Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-947/2026 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X1 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Iddiaçının nümayəndəsi qanuni nümayəndə2 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı məcburi köçkün statusunu və onu təsdiq edən vəsiqənin verilməsi tələbinə dair iddiası üzrə Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, ##.##.2009-cu il təvəllüdlü İddiaçı məcburi köçkün statusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı atası qanuni nümayəndə2, 1993cü ildə Cəbrayıl rayonundan məcburi köçkün düşmüşdür. Həmin vaxtdan ona məcburi köçkün statusu verilmişdir. Atası ## ##### 2008-ci ildə Məmmədova (Quliyeva) Nazilə Cəmil qızı ilə rəsmi nikaha daxil olmuşdur. Onların birgə nikahından ## #### 2009-cu ildə iddiaçı doğulmuşdur. Ona məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi üçün Cavabdeh müraciət edilmiş, lakin Cavabdeh *-**-*/*-M-*****-**/****/***** nömrəli, ##.##.2025-ci il tarixli məktubla ona məcburi köçkün statusu və vəsiqəsinin verilməsindən imtina etmişdir. Məktubda qeyd olunur ki, ##.##.2009-cu il təvəllüdlü İddiaçı anası qanuni nümayəndə1 qeydiyyatı Bakı şəhəri, ünvan 4 ünvanında olduğundan övladına məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir. Cavabdehin imtina cavabında istinad etdiyi, 2013-cü ildə 15201305230001 nömrə ilə dövlət qeydiyyatına alınmış “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusunun və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı maddəsi sonradan qəbul edildiyindən və onun vəziyyətini ağırlaşdırdığından onlara münasibətdə geriyə tətbiq edilə bilməz. Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarı ilə (hakim A.Ə.Əhədova) iddia tələbi rədd edilmişdir. Iddiaçı birinci instansiyası məhkəməsinin qərarını mübahisələndirmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehin imtina cavabında istinad etdiyi 2013-cü ildə 15201305230001 nömrə ilə dövlət qeydiyyatına alınmış "Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusunun və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 4.1.6-cı maddəsi sonradan qəbul edildiyindən və iddiaçının vəziyyətini ağırlaşdırdığından iddiaçıya münasibətdə geriyə tətbiq edilə bilməz. Qaydalarda nəzərdə tutulmuş "valideynlərdən atası "məcburi köçkün” statusuna malik olan" anlayışı ən azından Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə zidd kimi qiymətləndirilməklə bu əsas üzrə işin hallarına münasibətdə tətbiq edilə bilməzdi. Həmin maddəyə əsasən, kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət ... hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Insan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin III hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Oxşar mübahisə ilə bağlı digər işlər üzrə də Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblər nəzərə alınmaqla məhkəmə kollegiyasının hüquqi mövqeyi hazırkı məzmunda olmuşdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının "X10 cavabdeh Cavabdeh qarşı” *-*(***)-***/** saylı iş üzrə 2016-cı il ## ### tarixli Qərarı). Bundan başqa ##.##.2002-ci il tarixdə təsdiq edilmiş, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Milli Bankı ilə razılaşdırılmış "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair" təlimatın 2.4-cü hissəsinə və həmin hissənin 4.6-cı maddəsinə əsasən faktiki nikahdan doğulmuş “məcburi köçkün” statusuna malik olan şəxsin (kişi və ya qadının) himayəsində olan uşaq məcburi köçkün statusuna malikdir. Göründüyü kimi "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar" ##.##.2013-cü il tarixdə təsdiq edilənədək faktiki nikahdan doğulmuş, "məcburi köçkün" statusuna malik olan şəxsin (kişi və ya qadının) himayəsində olan uşaq məcburi köçkün statusuna malik hesab edilir. Iddiaçı, qeyd olunan "Qaydalar" təsdiq edilənədək doğulduğu və dövlət büdcəsindən verilən aylıq müavinət aldığı üçün həmin Qaydaların 4.1.6-cı maddəsi iddiaçıya şamil edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cəbrayıl Rayon Icra Hakimiyyətinin ##.##.2025-ci il tarixli, *-**/*-***/**** saylı məktubu ilə təqdim edilən Azərbaycan Respublikası Cəbrayıl Şəhər Inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin ##.##.2025-ci il tarixli, *** nömrəli arayışında qeyd olunur ki, Cəbrayıl şəhər sakini İddiaçı 2009-cu ilin iyul ayından 2023-cü ilin avqust ayına kimi vahid aylıq müavinət almış, həmin vaxtdan etibarən atası qanuni nümayəndə2 mənzil qanunvericiliyinə əsasən ayrıca yaşayış sahəsi əldə etdiyinə görə vahid aylıq müavinət verilməsi dayandırılmışdır. Göründüyü kimi iddiaçı məcburi köçkün kimi 2009-cu ilin iyul ayından 2023-cü ilin avqust ayına kimi vahid aylıq müavinət almışdır. Yuxarıda qeyd etdiyi kimi "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair 'Qaydalar" ##.##.2013-cü il tarixdə təsdiq edilənədək, məcburi köçkün statusu faktiki olaraq tanınmış, hazırda da mövcuddur və bu səbəbdən iddiaçıya müavinət verilmişdir. Atasının ayrıca yaşayış sahəsi əldə etməsi vahid aylıq müavinət verilməsinin dayandırılması üçün əsas olsa da nə onun, nə də iddiaçının məcburi köçkün statusuna xitam vermir. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya Idarəsinin ##.##.2025-ci il tarixli, **/*-*****/**** saylı məktubunda göstərilmişdir ki, ##.##.2009-cu il təvəllüdlü İddiaçı ##.##.2015-ci il tarixdən hazıradək ünvan 2 ünvanında, ##.##.1978-ci il təvəllüdlü qanuni nümayəndə2 ##.##.2003-cü il tarixdən hazıradək ünvan 2 ünvanında qeydiyyatdadırlar. Iddiaçı 2009-cu ildən faktiki olaraq məcburi köçkün kimi tanınaraq aylıq müavinət aldığı halda cavabdeh tərəfindən sonradan, yəni 2013-cü ildə qəbul edilmiş qaydalara istinad edilərək iddiaçıya məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilməsi üçün əsas kimi çıxış edə bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi qanuni nümayəndə2 izahatında məhkəməyə bildirdi ki, birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırır ki, iddiaçının anası məcburi köçkün deyildir. Lakin hazırda həyat yoldaşı da onunla nikahda olduğu üçün o da demək olar ki, məcburi köçkün həyatı yaşayır. Bir yandan da qohumlarının çoxunun uşaqları bu statusu aldığı təqdirdə iddiaçıya çatanda yeni qanun tətbiq olundu. Qohumlarının işləri Sumqayıt Inzibati Məhkəməsində baxılmışdır. Lap sorğu verilib həmin qərarlar alına bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - AA seriyalı ****** nömrəli X4 əsasən, qanuni nümayəndə2 Cəbrayıl rayonundan məcburi köçkündür. Hazırda müvəqqədti məskunlaşdığı ünvan: ünvan 3 Vəsiqə Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin ##.##.2025-ci il tarixli qərarına əsasən verilmişdir. - AZ-İ seriyalı ****** nömrəli Nikah haqqında Şəhadətnaməsinə əsasən qanuni nümayəndə2 və X2 ##.##.2008-ci il tarixdə nikahları bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında ##.##.2008-ci il tarixdə 744 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. - AZ-II seriyalı ****** nömrəli Doğum haqqında Şəhadətnaməyə əsasən İddiaçı oğlu ##.##.2009-cu il tarixdə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında ##.##.2009-cu il tarixdə 3200 nömrəsi ilə qeyd edilmişdir. Atası qanuni nümayəndə2, anası qanuni nümayəndə1dır. - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Cəbrayıl Rayon Icra Hakimiyyətinin ##.##.2025-ci il tarixli *-**/*-***/**** nömrəli məktubu ilə təqdim edilən Azərbaycan Respublikası Cəbrayıl Şəhər Inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin ##.##.2025-ci il tarixli *** nömrəli arayışına əsasən, Cəbrayıl şəhər sakini İddiaçı 2009-cu ilin iyul ayından 2023-cü ilin avqust ayına kimi vahid aylıq müavinət almış, həmin vaxtdan etibarən atası qanuni nümayəndə2 mənzil qanunvericiliyinə əsasən ayrıca yaşayış sahəsi əldə etdiyinə görə ("Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydasının 2.1ci bəndinə əsasən məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə ve onlarla birlikdə yaşayan ailə üzvlərinə (Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı ailələri, Azərbaycanın Milli Qəhrəmanı ailələri, şəhid ailələri, Qarabağ müharibəsi ilə əlaqədar orqanizminin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla)) vahid aylıq müavinət verilməsi dayandırılmışdır. - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya Idarəsinin ##.##.2025-ci il tarixli **/*-*****/**** nömrəli məktubunda göstərilmişdir ki, ##.##.2009-cu il təvəllüdlü İddiaçı ##.##.2015-ci il tarixdən hazıradək ünvan 2 ünvanında, ##.##.1978-ci il təvəllüdlü qanuni nümayəndə2 ##.##.2003-cü il tarixdən hazıradək ünvan 2 ünvanında qeydiyyatdadırlar. - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli *-**-*- **/*-*****/**** nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 43C, mənzil 144 (Yeni qaydalarla: ünvan 1) ünvanı ##.##.2020-cı il tarixdə qanuni nümayəndə2 adına qeydiyyata alınmışdır. İddiaçı və qanuni nümayəndə1 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. - Cavabdeh Cavabdeh iddiaçıya ünvanladığı ##.##.2025-ci il tarixli 3-36-3/2-M- 10082- **/****/***** nömrəli məktubunda bildirilmişdir, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 4.1.6 bəndinin tələblərinə əsasən valideynlərindən atası "məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. Bildiririk ki, ##.##.2009-cu il təvəllüdlü İddiaçı anası qanuni nümayəndə1 qeydiyyatı Bakı şəhəri, ünvan 5 ünvanında olduğundan övladınıza məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir. Iş materiallarından göründüyü kimi, hazırkı inzibati mübahisənin predmetini iddiaçı İddiaçı “məcburi köçkün” statusunun və həmin statusu təsdiq edən vəsiqənin verilməsi barədə inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdeh Cavabdeh üzərinə qoyulması tələbi təşkil edir. Birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları, tətbiq edilməli olan maddi hüquq normalarını və inzibati orqanın imtina məktubunda göstərilmiş əsasları qiymətləndirərək iddia tələbini təmin etməmişdir. Apellyasiya şikayətində isə əsasən iddiaçının 2009-cu ildə doğulması, 2013-cü ildə təsdiq edilmiş Qaydaların ona münasibətdə geriyə tətbiq edilə bilməməsi, uzun müddət vahid aylıq müavinət almasının onun məcburi köçkün statusunun faktiki tanınması kimi qiymətləndirilməli olması, habelə Qaydaların 4.1.6-cı bəndinin Konstitusiyanın 25-ci maddəsində təsbit edilmiş bərabərlik prinsipinə zidd olması barədə dəlillər irəli sürülmüşdür. Ilk növbədə qeyd edilməlidir ki, hazırkı iş üzrə iddia tələbi məcburetmə haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinin məzmununa görə isə belə iddianın təmin edilməsi üçün iki şərtin birlikdə mövcudluğu zəruridir: birincisi, inzibati aktın qəbulundan imtina qanuna zidd olmalı, ikincisi isə həmin qanunsuz imtina iddiaçının hüquqlarının pozulmasına səbəb olmalıdır. Deməli, məhkəmə yalnız o halda cavabdeh inzibati orqanın üzərinə tələb edilən inzibati aktı qəbul etmək öhdəliyi qoya bilər ki, iddiaçının həmin aktın qəbul edilməsini tələb etmək hüququ maddi hüquq normaları ilə təsdiq olunsun. Iş materiallarından görünür ki, iddiaçının atası qanuni nümayəndə2 Cəbrayıl rayonundan məcburi köçkün statusuna malikdir, iddiaçı ##.##.2009-cu il tarixdə doğulmuşdur; iddiaçı və atası ünvan 2 ünvanında qeydiyyatdadırlar, iddiaçının anası qanuni nümayəndə1 qeydiyyat ünvanı isə Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən mənzildir. Cavabdeh inzibati orqan məhz ananın daimi yaşayış yeri üzrə qeydiyyatının işğal olunmuş rayon üzrə olmamasını əsas götürərək iddiaçıya məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsindən imtina etmişdir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Bu normanın məzmunundan aydın olur ki, statusun və onu təsdiq edən vəsiqənin verilməsi üçün sadalanan şərtlər alternativ deyil, kumulyativ xarakter daşıyır. Yəni atanın məcburi köçkün statusuna malik olması özlüyündə yetərli deyildir, bununla yanaşı, hər iki valideynin qeydiyyatının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon olması və uşağın Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini alması da tələb olunur. Hazırkı işdə iddiaçı həmin şərtlərdən yalnız bir qisminə cavab verir. Atasının məcburi köçkün statusuna malik olması və iddiaçının Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxs olması mübahisələndirilmir. Lakin iddiaçının anasının qeydiyyat ünvanının işğal olunmuş rayon üzrə olmaması iş materialları ilə təsdiq olunur. Belə olan halda Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulmuş şərtlərin tam məcmusu mövcud deyildir. Inzibati orqan qanunvericilikdə nəzərdə tutulmayan əsasla və ya natamam şərtlər əsasında iddiaçıya status verə bilməzdi. Məhkəmə də inzibati orqanın əvəzinə qanunvericilikdə mövcud olmayan hüquqi nəticə yarada bilməz. Apellyasiya şikayətində göstərilən “Qaydaların 2013-cü ildə qəbul edilməsi və iddiaçının 2009-cu ildə doğulduğuna görə həmin Qaydaların ona münasibətdə geriyə tətbiq edilə bilməməsi” barədə dəlil də əsaslı hesab edilə bilməz. Belə ki, hazırkı mübahisədə 2013-cü ildə qəbul edilmiş normativ akt iddiaçının keçmişdə baş vermiş hər hansı hüquqi vəziyyətini aradan qaldırmaq və ya ona əvvəllər verilmiş statusu ləğv etmək üçün tətbiq edilmir. Mübahisə 2025-ci ildə edilmiş müraciət əsasında iddiaçıya yeni inzibati aktın - məcburi köçkün statusunu və onu təsdiq edən vəsiqəni vermək barədə inzibati aktın qəbul edilib-edilməməsi ilə bağlıdır. Inzibati orqan müraciətə baxarkən həmin vaxt qüvvədə olan maddi hüquq normalarını tətbiq etməli idi. Bu baxımdan, qüvvədə olan Qaydaların iddiaçının 2025-ci il tarixli müraciətinə tətbiqi hüquqi aktın geriyə qüvvəsi kimi qiymətləndirilə bilməz. Iddiaçının uzun müddət vahid aylıq müavinət alması da onun məcburi köçkün statusunu təsdiq edən vəsiqə almaq hüququnun mövcudluğunu sübut etmir. Vahid aylıq müavinətin ödənilməsi sosial müdafiə xarakterli ayrıca hüquqi mexanizmdir və həmin müavinətin müəyyən dövr ərzində ödənilməsi şəxsin məcburi köçkün statusunun formal qaydada verilməsi barədə inzibati aktın qəbul edilməsi ilə eyniləşdirilə bilməz. Başqa sözlə, sosial yardımın ödənilməsi faktı inzibati aktı əvəz etmir, statusun verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtləri aradan qaldırmır və cavabdeh inzibati orqanın sonrakı müraciət üzrə qüvvədə olan normativ tələbləri yoxlamaq səlahiyyətini istisna etmir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin iş üzrə sübutlara qiymət vermədiyi bildirilmişdir. Lakin qərarın məzmunundan görünür ki, məhkəmə iddiaçının atasının məcburi köçkün statusuna malik olması barədə vəsiqəni, nikah və doğum haqqında şəhadətnamələri, Cəbrayıl Rayon Icra Hakimiyyətinin məktubunu, Daxili Işlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya Idarəsinin cavabını, daşınmaz əmlakın dövlət reyestrindən daxil olmuş məlumatları və cavabdeh inzibati orqanın imtina məktubunu araşdırmışdır. Məhkəmə həmin sübutlar əsasında iddiaçının anasının qeydiyyat ünvanının işğal olunmuş rayon üzrə olmadığını müəyyən etmiş və bu halı Qaydaların 4.1.6-cı bəndi baxımından həlledici hesab etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDI: Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(3-6)-947/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-947/2026
01.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver