Məhkəmə qərarları › İş №2-1(3-6)-896/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-896/2026

19.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-896/2026 19.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin *-*(***)- *****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə ## ### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARI:

1. N nömrəli Hərbi hissə tərəfindən ##.##.2021-ci il tarixdə verilmiş, *** №-li travma haqqında arayışdan görünür ki, hərbi vəzifəli R İddiaçı ##.##.2020-ci il tarixdə, saat təxminən 12:00 radələrində Suqovuşan istiqamətində gedən döyüşlər zamanı düşmənin atdığı minaatan mərmisinin zərbə dalğası nəticəsində “Barotravma” diaqnozu ilə xəsarət almışdır. Xəsarət (yaralanma, travma, kontuziya) döyüş tapşırığını yerinə yetirərkən alınmışdır.

2. Bakı 2 X3 Xəstəxanasının ##.##.2023-cü il tarixli, L********CYG nömrəli göndərişi ##.##.2023-cü il tarixdə qiymətləndirilmiş və “Diaqnozun mətni: => Kəllədaxili travmaların nəticələri. Uzun sürən posttravmatik pozuntusu, depressiv daxil olmalar, anamnezində özünə qəsd fikirləri və funksional qıcolma tutmaları ilə. Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir.

3. “Psixi sağlamlıq mərkəzi” phş tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, **** nömrəli arayışdan görünür ki, ##.##.1975-ci il təvəllüdlü İddiaçı diaqnozu “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, koqnitiv funksiyaların enməsi, anamnezində intihar cəhdi, qıcolma tutmaları ilə - F07.0” müəyyən edilmişdirintihar cəhdi, qıcolma tutmaları ilə (prof. F.İsmayılov)” diaqnozu təyin edilmişdir.

4. “Respublika Psixiatriya Xəstəxanası” PHŞ tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, ******** nömrəli ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, İddiaçı “XBT 10 kodu F07- Üzvi mənşəli şəxsiyyət pozğunluğu” müəyyən olunmuş, xəstəliyin başlanma tarixi ##.##.2020-ci il qeyd edilmişdir. Həmin çıxarışda göstərilmişdir ki, anamnezindən məlumdur ki, irsiyyəti ruhi-əsəb xəstəliklərlə ağırlaşmayıb. Erkən inkişafı adi olub. Ali təhsillidir. Ailəlidir. İşləyir. 2-ci Qarabağö müharibəsində iştirak edib. ##.##.2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlər zamanı yaxınlığında minaatan mərmi partlaması nəticəsində barotravma xəsarəti almışdır. Bundan sonra 2022-ci ildə * nömrəli KPX-da, Ağsu RMX-da, ##.##.2022-ci ildə MN MHP-də, 2024-cü ildə RPX-da müayinə və müalicədə olmuşdur. Şikayətləri: baş ağrıları, əsəbilik, gərginlik, intihar cəhdi, qıcolma tutmaları, yuxu və yaddaşın pozulmasındandır. Son günlər psixi durumu pisləşdiyi üçün AR SN RPX-ya qəbul olunub. “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, koqnitiv funksiyaların enməsi, anamnezində intihar cəhdi, qıcolma tutmaları ilə (prof. F.İsmayılov)” diaqnozu təyin edilmişdir.

5. Bakı 2 X3 Xəstəxanasının ##.##.2025-ci il tarixli, D********ZGR nömrəli göndərişi ##.##.2025-ci il tarixdə qiymətləndirilmiş və “Diaqnozun mətni: => Başın travmasının nəticələri. Üzvi (II QM) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, koqnitiv funksiyaların enməsi, anamnezində intihar cəhdi, qıcolma tutmaları ilə. Ürəyin aterosklerotik xəstəliyi. Stenokardiyanın digər formaları. Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:

6. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona müvafiq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2-ci Qarabağ müharibəsi başladıqdan sonra ## ######## 2020-ci il tarixdə ehtiyatda olan hərbi qulluqçu kimi hərbi xidmətə cəlb olunmuşdur. ##.##.2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlər zamanı yaxınlığında minaatan mərmisinin partlaması nəticəsində "barotravma" diaqnozu ilə xəsarət almışdır. Bu barədə hərbi hissənin arayışı iddia ərizəsinə əlavə edilmişdir. ##.##.2020-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Bundan sonra mütəmadi olaraq, ambulator və stasionar müalicələr almışdır. Belə ki, 2022-ci ildə * saylı Klinik Psixiatriya Xəstəxanasında, Ağsu Rayon Mərkəzi Xəstənasında, ##.##.2022-ci ildə MN MHP-də, 2024cü ildə RPX-da müayinə və müalicədə olmuşdur. Həmin müayinə və müalicələrin nəticəsində iddiaçıya "Barotravma. Posttravmatik ensefalopatiya, simptomatik epilepsiya. Üzvi mənşəli (II Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, koqnitiv funksiyaların enməsi, anamnezində intihar cəhdi qıcolma tutmaları ilə." diaqnozu təyin olunmuşdur. 2025-ci ildə yenidən AR SN-nin "Psixi Sağlamlıq Mərkəzi" PHŞ-də müayinə olunmuş və ona təkrarən "Üzvü mənşəli (II Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, koqnitiv funksiyaların enməsi, anamnezində intihar cəhdi qıcolma tutmaları ilə." diaqnozu qoyulmuşdur, bu barədə ##.##.2025-ci il tarixli rəy verilmişdir. İddiaçı həmin arayışı cavabdeh təşkilata təqdim etmiş, lakin cavabdeh təşkilat tərəfindən heç bir cavab verilməmişdir. Dəfələrlə müraciətlər, şikayətlər etdikdən sonra iddiaçıya bildirilmişdir ki, komissiya tərəfindən əyani formada müayinə aparılacaqdır. Bundan sonra iddiaçı 2025-ci ilin iyul ayında Komissiyada olmuş, əyani formada müayinə edilmişdir. Belə ki, heç bir tibbi aparatlardan keçirilmədən, yalnız vizual şəkildə baxaraq müayinə edilmiş və bildirilmişdir ki, müayinənin nəticəsi barədə məlumat göndəriləcəkdir. Bir müddət keçdikdən sonra heç bir məlumat gəlmədiyi üçün iddiaçı cavabdeh təşkilata müraciət etmiş və bundan sonra elektron sistemdən çıxarış verilmiş, əlillik verilməsindən imtina edilmişdir. İmtinaya da səbəb kimi "diaqnoz əlillik əlaməti təyin etməməsi" göstərilmişdir. İddiaçı hesab edir ki, cavabdeh təşkilatın imtinası əsassızdır və məktubdan da görünür ki, müraciəti ciddi araşdırılmamış, təqdim etdiyi tibbi arayışlara, sənədlərə baxılmamış, heç bir mötəbər sübuta əsaslanmadan əlillik verilməsindən imtina edilmişdir. Belə ki, təqdim edilmiş tibbi sənədlərdən görünür ki, mənə "Barotravma. Posttravmatik ensefalopatiya, simptomatik epilepsiya. Üzvü mənşəli (II Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, koqnitiv funksiyaların enməsi, anamnezində intihar cəhdi qıcolma tutmaları ilə." diaqnozu qoyulmuşdur. İddiaçı bu müddət ərzində müxtəlif xəstəxanalarda müalicə almış, müayinələrdən keçmiş, bütün xəstəlik tarixlərində də eyni diaqnoz qoyulmuşdur. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

8. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bakı 2 X3 Xəstəxanası ##.##.2025-ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Başın travmasının nəticələri. Üzvi (II QM) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, koqnitiv funksiyaların enməsi, anamnezində intihar cəhdi, qıcolma tutmaları ilə. Ürəyin aterosklerotik xəstəliyi. Stenokardiyanın digər formaları. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi- Səbəb: Diaqnozun əlillik əlamətləri aşkar edilmir.” səbəbi ilə imtina verilmişdir. “Bakı şəhər sakini ##.##.1975-ci il təvəllüdlü İddiaçı (FİN:*******). Göndərişin nömrəsi: Unikal kod. Rəsmiləşdirilmiş göndərişdə əlillik səbəbi: Xüsusi. Müraciətlərin sayı: ##.##.2023 DƏƏTE (ESDAS: 3-17-4/3-1-10905/2023). Təqdim edilmiş sənəd sayı: 35. Hərbi bilet: EZ № ******* Hərbi xidmət illəri: 1996-2001-ci il tarixlərdə zabit qismində hərbi xidmətdə olmuşdur, ##.##.2020-##.##.2020-ci il tarixlərdə II Qarabağ Müharibəsində iştirak etmişdir. Hərbi rütbə: Ehtiyatda olan R. XHŞ: MN MHP HHK ##.##.2023-cü il tarixli *** nömrəli X7. ##.##.2021-ci il tarixli *** nömrəli Travma haqqında Arayış (** №-li Qoşma). Obyektiv müayinə: Vətəndaş hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı özünü təqdim etmiş, əsəbilikdən, bütün bədənində ağrılardan, qıcolmalardan şikayətlənmişdir. Anamnezində ailəli və üç övladı olduğunu (böyükdürlər, yaşlarını bilmir), işləmədiyini qeyd etmiş, lakin ƏMAS-da aktiv əmək müqaviləsi olmuşdur. Sağ çiyin nahiyəsindən dəlib-keçən güllə yaralanması aldığını vurğulamışdır. Qıcolma tutmalarının bəzən ay ərzində, bəzən isə həftə ərzində 2 (iki) dəfə baş verdiyini, tutma zamanı başına sanki istilik gəldiyini, daha sonra bayıldığını, TTY çağrıldığını, gəlməsə ayılmadığını söyləmişdir. Medikamentoz preparatlardan “Depakine”, “Finlipsal” qəbul etdiyini bildirmişdir. Əsəbilik zamanı ətrafdakılarla mübahisə etdiyini söyləmiş, intihar cəhdlərinin olduğunu qeyd edərək yuxarı ətrafda kəsiklər etdiyini bildirmiş, sol said nahiyəsində 3 ədəd çapıq nümayiş etdirmişdir. Qeyd: Təqdim edilən sənədlərə əsasən Respublika Psixiatrik Xəstəxanasında ##.##.2024-##.##.2024-cü il tarixlərdə stasionar müayinə və müalicədə olarkən X1 də ##.##.2024- ##.##.2024-cü il tarixlərdə stasionar müayinə və müalicədə olmuşdur. Yəni, eyni zamanda iki xəstəxanada stasionar yatışda olmuşdur. Psixiatrik müayinə: (Xankişiyeva Məhluqə)- İntellekti, özünə bələdliyi saxlanılmış, əhval ruhiyyəsi bir qədər enik olmuş, lakin sualları rahat, adekvat cavablandırmışdır. Davranış pozuntusu izlənilməmiş, əlillik təyinatına əsas verə biləcək psixi pozuntular aşkarlanmamışdır. DTSERA-da aparılmış laborator və İnstrumental müayinələrin adı: aparılmamışdır. Diaqnoz: Hazırki psixi vəziyyəti “Üzvi mənşəli yüngül ifadəli şəxsiyyət pozuntusu” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları qeyd olunmamışdır.” Qərar: Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

9. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026cı il tarixli qərarı ilə iddianın təmin edilərək, İddiaçı Bakı 2 X3 Xəstəxanasının ##.##.2025-ci il tarixli, D********ZGR nömrəli tibbi göndərişi üzrə (Forma 88) əliliyinin qiymətləndirildiyi ##.##.2025-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün və konstitusiya quruluşunun müdafiəsi səbəbi ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci yarımbəndinə əsasən (orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla) 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.

10. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

Apellyasiya şikayətinin dəlilləri:

11. Apelyasiya şikayəti iddia tələbinə etirazın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, məhkəmə öz qərarını onunla əsaslandırmışdır ki, məhkəməpsixiatrik ekspertizası tədqiqatı üzrə müvafiq rəyin motivləşdirici hissəsindən də görünür ki, İddiaçı “Üzvi şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalarla, koqnitiv funksiyalarinin enməsi, anamnezində intihar cəhdi və qıcolma tutmaları ilə” (F07.0) aşkar edilir. Ekspert rəylərində də iddiaçıda məhz həmin diaqnozların aşkar edildiyi qeyd edilmişdir. Halbuki, qeyd edilən diaqnozların hansı səbəbdən əlillik təyinatına əsas verməməsi barəsində Agentlik tərəfindən təqdim edilən yekun əyani müayinə qərarında və eyni zamanda etirazda da ətraflı məlumat verilmişdir. Şəxsdə həmin patalogiyanın olması ona əlilliyin təyinatına əsas vermir. Agentlik tərəfindən verilən yekun qərarda da qeyd edildiyi kimi göndərişdə əsas diaqnoz kimi göstərilmiş F07.0 üzrə patalogiya vardır amma əlillik səviyyəsində deyildir. Məhkəmənin əsaslandırmasını qəbul etməyərək bildirik ki, Birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, iddiaçının təqdim etdiyi sənədlər və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Psixiatrik Ekspertiza Mərkəzinin ekspertlərinin rəyinə əsaslanmış, həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun əlillik təyinatına əsas verməməsi halı iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X8-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirmək istəyirik ki, məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, göndərişdə olan diaqnozun Əsasnamədə mövcud olmasının müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin və onun ağırlaşmaları intrumental müayinə nəticələri ilə təsdiq olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Buna baxmayaraq Psixiatriya Mərkəzi heç bir instrumental müayinə əsasında vermədiyi və tamamilə subyektiv yanaşmanı əks etdirən rəyi məhkəmə əsas götürmüşdür. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, birinci instansiya məhkəməsi sadəcə anamnestik məlumatlar əsasında tərtib edilən həkim rəylərinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmiş, göndərişdə qeyd olunan reabilitasiya potensiallı xəstəlik əlillik səviyyəsində öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Belə ki, göndərişdə əsas diaqnoz kimi “F07.0 Üzvi mənşəli şəxsiyyət pоzuntusu, Üzvi ( II Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində ) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, koqnitiv funksiyaların enməsi, anamnezində intihar cəhdi, qıcolma tutmaları ilə. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi” diaqnozu qeyd edilmişdir. Əsasnamənin 7-ci bəndinə əsasən Xroniki və (və ya) davamlı ağır, yaxud tez-tez kəskinləşən psixi pozuntulardan əziyyət çəkən şəxslərin dezadaptasiya dərəcəsini müəyyən etmək üçün aşağıdakılar nəzərə alınır: - psixopatoloji simptomların təzahür dərəcəsi; - xəstəliyin davametmə müddəti, epizodların tezliyi və (və ya) gedişinin növü; - xəstəlik nəticəsində şəxsiyyət dəyişiklikləri dərəcəsi; - öz xəstəliyinə, cari vəziyyətinə və ətraf reallığa tənqid dərəcəsi; - aqressiv və ya intihar davranışları həyata keçirmə riski də daxil olmaqla, əsas həyat fəaliyyəti sahələrində funksional dezadaptasiya dərəcəsi; - kənar şəxslərin yardımı və müşahidəsinin vacibliyi; - müalicə və reabilitasiya müdaxilələrinin keçirilməsi üçün potensial; - psixiatriya dispanser müşahidəsində və psixi pozuntusu olan şəxslərin elektron reyestrində olması. Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməlidir (məsələn, MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.); - xəstəliyin başlama yaşı (məsələn: demensiya əlamətləri ilə erkən başlanğıclı Alsheymer xəstəliyi zamanı 65 yaş əsas götürülür); - xəstəliyin davametmə müddəti və proqredientliyi (prosessual dəyişikliklərin artma sürəti); - intellektual-amnestik pozuntuların təzahür dərəcəsi (psixi statusun qısa qiymətləndirilməsi şkalası - MMSE vasitəsilə müəyyən edilir, bu şkala Demensiyanin diaqnostika və müalicəsi üzrə klinik protokolda vardır); - psixotik epizodların olması (üzvi deliriy, üzvi hallüsinoz, üzvi katotonik pozuntu) və onların tezliyi ilə; - aqresiv davranış və suisidal cəhdlər də daxil olmaqla, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi; - müalicəvi və reabilitasiya müdaxilələrinin aparılmasının mümkünlüyü ilə Bu patalogiyaların heç biri iddiaçının səhhətində öz əksini tapmır. Diaqnozu təsdiq edən tibb müəssisəsinin rəyləri TSEK tərəfindən tədqiq edilmiş və əlillik təyinatına əsas verən səviyyədə-35 faiz OFP müəyyən edilməmişdir. Buna baxmayaraq eyni klinik instrumental müayinə nəticələri əsasında MPEM əlavə müəyinə həyata keçirmədən rəy vermişdir. Məhkəmə iki ziddiyyətli tibbi mövqeyi aydınlaşdırmaq əvəzinə sadəcə ekspert rəyinə əsaslanaraq Agentliyin (TSEK-in) hüquqlarını pozmuşdur. Göstərilən maddi hüquq normalarının tələbləri baxımından Bakı İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir.

Tərəflərin izahatları

12. ## ### 2026-cı il tarixli məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə icraatının iştirakçısı işə onun iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası İPM-nə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

13. İddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətininin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.

15. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2016-cı il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə ləğv edilmişdir): 4.1-ci bənd. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. 4.2-ci bənd. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. 4.22-ci bənd. Göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERASda xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır. 3.1-ci bənd. TSEK-in vəzifələri aşağıdakılardan ibarətdir: 3.1.15-ci bənd. Əlilliyi qiymətləndirilən şəxslərə dair tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə səhiyyə müəssisələrinə sorğu göndərmək.

16. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEKin müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 2.6-1. Şəxsin əlilliyinin müəyyən edilməsi və əlilliyin müəyyən olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur. 2.7. TSEK-in üzvləri arasında fikir ayrılığı olduğu halda və konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları Agentlik tərəfindən rəy verilməsini zəruri edən səbəbləri qeyd etməklə altsistem vasitəsilə Agentliyə ötürür. Bu Qaydanın 2.4-cü bəndində göstərilən müddət nəzərə alınmaqla, Agentliyin 3 (üç) iş günü müddətində verdiyi rəy əsasında TSEK 2 (iki) iş günü müddətində qərar qəbul edir. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 4.1. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin üçüncü hissəsinə əsasən həmin Qanunun 5-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində göstərilən şəxslərin əlilliyi Çernobıl qəzası nəticəsində əmələ gəldikdə, əlillik müddətsiz müəyyən edilir. 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31- 60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81- 100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. 4.4. “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası istisna olmaqla) və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddətsiz müəyyən edilir

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

20. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.

21. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddia onun mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir və mümkün iddiadır. Belə ki, ##.##.2025-ci il tarixli tibbi göndəriş əsasında əlillik vəziyyəti qiymətləndirildikdən sonra nəticəsi üzrə ##.##.2025-ci il tarixli qərar qəbul edilmiş, həmin qərar barəsində iddiaçıya ##.##.2025-ci il tarixli sms (bildiriş) vasitəsilə məlumat verilmişdir. İddiaçı sözügedən imtinanı aldıqdan sonra ##.##.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisələndirmişdir.

22. İşin mahiyyətinə gəldikdə isə hazırda iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbi “ona müvafiq əlillik dərəcəsinin təyin edilməsi” barədə olmuşdur. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddia tələbini təmin etmişdir.

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəmənin mövqeyi ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:

24. İşin faktiki hallarından müəyyən olunur ki, Bakı 2 X3 Xəstəxanasının ##.##.2025-ci il tarixli, D********ZGR nömrəli göndərişi ##.##.2025-ci il tarixdə qiymətləndirilmiş və “Diaqnozun mətni: => Başın travmasının nəticələri. Üzvi (II QM) şəxsiyyət pozuntusu, teztez baş verən dekompensasiyalar, koqnitiv funksiyaların enməsi, anamnezində intihar cəhdi, qıcolma tutmaları ilə. Ürəyin aterosklerotik xəstəliyi. Stenokardiyanın digər formaları. Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir.

25. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən xüsusi bilik tələb edən məsələlərin araşdırılması üçün ##.##.2025-ci il tarixli qərardadı ilə məhkəmə-psixiatriya ekpertizası təyin edilərək, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ekspertlərinə tapşırılmış və ekspertlər qarşsısında aşağıdakı suallar qoyulmuşdur:

1. ##.##.1975-ci il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla (zərurət yarandıqda instrumental müayinə vasitələrindən istifadə olunmaqla) xəstəlik (xəstəliklər) diaqnozu müəyyən edilsin.

2. İddiaçı canlı müayinəsi zamanı onda ##.##.2025-ci il tarixli, D********ZGR nömrəli Forma 88-də göstərilən diaqnozlar öz təsdiqini tapırmı?

3. İddiaçı canlı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar (X9 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodlara uyğun göstərilməklə) aşkar olunur?

4. İddiaçı xəstəliklərinin qiymətləndirilməsi zamanı onda üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0) müəyyən edilirsə, bu diaqnoz onun səhhətinin pozulması, psixopatoloji davranış formasında, həmçinin sosial uyğunlaşmasında hansı ağırlaşmalarla müşahidə edilir?

5. Qeyd olunan diaqnoz iddiaçıda müəyyən edilirsə, iddiaçıda mövcud olan ağırlaşmalar onun əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, bundan başqa ətrafdakılarla tez-tez problemlər yaranmasına, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olmasına (məsələn, yüksək intihar riski zamanı) səbəb ola bilərmi?

6. Qeyd olunan diaqnoz iddiaçıda müəyyən edilirsə, iddiaçıda mövcud olan ağırlaşmalar onda kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalara səbəb olurmu? Yaxud təkrarlanan aqressiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti yaradırmı?

26. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi PHŞ tərəfindən verilmiş **** nömrəli, ##.##.2025-ci il tarixli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar bildirilmişdir: 1-ci sual üzrə: Yoxlanılan şəxs İddiaçı, oğlunda hazırda “Üzvi şəxsiyyət pozuntusu, teztez təkrarlanan dekompensasiyalaria, koqnitiv funksiyalarinin enməsi, anamnezində intihar cəhdi və qıcolma tutmaları ilə” (F07.0) aşkar olunur. 2-ci sual üzrə: İddiaçı canlı müayinəsi zamanı onda ##.##.2025-ci il tarixli, D********ZGR nömrəli Forma 88-də göstərilən diaqnozlar öz təsdiqini tapır. 3-cü sual üzrə: Yoxlanılan şəxs İddiaçı hazırda “Üzvi şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalarla, koqnitiv funksiyalarinin enməsi, anamnezində intihar cəhdi və qıcolma tutmaları ilə” (F07.0) aşkar olunur. 4-cü sual üzrə: Qeyd edilən pozuntu tez-tez təkrarlanan dekompensasiyalar, koqnitiv funksiyaların enməsi, intihar fikirləri və qıcolma tutmaları ilə özünü göstərir. 5-ci sual üzrə: Bu sualı cavablandırmaq məhkəmə-psixiatrik ekspertizasının səlahiyyətlərinə aid deyil. 6-cı sual üzrə: Bu sualı cavablandırmaq məhkəmə-psixiatrik ekspertizasının səlahiyyətlərinə aid deyil.

27. Məhkəmə kollegiyası hər iki ekspert rəyinə münasibətdə qeyd edir ki, ##.##.2025ci il tarixli, D********ZGR nömrəli Forma 88-də göstərilən diaqnozlar ekspert rəyində bir daha təsdiq olunmuşdur.

28. Həmin göndərişə əsasən iddiaçıda aşağıdakı xəstəliklər müəyyən olunmuşdur: Əsas diaqnoz: F07.0. Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyə pozuntusu, tez-tez baş verən dekompensasiyalar, koqnitiv funksiyaların enməsi, anamnezində intihar cəhdi, qıcolma tutmaları ilə. Ağırlaşma: T90.5. Kəllədaxili travmaların nəticələri, başın travmasının nəticələri Yanaşı xəstəliklər: G93.8. Baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri. Baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri. Yanaşı xəstəliklər: I25.1. Ürəyin aterosklerotik xəstəliyi, Ürəyin aterosklerotik xəstəliyi. Yanaşı xəstəliklər: Y36.2. Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, hərbi əməliyyatlar. Yanaşı xəstəliklər: I20.8. Stenokardiyanın digər formaları, Stenokardiyanın digər formaları.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə 2022-ci il ####un #-dən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli *** nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir.

30. Həmin Meyarların 3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31- 60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

31. “Əlilliyin müəyyən olunması Meyarları”nın 7.6.2-ci bəndində F07 kodlu xəstəlik əlilliyin təyin edilməsinə əsas verən xəstəlik kimi göstərilsə də, sadəcə diaqnozun iddiaçıda öz təsdiqini tapması əlilliyin təyininə əsas vermir. Əlilliyin təyini üçün həmin xəstəlik Meyarların ya 7.6.2.1, ya da 7.6.2.2-ci bəndində qeyd olunan əlamətlərlə müşahidə edilməlidir.

32. Belə ki, Meyarların 7.6.2.1-ci bəndə əsasən, F07 kodlu xəstəlik - əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) kimi patofunksional əlamətlərlə müşahidə edildiyi halda, orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə, 7.6.2.2-ci bəndə əsasən - məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya teztez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti olduğu hallarda orqanizmin funksiyalarının 65-80 pozulmasına görə əlillik təyininə əsasdır.

33. İş materiallarında olan ##.##.2025-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən də görünür ki, İddiaçı hazırda “Üzvi şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalaria, koqnitiv funksiyalarinin enməsi, anamnezində intihar cəhdi və qıcolma tutmaları ilə” (F07.0) aşkar olunur. “Üzvi şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalarla, koqnitiv funksiyalarinin enməsi, anamnezində intihar cəhdi və qıcolma tutmaları ilə” (F07.0) aşkar olunur. Diaqnoz tez-tez təkrarlanan dekompensasiyalar, koqnitiv funksiyaların enməsi, intihar fikirləri və qıcolma tutmaları ilə özünü göstərir.

34. Beləliklə, iddiaçıda olan həmin xəstəlik isə Meyarların 7.6.2.1-ci bəndinə uyğundur . 7.6.2.1. əmək əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, 35-60 2 il ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)

35. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instaniya məhkəməsi iddiaçı İddiaçı Bakı 2 X3 Xəstəxanasının ##.##.2025-ci il tarixli, D********ZGR nömrəli tibbi göndərişi üzrə (Forma 88) əliliyinin qiymətləndirildiyi ##.##.2025-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün və konstitusiya quruluşunun müdafiəsi səbəbi ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci yarımbəndinə əsasən (orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla) 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasına dair düzgün nəticəyə gəlmişdir.

36. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi “diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir” dəlilinə münasibətdə qeyd edir ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Hazırkı halda, həmin normaların tələblərinin cavabdeh tərəfindən təmin olunmadığı işin yuxarıda qeyd olunan halları ilə təsdiq olunmuşdur.

37. Həmçinin məhkəmə kollegiyası qeyd olunmasını zəruri hesab edir ki, oxşar iş üzrə Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasını *-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərardadında da qeyd olunmuşdur ki, “iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh, eyni zamanda, həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Odur ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bu mənada kassasiya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. Bundan əlavə, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, xx.xx.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli, xx.xx.2024-cü il tarixli *-*(***)-**/**** nömrəli, xx.xx.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli, xx.xx.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli, xx.xx.2024-cü il tarixli 2- *(***)-***/**** nömrəli qərarları).”

38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.

39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1c maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsini *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fərid Mədətli Hakimlər: Pərviz Hüseynov Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar