Məhkəmə qərarları › İş №2-1(3-6)-953/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-953/2026

18.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-953/2026 18.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X15 (sədrlik edən və məruzəçi), X9 və X19 ibarət tərkibdə, Türkan Kamran qızı Haqverdiyevanın katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. ünvan 7 ünvanında yerləşən mənzil (otaq 143, 142) Bakı Baş Tikinti İdarəsi tərəfindən 1989-cu il tarixli *** saylı orderə əsasən iddiaçıya ayrılmışdır.

2. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Bakı şəhəri Binəqədi rayonu, 7-ci mikrorayon, A/Y, * saylı binanın ** saylı mənzilinin 144-cü otağının vətəndaş X1 daimi istifadəsinə verilməsi barədə ** saylı, ## ##### 2021-ci il tarixli sərəncamından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, A/Y * saylı binanın 1 otaqlı (yaşayış sahəsi 17,884 kv.m köməkçi sahə 13.2 kv.m) olan * saylı binanın ** saylı mənzilinin 144-cü otağı vətəndaş X1 daimi istifadsinə verilmiş, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, A/Y * saylı binanın ** saylı 144- cü otağına dair vətəndaş X1 ilə kirayə müqaviləsi bağlanmış hesab edilmişdir.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, ********** qeydiyyat nömrəli, ##.##.2023-cü il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən ünvan 4, mənzil 63 (ümumi sahəsi 25,49 kv.m) üzərində X1 mülkiyyəti hüququ qeydiyyata alınmışdır.

4. ## #### 2023-cü il tarixli, notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən X1 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ** saylı mənzili iddiaçıya satmışdır.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, ********** qeydiyyat nömrəli, ##.##.2023-cü il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən ünvan 4, mənzil 63 (ümumi sahəsi 25,49 kv.m) üzərində iddiaçının mülkiyyəti hüququ qeydiyyata alınmışdır.

6. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin ** saylı MKİS-in №*** saylı, ##.##.2024cü il tarixli arayışına əsasən iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kunanbayev küçəsi, * saylı evin 63 (otaq-143,***) nömrəli mənzilində qeydiyyatdadır. Hal-hazırda həmin ünvan 7-ci mikrorayon, A.Kunanbayev ev 4, mənzil 63 (otaq 143,142) adlanır.

7. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqında ******* nömrəli, ##.##.2025-ci il tarixli arayışından görünür ki, iddiaçı ## ###### 2005-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır.

8. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin ** saylı MKİS-in №*** saylı, ##.##.2025ci il tarixli arayışına əsasən ünvan 3 ünvanında İddiaçı arvadı Səlimova Sədaqət İslam qızı, oğlu X2, X3 və qızı X6 ibarət ailə tərkibi ilə birlikdə faktiki olaraq göstərilən ünvanda yaşayırlar.

9. Səlimova Sədaqət İslam qızının notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, mübahisəli mənzilin iddiaçının adına özəlləşməsinə, həmçinin reyestrdən çıxarışın və texniki sənədlərin verilməsinə razıdır və etiraz etmir.

10. İddiaçı mənzil kirayə müqaviləsinin bağlanması üçün Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etmişdir.

11. Cavabdeh ##.##.2025-ci il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və imtina məktubunda bildirmişdir ki, “...iddiaçı və ailə üzvləri Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətində yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmadığından və yaşayış sahəsinin birtipli forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmədiyindən müraciətin müsbət təmin olunması mümkün olmamışdır”

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı İddiaçı cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək ünvan 5 ünvanında yerləşən mənzilə Bakı Baş Tikinti İdarəsi tərəfindən 1989-cu il tarixli *** saylı orderə əsasən müvafiq sərəncamın verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 6 ünvanında yerləşən mənzilin 25.49 kv/m hissəsi ##.##.2023-cü il tarixli ********** nömrəli çıxarışa əsasən onun mülkiyyətindədir. Qalan 49,54 kv/m hissəni özəlləşdirmək niyyətindədir. Bununla bağlı, həmin sərəncamın verilməsi üçün Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. İddiaçı hesab edir ki, imtina qanunsuz və əsassızdır.

14. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir.

15. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı “BAKIBAŞTİKİNTİ” Mənzil Kommunal İdarəsinin ##.##.1989-cu il tarixli *** nömrəli orderinə əsasən yaşadığı ünvan 1 ünvanında yerləşən ** saylı mənzilə (otaq 142, 143) dair onunla sosial kirayə müqaviləsinin bağlanmasına köməklik göstərilməsi barədə ##.##.2025-ci il tarixli *- **/*-H-***-***/**** saylı ərizə ilə müraciət etmişdir. Həmin müraciətə baxılmasının nəticəsi olaraq, vətəndaşa təqdim olunan ##.##.2025-ci il tarixli *-**/*-H-***-***/**** nömrəli cavab məktubunda, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48.1-ci və 62-ci maddələrinə istinad edilərək özü və ailə üzvləri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmadığından, habelə yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmədiyindən müraciətinin müsbət təmin olunmasının mümkün olmadığı qeyd edilmişdir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə ##.##.2009-cu il tarixli *** nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 1.3.8-ci bəndinə əsasən həmin Məcəllənin 62.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli formasının təsdiq edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Lakin, yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilməmişdir. İşin araşdırılan hallarından və qeyd olunan qanunvericilik normalarından görünür ki, iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan qanunsuz hərəkətlər edilməmiş və müraciətinə əsasən ona qanunvericiliyin tələblərinə uyğun müvafiq cavab məktubu göndərilmişdir. Həmçinin iddiaçının tələbi qanunaziddir, çünki o, indiyədək yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmamışdır. Belə olan halda iddiaçı ilə sosial kirayə müqaviləsinin bağlanması üçün hüquqi əsaslar mövcud deyildir. Beləliklə də, iddiaçının iddiası əsassızdır, onun hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamış və həmin halın mövcudluğunu isə o, iddia ərizəsində əsaslandıra bilməmişdir. Bu səbəbdən də iddia mümkün sayılmamalıdır.

16. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

17. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı işin hallarına əsasən müəyyən edilir ki, iddiaçının ailə üzvüləri birlikdə Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi, ev 4/17, mərtəbə 9, sahəsi 49.54 kv.metr olan, 2 otaqlı, ** saylı mənzil (otaq 143, 142) verilmişdir.

18. Orderdə iddiaçıdan əlavə digər ailə üzvü isə notarial qaydada verdiyi ərizədə mənzilə dair iddiaçının adına kirayə müqaviləsinin bağlanmasına etiraz etmədiyini bildirmişdir.

19. İddiaçının qeyd edilən normada hüquqmüəyyənedici sənədə malik olması işin mübabisələndirilməyən halıdır.

20. Cavabdeh iddiaçının hüquqmüəyyənedici sənədini mübahisələndirmir.

21. Cavabdeh imtina dəlilləri qismində göstərmişdir ki, iddiaçı yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmamışdır.

22. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçıya həmin mənzil işlədiyi müəssisə tərəfindən xüsusi mənzil fondundan verilmişdir.

23. Odur ki, ididaçının yerli icra hakimiyyətində orqanından yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi mənzil uçotuna alınmasının tələb edilməsi barədə cavabdehin mövqeyi əsassızdır.

24. Bundan başqa cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən sosial kirayə müqaviləsinin birtipli formasının Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmamasına istinad etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

25. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

26. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, işin araşdırılan hallarından və qeyd olunan qanunvericilik normalarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı qarşı onun hüquq və azadlıqlarını pozan qanunsuz hərəkətlər edilməmiş və müraciətinə əsasən ona qanunvericiliyin tələblərinə uyğun müvafiq cavab məktubu göndərilmişdir. Həmçinin iddiaçının tələbi qanunaziddir, çünki o, indiyədək Rayon İcra Hakimiyyətində yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmamışdır. Belə olan halda iddiaçı ilə sosial kirayə müqaviləsinin bağlanması üçün hüquqi əsaslar mövcud deyildir. Beləliklə də, hesab edirlər ki, iddiaçı İddiaçının Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia irəli sürməsi əsassızdır, onun hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamış və həmin halın mövcudluğunu isə o, əsaslandıra bilməmişdir. Buna baxmayaraq, məhkəmə tərəfindən etirazda qeyd olunan hallar tam və hərtərəfli araşdırılmadan, habelə lazımi hüquqi qiymət verilmədən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsi tərəflərindən verilmiş etirazda göstərilmiş xüsusatları tam həcmdə araşdırmamış və iş materiallarında olan sənədləri lazımınca tədqiq etməmişdir. Halbuki, vətəndaşa yazılan cavab məktubunda və etirazda mövcud qanunvericilik normalarına dəqiq şəkildə istinad edilməklə iddiaçı İddiaçı müraciətinin əsassız olduğu izah edilmişdir. Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi qərarda Rayon İcra Hakimiyyətinin mövqeyinin əsassız olduğu qətiyyən sübut edilməmişdir. Həmin qərar isə qanun pozuntusuna yol verməklə və işin hallarına zidd xüsusatlara əsaslanmaqla qəbul edilmişdir.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. d) Prosses iştirakçılarının izahatlar

28. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

29. Məhkəmə Kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

30. Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin # #### 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və # ####### 2009-cu il tarixədək qüvvədə olan): - 5-ci maddəsinə əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. - 10-cu maddəsinə görə Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. Vətəndaşlara dövlət və ictimai mənzil fondu evlərində, habelə mənzil-tikinti kooperativləri evlərində yaşayış sahələri müddətsiz istifadə üçün verilir. - 44-cü maddəsinə əsasən yerli xalq deputatları Sovetlərinin mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara icraiyyə komitəsi yanında mənzil məsələləri üzrə Sovetlərin deputatlarından, ictimai təşkilatların, əmək kollektivlərinin nümayəndələrindən yaradılan ictimai komissiyanın iştirakı ilə rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən verilir. - 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. - 51-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. - 53-cü maddəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. - 54-cü maddəsinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. - 83-cü maddəsinə əsasən SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarında, SSR İttifaqının digər qanunvericilik aktlarında və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, yaşayış sahəsini icarə müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər. - 85-ci maddəsinə əsasən icarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır.

31. Qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 59.1-ci maddəsinə əsasən Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. - 62.1-ci maddəsinə görə yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır.

32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

34. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

36. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, işin faktiki hallarına əsasən ünvan 7 ünvanında yerləşən mənzil (otaq 143, 142) Bakı Baş Tikinti İdarəsi tərəfindən 1989cu il tarixli *** saylı orderə əsasən iddiaçıya ayrılmışdır.

37. Həmin mənzildə qeydiyyatda olan Səlimova Sədaqət İslam qızı notarial qaydada təsdiq edilmiş ərizə verərək mübahisəli mənzilin iddiaçının adına özəlləşməsinə, həmçinin reyestrdən çıxarışın və texniki sənədlərin verilməsinə razı olduğunu və etiraz etmədiyini bildirmişdir.

38. İddiaçı həmin ünvanda qeydiyyatda olmaqla yaşayır.

39. İddiaçı hazırda həmin mənzilə dair daimi kirayə müqaviləsinin bağlanmasını xahiş edir.

40. Hazırkı işin hallarına əsasən müəyyən edilir ki, iddiaçının ailə üzvüləri birlikdə Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi, ev 4/17, mərtəbə 9, sahəsi 49.54 kv.metr olan, 2 otaqlı, ** saylı mənzil (otaq 143, 142) verilmişdir.

41. Orderdə iddiaçıdan əlavə digər ailə üzvü isə notarial qaydada verdiyi ərizədə mənzilə dair iddiaçının adına kirayə müqaviləsinin bağlanmasına etiraz etmədiyini bildirmişdir.

42. İddiaçının tətbiq edilən normalarda nəzərdə tutulan hüquqmüəyyənedici sənədə malik olması işin mübabisələndirilməyən halıdır.

43. Cavabdeh iddiaçının hüquqmüəyyənedici sənədini mübahisələndirmir.

44. Cavabdeh imtina dəlilləri qismində göstərmişdir ki, iddiaçı yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmamışdır.

45. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçıya həmin mənzil işlədiyi müəssisə tərəfindən xüsusi mənzil fondundan verilmişdir.

46. Odur ki, ididaçının yerli icra hakimiyyətində orqanından yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi mənzil uçotuna alınmasının tələb edilməsi barədə cavabdehin mövqeyi əsassızdır.

47. Bundan başqa cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən sosial kirayə müqaviləsinin birtipli formasının Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmamasına istinad etmişdir.

48. Beləliklə, istinad olunan normalara əsasən adına order verilən mənzilin icarədarı həmin mənzilə kənar şəxsləri köçürdükdə və həmin şəxslər icarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat apardıqda onun ailə üzvü hesab edilir və icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə, o cümlədən mənzilin icarə müqaviləsinin öz adına dəyişdirilməsi hüququna malik olurlar.

49. Məhkəmə qeyd edir ki, sosial kirayə müqaviləsinin birtipli forması Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmasa da, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin istinad olunan normalarında dövlət mənzil fonduna aid olan mənzillərlə sosial kirayə müqaviləsinin bağlanması təsbit edilmişdir.

50. Mənzilin kirayə müqaviləsinin iddiaçının adına bağlanmasına dair bütün şərtlər hazırkı iş üzrə mövcuddur. Lakin cavabdeh iddiaçının tələbini təmin etməkdən imina etmiş, bununla onun hüquq və vəzifələrini pozmuşdur.

51. Bundan başqa iş materiallarınada olan Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Bakı şəhəri Binəqədi rayonu, 7-ci mikrorayon, A/Y, * saylı binaın ** saylı mənzilinin 144-cü otağının vətəndaş X1 daimi istifadəsinə verilməsi barədə ** saylı, ## ##### 2021-ci il tarixli sərəncamına əsasən müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, A/Y * saylı binanın 1 otaqlı (yaşayış sahəsi 17,884 kv.m köməkçi sahə 13.2 kv.m) olan * saylı binanın ** saylı mənzilinin 144-cü otağı vətəndaş X1 daimi istifadsinə verilmiş, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, A/Y * saylı binanın ** saylı 144-cü otağına dair vətəndaş X1 ilə kirayə müqaviləsi bağlanmış hesab edilmişdir.

52. Həmin sərəncamda qeyd olunmuşdur ki, Vətəndaş X1 ərizə ilə Binəqədi Rayonu İcra Hakimiyyətinə müraciət edərək, *** saylı ## ### 1991-ci il tarixli "Order " əsa n uzun müddətdir qeydiyyatda olaraq yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, A/Y * saylı binanın 63 mənzilinin 144-cü otağının onun daimi istifadəsinə verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, "BAKIBAŞTİKİNTİ” Mənzil Kommunal İdarəsinin ## ### 1991-ci il tarixli *** saylı orderinə əsasən yuxarıda qeyd olunan ünvanda yerləşən 1 otaqlı yaşayış sahəsi (17,884 kv.m.köməkçi sahə 13.2 kv.m.) olan * saylı binanın ** saylı mənzilinin 144-cü otağı ailə tərkibi 1 nəfərlə (özü və arvadı) vətəndaş X4 verilmişdir. Qeyd olunan otağın kirayəşini olmuş mərhum X4 (****** saylı ##.##.2009-cu il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən) vəfat edib. Hal-hazırda mərhum Ş.Xəlilovun arvadı (****** saylı ##.##.1965-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnaməsinə əsasən) X1 ailə tərkibi 1 nəfərlə (özü və oğlu X5) həmin ünvanda qeydiyyatda olaraq yaşayır.

53. Məhkəmə hesab edir ki, cavabdeh həmçinin iddiaçının müraciətini təmin etməkdən imtina etməklə iddiaçı ilə eyni faktiki və hüquqi əsasa söykənən başqa şəxsə münasibətdə fərqli qərar qəbul edərək bərabərlik və etimad prinsipinin tələblərini pozmuşdur.

54. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı olaraq isə qeyd edir ki, apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, işin araşdırılan hallarından və qeyd olunan qanunvericilik normalarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı qarşı onun hüquq və azadlıqlarını pozan qanunsuz hərəkətlər edilməmiş və müraciətinə əsasən ona qanunvericiliyin tələblərinə uyğun müvafiq cavab məktubu göndərilmişdir. Həmçinin iddiaçının tələbi qanunaziddir, çünki o, indiyədək Rayon İcra Hakimiyyətində yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmamışdır. Belə olan halda iddiaçı ilə sosial kirayə müqaviləsinin bağlanması üçün hüquqi əsaslar mövcud deyildir. Beləliklə də, hesab edirlər ki, iddiaçı İddiaçının Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia irəli sürməsi əsassızdır, onun hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamış və həmin halın mövcudluğunu isə o, əsaslandıra bilməmişdir. Buna baxmayaraq, məhkəmə tərəfindən etirazda qeyd olunan hallar tam və hərtərəfli araşdırılmadan, habelə lazımi hüquqi qiymət verilmədən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsi tərəflərindən verilmiş etirazda göstərilmiş xüsusatları tam həcmdə araşdırmamış və iş materiallarında olan sənədləri lazımınca tədqiq etməmişdir. Halbuki, vətəndaşa yazılan cavab məktubunda və etirazda mövcud qanunvericilik normalarına dəqiq şəkildə istinad edilməklə iddiaçı İddiaçı müraciətinin əsassız olduğu izah edilmişdir. Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi qərarda Rayon İcra Hakimiyyətinin mövqeyinin əsassız olduğu qətiyyən sübut edilməmişdir. Həmin qərar isə qanun pozuntusuna yol verməklə və işin hallarına zidd xüsusatlara əsaslanmaqla qəbul edilmişdir.

55. Apellyasiya şikayətinin dəlilləri etirazın məzmunu ilə təkrarlıq təşkil etdiyini qeyd etməklə yanaşı məhkəmə Kollegiyası bir daha qeyd edir ki, iddiaçıya həmin mənzil işlədiyi müəssisə tərəfindən xüsusi mənzil fondundan verilmişdir.Odur ki, ididaçının yerli icra hakimiyyətində orqanından yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi mənzil uçotuna alınmasının tələb edilməsi barədə cavabdehin mövqeyi əsassızdır.

56. Həmçinin, məhkəmə Kollegiyası qeyd edir ki, sosial kirayə müqaviləsinin birtipli forması Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmasa da, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin istinad olunan normalarında dövlət mənzil fonduna aid olan mənzillərlə sosial kirayə müqaviləsinin bağlanması təsbit edilmişdir.

57. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

58. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar