Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-941/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: X7 (sədrlik edən və məruzəçi), X5 və X8 ibarət tərkibdə, Türkan Kamran qızı Haqverdiyevanın katibliyi, İddiaçının vəkili vəkil2, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından ərizəçilər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış binasının mansard hissəsində yerləşən 3 otaqlı 233 kv.m-dən və 3 otaqlı 218 kv.m-dən mənzillər üzərində mülkiyyət hüquqlarının qeydiyyata alaraq çıxarışların verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli iş üzrə ##.##.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, qərardan apellyasiya şikayəti verilməmişdir. Qərar qanuni qüvvəsini almış və cavabdeh tərəfindən icra edilərək göstərilən əmlaklarl bağlı iddiaçının adına dövlət reyestrindən 1125023662 və ********* reyestr nömrəli çıxarışlar verilmişdir. Ərizəçi maraqlı şəxs2 nümayəndəsi və vəkili vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, 2-(l12)-12648/2024 № li qərarının maraqlı şəxs2 maraqlarına toxunduğu üçün üçüncü şəxs qismində cəlb edilərək, inzibati işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hüquqlarını təmsil etdiyi maraqlı şəxs2 Xəlil oğlu 29.007.2022-ci il tarixdə ** saylı notariat ofisində X1 ilə 3M-4140 № ilə reyestrdə qeydiyyata alınmış Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 21 ünvanda yerləşən 1-ci bina, 19-cu mərtəbə ümumi sahəsi 233 kv.metr olan *** №-li mənzilin satılmasına dair ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən 110000 manat məbləğində dəyərləndirilmiş mənzilin qiymətindən 109000 manat ödənilmişdir. Cavabdehə bir neçə dəfə ##.##.2024-cü il, ##.##.2024, ##.##.2025-ci il tarixlərdə sorğu verilmiş, lakin həmin sorğulara cavab olaraq heçbir məlumatın olmadığı bildirilmişdir. Lakin bu ilin oktyabr ayının əvvəllərində mənzilin yerləşdiyi binanın “Nərimanov 26” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin sədri onlarla əlaqə saxlayaraq bildirmişdir ki, maraqlı şəxs2 iddialı olan mənzillə bağlı digər şəxs, İddiaçı müraciət edərək, məhkəmə qararına əsasən mənzilə çıxarışın olmasını bildirmişdir. Bundan sonra ##.##.2025-ci il tarixdə Cavabdehə sorğu verilmiş və idarə tərəfindən bildirilmişdir. ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ** saylı ünvanda yerləşən mənzil (sənəd əsaslarında sahəsi 233 kv.m olan) yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, giriş 41, M 19, m.2) Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, 2-(112)- *****/**** №-li qərarına, sahənin azalması barədə razılıq ərizəsinə “xxxx MTK tərəfindən verilmiş ##.##.2021-ci il tarixli ***/*** №-li maliyyə arayışına, ##.##.2021-ci il tarixli müqaviləyə əsasən ##.##.2025-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. Göründüyü kimi mübahisəli yaşayış sahəsi X1 “xxxx” MTK tərəfindən ##.##.2021-ci il tarixdə almış, o da hmin mənzili ##.##.2022-ci il tarixdə bağlanmış ilkin alqı-satqı müqaviləsi ilə mənzili maraqlı şəxs2 Xəlil oğluna satmışdır. Qeyd edilənlərdən məlum olur ki, X1 mənzilə dair “xxxx” MTK ilə bağlanmış müqaviləsi (##.##.2021-ci il), İddiaçı ilə “xxxx” MTK arasında bağlanmış müqavilədən (##.##.2021-ci il) iki ay əvvəl bağlaıımışdır.Bu səbəbdən hesab edilir ki, Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli, 2-(112)- *****/**** №-li qərarı bilavasitə maraqlı şəxs2 Xəlil oğlunun maraqlarına toxunur. Həmçinin ərizəçi maraqlı şəxs1 nümayəndəsi və vəkili vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək Bakı İnzibati Məhkəməsinin ##.##.2024- cü il tarixli, 2-(112)-12648/2024 № li qərarın maraqlı şəxs1 maraqlarına toxunduğu üçün üçüncü şəxs qismində cəlb edilərək, inzibati işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hüquqlarını təmsil etdiyi maraqlı şəxs1 ##.##.2022ci il tarixdə ** saylı notariat ofisində X1 ilə 3M1006 N° ilə reyestrdə qeydiyyata alınmış Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 21 ünvanda yerləşən 1-ci bina, 19-cu mərtəbə ümumi sahəsi 218 kv.metr olan *** №-li mənilin satılmasına dair ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən 115000 manat məbləğində dəyərləndirilmiş mənzilin qiymətindən 84500 manat ödənilmişdir. Mənzilin digər sahibinin olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinə bir neçə dəfə ##.##.2024-cü il, 24.009.2024, ##.##.2025-ci il tarixlərdə sorğu verilmiş, lakin həmin sorğulara cavab olaraq heçbir məlumatın olmadğı bildirilmişdir. Lakin bu ilin oktyabr ayınn əvvəllərində mənzilin yerləşdiyi binanın “Nərimanov 26” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin sədri bizimlə əlaqə saxlayaraq, maraqlı şəxs1 iddialı olan mənzillə bağlı digər şəxs, İddiaçı müraciət edərək, məhkəmə qərarına əsasən mənzilə çıxarışın olması bildirmişdir. Bundan sonra ##.##.2025-ci il tarixdə cavadehə sorğu verilmiş və idarə tərəfindən bildirlmişdir. ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ** saylı ünvanda yerləşən mənzil (sənəd əsaslarında sahəsi 218 kv.m olan) yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, giriş 41, M 19, m.1) Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, 2- 1(112)-*****/**** №-li qərarına, sahənin azalması barədə razılıq ərizəsinə “xxxx” MTK tərəfindən verilmiş ##.##.2021-ci il tarixli ***/*** №-li maliyyə arayışına, ##.##.2021 -ci il tarixli müqaviləyə əsasən ##.##.2025-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. Göründüyü kimi mübahisəli yaşayış sahəsi X1 “xxxx” MTK tərəfindən ##.##.2021-ci il tarixdə almış, o da həmin mənzili ##.##.2022-ci il tarixdə bağlanmış ilkin alqı- satqı müqaviləsi ilə mənzili maraqlı şəxs1 satmışdır. Qeyd edilənlərdən məlum olur ki, X1 mənzilə dair “xxxx” MTK ilə bağlanmış müqaviləsi (##.##.2021-ci il), İddiaçı ilə “xxxx” MTK arasında bağlanmış müqavilədən (##.##.2021-ci il) iki ay əvvəl bağlanmışdır. Bu səbəbdən hesab edilir ki, Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş ##.##.2024cü il tarixli, 2-(l 12)-*****/**** №-li qərarı bilavasitə maraqlı şəxs1 maraqlarına toxunur. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə maraqlı şəxs1 və maraqlı şəxs2 “üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunma” barədə vəsatətləri rədd edilmişdir. Qərardaddan narazı qalan ərizəçilər ondan ayrılıqda apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunma barədə vəsatət ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır. Tərəflərin izahatları Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin həllini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da ərizəçilər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, habelə işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin: 28.1-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir; Normadan göründüyü kimi, Məcəllədə cəlbetmənin imkanı ilə 2 ayrı vaxt müəyyən edilmişdir: 1) iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər; 2) iş yuxarı instansiya məhkəməsinin icratında olduğu müddətdə. Yuxarıda istinad edilən normada məhkəmə qərarının qanuni qüvvəyə mindikdən sonra cəlbetmənin mümkünlüyü qeyd edilməmişdir. Lakin bu məsələ ilə bağlı “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2017-ci il tarixli qərarında şərh verilmişdir. Həmin qərarda ifadə edilmiş hüquqi mövqeyə görə, “...qanunvericilik qaydasında müvafiq tənzimlənmə həyata keçirilənədək Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə uyğun həll edilməlidir. Lakin məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına; - inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə; İstinad edilən normadan və onun şərhinə dair Plenum qərarında ifadə edilmiş hüquqi mövqedən göründüyü kimi, məhkəmə qərarının qanuni qüvvəyə minməsindən sonra maraqlı şəxsin üçüncü şəxs kimi işə cəlb edilməsinin mümkünlüyü təsbit edilmişdir. İPM: Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). İPM-in 28.1-ci maddəsi üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması ilə bağlı adi cəlbetmə halını, 28.2-ci maddəsi isə zəruri cəlbetmə halını tənzimləyir. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının ##.##.2022-ci tarixli qərardadı: Bənd 44. İPM-in 28-ci maddəsi üçüncü şəxslərin icraata cəlb edilməsinin iki qaydasını müəyyən edir – məhkəmənin öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında. Həmin şəxslər bu barədə vəsatət verirlərsə, onlar işə “daxil olmaq” iradələrini bildirirlər, digər proses iştirakçılarının müvafiq tələbi olduqda və ya məhkəmə öz təşəbbüsü əsasında bunu zəruri hesab etdikdə isə işə “cəlb edilmə” baş verir. İPM-də anlayış kimi istifadə olunmuş cəlb edilmə ifadəsi hər iki qaydada qoşulmanı ehtiva edir. Bənd 45. Həmin an proses iştirakçısı olmayan aidiyyəti şəxs məhkəmə icraatının iştirakçısı olmaq (qoşulmaq) arzusunu ifadə edir və ərizə verməklə bunu məhkəmə qarşısında bəyan edir. Həmçinin icraatın digər iştirakçıları da (iddiaçı, cavabdeh və artıq cəlb edilmiş üçüncü şəxslər) üçüncü şəxsin cəlb edilməsi ilə bağlı iradələrini bildirir və vəsatət verməklə bunu məhkəmənin diqqətinə çatdırırlar. Nəhayət, məhkəmə öz təşəbbüsü əsasında icraata üçüncü şəxsin cəlb edilməli olduğu qənaətinə gəlirsə, bu halda, iradə məhkəməyə məxsus olur. Bənd 48. Beləliklə, adi və ya zəruri cəlbetmə ya prosesə qoşulmaq istəyən, lakin həmin vaxt icraat iştirakçısı statusuna malik olmayan şəxsin özünün vəsatəti əsasında, ya məhkəmə icraatı iştirakçılarından (iddiaçı, cavabdeh və ya artıq cəlb edilmiş digər üçüncü şəxsin) birinin vəsatəti üzrə, yaxud da məhkəmənin özünün təşəbbüsü əsasında həyata keçirilə bilər. Şəxsin özü və ya məhkəmə icraatının iştirakçıları cəlbetmə barədə verdikləri vəsatətlərində hansı qaydada (adi və ya zəruri cəlbetmə) icraata qoşulmanın həyata keçirilməsini istədiklərini dəqiq göstərməli, eləcə də vəsatətlərini lazımi qaydada əsaslandırmalı, yəni qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağına dair dəlil və sübutlarını təqdim etməlidirlər. Əgər vəsatətlər verilərkən bu tələblərə riayət olunmursa, o halda, məhkəmə İPM-in 48-ci maddəsinə uyğun olaraq xidməti vəzifəsinin tələb etdiyi yardım etməni həyata keçirməlidir. Belə yardım etmə vəsatətlə bağlı yuxarıda qeyd edilən halların müəyyənləşdirilməsini təmin etməyə yönəlməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarındakı hüquqi mövqelərə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi yalnız zəruri cəlbetmə qaydasında üçüncü şəxslərin icraata cəlb edilməli olduğu hal müəyyən edildikdə yol veriləndir. Bənd 41. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ##### 2017-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir”. Bənd 42. Zəruri cəlbetmə halının mövcudluğu üçün üçüncü şəxsin mübahisəli hüquq münasibətində bilavasitə iştirakı tələb olunur. Çünki İPM-in 28.2-ci maddəsinin tələblərinə əsasən zəruri cəlbedilən mübahisəli hüquq münasibətinin bilavasitə iştirakçısı olmalıdır. Bundan başqa, çıxarılacaq məhkəmə qərarı həm icraatın tərəflərinə, həm də üçüncü şəxsə münasibətdə vahid qərarın qəbul edilməsini şərtləndirməlidir. Adi cəlbetmə ilə zəruri cəlbetməni fərqləndirmək üçün əsas meyar zəruri cəlbetmədə vahid qərarın qəbul olunmasının vacibliyidir. Burada əsas fərq ondan ibarətdir ki, cəlb edilməsi zəruri olan üçüncü şəxslərin daxil olduğu mübahisəli hüquq münasibəti ilə əlaqədar məhkəmə yalnız belə şəxslər cəlb edildikdən sonra işə baxa və həmin şəxslər daxil olmaqla prosesin bütün tərəflərinə münasibətdə yekun və ədalətli qərar verə bilər. Zəruri cəlbetmə halında üçüncü şəxslər mübahisəli hüquq münasibətinin elə tərəfi olmalıdırlar ki, məhkəmə qərarı prosesin tərəfləri ilə birlikdə üçüncü şəxslərin də mütləq iştirakı ilə bütün tərəflərə münasibətdə vahid formada qəbul edilə bilsin. Bu hal o zaman mövcud olur ki, məhkəmə qərarını birbaşa olaraq üçüncü şəxslərin hüquqlarına müdaxilə etmədən effektiv şəkildə qəbul etmək mümkün olmur. Bənd 43. Vahid qərardan isə o zaman söz edilə bilər ki, çıxarılmış qərar üçüncü şəxsin hüquqi statusuna birbaşa təsir edə bilsin. Əgər məhz məhkəmə qərarının çıxarılması nəticəsində hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi baş verirsə, hüquqi statusa həmin qərarla birbaşa təsir edilmiş olur. Qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisənin tərəfi olmayan digər şəxslərin hüquqi statuslarına göstərəcəyi mümkün təsirin dərəcəsi və intensivliyi cəlbetmənin adi, yaxud zəruri olduğunun müəyyənləşdirilməsi baxımından önəm kəsb edə bilər. Təsirin yüksək dərəcəsi və müdaxilə intensivliyinin çoxluğu bir qayda olaraq zəruri cəlbetmənin mövcudluğuna işarə edir. Beləliklə, əgər aidiyyəti olan şəxsin hüquqi statusuna birbaşa təsir və ya müdaxilə etmədən məhkəmə qərarını qəbul etmək mümkün deyilsə, o zaman hüququna müdaxilə edilməsi nəzərdə tutulan şəxs zəruri cəlbetmə qaydasında icraatda iştiraka cəlb olunmalıdır. Məsələn, qonşu A tərəfindən qaldırılmış iddia əsasında tikintiyə verilmiş icazənin ləğvi ilə bağlı işə baxılarkən onun hüquqi statusuna birbaşa təsir etdiyi nəzərə alınmaqla B icazə sahibi kimi zəruri cəlbetmə qaydasında icraata qoşulmalıdır. Çünki üçüncü şəxs (B) tikinti hüququnun normaları baxımından həmin mübahisəli hüquq münasibətinin iştirakçısıdır və məhkəmə icraatının sonunda mübahisəyə dair tərəflər (qonşu A və icazə sənədini vermiş inzibati orqan) və üçüncü şəxs (B) barəsində vahid qərar qəbul edilməli olacaqdır. Sadalananlardan göründüyü kimi, cəlbetmə 3 yolla həyata keçirilə bilər: 1) Maraqlarına toxunan şəxsin ərizəsi əsasında; 2) Proses iştirakçılarının vəsatəti əsasında; 3) Məhkəmənin öz təşəbbüsü əsasında Məhkəmə qeyd edir ki, yuxarıda göstərildiyi kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi yalnız zəruri cəlb etmə qaydasında mümkün ola bilər. Hazırkı halda zəruri cəlb edilmə üçün əsaslar müəyyən edilmir. Hazırkı işin hallarından müəyyən edilir ki: Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ##.##.2019- cu il tarixli 017 nörməli istismara icazə sənədinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 21 ünvanda yaşayış binası Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılmış müayinənin nəticələrinə əsasən yükdaşıyan konstruksiyaların dayanıqlılıq, möhkəmlilik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndiskommunikasiya təminatı sistemlərinin istismara hazırlığı barədə verilmiş müsbət rəy nəzərə alınaraq ##.##.2019-cu il tarixindən yaşayış binasının istismarına icazə verilmişdir. İddiaçı ilə “xxxx” Mənzil-Tikinti Kooperativi arasında Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev № **-in mansard sahəsindən (Xətai prospekti tərəfə) 233 m2- lik, 3 otaqlı mansard sahəsinin əldə edilməsi ilə bağlı #.##.2021-ci il tarixli müqavilə imzalanmışdır. İddiaçı ilə “xxxx” Mənzil-Tikinti Kooperativi arasında Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev № **-in mansard sahəsindən (arxa tərəfə) 218 m2- lik, 3 otaqlı mansard sahəsinin əldə edilməsi ilə bağlı #.##.2021-ci il tarixli müqavilə imzalanmışdır. “xxxx” Mənzil-Tikinti Kooperativi ***/*** №-li, # ### 2021-ci il tarixli Maliyyə arayışına əsasən iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Xətai ev № **-in mansard sahəsindən ##.##.2021-ci il müqaviləyə əsasən 218 m2 mansard sahəsini almışdır və həmin müqaviləyə uyğun olaraq dəyəri tam ödənilmişdir. “xxxx” MTK-ya heç bir borcu yoxdur. “xxxx” Mənzil-Tikinti Kooperativi ***/*** №-li, # ### 2021-ci il tarixli Maliyyə arayışına əsasən iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Xətai ev № **-in mansard sahəsindən ##.##.2021-ci il müqaviləyə əsasən 2338 m2 mansard sahəsini almışdır və həmin müqaviləyə uyğun olaraq dəyəri tam ödənilmişdir. “xxxx” MTK-ya heç bir borcu yoxdur. Hazırda maraqlarına toxunduğunu iddia edən ərizəçilərin hər ikisi iddia tləbinin predmetini təşkil edən daşınmaz əmlaklara dair X1 ilə bağladıqları ilkin alqı-satqı müqavilələrinə istinad edirlər. Məhkəmə ilk növbədə qeyd edir ki, ərizələrin məzmunundan da müəyyən edilir ki, istinad edilən mənzillərin pay haqqı MTK-ya tam ödənilməmişdir. Bunda başqa ərizəçilər ilkin alqı-satqı müqaviləsinə istinad edilər ki, həmin müqavilə daşınmaz əmlaka hüquqların qeydə alınması üçün hüquqmüəyyənedici sənəd olmamaqla, hazırkı işdə ərizəçilərin 3-cü şəxs qismində icraata cəlb edilməsi üçün əsas deyildir. Belə ki, Azərbayacn Respublikası Mülki Məcəlləsinin: Maddə 402. İlkin müqavilə 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. 402.3. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. 402.4. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. 402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. 402.6. Niyyət razılaşmasında (niyyət protokolunda və s.) tərəflərin ona ilkin müqavilə qüvvəsi vermək iradəsi birbaşa ifadə olunmayıbsa, o, mülki hüquq nəticələri doğurmur. Sadalan normalardan göründüyü kimi, ilkin müqavilə ilə müqavilənin tərəfləri gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Hazırkı işdə, ərizəçilər ilə X1 arasında ##.##.2022 və ##.##.2022-ci i tarixdə ilkin alqı-satqı müqaviləsi bağlansa da, sonradan tərəflər arasında əsas müqavilənin bağlanması müəyyən edilmir. Belə olan halda, Mülki Məcəllənin sadalanan normalarına əsasən həmin müqavilələr üzrə nəzərdə tutulmuş öhdəliklərə xitam verilmişdir. Nəticə etibarı ilə ərizəçilər hazırkı ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik deyilllər. Bundan başqa, hazırkı ərizələr məhkəməyə daxil olduqan sonra məhkəmə tərəfindən verilən sorğuya cavab olaraq “xxxx” MTK ##.##.2026-cı il tarixli, 004 № li məkrubda bildirmişdir ki, “## ###### 2026-cı il tarixli *-*(***)-*****/**** nömrəli məktubunuza cavab olaraq bildiririk ki, məktubda göstərilən İddiaçı ilə "xxxx" MTK arasında Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti ** nömrəli mansard sahəsindən 218 kv-lik, 3 otaqlı mansard sahəsinin alqı-satqısına dair müqavilə bağlanmışdır. Lakin məktubda göstərilən X1 və maraqlı şəxs1 ilə "xxxx" MTK arasında hər hansı müqavilə bağlanmamışdır. Məktuba əlavə olunmuş X1 məxsus müqavilə və maliyyə arayışı MTK tərəfindən verilməmiş, həmin sənədlərdə olan möhür də "xxxx" MTK ya məxsus deyildir. xxxx MTK tərəfindən tərtib olunmuş müqavilənin tərtib olunma qaydası və şriftlərin ölçüsü İddiaçıla bağlanmış müqavilə formasındadır. Lakin digər müqavilənin tərtib olunma qaydası və şriftlərin ölçüsü isə başqa formadadır. Möhürə də baxdıqda da MTK-ya məxsus olmadığı açıq görünür. xxxx MTK-ya məxsus möhür MTK möhürüdür, lakin digər sənəddə olan möhür isə MMC-yə məxsus möhürdür. Bundan başqa MTK-ya məxsus möhürdə birinci dairənin içərisində "MƏNZİL TİKİNTİ KOOPERATİVİ və HOUSE BUİLDİNG COOPERATİVE" sözləri, ikinci dairənin içərisində isə "Azərbaycan Respublikası Bakı ş, X3 c" sözləri yazılıb. MTK-nın möhüründə xxxx sözü böyük şriftlə, birinci dairənin ortasında dırnaq içərisində yazılmışdır. X2 məxsus müqavilə və arayışda isə yazıların hamısı ikinci dairənin içərisində yazılmış, mənzil tikinti kooperativi əvəzinə isə məhdud məsuliyyətli cəmiyyəti qeyd olunmuş, bundan başqa dairənin ortasında tam oxunulmayan hansısa söz yazılmış və direktorun imzası sözün tam oxunmaması üçün onun üzərində çəkilmişdir. Yəni "xxxx" MTK-ya məxsus möhürün forması məktuba əlavə etdiyiniz İddiaçıla bağlanmış müqavilədə göstərilən möhürdür və digər möhürə də baxıldıqda möhürün saxta olduğu gözlə görünür. Məhkəmə qeyd edir ki, MTK-nın məktubunda istinad edilən hallar (möhür, imza və sə ilə bağlı) hər iki ərizəçinin təqdim etdiyi sənədlərə aid olduğundan, hər iki ərizəçi X1 ilə bağlanmış müqaviləyə istinad etdiyindən, təqdim edilən sənədlərin tərtibatı eyni olduğundan və ərizəçilər ayrı-ayrı vaxtlarda məhkəməyə müraciət etdiyindən, məhkəmə digər ərizəçinin təqdim etdiyi müqavilə ilə bağlı MTK-ya yenidən sorğu göndərməsinə zərurət görməmişdir. Bundan başqa məhkəmə onu de qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tərəfindən işə baxılarkən, cavabdeh idarənin mütəxəssisləri daşınmaz əmlaklara baxış keçirərkən həmin əmlaklar iddiaçının sahiblik və istifadəsində olmuş və ənlakları iddiaçı təqdim etmişdir. İşə baxılarkən ərizəçilərin və ya X1 həmin mənzillərə sahiblik və istifadə etməsi faktı müəyyən edilməmişdir. İPM-in 28.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Məhkəmə Kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, vəsatət təmin olunmamalıdır. Apellyasiya şikayəti vəsatət ilə oxşar məzmunda olmaqla əsaslandırıldığını və həmin dəlillərə yuxarıda hüquqi qiymət verildiyini nəzərə alan məhkəmə Kollegiyası prosessual qənaət prinsipindən çıxış edərək şikayətin dəlilləri üzrə təkrar hüquqi qiymətləndirmə aparmağa lüzum görmür. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsininə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-6)-941/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-941/2026
21.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver