Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-951/2026 22.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə GIRIŞ HISSƏ Bakı Apellyasiya Məhkəməsinin Inzibati kollegiyası Hakimlər Ağalarov Həmid Azər oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi ilə, iddiaçı İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2-1(112)-13451/2025 qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə ##.##.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVIRI HISSƏ Işin halları: Iddiaçı İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının qərarı ilə ##.##.2018-ci ildə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Iddiaçı İddiaçı barəsində xxxxnin Tibbi-sosial ekspert komissiyasının ##.##.2023-cü il tarixli, *-**-*/*-*****/**** nömrəli qərarı ilə ##.##.2018-ci il tarixindən diaqnozun təsdiqini tapmamasına dair, ##.##.2024-cü il tarixli, *-**--*/*-*-****/**** nömrəli qərarı ilə tam reabilitasiya olunmasına dair qərar qəbul edilmişdir. Iddiaçı İddiaçı cavabdeh xxxxnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tibbi Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli əlilliyin ləğvi barədə qərarın etibarsız hesab edilməsi və ona müddətsiz əlillik statusunun bərpa edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı tərəf iddianın dəyişdirilməsi barədə ərizə verərək, müddətsiz əlilliyin ləğvinə dair cavabdehin ##.##.2023-cü il və ##.##.2024-cü il tarixli qərarlarının ləğv edilməsi və müddətsiz əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə, iddianın dəyişdirilməsi qeyd edilən məzmunda qəbul edilmişdir. Iddiaçının əsaslandırması: Iddia onunla əsaslandırılmışdır ki, İddiaçı, 1990-cı illərdə Qazax rayon Polis Şöbəsində xidmət etmişdir. Həmin illərdə erməni silahlı birləşmələrinin silahlı hücumlarının qarşısının alınmasında rəşadətli döyüş yolu keçərək vətən torpaqlarını canı kimi qorumuşdur. Erməni silahlı birləşmələrinin bir neçə ağır zirehli texnikasını, çoxsaylı canlı qüvvəsini və döyüş helikopterini məhv etmişdir.1991-1992-ci illərdə döyüş əməliyyatında dəfələrlə xəsarət alaraq və ağır yaralanaraq uzun müddət ambulator və stasionar müalicələr almışdır. Döyüş əməliyyatı zamanı aldığı ağır xəsarətlərlə əlaqədar Daxili Işlər Nazirliyinin Xüsusi Həkim komissiyasının rəyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasının qərarı ilə xəstəliyini nəzərə alaraq ##.##.2018-ci ildə müddətsiz əlillik təyin edilmişdir. Lakin ##.##.2024-cü il tarixində təyin edilmiş əlillik dərəcəsi dayandırılaraq əlilliyin təyinatına imtina verilmişdir. Cavabdeh orqan əliliyin dayandırılma səbəbini və imtinanı səbəb olaraq göstərir ki, tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Lakin diaqnozda qeyd edilir ki, üzvi məşəli şəxsiyyət pozuntusu, baş-beyin üzvi xəstəliyi nəticəsində psixi pozuntular, şəxsiyyətin nəzərə çarpan dərəcədə dəyişməsi, psixopatabənzər davranış pozuntuları kimi qeyd edilmişdir. Döyüş əməliyyatı zamanı ağır xəsarət kəllə-beyin silkələnməsi almışdır. Bu xəsarət nəticəsində uzun müddət F.07.0 kodu üzrə üzvi mənşəli şəxsiyyət pozuntusu, baş-beyin üzvi xəstəliyi nəticəsində psixi pozuntular, şəxsiyyətin nəzərə çarpan dərəcədə dəyişməsi,psixopata bənzər davranış pozuntusu diaqnozu ilə həm ambulator, həm də stasionar şəraitdə müalicələr almış və hal hazırda alır. Xəstəliyi F.07.0 kodu psixi pozuntuxroniki xarakter daşıyır və daimi funksional pozuntu ilə müşayət olunur. Bu diaqnozun tam sağalması tibbi baxımdan mümkün deyil. Cavabdeh orqan yalnız kağız üzərində tam reabilitasiya qərarı verməklə, qanunvericiliyin və tibbi meyarların tələblərini pozmuşdur. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyəti tibb müəssisəsinin *******AACFS nömrəli ##.##.2018-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.4.3-cü bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Sonradan əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması əsasında vətəndaş DTSERA-ya əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmiş və ona diaqnoz öz təsdiqini tapmır barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmiş, eyni nömrəli məktub əsasında əyani müayinəyə dəvət olunmuşdur. Vətəndaşın müraciəti əsasında əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Xüsusi Həkim Komissiyası tərəfindən ##.##.2016-cı il tarixli ** nömrəli Qərar verilmişdir. Müayinə zamanı simulyativ davranış nümayiş etdirmiş, suallara adekvat, dolğun cavablar vermiş, vətəndaş aparılan müalicələr barədə, qəbul etdiyi dərmanlar haqqında məlumat verə bilməmişdir. * saylı X1 ##.##.2024-##.##.2024-cü il tarixli ***/** nömrəli Çıxarışında diaqnoz “Baş beynin üzvi xəstəliyi (travmatik mənşəli) nəticəsində psixi pozuntular. Şəxsiyyətin nəzərə çarpan dərəcədə dəyişməsi. Psixopatabənzər davranış pozuntuları ilə” kimi qeyd olunmuşdur. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh xxxx tərəfindən müddətsiz əlilliyin ləğvinə dair ##.##.2023-cü il və ##.##.2024-cü il tarixli qərarlarının iddiaçıya aid hissədə ləğv edilməsi, iddiaçı İddiaçı müddətsiz əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh xxxxnə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərarını onunla əsaslandırmışdır ki, şəxsin tam reabilitasiya olub-olmamasının araşdırılmasına da zərurət yoxdur. Belə ki, tam reabilitasiya olunduğu halda belə əgər şəxsin etimad hüququnun qorunmasını istisna edən hal yoxdursa, həmin sağalma əlilliyin təyinindən 5 il sonra növbəti müddətdə əlilliyin uzadılmasından imtina üçün əsas ola bilər. Hazırkı halda isə mübahisə iddiaçıya təyin olunan müddətsiz əlilliyin ləğvindən yaranmışdır. Halbuki əlilliyin təyin edilməsi barədə iddiaçının etimad hüququ qorunmalı olan qərarda təyin edilmiş əlilliyin müddətsiz olması açıq-aşkar müəyyən edilmişdir. Iddiaçı hər hansı saxtakarlıq etməmiş, təhrif olunmuş məlumatlar təqdim etməmiş, cinayət törətməmiş və digər etimadın qorunmasına istinadı istisna edən hərəkətlərə yol verməmişdirsə onun cavabdehin istinad etdiyi, inzibati icraatın predmetindən kənar çıxmaqla aparmış inzibati icraat əlilliyin ləğvinə əsas yaratmır. Həmçinin işin hallarının araşdırılması məqsədi ilə iş üzrə hər hansı ekspertiza da təyin edilməmişdir. Halbuki, qeyd edilən diaqnozların hansı səbəbdən əlillik təyinatına əsas verməməsi və şəxsin Tam Reabilitasiya olunması barəsində Agentlik tərəfindən təqdim edilən yekun əyani müayinə qərarında və eyni zamanda etirazda da ətraflı məlumat verilmişdir. Şəxsdə həmin patalogiyanın olması ona əlilliyin təyinatına əsas vermir. Apellyasiya icraatı zamanı ##.##.2026-cı il tarixli məhkəmə iclasında məhkəmə kollegiyasının protokol qaydasında qəbul etdiyi qərardadla, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 58-ci maddəsinə əsasən, cavabdeh Cavabdeh publik hüquqi şəxsi hüquq varisi “xxxx” publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası IPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRMA HISSƏSI Apellyasiya şikayətinin mümkünlüyü: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Faktiki hallar və sübutlar: Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Müayinə aktından görünür ki, iddiaçıya ##.##.2018-ci il tarixdə “Üzvi hallyüsinoz. Baş beynin üzvi xəstəliyi (travmatik mənşəli), nəticəsində psixi pozuntular. Şəxsiyyətin nəzərə çarpan dərəcədə dəyişməsi, psixopata bənzər davranış pozuntuları ilə” diaqnozu əsasında müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. ##.##.2023-cü il tarixli qərardan görünür ki, iddiaçı barəsində əlillik təyinatı aparılan ##.##.2018-ci il tarixindən diaqnozun təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. ##.##.2024-cü il tarixli qərardan görünür ki, iddiaçının tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Bakı * nömrəli X1 tərəfindən verilmiş ##.##.2024-cü il tarixli göndərişdən görünür ki, iddiaçıda: Əsas diaqnoz: Üzvi mənşəli şəxsiyyət pozuntusu. Baş-beynin üzvi xəstəliyi (travmatik mənşəli) nəticəsində psixi pozuntular, şəxsiyyətin nəzərə çarpan dərəcədə dəyişməsi, psixopatabənzər davranış pozuntuları ilə (F07.0) Ağırlaşma: Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər dəqiqləşdirilmiş psixi pozuntular. (F06.8) Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. Iddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. IPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Iş materiallarından göründüyü kimi, iddiaçı İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının qərarı ilə ##.##.2018-ci ildə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Iddiaçı İddiaçı barəsində xxxxnin Tibbi-sosial ekspert komissiyasının ##.##.2023-cü il tarixli, *-**-*/*-*****/**** nömrəli qərarı ilə ##.##.2018-ci il tarixindən diaqnozun təsdiqini tapmamasına dair qərar qəbul edilməklə əlilliyi ləğv edilmişdir. Iddiaçı tərəfindən həmin dövrdə inzibati orqanın qərarı mübahisələndirilməmişdir. Daha sonra iddiaçı barəsində Bakı * nömrəli X1 tərəfindən yeni ##.##.2024-cü il tarixli T********ZBV nömrəli tibbi göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş əsasında ##.##.2024-cü il tarixdə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Iddiaçının müraciəti əsasında həmin göndəriş üzrə onun əyani müayinə keçirilmiş və xxxxnin Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli qərarı ilə, iddiaçının tam reabilitasiya olunması qərara alınmışdır. Daha sonra iddiaçı barəsində Bakı * nömrəli X1 tərəfindən yeni ##.##.2025-ci il tarixli G********IVC nömrəli tibbi göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş əsasında ##.##.2025-ci il tarixdə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Lakin ##.##.2025-ci il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Hazırkı iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl isə eyni məzmunlu iddiası Bakı Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə geri götürülmüş sayılmış, Bakı Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)- *****/**** nömrəli qərardadı ilə mümkün sayılmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ##.##.2018-ci ildən təyin edilmiş müddətsiz əlilliyin ləğvinə dair cavabdehin ##.##.2023-cü il və ##.##.2024-cü il tarixli qərarlarının ləğv edilməsi və müddətsiz əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi ilə bağlı iddia ərizəsi vermişdir. Göründüyü kimi, iddiaçıya onun əlilliyinin ləğv edilməsi artıq 2023-cu il tarixdən məlum olmuş, hətta daha sonra 2 dəfə yeni tibbi göndəriş rəsmiləşdirmişdir. Lakin iddiaçı həmin qərarları nə “Inzibati icraat haqqında” Qanunda müəyyən edilmiş müddətdə şikayət instansiyasında, nə də IPM-in 38.1-ci maddəsində göstərilmiş müddətdə məhkəmədə mübahisələndirməmiş, qanunvericilikdə təsbit edilmiş müddəti ötürmüşdür. O da nəzərə alınmalıdır ki, qanunvericiliyə əsasən müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına yol verilmir. Məhkəmə kollegiyası bir daha vurğulayır ki, iddianın mümkünlüyü şərtlərinin mövcudluğu tərəflərin tələbindən asılı olmayaraq məhkəmə tərəfindən öz xidməti vəzifəsinə uyğun olaraq yoxlanılmalıdır. Belə olan halda isə, iddianın mümkünlük şərtlərinin mövcudluğunun sübuta yetirilməsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı tərəf yalnız 1 məhkəmə iclasına gəlmiş və iddianın mümkünlük şərtlərinin mövcudluğunun sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsinə dair oxşar mübahisə ilə bağlı digər iş üzrə də Ali Məhkəmənin kollegiyasının hüquqi mövqeyi hazırkı məzmunda olmuşdur (Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati kollegiyasının 2-1(102)-****/**** №-li iş üzrə ##.##.2025-ci il tarixli Qərarı). “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 79-1-ci maddəsinə əsasən, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. NƏTICƏVI HISSƏ Azərbaycan Respublikasının Inzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh “xxxx” publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı ləğv edilsin. Iddiaçı İddiaçı cavabdeh xxxxnə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(3-6)-951/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-951/2026
22.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver