Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-880/2026 14.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı işi üzrə QƏRARİ (Açar sözlər: “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Türkan Kamran qızı Haqverdiyevanın katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı ##.##.1958-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır.
2. H3 ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı 01.10.20-ci il tarixindən 10.01.21ci il tarixinə qədər hərbiçilərin daşınmasının təmin edilməsi ilə əlaqədar Gəncə şəhərinə ezam olunmuşdur.
3. *** nömrəli ##.##.2020-ci il tarixli ezamiyyət vəsiqəsindən görünür ki, İddiaçı ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək Gəncə şəhərinə ezam olunmuşdur.
4. Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin ##.##.2025-ci il tarixli *-**-/*/*-Q****/**- **/**** nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın ##.##.2024-cü il tarixli iclasında baxılmış və İddiaçı barəsində müsbət qərar qəbul edilməmişdir. ##.##.2020-ci il tarixdə N nömrəli hərbi hissədə səfərbərliklə hərbi xidmətə qəbul edilmiş, N nömrəli hərbi hissənin dislokasiya yeri döyüş əməliyyatları aparılan ərazi olmadığına və N nömrəli hərbi hissənin ##.##.2024-cü il tarixli **** nömrəli arayışına əsasən döyüş əməliyyatlarında iştirak etmədiyinizə görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.
5. ## ###### 2020-ci il tarixli N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş fəxri fərmandan görünür ki, Dağlıq Qarabağın işğaldan azad olunmasında zəfər qazanmış şanlı Azərbaycan Ordusunun ictimai fəaliyyətlərində iştirak etdiyinə təltif olunur.
6. Cavabdeh tərəfindən məhkəməyə inzibati icraat materialları təqdim edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:
7. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı cavabdehin üzərinə ##.##.1958-ci il təvəllüdlü iddiaçıya 2-ci Qarabağ Müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət etməsi öhdəliyinin qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ## ###### 1958-ci il tarixdə Ermənistan SSR-nın Ararat rayonunda anadan olmuş, 2020-ci ilin sentyabr ayının 27də başlayan 44 günlük 2-ci Qarabağ müharibəsində iştirak etmişdir. Belə ki, iddiaçı sürücü kimi həmin vaxt işlədiyi SOCAR Nəqliyyat İdarəsinin * saylı Mexaniki Nəqliyyat Departamentinin yerləşdiyi ərazi üzrə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsi tərəfindən ##.##.2020-ci il tarixdə hərbi səfərbərliyə cəlb olunmuşdur. ##.##.2020-ci il tarixində əsgər və zabitlərin cəbhəyə aparılması üçün Gəncə şəhərinə ezam olunmuş, bu barədə hərbi biletində müvafiq qeydlər edilmişdir. Orada avtobus sürücüsü olaraq vəzifəsi Gəncə şəhərində yerləşən N №-li hərbi hissədən əsgər və zabitlərin cəbhənin müxtəlif hissələrinə daşınmasından ibarət olmuşdur. N №-li hərbi hissədə olduğu ilk gün cəlb olunmuş bütün avtobusların mülki nömrələrini hərbi nömrələrlə əvəz etdilər. İdarə etdiyi avtobusun ** JS *** mülki nömrəsi S-637 QQ №-si ilə dəyişdirildi, iddiaçını isə N №-li hərbi hissəyə qeydiyyata götürdülər. Hərbi hissədə onun hərbi xidməti əsgər və zabitləri cəbhənin ön xəttinə qədər aparıb çatdırmaq, onlarla birlikdə həftələrlə döyüşlərdə iştirak etmək və lazım gəldikdə yenidən N №-li hərbi hissədən, eləcə də Seyfəli təlim mərkəzində təlim keçmiş əsgər və zabitləri cəbhəyə çatdırmaqdan ibarət idi. Həmin vaxt işlədiyi SOCAR Nəqliyyat İdarəsinin * saylı Mexaniki Nəqliyyat Departamentinin avtobusları Azərbaycan Respublikası SHXÇDX- nin Xətai Rayon İdarəsi tərəfindən hərbi hissələrə göndəriləndə iddiaçı və iddiaçı kimi yaşlı sürücülər (həmin vaxt onun 62 yaşı var idi) avtobusları hərbi hissəyə təhvil verib qaytarmalıydılar. Lakin, avtobuslar 35-40 nəfərlik olduğuna görə onları idarə etmək gənc əsgərlərə verilmədi. Müdafiə Nazirliyi və SOCAR rəhbərliyi arasında olan razılaşma əsasında könüllü qalıb Vətən müharibəsində iştirak etmək istəyənlər hərbi hissədə qeydiyyata götürüldü və bununla da iddiaçı əsgər və mülki ştatlara qeydiyyata alınıb xidmət göstərməyə başladı. ##.##.2020-ci il tarixindən ##.##.2020ci il tarixinə qədər N №-li hərbi hissənin əsgər və zabitlərini Qərargah rəisi Babək Ramaldanovun şəxsi sərəncamı ilə Füzuli, Cəbrayıl, Qubadlı rayonları istiqamətində gedən döyüş ərazilərinə çatdırmışdır. Babək Ramaldanov ağır döyüşlərin birində şəhid oldu. Sonra ididaçını geriyə, Gəncə şəhərinə çağırdılar və iddiaçı xidmətini müharibə başa çatanadək N №-li hərbi hissədə, hərbçilərin daşınması ilə davam etdirdi. Daha sonra, ##.##.2020-ci il tarixində Şəmkir rayonunda yerləşən N №-li hərbi hissəyə göndərildi. Beləliklə də, iddiaçı hərbi xidmətini ##.##.2021-ci il tarixinə qədər, yaralı əsgər və zabitlərin hərbi hospitallara, eləcə də əsgər və zabitlərin hərbi hissələrə daşınmasını təmin etməklə başa çatdırdı. Göründüyü kimi, yuxarıda qeyd edilənlər iddiaçının 44 günlük Vətən müharibəsində iştirakını birmənalı şəkildə təsdiq edir. Vətənpərvərlik hissi, vətənə sevgi, məhəbbət o qədər yüksək idi ki, döyüş vaxtı hər bir vətənsevər kimi iddiaçı üçün də müharibədə iştirakının sənədləşmə tərəfi deyil, dar gündə, çətin vəziyyətdə olan yurduna xidmət başlıca şərt, ən ali məqam idi. Müharibədə iştirak etmiş cəbhədaşları, N №-li hərbi hissənin komandir müavini, R Niyaz Mehdiyev, R Sərxan Zamanov, R Mikayıl, R Kamran maşında rəhbərlik edən zabit Rahib Şiriyev təsdiq edə bilərlər ki, iddiaçı canı ilə, qanı ilə ölümün gözünün içinə dik baxaraq bütün tapşırıqları nöqsansız şəkildə yerinə yetirərək vətənin xidmətində olmuşdur. Döyüşün ön hissəsinə gecənin qaranlığında, həm də maşının işıqlarından istifadə etmədən on kilometrlərlə irəliləmək, yüksəkliklərə əsgər və zabitləri aparmaq, onlarla bir səngərdə olmaq, bütün bunların nə demək olduğunu düşünmək belə çox ağırdır. Hətta bir dəfə gecə vaxtı avtobusu işıqsız idarə edərkən avtobus ləngər vurdu, zabitlərdən biri dedi ki, “deyəsən erməni meyidlərinin üstündən keçirik”. Bu kimi faktlar hər anı ölüm olan qanlı savaşın içində olmaq deyilmi? İddiaçı cavabdehin imtinasını əsassız hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
9. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaya etirazını təqdim edərək göstərmişdir ki, iddiaçı döyüş əməliyyatları aparılan dövrdə (2020-ci il ########ın ##-dən noyabrın 10-dək) ezam olunduğu hərbi hissənin yerşəşdiyi ərazi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli *** nömrəli Qərarında göstərilən ərazilərə uyğun gəlmədiyinə və N nömrəli hərbi hissənin ##.##.2024-cü il tarixli **** nömrəli arayışına əsasən o döyüş əməliyyatlarında iştirak etmədiyinə görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş 17.şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
10. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, hərbi qanunvericiliyə görə hərbi xidmətin həqiqi hərbi xidmət və ehtiyatda xidmət növləri vardır. Hər hansı şəxs həqiqi hərbi xidmətə könüllü daxil olma, çağırış və ya səfərbərlik üzrə qəbul oluna bilər. Hərbi xidmətin keçməsi yalnız hərbi hissələrin və ya hərbiləşdirilmiş qurumların tərkibində (siyahıya daxil olmaq şərti ilə) mümkündür.
12. İş materiallarında olan sənədlərdən iddiaçının hərbiçilərin daşınmasının təmin edilməsi ilə əlaqədar Gəncə şəhərinə ezam edilməsi müəyyən edilsədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakı və qanunauyğun şəkildə hərbi xidmətdən tərxis olunması iş materialları ilə sübuta yetirilmir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərin getdiyi müddətdə iddiaçının hərbi xidmətdə olması onun müharibə veteranı olmasına dəlalət etmir.
13. Hərbi xidmət keçmənin müvafiq sənədlərdə əks edilməsi dedikdə isə hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da başa düşülür. İddiaçının hər hansı digər hərbi hissədə sonrakı xidməti, hərbi xidmətdən ehtiyata buraxılması arxiv arayışı və nizami hissə üzrə əmrlərlə təsdiq edilmir.
14. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verərək məhkəmə hesab edir ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməli olduğundan, lakin iddiaçının döyüş əməliyyatlarında iştirakı mötəbər sübutlarla təsdiq edilmədiyindən, nizami hissə üzrə əmrlərdə onun xidməti barədə məlumat olmadığından, iddiaçının özü barədə istinad etdiyi məlumatlar AR Müdafiə Nazirliyinin Mərkəzi arxivinin və xidmət etdiyi hərbi hissənin rəsmi aktları ilə dəstəklənmədiyindən, iddia sübüta yetirilmiş sayıla bilməz.
15. Məhkəmə araşdırması ilə iddiaçının ona müharibə veteranı statusunun verilməsini konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır .
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
16. Qərardan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin ##.##.2025ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən, yalnız cavabdehin əsassız etirazı ilə kifayətlənərək heç bir əlavə araşdırma aparmadan hazırlıq və baxış iclasları daxil olmaqla cəmi bir iclasda işə baxmış və qərar qəbul etmişdir. Bildirir ki, o 2020ci ilin sentyabr ayının 27-də başlayan 44 günlük 2-ci Qarabağ müharibəsinin iştirakçısıdır. Belə ki, iddiaçı sürücü kimi həmin vaxt işlədiyi SOCAR Nəqliyyat İdarəsinin * saylı Mexaniki Nəqliyyat Departamentinin yerləşdiyi ərazi üzrə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsi tərəfindən ##.##.2020-ci il tarixdə hərbi səfərbərliyə cəlb olunmuşdur. Başqa sözlə, onun müharibədə iştirakı hərbi səfərbərliyə əsaslanır. ##.##.2020-ci il tarixində, o ağır günlərdə əsgər və zabitlərin cəbhəyə aparılması üçün Gəncə şəhərinə ezam olunmuşdur. Bu barədə hərbi biletində müvafiq qeydlər edilmişdir. Avtobus sürücüsü olaraq vəzifəsi Gəncə şəhərində yerləşən N №-li hərbi hissədən əsgər və zabitlərin cəbhənin müxtəlif hissələrinə daşınmasından ibarət olmuşdur. N №-li hərbi hissədə olduğu ilk gün cəlb olunmuş bütün avtobusların mülki nömrələrini hərbi nömrələrlə əvəz etdilər. İdarə etdiyi avtobusun ** JS *** mülki nömrəsi S-637 QQ №-si ilə dəyişdirildi, iddiaçını isə N №-li hərbi hissəyə qeydiyyata götürdülər. Hərbi hissədə onun hərbi xidməti əsgər və zabitləri cəbhənin ön xəttinə qədər aparıb çatdırmaq, onlarla birlikdə həftələrlə döyüşlərdə iştirak etmək və lazım gəldikdə yenidən N №-li hərbi hissədən, eləcə də Seyfəli təlim mərkəzində təlim keçmiş əsgər və zabitləri cəbhəyə çatdırmaqdan ibarət idi. Zəruri olaraq onu da qeyd edir ki, həmin vaxt işlədiyi SOCAR Nəqliyyat İdarəsinin * saylı Mexaniki Nəqliyyat Departamentinin avtobusları Azərbaycan Respublikası SHXÇDX-nin Xətai Rayon İdarəsi tərəfindən hərbi hissələrə göndəriləndə iddiaçı, və onun kimi yaşlı sürücülər 'həmin vaxt onun 62 yaşı var idi) avtobusları hərbi hissəyə təhvil verib qayıtmalıydılar. Lakin, avtobuslar 35-40 nəfərlik olduğuna görə onları idarə etmək gənc əsgərlərə verilmədi. Müdafiə Nazirliyi və SOCAR rəhbərliyi arasında olan razılaşma əsasında könüllü qalıb Vətən müharibəsində iştirak etmək istəyənlər hərbi hissədə qeydiyyata götürüldü və bununla da onlar əsgər və mülki ştatlara qeydiyyata alınıb xidmət göstərməyə başladılar. Hesab edir ki, müharibə veteranı adı onun halal haqqıdır. Haqqı çatdığı üçün layiq olduğunu düşündüyü o müqəddəs adı daşımağın qürurunu yaşamaq və bununla yanaşı, o hissləri müsbət örnək olaraq övladlarına çatdırmaq həm haqqı, həm də borcudur. Lakin, təəssüf ki, 5 il müddət keçməsinə baxmayaraq hələ də ona “Müharibə veteranı” adı verilməmişdir. Bu məqsədlə etdiyi çoxsaylı müraciətləri ciddi, hərtərəfli araşdırma aparılmadan təmin olunmamışdır. Sonuncu, ##.##.2025-ci il tarixli imtina məktubunda bildirilmişdir: “##.##.2020-ci il tarixdə N saylı hərbi hissədə səfərbərliklə hərbi xidmətə qəbul edilmisiniz. N nömrəli hərbi hissənin dislokasiya yeri döyüş əməliyyatları aparılan ərazi olmadığına və N nömrəli hərbi hissənin ##.##.2024-cü il tarixli, **** nömrəli arayışına əsasən döyüş əməliyyatlarında iştirak etmədiyinizə görə Sizə “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinizin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir”. Eyni məzmunlu belə cavablardan məlum olur ki, kimlərinsə səhvi ucbatından müvafiq rəsmiləşdirmələrin aparılmaması, yaxud düzgün aparılmaması əsl həqiqətin üzərindən qalın bir xətt çəkmiş olur. Bu həqiqətin bir isbatı da odur ki, Vətən torpaqlarının işğaldan azad olunmasındakı iştirakına görə N nömrəli hərbi hissənin komandiri tərəfindən FƏXRİ FƏRMAN-la mükafatlandırılmışdır. Fikrincə, cavabdeh inzibati orqan daha ətraflı araşdırma aparsaydı gerçəklər bütün çılpaqlığı ilə ortaya çıxacaqdı. İmtina məktubundan göründüyü kimi, cavabdehin əsas arqumenti ondan ibarətdir ki, 283 və N saylı hərbi hissələr döyüş əməliyyatlarında iştirak etməyib, axı söhbət həmin hərbi hissələrin döyüşlərdə iştirakından getmir, çünki, məsələn, iddiaçı *** nömrəli (yaxud N) hərbi hissədə qeydiyyata götürülsə də, vəzifəsi həmin hərbi hissədə qalıb xidmət etmək yox, əsgər və zabitləri döyüş əməliyyatlarının getdiyi həyat üçün təhlükəli ərazilərə aparmaqdan ibarət idi. Və çox zaman gecə və ya gündüz vaxtı yolu atəş altında, inanılmaz təhlükəli vəziyyətdə gedirdilər. Lakin, çox təəssüfki, cavabdeh inzibati orqanda bu həqiqətləri ortaya çıxaracaq qədər hərtərəfli, obyektiv araşdırma aparılmadı, buna görə də, yəni qeyd etdiyi həqiqətlərin işığında hüquqlarının müdafiəsi məqsədilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Daha böyük təəssüf doğuran hal oldur ki, məhkəmə də inzibati orqan kimi, hərtərəfli araşdırma aparmadan qərar qəbul elədi.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
19. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.Məhkəmə Kollegiyasının verdiyi suala cavabında həmçinin bildirmişdir ki, onunla eyni statuslu xidmət yerinə yetirmiş şəxslərdən də heç kimə “Müharibə veteranı” adı və vəsiqəsi verilməmişdir.
20. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
21. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 3. Müharibə veteranları (...) Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; (...) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müharibə veteranlarının vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində müharibə veteranlarının reyestrini elektron formada aparır. Müharibə veteranlarının reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin 10-cu və 11-ci abzaslarına əsasən, Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (...) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Zülfüqar Muxtar oğlu İsmayılovun şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ##.##.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ##.##.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır”
23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0.1.inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.3.maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.4. ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; 2.0.5. inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Maddə 11. Qanunçuluq prinsipi İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
28. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, hərbi qanunvericiliyə görə hərbi xidmətin həqiqi hərbi xidmət və ehtiyatda xidmət növləri vardır. Hər hansı şəxs həqiqi hərbi xidmətə könüllü daxil olma, çağırış və ya səfərbərlik üzrə qəbul oluna bilər. Hərbi xidmətin keçməsi yalnız hərbi hissələrin və ya hərbiləşdirilmiş qurumların tərkibində (siyahıya daxil olmaq şərti ilə) mümkündür.
29. İş materiallarında olan sənədlərdən iddiaçının hərbiçilərin daşınmasının təmin edilməsi ilə əlaqədar Gəncə şəhərinə ezam edilməsi müəyyən edilsə də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakı və qanunauyğun şəkildə hərbi xidmətdən tərxis olunması iş materialları ilə sübuta yetirilmir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərin getdiyi müddətdə iddiaçının hərbi xidmətdə olması onun müharibə veteranı olmasına dəlalət etmir.
30. Məhkəmə hesab edir ki, qüvvədə olan veteranlar haqqında qanunvericiliyin imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir və hərbi xidmət keçmək də şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılması başa düşülür. Göründüyü kimi, şəxsə «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: 1) şəxsin hərbi xidmət keçməsi və 2) bunun müvafiq sənədlərdə əks edilməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması nəzərdə tutulur.
31. Hərbi xidmət keçmənin müvafiq sənədlərdə əks edilməsi dedikdə isə hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da başa düşülür.
32. İddiaçının hər hansı digər hərbi hissədə sonrakı xidməti, hərbi xidmətdən ehtiyata buraxılması arxiv arayışı və nizami hissə üzrə əmrlərlə təsdiq edilmir.
33. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verərək məhkəmə hesab edir ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməli olduğundan, lakin iddiaçının döyüş əməliyyatlarında iştirakı mötəbər sübutlarla təsdiq edilmədiyindən, nizami hissə üzrə əmrlərdə onun xidməti barədə məlumat olmadığından, iddiaçının özü barədə istinad etdiyi məlumatlar Azərbaycan R espublikası Müdafiə Nazirliyinin Mərkəzi arxivinin və xidmət etdiyi hərbi hissənin rəsmi aktları ilə dəstəklənmədiyindən, iddia sübüta yetirilmiş sayıla bilməz.
34. Məhkəmə araşdırması ilə iddiaçının ona müharibə veteranı statusunun verilməsini konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır .
35. Apellyasiya şikayətinin dəlillərinə gəlincə məhkəmə Kollegiyası qeyd edir ki, şikayətin dəlilləri iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən, yalnız cavabdehin əsassız etirazı ilə kifayətlənərək heç bir əlavə araşdırma aparmadan hazırlıq və baxış iclasları daxil olmaqla cəmi bir iclasda işə baxmış və qərar qəbul etmişdir. Bildirir ki, o 2020-ci ilin sentyabr ayının 27-də başlayan 44 günlük 2-ci Qarabağ müharibəsinin iştirakçısıdır. Belə ki, iddiaçı sürücü kimi həmin vaxt işlədiyi SOCAR Nəqliyyat İdarəsinin * saylı Mexaniki Nəqliyyat Departamentinin yerləşdiyi ərazi üzrə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsi tərəfindən ##.##.2020-ci il tarixdə hərbi səfərbərliyə cəlb olunmuşdur. Başqa sözlə, onun müharibədə iştirakı hərbi səfərbərliyə əsaslanır. ##.##.2020-ci il tarixində, o ağır günlərdə əsgər və zabitlərin cəbhəyə aparılması üçün Gəncə şəhərinə ezam olunmuşdur. Bu barədə hərbi biletində müvafiq qeydlər edilmişdir. Avtobus sürücüsü olaraq vəzifəsi Gəncə şəhərində yerləşən N №-li hərbi hissədən əsgər və zabitlərin cəbhənin müxtəlif hissələrinə daşınmasından ibarət olmuşdur. N №-li hərbi hissədə olduğu ilk gün cəlb olunmuş bütün avtobusların mülki nömrələrini hərbi nömrələrlə əvəz etdilər. İdarə etdiyi avtobusun ** JS *** mülki nömrəsi S-637 QQ №-si ilə dəyişdirildi, iddiaçını isə N №-li hərbi hissəyə qeydiyyata götürdülər. Hərbi hissədə onun hərbi xidməti əsgər və zabitləri cəbhənin ön xəttinə qədər aparıb çatdırmaq, onlarla birlikdə həftələrlə döyüşlərdə iştirak etmək və lazım gəldikdə yenidən N №-li hərbi hissədən, eləcə də Seyfəli təlim mərkəzində təlim keçmiş əsgər və zabitləri cəbhəyə çatdırmaqdan ibarət idi. Zəruri olaraq onu da qeyd edir ki, həmin vaxt işlədiyi SOCAR Nəqliyyat İdarəsinin * saylı Mexaniki Nəqliyyat Departamentinin avtobusları Azərbaycan Respublikası SHXÇDX-nin Xətai Rayon İdarəsi tərəfindən hərbi hissələrə göndəriləndə iddiaçı, və onun kimi yaşlı sürücülər 'həmin vaxt onun 62 yaşı var idi) avtobusları hərbi hissəyə təhvil verib qayıtmalıydılar. Lakin, avtobuslar 35-40 nəfərlik olduğuna görə onları idarə etmək gənc əsgərlərə verilmədi. Müdafiə Nazirliyi və SOCAR rəhbərliyi arasında olan razılaşma əsasında könüllü qalıb Vətən müharibəsində iştirak etmək istəyənlər hərbi hissədə qeydiyyata götürüldü və bununla da onlar əsgər və mülki ştatlara qeydiyyata alınıb xidmət göstərməyə başladılar. Hesab edir ki, müharibə veteranı adı onun halal haqqıdır. Haqqı çatdığı üçün layiq olduğunu düşündüyü o müqəddəs adı daşımağın qürurunu yaşamaq və bununla yanaşı, o hissləri müsbət örnək olaraq övladlarına çatdırmaq həm haqqı, həm də borcudur. Lakin, təəssüf ki, 5 il müddət keçməsinə baxmayaraq hələ də ona “Müharibə veteranı” adı verilməmişdir. Bu məqsədlə etdiyi çoxsaylı müraciətləri ciddi, hərtərəfli araşdırma aparılmadan təmin olunmamışdır. Sonuncu, ##.##.2025-ci il tarixli imtina məktubunda bildirilmişdir: “##.##.2020-ci il tarixdə N saylı hərbi hissədə səfərbərliklə hərbi xidmətə qəbul edilmisiniz. N nömrəli hərbi hissənin dislokasiya yeri döyüş əməliyyatları aparılan ərazi olmadığına və N nömrəli hərbi hissənin ##.##.2024cü il tarixli, **** nömrəli arayışına əsasən döyüş əməliyyatlarında iştirak etmədiyinizə görə Sizə “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinizin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir”. Eyni məzmunlu belə cavablardan məlum olur ki, kimlərinsə səhvi ucbatından müvafiq rəsmiləşdirmələrin aparılmaması, yaxud düzgün aparılmaması əsl həqiqətin üzərindən qalın bir xətt çəkmiş olur. Bu həqiqətin bir isbatı da odur ki, Vətən torpaqlarının işğaldan azad olunmasındakı iştirakına görə N nömrəli hərbi hissənin komandiri tərəfindən FƏXRİ FƏRMAN-la mükafatlandırılmışdır. Fikrincə, cavabdeh inzibati orqan daha ətraflı araşdırma aparsaydı gerçəklər bütün çılpaqlığı ilə ortaya çıxacaqdı. İmtina məktubundan göründüyü kimi, cavabdehin əsas arqumenti ondan ibarətdir ki, 283 və N saylı hərbi hissələr döyüş əməliyyatlarında iştirak etməyib, axı söhbət həmin hərbi hissələrin döyüşlərdə iştirakından getmir, çünki, məsələn, iddiaçı *** nömrəli (yaxud N) hərbi hissədə qeydiyyata götürülsə də, vəzifəsi həmin hərbi hissədə qalıb xidmət etmək yox, əsgər və zabitləri döyüş əməliyyatlarının getdiyi həyat üçün təhlükəli ərazilərə aparmaqdan ibarət idi. Və çox zaman gecə və ya gündüz vaxtı yolu atəş altında, inanılmaz təhlükəli vəziyyətdə gedirdilər. Lakin, çox təəssüfki, cavabdeh inzibati orqanda bu həqiqətləri ortaya çıxaracaq qədər hərtərəfli, obyektiv araşdırma aparılmadı, buna görə də, yəni qeyd etdiyi həqiqətlərin işığında hüquqlarının müdafiəsi məqsədilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Daha böyük təəssüf doğuran hal oldur ki, məhkəmə də inzibati orqan kimi, hərtərəfli araşdırma aparmadan qərar qəbul etmişdir.
36. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə yuxarıda qeyd olunanlardan əlavə xüsusilə vurğulayır ki, işin araşdırılan halları: iddiaçının avtobus sürücüsü olaraq vəzifəsi Gəncə şəhərində yerləşən N №-li hərbi hissədən əsgər və zabitlərin cəbhənin müxtəlif hissələrinə daşınmasından ibarət olması, iddiaçının N №-li hərbi hissəyə qeydiyyata götürülsə də, 283 və N saylı hərbi hissələr döyüş əməliyyatlarında iştirak edən hərbi hissələr olmaması, iddiaçı ##.##.2020-ci il tarixdə N saylı hərbi hissədə səfərbərliklə hərbi xidmətə qəbul edilsə də, N nömrəli hərbi hissənin dislokasiya yeri döyüş əməliyyatları aparılan ərazi olmadığı və N nömrəli hərbi hissənin ##.##.2024-cü il tarixli, **** nömrəli arayışına əsasən döyüş əməliyyatlarında iştirak etməməsi iddiaçıya “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsini istisna edir.
37. Bundan başqa iddiaçı apellyasiya şikayətində bildirmişdir ki, Vətən torpaqlarının işğaldan azad olunmasındakı iştirakına görə N nömrəli hərbi hissənin komandiri tərəfindən “FƏXRİ FƏRMAN”la mükafatlandırılmışdır.
38. Bununla bağlı məhkəmə Kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçı döyüş əməliyyatlarında iştirakı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə bağlı deyil, ictimai fəaliyyəti ilə bağlı N nömrəli hərbi hissənin komandiri tərəfindən “FƏXRİ FƏRMAN”la mükafatlandırılmışdır.
39. Məhkəmə Kollegiyasının verdiyi suala cavabında iddiaçı da həmçinin bildirmişdir ki, onunla eyni statuslu xidmət yerinə yetirmiş şəxslərdən də heç kimə “Müharibə veteranı” adı və vəsiqəsi verilməmişdir.
40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
41. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.