Azərbaycan̈Respublikası̈adından Qərar Bakı̈şəhəri İş̈№̈2-1(3-6)-925/2026 22.07.2026 BAKÏAPELLYASIYÄMƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “daşınmaz əmlaka hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı̈ApellyasiyäMəhkəməsinin̈İnzibatïkollegiyası Hakimlər̈Ağalarov̈Həmid̈Azər̈oğlunun̈sədrliyïvə̈məruzəsïilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə̈iclasının̈katibïŞirinoväLamiyə̈Fehruz̈qızının̈katibliyi, iddiaçının̈nümayəndəsïvə̈vəkilïİbrahimov̈Azər̈Famil̈oğlunun, cavabdehin̈nümayəndəsïX6̈iştirakı̈ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “daşınmaz əmlaka hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə ##.##.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən ****a saylı bağ sahəsinə dair X3 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bağ sahəsinin sonuncuya məxsus olması barədə arayışın verilməsi ilə bağlı cavabdeh orqana etdiyi müraciət, order barədə idarənin arxiv əsaslarında hər hansı məlumatın aşkar edilməməsi, əlavə edilmiş arxiv arayışında torpaq sahəsi barədə məlumatın qeyd olunmaması, həmçinin eyni arxiv arayışının X3 tərəfindən fərqli torpaq sahəsi ilə bağlı idarəyə ünvanlanmış müraciət zamanı tədqim edilməsi əsası ilə təmin edilməmişdir. İddiaçı İddiaçı cavabdeh Cavabdeh * saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti başçısının *** nömrəli ##.##.1993-cü il tarixli Sərəncamı ilə yaradılmış *** nömrəli Bağ Tikinti Kooperativinin (BTK) nəzdində olan və təqdim edilmiş ** nömrəli order əsasında mərhum X3 qanuni istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən sahəsi 1200 kv.m. təşkil edən ****A nömrəli bağ (torpaq) sahəsinə dair hüquqların mərhum X3 məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən Arayışın verilməsi öhdəliyinin̈cavabdehin̈üzərinə̈qoyulması̈barədə̈qərar̈qəbul̈edilməsinïxahiş̈etmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının *** nömrəli ##.##.1993-cü il tarixli Sərəncamı ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən sahəsi 1200 kv.m. təşkil edən ****A nömrəli bağ sahəsi *** nömrəli Bağ Tikinti Kooperativinin (BTK) nəzdində olmaqla mərhum atası X3 ayrılmışdır. Torpaq sahəsinə dair *** nömrəli BTK-nın ** nömrəli orderi verilmişdir. Bağ sahəsi ayrıldığı vaxtdan sahiblik və istifadəsindədir. ##.##.2016-cı il tarixdə atası X4 ölmüşdür. Mərhumun ölümündən sonra Bakı şəhəri ** nömrəli Notariat ofisində vərəsəlik işi açılmış, onun mərhumun vərəsəsi olması haqqında ** nömrəli ## ###### 2025-ci il tarixli məlumat məktubu verilmişdir. Bundan sonra cavabdeh təşkilata ##.##.2025-ci il tarixdə ********** nömrəli ərizə ilə müraciət edərək, hüquqların mərhum atası X3 məxsus olması haqqında Arayış verilməsini xahiş etmişdir. Mərhum hələ sağlığında hüquqların qeydiyyatı ilə bağlı müraciət etmiş, lakin ərizəsinin icrasından imtina edilmişdir. Tərəfindən verilmiş ərizəyə ##.##.2025-ci il tarixli ************ nömrəli məktubla cavab verilmişdir. Cavab məktubunda “order barədə idarənin arxiv əsaslarında hər hansı məlumatın aşkar edilmədiyi, əlavə edilmiş arxiv arayışında torpaq sahəsi barədə məlumat qeyd olunmadığı, həmçinin eyni arxiv arayışının X3 tərəfindən fərqli torpaq sahəsi ilə bağlı idarəyə ünvanlanmış müraciət zamanı tədqim edildiyi” göstərilərək, qeydiyyat aparılmasından imtina edilmişdir. İlk növbədə imtina əsaslarına dair münasibətini bildirməyi zəruri hesab edir. “Order barədə idarənin arxiv əsaslarında məlumatın olmaması” imtina əsası deyil, belə ki, BTK üzvləri siyahısında mərhumun adının olması və orderin əslinin tərəfindən təqdim edilməsi kifayətdir. “Əlavə edilmiş arxiv arayışında torpaq sahəsi barədə məlumat qeyd olunmadığı” barədə göstərilənləri bəhanə hesab edir. Belə ki, BTK ilə bağlı olan istənilən arxiv arayışında torpaq sahəsi göstərilmir. Onların təqdim etdiyi Arxiv arayışı bu xüsusiyyətinə görə digərlərindən fərqlənmir. “Eyni arxiv arayışının X3 tərəfindən fərqli torpaq sahəsi ilə bağlı idarəyə ünvanlanmış müraciət zamanı təqdim edildiyi” barədə göstərilənlər onun üçün anlaşılmazdır. Belə ki, torpaq sahəsi əvvəldən istifadəsində olan eyni sahədir. Mərhumun ərizə ilə müraciət etdiyini bilir. Həmin vaxt sənədləşmə ilə mərhum özü məşğul olurdu. Həmin müraciətlə əlaqədar hansısa başqa ərazinin göstərildiyi ağlabatan deyil. Digər tərəfdən, hal-hazırkı müraciətin araşdırılması ilə bağlı belə bir imtina səbəbinin göstərilməsi də yanlışdır. Cavabdeh təşkkilatın hüquqların dövlət qeydiyyatınäalınmasından̈yayınması̈onun̈hüquqlarını̈pozur. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, təqdim edilmiş order barədə İdarənin arxiv əsaslarında hər hansı məlumat aşkar edilməmişdir. Bundan başqa, əlavə edilmiş arxiv arayışında torpaq sahəsi barədə məlumat qeyd olunmamış, həmçinin eyni arxiv arayışı X3 tərəfindən fərqli torpaq sahəsi ilə bağlı idarəyə ünvanlanmış müraciət zamanı təqdim edilmişdir. Elektron kadastr məlumatlarına əsasən göstərilən sahə bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, faktiki sahə 600-lə başlayan bağların ərazisinə uyğun gəlir. Həmçinin sahənin bir hissəsi (təqribi 62 kv.m ) digər şəxs - X1 (fin : 14E1KBV) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin sahənin 312 kv.m hissəsinə digər şəxs X2 müraciəti və Bakı İnzibati Məhkəməsində 2- *(***)-****/**** nömrəlïinzibatïiş̈mövcud̈olmuşdur̈(iddiätələbïrədd̈edilmişdir). Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı Şəhər İcra Hakimiyyəti başçısının *** nömrəli ##.##.1993-cü il tarixli Sərəncamı ilə yaradılmış *** nömrəli Bağ Tikinti Kooperativinin (BTK) nəzdində olan və təqdim edilmiş ** saylı Order əsasında mərhum X3 qanuni istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən sahəsi 1200 kv.m. təşkil edən ****a saylı bağ (torpaq) sahəsinə dair hüquqların mərhum X3 məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi öhdəliyinin cavabdeh Cavabdeh *̈saylı̈Bakı̈Ərazïİdarəsinə̈həvalə̈edilməsïqəraräalınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək,̈qərarın̈ləğv̈edilməsïvə̈iddianın̈təmin̈edilməməsinïxahiş̈etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqdim edilmiş order barədə İdarənin arxiv əsaslarında hər hansı məlumat aşkar edilməmişdir. Bundan başqa, əlavə edilmiş arxiv arayışında torpaq sahəsi barədə məlumat qeyd olunmamış, həmçinin eyni arxiv arayışı X3 tərəfindən fərqli torpaq sahəsi ilə bağlı idarəyə ünvanlanmış müraciət zamanı təqdim edilmişdir. Elektron kadastr məlumatlarına əsasən göstərilən sahə bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, faktiki sahə 600-lə başlayan bağların ərazisinə uyğun gəlir. Həmçinin sahənin bir hissəsi (təqribi 62 kv.m ) digər şəxs - X1 (fin:14E1KBV) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin sahənin 312 kv.m hissəsinə digər şəxs X2 müraciəti və Bakı İnzibati Məhkəməsində *-*(***)-****/**** nömrəli inzibati iş mövcud olmuşdur. Məhkəmə tərəfindən torpaq sahəsinin iddiaçının adına qanunamüvafiq qaydada ayrılması̈ilə̈bağlı̈tam̈və̈ətraflı̈araşdırmäaparılmamışdır. Apellyasiya icraatı zamanı ##.##.2026-cı il tarixli məhkəmə iclasında məhkəmə kollegiyasının protokol qaydasında qəbul etdiyi qərardadla, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 58-ci maddəsinə əsasən, cavabdeh Cavabdeh * saylı Bakı̈Ərazïİdarəsïhüquq̈varisïCavabdeḧilə̈əvəz̈edilmişdir. İddiaçının nümayəndəsi və vəkili iddianın dəyişdirilməsi barədə ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən sahəsi 1124 kv.m. sahəsi olan ****A nömrəli bağ (torpaq) sahəsinə mülkiyyət hüququnun X3 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollgiyasının ##.##.2026-cı il tarixli, *-*(*- *)-***/**** nömrəli qərardadı ilə, iddianın dəyişdirilməsi qeyd edilən məzmunda qəbul edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsïbarədə̈qərar̈qəbul̈edilməsinïxahiş̈etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və dəyişdirilmiş̈iddiätələbinin̈təmin̈edilməsinïxahiş̈etmişdir. ƏSASLANDIRMA HİSSƏSİ Apellyasiya şikayətinin və iddianın mümkünlüyü: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə̈baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir,̈şikayətin̈mümkün̈sayılmaması̈üçün̈əsaslar̈yoxdur Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün̈hesab̈edilir.̈ Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə̈icraatı̈qaydasındäbaxılmalıdır.̈̈ İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası̈haqqındäiddia)̈inzibatïməhkəmə̈icraatı̈qaydasındäbaxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə̈yönəlməyən)̈müəyyən̈hərəkətlərin̈edilməsinïtələb̈edə̈bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsïyaranmışdır.̈ Faktiki hallar və sübutlar: İş̈materiallarındäolan̈və̈məhkəmə̈baxışındätədqiq̈edilmiş: Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin Ləhiş bağlar sahəsindəki *** saylı kooperativin ** nömrəli orderindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin ##.##.1993-cü il tarixli *** nömrəli qərarına əsasən Ləhiş bağ massivində yerləşən 0,12 ha sahəsi olan ****a saylı bağ sahəsi X3 ayrılmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin ##.##.1993-cü il tarixli *** nömrəli qərarına dair Bakı Şəhər İcra Hakimiyyətïtərəfindən̈Arxiv̈arayışı̈verilmişdir.̈ Məhkəmə sorğusu əsasında ##.##.2026-cı il tarixli məktubla cavabdeh tərəfindən bildirilmişdir ki, göstərilən torpaq sahəsi (****a saylı bağ sahəsi kimi) sənəd üzrə 1200,0 kv.m olsa da, faktiki olaraq 1186,0 kv.m təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin (bağ sahəsi) yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, qeyd olunan bağın nömrəsi göstərilən əraziyə aid deyil. Torpaq sahəsi 6100 nömrəsi ilə başlayan bağların ərazisidir. Sözügedən sahənin bir hissəsi X1 adına ************ reyestr nömrəli sahə ilə, bir hissəsi isə digər fiziki şəxsin müraciət etdiyi sahə ilə üst-üstə düşür. Sahə “Yaşayış məntəqələrinin̈torpaqları”̈kateqoriyasınäaid̈olmaqläDövləẗmülkiyyətïtorpağıdır.̈ Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən ##.##.2025-ci il tarixli müayinə (baxış) aktından isə görünür ki, torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 0,12 ha, faktiki sahəsi 0,1186 ha təşkil edir. Bağ sahəsinin sərhədləri bir sıra mişar daşı düzülərək ayrılmışdır. Tikili yoxdur. Yerli baxış zamanı nümayəndə ümumi ərazidə bir sıra mişar daşı düzülən sahəni göstərərək ona aid olduğunu bildirdi. Bağ sahəsinin naturada yerləşməsi sxematik xəritəyə uyğun gəlmir. Belə ki, təqdim edilən sənədin sözügedən əraziyə̈aidiyyatı̈yoxdur.̈****Änömrəlïbağ̈nömrəsïilə̈X5̈adınämüraciəẗolub. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə̈13.̈Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə̈olunur. ... Maddə̈29.̈Mülkiyyəẗhüququ İ.̈Hər̈kəsin̈mülkiyyəẗhüquqüvardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusïmülkiyyəẗhüquqüqanunläqorunur. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə̈2.̈Daşınmaz̈əmlakähüquqların̈dövləẗqeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin̈dövləẗtərəfindən̈tanınması̈və̈təsdiq̈edilməsïbarədə̈hüquqïaktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində̈(bundan̈sonrä-̈dövləẗreyestri)̈aparılır. 2.3.̈Daşınmaz̈əmlak̈üzərində̈qeydiyyatäalınmış̈hüquq̈mübahisələndirilə̈bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə̈3.̈Daşınmaz̈əmlakähüquqların̈qeydiyyatı̈haqqındäqanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqïaktlardan̈ibarətdir. ... Maddə̈8.̈Daşınmaz̈əmlak̈üzərində̈hüquqların̈dövləẗqeydiyyatı̈üçün̈əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı̈üçün̈aşağıdakılar̈əsas̈hesab̈olunur: ... 8.0.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin̈iclasının̈protokolundan̈çıxarış; ... Maddə̈15.̈Hüquqların̈dövləẗqeydiyyatından̈imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövləẗqeydiyyatınäalınmalı̈deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə̈uyğun̈deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs̈müraciəẗetdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak̈üzərində̈hüquqädair̈sərəncam̈vermək̈səlahiyyətinə̈malik̈olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasınäsəbəb̈olan̈hallar̈aradan̈qaldırılmadıqda. ... 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il # ####### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimat: 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış Elektron Hökumət İnformasiya Sistemində yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin̈elektron̈üsulläreal̈vaxẗrejimində̈əldə̈etmələrïimkanı̈təmin̈olunur. 7.3.̈Elektron̈arayışdäaşağıdakılar̈göstərilir: 7.3.1.̈ərizəçinin̈soyadı,̈adı,̈atasının̈adı; 7.3.2. ərizəçinin təqdim etdiyi hüquqmüəyyənedici sənədlər haqqında məlumat; 7.3.3.̈mərhumun̈soyadı,̈adı,̈atasının̈adı; 7.3.4.̈daşınmaz̈əmlakın̈ünvanı; 7.3.5.̈daşınmaz̈əmlakın̈əsas̈göstəriciləri; 7.3.6.̈daşınmaz̈əmlakın̈adı; 7.3.7.̈daşınmaz̈əmlak̈üzərində̈hüququn̈növü; 7.3.8. arayışın notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün tərtib olunduğübarədə̈qeyd; 7.3.9. dövlət reyestrində elektron arayışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş̈elektron̈imzası,̈soyadı̈və̈adı. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə̈9.̈Vətəndaşların̈qanunïistifadəsindəkïtorpaqların̈özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların̈mülkiyyətinə̈verilir. Maddə 10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların̈qanunïistifadəyə̈və̈yäicarəyə̈götürdüklərïölçüdə̈verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ̈bağların̈torpaqları̈hər̈bir̈kooperativ̈üzvünün̈mülkiyyətinə̈verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər̈obyektlər̈əvəzsiz̈olaraq̈bağ̈sahiblərinin̈xüsusïmülkiyyətinə̈keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlärəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan̈dövlət orqanı tərəfindən verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ## ### 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsïqəraräalınmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas̈olmuş̈səbəblər̈göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarläəsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində̈dəyişdirilə̈bilər. Məhkəmənin mövqeyi: Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədin mövcudluğu iş üzrə materiallar ilə təsdiq olunur. Qeyd olunan hüquqmüəyyənedici sənəd geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir̈və̈hüquqïcəhətdən̈etibarlıdır. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə və onun hüquqi əsaslandırması ilə qismən razılaşsa da, qeydiyyata alınmalı torpaq sahəsinin ölçüsü hissəsində gəldiyi nəticəni düzgün və işin hallarına uyğun hesab etmir, bu səbəbdən həmin hissədə qərarın dəyişdirilməsi qənaətinə̈gəlir. Belə ki, birinci instansiya məhkəməsi faktiki iddia olunan torpaq sahəsinin ölçüsünün 1186 kv.m. olmasını və həmin torpaq sahəsinin də 62 kv.m. hissəsinin digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını nəzərə almadan 1200 kv.m. hissədə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Həmçinin qeydiyyata alınmalı olan əşya hüququnun növü də̈göstərilməmişdir. Hazırkı apellyasiya icraatı zamanı məhkəmə kollegiyasının iddiaçı tərəfə hüquqi yardımına əsasən iddiaçının nümayəndəsi və vəkili iddianın dəyişdirilməsi barədə ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən sahəsi 1124 kv.m. sahəsi olan ****A nömrəli bağ (torpaq) sahəsinə mülkiyyət hüququnun X3 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin̈üzərinə̈qoyulması̈barədə̈qərar̈qəbul̈edilməsinïxahiş̈etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollgiyasının ##.##.2026-cı il tarixli, *-*(*- *)-***/**** nömrəli qərardadı ilə, iddianın dəyişdirilməsi qeyd edilən məzmunda qəbul edilmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs, istər müraciət etdikdən sonra, lakin çıxarış almadan öldükdə, istərsə də daşınmaz əmlaka hüquqa dair sənədlərlə müraciət edənədək öldükdə onun vərəsələrinə̈hüququn̈ölmüş̈şəxsə̈məxsus̈olması̈haqqındäarayış̈və̈yäçıxarış̈verilir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ## ### 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsïqəraräalınmışdır. Yuxarıda göstərilən qanunvericiliyin tələbindən göründüyü kimi, bağ sahəsinə hüququn qeydə alınması üçün ya müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqaviləsi, sərəncam və orderdən hər hansı biri, ya da kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının̈protokolundan̈çıxarış̈mövcud̈olmalıdır. İddiaçının istinad etdiyi Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin Ləhiş bağlar sahəsindəki *** saylı kooperativin ** nömrəli orderindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin ##.##.1993-cü il tarixli *** nömrəli qərarına əsasən Ləhiş bağ massivində yerləşən 0,12 ha sahəsi olan ****a saylı bağ sahəsi X3 ayrılmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin ##.##.1993-cü il tarixli *** nömrəli qərarınädair̈Bakı̈Şəhər̈İcräHakimiyyətïtərəfindən̈Arxiv̈arayışı̈verilmişdir.̈ Cavabdehin imtinasının (etirazının və apellyasiya şikayətinin) əsasını təqdim edilmiş order barədə İdarənin arxiv əsaslarında hər hansı məlumat aşkar edilməməsi, arxiv arayışında torpaq sahəsi barədə məlumatın qeyd olunmaması, eyni arxiv arayışının X3 tərəfindən fərqli torpaq sahəsi ilə bağlı idarəyə ünvanlanmış müraciət zamanı təqdim edilməsi, göstərilən sahə bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi, sahənin bir hissəsinin (təqribi 62 kv.m ) digər şəxs - X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və sahənin 312 kv.m hissəsinə digər şəxs X2 müraciətinin̈olması̈təşkil̈edir. Məhkəmə kollegiyası cavabdeh orqanın dəlillərini iddianın təmin edilməməsinin əsası̈kimïqəbul̈etmir.̈ Cavabdehin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il # ### tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək̈xidmətin̈vəzifələrinə̈aiddir. Qeyd edilən bağ sahəsinin iddiaçının vərəsəsi olduğu şəxsin qanuni istifadəsinə verilməsi barədə mötəbər sübutların olmasına və həmin sənədlərin bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına əsas verdiyinə baxmayaraq, cavabdeh bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsini bildirərək mülkiyyət hüquqlarının qeydə alınmasından imtina etmişdir. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il # ####### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il # #### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən̈həyatäkeçirilir.̈ Həmin Qaydaların 2.1-ci bəndinə əsasən, mərzçəkmə işləri — kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən̈və̈mərz̈nişanlarının̈bərkidilməsindən̈(basdırılmasından)̈ibarətdir.̈ Həmin Qaydaların 2.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən̈asılı̈olmayaraq̈bütün̈torpaq̈sahələrində̈aparılır.̈ Göründüyü kimi, iddiaçının vərəsəsi olduğu şəxsin qanuni istifadəsindəki bağın yerləşdiyi torpağın mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasındämüəyyən̈etmək̈cavabdehin̈vəzifəsidir. Order barədə İdarənin arxiv əsaslarında hər hansı məlumat aşkar edilməməsi və arxiv arayışında torpaq sahəsi barədə məlumatın qeyd olunmaması dəlillərinə münasibətdə̈kollegiyäaşağıdakıların̈qeyd̈edilməsinïzərurïhesab̈edir. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq̈edən̈əlavə̈sənədlərin̈və̈yäməlumatların̈tələb̈olunması̈qadağandır.̈ Həmin qanunun 19.2-ci maddəsinə əsasən, Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabınäonların̈mötəbərliyinin̈müəyyən̈edilməsïüçün̈tədbirlər̈görür. AR İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən hüquqmüəyyənedici sənəd qismində təqdim edilən orderin əsli olduğu təqdirdə, həmin orderin arxivdə aşkar edilməməsi əsası ilə mötəbərliyinin şübhə altına alınması yolverilməzdir. Belə ki, müvafiq orderin əvvəlki qurum tərəfindən cari cavabdeh orqana təhvil edilməmiş olması iddiaçının hüquqlarının pozulmasına əsas olmamalıdır. Təqdim edilən order özlüyündə hüququların qeydiyyatının aparılması üçün yetərli hüquqmüəyyendici sənəd kimi qanunvericilikdə təsbit edilmişdir. Həmçinin orderin verilməsinə əsas olmuş sərəncamın arxiv arayışı iddiaçı tərəfindən təqdim edilmşdir ki, həmin arayışda da iddiaçının vərəqəsi olduğu şəxsin̈adı̈göstərilmişdir.̈Büdähəmin̈orderin̈mötəbərliyinïtəsdiq̈edir. Cavabdehin torpaq sahəsənin bir hissəsinin (təqribi 62 kv.m) digər şəxs - X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbinin həcmini azaldaraq həmin hissə çıxılmaqla faktiki ölçüsünə uyğun olaraq bağ sahəsinin hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir.̈Həmin̈dəlil̈aradan̈qalxmışdır. Sahənin 312 kv.m hissəsinə digər şəxs X2 müraciətinin olması ilə bağlı isə birinci instansiya məhkəməsində icraat zamanı həmin şəxsin heç bir etirazının olmaması ilə bağlı̈notarial̈ərizəsïalınmışdır. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının vərəsəsi olduğu şəxsin sözügedən bağ sahəsinə mülkiyyət hüququnun̈dövləẗqeydiyyatınäalınması̈üçün̈əsas̈olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı̈il̈tarixli,̈*-*(***)-*****/****̈nömrəlïqərarı̈dəyişdirilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü̈maddələrinïrəhbər̈tutaraq,̈məhkəmə̈kollegiyası qərara aldı: Cavabdeh Cavabdeh tərəfindən̈verilmiş̈apellyasiyäşikayətïqismən̈təmin̈edilsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı əşya hüququnun növü göstərilməklə̈torpaq̈sahəsinin̈ölçüsü̈hissəsində̈dəyişdirilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən sahəsi 1124 kv.m. təşkil edən ****a saylı bağ (torpaq) sahəsinə mülkiyyət hüququnun X3 məxsus olması barədə̈arayışın̈verilməsïöhdəliyïCavabdeḧhəvalə̈edilsin. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayətïverilə̈bilər.̈̈̈̈̈̈̈ Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(3-6)-925/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-925/2026
22.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver