz əlillik əlaməti təyinatına əsas vermir” barədə Qərarının ləğv edilməsi və ona ##.##.2025-ci il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbəlaqəli əlillik dərəcəsinin müəyyən edilməsi barədə qərar qəbul olunması öhdəliyinin cavabdeh Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).

16. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2010-cu ilin yanvar ayından ##.##.2011-ci il tarixədək N saylı hərbi hissədə xidmət etmişdir. ##.##.2012- ##.##.2021- ci il tarixədək Azərbaycan Respublikasının Silahlı qüvvələrində (ehtiyatda olan R, kəşfiyyatçı), hərbi xidmət keçmişdir. Hərbi xidmət dövründə II Qarabağ müharibəsində iştirak etmişdir. Belə ki, ##.##.2000-ci il tarixdə Azərbaycan Respublikasınınnın ərazi bütövlüyü uğurunda Füzuli rayonunda gedən döyüşlər zamanı düşmən tərəfindən atılan mərmi partlayışı nəticəsində “Barotravma” xəstəliyi, “Partlayış travması”, qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı vegatativ damar davamsızlığı, astenonevrotik təzahür, sol təbil pərdəsinin quru perforasiyasının ikincili pərdə ilə qapanması” diaqnozu ilə xəsarət almışdır. Hərbi travmadır. Azərbaycan Respublikası zamanı almışdır. ***** nömrəli Xəstəlik haqqında şəhadətnamədə göstərilən digər diaqnozlar ona təyin edilmişdir. Özünü həmin vaxtdan narahat hiss edir. Bununla bağlı əvvəllər hərbi hospitalda bir sıra müayinələr alımışdır. Bu zaman bir sıra müalicələr də alımışdır. Bundan sonra yenidən ağrıları başlamışdır. Döyüşlərdə aldığı ağır zədələr, müalicələr nəticəsində o, ##.##.2022-ci il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Poliklinikası tərəfindən (** nömrəli) ***** nömrəli “Xəstəlik haqqında şəhadətnamə” verilmiş və Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının qərarı ilə ona III qrup əlillik təyin edilmişdir. Lakin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 2025-ci ilin fevral ayında əlilliyinə məhəl qoymayaraq təkrar öz komissiyalarına çağırmaqla heç bir müayinə aparmadan əlilliyini ləğv edib pensiyanı dayandırmış, onun psixiatr xəstəxanalarına göndərib mütəxəsis rəyi almağı barədə yazdığı ərizəyə məhəl qoymayaraq əlilliyini ləğv edərək pensiyanı dayandırmışlar. Halbuki, o da qapalı kəllə beyin travması nəticəsində şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhtləri kimi xəstəlik diaqnozu təyin edilmişdir. Müntəzəm olaraq müalicələrini aparır. MN Mərkəzi Hərbi Poliklinikası tərəfindən Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndəriş (***** №-li Xəstəlik haqqında şəhadətnamə) göndərilmiş və bunun əsasında Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ona ##.##.2025-ci il tarixində imtina verilmişdir. İmtinada onunla əsaslandırılmışdır ki, ona təyin olunan diaqnoz və ağırlaşmaları əlillik əlamətini özündə əks etdirmir.

17. Cavabdeh orqan iddiaya etiraz edir və bildirir ki, vətəndaşın orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində ##.##.2023-cü il tarixdə qiymətləndirilmiş və OFP 40% 2 (iki) il müddətinə əlillik təyini barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2022-ci il tarixli ***** nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Kəskin dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, intihar fikirləri ilə davranış pozuntuları ilə. Partlayış travması (##.##.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsinin posttravmatik ensefalopatiya ilə nəticələnmiş qalıq əlamətləri. Barotravma (##.##.2020) nəticəsində sol təbil pərdəsinin perforasiyası, ikincili pərdə ilə bərpası eşitmənin pozulmaması ilə. Sol VII qabırğanın köhnə, kafi bitişmiş sınığı” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin * nömrəli X7 ##.##.2023-##.##.2023-cü il tarixli ****/** nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz “Baş-beynin üzvi xəstəliyi (II Qarabağ müharibəsi zamanı alınmış barotravma) nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, teztez baş verən dekompensasiyalarla, koqnitiv funksiyaların zəifləməsi ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının ##.##.2023-##.##.2023-cü il tarixli ******** nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin * nömrəli X7 ##.##.2023-##.##.2024-cü il tarixli *****/** nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz “Baş-beynin üzvi xəstəliyi (II Qarabağ müharibəsi zamanı alınmış barotravma) nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, teztez baş verən dekompensasiyalarla, koqnitiv funksiyaların zəifləməsi ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının ##.##.2024-##.##.2024-cü il tarixli xəstəlik tarixindən çıxarışında diaqnoz “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, özünü kəsmələr, koqnitiv funksiyaların enməsi ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının Həkim Psixiatr Komissiyasının ##.##.2024-cü il tarixli **** nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış kəllə- beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, özünü kəsmələr, koqnitiv funksiyaların enməsi ilə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin * nömrəli X7 PHŞ ##.##.2024-##.##.2024-cü il tarixli ****/** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Baş-beynin üzvi xəstəliyi (II Qarabağ müharibəsi zamanı alınmış barotravma) nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, teztez baş verən dekompensasiyalarla, koqnitiv funksiyaların zəifləməsi ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının ##.##.2024-##.##.2024-cü il tarixli ******** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının Həkim Psixiatr Komissiyasının ##.##.2024-cü il tarixli *** nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış kəlləbeyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalar, özünü kəsmələrlə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 2 il müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin * nömrəli X7 PHŞ Həkim Psixiatr Komissiyasının ##.##.2025-ci il tarixli */*** nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, anamnezində özünükəsmələrlə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir) Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yaddaş pozuntusundan, baş ağrılarından şikayət bildirmişdir. Depakin, Ketilept, Stimulaton preparatlarını qəbul etdiyini söyləmişdir. Otağa daxil olarkən özünü təqdim etmişdir. Zahiri səliqəli olmuşdur. Ünsiyyət zamanı gözü yumulu oturaraq göz kontaktından yayınmışdır. Başında kista olduğuna görə, heçnə xatırlamadığını, hətta anasının belə adını unutduğunu, özünü öldürmək istədiyini qeyd etmişdir. Hər iki said nahiyyəsində səthi xəsarət izləri aşkarlanmışdır. Xəsarətlər xarakterinə görə sol saiddəki təxminən iki il əvvələ uyğun olmuş, sağ saiddəkilər isə yeni edilmişdir. Bu isə hər dəfə əlillik müraciətlərinə uyğun olaraq nümayişkar edilməsinə dəlalət etmişdir. Zehni və yaddaşı pozulmamış və bildirdiyi şikayətlərə uyğun olmamışdır. Mühakimə və analizi qorunmuşdur. Psixoproduktiv simptomatika aşkar olunmamışdır. Ailəli, 2 yaşında bir övladının olduğunu bildirmişdir. Hərbi xidməti 9 (doqquz) il olmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli (barotravma) yüngül ifadəli şəxsiyyət pozuntusu. Ailə və məişət adaptasiyası” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

18. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İddiaçı barəsində qəbul edilmiş “Diaqnoz əlillik əlaməti təyinatına əsas vermir” barədə ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi, ##.##.1990-cı il təvəllüdlü Cəfərov Qalib İmran oğluna ##.##.2025-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbli əlaqəsi ilə 35-60 faiz dərəcəsi ilə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.

19. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

b) Apellyasiya şikayətinin dəlilləri

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, göndərişdə əsas diaqnoz kimi “F07-Üzvi mənşəli şəxsiyyət pоzuntusu” diaqnozu qeyd edilmişdir. Əsasnamənin 7.6cı bəndinə əsasən Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməlidir (məsələn, MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.); xəstəliyin başlama yaşı (məsələn: demensiya əlamətləri ilə erkən başlanğıclı Alsheymer xəstəliyi zamanı 65 yaş əsas götürülür); - xəstəliyin davametmə müddəti və proqredientliyi (prosessual dəyişikliklərin artma sürəti); - intellektual-amnestik pozuntuların təzahür dərəcəsi (psixi statusun qısa qiymətləndirilməsi şkalası - MMSE vasitəsilə müəyyən edilir, bu şkala Demensiyanin diaqnostika və müalicəsi üzrə klinik protokolda vardır); - psixotik epizodların olması (üzvi deliriy, üzvi hallüsinoz, üzvi katotonik pozuntu) və onların tezliyi ilə; - aqresiv davranış və suisidal cəhdlər də daxil olmaqla, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi; - müalicəvi və reabilitasiya müdaxilələrinin aparılmasının mümkünlüyü ilə. Bu patalogiyaların heç biri iddiaçının səhhətində öz əksini tapmır. Diaqnozu təsdiq edən tibb müəssisəsinin rəyləri TSEK tərəfindən tədqiq edilmiş və əlillik təyinatına əsas verən səviyyədə-35 faiz OFP müəyyən edilməmişdir. Buna baxmayaraq eyni klinik instrumental müayinə nəticələri əsasında MPEM əlavə müəyinə həyata keçirmədən rəy vermişdir. Məhkəmə iki ziddiyyətli tibbi mövqeyi aydınlaşdırmaq əvəzinə sadəcə ekspert rəyinə əsaslanaraq Agentliyin (TSEK-in) hüquqlarını pozmuşdur.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

22. Məhkəmədə iddiaçı ərizəsinə uyğun izahat verərək, apellyasiya şikayətinin rədd edilməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

23. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun:

2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X8-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: ... 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; ... 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

27.Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. 28.Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.2 maddələrinə əsasən)

30. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 23-26-cı bəndləri) əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalıdır.

31. Belə ki, iddiaçı ##.##.2025-ci il tarixində qəbul edilmiş “Diaqnoz əlillik əlaməti təyinatına əsas vermir” barədə Qərarın ləğv edilməsi və ona ##.##.2025-ci il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbəlaqəli əlillik dərəcəsinin təyin edilməsini tələb edir.

32. Cavabdeh orqan isə diaqnozun öz təsdiqini tapmamasına əsaslanaraq əliliyin təyinatından imtina etmişdir.

33. İş materiallarından görünür ki, ##.##.2023-cü il tarixdə “Baş beynin üzvi xəstəliyi (travma) nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pоzuntuları ilə. Anamnezində özünükəsmələr” diaqnozu ilə 2 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlillik dərəcəsi təyin edilmişdir. Lakin daha sonra iddiaçı əlillik təyinatının bitməsilə əlaqədar ##.##.2025-ci il tarixdə ona əlilliyin təyin üçün “Üzvi (II QM zamanı alınmış KBT) şəxsiyyət pozuntusu, anamnezində özünü kəsmələrlə. Baş-beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pоzuntuları. Yüngül koqnitiv pozuntu.” diaqnozu ilə Forma 88 göndərilməsinə nail olsa da, cavabdeh tərəfindən diaqnozun əlillik təyin etməməsi barədə qərar qəbul edilmişdir.

34. Göründüyü kimi iddiaçının əlillik vəziyyətinin həm əvvəlki, həm də sonrakı qiymətləndirilməsi zamanı onun xəstəliyi ilə bağlı diaqnozların eyni olduğu (“üzvi şəxsiyyət pozuntusu, davranış pozuntuları ilə” (F 07.0)) görünür və bu hal iş materiallarında olan ekspert rəyində və forma 88 arayışında da təsdiq olunur.

35. Odur ki, iddiaçıda olan xəstəliklər ona əlilliyin təyininə əsas versə də, cavabdeh inzibati orqan bu halı nəzərə almamış, səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmişdir.

36. Kollegiya onu da qeyd edir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2022-ci il tarixli ***** nömrəli şəhadətnaməsinə əsasən iddiaçıya “hərbi travma, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır” diaqnozu qoyulduğundan və əlillik səbəbi Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının qərarı əsasında təyin edildiyindən, cavabdeh iddiaçının xəstəliyinin səbəb əlaqəsini müəyyən etməyə borcludur.

37. Belə olan halda kollegiya hesab edir ki, iddiaçı İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbli əlaqəsi ilə 35-60 faiz dərəcəsi ilə əlilliyin təyin edilməsini tələb etməkdə haqlıdır. Nəzərə alınmalıdır ki, daha öncə cavabdeh təşkilat tərəfindən iddiaçıya əlillik dərəcəsi eyni diaqnozla təyin edilmişdir və mütəxəssis rəyinə görə həmin diaqnozda hər hansı bir dəyişiklik olmamışdır.

38. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

39. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar