Məhkəmə qərarları › İş №2-1(3-6)-920/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-920/2026

22.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-920/2026 22.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI GIRIŞ HISSƏ: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X4 və X6 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Iddiaçı iddiaçı1 nümayəndəsi və vəkili vəkil2, Iddiaçı iddiaçı2 nümayəndəsi X2 və vəkili vəkil1, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Birgə iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsinə (hazırkı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Cavabdeh) qarşı “yeni ünvan verməklə çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarının icrası məsələsi üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadından iddiaçı iddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 4əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVIRI HISSƏ: Iddiaçılar iddiaçı2 və iddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qanuni qüvvəsini almış Bakı şəhəri Yasamal rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli *(**)-***/**** nömrəli qətnaməsi ilə qət edilmiş Bakı şəhəri Yasamal rayonu, Şərifzadə küçəsi, ** nömrəli evdən iddiaçı iddiaçı1 73/288 hissə və 119/288 hissədən 28.0 kv.metr payına uyğun olaraq istifadəsində olan “A” literli tikilinin 1; 2; və * saylı, “Q” literli tikilinin * saylı (13.3 kv.m) və “A” literli tikilinin həyət istiqamətinə 1.7 metr məsafədə sərhəd hasarı tikilməklə və ümumi sahəsi 75.73 kv.m olan tikililərin yerləşdiyi 0.012000 ha torpaq sahəsi naturada ayrılmaqla Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ** nömrəli evdən iddiaçı iddiaçı2 119/288 hissədən 49.8 kv.metr payına uyğun olaraq istifadəsində olan “Q” tikilinin 1; 2; 4 və * saylı tikililəri, “B" literli tikilinin 1 və * saylı tikililəri və ümumi sahəsi 49.8 kv.m olan tikililərin yerləşdiyi 0.008466 ha torpaq sahəsi naturada ayrılmaqla mülkiyyət hüquqlarını reyestrdə dövlət qeydiyyatına alaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bakı Ərazi idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçıların nümayəndəsi (vəkili) məhkəməyə ərizə təqdim edərək Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qanuni qüvvəsinin almış ##.##.2023-cü il tarixli, 2(004)- ***/**** saylı qətnaməsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ** nömrəli evdən iddiaçı iddiaçı1 73/288 hissə və 119/288 hissədən 28.0 kv.m payına uyğun olaraq istifadəsində olan “A” literli tikilinin 1, 2 və * saylı, “Q” literli tikilinin * saylı (13.3 kv.m) və “A” literli tikilinin həyət istiqamətinə 1.7 metr məsafədə sərhəd hasarı tikilməklə ümumi sahəsi 75.73 kv.m olan tikililərin yerləşdiyi 0.012,000 ha torpaq sahəsi ilə birlikdə; və Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ** nömrəli evdən iddiaçı iddiaçı2 119/288 hissədən 49.8 kv.m payına uyğun olaraq istifadəsində olan “Q” tikilinin 1, 2, 4 və * saylı tikililəri, “B” literli tikilinin 1 və * saylı tikililəri və ümumi sahəsi 49.8 kv.m olan tikililərin yerləşdiyi 0.008466 ha torpaq sahəsi ilə birlikdə iddiaçıların hər birinə yeni ünvan verilməklə həmin əmlaklar barədə qətnamədə qeyd olunan qaydada (ölçülər üzrə) vahid əmlak kimi mülkiyyət hüquqlarının dövlət reyestrdə alınaraq hər birinin adına çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Cavabdehn * saylı Bakı Ərazi Idarəsinin üzərinə öhdəlik qoyulması barədə qərar edilməsini xahiş etmişdir. Iddiaçıların nümayəndəsi (vəkili) daha sonra məhkəməyə ərizə təqdim edərək iddia tələbində sərhəd hasarı tikilməklə ifadəsini 1.7 metr məsafədə sərhəd hasarı olmaqla iddia ərizəsində qeyd olunmuş ölçülərdə torpaq sahələrinin istifadə hüququ kimi qeyd olunması kimi qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli Qərarı ilə Bakı şəhəri Yasamal rayonu, Şərifzadə küçəsi, ** nömrəli evdən 73/288 hissə və 119/288 hissədən 28.0 kv.metr payına uyğun olaraq istifadəsində olan “A” literli tikilinin 1; 2; və * saylı, “Q” literli tikilinin * saylı (13.3 kv.m) və “A” literli tikilinin həyət istiqamətinə 1.7 metr məsafədə sərhəd hasarı olmaqla və istifadədə olan 0.012000 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 75.73 kv.m olan tikililərə (yeni) ünvan verməklə iddiaçı iddiaçı1 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına ayrıca çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Cavabdeh * saylı Bakı Ərazi Idarəsinin üzərinə qoyulmuşdur. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ** nömrəli evdən 119/288 hissədən 49.8 kv.metr payına uyğun olaraq istifadəsində olan “Q” tikilinin 1; 2; 4 və * saylı tikililəri, “B" literli tikilinin 1 və * saylı tikililəri və istifadədə olan 0.008466 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 49.8 kv.m olan tikililərə (yeni) ünvan verməklə iddiaçı iddiaçı2 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına ayrıca çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Cavabdeh * saylı Bakı Ərazi Idarəsinin üzərinə qoyulmuşdur. Məhkəmə qərarından apellyasiya şikayəti verilməmiş və qərar qanuni qüvvəyə minmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan ##.##.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərarı icra edilmiş Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi, ev – (Yeni qaydalarla: AZ 1138, ünvan 3) ünvanında yerləşən fərdi yaşayış evinə dair iddiaçı2 adına ********** qeydiyyat nömrəli, ##.##.2025-ci il tarixli elektron çıxarış hazırlanmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dölət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev – (Yeni qaydalarla: AZ1138, ünvan 3) ünvanında yerləşən ümumi sahəsi 58 kv.m olan fərdi yaşayış evi və 0.007 ha torpaq sahəsi ##.##.2025-ci il tarixdə iddiaçı2 adına qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan ##.##.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərarı icra edilmiş Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi, ev 35 (Yeni qaydalarla: AZ 1138, ünvan 2) ünvanında yerləşən fərdi yaşayış evinə dair iddiaçı1 adına ********** qeydiyyat nömrəli, ##.##.2025-ci il tarixli elektron çıxarış hazırlanmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dölət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 35 (Yeni qaydalarla: AZ1138, ünvan 2) ünvanında yerləşən ümumi sahəsi 75,4 kv.m olan fərdi yaşayış evi və 0.0097 ha torpaq sahəsi ##.##.2025-ci il tarixdə iddiaçı1 adına qeydiyyata alınmışdır. Iddiaçı X5 tərəfindən məhkəməyə ərizə təqdim olunaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarının tam icra edilmədiyi bildirilmişdir. Ərizədə qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə ərizə ilə müraciət edərək Bakı Inzibati Məhkəməsinin ## ###### 2024-cii il tarixli icra olunması üçün göndərilmiş 2-l(112)- ****/**** nömrəli ## ######## 2024-cü il tarixli qərarının tam icra edilməsini təmin edilməsini” xahiş etmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bakı Ərazi Idarəsinin ona ünvanladığı ## #### 2025-ci il tarixli 3- 21-3-30/2-7-0670-8/2025; ************ nömrəli imtina məktubu verilmişdir. Həmin məktubda yazılmışdır ki; “ünvan 1 ünvanında yerləşən ** saylı fərdi yaşayış evinə dair verilmiş sənədlərdə düzəliş edilməsi ilə bağlı * saylı Bakı Ərazi Idarəsinə daxil olmuş ********** nömrəli, ##.##.2025-ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Nəzərinizə çatdırırıq ki, fərdi yaşayış evinə dair verilmiş sənədlər təqdim edilmiş məhkəmə qərarına uyğun olaraq qanunamüvafiq qaydada icra edilmişdir. Belə ki, ünvanda naturada bölgü tərəflərin iştirakı ilə aparılmış bölgü işləri nəticəsində tərtib edilmiş cizgiyə uyğun icra edilmişdir.” Halbuki Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bakı Ərazi Idarəsinin qeydiyyat tarixi ## ###### 2025-ci il tarixli (qeydiyyat nömrəsi 1125014055, daşınmaz əmlakın reyestr nömrəsi 011013002605-10301) çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev35 Yeni qaydalarla: AZ 1138, ünvan 2 ünvanı və 75.40 daşınmaz əmlakın ümumi sahəsi (kvadratmetrlə) və torpaq sahəsinin ölçüsü (hektarla) 0.0116 yazılmışdır. Verilmiş bu çıxarışda 28.0 kv. metr tikili və yerləşdiyi torpaq sahəsi az yazılmaqla yanlışlığa yol verilmişdir. Belə ki, Bakı Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli 2-1(112)- ****/**** nömrəli ## ######## 2024-cü il tarixli qərarı tam icra edilməmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı (hakim A.Babayev) ilə ərizə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı iddiaçı1 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda daşınmaz əmlakın ümumi sahəsi 75,4 kv.m qeyd olunmuşdur (qeydiyyat nömrəsi: **********) və müvafiq göstərici yekun məhkəmə aktı ilə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi nəzərdə tutulan sahəyə uyğundur. Belə ki, iş materiallarına əlavə olunmuş mütəxəssis rəyindən də göründüyü kimi iddiaçı tərəfindən çıxarışda qeyd edilmədiyi iddia olunan 28.0 kv.m sahə 75,4 kv.m ümumi sahənin tərkibində nəzərə alınmışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, təqdim edilən sənədlərə və məlumatlara əsasən məhkəmə qərarı cavabdeh tərəfindən lazımi qaydada icra edilmişdir. Həmin qərardaddan narazı qalan iddiaçı X5 ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, ərizənin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Inzibati Məhkəməsi ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli ərizənin təmin edilməməsi barədə qərardadını qəbul edərkən istinad etdiyi maddi hüquq norması hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına istinad etməli olduğu halda buna əməl etməmiş, məhkəmə qərarında həmin zaman qüvvədə olan maddi hüquq normalarına deyil, hazırda qüvvədə olan maddi hüquq normalarına istinad etməklə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Bakı Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli *-*(***)-****/**** nömrəli ## ######## 2024-cü il tarixli qərarı cavabdeh təşkilat tərəfindən tam icra edilməmişdir. Hesab edirlər ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmiş və hüquq norması düzgün tətbiq edilməmiş və düzgün olmayan nəticəyə gəlinmişdir. Habelə prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmiş, ədalətli məhkəmə araşdırması aparılmamışdır, belə ki məhkəmə işə baxarkən qanuni qüvvəsini almış Bakı Inzibahi Məhkəməsinin ## ######## 2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qanuni qüvvəsinin almış ##.##.2023-cü il tarixli, *(***)- ***/**** saylı qətnaməsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ** nömrəli evdən iddiaçı iddiaçı1 73/288 hissə və 119/288 hissədən 28.0 kv.m payına uyğun olaraq istifadəsində olan “A” literli tikilinin * saylı otağın sahəsi 20.6 kv.m, * saylı otağın sahəsi 27.2 kv.m və * saylı otağın sahəsi 14.6 kv.m, “Q” literli tikilinin * saylı otağın sahəsi 13.3 kv.m sahəsi sahəni hesabladıqda 75.7 kv.m olduğunu məhkəmə nəzərə almamış, cavabdeh tərəfindən verilmiş çıxarış və texniki pasportda göstərilən ölçülər və ekspert rəyi diqqətlə araşdırılmamış və 28 kv.m az verilməsi nəzərə alınmamışdır. Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli 2-1 (***)-****/**** nömrəli qərardadının ləğv edilərək ərizənin təmin olunması barədə yeni qərardad qəbul edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddiaçı1 nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək ərizənin təmin edilməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, məhkəmə qərarında iddiaçı iddiaçı1 aid hissədə tikililərin sahəsi düzgün nəzərə alınmamışdır. Belə ki, digər tikililərdən əlavə paylı mülkiyyətdə olan 119\288 hissə payın 28 kvm hissəsi iddiaçı iddiaçı2 digər iddiaçı iddiaçı1 ## ###### 2022-ci il tarixli bağışılama müqaviləsinə əsasən bağışlanmışdır. Məhkəmə qərarında da həmin hissə qeyd edilsə də lakin inzibati orqan icra zamanı həmin hissəni və onun yerləşdiyi torpaq sahəsini qeydiyyata almamış, çıxarışda əks elətdirməmişdir. Birinci instansiya məəhkəməsi də bu hala düzgün qiymət verməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddiaçı2 nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər, cavabdeh inzibati orqan tərəfindən verilmiş çıxarışla razılaşdıqlarını bildirdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDIRICI HISSƏ: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Inzibati Məhkəməsinin *- *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı ləğv edilməli, ərizə mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası əvvəla iş materiallarında olan sənədlərə diqqət yetirir: - Cavabdeh inzibati orqan ##.##.2024-cü il tarixli məktubla Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən ** saylı evin texniki vəziyyətini əks etdirən müayinə aktının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. ##.##.2023-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında çıxarış tex/pasporta əsasən hüquqmüəyyənedici sənəd və faktiki sahə üzrə A tikilisi – 2otaq ü/sahə -62.4, B tikilisi 2 otaq ü/sahə -49.2 m2, 1 otaq ü/sahə-21.0 m2, 3 otaq ü/sahə -55.7 m2, torpaq sahəsi ü/sahə 307.2 m2 qeyd edilmişdir. Sözü gedən ünvanda yerləşən paylı mülkə baxış keçirildi və məlum oldu ki, tikililər mövcuddur. Paylı mülklərdən “B” yaşayış evinin 1 və * saylı 17.3 m2 sahəsi “Q” tikilisinin yalnız 1,2,4,* saylı sahələri 42.7 m2 olmaqla ərizəçinin istifadəsindədir. Qalan hissələri isə digər payçıların istifadəsindədir və girişləri ayrıdır. Həmçinin B-tikilisinin digər payçının istifadəsində qalan 2;* saylı 31.9 m2-lik hissəsində 2-ci mərtəbə inşa edilmişdir və Q-tikilisindən damı bir olan ayrılmış 13.0 m2-lik sahə A-yaşayış evinə qapı açaraq birləşdirilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən təyin edilmiş ekspertizaya əsasən təqdim olunmuş ##.##.2023-cü il tarixli, *** nömrəli Mütəxəssis rəyində qeyd edilmişdir ki, 1) iddiaçı - iddiaçı1 73/288 hissə və 119/288 hissədən 28.0 kv.metr payına uyğun olaraq istifadəsində olan “A” literli tikilinin 1; 2; və * saylı, “Q” literli tikilinin * saylı (13.3 kv.m) və “A" literli tikilinin həyət istiqamətinə 1.7 metr məsafədə sərhəd hasarı tikilməklə və ümumi sahəsi 75.73 kv.m olan tikililərin yerləşdiyi 0.012000 ha torpaq sahəsi ayrılmalıdır; 2) iddiaçı - iddiaçı2 119/288 hissədən 49.8 kv.metr payına uyğun olaraq istifadəsində olan “Q” tikilinin 1; 2; 4 və * saylı tikililəri, “B” literli tikilinin 1 və * saylı tikililəri və ümumi sahəsi 49.8 kv.m olan tikililərin yerləşdiyi 0.008466 ha torpaq sahəsi ayrılmalıdır. Faktiki Hüquq Əmlakın ümumi torpaq Payı Ümumi birgə sahibinin adı sahəsi sahəsi 0.0307 ha Tikili sahəsi – 119/228 125,53 kv.m, iddiaçı2 hissədən 49.8 49.8 0,008466 Torpaq sahəsi – kv.m 0,020466 ha 73/288 hissə və 119/288 iddiaçı1 75.73 0,012000 hissədən 28.0 kv.m - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan ##.##.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərarı icra edilmiş, Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi, ev – (Yeni qaydalarla: AZ 1138, ünvan 3) ünvanında yerləşən fərdi yaşayış evinə dair iddiaçı2 adına ********** qeydiyyat nömrəli, ##.##.2025-ci il tarixli elektron çıxarış hazırlanmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dölət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev – (Yeni qaydalarla: AZ1138, ünvan 3) ünvanında yerləşən ümumi sahəsi 58 kv.m olan fərdi yaşayış evi və 0.007 ha torpaq sahəsi ##.##.2025-ci il tarixdə iddiaçı2 adına qeydiyyata alınmışdır. - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan ##.##.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərarı icra edilmiş, Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi, ev 35 (Yeni qaydalarla: AZ 1138, ünvan 2) ünvanında yerləşən fərdi yaşayış evinə dair iddiaçı1 adına ********** qeydiyyat nömrəli, ##.##.2025-ci il tarixli elektron çıxarış hazırlanmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dölət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 35 (Yeni qaydalarla: AZ1138, ünvan 2) ünvanında yerləşən ümumi sahəsi 75,4 kv.m olan fərdi yaşayış evi və 0.0097 ha torpaq sahəsi ##.##.2025-ci il tarixdə iddiaçı1 adına qeydiyyata alınmışdır. - Cavabdeh tərəfindən iddiaçı iddiaçı1 ünvanlanan ##.##.2025-ci il tarixli məktubla bildirilmişdir ki, fərdi yaşayış evinə dair verilmiş sənədlər təqdim edilmiş məhkəmə qərarına uyğun olaraq qanunamüvafiq qaydada icra edilmişdir. Belə ki, ünvanda naturada bğlgü tərəflərin iştirakı ilə aparılmış bölgü işləri nəticəsində tərtib edilmiş cizgiyə uyğun icra edilmişdir. Işin faktiki hallarından görünür ki, iddiaçı iddiaçı1 yekun məhkəmə aktının tam icra olunmamasını əsas gətirərək onun adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda daşınmaz əmlakın sahəsi 28,0 kv.m az göstərildiyini bildirmiş, məhkəmə qərarının tam icra olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, hazırki iş üzrə yekun məhkəmə aktı qəbul edilərkən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli Qətnaməsinə istinad edilmişdir. Həmin qətnamə ilə birgə iddiaçılara məxsus daşınmaz əmlak naturada bölünmüş və qətnamə də hazırda qüvvədədir. Həmin mülki iş üzrə araşdırma zamanı da payların naturada ayrılmasına dair plan-sxem hazırlanmış və iş materiallarına əlavə olunan həmin plan-sxemdə də hazırda ərizə ilə müraciət edən iddiaçı iddiaçı1 payına düşən əmlak 75,73 kvm, torpaq sahəsi 0,012 ha olduğu qeyd edilmişdir. Apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlillərinin yoxlanılması məqsədilə mübahisəli ünvanda yerləşən fərdi yaşayış evinə tərəflərin iştirakı ilə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, mənzilə küçə tərəfdən açılmış qapıdan giriş mövcuddur. Qapıdan girən kimi 1 dəhliz və onun ardınca 3 otaq mövcuddur. Mütəxəssis texniki pasporta əsasən giriş hissədə təxmini 14 m2 dəhlizin və ondan sonra yerləşən 2 otağın qeydiyyata alındığını, sonda yerləşən digər otağın qeydiyyata alınmadığını bildirdi. Həmin otağın sahəsinin təxminən 15 m2 olduğunu bildirdi. Iddiaçının nümayəndəsi-vəkili həmin otağın əvvəllər daha geniş olduğunu və onun 13 m2 hissəsinin diklə ayrıldığını bildirdi və həmin hissəyə giriş mənzildən kənar, yan həyətdən mövcud olduğu aşkar edilmişdir. Digər həyətdə isə digər iddiaçıya məxsus əmlak yerləşir. Inzibati işin materiallarından aydın olur ki, iddiaçı iddiaçı1 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda daşınmaz əmlakın ümumi sahəsi 75,4 kv.m qeyd olunmuşdur (qeydiyyat nömrəsi: **********) və müvafiq göstərici yekun məhkəmə aktı ilə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi nəzərdə tutulan sahəyə uyğundur. Belə ki, iş materiallarına əlavə olunmuş mütəxəssis rəyindən də göründüyü kimi iddiaçı tərəfindən çıxarışda qeyd edilmədiyi iddia olunan 28.0 kv.m sahə 75,4 kv.m ümumi sahənin tərkibində nəzərə alınmışdır. Göründüyü kimi iddiaçının hüquqi marağı onun adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda daşınmaz əmlakın sahəsi 28,0 kv.m az göstərildiyindən həmin sahənin də əlavə edilərək qeydə alınmasına yönəlmişdir. Iddiaçının nümayəndəsi və vəkili isə məhkəmə qərarında qeyd edilmiş 28 kv.m hissənin və onun yerləşdiyi torpaq sahəsinin ümumi sahə kimi qeyd edilmiş 75,73 kv.m sahə ilə birlikdə ümumilikdə 103,73 kv.m tikili sahəsi və onun yerləşdiyi torpaq sahəsi ilə bağlı çıxarışın hazırlanmalı olduğunu iddia edir. Belə olan halda apellyasiya baxışı zamanı məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinə uyğun xidməti vəzifədən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardım göstərərək ərizəçiyə *-*(***)-****/**** nömrəli, ## ######## 2024-cü il tarixli qərarına izah verilməsi barədə ərizə ilə müraciət etmək hüququnun olduğu bildirilmişdir. Belə ki, hazırkı ərizənin mahiyyətindən və məhkəmə araşdırmaları zamanı tərəflərin izahatından, xüsusən iddiaçı iddiaçı1 nümayəndəsi və vəkilinin izahatlarından müəyyən olunur ki, iddiaçı qərarın düzgün anlaşılmadığından və bu əsasla da düzgün icra olunmadığından narazıdır. Belə olan halda isə ilkin olaraq qərara izah verilməsi ilə bağlı müraciət etmək hüququna malikdir. Kollegiyanın qənaəti ondan ibarətdir ki, ərizəçi hazırkı məqsədinə digər məzmunda ərizə təqdim etməklə nail ola biləcəyindən hazırkı ərizəsi mümkünsüzdür. Beləliklə, birinci instansiya məhkəməsi ərizənin mümkünlüyünü düzgün araşdırmamış, ərizəyə mahiyyəti üzrə baxaraq, ərizəni təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı ləğv edilməli, ərizə mümkün sayılmamalıdır. NƏTICƏVI HISSƏ: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçı iddiaçı1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı ləğv edilsin. Iddiaçı iddiaçı1 Bakı Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarının icrası məsələsinə dair ərizəsi mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Şərafət Məmmədova Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar