Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-890/2026 14.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Cavabdeh Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinə qarşı (Üçüncü şəxs üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: « qeydiyyatdan çıxarma») Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), X10 və X8 ibarət tərkibdə, Türkan Kamran qızı Haqverdiyevanın katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərarından üçüncü şəxs Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Daşınmaz əmlakın reyestr nömrəsi 011011001941-10301 olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2024-cü il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı, Həsənov Fuad İsrafil oğlunun və X1 Mirzə Mövsüm qızının paylı mülkiyyətindədir.
2. Yasamal rayon MKTB ** saylı Mənzil Kommunal İstismar Sahəsindən verilmiş ##.##.2025-ci il tarixli arayışdan görünür ki, Üçüncü şəxs ünvan 5 ünvanında qeydiyyatdadır, lakin uzun müddətdir ki, həmin evdə yaşamır.
3. İddiaçı üçüncü şəxsin həmin mənzildən qeydiyyatdan çıxarılması üçün Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinə etmişdir.
4. Cavabdeh ##.##.2025-ci il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina edərək bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq Maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Eyni zamanda bildiririk ki, mülkiyyətinizdə olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Quliyev küçəsi, dalan 11, ev 5 ünvanından Üçüncü şəxs qeydiyyatdan çıxarılması ilə əlaqədar Siz mülki qaydada məhkəməyə müraciət edə bilərsiniz.
5. CMS-AZEMİS məlumat-axtarış sistemindən üçüncü şəxsə dair əldə edilmiş şəxsi məlumatlardan görünür ki, hazırda Üçüncü şəxs ünvan 5 ünvanında qeydiyyatdadır.
6. İş materiallarında olan Bakı şəhər Yasamal rayon məhkəməsinin ##.##.2020-ci il tarixli Qətnaməsinə əsasən Üçüncü şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir.
7. Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Başçısının ##.##.2020-ci il tarixli sərəncamına əsasən anası X3 Üçüncü şəxs qəyyum təyin olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3-cü şəxs 1999cu il təvəllüdlü Üçüncü şəxs onun mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda (əvvəlki ünvan Vidadi küçəsi, dalan 11, ev 5) fərdi ev onun mülkiyyətindədir və ona məxsusdur. Həmin evə tam mülkiyyət hüququ Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsin Daşınmaz Əmlakın Dövlət Reyestrində ## ####### 2024-cü il tarixdə, ********** nömrəli qeydiyyat nömrəsi ilə qeydə alınmaqla, 011011001941-1031 Daşınmaz əmlakın reyestr nömrəsi verilmişdir. Mənzildə qeydiyyatda olan Üçüncü şəxs həmin ünvanda qeydiyyatda olsa da uzun müddətdir ki, həmin ünvanda yaşamır. Üçüncü şəxs xüsusi mülkiyyətində olan evdən qeydiyyatdan çıxması tələb edilsə də bunu könüllü etmir. Onun qeydiyyatdan çıxarılması ilə bağlı Yasamal Rayon Polis İdarəsinə ##.##.2025-ci il tarixdə müraciət edilmiş, lakin Yasamal RPİ-nin ##.##.2025-ci il tarixli N *- 13-53/2-Q -37548 №li cavab məktubu ilə müsbət nəticə əldə olunmamışdır.
10. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə Üçüncü şəxs üçüncü şəxs qismində zəruri cəlb etmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir.
11. Cavabdeh iddia ərizəsinə yazılı münasibət təqdim etməmişdir.
12. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə iddia təmin olunmuşdur.
13. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərarından üçüncü şəxs Üçüncü şəxs apellyasiya şikayəti verərək qərarın ləğv edilib, iddianın təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
c) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən, qanunvericiliyin tələbinə riayət etməmiş, yalnız arayış əsasında şəxsin həmin ünvanda yaşamaması qənaətinə gələrək, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında ” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci hissəsinə əsasən iddianı təmin etmişdir. Məhkəmə işə baxarkən, Qanuna istinad edərək, yaşayış yerini dəyişdiyini Qərarında qeyd etmişdir. Halbuki, onun həmin yaşayış yerini dəyişməyinə, başqa yaşayış yerində qeydiyyata alınmağına dair iş materiallarında hər hansı sənəd yoxdur. Orada yaşamaması barədə MKTB-nin verdiyi arayış onun orada yaşamadığını təsdiq etmir. Bakı şəhəri Yasamal Bələdiyyəsinin təqdim etdiyi ## ##### 2022-ci il tarixli arayışdan da, müəyyən edilir ki, ünvan 3 ünvanında yaşayır. Eyni zamanda Bakı şəhəri Yasamal rayon Bələdiyyəsinin təqdim etdiyi ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair bölgü eskizdən də, müəyyən edilir ki, həmin fərdi yaşayış evinə dair onun istifadə hüququ vardır. Çünki, mülkiyyətçi onun əmisi oğludur. Bildirir ki, mülkiyyətçi İddiaçı, onun əmisi oğludur, əmisi Yaşar vəfat etmişdir. Əmisi, atası və bibisi hazırkı mübahisəli ünvanda yaşamışlar. O da həmin ünvanda doğulmuş və qeydiyyata salınmışdır. Atası həmin ünvanda vəfat etmişdir. Onların başqa yaşayış yeri olmamışdır. Sadəcə mülkiyyətçi əmisi Yaşar ağır ankoloji xəstə olduğu üçün və onun (Seymurun) anlaqsız davranışları onu rahatsız etdiyi üçün o, anası ilə məcbur qalıb hərbiçi olan qardaşının kirayə qaldığı mənzilə müvəqqəti yerləşmişdir. 2024-cü itin mart ayında əmisi Yaşar vəfat etdikdən və qırx mərasimi çıxdıqdan sonra evlərinə qayıtmaq istədikdə Zaur onları evə buraxmadı. Belə olan halda, onun həmin fərdi yaşayış evinə istifadə hüququ da, yaranmışdır. Əlavə olaraq “xxxx” ASC-nin təqdim etdiyi bildirişdən də, müəyyən edilir ki, həmin ünvanda kommunal xidmətlər onun adına olmuşdur, həmçinin də, o, kommunal ödənişləri ödəmişdir. Belə olduğu halda, onun həmin əmlaka dair istifadə hüququ vardır. Eyni zamanda istifadə hüququ da olduğu halda, məhkəmə işin hallarını düzgün müəyyən etməyərək, onu həmin ünvandan qeydiyyatdan çıxarmışdır.İstifadə hüquqları olduğu halda, hazırkı iddia mülki qaydada ümumi məhkəməyə verilməli idi. Onun orda qeydiyyatı istifadə hüququndan irəli gəlir, yəni formal qeydiyyat deyil. Məhkəmə isə bu halları nəzərə almamışdır.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Proses iştirakçılarının izahatları
16. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
18. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir.
19. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır.
20. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi, 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə – yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən başqa ölkədə yaşayış yeri seçdikdə – müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, ömürlük azadlıqdan məhrum edildikdə –məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə – ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında, qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
21. Azərbaycan Respublikası Prezidentinin *** nömrəli ## #### 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi haqqında Əsasnamə»niN *.1.10-cu bəndinə əsasən Daxili İşlər Nazirliyi daxili işlər orqanlarının səlahiyyətinə aid olan işlərin – Azərbaycan Respublikası vətəndaşlığına qəbul, vətəndaşlığa bərpa və vətəndaşlığa xitam verilməsi məsələlərinin həllində iştirak edir, vətəndaşlara pasportların və şəxsiyyət vəsiqələrinin verilməsini, yaşayış və olduğu yer üzrə qeydiyyat işini və bu məsələlərə dair mərkəzləşdirilmiş uçot sistemini təşkil edir.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
25. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)
27. Həmçinin, iddia mümkünlük şərtlərinə cavab verir.
28. Məhkəmə kollegiyası işin faktiki hallarına tətbiq edilən hüquq normalarından çıxış edərək daha sonra qeyd edir ki, aşağıdakı səbəblərə əsasən apellyasiya şikayəti əsaslıdır, odur ki, təmin edilməlidir.
29. Belə ki, mübahisələndirilən Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə iddia təmin olunaraq üçüncü şəxs Üçüncü şəxs iddiaçının xüsusi mülkiyyətində olan ünvan 4 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
30. Məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi işə baxarkən, qanunvericiliyin tələbinə riayət etməmiş, yalnız arayış əsasında şəxsin həmin ünvanda yaşamaması qənaətinə gələrək, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında ” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci hissəsinə əsasən iddianı təmin etmişdir. Məhkəmə işə baxarkən, Qanuna istinad edərək, 3-cü şəxsin yaşayış yerini dəyişdiyini Qərarında qeyd etmişdir.
31. Lakin3-cü şəxsin həmin yaşayış yerini dəyişməyinə, başqa yaşayış yerində qeydiyyata alınmağına dair iş materiallarında hər hansı sənəd yoxdur. 3-cü şəxsin mübahisəli ünvanda yaşamaması barədə MKTB-nin verdiyi arayış 3-cü şəxsin daimi olaraq mübahisəli ünvanda yaşamadığını birbaşa təsdiq etmir.
32. Eyni zamanda Bakı şəhəri Yasamal rayon Bələdiyyəsinin təqdim etdiyi ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair bölgü eskizdən də, müəyyən edilir ki, 3-cü şəxs mübahisəli evdən istifadə edir.
33. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, mülkiyyətçi 3-cü şəxsin qohumudur. (əmisi oğlu).
34. 3-cü şəxs apellyasiya şikayətində bildirir ki, əmisi, atası və bibisi hazırkı mübahisəli ünvanda yaşamışlar.3-cü şəxs də həmin ünvanda doğulmuş və qeydiyyata salınmışdır.Atası həmin ünvanda vəfat etmişdir.Onların başqa yaşayış yeri olmamışdır. Sadəcə mülkiyyətçi əmisi Yaşar ağır ankoloji xəstə olduğu üçün və onun (Seymurun) anlaqsız davranışları onu rahatsız etdiyi üçün Seymur anası ilə məcbur qalıb hərbiçi olan qardaşının kirayə qaldığı mənzilə müvəqqəti yerləşmişlər. 2024-cü itin mart ayında əmisi Yaşar vəfat etdikdən və qırx mərasimi çıxdıqdan sonra evinə qayıtmaq istədikdə Zaur onları evə buraxmamışdı, Zaur onların yaşadığı otağın qapısını sındıraraq içəriyə lazımsız əşyaları yığıb başqa qıfılla bağlamışdı. Halbuki, onun həmin fərdi yaşayış evinə istifadə hüququ da yaranmışdır.
35. Məhkəmə Kollegiyası qeyd edir ki, ** saylı Mənzil İstismar Sahəsinin Arayışından görünür ki, 3-cü şəxs Üçüncü şəxs 1999-cu ildə doğulmuş və 2015-ci ildə ünvan 5 ünvanına qeydiyyata salınmışdır.
36. İş materiallarında olan Bakı şəhər Yasamal rayon məhkəməsinin ##.##.2020-ci il tarixli Qətnaməsinə əsasən Üçüncü şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir.
37. Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Başçısının ##.##.2020-ci il tarixli sərəncamına əsasən anası X3 Üçüncü şəxs qəyyum təyin olunmuşdur.
38. İş materiallarının 75-ci vərəqində olan “xxxx” ASC-nin təqdim etdiyi bildirişdən müəyyən edilir ki, həmin ünvanda kommunal xidmətlər 3-cü şəxs Üçüncü şəxs adına olmuşdur.
39. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, 3-cü şəxs Üçüncü şəxs ünvan 5 ünvanına dair istifadə hüququ olmaması mübahisə doğurur. 3-cü şəxs Üçüncü şəxs ünvan 5 ünvanına qeydiyyatı formal qeydiyyat olması iş materialları ilə konkret olaraq müəyyən edilmir.
40. Həmçinin, müəyyən olunmuşdur ki, Daşınmaz əmlakın reyestr nömrəsi 011011001941- 10301 olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2024-cü il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı, Həsənov Fuad İsrafil oğlunun və X1 Mirzə Mövsüm qızının paylı mülkiyyətindədir.
41. Lakin, digər mülkiyyətçilər Həsənov Fuad İsrafil oğlunun və X1 Mirzə Mövsüm qızının hazırkı idda tələbi üzrə birgə mülkiyyətçi kimi çıxış etmələri işdən müəyyən edilmir.
42. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.5.-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir.
43. Qeyd olunanları nəzərə alaraq məhkəmə Kollegiyası hesab edir ki, üçüncü şəxsin hazırda mübahisəli evə dair istifadə hüququnun mövcudluğu, o cümlədən mənzildə yaşamaması ilə bağlı həmin hüquqların qüvvədə olub olmaması mülki məhkəmə icraatının predmeti olduğundan hazırkı icraat üzrə həmin məsələlərin qiymətləndirilməsi, buna uyğun olaraq hazırkı iddianın həll olunması inzibati mühakimə icraatının predmetini təşkil etmir.Çünki üçüncü şəxsin ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə hüquqlarının olmaması ilə bağlı hazırkı iddianın faktiki əsasını mülki mübahisə təşkil edir.
44. Məhkəmə Kollegiyası razılaşır ki, belə olan halda aydındır ki, bu halların müəyyən edilməsinə həmçinin inzibati orqanın da səlahiyyəti olmamış, buna görə də cavabdehin imtinası əsaslı olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır.
45. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
46. Göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən yuxarıda qeyd olunan məsələlər araşdırılmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirilmədən iddia təmin edilmişdir.
47. Buna görə də məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, ədalətli və işin faktiki halları baxımdan əsaslı olmamışdır.
48. Beləliklə, məhkəmə Kollegiyası tətbiq edilmiş hüquq normalarına və işin yuxarıda sadalanan faktiki hallarına istinad edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ləğv edilməli və iddia rədd olunmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ləğv edilsin. İddia rədd olunsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.