Məhkəmə qərarları › İş №2-1(3-6)-945/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-945/2026

13.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-945/2026 13.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI ` İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə qarşı “qərarın ləğv edilməsi və göndəriş əsasında əlilliyin müəyyən olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), X10 və X5 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. İddiaçı İddiaçı ##.##.1991-ci ildə doğulmuşdur.

2. İddiaçının barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2022-ci il tarixli ***** nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu. Sol diz oynağı nahiyəsinin oynaq boşluğuna nüfuz etməyən kor güllə yaralanmasına (##.##.2020), bud sümüyünün kənarı deşilmiş sınığına, ön çarpaz bağın qopmasına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi (##.##.2020) güllənin xaric edilməsi, diz oynağının gips longeti ilə immobilizasiyasından (##.##.2020) ön çarpaz bağın artroskopik təmiri (##.##.2021) cərrahi əməliyyatından sonrakı bərkimiş dəri çapıqları, budun yumşaq toxumalarının hipotrofiyası, sol diz oynağının miogen kontrakturası. Partlayış travması (##.##.2020): sağ və sol əngdə kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları. Yumşaq toxumaların yad cisimləri (metal qəlpələr). Partlayış travması (##.##.2020), keçirilmiş qapalı kəlləbeyin travması, baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı” diaqnozlu travmanın səbəb əlaqəsi “HƏRBİ TRAVMADIR, AZƏRBAYCAN RESPUBLİKASININ MÜDAFİƏSİ ZAMANI ALINMIŞDIR” kimi müəyyənləşdirilmişdir. “Vertebrogen mənşəli lumbalgiya, natamam remissiya mərhələsində. Hər iki gözün sadə miopik astiqmatizmi sağda M 2,0D və Em nəticəsində görmə itiliyinin 0,3-ə qədər azalması, solda M 1,5D və Em nəticəsində görmə itiliyinin 0,5- ə qədər azalması, korreksiya ilə hər iki gözdə 1,0 olmaqla’’ diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir.

3. İddiaçı göndəriş əsasında ##.##.2021-ci il tarixdə Agentlikdə əyani müayinə olunmuş və diaqnozun əlillik əlaməti təyin etməməsi əsası ilə ona əlillik təyin edilməsindən imtina edilmişdir.

4. İddiaçıya ##.##.2022-ci il tarixdə ilkin qiymətləndirmə nəticəsində 5 il müddətinə ümumi səbəbdən üçüncü dərəcəli əlillik təyin edilmişdir. Diaqnozun mətni: - Üzvi mənşəli şəxsiyyət pozğunluğu, X4 xəstəliyi (barotravma mənşəli) şəxsiyyət dəyişikliyi, davranış pozuntusu ilə. Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.3.9. uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62.9, F45-F45.9,F48-F48.9).

5. İddiaçı göndəriş əsasında ##.##.2023-cü il tarixdə Agentlikdə əyani müayinə olunmuş və diaqnozun əlillik əlaməti təyin etməməsi əsası ilə ona əlillik təyin edilməsindən imtina edilmişdir.

6. İddiaçı Bakı * nömrəli Klinik Psixiatriya Xəstəxanasının B********QNJ nömrəli, ##.##.2025-ci il tarixli göndəriş əsasında ##.##.2025-ci il tarixdə Agentlikdə əyani müayinə olunmuş və diaqnozun əlillik əlaməti təyin etməməsi əsası ilə ona əlillik təyin edilməsindən imtina edilmişdir. Həmin göndərişdə iddiaçının əsas diaqnozu – “Əsas diaqnoz: “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi şəxsiyyət pozuntusu, davranış pozuntuları ilə. XBT 10 kodu F07.0” Ağırlaşma S06.0 Baş beynin silkələnməsi, Baş beyin silkələnməsi, Yanaşı xəstəliklər Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Hərbi əməliyyatlar, Yanaşı xəstəliklər H52.1 Miopiya, Miopiya. Hər iki gözün sadə miopik astiqmatizmi, Yanaşı xəstəliklər S71.1 Budun açıq yarası, Budun açıq yarası qeyd edilmişdir.

7. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə məhkəmə-psixiatrik ekpertizası təyin edilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Psixiatrik Ekspertiza Mərkəzinin ekspertlərinə tapşırılmışdır. Məhkəməyə təqdim edilmiş ##.##.2025-ci il tarixli, **** №-li ekspert rəyində qeyd edilmişdir ki, İ. Motivləşdirici hissə. Yoxlanılan şəxs İddiaçı hazırda “Üzvi (Travma Mənşəli) Şəxsiyyət Pozuntusu, X3 Depressiv Daxilolmalarla, Anamnezində İntihar Cəhdləri İlə” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (döyüşlərdə kəllə- beyin travması alması, bundan sonra baş ağrılarından əziyyət çəkməsi, əsəbi olması, intihar fikirləri və cəhdlərinin olması, xarici qıcıqlara qarşı həssas olması, əsəb gərginlik anlarında özünə xəsarət yetirməsi, gecə yuxusunun pozulması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası”da Üzvi (barotravma) şəxsiyyət pozuntusu” diaqnozu təyin olunması) və halhazırkı psixiatrik müayinənin nəticələri (zahirən gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhvalruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. II.Yekun hissəsi: İnzibati işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə- psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: ##.##.2025-ci il tarixli göndərişdə X2 qoyulmuş diaqnoz (Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi mənşəli şəxsiyyət pozuntusu (Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi səbəbi ilə), davranış pozuntuları ilə hazırda iddiaçı müşahidə edilirmi? Cavab: ##.##.2025- ci il tarixli göndərişdə X2 qoyulmuş diaqnoz (Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi mənşəli şəxsiyyət pozuntusu (Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi səbəbi ilə), davranış pozuntuları ilə hazırda iddiaçı müşahidə edilir. 2-ci sual: Qeyd edilən diaqnoz öz təsdiqini tapdığı halda, həmin diaqnoz aşağıdakı hansı meyara uyğun gəlir? -əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar: bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kenar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı): -məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səhəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq): təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti. Cavab Yoxlanılan şəxs İddiaçı hazırda “Üzvi (travma İyyət pozuntusu, davraniş pozuntuları və depressiv daxilolmalarla, İntihar cəhdləri İlə” (F07.0) aşkar edilir. Sualın digər hissəsini məhkəmə psixiatrik ekspertizasının səlahiyyətlərinə aid deyil.

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin barəsində qəbul etdiyi “diaqnoz əlillik təyin etməməsi barədə” ##/##/2025-ci il tarixli qərarın ləğv edilməsi və ona ##.##.2025-ci il tarixli göndəriş əsasında əyani müayinə olunduğu tarixdən – ##.##.2025-ci ildən orqanizmin funksiyalarının müvafiq faiz dərəcəsinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünü müdafiəsi ilə əlaqədar əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilmişdir).

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2009-cu ildə könüllü şəkildə hərbi xidmətə çağırılmışdır. Uzun müddət hərbi xidmətdə olmuş, bəzi şikayətləri səbəbilə müxtəlif kliniki psixiatriya xəstəxanalarında həkim müalicəsindən keçmiş və diaqnoz qoyulmuşdur. O cümlədən, ##.##.2020-ci ildə başlayıb, 44 gün davam edən "Vətən” müharibəsində iştirak edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmış və müxtəlif çaplı xəsarətlər almışdır. Bununla bağlı müəyyən kliniki psixiatriya xəstəxanalarında həkim müalicəsində olmuş və müəyyən diaqnozlar qoyulmuşdur. Nəticədə həkimin qərarına əsasən aldığı xəsarət hərbi travmadır və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının qanununda hərbi qulluqçuların sosial müdafiəsi ilə bağlı müəyyən məsələlər əks olunmuşdur. Xüsusilə müharibə zamanı xəsarət alan hərbçilər üçün xüsusi sosial təminat tədbirləri və pensiya hüquqları mövcuddur. O cümlədən, "Hərbi qulluqçuların pensiya təminatı haqqında" Azərbaycan Respublikası qanununun 2-ci maddəsinə əsasən, Pensiya təminatı hüququ olan hərbi sonra bu Qanuna müvafiq surətdə qulluqçulara pensiya onlar hərbi xidmətdən buraxıldıqdan təyin edilir və ödənilir. Hərbi qulluqçulara əlilliyə görə pensiyalar, onların ailələrinə isə ailə başçısını itirməyə görə pensiyalar xidmət müddətindən asılı olmayaraq təyin edilir. O da bu hüququndan istifadə etməklə, aidiyyəti dövlət qurumlarına müraciət edərək sənədlərini təqdim etmiş, ancaq bir müddət sonra hərbi pensiyası kəsilmiş və hüquqları ciddi şəkildə pozulmuşdur.

10. Cavabdeh orqan iddiaya etiraz edir və bildirir ki, iddiaçının orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində ##.##.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. İddiaçıya orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2022-ci il tarixli ***** nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu. Sol diz oynağı nahiyəsinin oynaq boşluğuna nüfuz etməyən kor güllə yaralanmasına (##.##.2020), bud sümüyünün kənarı deşilmiş sınığına, ön çarpaz bağın qopmasına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi (##.##.2020) güllənin xaric edilməsi, diz oynağının gips longeti ilə immobilizasiyasından (##.##.2020) ön çarpaz bağın artroskopik təmiri (##.##.2021) cərrahi əməliyyatından sonrakı bərkimiş dəri çapıqları, budun yumşaq toxumalarının hipotrofiyası, sol diz oynağının miogen kontrakturası. Partlayış travması (##.##.2020): sağ və sol əngdə kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları. Yumşaq toxumaların yad cisimləri (metal qəlpələr). Partlayış travması (##.##.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Vertebrogen mənşəli lumbalgiya, natamam remissiya mərhələsində. Hər iki gözün sadə miopik astiqmatizmi sağda M 2,0D və Em nəticəsində görmə itiliyinin 0,3-ə qədər azalması, solda M 1,5D və Em nəticəsində görmə itiliyinin 0,5-ə qədər azalması, korreksiya ilə hər iki gözdə 1,0 olmaqla” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin * nömrəli Klinik Psixiatriya Xəstəxanasının PHŞ ##.##.2024-##.##.2024-cü il tarixli ****/** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, davranış pozuntuları ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ ##.##.2024-##.##.2024-cü il tarixli *****/** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (barotravma) şəxsiyyət pozuntusu” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilik, başağrıları, konflikt yaratmasından şikayətlənmişdir. Müayinə zamanı geyimi normal, saçısaqqalı səliqəli, sol ayağına fiksator taxmışdır. Anamnestik məlumatlarında psixiatrik xəstəxanalara müraciət səbəbini əsəbi olması kimi izah etmiş, hər şeyə əsəbləşdiyini, özünü idarə edə bilmdədiyini, hər yerdə-hər kəslə dalaşdığını bildirmiş, qıcolma tutması zamanı ətrafa hücüm etdiyini, vurub dağıtdığını söyləmişdir. Halhazırda iş axtardığını, öncəki işdən iş yoldaşları ilə yola gedə bilmədiyi üçün çıxdığını qeyd etmişdir. Sağ saidin yan iç səthində 1 (bir) ədəd tikişli çapıq izlənmiş, sol aşağı ətrafda dizlik ortez qeyd edilmişdir. Psixi statusu: zahirən səliqəli, düşüncəsi aydın, bələdliyi qorunmuş, qəbul etdiyi dərmanların adlarını bilməmiş, həyat yoldaşının köməyi ilə qəbul etdiyini bildirmişdir. Əsas şikayət əsəbilik, ətrafla yola gedə bilməməsindən ibarət olmuş, müayinə gedişatında əlinə ip alaraq onunla oynamağa başlamışdır (simulyativ). Ümumi vəziyyəti stabil, psixiatrik xəstəlik əlamətləri qabarıq qeyd edilməmişdir. Ailəli, beş övladı olduğunu demişdir. Yaşlarını dəqiq bilməyərək ən böyüyün 17, ən kiçiyin 5 yaşında olmasını vurğulamışdır. Hərbi qulluğu 12 (on iki) il olmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Fəlakətdən sonra yüngül ifadəli şəxsiyyət pozuntusu. Nümayişkar davranış” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

11. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İddiaçı əlillik təyin edilməsindən imtina edilməsinə dair ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi və İddiaçı ##.##.2025-ci il tarixli, B********QNJ nömrəli göndəriş əsasında əyani müayinə olunduğu tarixdən – ##.##.2025-ci ildən Azərbaycan Respublikasının ərazi bütovlüyünün müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının müvafiq faiz dərəcəsi ilə əlilliyin təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.

12. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

b) Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi sadəcə anamnestik məlumatlar əsasında tərtib edilən həkim rəylərinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmiş, göndərişdə qeyd olunan reabilitasiya potensiallı xəstəlik əlillik səviyyəsində öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

15. Məhkəmədə iddiaçı ərizəsinə uyğun izahat verərək, apellyasiya şikayətinin rədd edilməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: ... 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; ... 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

20.Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. 21.Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.2 maddələrinə əsasən)

23. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 16-19-cu bəndləri) əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalıdır.

24. Belə ki, iddiaçı ##.##.2025-ci il tarixli göndəriş əsasında ona, Azərbaycan Respublikasının Ərazi Bütövlüyünün müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının müvafiq faiz dərəcəsi ilə əlilliyin təyin edilməsini tələb edir.

25. Cavabdeh orqan isə diaqnozun əlillik əlaməti təyin etməməsinə əsaslanaraq əliliyin təyinatından imtina etmişdir.

26. İş materiallarından görünür ki, iddiaçının müraciətinə əsasən Bakı * nömrəli Klinik Psixiatriya Xəstəxanasının B********QNJ nömrəli, ##.##.2025-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “Əsas diaqnoz: “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi şəxsiyyət pozuntusu, davranış pozuntuları ilə. XBT 10 kodu F07.0” Ağırlaşma S06.0 Baş beynin silkələnməsi, Baş beyin silkələnməsi, Yanaşı xəstəliklər Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Hərbi əməliyyatlar, Yanaşı xəstəliklər H52.1 Miopiya, Miopiya. Hər iki gözün sadə miopik astiqmatizmi, Yanaşı xəstəliklər S71.1 Budun açıq yarası, Budun açıq yarası diaqnozları qoyulmuşdur. Cavabdeh həmin göndəriş əsasında iddiaçının əyani müayinəsini aparmış və diaqnozun əlillik əlaməti təyin etməməsi əsası ilə iddiaçıya əlillik təyin edilməsindən imtina etmişdir.

27. Eyni zamanda işin apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş sorğuya cavab məktubuna vətəndaş İddiaçı aid ***** nömrəli ##.##.2022-ci il tarixli xəstəlik haqqında şəhadətnamə əlavə edilmişdir. Şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu. Sol diz oynağı nahiyəsinin oynaq boşluğuna nüfuz etməyən kor güllə yaralanmasına (##.##.2020), bud sümüyünün kənarı deşilmiş sınığına, ön çarpaz bağın qopmasına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi (##.##.2020) güllənin xaric edilməsi, diz oynağının gips longeti ilə immobilizasiyasından (##.##.2020) ön çarpaz bağın artroskopik təmiri (##.##.2021) cərrahi əməliyyatından sonrakı bərkimiş dəri çapıqları, budun yumşaq toxumalarının hipotrofiyası, sol diz oynağının miogen kontrakturası. Partlayış travması (##.##.2020): sağ və sol əngdə kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları. Yumşaq toxumaların yad cisimləri (metal qəlpələr). Partlayış travması (##.##.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı” diaqnozlu travmanın səbəb əlaqəsi “HƏRBİ TRAVMADIR, AZƏRBAYCAN RESPUBLİKASININ MÜDAFİƏSİ ZAMANI ALINMIŞDIR” kimi müəyyənləşdirilmişdir. “Vertebrogen mənşəli lumbalgiya, natamam remissiya mərhələsində. Hər iki gözün sadə miopik astiqmatizmi sağda M 2,0D və Em nəticəsində görmə itiliyinin 0,3-ə qədər azalması, solda M 1,5D və Em nəticəsində görmə itiliyinin 0,5- ə qədər azalması, korreksiya ilə hər iki gözdə 1,0 olmaqla’’ diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir.

28. Qeyd olunan halların araşdırılması məqsədilə Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının *-*(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadına əsasən təkrar məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş **** saylı ekspert rəyinə əsasən yoxlanılan şəxs İddiaçı hazırda “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, fasiləsiz dekompensasiyalar, kobud X3 depressiv daxilolmalarla, anamnezində intihar cəhdləri ilə” (F07.0) aşkar edilir. Üzvi şəxsiyyət pozuntusu xroniki psixi xəstəlikdir. Kompensasiya (yaxşılaşma) və dekompensasiya (pisləşmə) mərhələləri mövcuddur. Proqnoz pozuntunun xarakterinə və beynin zədələnməsinə görə dəyişə bilər. Əhvaliruhiyyəsinin dəyişkən olması, emosional qeyri-stabil olması, sosial dezadaptasiya, təfəkkürünün və koqnitiv funksiyalarının zəifləməsi və sair əlamətlər aşkar edilir.

29. Göründüyü kimi iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə və ekspert rəyində qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə aşağıdakı kimi öz əksini tapmışdır: 7. Psixi və davranış pozuntuları … üzvi mənşəli şəxsiyyət pozuntusu - F07.0.

30. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçıda olan üzvi mənşəli şəxsiyyət pozuntusu iş materiallarında olan iddiaçıya dair tibbi sənədlərdə və keçirilmiş ekspertiza rəyi ilə öz təsdiqini tapmasına və həmin xəstəliyin ona əlilliyin təyininə əsas verməsinə baxmayaraq cavabdeh inzibati orqan bu halı nəzərə almamış, səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmişdir.

31. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

32. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar