Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-89/2026 07.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARI:
1. İddiaçı İddiaçı ## ###### 1960-cı il təvəllüdlüdür.
2. İddiaçının İT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, o, “xxxx” Kiçik Müəssisəsinə (sərəncam № **, ##.##.1992) ##.##.1992-ci il tarixdə müdir vəzifəsinə təyin edilmiş; (əmr № **, ##.##.1994) ##.##.1994-cü il tarixdə Əmək Qanunları Məcəlləsinin 37ci maddəsinə əsasən öz arzusu ilə işdən azad olunmuş; (əmr № **, ##.##.2001) ##.##.2001ci il tarixdə “İnşaat İstehsalat Texniki Kompleksləşdirmə” MMC idarəsində Ekspeditor şöbəsində müdir vəzifəsinə təyin edilmiş; (əmr № **, ##.##.2004) ##.##.2004- cü il tarixdə öz ərizəsinə əsasən işdən azad edilmişdir.
3. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonıa - Qanun) 7ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təyinatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təyinatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası luıququ vardır. ##.##.2020-ci il tarixdən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Təqdim edilən sənədlərin surətlərində qeyd olunmuş məlumatlara əsasən ##.##.1979-cu il tarixdən ##.##.1981-ci il tarixədək hərbi xidmətdə olduğunuz müddət də nəzərə alınmaqla ümumi sığorta stajı 21 il 5 ay 25 gün təşkil edir. Məlumat üçün bildiririk ki, əmək kitabçanızın surətində qeyd edilmiş ##.##.1992-ci il tarixdən ##.##.1994-cü il tarixədək olan dövrə aid işədaxilolma qeydində 1 nömrə sərəncamla işə başlamağı qeyd edilmiş, eyni zarmanda işdən çıxma qeydində 1994-cı ilin III ayı ** nömrəli əmrlə azadolmağı qeyd olunmuşdur. Həmçinin ##.##.2025-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Nazirte Kabinetinin ##.##.1996-cı il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmə kitabçasının forması və onun tərtibi qaydalan”na əsasən əmək kitabçanızın surətində qey edilmiş ##.##.2001-ci il tarixindən ##.##.2004-cü il tarixinədək olan dövrün doidunjirr qaydası pozulmuşdur (işdən azadolma qeydində Əmək Məcəlləsinin müvafiq maddəsinə istinad edilməmişdir). Bu səbəblərdən ##.##.1992-ci il tarixindən ##.##.1994-cü il tarixinədək və 28.11.200 ci il tarixindən ##.##.2004-cü il tarixinədək olan dövrlər sığorta stajınıza daxil edilməmişdir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, ümumi sığorta stajınız qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə ümumi sığorta stajınız 25 ilə tamamlanarsa, əmək fəaliyyəti dövrləriniz araşdırılaraq pensiya təyinatı hüququnuza yenidən baxılacaqdır. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il ######ın #-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il ######ın #-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Həmçinin Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən bildiririk ki, aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğunuz üçün (VÖEN: **********) sizə yaşa görə sosial müavinətin təyin .edilməsi mümkün olmayıb. Məlumat üçün bildiririk ki, VÖEN hesabınız ləğv edildikdən (və ya dondurulduqdan) sonra təkrar müraciətiniz əsasında yaşa görə sosial müavinət hüququnuza qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:
5. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək ##.##.1992-ci il tarixindən ##.##.1994-cü il tarixədək və ##.##.2001-ci il tarixindən ##.##.2004-cü il tarixədək olan işlədiyi dövrlərin əmək stajına əlavə edilməsi və hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi dair qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı müxtəlif vəzifələrdə işləmişdir. ##.##.1992-ci il tarixdə “xxxx” Kiçik Müəssisəsinə müdir vəzifəsinə təyin edilmişdir. ##.##.1992-ci ildən ##.##.1999-cu il tarixədək həmin vəzifədə çalışmışdır. Bundan başqa, ##.##.2001-ci il tarixdən ##.##.2004-cü il tarixədək “İnşaat İstehsalat Texniki Kompleksləşdirmə” MMC idarəsində Ekspeditor şöbəsində müdir vəzifəsində çalışmışdır. Lakin onun həmin müəssisələrdə işlədiyi dövrlər sığorta stajına əlavə olunmamışdır. Bu məsələ ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialınamüraciət etmişdir. Həmin qurumun ##.##.2025-ci il tarixli, *-**-*/*-C-***/**/** nömrəli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra-Nazirlik) tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin * saylı Bakı DOST Mərkəzindən daxil olmuş ##.##.2025-ci il tarixli 3- 17-1/1-C-l *****/**** nömrəli müraciətinizə Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra- Qanun) 7- ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təyinatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təyinatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. ##.##.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Təqdim etdiyiniz sənədlərin surətlərində qeyd olunmuş məlumatlara əsasən ##.##.1979-cu il tarixindən ##.##.1981-ci il tarixinədək hərbi xidmətdə olduğunuz müddət də nəzərə alınmaqla ümumi sığorta stajınız 21 il 5 ay 25 gün təşkil edir. Məlumat üçün bildiririk ki, əmək kitabçanızın surətində qeyd edilmiş ##.##.1992-ci il tarixindən ##.##.1994-cü il tarixinədək olan dövrə aid işədaxilolma qeydində * nömrəli sərəncamla işə başlamağınız qeyd edilmiş, eyni zamanda işdən çıxma qeydində 1994-cü ilin III ayı ** nömrəli əmrlə azadolmağınız qeyd olunmuşdur. Həmçinin ##.##.2025-ci il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1996-cı il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş ##.##.2001-ci il tarixindən ##.##.2004-cü il tarixinədək olan dövrün doldurulma qaydası pozulmuşdur (işdən azadolma qeydində Əmək Məcəlləsinin müvafıq maddəsinə istinad edilməmişdir). Bu səbəblərdən ##.##.1992- ci il tarifidən ##.##.1994-cü il tarixinədək və ##.##.2001-ci il tarixindən ##.##.2004-cü il tarixinədək olan dövrlər sığorta stajınıza daxil edilməmişdir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, ümumi sığorta stajınız qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə ümumi sığorta stajınız 25 ilə tamamlanarsa, əmək fəaliyyəti dövrləriniz araşdırılaraq pensiya təyinatı hüququnuza yenidən baxılacaqdır. Sözügedən Qanunun 22- 1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il ######ın #-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il ######ın #-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Həmçinin Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən ##.##.2006- cı il tarixindən ##.##.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən bildiririk ki, aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğunuz üçün (VÖEN: **********) sizə yaşa görə sosial müavinətin təyin edilməsi mümkün olmayıb. Məlumat üçün bildiririk ki, VÖEN hesabınız ləğv edildikdən (və ya dondurulduqdan) sonra təkrar müraciətiniz əsasında yaşa görə sosial müavinət hüququnuza qanunvericiliyin tələblərinə uyğun olaraqbaxılacaqdır.“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1- ci və 73-cü maddələrinə əsasən müraciətiniz üzrə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Göründüyü kimi iddiaçının əmək kitabçasının yanlış doldurulması səbəbindən ##.##.1992- ci il tarixindən ##.##.1994-cü il tarixədək olan dövr və ##.##.2001ci il tarxindən ##.##.2004-cü il tarixədək olan dövr əmək stajına daxil edilməmişdir. Əmək kitabçasının düzgün doldurulmaması onun günahı deyildir. Ona görə də məcbur qalaraq hüquqlarının dövlət tərəfindən bərpa olunması üçün məhkəməyə müraciət etmişdir.
7. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “iddiaçıya 65 yaşının tamam olduğu ##.##.2025-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.
8. İddia tələbinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən sənədlərin surətlərində qeyd olunmuş məlumatlara əsasən ##.##.1979cu il tarixindən ##.##.1981-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla ümumi sığorta stajı 21 il 5 ay 25 gün təşkil edir. Məlumat üçün, iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş ##.##.1992-ci il tarixindən ##.##.1994-cü il tarixinədək olan dövrə aid işə daxilolma qeydində * nömrəli sərəncamla işə başlamağı qeyd edilmiş, eyni zamanda işdən azadolma qeydində 1994-cü ilin III ayı ** nömrəli əmrlə azad olduğu qeyd olunmuşdur. Həmçinin ##.##.2025-ci il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1996-cı il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən İddiaçı əmək kitabçasının surətində qeyd edilmiş ##.##.2001-ci il tarixindən ##.##.2004-cü il tarixinədək olan dövrün doldurulma qaydası pozulmuşdur (işdən azadolma qeydində Əmək Məcəlləsinin müvafiq maddəsinə istinad edilməmişdir). Bu səbəblərdən ##.##.1992-ci il tarixindən ##.##.1994-cü il tarixinədək və ##.##.2001-ci il tarixindən ##.##.2004-cü il tarixinədək olan dövrlər iddiaçının sığorta stajına daxil edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün, əlavə sənədlər təqdim ediləcəyi təqdirdə ümumi sığorta stajı 25 ilə tamamlanarsa, əmək fəaliyyəti dövrləri araşdırılaraq iddiaçıya pensiya təyinatı məsələsinə yenidən baxıla bilər. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il ######ın #-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzəre alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il ######ın #-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Həmçinin Nazirliyin elektron informasiya ehtiyatları ndakı məlumatlara əsasən ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək iddiaçı İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən, iddiaçı aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğu üçün (VÖEN: **********) ona yaşa görə sosial müavinətin təyin edilməsi mümkün hesab edilməmişdir. VÖEN hesabı ləğv edildikdən (və ya dondurulduqdan) sonra təkrar müraciəti əsasında yaşa görə sosial müavinət hüququna qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır.
9. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, iddiaçı İddiaçı 65 yaşdan, ##.##.2025-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
10. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
Apellyasiya şikayətinin dəlilləri:
11. Apellyasiya şikayəti iddia tələbinə yazılı etirazın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, məhkəmənin mövqeyi ilə razılaşmayaraq qeyd edirik ki, hazırkı iş üzrə iddiaçının əmək kitabçasındakı qeydlərin mötəbərliyini şübhə altına alan hallar mövcuddur. Belə olduğu halda qanunvericiliyə uyğun olaraq əmək stajının təsdiq edilməsi üçün arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları kimi əlavə sənədlər əldə edilməlidir. Belə ki, iddiaçının ИТ № ******* nömrəli əmək kitabçasında ##.##.1992-ci il tarixində * nömrəli sərəncamla “xxxx" Kiçik Müəssisəsinə müdir vəzifəsinə təyin edildiyi qeyd olunmuşdur. İddiaçının 1992-ci ilin beşinci ayında * nömrəli sərəncamla işə başlaması cari ilin ilk 4 ayı ərzində müvafiq müəssisədə heç bir normativ sənədləşmə əməliyyatının aparılmadığını deməyə əsas verir. Həmçinin iddiaçının əmək kitabçasında ##.##.2004-cü il tarixli işdən azadolma qeydində Əmək Məcəlləsinin müvafiq maddəsinə istinad edilməmişdir. Azərbaycan Respublikasının Dövlət X5 ##.##.2025-ci il tarixli 3- **-DA-**F/*- ***-**** nömrəli məktubunda iddiaçının mübahisəli dövrlərdə işlədiyi müəssisələrin sənədlərinin arxivə təhvil verilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ##.##.2025-ci il tarixli *- **-*/*-*****/**** nömrəli məktubuna əsasən “xxxx” Kiçik Müəssisəsi və “İnşaat-İstehsalat Texniki Komplektləşdirmə” MMC barəsində Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat olmadığı bildirilmişdir. Həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ##.##.2025-ci il tarixli *-**-*-*/*-******/**** nömrəli məktubunda reyestrdə “Mühərrik-Г Kiçik Müəssisəsi adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud olmadığı bildirilmişdir. Göründüyü kimi iddiaçının əmək kitabçasındakı qeydlərin mötəbərliyini şübhə altına alan kifayət qədər hallar mövcud olduğu halda məhkəmə tərəfindən qeyd edilən hallara hüquqi qiymət verilməmiş, iddiaçının işlədiyi müəssisələrin sözügedən dövrdə fəaliyyət göstərib-göstərməməsi araşdırılmamış, zəruri təsdiqedici sənədlər əldə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, qanunvericilik normalarının tələbləri və işin faktiki hallarını nəzərə alaraq hesab edirik ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarını dərindən araşdırmamışdır.
Apellyasiya şikayətinə etirazın dəlilləri:
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Tərəflərin izahatları
13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın əsassız olduğunu, bu səbəbdən də ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi.
14. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. əmək pensiyası- bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.
7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un # -dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. 21.1.Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.2. 1992-ci il ######ın #-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.
16. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu (qüvvədən düşmüşdür)
67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla # ###### 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. # ###### 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.
69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tərixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”
3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi ##.##.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il ######ın #-dək olan dövr üzrə: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən. 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il ######ın #-dək qazanmış olsunlar.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
21. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.
22. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi ##.##.2025-ci il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə ##.##.2025-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası iddianın vaxtında verildiyini nəzərə alaraq hesab edir ki, iddia mümkündür.
23. İşin mahiyyətinə gəldikdə isə hazırda iddiaçının tələbi “iddiaçıya 65 yaşının tamam olduğu ##.##.2025-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədədir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “iddiaçının 2006-cı ilin yanvar ayının 1-nə qədər cəmi 25 ildən çox sığorta stajı iş materiallarında öz təsdiqini tapmışdır.”
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:
25. İddiaçı İddiaçı ## ###### 1960-cı il tarixdə doğulduğundan onun 65 yaşının tamam olduğu ## ###### 2025-ci il tarixə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 şərti mövcud olmalıdır. 1) İddiaçının pensiya yaşının tamam olması, 2) İddiaçının 25 il ümumi iş stajının mövcud olması və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı.
26. İddiaçıya məxsus hərbi bilet və əmək kitabçası qeydlərinə əsasən iddiaçının mübahisələndirilməyən iş stajı 21 il 5 ay 25 gün təşkil edir.
27. Cavabdeh qurum iddiaçının ##.##.1992-ci il tarixdən ##.##.1994-cü il tarixədək olan dövrə aid işə daxilolma qeydində * nömrəli sərəncamla işə başlamağı, işdən azadolma qeydində 1994-cü ilin III ayı ** nömrəli əmrlə azad olduğu qeyd olduğundan və ##.##.2001ci il tarixdən ##.##.2004-cü il tarixədək olan dövrün işdən azadolma qeydində Əmək Məcəlləsinin müvafiq maddəsinə istinad olunmadığından həmin dövləri iddiaçının sığorta stajına daxil etməmişdir.
28. İddiaçının əmək fəaliyyəti olan dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
30. Həmin Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
31. İddiaçının İT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, o, “xxxx” Kiçik Müəssisəsinə (sərəncam № **, ##.##.1992) ##.##.1992-ci il tarixdə müdir vəzifəsinə təyin edilmiş; (əmr № **, ##.##.1994) ##.##.1994-cü il tarixdə Əçmək Qanunları Məcəlləsinin 37ci maddəsinə əsasən öz arzusu ilə işdən azad olunmuş; (əmr № **, ##.##.2001) ##.##.2001ci il tarixdə “İnşaat İstehsalat Texniki Kompleksləşdirmə” MMC idarəsində Ekspeditor şöbəsində müdir vəzifəsinə təyin edilmiş; (əmr № **, ##.##.2004) ##.##.2004- cü il tarixdə öz ərizəsinə əsasən işdən azad edilmişdir.
32. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyası iddiaçının mübahisələndirilən dövrdə həmin müəssisələrdə həqiqətən işləməsinin müəyyən olunması üçün araşdırma aparmış və müvafiq qurumlara sorğular ünvanlamışdır. Həmin sorğulara cavab olaraq - Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı və uçot idarəsinin ## #### 2026-cı il tarixli *-**-*-*-*/*-*****/**** nömrəli cavab məktubu ilə bildirilmişdir ki, hüquqi şəxslərin dövlət reyestr məlumatlarına əsasən, sorğuda qeyd olunan “xxxx” Kiçik Müəssisəsi və “İnşaat İstehsalat Texniki Komplektləşdirmə” MMC barədə hər hansı məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı ##.##.2026-cı il tarixli cavab məktubu ilə bildirilmişdir ki, “xxxx” Kiçik Müəssisəsi, “İnşaat İstehsalat Texniki Komplektləşdirmə” MMC-nin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ##.##.2026-cı il tarixli *-**-*/*-*****/**** nömrəli cavab məktubunda bildirilmişdir ki, ölkə Prezidentinin ##.##.2007-ci il tarixli **** nömrəli Sərəncamına əsasən ##.##.2008-ci il tarixdən sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə vahid dövlət qeydiyyatı orqanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi müəyyən edilmişdir. Bu baxımdan “İnformasiya əldə etmək haqqında” Qanunun 23.1-ci maddəsinin tələbləri nəzərə alınaraq, Bakı Apellyasiya məhkəməsinin ##.##.2026-cı il tarixli *-*-*/*-****/**** nömrəli informasiya sorğusu aidiyyəti üzrə baxılması üçün göndərilir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin # ##### 2026-cı il tarixli *-**-*-*/*-****/**** nömrəli məktubu ilə bildirilmişdir ki, dövlət reyestrində “İnşaat İstehsalat Texniki Komplekləşdirmə İdarəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (köhnə VÖEN: 210017735) ##.##.2002-ci il tarixdə 0602A1-114 nömrə ilə dövlət qeydiyyatından keçməsi, hüquqi ünvanının Şirvan şəhəri, Kosmonavtlar qəsəbəsi, 1a olması barədə məlumat mövcuddur. 2004-cü ildən hal-hazıradək Cəmiyyətin adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. Reyestrdə həmin Cəmiyyətin yenidən təşkil edilməsi, ləğv edilməsi və hər hansı hüquqi şəxsin varisi olması barədə məlumat mövcud deyildir. Əlavə olaraq bildiririk ki, dövlət reyestrində “xxxx” Kiçik Müəssisəsi adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. - Şirvan Şəhər İcra Hakimiyyətinin ## ### 2026-cı il tarixli *-*/*-***/**** nömrəli məktubu ilə bildirilmişdir ki, “xxxx” Kiçik Müəssisəsinin fəaliyyəti barədə məlumatlar və sənədlər Şirvan Şəhər İcra Hakimiyyətində aşkar edilmədi.
33. Beləliklə, müvafiq araşdırma nəticəsində “xxxx” Kiçik Müəssisəsi barədə arxiv məlumatları aşkar edilməmişdir.
34. Lakin bununla belə işin apellyasiya baxışı zamanı iddiaçı tərəfindən “xxxx” Kiçik Müəssisəsinin taxta emal edən universal dəzgah müəssisənin balansına daxil edilməsi barədə ##.##.1993-cü il tarixli Əmrinin əslini məhkəmə kollegiyasına təqdim etmişdir. Həmin əmrdən görünür ki, əmrdə Müəssisənin direktoru olaraq İddiaçı adı qeyd olunmuşdur. Bu da onun həmin dövrdə həqiqətən həmin müəssisədə işlədiyini göstərir.
35. Məhkəmə kollegiyası cavabdehin mübahisələndirdiyi “iddiaçının ##.##.1992-ci il tarixdən ##.##.1994-cü il tarixədək olan dövrə aid işə daxilolma qeydində * nömrəli sərəncamla işə başlamağı, işdən azadolma qeydində 1994-cü ilin III ayı ** nömrəli əmrlə azad olduğunun qeyd olunmasına və ##.##.2001-ci il tarixdən ##.##.2004-cü il tarixədək olan dövrün işdən azadolma qeydində Əmək Məcəlləsinin müvafiq maddəsinə istinad olunmasına” dair dəlilinə münasibətdə qeyd edir ki, əmək kitabçasında müvafiq qeydlər işçi tərəfindən deyil işəgötürən tərəfindən həyata keçirilir. Ona görə də əmək kitabçasında qeyd olunan məzmunda olan texniki xətalar iddiaçının məsuliyyət sferasına aid edilə bilməz.
36. Eyni zamanda əmək kitabçası qüvvədə olan qanunvericiliyə uyğun olaraq işəgötürənin imzası və həmin müəssisənin möhürü ilə təsdiq edilmişdir və qeydlərin aparılmasına əsas olan əmrlərin nömrəsi və tarixi də göstərilmişdir.
37. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.
38. İddiaçının əmək kitabçasındakı məlumatların mötəbərliyini şübhə altına alan hər hansı hal işdə mövcud deyildir.
39. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı 65 yaşdan, ##.##.2025ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmasına dair birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olmuşdur.
40. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *- *(***)-*****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev