Məhkəmə qərarları › İş №2-1(3-6)-907/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-907/2026

07.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-907/2026 07.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Polis Idarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər: X12 (sədrlik edən və məruzəçi), X13 və X8 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, Iddiaçı İddiaçı, Üçüncü şəxs və digər üçüncü şəxslərin nümayəndəsi üçüncü şəxs4 iştirakları ilə, Iddiaçı İddiaçı üçüncü şəxslər qismində üçüncü şəxs2, üçüncü şəxs3, X1, üçüncü şəxs4 və üçüncü şəxs1 cəlb olunmaqla cavabdeh Bakı şəhəri Xətai rayon Polis Idarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)- *****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarından üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: IŞIN HALLARI:

1. Xətai rayon X4 tərəfindən verilmiş ****** nömrəli Orderə əsasən ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı ayrılmışdır.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/***q nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir, iddiaçılar üçüncü şəxs2, üçüncü şəxs3, X1, üçüncü şəxs4 və üçüncü şəxs1 Bakı şəhəri, ünvan 7 ** nömrəli mənzilindən (əvvəlki ünvanı: ünvan 2) istifadə hüquqları tanınmış və onların həmin mənzilə köçürülməsi qərara alınmışdır.

3. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2024-cü il tarixli *(***)-****/**** nömrəli Qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2024- cü il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ləğv edilmişdir. Iş üzrə yeni qətnamə çıxarılmışdır. Iddiaçılar üçüncü şəxs2, üçüncü şəxs3, X1, üçüncü şəxs4 və üçüncü şəxs1 cavabdehlər İddiaçı, X3 və X5 qarşı “mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddiası rədd edilmişdir.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli Qərarı ilə iddiaçılar üçüncü şəxs2, X1 və üçüncü şəxs4 tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Iddiaçı İddiaçıcavabdeh Bakı şəhəri Xətai rayon Polis Idarəsinə hazırki tələblə müraciət etsə də, lakin cavabdeh tərəfindən iddiaçıya ünvanlanan ##.##.2025-ci il tarixli *-**-**/*-X-***** nömrəli məktubda bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır. 1. Yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən 2. Başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq dövlət orqanının məlumatına əsasən 3. Öldükdə və ya məhkəmə qətnaməsi əsasında ölmüş elan edildikdə ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında 4. Yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında Qanunda göstərilən sənədlərdən hər-hansı birini təqdim etdiyiniz halda qeydiyyatdan çıxarılma məsələsi müsbət həll oluna bilər.

BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ ICRAAT:

6. Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Polis Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə üçüncü şəxs2, üçüncü şəxs3, X2, üçüncü şəxs4 və üçüncü şəxs1 ünvan 2 ünvanında yerləşən mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı, ünvan 2 ünvanında yerləşən və onun adına order əsasında verilmiş mənzilin qanuni istifadəçisidir və həmin ünvanda faktiki olaraq yaşayır. Həmin ünvanda üçüncü şəxs2, üçüncü şəxs3, X1, üçüncü şəxs4 və üçüncü şəxs1 qeydiyyatda olsalar da, onlar bu mənzildə heç vaxt yaşamayıblar. Azərbaycan Respublikası Ali Məhkəməsinin və Apellyasiya Məhkəməsinin müvafiq qərarları ilə göstərilən şəxslərin mənzildə yaşamaq hüququnun olmadığı rəsmən təsdiqlənmişdir. Bu səbəbdən iddiaçı qeyd olunan şəxslərin yaşayış yerindən qeydiyyatdan çıxarılması barədə ## ####### 2025- ci il tarixində Xətai Rayon Polis Idarəsinə müraciət etmişdir. Lakin mənzilə dair bütün tələb olunan sənədləri təqdim etməyinə baxmayaraq, polis orqanı tərəfindən iddiaçıya əsassız imtina cavabı verilmişdir.

8. Bakı Inzibati Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə üçüncü şəxs2, üçüncü şəxs3, X1, üçüncü şəxs4 və üçüncü şəxs1 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişdir.

9. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı ilə iddianın təmin edilərək, üçüncü şəxs2, üçüncü şəxs3, X1, üçüncü şəxs4 və üçüncü şəxs1 ünvan 4 (əvvəlki ünvanı: ünvan 2) ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Bakı şəhəri Xətai rayon Polis Idarəsinin üzərinə qoyulması qərara alınmışdır.

10. Həmin qərardan narazı qalan üçüncü şəxslər apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI VƏ MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI

Apellyasiya şikayətinin dəlilləri:

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Inzibati Məhkəməsi 2- 1(112)- *****/**** saylı iş üzrə ## ###### 2026-cı il tarixli qərar qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də hesab edir ki, Bakı Inzibati Məhkəməsinin yuxarıda qeyd etdiyim qərarı ləğv olunmalı, iddiaçının iddia tələbinin rədd olunmasına dair yeni qərar qəbul olunmalıdır. Aşağıdakılara görə hesab edir ki, Bakı Inzibati Məhkəməsinin 2-1(112)- *****/**** saylı iş üzrə qəbul etdiyi ## ###### 2026-cı il tarixli qərarı əsassız və qanunsuzdur. Işin müəyyən edilmiş həqiqi halları ondan ibarətdir ki, Bakı şəhəri, Xətai rayonu, 1130- 1133-cü məhəllə, ev 14-də yerləşən ** saylı mənzil order əsasında iddiaçıya və onun ailə üzvlərinə verilsə də həmin mənzilə dair iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Başqa sözlə iddiaçı sözügedən mənzilin mülkiyyətçisi deyildir. Işin müəyyən edilmiş həqiqi halları ondan ibarətdir ki, Bakı şəhəri, Xətai rayonu, 1130-1133-cü məhəllə, ev 14-də yerləşən ** saylı mənzil order əsasında iddiaçıya və onun ailə üzvlərinə verilsə də həmin mənzilə dair iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Başqa sözlə iddiaçı sözügedən mənzilin mülkiyyətçisi deyildir. Qanunverici isə qeydiyyatda olan şəxslərin mənzildən qeyddiyatdan çıxartmaq üçün iddia qaldırmaq hüququnu yalnız mülkiyyətçiyə aid etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ######## 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Konstitusya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında ifadə olunan hüquqi mövqe ondan ibarətdir ki, yalnız mülkiyyətçi onun mülkiyyətində olan mənzildə qeydiyyatda olan şəxsin qeydiyyatdan çıxartmaq hüququ vardır. Hazırkı halda iddiaçının yuxarıda qeyd olunan ünvanda yerləşən mənzilə dair mülkiyyət hüququ dövlət reyestrində qeydiyyatda alınmadığı üçün o, sözügedən mənzilin mülkiyyətçisi deyildir. Ona görə də iddiaçının hazırkı iddianın qaldırmaq üçün subyektiv hüququ yoxdur. Beləliklə, işin yuxarıda qeyd olunan həqiqiu hallarından və məhkəməyə təqdim olunmuş sübutlardan müəyyən olunur ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, 1130- 1133-cü məhəllə, ev 14-də yerləşən ** saylı mənzilin mülkiyyətçisi deyildir. Hazırkı halda iddiaçının bu iddianın qaldırması üçün subyektiv hüququ yoxdur. Eyni zamanda mənzil dövlətin mülkiyyətində olmağına baxmyayaraq məhkəmə işə baxarkən dövlətin müvafiq səlahiyyətli qurumunu məhkəmə icraatına cəlb etməmişdir. Qeyd olunanlardan görünür ki, məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də hesab edirəm ki, Bakı Inzibati Məhkəməsinin *- *(***)-*****/**** saylı iş üzrə qəbul etdiyi ## ###### 2026-cı il tarixli qərarı ləğv olunmalı, iddiaçının iddia tələbinin rədd olunmasına dair yeni qərar qəbul olunmalıdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunaraq apellyasiya şikayətinin təmin olunmaması və birinci instasiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aşağıda göstərdiyi səbəblərə görə hesab edirki, apellyasiya şikayəti əsassız olduğundan rədd edilməli, Bakı Inzibati Məhkəməsinin qərarı isə qüvvəsində saxlanmalıdır. Belə ki, apellyasiya şikayətində qeyd edilir ki, mübahisə predmeti olan mənzil mənim mülkiyyətimdə olmadığından guya hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ yoxdur. Bununla bağlı qeyd edir ki, Xətai rayon X4 tərəfindən verilmiş ****** nömrəli Orderə əsasən Bakı şəhəri, Xətai rayonu, 1130-1133-cü məhəllə, ev 14 ünvanında yerləşən ** saylı (hazırkı ünvanı ünvan 4) mənzil ona verilmişdir. Bu da o deməkdir ki, o həmin mənzilin əsas kirayədarı olmaqla mənzildən irəli gələn bütün hüquq və vəzifələrə malikdir. Bu hüquq isə ona mənzillə bağlı pozulmuş hüquqlarının aradan qaldırılması barədə məhkəmədə iddia qaldırmaq səlahiyyəti verir. Bundan başqa iş materialında olan Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Xətai Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilməklə, hazırkı iş üzrə 3-cü şəxslər üçüncü şəxs2, üçüncü şəxs3, X1, üçüncü şəxs4 və üçüncü şəxs1 mənə qarşı "Mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddiaları rədd edilmişdir. Iş materialında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli Qərarı ilə üçüncü şəxs2, X1 və üçüncü şəxs4 tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd etdiyi məhkəmə aktları ilə hazırkı iş üzrə 3-cü şəxslərin ünvan 2 (hazırki ünvanı Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsi, ev 28 mənzil 17) ünvanına dair heç bir hüquqlarının olmadığı müəyyən edilmişdir. Beləliklə də qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı əsasında 3-cü şəxslər üçüncü şəxs2, üçüncü şəxs3, X1, üçüncü şəxs4 və üçüncü şəxs1 mənzilə istifadə hüququnun tanınmasından imtina olunmuşdur. Belə ki, qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı ilə müəyyən olunmuşdur ki, həmin şəxslərin mübahisəli mənzildən istifadə hüququnun tanınması və onların mənzilə köçürülməsi üçün hər hansı əsas mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1 və 82.3-cü maddələrinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan başqa iş materialında olan Baş Pasport Qeydiyyat və Miqrasiya Idarəsi tərəfindən məhkəməyə ünvanlanan ##.##.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, 3-cü şəxslər üçüncü şəxs2, üçüncü şəxs3 ##.##.2003-cü il tarixdən ##.##.2012-ci il tarixədək ünvan 6 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olsalar da, lakin qeyd olunan şəxslərin qeydiyyata alınmalarına əsas olunmuş sənədlərin saxlanma müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən məhkəməyə göndərilməsi mümkün deyildir. Həmin məktubda o da qeyd edilir ki, 3-cü şəxslər Xamiyev Ənvər Rauf oğlu, üçüncü şəxs4 və üçüncü şəxs1 qeyd olunan ünvanda yaşayış yeri üzrə qeydiyyatda olmaları müəyyən edilməmişdir.

Tərəflərin izahatları

13. ##.##.2026-cı il tarixli məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh inzibati orqan lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdeh ##.##.2026-cı il tarixdə məktub göndərək məhkəmə iclasına onların nümayəndəsinin iştirakı olmadan baxılmasına etirazı olmadığını bildirmişdir. Inzibati məhkəmə icraatının iştirakçıları hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Bakı şəhəri Xətai rayon Polis Idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir.

14. Üçüncü şəxs və digər üçüncü şəxslərin nümayəndəsi üçüncü şəxs4 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və idda tələbinin rədd olunmasını xahiş etmişdir.

15. Iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılamsını xahiş etmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Konstitusiyası:

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu:

1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz.

2. Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qeydiyyatı həm yaşayış yeri, həm də müvəqqəti olduqları yer (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar, qəyyumun (himayəçinin), övladlığa götürən şəxsin yaşayış yeri) üzrə aparılır. 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir.

9. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9- cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” ##.##.2020-ci il tarixli Qərarı: ... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir...“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. ... Mülkiyyətçinin ərizəsi əsasında ona məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir.

20. Azərbaycan Respublikasının 1999-cu il # ###### tarixli, ***-IQ saylı Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə:

14. Vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır.

21. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASIYA INSTANSIYA MƏHKƏMƏSININ MÖVQEYI

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.

23. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

24. Hazırki işdə birinci instansiya məhkəməsinin qərarınından yalnız üçüncü şəxslər apellyasiya şikayəti verdiyindən və qərarı tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə onlara münasibətdə yoxlayır.

25. Iddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “öhdəliyin icrası haqqında” iddia növünə aid olduğundan və belə iddialar üzrə inzibati orqana müraciət şərti məcburi olsa da, məhkəməyə müraciət olunması ilə bağlı müddət qanunla müəyyən edilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbi inzibati orqan tərəfindən təmin edilmədikdən sonra o, iddia ilə məhkəməyə müraciət etmişdir ki, buna da sübyektiv hüququ mövcud olduğundan iddia mümkündür.

26. Işin mahiyyətinə gəldikdə isə hazırda iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis Idarəsinə qarşı tələbi “üçüncü şəxs2, üçüncü şəxs3, X2, üçüncü şəxs4 və üçüncü şəxs1 ünvan 4 (əvvəlki ünvanı: ünvan 2) ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Bakı şəhəri Xətai rayon Polis Idarəsinin üzərinə qoyulması” barədədir. Işə baxan birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı əsasında üçüncü şəxslər üçüncü şəxs2, üçüncü şəxs3, X1, üçüncü şəxs4 və üçüncü şəxs1 istifadə hüququnun tanınmasından imtina olunmuşdur. Belə ki, qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı ilə müəyyən olunmuşdur ki, həmin şəxslərin mübahisəli mənzildən istifdə hüququnun tanınması və onların mənzilə köçürülməsi üçün hər hansı əsas mövcud deyil.”

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəmənin mövqeyi ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ######## 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, yaşayış yeri üzrə pasport qeydiyyatından çıxarılması ilə bağlı mübahisəli hüquq münasibətinin həlli üçün iki hal müəyyən edilməlidir.

1. şəxsin həmin yaşayış evində yaşamaması və

2. həmin evə dair əmlak hüquqlarının mövcud olmaması.

29. Iş materiallarından müəyyən olunur ki, Xətai rayon X4 tərəfindən verilmiş ****** nömrəli Orderə əsasən ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı ayrılmışdır.

30. Baş Pasport Qeydiyyat və Miqrasiya Idarəsi tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanan ##.##.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, üçüncü şəxs2, üçüncü şəxs3 ##.##.2003-cü il tarixdən ##.##.2012-ci il tarixədək ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuşdurlar. Qeyd olunan şəxslərin qeydiyyata alınmalarına əsas olunmuş sənədlərin saxlanma müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən Sizə göndərilməsi mümkün deyildir. Əlavə olaraq bildirilir ki, X1, üçüncü şəxs4, üçüncü şəxs1 qeyd olunan ünvanda yaşayış yeri üzrə qeydiyyatda olmaları müəyyən edilməmişdir.

31. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsi tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanan ##.##.2026-cı il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 2 ünvanın qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.

32. Iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/***q nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir, iddiaçılar üçüncü şəxs2, üçüncü şəxs3, X1, üçüncü şəxs4 və üçüncü şəxs1 Bakı şəhəri, ünvan 7 ** nömrəli mənzilindən (əvvəlki ünvanı: ünvan 2) istifadə hüquqları tanınmış və onların həmin mənzilə köçürülməsi qərara alınmışdır.

33. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2024-cü il tarixli *(***)-****/**** nömrəli Qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2024- cü il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ləğv edilmişdir. Iş üzrə yeni qətnamə çıxarılmışdır. Iddiaçılar üçüncü şəxs2, üçüncü şəxs3, X1, üçüncü şəxs4 və üçüncü şəxs1 cavabdehlər İddiaçı, X3 və X5 qarşı “mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddiası rədd edilmişdir.

34. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli Qərarı ilə iddiaçılar üçüncü şəxs2, X1 və üçüncü şəxs4 tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

35. Beləliklə müəyyən olunur ki, iddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi mənzilə məhkəmə tərəfindən apellyatorun istifadə hüququ müəyyən edilməmişdir. Üçüncü şəxslər hazırda qeyd olunan ünvanda qeydiyyatda olsa da, orada yaşamırlar. Üçüncü şəxslər iddiaçıya məxsus ünvanda formal qeydiyyatdadırlar.

36. Ona görə də birinci instansiya məhkəməsinin “üçüncü şəxslərin yaşayış sahəsindən istifadə hüququnun tanınmasından imtina olunmasına dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan, mənzilin hazırkı mülkiyyətçisi onların qeydiyyatdan çıxarılmalarını tələb etməkdə haqlı olmuş, cavabdeh isə üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir” mövqeyi düzgün olmuşdur.

37. Bu səbəbdən yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür.

38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Üçüncü şəxslər qismində üçüncü şəxs2, üçüncü şəxs3, X1, üçüncü şəxs4 və üçüncü şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar