Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-968/2026 23.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X2 və X6 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı (üçüncü şəxs Üçüncü şəxs MTK) “yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında tikilməkdə olan “Avant Park” yaşayış kompleksinin 1-ci binasında, 1-ci blok, 14- cü mərtəbə, * nömrəli, 2 otaqlı mənzilə görə ona qaytarılacaq ƏDV-nin yekun məbləği (Payçı müqaviləsinin ümumi dəyəri olan 110.499 manatın 16.855,78 manat ƏDV-nin 30 %-i (5.056,73 manat) barədə məlumatın müvəkkil banka (“xxxx” ASC-yə) ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə Üçüncü şəxs MTK üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Üçüncü şəxs MTK ilə onun arasında olan ##.##.2023-cü il tarixli **** nömrəli payçı müqaviləsinə əsasən ünvan 2 ünvanında tikilməkdə olan “Avant Park” yaşayış kompleksinin 1-ci binasında, 1-ci blok, 14-cü mərtəbə, * nömrəli, 2 otaqlı mənzili almışdır. Müqavilə üzrə mənzilin məbləği ƏDV-si daxil olmaqla 110.499 manat məbləğində qiymətləndirilmişdir. Həmin məbləğ tam olaraq ##.##.2023-cü il tarixdə ödənilmişdir. ünvan 2 ünvanında tikilməkdə olan “Avant Park” yaşayış kompleksinin 1-ci binasında, 1-ci blok, 14-cü mərtəbə, * nömrəli, 2 otaqlı mənzilə görə ona qaytarılacaq ƏDV-nin yekun məbləği (Payçı müqaviləsinin ümumi dəyəri olan 110.499 manatın 16.855,78 manat ƏDV-nin 30 %-i (5.056.73 manat) barədə məlumatın müvəkkil banka (“xxxx” ASC-yə) ötürülməsi barədə qanununun tələbinə əsasən 90 gün ərzində cavabdehə müraciət etmişdir. Ilk müraciəti ##.##.2023-cü il tarixdə elektron formada olmuşdur. Təxminən 1 ildən çox müddətdə cavabdehlə müxtəlif məzmunlu yazışmalar oldu. Bundan başqa müxtəlif əsaslarla imtinalar oldu həmin imtinalara əsas olmuş sənədlər hamısı qanunvericiliyə uyğun olaraq qaydasına salınmışdır. Cavabdeh tərəfindən iddiaçıya sonuncu dəfə imtina ##.##.2025-ci il tarixdə verilmişdir. Cavabdehin iddia ərizəsinə dair etirazında göstərilmişdir ki, İddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı ilk dəfə ##.##.2023-cü il tarixdə vergi orqanına müraciət etmiş ##.##.2023-cü il tarixli “Müraciətə baxılması barədə” məktubla ##.##.2023-cü il tarixli ödəniş sənədlərində elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi qeyd edilmədiyi və ödənişin iddiaçı İddiaçı tərəfindən aparılmadığı (ödənişi aparan şəxsin soyad, ad və ata adının fərqli olduğu) müəyyən edilmiş və uyğunsuzluğun 10 (on) iş günü ərzində aradan qalxacağı və ödənişin nümayəndə tərəfindən edilibsə onun səlahiyyətini təsdiq edən sənədlər 10 (on) iş günü ərzində tam təqdim ediləcəyi təqdirdə ƏDV-nin geri qaytarılması məsələsinə yenidən baxıla biləcəyi iddiaçıya bildirilmişdir. Daha sonra ##.##.2023-cü il tarixli ***************** nömrəli qərarla alıcı İddiaçı tərəfindən bildirişin alındığı tarixdən 10 (on) iş günü müddətində çatışmazlıqlar aradan qaldırılmadığına görə ƏDV-nin geri qaytarılması təmin edilməmişdir. Daha sonra iddiaçı ##.##.2023-cü il tarixdə ƏDV-nin qaytarılması ilə bağlı yenidən vergi orqanına müraciət etmiş və ##.##.2023-cü il tarixdə 2319022857193500 və nömrəli qərarla elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi dəqiq qeyd edilmədiyi üçün ƏDV-nin geri qaytarılması təmin edilməmişdir. Sonuncu dəfə iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə ərizə ilə müraciət etmiş və **************** nömrəli məktubla cavablandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin ##.##.2022- ci il tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”na əsasən həmin qaydalar Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtlərini və qaydasını tənzimləyir (1.1-ci bənd). Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı portal hazırlanaraq ## ###### 2022-ci il tarixindən istifadəyə verilmiş və həmin tarixdən alıcılara təqdim edilən mənzil üzrə elektron qaiməfaktura təqdim edilməlidir. Fərman ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.2- ci bəndinə əsasən bank ödəniş sənədinin təyinatı hissəsində elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi dəqiq qeyd edilməlidir. Bildiririk ki, İddiaçı əlavə dəyər vergisinin qaytarılması üçün elektron ərizə ilə müraciətində etmişdir. Təqdim edilmiş elektron ərizənin araşdırılması zamanı ərizəyə əlavə edilmiş ##.##.2023-cü il tarixli ödəniş sənədlərinin təyinat hissəsində “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.2-ci bəndinə əsasən elektron qaiməfakturanın tarixi, seriyası və nömrəsi qeyd edilmədiyi və ödənişin alıcı tərəfindən aparılmadığı (ödənişi aparan şəxsin soyad, ad və ata adının fərqli olduğu) müəyyən edilmişdir. Sənədlərdə çatışmazlıqlarla bağlı ##.##.2023-cü il tarixli **************** nömrəli bildiriş alıcının portalda yaratdığı elektron kabinetə göndərilmişdir. Lakin, alıcı İddiaçı tərəfindən bildirişin alındığı tarixdən 10 (on) iş günü müddətində çatışmazlıqlar aradan qaldırılmamışdır. Əlavə olaraq ödənişin İddiaçı tərəfindən aparılmadığı (ödənişi aparan şəxsin soyad, ad və ata adının fərqli olduğu) ilə əlaqədar bildiririk ki, Mülki Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı ilə (hakim L.Musayeva) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır: “29. Məhkəmə cavabdehin ödəniş sənədlərində elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi qeyd edilmədiyi və ödənişin iddiaçı tərəfindən aparılmadığı dəlilini əsassız hesab edərək bildirir ki, bu hal, iddiaçının məsuliyyət sferasına aid olmamaqla, imtina üçün əsas deyildir.
30. Belə ki, qanunvericiliyin tələblərinə uyğun olaraq təqdim edilmiş ödəniş qəbzlərində ödənişi aparan alıcının soyadı, adı və atasının adı, ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi, ödənişin təyinatı, ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş) göstərilmişdir. Başqa sözlə, ödəniş iddiaçı tərəfindən bilavasitə həyata keçirilməsə belə, həmin ödənişin məhz onunla Üçüncü şəxs MTK arasında bağlanmış müqavilə üzrə həyata keçirildiyi aydın görünür. Həmçinin Üçüncü şəxs MTK tərəfindən verilmiş ##.##.2023-cü il tarixli maliyyə arayışından da görünür ki, iddiaçı tərəfindən sözügedən mənzilin dəyəri tam ödənilmişdir.
31. Belə olan təqdirdə cavabdeh vergi orqanı tərəfindən iddiaçıya münasibətdə ƏDV məbləğinin qaytarılmasından imtina olunması iddiaçının qanunla qorunan hüquqlarının pozulması kimi qəbul edilə bilər.” Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, ödəniş sənədi üzrə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, ödəniş iddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən həyata keçirilmiş, ödənişi aparan şəxsin soyad, ad və ata adı iddiaçı ilə uyğun gəlməmişdir. Bu səbəbdən, vergi orqanı tərəfindən ödənişin nümayəndə tərəfindən aparılması halında onun səlahiyyətini təsdiq edən sənədlərin təqdim edilməsi tələb edilmişdir. Lakin müəyyən olunmuş müddət ərzində tələb olunan sənədlər təqdim edilmədiyindən və mövcud uyğunsuzluqlar aradan qaldırılmadığından həmin ödəniş sənədi üzrə ƏDV-nin geri qaytarılması təmin edilməmişdir. Bununla belə, qeyd olunan uyğunsuzluq sonrakı imtinanın əsası olmamışdır. Belə ki, İddiaçı ##.##.2023-cü il tarixdə təqdim etdiyi növbəti müraciətə əsasən araşdırılmış nömrəli ödəniş sənədində imtinanın səbəbi kimi artıq ödənişin digər şəxs tərəfindən aparılması deyil, bank ödəniş sənədlərinin təyinat bölməsində elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsinin qeyd edilməməsi göstərilmişdir. Beləliklə, ##.##.2023-cü il tarixli 2319011054764900 müraciət üzrə imtinanın əsası məhz elektron qaimə-faktura rekvizitlərinin (tarix, seriya və nömrə) bank ödəniş sənədlərində qeyd edilməməsi olmuşdur. Bu hal isə məhkəmənin Inzibati Prosessual Məcəllənin 12-ci maddəsinin tələblərini pozduğunu, işi dərindən və hərtərəfli araşdırmadığını, imtinanın həqiqi səbəblərinə lazımi qiymət vermədiyini və nəticədə iddianın təmin edilməsini düzgün əsaslandırmadığını göstərir. Digər tərəfdən, imtinanın səbəbi ödənişin alıcı tərəfindən aparılmaması olsaydı belə, cavabdehin imtinası yenə də əsaslı hesab edilərdi. Çünki Qaydanın 5.1.2-ci bəndinə əsasən, bank ödəniş sənədində ödənişi aparanın deyil, məhz alıcının adının, soyadının və atasının adının qeyd olunması tələb olunur. Həmin bənddə, həmçinin, ödəniş məlumatlarının dəqiq və düzgün göstərilməsi şərti də açıq şəkildə nəzərdə tutulur. Beləliklə, iddiaçı əlavə dəyər vergisinin qaytarılması üçün elektron qaydada ərizə ilə müraciət etmiş, lakin Qaydanın 5.2-ci bəndinin tələblərini pozaraq bank ödəniş sənədinin təyinat hissəsində elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsini göstərməmişdir. Bu hal isə cavabdehin əsaslı imtinasına səbəb olmuşdur. Beləliklə, aşağıdakılar nəzərə alınmaqla hesab edirlər ki, cavabdehin imtinası əsaslıdır və iddia təmin edilməməlidir:
1. ##.##.2023-cü il tarixli ödəniş sənədlərində elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi qeyd edilmədiyi və ödənişin alıcı tərəfindən aparılmaması;
2. Məhkəmənin cavabdehin imtinasının əsasını düzgün qiymətləndirməməsi, işi hərtərəfli və obyektiv araşdırmadan qərar qəbul etməsi;
Məhkəmə icraatı iştirakçılarının izahatları:
Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraza edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasında nümayəndəsini iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Əsaslandırıcı hissə:
Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (IPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (IPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Iddiaçı IPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Iddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Iddiaçı inzibati orqanın üzərinə əldə etdiyi mənzilə görə ona qaytarılacaq olan ƏDV-nin qaytarılmasının təmin edilməsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulmasını tələb edir.
Iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olmuşdur.
Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir :
Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 153.1-ci maddəsinə əsasən Əlavə dəyər vergisi (bundan sonra – ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. - 165.6-cı maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDVnin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin ## ### 2022-ci il tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın: - 1.1-ci bəndinə əsasən “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir. - 1.2-ci bəndinə əsasən bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaiməfaktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. - 1.3-cü bəndinə əsasən ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. - 1.4-cü bəndinə əsasən bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. - 2.0.2-ci bəndinə əsasən alıcı – satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçıdır. - 2.0.3-cü bəndinə əsasən satıcı – ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsdir. - 2.0.4-cü bəndinə əsasən operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətidir. (bundan sonra – Dövlət Vergi Xidməti). - 2.0.8-ci bəndinə əsasən portal – bu Qaydada nəzərdə tutulmuş hallarda alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemi - 3.1-ci bəndinə əsasən operator: 3.1.1. bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; 3.1.2. aşağıdakı tələblərə cavab verən proqram təminatının, portalın və vahid məlumat bazasının yaradılmasını və idarə edilməsini təmin edir:
1. alıcıya təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaiməfakturaların tərtib edilməsi və həmin elektron qaimə-fakturalar barədə məlumatların vahid elektron məlumat bazasına ötürülməsi; ... - 4.1-ci bəndinə əsasən satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin Internet Vergi Idarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir. - 5.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDVnin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi:
1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı;
2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi;
3. ödənişin təyinatı. - 5.2-ci bəndinə əsasən bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: 5.2.1. elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi; 5.2.2. ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş). - 5.3-cü bəndinə əsasən dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyriyaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. - 5.4-cü bəndinə əsasən alıcı tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı alıcının müraciətinə operator 10 (on) iş günü müddətində baxır və bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünü yoxlayır. Sənədlərdə çatışmazlıq aşkar olunduqda, müraciət daxil olduğu gündən 5 (beş) iş günü müddətində çatışmazlıqların aradan qaldırılması barədə alıcının portalda yaratdığı elektron kabinetə bildiriş göndərilir. Bütün çatışmazlıqlar eyni zamanda bildirilməlidir. Alıcı həmin çatışmazlıqları bildirişi aldığı tarixdən ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman operatorun müraciətə baxması ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət operator tərəfindən alıcının müraciətinə baxılma müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə alıcının müraciətindən sonra müddətin axımı bərpa olunur. - 6. Keçid müddəası 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il ######ın #-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyriyaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə.
Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir:
Iddiaçı İddiaçı bina tikintisi fəaliyyəti ilə məşğul olan Üçüncü şəxs MTK-dan nağdsız qaydada satın aldığı yaşayış sahəsinin dəyərinə münasibətdə ödədiyi ƏDV-nin qaytarılması barədə məlumatın müvəkkil banka ötürülməsi ilə bağlı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə müraciət etmiş, lakin cavabdeh ##.##.2023-cü il tarixli “Müraciətə baxılması barədə” məktubla ##.##.2023-cü il tarixli ödəniş sənədlərində elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi qeyd edilmədiyi və ödənişin iddiaçı İddiaçı tərəfindən aparılmadığı (ödənişi aparan şəxsin soyad, ad və ata adının fərqli olduğu) müəyyən edilmiş və uyğunsuzluğun 10 (on) iş günü ərzində aradan qalxacağı və ödənişin nümayəndə tərəfindən edilibsə onun səlahiyyətini təsdiq edən sənədlər 10 (on) iş günü ərzində tam təqdim ediləcəyi təqdirdə ƏDV-nin geri qaytarılması məsələsinə yenidən baxıla biləcəyini iddiaçıya bildirmişdir. Daha sonra ##.##.2023-cü il tarixli ***************** nömrəli qərarla alıcı İddiaçı tərəfindən bildirişin alındığı tarixdən 10 (on) iş günü müddətində çatışmazlıqlar aradan qaldırılmadığına görə ƏDV-nin geri qaytarılması təmin edilməmişdir. Iddiaçı hazırda cavabdehin ƏDV-nin qaytarılmasından imtinası barədə qərarını mübahisələndirir və ƏDV-nin qaytarılması barədə məlumatın müvəkkil banka ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Iş materiallarında olan: - Iddiaçı tərəfindən təqdim edilmiş cavabdehin iddiaçıya ünvanlandığı ƏDV-ni qaytarmaq ərizəsindən imtina barədə bildirişdə qeyd edilmişdir ki, ##.##.2023-cü il tarixli **************** nömrəli “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı elektron ərizə”niz üzrə ƏDV-nin geri qaytarılmasından imtina edilmişdir. Bu barədə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nin 5.6cı bəndinə uyğun olaraq əsaslandırılmış inzibati akt bildirişin qoşmasında Sizə təqdim edilir. - Iddiaçı tərəfindən təqdim edilmiş cavabdehin iddiaçıya ünvanlandığı müraciətə baxılması barədə nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması barədə ##.##.2023-cü il tarixli müraciətinə (AVIS qeydiyyatı: ##.##.2023-cü il tarixli **************** nömrəli) aidiyyəti üzrə Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsində baxılmışdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin ## ### 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası’’ təsdiq edilib. Təsdiq edilmiş qaydaların 5.1.2-ci bəndinə əsasən alıcı tərəfindən yaşayış və qeyriyaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən və məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədlərini satıcının uçotda olduğu vergi orqanına təqdim edilməlidir. Tərəfinizdən təqdim edilmiş sənədlərin araşdırılması zamanı ##.##.2023-cü il tarixli ödəniş sənədlərində elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi qeyd edilmədiyi və ödənişin sizin tərəfinizdən aparılmadığı (ödənişi aparan şəxsin soyad, ad və ata adının fərqli olduğu) müəyyən edilmişdir. Bununla əlaqədar bildiririk ki, Mülki Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Qeyd olunan uyğunsuzluq aradan qaldırıldıqdan və Sizin adınızdan ödəniş nümayəndə tərəfindən edilibsə onun səlahiyyətini təsdiq edən sənədlər 10 (on) iş günü ərzində tam təqdim edildiyi təqdirdə ƏDV-nin geri qaytarılması məsələsinə yenidən baxıla bilər. - Iddiaçı tərəfindən təqdim edilmiş ##.##.2023-cü il tarixli **** nömrəli payçı müqaviləsində qeyd edilmişdir ki, Üçüncü şəxs MTK ilə iddiaçı arasında ünvan 2 ünvanında tikilməkdə olan “Avant Park” yaşayış kompleksinin 1-ci binasında, 1-ci blok, 14-cü mərtəbə, * nömrəli, 2 otaqlı mənzili alınmasına dair müqavilə bağlanılmışdır. - Iddiaçı tərəfindən təqdim edilmiş ##.##.2023-cü il tarixli ödəniş tapşırığında qeyd edilmişdir ki, ödəniş edən X1, ödənişin təyinatı: İddiaçı AVNT-0767 ##.##.2023 san üzrə tam ödəniş ƏDV, ödənişin məbləği 16.855,78 manat, alan müştəri: Üçüncü şəxs MTKdır. - Iddiaçı tərəfindən təqdim edilmiş ##.##.2023-cü il tarixli mədaxil qəbzlərində qeyd edilmişdir ki, ödəniş edən X1, 16.873 manat və 93.643,22 manat AVNT-0767 ##.##.2023-cu il tarixli sənəd üzrə tam ödənişi əsas məbləğ. - Iddiaçı tərəfindən təqdim edilmiş Üçüncü şəxs MTK tərəfindən verilmiş ##.##.2023-cü il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, ünvan 2 ünvanında yerləşən “Avant Park” layihəsinin 1-ci binasında, 1-ci blok, 14-cü mərtəbə, * nömrəli, 2 otaqlı 74,31 kv.m mənzil “xxxx” MTK-yə məxsusdur. ##.##.2023-cü il tarixli **** saylı payçı müqaviləsinə əsasən 1-ci bina, 1-ci blok, 14-cü mərtəbə, * saylı, 2 otaqlı mənzilin pay dəyəri tam olaraq payçı İddiaçı tərəfindən ödənilmişdir. - Iddiaçı tərəfindən təqdim edilmiş X1 ##.##.2024-cü il tarixli ərizəsində qeyd edilmişdir ki, ##.##.2023-cü il tarixdə ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın alışı ilə bağlı 93.643,22 manat və 16.873 manat (ƏDV) ödənişi İddiaçı əvəzindən X1 tərəfindən ödəniş edilmişdir, lakin bu ödəniş X1 adından qeydə alınmışdır, qeyd olunan ünvanda yerləşən mənzili İddiaçı almış və ödənilmiş vəsait ona məxsusdur. X1 bildirir ki, bu vəsaitin ona heç bir aidiyyəti yoxdur, sözü gedən mənzil onun mülkiyyətində deyil, İddiaçı mülkiyyətindədir. Bu vəsaitlə bağlı ona qarşı heç bir iddiası yoxdur və İddiaçı adından ##.##.2023-cü tarixli **** nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin məbləğlər 40030029447244614120 və ******************** nömrəli hesablara ödənilmişdir. O İddiaçı bildirir ki, ##.##.2023-cü il tarixdə edilmiş ödəniş ona məxsusdur və onun adından ##.##.2023-cü il tarixli, **** nömrəli alqı-satqı müqaviləsi üzrə ödəniş edilməsi üçün X1 etibar edilmişdir. - Cavabdehin ##.##.2023-cü il tarixli yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında **************** nömrəli qərarında qeyd edilmişdir ki, İddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı müraciət etmişdir. Alıcı İddiaçı tərəfindən ##.##.2023-cü il tarixli elektron ərizələrə *** nömrəli müqavilə, ödəniş sənədləri və digər sənədlər əlavə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin ## ### 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.2ci bəndinə əsasən bank ödəniş sənədinin təyinatı hissəsində elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi dəqiq qeyd edilməlidir. Lakin, alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı bank ödəniş sənədlərinin təyinatında elektron qaiməfakturanın tarixi, seriyası və nömrəsinin qeyd edilmədiyi müəyyən edilmişdir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 47.1-ci maddəsinə əsasən, inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. İddiaçı ##.##.2023-cü il tarixli ərizələri üzrə ƏDV-nin geri qaytarılması təmin edilməsin. - Cavabdehin iddiaçıya ünvanlandığı ##.##.2025-ci il tarixli *-**-*-*/*-Z-***-**/**** nömrəli məktubunda qeyd edilmişdir ki, nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması barədə ##.##.2025-ci il tarixli, **************** nömrəli müraciətinizə aidiyyəti üzrə Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsində baxılmışdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin ## ### 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilmişdir. Təsdiq edilmiş qaydaların 5.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda (https://new.e-taxes.gov.az/eportal/az/login/) qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərməlidir: yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti (alqı-satqı müqaviləsi); alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi. Göründüyü kimi hazırki iş üzrə iddiaçının hüquqi marağı və məqsədi əldə etdiyi yaşayış sahəsinə görə ödədiyi ƏDV məbləğinin 30 faizinin ona qaytarılması barədə cavabdeh tərəfindən qərarın (əlverişli inzibati aktın) qəbul edilməsinə nail olmaqdan ibarətdir. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tərəfindən Üçüncü şəxs Mənzil Tikinti Kooperativinə, aralarında bağlanmış payçı müqaviləsinə əsasən ##.##.2023-cü il tarixdə 16.873 manat və 93.643,22 manat ödəniş olunmuşdur. X1 ##.##.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsinə əsasən ##.##.2023-cü il tarixdə ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın alışı ilə bağlı 93.643,22 manat və 16.873 manat (ƏDV) ödənişi İddiaçı əvəzindən X1 tərəfindən edilmişdir, lakin bu ödəniş X1 adından qeydə alınmışdır, qeyd olunan ünvanda yerləşən mənzili İddiaçı almış və ödənilmiş vəsait ona məxsusdur. İddiaçı adından ##.##.2023-cü tarixli **** nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin məbləğlər 40030029447244614120 və ******************** nömrəli hesablara ödənilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, Vergi Məcəlləsinin 2020-ci il ######ın #-dən qüvvəyə minmiş 165.6-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Göründüyü kimi, istinad edilən norma fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılmasına dair yeni tənzimləmələr gətirmişdir. Bununla yanaşı, qanun, qaytarılmanın şərtlərinə və qaydasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlavə normativ tənzimləmələr aparılmalı olduğunu təsbit etmişdir. Bundan sonra, həmin normativ tənzimləmələrin həyata keçirilməsi məqsədilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il ## ### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən, bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV, alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV, yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. Həmin Qaydanın 5.1.1 və 5.1.2-ci bəndlərinə əsasən isə Alıcı yaşayış və qeyriyaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini, eyni zamanda müvafiq sənədləri, o cümlədən alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən bank ödəniş sənədini portala göndərir. Bununla yanaşı, Qaydanın 6-cı bəndi keçid müddəaları nəzərdə tutmuşdur. Keçid müddəaları Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il ## ###### tarixdən Qaydanın qüvvəyə mindiyi 2022-ci il ## ### tarixədək olan dövr ərzində yaranmış münasibətləri tənzimləmiş, Qaydanın zaman etibarilə qanunun qüvvəyə minməsindən xeyli müddət sonra qəbul edilməsinin yaşayış və qeyri-yaşayış sahələri alan şəxslərə münasibətdə yarada biləcəyi əlverişsiz vəziyyətləri onların maraqlarını nəzərə almaqla nizamlamağa yönəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il ## ### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş «Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası»nın tələblərinə əsasən ƏDV-nin qaytarılması üçün əsas tələb alınmış yaşayış sahəsinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənilməsi və bu halı təsdiq edən sübut kimi bank ödəniş sənədinin təqdim edilməsidir. Iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı bu sənədləri cavabdehə təqdim etmişdir. Əvvəla qeyd edilməlidir ki, cavabdehin ödəniş sənədlərində elektron qaiməfakturanın tarixi, seriyası və nömrəsi qeyd edilmədiyi dəlili əsassızdır. Bu hal, iddiaçının məsuliyyət sferasına aid olmamaqla, imtina üçün əsas deyildir. Həmçinin apellyasiya baxışı zamanı iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərinə baxış keçirilmişdir. Həmin ödəniş qəbzlərindən aydın görünür ki, ödəniş isə həmin mənzilin alınmasına dair İddiaçı ilə Üçüncü şəxs MTK arasında imzalanmış ##.##.2023-cü il tarixli **** nömrəli müqaviləyə əsasən həyata keçirilmişdir. Sözügedən qəbzin hazırlanmasında iddiaçı iştirak etmir, bank tərəfindən təqdim edilmiş rəsmi sənəddir. Bundan əlavə qeyd olunan Qaydaların tələblərinə əsasən ödəniş sənədində ödənişi aparan alıcının soyadı, adı və atasının adı, ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi, ödənişin təyinatı göstərilməlidir. Bununla belə ödənişin başqa şəxs tərəfindən həyata keçirilməsi dəlili də əsassızdır. Qəbzlərdə adı qeyd olunan şəxs - X1 alıcı kimi mənzilin dəyərini ödəyən şəxs deyil, pul vəsaitini iddiaçının adından banka təqdim edən şəxs olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Qaydaların 5.1.2-ci yarımbəndində əksini tapmış “ödənişi aparan alıcının soyadı, adı və atasının adı” ifadəsi hərfi mənada vəsaiti banka fiziki olaraq təqdim edən şəxsi deyil, mənzili almaq və onun dəyərini ödəmək öhdəliyi daşıyan əsas tərəfi ehtiva edir. Hüquqi tənzimləməyə əsasən, ƏDV yaşayış sahəsini nağdsız qaydada əldə etmiş ödəyiciyə qaytarılır; hazırkı halda isə alıcı qismində tikinti şirkəti ilə müqavilə bağlamış fiziki şəxs – iddiaçı İddiaçı çıxış edir. Əks mülahizəyə varmaq, yəni vəsaitin başqa şəxs vasitəsilə köçürülməsi əsas gətirilərək ƏDV-nin geri ödənilməsindən imtina edilməsi həmin normanın qəbul olunma məqsədlərinə, ümumi hüquq prinsiplərinə və qanunvericiliyin tələblərinə qəti şəkildə zidd olardı. Belə bir yanaşma eyni hüquqi vəziyyətdə olan şəxslərə qarşı fərqli və ayrı-seçkilik yaradan münasibətə səbəb ola bilərdi. Göründüyü kimi, iddiaçı tərəfindən mənzilin dəyəri müqavilə şərtlərinə uyğun olaraq tam şəkildə nağdsız qaydada ödənilmiş və ƏDV-nin qaytarılması üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət və prosessual qaydalara riayət edilərək müvafiq qaydada cavabdehə müraciət olunmuşdur. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli