Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-958/2026 07.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh cavabdeh1 publik hüquqi şəxsinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), X6 və X3 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh cavabdeh1 publik hüquqi şəxsinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə ## #### 2026 -cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARI:
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ## ###### 2024-cü il tarixli ***** nömrəli Xəstəlik haqqında şəhadətnaməsindən görünür ki, iddiaçı şəhadətləndirilmiş və onda olan “Partlayış travması. Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı ağır dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri, funksional tutmalar, fəlakət (müharibə) keçirtdikdən sonrakı şəxsiyyətin ağır dərəcədə ifadə olunmuş davamlı dəyişikliyi” xəstəliyi – “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”.
2. Bakı * nömrəli X8 tərəfindən verilmiş Z********CLG nömrəli ##.##.2024-ci il tarixli göndərişə əsasən iddiaçıya F07.0 XBT kodu ilə Üzvi mənşəli şəxsiyyət pоzuntusu, Üzvi ( II Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri, funksional tutmalarla (Professor F.İsmayılovun məsləhəti ilə təyin olunub) diaqnozu qoyulmuşdur. Səbəbi- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə bağlı. Həmin göndəriş əsasında iddiaçı ##.##.2024-cü il tarixdə müayinə olunmuş və diaqnozun əllillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir.
3. Bakı * nömrəli X8 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli Z********EMH nömrəli göndərişə əsasən iddiaçıya Əsas diaqnoz - F07.0 XBT kodu ilə“Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri, funksional tutmalar”; Ağırlaşma - S06 XBT kodu ilə “Kəllədaxili travma, II Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması”;
4. Həmin göndəriş əsasında iddiaçının sağlamlıq vəziyyəti ##.##.2025-ci il tarixdə qiymətləndirilmiş və Tibb-Sosial Ekspert Komissiyasının ##.##.2025-ci tarixli **Z********* nömrəli qərarına əsasən diaqnozunun əllillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir.
5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin Tibbi-Sosial Ekspert Komissiyasının *-**-*/*-*-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarından görünür ki, Bakı şəhər sakini ##.##.1995-ci il təvəllüdlü İddiaçı (FİN:*******) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində ##.##.2024-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2024-cü il tarixli ***** nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (##.##.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, başbeyin silkələnməsindən sonrakı ağır dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri, funksional tutmalar. Fəlakət (müharibə) keçirtdikdən sonrakı şəxsiyyətin ağır dərəcədə ifadə olunmuş davamlı dəyişikliyi. Partlayış travması (##.##.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, xroniki sefalgik və insomnik sindrom, koqnitiv defisit ilə təzahür edən posttravmatik ensefalopatiya ilə nəticələnmiş qalıq əlaməti. Partlayış travması (##.##.2020). Burnun sağ yarısının yumşaq toxumalarının yad cismi (metal qəlpə). Partlayış travması. Sağ baldırın arxa səthinin yuxarı 1/3-nin qəlpə yaralanmasından sonrakı (10.2020) dəri çapığı” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ ##.##.2024-##.##.2024-cü il tarixli ******** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ ##.##.2024-##.##.2024-cü il tarixli ******** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, yuxusuzluqdan, əsəbilikdən şikayətlənmişdir. Qəbul etdiyi dərmanlardan yalnız Ketoblok, Nurofen preparatların adlarını xatırlamış, digərlərinin adlarını bilməmişdir. Obyektiv müayinə zamanı rahat və təmiz geyinmişdir. Zahiri tam səliqəli və dəbli olmuşdur. Uzanarkən qulağına səslər gəldiyi üçün yuxuya gedə bilmədiyini, yalnız oturaq vəziyyətdə yatdığını söyləmişdir. Ağrılarına görə çoxsaylı dərman qəbul etdiyini və dərmanlarını ailədən kiminsə verdiyini söyləmişdir. Sağ qulağında eşitmə cihazı müşahidə olunmuşdur. Son bir ildə medikamentoz preparatların ağrıya təsir göstərmədiyini əsas gətirərək hər gecə spirtli içki qəbul edib yatdığını bildirmişdir. Hərbi xidmət dövründə iki əsgər və bir rütbəli şəxs döydüyünü demiş və buna peşman olmadığını qeyd etmişdir. Özünü asmaq istədiyini, qohumların müdaxilə etdiyini söyləmişdir. Deməsinə əsasən bir dəfə intihar məqsədi ilə çoxsaylı medikamentoz preparat qəbul etmiş, bu səbəblə psixiatrik xəstəxanaya yerləşdirilmiş, lakin orada qalmamışdır (bu fakt sənədlərlə təsdiq edilməmişdir). Sol said nahiyyəsində çoxsaylı səthi yeni kəsik izləri aşkarlanmışdır. Bir ildən artıq olar ailə qurduğunu, övladının olmadığını demişdir. Hərbi xidməti 5 (beş) il olmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli yüngül ifadəli şəxsiyyət pozuntusu. Əvvəllər tibbi sənədlərlə təsdiqlənməmiş intihar cəhdləri (öz sözü ilə dərman zəhərlənməsi və özünü asma). Uzunmüddətli alkoqol istifadəçisi” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları qeyd olunmamışdır Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
6. İş materialaında olan bildirişdən görünür ki, ##.##.2025-ci il tarixdə cavabdeh inzibati orqan əlilliyin təyinatından imtina olunması barədə iddiaçını məlumatlandırmışdır.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:
7. İddiaçı İddiaçı cavabdeh cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xxxxnə qarşı “əlilliyin müəyyən edilməsi” tələbinə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “##.##.2025-ci il tarixli göndəriş əsasında iddiaçıya əlilliyin təyin edilməsinin cavabdehə həvalə edilməsi və cavabdehin ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi” formasında icraata qəbul edilmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, sağlamlıq vəziyyəti nəzərə alınmaqla əlillik dərəcəsinin təyin edilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, əlillik təyininə əsas verməmə barədə əlilliyin təyinindən imtina edilmişdir. İddiaçı hesab edir ki, imtina qanunsuz və əsassızdır, ona əlillik təyinatı üçün əsaslar mövcuddur.
10. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2024-cü il tarixli ***** nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (##.##.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı ağır dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri, funksional tutmalar. Fəlakət (müharibə) keçirtdikdən sonrakı şəxsiyyətin ağır dərəcədə ifadə olunmuş davamlı dəyişikliyi. Partlayış travması (##.##.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, xroniki sefalgik və insomnik sindrom, koqnitiv defisit ilə təzahür edən posttravmatik ensefalopatiya ilə nəticələnmiş qalıq əlaməti. Partlayış travması (##.##.2020). Burnun sağ yarısının yumşaq toxumalarının yad cismi (metal qəlpə). Partlayış travması. Sağ baldırın arxa səthinin yuxarı 1/3-nin qəlpə yaralanmasından sonrakı (10.2020) dəri çapığı” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ ##.##.2024-##.##.2024-cü il tarixli ******** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ ##.##.2024-##.##.2024-cü il tarixli ******** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, yuxusuzluqdan, əsəbilikdən şikayətlənmişdir. Qəbul etdiyi dərmanlardan yalnız Ketoblok, Nurofen preparatların adlarını xatırlamış, digərlərinin adlarını bilməmişdir. Obyektiv müayinə zamanı rahat və təmiz geyinmişdir. Zahiri tam səliqəli və dəbli olmuşdur. Uzanarkən qulağına səslər gəldiyi üçün yuxuya gedə bilmədiyini, yalnız oturaq vəziyyətdə yatdığını söyləmişdir. Ağrılarına görə çoxsaylı dərman qəbul etdiyini və dərmanlarını ailədən kiminsə verdiyini söyləmişdir. Sağ qulağında eşitmə cihazı müşahidə olunmuşdur. Son bir ildə medikamentoz preparatların ağrıya təsir göstərmədiyini əsas gətirərək hər gecə spirtli içki qəbul edib yatdığını bildirmişdir. Hərbi xidmət dövründə iki əsgər və bir rütbəli şəxs döydüyünü demiş və buna peşman olmadığını qeyd etmişdir. Özünü asmaq istədiyini, qohumların müdaxilə etdiyini söyləmişdir. Deməsinə əsasən bir dəfə intihar məqsədi ilə çoxsaylı medikamentoz preparat qəbul etmiş, bu səbəblə psixiatrik xəstəxanaya yerləşdirilmiş, lakin orada qalmamışdır (bu fakt sənədlərlə təsdiq edilməmişdir). Sol said nahiyyəsində çoxsaylı səthi yeni kəsik izləri aşkarlanmışdır. Bir ildən artıq olar ailə qurduğunu, övladının olmadığını demişdir. Hərbi xidməti 5 (beş) il olmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli yüngül ifadəli şəxsiyyət pozuntusu. Əvvəllər tibbi sənədlərlə təsdiqlənməmiş intihar cəhdləri (öz sözü ilə dərman zəhərlənməsi və özünü asma). Uzunmüddətli alkoqol istifadəçisi” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları qeyd olunmamışdır Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
11. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı ilə iddianın təmin edilərək, cavabdeh xxxxn ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi və iddiaçı İddiaçı Bakı * nömrəli X8 ##.##.2025-ci il tarixli göndərişi əsasında əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh xxxxnə həvalə edilməsi qərara alınmışdır.
12. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində cavabdeh2 tərəfindən apelyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
Apellyasiya şikayətinin dəlilləri:
13. Apelyasiya şikayəti iddia tələbinə etirazın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, məhkəmə öz qərarını onunla əsaslandırmışdır ki, göndərişdə əsas diaqnoz kimi göstərilmiş F07.0 iddiaçıda öz təsdiqini tapmışdır ki, AR İPM-nin 14-cü maddəsinin tələbləri baxımından iddianın təminini istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübut edilə bilməmiş, diaqnozun öz təsdini tapması isə ekspert rəyi və iş materiallarına daxil olan digər sənədlərlə sübut edilmişdir. Halbuki, qeyd edilən diaqnozların hansı səbəbdən əlillik təyinatına əsas verməməsi barəsində Agentlik tərəfindən təqdim edilən yekun əyani müayinə qərarında və eyni zamanda etirazda da ətraflı məlumat verilmişdir. Şəxsdə həmin patalogiyanın olması ona əlilliyin təyinatına əsas vermir. Agentlik tərəfindən verilən yekun qərarda da qeyd edildiyi kimi göndərişdə əsas diaqnoz kimi göstərilmiş F07.0 üzrə patalogiya vardır amma əlillik səviyyəsində deyildir. Məhkəmənin əsaslandırmasını qəbul etməyərək bildirik ki: Birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, iddiaçının təqdim etdiyi sənədlər və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Psixiatrik Ekspertiza Mərkəzinin ekspertlərinin rəyinə əsaslanmış, həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun əlillik təyinatına əsas verməməsi halı iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin Tibbi-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirmək istəyirik ki, məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, göndərişdə olan diaqnozun Əsasnamədə mövcud olmasının müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin və onun ağırlaşmaları intrumental müayinə nəticələri ilə təsdiq olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Buna baxmayaraq Psixiatriya Mərkəzi heç bir instrumental müayinə əsasında vermədiyi və tamamilə subyektiv yanaşmanı əks etdirən rəyi məhkəmə əsas götürmüşdür. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, birinci instansiya məhkəməsi sadəcə anamnestik məlumatlar əsasında tərtib edilən həkim rəylərinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmiş, göndərişdə qeyd olunan reabilitasiya potensiallı xəstəlik əlillik səviyyəsində öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Belə ki, göndərişdə əsas diaqnoz kimi “F07.0 Üzvi mənşəli şəxsiyyət pоzuntusu, Üzvi ( II Qarabağ müharibəsi zamanı alınmış Kəllə-beyin travması nəticəsində ) şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri, funksional tutmalar ( Professor F.İsmayılovun məsləhəti ilə təyin olunub). Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi” diaqnozu qeyd edilmişdir. Əsasnamənin 7-ci bəndinə əsasən Xroniki və (və ya) davamlı ağır, yaxud tez-tez kəskinləşən psixi pozuntulardan əziyyət çəkən şəxslərin dezadaptasiya dərəcəsini müəyyən etmək üçün aşağıdakılar nəzərə alınır: - psixopatoloji simptomların təzahür dərəcəsi; xəstəliyin davametmə müddəti, epizodların tezliyi və (və ya) gedişinin növü; - xəstəlik nəticəsində şəxsiyyət dəyişiklikləri dərəcəsi; - öz xəstəliyinə, cari vəziyyətinə və ətraf reallığa tənqid dərəcəsi; - aqressiv və ya intihar davranışları həyata keçirmə riski də daxil olmaqla, əsas həyat fəaliyyəti sahələrində funksional dezadaptasiya dərəcəsi; - kənar şəxslərin yardımı və müşahidəsinin vacibliyi; - müalicə və reabilitasiya müdaxilələrinin keçirilməsi üçün potensial; - psixiatriya dispanser müşahidəsində və psixi pozuntusu olan şəxslərin elektron reyestrində olması. Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməlidir (məsələn, MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.); - xəstəliyin başlama yaşı (məsələn: demensiya əlamətləri ilə erkən başlanğıclı Alsheymer xəstəliyi zamanı 65 yaş əsas götürülür); - xəstəliyin davametmə müddəti və proqredientliyi (prosessual dəyişikliklərin artma sürəti); - intellektual-amnestik pozuntuların təzahür dərəcəsi (psixi statusun qısa qiymətləndirilməsi şkalası - MMSE vasitəsilə müəyyən edilir, bu şkala Demensiyanin diaqnostika və müalicəsi üzrə klinik protokolda vardır); - psixotik epizodların olması (üzvi deliriy, üzvi hallüsinoz, üzvi katotonik pozuntu) və onların tezliyi ilə; - aqresiv davranış və suisidal cəhdlər də daxil olmaqla, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi; müalicəvi və reabilitasiya müdaxilələrinin aparılmasının mümkünlüyü ilə Bu patalogiyaların heç biri iddiaçının səhhətində öz əksini tapmır. Diaqnozu təsdiq edən tibb müəssisəsinin rəyləri TSEK tərəfindən tədqiq edilmiş və əlillik təyinatına əsas verən səviyyədə-35 faiz OFP müəyyən edilməmişdir. Buna baxmayaraq eyni klinik instrumental müayinə nəticələri əsasında MPEM əlavə müəyinə həyata keçirmədən rəy vermişdir. Məhkəmə iki ziddiyyətli tibbi mövqeyi aydınlaşdırmaq əvəzinə sadəcə ekspert rəyinə əsaslanaraq Agentliyin (TSEKin) hüquqlarını pozmuşdur. Göstərilən maddi hüquq normalarının tələbləri baxımından Bakı İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir.
Tərəflərin izahatları
14. ##.##.2026-cı il tarixdə cavabdeh inzibati orqan "Elektron Məhkəmə" vasitəsilə prosessual hüquqi varisliyin tətbiq edilməsi barədə ərizə verərək bildirmişdir ki, icraatınızda olan inzibati iş üzrə cavabdeh qismində iştirak edən cavabdeh2 publik hüquqi şəxsinin (VÖEN: **********) fəaliyyətinə Azərbaycan Respublikası Prezidentinin “Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” *** saylı, ## #### 2026-cı il tarixli Fərmanı əsasında yenidən təşkil edilmə (birləşmə) nəticəsində xitam verilmişdir. Sözügedən yenidən təşkil olunma nəticəsində cavabdeh1 publik hüquqi şəxsi (VÖEN: **********) yaradılmış və əvvəlki publik hüquqi şəxsin bütün hüquq və öhdəlikləri, o cümlədən məhkəmə işləri üzrə hüquq və vəzifələri hüquq varisliyi qaydasında yeni yaradılmış publik hüquqi şəxsə keçmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və prosessual hüquq varisliyinə dair Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58-ci maddəsinin tələblərinə əsasən, məhkəmədən cavabdeh cavabdeh2 publik hüquqi şəxsinin (VÖEN: **********) hüquqi varis olan cavabdeh1 publik hüquqi şəxsi (VÖEN: **********) ilə əvəz edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir.
15. Məhkəmə kollegiyası ərizəni icraata qəbul etmiş və cavabdeh cavabdeh2 publik hüquqi şəxsi hüquqi varis olan cavabdeh1 publik hüquqi şəxsi ilə əvəz edilmişdir.
16. ##.##.2026-cı il tarixli məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə icraatının iştirakçısı işə onun iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası İPM-nə əsaslanaraq hazırki işə cavabdeh cavabdeh1 publik hüquqi şəxsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
17. İddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətininin təmin olunmamasını xahiş etmişdir. Həmçinin iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək ##.##.2025-ci il tarixli Z********EMH nömrəli tibbi göndəriş əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar ##.##.2025-ci il tarixdən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
18. Məhkəmə kollegiyası tərəfindən ilə iddia tələbi dəqiqləşmiş məzmunda icraata qəbul olunmuşdur.
19. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.
21. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2016-cı il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə ləğv edilmişdir): 4.1-ci bənd. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. 4.2-ci bənd. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. 4.22-ci bənd. Göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERASda xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır. 3.1-ci bənd. TSEK-in vəzifələri aşağıdakılardan ibarətdir: 3.1.15-ci bənd. Əlilliyi qiymətləndirilən şəxslərə dair tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə səhiyyə müəssisələrinə sorğu göndərmək.
22. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEKin müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 2.6-1. Şəxsin əlilliyinin müəyyən edilməsi və əlilliyin müəyyən olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur. 2.7. TSEK-in üzvləri arasında fikir ayrılığı olduğu halda və konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları Agentlik tərəfindən rəy verilməsini zəruri edən səbəbləri qeyd etməklə altsistem vasitəsilə Agentliyə ötürür. Bu Qaydanın 2.4-cü bəndində göstərilən müddət nəzərə alınmaqla, Agentliyin 3 (üç) iş günü müddətində verdiyi rəy əsasında TSEK 2 (iki) iş günü müddətində qərar qəbul edir. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 4.1. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin üçüncü hissəsinə əsasən həmin Qanunun 5-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində göstərilən şəxslərin əlilliyi Çernobıl qəzası nəticəsində əmələ gəldikdə, əlillik müddətsiz müəyyən edilir. 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31- 60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81- 100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. 4.4. “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası istisna olmaqla) və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddətsiz müəyyən edilir
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”
24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
26. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.
27. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddia onun mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir və mümkün iddiadır. Belə ki, iş materillarında olan bildirişdən görünür ki, ##.##.2025-ci il tarixdə cavabdeh inzibati orqan əlilliyin təyinatından imtina olunması barədə iddiaçını məlumatlandırmışdır. İddiaçı isə ##.##.2025-ci il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.
28. İşin mahiyyətinə gəldikdə işin birinci instansiya məhkəməsində icraatı zamanı iddiaçının tələbi “##.##.2025-ci il tarixli göndəriş əsasında iddiaçıya əlilliyin təyin edilməsinin cavabdehə həvalə edilməsi və cavabdehin ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi” barədə olmuşdur. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddia tələbini təmin etmişdir.
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:
30. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ## ###### 2024-cü il tarixli ***** nömrəli Xəstəlik haqqında şəhadətnaməsindən görünür ki, iddiaçı şəhadətləndirilmiş və onda olan “Partlayış travması. Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı ağır dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri, funksional tutmalar, fəlakət (müharibə) keçirtdikdən sonrakı şəxsiyyətin ağır dərəcədə ifadə olunmuş davamlı dəyişikliyi” xəstəliyi – “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”.
31. Bakı * nömrəli X8 tərəfindən verilmiş Z********CLG nömrəli ##.##.2024-ci il tarixli göndərişə əsasən iddiaçıya F07.0 XBT kodu ilə Üzvi mənşəli şəxsiyyət pоzuntusu, Üzvi ( II Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri, funksional tutmalarla ( Professor F.İsmayılovun məsləhəti ilə təyin olunub) diaqnozu qoyulmuşdur. Səbəbi- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə bağlı. Həmin göndəriş əsasında iddiaçı ##.##.2024-cü il tarixdə müayinə olunmuş və diaqnozun əllillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir.
32. Bakı * nömrəli X8 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli Z********EMH nömrəli göndərişə əsasən iddiaçıya Əsas diaqnoz - F07.0 XBT kodu ilə“Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri, funksional tutmalar”; Ağırlaşma - S06 XBT kodu ilə “Kəllədaxili travma, II Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması”;
33. Həmin göndəriş əsasında iddiaçının sağlamlıq vəziyyəti ##.##.2025-ci il tarixdə qiymətləndirilmiş və Tibb-Sosial Ekspert Komissiyasının ##.##.2025-ci tarixli **Z********* nömrəli qərarına əsasən diaqnozunun əllillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir.
34. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin Tibbi-Sosial Ekspert Komissiyasının *-**-*/*-*-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarından görünür ki, Bakı şəhər sakini ##.##.1995-ci il təvəllüdlü İddiaçı (FİN:*******) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində ##.##.2024-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2024-cü il tarixli ***** nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (##.##.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, başbeyin silkələnməsindən sonrakı ağır dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri, funksional tutmalar. Fəlakət (müharibə) keçirtdikdən sonrakı şəxsiyyətin ağır dərəcədə ifadə olunmuş davamlı dəyişikliyi. Partlayış travması (##.##.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, xroniki sefalgik və insomnik sindrom, koqnitiv defisit ilə təzahür edən posttravmatik ensefalopatiya ilə nəticələnmiş qalıq əlaməti. Partlayış travması (##.##.2020). Burnun sağ yarısının yumşaq toxumalarının yad cismi (metal qəlpə). Partlayış travması. Sağ baldırın arxa səthinin yuxarı 1/3-nin qəlpə yaralanmasından sonrakı (10.2020) dəri çapığı” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ ##.##.2024-##.##.2024-cü il tarixli ******** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ ##.##.2024-##.##.2024-cü il tarixli ******** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, yuxusuzluqdan, əsəbilikdən şikayətlənmişdir. Qəbul etdiyi dərmanlardan yalnız Ketoblok, Nurofen preparatların adlarını xatırlamış, digərlərinin adlarını bilməmişdir. Obyektiv müayinə zamanı rahat və təmiz geyinmişdir. Zahiri tam səliqəli və dəbli olmuşdur. Uzanarkən qulağına səslər gəldiyi üçün yuxuya gedə bilmədiyini, yalnız oturaq vəziyyətdə yatdığını söyləmişdir. Ağrılarına görə çoxsaylı dərman qəbul etdiyini və dərmanlarını ailədən kiminsə verdiyini söyləmişdir. Sağ qulağında eşitmə cihazı müşahidə olunmuşdur. Son bir ildə medikamentoz preparatların ağrıya təsir göstərmədiyini əsas gətirərək hər gecə spirtli içki qəbul edib yatdığını bildirmişdir. Hərbi xidmət dövründə iki əsgər və bir rütbəli şəxs döydüyünü demiş və buna peşman olmadığını qeyd etmişdir. Özünü asmaq istədiyini, qohumların müdaxilə etdiyini söyləmişdir. Deməsinə əsasən bir dəfə intihar məqsədi ilə çoxsaylı medikamentoz preparat qəbul etmiş, bu səbəblə psixiatrik xəstəxanaya yerləşdirilmiş, lakin orada qalmamışdır (bu fakt sənədlərlə təsdiq edilməmişdir). Sol said nahiyyəsində çoxsaylı səthi yeni kəsik izləri aşkarlanmışdır. Bir ildən artıq olar ailə qurduğunu, övladının olmadığını demişdir. Hərbi xidməti 5 (beş) il olmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli yüngül ifadəli şəxsiyyət pozuntusu. Əvvəllər tibbi sənədlərlə təsdiqlənməmiş intihar cəhdləri (öz sözü ilə dərman zəhərlənməsi və özünü asma). Uzunmüddətli alkoqol istifadəçisi” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları qeyd olunmamışdır Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
35. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən xüsusi bilik tələb edən məsələlərin araşdırılması üçün məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə məhkəməpsixiatrik ekpertizası təyin edilmişdir. Həmin qərardada əsasən “xxxx” publik hüquqi şəxsi tərəfindən verilmiş **** nömrəli ##.##.2025-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, anamnezində depressiv epizodlar, intihar cəhdləri, funksional tutmalar ilə aşkar olunur. ##.##.2023-cü il tarixli *** nömrəli travma haqqında arayışdan məlum olur ki, MAHHHQ əsgər İddiaçı ##.##.2020- ci il tarixində Azərbaycan Respublikasının müdafiəsi zamanı xəsarət almışdır. (Diaqnoz: Partlayış travması, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət). İddiaçı Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış kəlləbeyin travması nəticəsində) şəxsiyyət pozuntusu, anamnezində depressiv epizodlar, intihar cəhdləri, funksional tutmalar ilə aşkar olunur. Elmi ədəbiyyatdakı məlumata əsasən, nisbətən uzun zaman ərzində formalaşan bir patologiya olan Üzvi mənşəli şəxsiyyət pozuntusu üzvi xəstəliklərin (kəllə-beyin travması nəticəsində) ağır keçən uzaq nəticələrindən biri hesab olunur. Üzvi mənşəli şəxsiyyət pozuntusunun tam reabilitasiyası mümkün deyil, lakin İddiaçı vəziyyətinin stabil saxlanılması və sosial adaptasiyası məqsədilə əlavə müalicə və psixiatrik nəzarətə ehtiyacı vardır.
36. Beləliklə, iddiaçı barəsində Bakı * nömrəli X8 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli Z********EMH nömrəli göndərişdə (Forma 88) iddiaçıya qoyulan - Əsas diaqnoz - F07.0 “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış kəlləbeyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, intihar cəhdləri, funksional tutmalar” ekspert rəyində öz təsdiqini tapmışdır. İddiaçıda müşayiət olunan həmin xəstəlik (əsas diaqnoz üzvi mənşəli şəxsiyyət pozuntusu Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2-ci bəndində nəzərdə tutulmuşdur.
37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə 2022-ci il ####un #-dən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli *** nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir.
38. Həmin Meyarların 3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31- 60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
39. “Əlilliyin müəyyən olunması Meyarları”nın 7.6.2-ci bəndində F07.0 XBT kodu altında nəzərdə tutulan “Üzvi mənşəli şəxsiyyət pozuntusu” əlilliyin təyin edilməsinə əsas verən xəstəlik kimi göstərilsə də, sadəcə diaqnozun iddiaçıda öz təsdiqini tapması əlilliyin təyininə əsas vermir. Əlilliyin təyini üçün həmin xəstəlik Meyarların ya ya 7.6.2.1, ya da ki 7.6.2.2-ci bəndində qeyd olunan əlamətlərlə müşahidə edilməlidir.
40. Belə ki, Meyarların 7.6.2.1-ci bəndə əsasən, F07 kodlu xəstəlik - əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) kimi patofunksional əlamətlərlə müşahidə edildiyi halda, orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə, 7.6.2.2-ci bəndə əsasən - məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya teztez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti olduğu hallarda orqanizmin funksiyalarının 65-80 pozulmasına görə əlillik təyininə əsasdır.
41. "xxxx” publik hüquqi şəxsi tərəfindən verilmiş **** nömrəli ##.##.2025-ci il tarixli ekspert rəyində də qeyd olunmuşdur ki, İddiaçı Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış kəlləbeyin travması nəticəsində) şəxsiyyət pozuntusu, anamnezində depressiv epizodlar, intihar cəhdləri, funksional tutmalar ilə aşkar olunur. Elmi ədəbiyyatdakı məlumata əsasən, nisbətən uzun zaman ərzində formalaşan bir patologiya olan Üzvi mənşəli şəxsiyyət pozuntusu üzvi xəstəliklərin (kəllə-beyin travması nəticəsində) ağır keçən uzaq nəticələrindən biri hesab olunur. Üzvi mənşəli şəxsiyyət pozuntusunun tam reabilitasiyası mümkün deyil, lakin İddiaçı vəziyyətinin stabil saxlanılması və sosial adaptasiyası məqsədilə əlavə müalicə və psixiatrik nəzarətə ehtiyacı vardır.
42. İşin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası ekspert rəyinin araşdırılması, həmçinin üzvi mənşəli şəxsiyyət pozuntusunun ağırlaşmalarının iddiaçıda müşahidə olunubolunmamasının müəyyən olunması üçün iş materillarında olan ekspert rəyini tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin eksperti X2 audio-konfrans vasitəsilə dindirmişdir. Ekspert izahatında bildirmişdir ki, üzvi mənşəli şəxsiyyət pozuntusu olan şəxslərdə depressiv epizodlar, intihar cəhdləri, funksional tutmalar olur. Bu cür şəxslərdə özünə və ətrafa zərər yetirmək riskləri ola bilər. İddiaçıda yüksək intihar riski olduğundan bəzi hallarda kənar şəxslərin köməyinə ehtiyacı ola bilər.
43. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən olunur ki, iddiaçının sağlamlıq vəziyyəti Meyarların 7.6.2.1-ci bəndinə uyğundur.
7.6.2.1əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez 35- 2 il problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli 60% çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)
44. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, işə baxan birinci instansiya məhkəməsi iddiaçı İddiaçı əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnə həvalə edilməsini müəyyən etsə də əlilliyin hansı tarixdən təyin olunmasını, “Əlilliyin müəyyən olunması Meyarları”na Əlavədə təsbit olunmuş hər bir xəstəliyin qiymətləndirmə göstəriciləri üzrə orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisini və əlilliyin müddətini müəyyən etməmişdir.
45. Bununla bağlı iddiaçıya hüquqi yardım göstərilmiş və iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, ##.##.2025-ci il tarixli Z********EMH nömrəli tibbi göndəriş əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar ##.##.2025-ci il tarixdən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi həmin məzmunda icraata qəbul edilmişdir.
46. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilməlidir.
47. Nəzərə alınmalıdır ki, Əllilliyin qiymətləndirilməsi vahid məqsədə yönələn zəncirvari, ardıcıl və birinin digərindən asılılığı ilə müşayiət edilən, lakin hər biri müstəqil inzibati icraat qaydasında həyata keçirilən iki mərhələni əhatə edir: - əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi; - tibbi-sosial ekspert komissiyaları tərəfindən əlilliyin qiymətləndirilməklə, əlilliyin müəyyən edilməsi və ya bundan imtina edilməsi ilə bağlı yekun qərar qəbul edilməsi.
48. Şəxsə göndəriş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları tərəfindən verilir.
49. Göndərişin rəsmiləşdirilərək müvafiq reyestrə daxil edilməsi ilə əlilliyin qiymətləndirilməsi prosesinin sonrakı mərhələsi olan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası ilə tənzimlənən tibbi-sosial ekspertiza fəaliyyəti başlanır.
50. Həmin Qaydaya əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Tibbi-sosial ekspert komissiyası tərəfindən göndəriş əsasında şəxsin əlilliyi qiymətləndirilir, əlilliyin müəyyən olunması və ya səbəblərini göstərməklə imtina edilməsinə dair qərar qəbul edilir.
51. Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” İcmalda da qeyd olunmuşdur ki, “məhkəmə təcrübəsində qeyd olunan məsələ ilə bağlı bir neçə müxtəlif faktiki hallara malik işlərə rast gəlinir. Birinci hal, göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina olunmasına dair qərar qəbul edildikdən sonra məhkəməyə müraciətin edildiyi vəziyyətdir. Məhkəmələr imtinanı qanunsuz hesab etdikləri və iddianı təmin etmək üçün digər bütün əsasların mövcudluğunu müəyyən etdikləri halda, cavabdehin üzərinə əlilliyin müəyyən edilməsinə dair qərar qəbul etmək öhdəliyini qoya bilərlər. Bu zaman, cavabdeh “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.4-cü bəndinə uyğun olaraq əlilliyin təyinat tarixini göndərişin altsistemə ötürüldüyü gündən hesablanmaqla 10 (on) iş gününü keçməyəcək qaydada müəyyən etməlidir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna ## #### 2021-ci il tarixdə əlavə edilmiş 3.3-1-ci maddəyə əsasən 6 ay ərzində əlilliyin qiymətləndirilməsi həyata keçirilmişsə, birbaşa qanunun göstərişinə görə şəxsə 6 ay daxilində əlilliyin hansı tarixdən təyin edilməsindən asılı olmayaraq o, əlilliyin müddətinin bitdiyi əvvəlki tarixdən əlilliyi olan şəxs sayılır. Ona görə də, 6 ay ərzində aparılmış əlillik təyinatı zamanı əlilliyə görə edilən ödəmələr qərarın tarixindən asılı olmayaraq müddətin bitdiyi tarixdən davam etdirilməlidir.”
52. Eyni zamanda qeyd olunmalıdır ki, işin halları əlilliyin müəyyən edilməsi üçün yetərli olduqda qəbul ediləcək qərarda “Əlilliyin müəyyən olunması Meyarları”na Əlavədə təsbit olunmuş hər bir xəstəliyin qiymətləndirmə göstəriciləri üzrə orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti konkret göstərilməlidir. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.11 və 1.14-cü bəndlərində nəzərdə tutulmuş hallarda orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddətinə münasibətdə xüsusi yanaşma təsbit edilmişdir.
53. Belə ki, 1.11-ci bəndə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 1.14-cü bənddə isə göstərilmişdir ki, peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Nəhayət, əlilliyin müddətləri ilə bağlı məsələlər həll edilərkən “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 4-cü bəndində təsbit olunmuş tənzimləmələr də nəzərə alınmalıdır.
54. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçı İddiaçı ##.##.2025-ci il tarixli Z********EMH nömrəli tibbi göndəriş əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar ##.##.2025-ci il tarixdən əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh cavabdeh1 publik hüquqi şəxsinin üzərinə qoyulmalıdır.
55. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.
56. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1c maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilsin. İddiaçı İddiaçı ##.##.2025-ci il tarixli Z********EMH nömrəli tibbi göndəriş əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar ##.##.2025-ci il tarixdən əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh cavabdeh1 publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev