Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-891/2026 06.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi və məruzəsilə, X2 və Ismayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, üçüncü şəxsin nümayəndəsi və vəkili vəkil1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı (üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs) “əmtəə nişanına dair aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)- *****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ## ###### 2015-ci ildə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (Cavabdeh sələfi) tərəfindən "Shaurma N1" əmtəə nişanına dair İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adına aparılmış qeydiyyatın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs hazırki inzibati iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı Inzibati Məhkəməsinin (hakim Günel Tanrıverdiyeva) *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi məqsədi ilə işin yenidən həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ## #### 1980-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş və Bakı şəhərində yaşayır. ## #### 2010-cu il tarixdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi "Shaurma N1" əmtəə nişanının iddiaçıya aid olması barədə ******** nömrəli Şəhadətnamə vermişdir. ## ###### 2015-ci il tarixdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Iddiaçı ilə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs arasında bağlanmış əmtəə nişanına dair hüquqların digər hüquqi (fiziki) şəxsə verilməsi barədə ## ###### 2015-ci il tarixli ** nömrəli müqavilə və Iddiaçının müraciəti əsasında "Shaurma N1" əmtəə nişanına dair hüquqların bütövlükdə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs keçməsi dövlət reyestrində qeydlər aparmışdır. Bundan sonra, ******** nömrəli qeydiyyat üzrə əmtəə nişanı sahibi İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs hüquqlarının bütövlüklə X1 verilməsi barədə ## ######## 2016-cı il tarixli ** nömrəli müqavilə qeydiyyata alınmış, bu barədə Dövlət Reyestrində ## ######## 2016-cı il tarixində müvafiq qeydlər aparılmışdır. ******** nömrəli qeydiyyat üzrə əmtəə nişanı sahibi S.Əliyevin hüquqlarının bütövlüklə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs verilməsi barədə ## #### 2021-ci il tarixli ****/*** nömrəli müqavilə qeydiyyata alınmışdır. Bu barədə Dövlət Reyestrində ## #### 2021-ci il tarixində müvafiq qeydlər aparılmışdır. Hal-hazırda “Shaurma №*” əmtəə nişanı İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adına qeydiyyatdadır. ## ### 2023-cü il tarixdə “xxxx” MMC-nin verdiyi ** nömrəli rəydə deyilir ki, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Patent Şöbəsinin tərtib etdiyi “Əmtəə nişanına dair hüquqların digər hüquqi (fiziki) şəxsə verilməsi barədə müqavilə”də “hüquqları verən tərəf” qrafasında imza İddiaçı tərəfindən deyil, başqa bir şəxs tərəfindən bənzədilmiş formada icra edilmişdir. ## #### 2023-cü il tarixdə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi (Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yerinə formalaşdırılmış qurum) Iddiaçıya göndərdiyi məktubunda bildirmişdir ki, ## ###### 2025-ci il tarixdə aparılmış dövlət reyestrində qeydiyyatın qanuniliyi ilə bağlı araşdırma aparmış və araşdırma zamanı N **** **/* nömrəli "Shaurma N1" əmtəə nişanına dair hüquqların verilməsi ilə bağlı prosedurlar 2015-ci il tarixdə Komitənin müvafiq struktur bölməsi tərəfindən icra olunarkən Nazirlər Kabinetinin 2009-cu il ## ######## tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı Qaydaları"nın (bundan sonra-Qaydalar) 2.3-cü bəndinin 12-ci abzasının tələblərinin pozulduğu müəyyən edilmişdir. Belə ki, qeyd edilən Qaydaların 2.3cü bəndinin 12-ci abzasına əsasən müqaviləni imzalayan tərəflərdən biri fiziki şəxs olduqda, onun imzası notarial qaydada təsdiq edilməlidir. Lakin tərəflərin hər ikisinin fiziki şəxs olmalarına baxmayaraq, onların imzaları notarial qaydada təsdiqlənməmişdir. Əmtəə nişanına dair hüquqların verilməsi ilə bağlı müqavilənin qeydiyyatı üzrə yekun sənədin bir nüsxəsi Komitənin müvafiq struktur bölməsindən hüquqları əldə edənin özü və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən yox, işlə heç bir əlaqəsi olmayan kənar şəxs tərəfindən götürülmüşdür. ## #### 2023-cü il tarixdə “xxxx” MMC tərəfindən verilən rəydə göstərilmişdir ki, Iddiaçının adından Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə ünvanlanmış ərizədə və Iddiaçı ilə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs arasında bağlanmış əmtəə nişanına dair hüquqların digər hüquqi (fiziki) şəxsə verilməsi barədə ## ###### 2015-ci il tarixli ** nömrəli müqavilədə “İddiaçı” yazısından aşağıdakı imza Iddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilmişdir. Iddiaçının adından Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə ünvanlanmış ərizədə və Iddiaçı ilə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs arasında bağlanmış əmtəə nişanına dair hüquqların digər hüquqi (fiziki) şəxsə verilməsi barədə ## ###### 2015-ci il tarixli, ** nömrəli müqavilədə “İddiaçı” və “İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs” yazılarından sonra imzaların hər üçü eyni şəxs tərəfindən icra edilmişdir. 2023-cü il tarixdə iddiaçı cavabdeh Cavabdeh qarşı üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs cəlb edilməklə “əmtəə nişanı üzərində üçüncü şəxsin əqli mülkiyyət hüquqlarına xitam verilməsi və iddiaçının əqli mülkiyyət hüquqlarının qeydə alınması” tələbinə dair iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmişdir. Bakı Inzibati Məhkənməsinin *-*(***)-*****/**** nömrəli, ## ####### 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmənin iddia ərizəsini mümkün saymamaqda gəldiyi əsas nəticə ondan ibarət olmuşdur ki, iddiaçı adıçəkilən cavabdehə qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə kommersiya məhkəməsində həll etməlidir. Bakı Inzibati Məhkəməsinin həmin qərardadından verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ## ###### 2023-cü il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanmışdır. Apellyasiya inistansiya məhkəməsi birinci inistansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq mübahisənin mülki mühakimə icraatı qaydasında kommersiya məhkəmələrində baxılmasını qeyd etmişdir. ## ##### 2024-cü il tarixdə Iddiaçı Cavabdeh və İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs qarşı Bakı Kommersiya Məhkəməsində iddia qaldıraraq Iddiaçıya məxsus 2010-cu il ## #### tarixli ******** nömrəli "Shaurma N1" əmtəə nişanının İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adına ötürülməsi barədə ** nömrəli, ## ###### 2015-ci il tarixli müqavilənin etibarsız hesab olunması, iddiaçının “Shaurma N1" əmtəə nişanı üzərində əqli mülkiyyət hüquqlarının qeydə alınmasının Əqli Mülkiyyət Agentliyinə həvalə edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. ## #### 2024-cü il tarixdə məhkəmənin təşəbbüsü ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Məhkəmə xətşünaslıq ekspertizası üzrə */**** nömrəli ekspert rəyi vermiş və rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş N **** **** qeydiyyat nömrəli “Shaurma N1” əmtəə nişanına dair hüquqların digər hüquqi (fiziki) şəxsə (Iddiaçıdan İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs) verilməsi barədə müqavilədə“ Hüquqları verən tərəf: adı, soyadı, imzası, yer, tarix (hüquqi şəxs olduğu təqdirdə, vəzifəsi, möhür) bəndində İddiaçı” yazılarının aşağısındakı imza-Iddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. ## ###### 2024-cü il tarixdə Bakı Kommersiya Məhkəməsi Iddiaçının “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiasını təmin etmiş, ## ###### 2015-ci il tarixli müqavilənin etibarsız hesab olunması barədə qərar vermiş, Iddiaçının “Shaurma N1” əmtəə nişanı üzərində əqli mülkiyyət hüquqlarının Cavabdeh tərəfindən qeyd alınması hissəsində iş üzrə icraata xitam vermişdir. Məhkəmə qətnaməsini onunla əsaslandırmışdır ki, birincisi, işdə hər üç ekspert rəyindən görünür ki, ## ###### 2015-ci il tarixli müqavilə Iddiaçı tərəfindən imzalanmamış, ikincisi, həmin müqavilə notariat qaydasında təsdiq edilməyib. Bu səbəbdən də Mülki Məcəllənin 359.3-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il ## ######## tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı Qaydaları”nın 2.3cü bəndinin 12-ci abzasına əsasən və müqaviləni Iddiaçı imzalamadığı və İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs hər iki tərəf əvəzinə imzaladığı, bununla da özü özü ilə müqavilə bağladığı üçün müqavilə əhəmiyyətsizdir. Bundan əlavə məhkəmə bildilmişdir ki, Mülki Məcəllənin 384.0.1-ci maddəsinin tələbinə görə isə şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblərə iddia müddəti tətbiq olunmur. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, məhkəmə Cavabdeh inzibati orqan hesab edir. Reyestrdə qeydiyyat qanunvericilikdə nəzərdə tutulan əsaslar olduğu halda Cavabdeh inzibati orqan kimi faktiki xarakterli hərəkətlərində və ya inzibati aktında ifadə edilə bilər. Qeyd olunan hərəkət və inzibati aktdan irəli gələcək mübahisələr isə inzibati mübahisədir. Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin “iddiaçı İddiaçı 19. Bəhram oğlunun “SHAURMA №*” əmtəə nişanı üzərində əqli mülkiyyət hüquqlarının qeyd alınması” hissəsində iş üzrə icraata xitam verilməlidir. ## ###### 2024-cü il tarixdə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs nümayəndəsi Bakı Kommersiya Məhkəməsinin ## ###### 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. ## ###### 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs apellyasiya şikayətini təmin edərək Bakı Kommersiya Məhkəməsinin ## ###### 2024-cü il tarixli qətnaməsini ləğv etmiş və iş üzrə yeni qətnamə qəbul etmiş, Iddiaçıya məxsus olan N **** **** nömrəli “Shaurma N1” əmtəə nişanına dair hüquqların İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs verilməsi barədə ## ###### 2015-ci il tarixli, ** nömrəli müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbini təmin etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin qətnaməsi ləğv edilsə də, apellyasiya məhkəməsi aşağıdakı halları müəyyən etmişdir: a. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 384.0.1-ci maddəsinə istinad etməsi və Iddiaçının tələbinin də şəxsi qeyri-əmlak hüquqlarının müdafiəsinə yönəldiyindən, bu səbəbdən bu tələbə iddia müddətinin tətbiq oluna bilməməsi barədə əsaslandırması ilə razılaşır; b. Müqavilənin Iddiaçı tərəfindən imzalanmaması və imzanın notariat qaydada təsdiq olunmaması, bununla da həmin əqdin əhəmiyyətsiz olması ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti ilə Apellyasiya Məhkəməsinin Kollegiyası razılaşır. ## ##### 2025-ci il tarixdə Iddiaçı Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ## ###### 2025-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. ## #### 2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Iddiaçının kassasiya şikayətini təmin etməmiş və Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ## ###### 2025-ci il tarixli qətnaməsini dəyişdirilmədən saxlamışdır. Bununla da apellyasiya məhkəməsinin qətnaməsində müəyyən edilmiş hallar qanuni qüvvəsini almışdır. Bundan sonra, iddiaçı Cavabdeh qarşı yenidən Bakı Inzibati Məhkəməsində iddia qaldırmış və ## ###### 2015-ci il tarixdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (Cavabdeh sələfi) tərəfindən "Shaurma N1" əmtəə nişanına dair İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adına aparılmış qeydiyyatın ləğv edilməsini xahiş etmişdir. ## ###### 2026-cı il tarixdə Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə yenə tələbi onunla əsaslandırmışdır ki, bu işə mülki məhkəmələr tərəfindən baxılmalıdır. Iddiaçı Cavabdeh məhkəmədə iddia qaldıra bilməmişdir. Mülki qaydada qaldırdığı iddianı mülki məhkəmələr baxmamış, bildirmişlər ki, bu iddiaya inzibati məhkəmə baxmalıdır. Inzibati qaydada qaldırıdığı iddiaya isə inzibati məhkəmə baxmamış, bildirmişdir ki, bu mübahisəyə mülki məhkəmə icraatında baxılmalıdır. Iddiaçı hesab edir ki, Cavabdeh tərəfindən əmtəə nişanının qeydiyyatı inzibati aktdır. Belə aktdan şikayət vermək hüququ Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsi ilə nəzərdə tutulmuşdur. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Iddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, IPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Iş materiallarından görünür ki, iddiaçı İddiaçı cavabdehlər Cavabdeh və İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçıya məxsus olaN **** **** nömrəli ##.##.2010-cu il tarixli “SHAURMA №*” əmtəə nişanının İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ötürülməsi barədə ##.##.2015-ci il tarixli ** nömrəli müqavilənin etibarsız hesab edilməsi, iddiaçı İddiaçı “SHAURMA №*” əmtəə nişanı üzərində əqli mülkiyyət hüquqlarının qeydə alınmasının Cavabdeh həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərardadı ilə iddia tələbinin “iddiaçı İddiaçı “Shaurma N1” əmtəə nişanı üzərində əqli mülkiyyət hüquqlarının Cavabdeh tərəfindən qeyd alınması” hissəsində iş üzrə icraata xitam verilmişdir, eyni zamanda Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı məxsus olan N **** **** nömrəli “SHAURMA №*” əmtəə nişanına dair hüquqların İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs verilməsi barədə ##.##.2015-ci il tarixli ** nömrəli müqavilənin etibarsız hesab olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(***)-***/**** nömrəli, ##.##.2025ci il tarixli qətnaməsi ilə cavabdeh İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs apellyasiya şikayəti təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı məxsus olan N **** **** nömrəli “SHAURMA №*” əmtəə nişanına dair hüquqların İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs verilməsi barədə ##.##.2015-ci il tarixli ** nömrəli müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə iddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ###### tarixli *-*(***)- ***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının *-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir: … 61. Iddiaçının istintaqda verdiyi ifadəsindən və işin hallarından aşkar şəkildə müəyyən olunur ki, iddiaçının “Shaurma №*” restoranlar şəbəkəsinə hər hansı aidiyyəti olmamışdır (sahiblik, istifdə və sərancam hüquqları baxımından). Iddiaçı həmin restoranda yalnız işçi olmuşdur. Uzun müddət işləməklə etimad qazandığından, əmtəə nişanı onun adına rəsmiləşdirilmiş, 2015-ci ildə isə həmin hüquqları cavabdehə ötürmüşdür. Iddiaçının VÖEN-i 2015-2020-ci illərdə aktiv olmamış, 2020-2025-ci illər üçün də fəaliyyətini dayandırmışdır. 62. Iddiaçının ifadəsindən də aydın olur ki, o, 2016-cı ildə işdən çıxmış, sonra bir müddət “agent” kimi anbarda fəhlə işləmiş və 2018-ci ildə isə tamamən işdən çıxaraq “Shaurma №*” restoranı ilə əlaqəsini kəsmişdir. 63. Kollegiya hesab edir ki, iddiaçı işləmədiyi və rəsmi fəaliyyətini dayandırdığı halda, ona məxsus əmtəə nişanından başqalarının istifadə etməsini görüb-bilməməsi inandırıcı deyil, ələlxüsus Bakı şəhərində geniş fəaliyyət göstərən “Shaurma №*” restoranlar şəbəkəsinin fəaliyyəti hamıya bəlli olan hal olmuşdur. 66. Kollegiya razılaşır ki, iddiaçının göstərilən müddət bitəndən sonra müraciət etməməsi müqaviləni etibarlı etmir, ancaq müraciətin edilməməsi özü də onun göstəricisidir ki, iddiaçı əmtəə nişanına olan hüquqlarını artıq 2015-ci ildə cavabdehə verməsini bilib bəyənmişdir. ##.##.2015-ci il tarixli ** nömrəli müqavilənin bağlanması (rəsmiləşdirilməsi) üçün iddiaçının adına olan əmtəə nişanına dair ##.##.2009-cu il tarixli 2009 **** nömrəli şəhadətnamənin cavabdehə verilməsi də göstərilənləri təsdiq edir, yəni bütün bu müddət ərzində iddiaçının adına olan şəhadətnamənin özü də onda olmamışdır. Bundan başqa, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs) iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, 2010 **** nömrəli, ##.##.2010-cu il tarixli “SHAURMA №*” əmtəə nişanı üzərində İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs əqli mülkiyyət hüquqlarına xitam verilməsi və iddiaçının əqli mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)- ****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərardadı ilə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanmışdır. Qeyd olunan qərardad qanuni qüvvəyə minmişdir. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərardadında qeyd edilmişdir ki, tərəflər arasında yaranmış mübahisə inzibati deyil, mülki xarakter daşıdığından, daha dəqiq, müqavilə münasibətləri olmaqla həmin münasibətin məzmununu təşkil edən subyektiv hüquq və vəzifələr mülki hüquqi xarakterə malik olduğu üçün işə inzibati qaydada baxılması mümkün deyildir. Odur ki, iddiaçının hazırkı tələbi inzibati prosessual qanunvericilik baxımından mümkün hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə kommersiya məhkəməsində həll edilməlidir və iddiaçı belə bir iddia ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş və həmin iddiaya mahiyyəti üzrə baxılmışdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan normanın tələblərindən göründüyü kimi, iddiaçının inzibati icraat qaydasında verdiyi iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda iddia mümkün sayılır. Iddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarına toxunma ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi təsdiqlənmir. Inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı iddiaya daha əvvəl baxılmaqla qiymət verildiyindən artıq eyni tərəflər arasında eyni iddia tələbinə eyni əsas üzrə yenidən baxılması mümkün hesab edilə bilməz. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən həmin Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və orada nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir və iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun * saylı, ## ##### 2015-ci il tarixli Qərarında qeyd olunur: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddihüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. IPMin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 5.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 6.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. 6.2. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. 11. Inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. 12. Inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. 15.4. IPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. 15.5. IPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-6)-891/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-891/2026
06.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver