Məhkəmə qərarları › İş №2-1(3-6)-970/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-970/2026

19.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-970/2026 19.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Cavabdeh Cavabdeh qarşı “sənədlərin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), X15 və X6 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “sənədlərin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## ### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARILAN İCRAAT:

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ## ###### 2017-ci il tarixdə vəfat etmiş oğlu X2 adına baş plana uyğun olaraq tikinti altı 137 kvadrat metr, boş sahə 223 kvadrat metr olmaqla cəmi 360 kvadrat metr tikintinin təsviri qeyd olunmuş və ## ##### 2013-cü il tarixdə Pirallahı Bələdiyyəsi tərəfindən sənədləşdirilmiş torpaq sahəsini özəlləşdirmək üçün mərhum oğlu X2 həyat yoldaşı Məmmədova Ülkər İslam qızının adına Pirallahı Bələdiyyəsi tərəfindən ilkin sənədlərin verilməsi haqqında Qərardad qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu X2 ## ###### 2017-ci il tarixdə vəfat edəndən bir müddət sonra evdə sənədlərin arasından onun adına Pirallahı bələdiyyəsi tərəfindən rəsmiləşdirilmiş baş plana uyğun olaraq tikinti altı 137 kvadratmetr, boş sahə 223 kvadratmetr olmaqla cəmi 360 kvadratmetr sahədə özbaşına tikintinin təsviri qeyd olunmuş və ## ##### 2013-cü il tarixdə 22 manat 71 qəpik dövlət rüsumu ödənilmiş "Hesabat cədvəli"nə rast gəlmişdir. Bir neçə ildən sonra (artıq Bələdiyyə sədri M. X13 əvəz edilmişdi) Pirallahı bələdiyyəsinin sədri Möhübbət Məhərrəmov qarışıq ailə üzvləri ilə birlikdə torpaq sahəsinin yerini müəyyənləşdirə bilmişdir. Oğlunun adına sənədləşdirilmiş torpaq sahəsində vaxtilə Şəmsəddin Səfərov adlı birisi, onun oğlu Anar və qardaşı Cəmaləddin, onun oğlu Vüsal narşərab istehsal edirmişlər. Sexi 2013-cü ildə Qəbələ rayonuna köçürərkən Şəmsəddin kişi yaşadıqları binanı, işlətdikləri sex qarışıq həyətyanı sahəsini də oğlu X2 vermişdir. Oğlu yaşayış binasını yenicə ailə qurmuş bibisi nəvəsi, halhazırda ** saylı Pirallahı xəstəxanasında tibb bacısı işləyən X7 verərək hər ay satılmış əmlakın pulunu poçt vasitəsilə X20 göndərilməsini təmin etmişdir. Narşərab istehsal edilən sexqarışıq həyətyanı sahəsini isə oğlu X2 adına rəsmiləşdirmişlər. Şəmsəddin kişi ilə oğlunun ölümü demək olar ki, bir-birinə qarışdı. Oğlunun qanuni torpaq sahəsinin, narşərab istehsal edilən binaların yerləşdiyi ərazinin darvaza qapısına qıfıl vurarkən Pirallahı Rayon İcra Hakimiyyətinin Pirallahı qəsəbə nümayəndəsi Həsən Niftəliyev (tel:055-350-21-44), onun müavini Mübariz Mahmudov (tel: 055-218-15-43), Pirallahı bələdiyyəsinin sədri Möhübbət Məhərrəmov (tel: 012-457-28-51), Xaqaninin torpaq sahəsinin Bələdiyyə sənədlərini hazırlayan Abuzər Novruzov (tel: 050-58- 55 və 055-990- 43-35) orada olmuşlar. * saylı Bakı "Asan Xidmət" Mərkəzində fəaliyyət göstərən Notariat Ofisi tərəfindən aldığı ##.##.2023-cü il tarixli, *** saylı arayışdan müəyyən edilmişdir ki, ##.##.2017-ci il tarixdə verilmiş, reyestrdə 2V-228 nömrə altında qeydə alınmış "Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə" əsasən ##.##.2017-ci il tarixdə vəfat etmiş X2 vərəsələri kimi mərhumun arvadı-Məmmədova Ülkər İslam qızı, övladları-X8 və X5 tanınmışlar. O, Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsaslanaraq vəfat edən oğlunun valideyni kimi gəlini Məmmədova Ülkər İslam qızından etibarnamə alaraq miras torpaq payını onun adına özəlləşdirib vərəsə oğlu ilə qızının, nəvələrinin əmlakına çevirməyi bir ağsaqqal kimi vicdan borcu bilib qabağa düşüb bu çətin və yorucu işi başa çatdırmağa səy göstərir. Lakin qarşısına süni maneələr çıxmışdır. Belə ki, Pirallahı Bələdiyyəsinin indiki X1 ## ####### 2025-ci il tarixdə yazdığı ərizədə xahiş etmişdir ki, oğlu X2 adına rəsmiləşdirilmiş "Hesabat cədvəli" sənədi sahəni özəlləşdirmək üçün bəs etmir. Bunun üçün ilkin sənədlər tələb olunur. Xahiş etmişdir ki, bu işdə ona köməklik göstərilsin. X4 müəllim cavab yazaraq -"Pirallahı Bələdiyyəsinin arxiv sənədlərində və protokol kitabında məlumat aşkar olunmadı"-bildirir. O, İddiaçı torpaq sahəsinin qanuni sahibi X2 atasıdır. Belə olan halda, vəfat edən şəxsin bütün hüquqları onun 1-ci dərəcəli vərəsələrinə, o cümlədən ona, atasına keçir. Odur ki, qüvvədə olan qanunvericiliyə əsasən X2 hazırki iş üzrə ona məxsus torpaq sahəsinin özəlləşdirilməsi məqsədilə sənədləşmə işində tələb etmək hüququ vardır. * saylı Bakı "Asan Xidmət" mərkəzinin Notariat Ofisində vərəsəlik işi açılarkən vərəsə qismində tanınmağı, lakin oğlunun mülkiyyətinə (evinə, maşınına) dair heç bir tələbi olmadığını, oğlunun mülkiyyətindən ona çatası paydan oğlunun həyat yoldaşının, yəni gəlini Məmmədova Ülkər İslam qızının və nəvələrinin xeyrinə imtina etdiyini yazılı surətdə bildirməsinə baxmayaraq * saylı Bakı "Asan Xidmət" Mərkəzində fəaliyyət göstərən Notariat Ofisinin verdiyi Şəhadətnaməyə əsasən onu vərəsə qismində tanınmamışdır. Göründüyü kimi "Asan Xidmət" Mərkəzi düzgün anlamadan hüquqlarını pozmuş, onu vərəsə kimi tanımamışdır. Ona görə də gəlini Məmmədova Ülkər İslam qızından etibarnamə alaraq nəvələrinin xatirinə bu ağır zəhmət tələb edən işin altına girmişdir.

3. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.

4. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI:

5. Apellyasiya şikayəti iddia tələbinin məzmununa uyğun əsaslandırılmışdır.

Tərəflərin izahatları

6. ##.##.2026-cı il tarixli məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını etməmişdir. İddiaçı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası İPM-nə əsaslanaraq hazırki işə cavabdeh Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərardadın əsassız olduğunu, bu səbəbdən də ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.

12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın.

9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

10. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.

11. Hazırki işdən görünür ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı tələbi “## ###### 2017-ci il tarixdə vəfat etmiş oğlu X2 adına baş plana uyğun olaraq tikinti altı 137 kvadrat metr, boş sahə 223 kvadrat metr olmaqla cəmi 360 kvadrat metr tikintinin təsviri qeyd olunmuş və ## ##### 2013-cü il tarixdə Pirallahı Bələdiyyəsi tərəfindən sənədləşdirilmiş torpaq sahəsini özəlləşdirmək üçün mərhum oğlu X2 həyat yoldaşı Məmmədova Ülkər İslam qızının adına Pirallahı Bələdiyyəsi tərəfindən ilkin sənədlərin verilməsi” barədədir.

12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ** nömrəli ## ##### 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır.(5.1-ci bənd) Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. (5.2ci bənd) İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)”.

14. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir.

15. Sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir.

16. Həmçinin qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir.

17. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.

18. İddiaçının tələbi vəfat etmiş oğlu X2 adına baş plana uyğun olaraq tikinti altı 137 kvadratmetr, boş sahə 223 kvadrat metr olmaqla cəmi 360 kvadrat metr tikintinin təsviri qeyd olunmuş və ## ##### 2013-cü il tarixdə Pirallahı Bələdiyyəsi tərəfindən sənədləşdirilmiş torpaq sahəsini özəlləşdirmək üçün mərhum oğlu X2 həyat yoldaşı Məmmədova Ülkər İslam qızının adına Pirallahı Bələdiyyəsi tərəfindən ilkin sənədlərin verilməsidir.

19. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ## ####### 2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, mərhum X2 adına Pirallahı rayonu dəniz kənarında tikinti altı 137 kvadrat metr və 223 kvadrat metr boş sahə olmaqla ümumi sahəsi 360 kvadrat metr torpaq sahəsi olması barədə arxiv sənədlərində və protokol kitabında məlumat aşkar olunmamışdır.

20. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh tərəfindən ünvanlanmış 24 deakbr 2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, X2 bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması barədə məlumat Pirallahı bələdiyyəsinin arxiv sənədlərində aşkar edilməmişdir.

21. Beləliklə, məhkəmə araşdırması nəticəsində iddiaçının mərhum oğluna cavabdeh tərəfindən hər hansı torpaq sahəsinin ayrılmasına dair hər hansı sənəd aşkar olunmamışdır.

22. Həmçinin ##.##.2026-cı il tarixli məhkəmə iclasında iddiaçı da izahatında mübahisəli torpaq sahəsinə dair hər-hansı hüquqmüəyyənedici sənədin olmamasını və sözügedən torpaq sahənin hal-hazırda onun istifadəsində olmadığını bildirmişdir.

23. İnzibati prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

24. Hazırki işdə iddiaçının müvafiq iddia növü üzrə subyektiv hüququnun mövcudluğu sübuta yetirilmədiyindən və bu hal onun özü tərəfindən yetəri qədər əsaslandırılmadığından məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə müvafiq qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

26. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

27. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fərid Mədətli Hakimlər: Pərviz Hüseynov Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar