Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-931/2026 14.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbinə dair inzibati iş üzrə (Açar sözlər: qərarın icrası) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı İddiaçı, onun vəkili X4, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin a) bəndində göstərilən zərərli bəndin qeyd olunan, # ###### 1997-ci il tarixə qədər qüvvədə olan axırıncı abzasını iddiaçıya münasibətdə tətbiq etməklə, iddiaçıya 51 il 6 ay 27 gündən (60 yaş – 8 il 5 ay 3 gün * nömrəli siyahı üzrə xüsusi stajı), yəni pensiya hüququnun yarandığı ##.##.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması” tələbi barədə dair inzibati iş üzrə məhkəmə qərarının icra edilməməsi ilə bağlı iddiaçının ərizəsinə dair Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiа qaldıraraq Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin a) bəndində göstərilən zərərli bəndin qeyd olunan, # ###### 1997-ci il tarixə qədər qüvvədə olan axırıncı abzasını iddiaçıya münasibətdə tətbiq etməklə, iddiaçıya 51 il 6 ay 27 gündən (60 yaş – 8 il 5 ay 3 gün * nömrəli siyahı üzrə xüsusi stajı), yəni pensiya hüququnun yarandığı ##.##.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin # ### 2023-cü il tarixli, 2- *(***)-****/**** saylı qərarı ilə iddianın qismən təmin edilməsi, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin a) və b) bəndlərinin # ###### 1997-ci il tarixə qədər qüvvədə olan axırıncı (4-cü) abzasını iddiaçı İddiaçı münasibətdə tətbiq etməklə, ##.##.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, ## ###### 2024-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi: P.A.Hüseynov, hakimlər: C.A.Yusifov və Ş.A.Məmmədova) iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin *-*(***)- ****/**** nömrəli, 0# ### 2023-cü il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddianın təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- ****/**** saylı işi üzrə qəbul etdiyi ##.##.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2024-cü il tarixli, 2- *(***)-***/**** nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin qismən təmin edilməsi, iddiaçı İddiaçı 51 il 7 aydan (51,7 yaşdan), yəni hüququnun yarandığı ##.##.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ##.##.2016-cı il tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- ****/**** saylı işi üzrə qəbul edilmiş ##.##.2024-cü il tarixli Qərarı icra edilməsi üçün ## ###### 2023cü ildə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı ## ###### 2025-ci il tarixli *-**-*/*-*****/**** nömrəli “İddiaçı dair müvafiq məlumatların göndərilməsi haqqında” məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının # ###### 2024-cü il tarixli *-*(***)- ****/**** nömrəli qərarının icrası məqsədilə tərəfimizdən İddiaçı 602,42 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, həmçinin ona ötən dövr üzrə ödənilməli olan 42118,56 manat pensiya məbləği müəyyən edilmişdir. Həmin məbləğ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünməklə ##.##.2025- ##.##.2033-cü il tarixləri arasındakı dövr ərzində hər ay 425,44 manat olmaqla adıçəkilən şəxsin əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülməklə məhkəmə qərarının icrası tam başa çatdırılacaqdır. Hazırda ərizəçi məhkəməyə “məhkəmə qərarının icrası barədə” ##.##.2025-ci il tarixli ərizə təqdim edərək 42.118,76 manat vəsaitin qısa zaman çərçivəsində ödənilməsi üçün tədbirlərin görülməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, borclunun məhkəmə qərarının “02.2025-04.2033- ci illər arası dövr ərzində icra ediləcəyinə” dair məlumatlandırması heç bir hüquq çərçivəsinə sığmır və bunun hüquqi əsası yoxdur. Keçmiş dövr üçün ona çatası 42.118,76 manat vəsait iddiaçının mülkiyyətidir və borclu onun razılığı olmadan onun üzərində istədiyi kimi sərəncam verə bilməz. Borclunun hərəkətlərini mülkiyyətinə qəsd kimi qiymətləndirir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli (sədrlik edən hakim Miminat Hacıbəyova) qərardadı ilə ərizə təmin edilərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** saylı ##.##.2024-cü il tarixli Qərarının icrası məqsədilə 42.118,76 manat vəsaitin qısa zaman çərçivəsində İddiaçı ödənilməsi vəzifəsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qərardadından apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsi və iddiaçının ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, müəyyən edilmiş 42 118,56 manat məbləğində vəsait pensiya hüququnun əvvəlki dövrdə iddiaçının sosial təminat hüquqların pozulması nəticəsində vaxtında ödənilməmiş pensiya üzrə borcdur. Bu məbləğ faktiki olaraq vətəndaşın vaxtında almalı olduğu sosial təminat ödənişidir. Pensiya ödənişləri şəxsin yaşayış vasitəsidir və sosial xarakterli ödənişlərin uzun illər ərzində hissə-hissə verilməsi həmin şəxsin maddi vəziyyətinə mənfi təsir göstərir. Xüsusilə nəzərə alınmalıdır ki, söhbət yaşa görə pensiya alan şəxsdən gedir və bu kateqoriyadan olan şəxslər üçün vəsaitin vaxtında alınması xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, 42118,56 manat məbləğində müəyyən edilmiş borcun ##.##.2025–##.##.2033-cü illər ərzində aylıq 425,44 manat olmaqla ödənilməsi əsassız hesab edilməli, məhkəmə qərarının daha qısa müddətdə və real təminat verən formada icrası təmin edilməlidir. Məhkəmənin həmin mövqeyinə münasibətdə bildirirlət ki, Qanunun 32.1-1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi qanunvericiliyin göstərilən norması imperativ xarakter daşıyır və ödəniş mexanizmini konkret şəkildə müəyyən edir. Belə ki, iddiaçının hüququnun yarandığı ##.##.2016-cı il tarixindən ##.##.2025-ci il tarixinədək (pensiya təyin olunduğu tarix) olan dövr 8 il 3 ay (99 ay) təşkil edir. Beləliklə, 42118,56 manat məbləği 99 aya böldükdə 425,44 alınır və qeyd olunan məbləğ hər ay iddiaçının pensiyasının üzərinə əlavə olunmaqla ödənilir. Göründüyü kimi, ötən dövr üçün hesablanmış məbləğin birdəfəlik və ya qısa müddət ərzində ödənilməsi qanunla nəzərdə tutulmamışdır. Qanun bu məbləğin geriyə hesablanmış ayların sayına bölünərək eyni sayda ay ərzində əsas pensiyanın üzərinə əlavə edilməsini tələb edir. Məhkəmə qanunla müəyyən edilmiş ödəniş mexanizmini dəyişdirməklə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Prosessual məsələlər Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qərardadının ləğv edilməsini və iddiaçının ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 32.1-2. Bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il ######ın #-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir... İnzibati Prosessual Məcəllə: Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizə təmin edilməməlidir. Hazırda ərizəçinin hüquqi marağı 42.118,76 manat vəsaitin qısa zaman çərçivəsində ödənilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müəyyən edilmiş 42 118,56 manat məbləğində vəsait pensiya hüququnun əvvəlki dövrdə iddiaçının sosial təminat hüquqların pozulması nəticəsində vaxtında ödənilməmiş pensiya üzrə borcdur. Bu məbləğ faktiki olaraq vətəndaşın vaxtında almalı olduğu sosial təminat ödənişidir. Pensiya ödənişləri şəxsin yaşayış vasitəsidir və sosial xarakterli ödənişlərin uzun illər ərzində hissəhissə verilməsi həmin şəxsin maddi vəziyyətinə mənfi təsir göstərir. Xüsusilə nəzərə alınmalıdır ki, söhbət yaşa görə pensiya alan şəxsdən gedir və bu kateqoriyadan olan şəxslər üçün vəsaitin vaxtında alınması xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, 42118,56 manat məbləğində müəyyən edilmiş borcun ##.##.2025– ##.##.2033-cü illər ərzində aylıq 425,44 manat olmaqla ödənilməsi əsassız hesab edilməli, məhkəmə qərarının daha qısa müddətdə və real təminat verən formada icrası təmin edilməlidir. Məhkəmə tərkibi apellyasiya şikayəti və iddiaçının ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir. İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərarında 42118,56 manat müəyyən edilmiş pensiya məbləğinin cavabdeh tərəfindən birdəfəlik və ya qısa zamanda ödənilməsi qeyd olunmamışdır. Digər tərəfdən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi, qanunvericiliyin göstərilən norması imperativ xarakter daşıyır və ödəniş mexanizmini konkret şəkildə müəyyən edir. Belə ki, iddiaçının hüququnun yarandığı ##.##.2016-cı il tarixindən ##.##.2025-ci il tarixinədək (pensiya təyin olunduğu tarix) olan dövr 8 il 3 ay (99 ay) təşkil edir. Beləliklə, 42118,56 manat məbləği 99 aya böldükdə 425,44 alınır və qeyd olunan məbləğ hər ay iddiaçının pensiyasının üzərinə əlavə olunmaqla ödənilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilməli və İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia tələbinə dair iş üzrə iddiaçının məhkəmə qərarının icra edilməsi ilə bağlı ərizəsi təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 80, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilsin. Ərizə təmin edilməsin. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(3-6)-931/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-931/2026
14.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver