Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-978/2026 18.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), X4 və X10 ibarət tərkibdə, Türkan Kamran qızı Haqverdiyevanın katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. SOCAR “Azneft” İB “28 May” Neft və qazçıxarma idarəsinin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “28 May” NQÇİ-nin Dəniz neft-mədən hidrotexniki qurğular sahəsinin (DNMHQS) Texnoloji boru kəmərlərinə xidmət sahəsinin texnoloji boru kəmərlərinin quraşdırıcısı İddiaçı ##.##.2022-ci il tarixdə “28 May” NQÇİ-nin Neft qazçıxarma üzrə ** saylı dərin dəniz özülündə nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər peşəsinə işə qəbul edilmiş və ##.##.2022-ci il tarixdə İstismar avadanlıqları sahəsinin Boru kəmərlərinin xidmət sahəsində texnoloji boru kəmərlərinin quraşdırıcısı peşəsinə keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” ## ###### 2002-ci il tarixli *** saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırladığı və Nazirliyin Kollegiyasının ## ###### 2002-ci il tarixli **-* nömrəli qərarı ilə təsdiq etdiyi “İş yerlərinin attestasiyasının nəticələrinə əsasən əmək şəraitinin ağır və zərərliyinin qiymətləndirilməsi metodikası”na uyğun olaraq aparılmış iş yerlərinin attestasiyanın nəticələrinə əsasən nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər peşəsində çalışdığı dövrdə (##.##.2022-##.##.2022) İddiaçı tarif maaşına 1,04 artım əmsalı tətbiq edilmiş, texnoloji boru kəmərlərinin quraşdırıcısı peşəsində çalışdığı dövrdə (##.##.2022- ##.##.2025) isə heç bir artım əmsalı tətbiq edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2004-cü il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin siyahısı”na əsasən İddiaçı nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər peşəsində çalışdığı dövrdə ona əlavə məzuniyyət verilməmiş, texnoloji boru kəmərlərinin quraşdırıcısı peşəsində çalışdığı dövrdə isə hər iş ili üçün əmək şəraitinə görə 6 (altı) gün əlavə məzuniyyət verilmişdir. Əlavə olaraq, İddiaçı 02 il 04 ay 27 gün iş təcrübəsinə malik olduğu nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər və texnoloji boru kəmərlərinin quraşdırıcısı peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10.2-ci bəndinə uyğun olaraq “neft mədənlərində, neftin saxlanılması və ötürülməsi sahəsində nəzarətölçü cihazları və avtomatika qurğularının təmiri və xidməti işləri ilə məşğul olan nəzarətölçü cihazları və avtomatika üzrə çilingərlər” və 29-cu bəndinə uyğun olaraq “texnoloji boru kəmərlərinin quraşdırıcılar peşələri ilə uyğunluq təşkil edir. Hər iki peşə üzrə vəzifə təlimatları əlavədə təqdim edilmişdir.
2. İddiaçı İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh iddiaçının güzəştli iş stajının yetərli olmamasını əsas gətirərək, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 yaşının kifayət etməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajının olması nəzərə alınmaqla, ##.##.2021-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi və ona ödənilməyən pensiyanın hesablanaraq ödənilməsi ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı ##.##.2024-cü il iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı yaşının kifayət etməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajının olması nəzərə alınmaqla, ##.##.2021-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi və ona ödənilməyən pensiyanın hesablanaraq ödənilməsi ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmənin ##.##.2024-cü il tarixli qərardadı ilə, iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir.
6. İddiaçının nümayəndəsi və vəkili ##.##.2025-ci il tarixdə məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı yaşının kifayət etməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajının olması nəzərə alınmaqla, ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi və ona ödənilməyən pensiyanın hesablanaraq ödənilməsi ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə, iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir.
8. İddiaçının nümayəndəsi və vəkili ##.##.2025-ci il tarixdə məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə, iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ##.##.1964- cü ildə doğulmuşdur və ##.##.1982-ci ildən ##.##.1984-cü ilə kimi Əsgəri Xidmətdə olmuşdur. (2 il 18 gün). ##.##.1984-cü ildən (əmr .##.##.1984 -cü il №***№li) ##.##.1987-cü ilə kimi (əmr №**, ##.##.1987-ci il)-Rusiya Daxili İşlər Nazirliyinin SSRİ Ali Xüsusi məktəbdə müxtəlif işlər üzrə 2-ci dərəcəli fəhlə peşəsində işləmişdir .(2 il 9 ay 13 gün ) ##.##.1987-ci ildən (əmr № ** ,##.##.1987-ci il) ##.##.1988-ci ilə kimi(əmr№**) Azərbaycan Dəmir Yolu Bakı şöbəsinin Baş Ələt stansiyasında -3-cü dərəcəli fəhlə peşəsində işləmişdir (1 il 1 ay 12 gün), ##.##.1989-cu ildən (əmr № ** ) ##.##.1989cu ilə kimi (əmr № **,##.##.1989) “Azərbaycan Boru Mantaj” Trestinin Bakı şöbəsində 3-cü dərəcəli təmirçi- mantajçı peşəsində işləmişdir. ( 5 ay 22 gün). ##.##.1990-cı ildən (əmr ##.##.1990) ##.##.1990-cı ilə kimi (əmr № **, ##.##.1990) “Azərbaycan Boru Mantaj” Trestinin Bakı şöbəsində işləmişdir ( 5 ay ), ##.##.1990-cı ildə (əmr № ***/k ##.##.1990) ##.##.1993-cü ilə kimi (əmr №*** ,##.##.1993) avtovakzal kafesində işləmişdir. ( 2 il 3 ay 12 gün) ##.##.1993-cü ildən (əmr № *** , 10.03.93 ) 24.12.193-cü ilə kimi (əmr №*** 24.12.93) Şəhərlər arası avtomobil Birliyində Kafe müdiri vəzifəsində işləmişdir (4 ay 15 gün), ##.##.2005-ci ildən (əmr № **,##.##.2005) ##.##.2010-cü ilə kimi (Əmr №* ##.##.2010) Bakı Şəhər İcra Hakimiyyətinin İnzibati Xidmət obyektində avtoyükləyici peşəsində işləmişdir (5 il 10 ay), ##.##.2010-cı ildən (əmr “441,##.##.2010) ##.##.2014-cü ilə kimi (Əmr № **/k ##.##.2014-cü il) Dövlət Neft Şirkəti (Azneft İstehsalat Birliyi ) Qobustan Nəqliyyat İdarəsi “ * saylı avtomobil dəstəsində quyularm sementlənməsi üzrə 6-cı dərəcəli maşinist peşəsindı işləmişdir, ” ##.##.2014-cü ildə başqa işəgötürənlə əmək müqaviləsi bağlamışdır (3 il 6 ay 21 gün), ##.##.2014-cü ildə (Əmr № ***k , ##.##.2014 ) ##.##.2014-cü ilə kimi * saylı Texnoloji nəqliyyat bölümnün * saylı avtmobil dəsətəsi 6-cı dərəcəli quyularm sementlənməsi peşəsində işləmişdir (5 ay 12 gün), ##.##.2014-cü ildən (əmr № ***- K , ##.##.2014 ) ##.##.2020-cı ilə kimi (əmr № **/k ##.##.2020) ADNŞ-nin * saylı Nəqliyyat Departamentində 6-cı dərəcəli quyuların sementlənməsi peşəsində, ( 6 il ), ##.##.2020-ci ildən (Əmr № ****) ##.##.2020-ci ilə kimi (Əmr №****,##.##.2020) SOCAR Nəqliyyat İdarəsində quyuların sementlənməsi peşəsində (2 ay 22 gün), ##.##.2020-ci ildən ##.##.2021-ci ilə kimi AzNeft İB-də quyuların sementlənməsi peşəsində işləmişdir ( 7 ay), ##.##.2022-ci ildən hazırk vaxta kimi Socar “Azneft” İBnin 28 May Neftqaz çıxarma İdarəsində işləyir ( 1 il 10 ay ). Qeyd olunanlara əsasən hazırkı vaxta kimi 30 ildən çox əmək stajı vardır və həmin stajın 12 il 07 ayından çoxu zərərli iş sahəsinə aiddir. Belə ki , SOCAR-ın ** saylı ##.##.2024 -cı il tarixli güzəştli arxiv arayışına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci 1 tarixi 12 №li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların , peşələrin , vəzifələrin və göstəricilərin Siyahısının 10.2ci bəndinin “a” bəndinə əsasən” – ##.##.2020-ci ildən ##.##.2021-ci ilə kimi işlədiyi peşə zərərli sahədə əmək stajı -10 aydır,- ##.##.2022- ##.##.2022-ci ilə kimi – 1 ay 09 gün,- ##.##.2010-cu il tarixdən ##.##.2014-cü ilə kimi - 03 il 05 ay 22 gün, -##.##.2014-cü ildən ##.##.2020-ci il tarixə - 06 il 01 ay 07 gün. SOCAR-ın **-*-**/*-R-**-**/**** saylı 02.may 2024-cü il tarixli arayışına əsasən ##.##.2014-cü ildən ##.##.2014-cü ilə kimi işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci 1 tarixi 12 №li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların , peşələrin , vəzifələrin və göstəricilərin Siyahısının 10.2-ci bəndinə əsasən ” Quyuların sementlənməsi üzrə maşinist peşəsi zərərli sahəyə aiddir - ##.##.2014-cü ildən ##.##.2014-cü ilə kimi işlədiyi peşə - 5 ay 13 gün. SOCAR-ın 14- 2-1-7/3-9-** №-li ##.##.2024-cü il tarixli “Şəxsin güzəştli şərrtlə əmək pensiyası hüquqi verən işdə çalışmasına dair Arayışına” əsasən - 01 il 08 ay 18 gün stajı müəyyən edilmişdir
11. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr yarımbəndində (a) texnoloji boru kəmərlərinin quraşdırıcıları vəzifəsi nəzərdə tutulmuşdur, iddiaçı İddiaçı Mərkəzi Filiala təqdim etdiyi “SOCAR “Azneft ” İB-nin “28 May” NQÇİ-nin ##.##.2024-cü il tarixli **-*-*-*/*-*-**/**** nömrəli arayışında ##.##.2022-ci il tarixdən bugünədək sözügedən müəssisədə texnoloji boru kəmərlərinin quraşdırıcısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının arayışda istinad olunan, işlədiyi sahə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsinə aid deyil. Eyni zamanda ## ###### 2006-cı il tarixindən bu günədək iddiaçıya münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları 2020-ci ilin dekabr, 2023-cü ilin mart, noyabr, 2024-cü ilin iyul ayları (ümumilikdə 4 ay) üzrə fərdi hesabın sığorta hissəsində öz əksini tapmadığından həmin müddətin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Lakin, sözügedən dövrlər güzəştli iş stajına daxil edilsə belə, güzəştli iş stajı 12 il 6 aydan az təşkil edəcəkdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** №-li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1 -ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya * nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən nəzərə alınır. Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (10 il 10 ay 8 gün (##.##.2010- ##.##.2014-cü il, ##.##.2014-##.##.2014- cü il, ##.##.2014-##.##.2020ci il, ##.##.2020- ##.##.2020-ci il, ##.##.2021-##.##.2021-ci il, ##.##.2022- ##.##.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Eyni zamanda, analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli 2-1 (***)-****/**** nömrəli qərarında məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə uyğun olaraq qeyd etmişdir ki, məhkəmələr is verlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Odur ki, islərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Qeyd olunanlara əsasən iddiaçı İddiaçı güzəştli iş stajı mövcud olmadığı üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilməmişdir.
12. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, iddiaçının 60 yaşının tamam olduğu tarixə ümumi stajı cavabdeh tərəfindən mübahisələndirilməmişdir.
14. Cavabdehin imtina məktubunda, etirazında yeganə mübahisə etdiyi məsələ iddiaçının güzəştli iş stajının kifayət qədər olmaması və müəyyən dövr üzrə işlədiyi vəzifələrin arayışlarda istinad edilmiş vəzifələrə aid olmamasıdır.
15. İddiaçının 60 yaşı ##.##.2024-cü il tarixdə tamam olur. Cavabdehin həmin tarixədək nəzərə aldığı güzəştli iş stajı 10 il 10 ay 8 gündür (##.##.2010-##.##.2014-cü il, ##.##.2014-##.##.2014-cü il, ##.##.2014-##.##.2020-ci il, ##.##.2020-##.##.2020-ci il, ##.##.2021-##.##.2021-ci il, ##.##.2022-##.##.2022-ci il tarixləri arasındakı dövrlər).
16. Beləliklə, iddiaçıya pensiya təyin edilməsi üçün lazım olan güzəştli iş stajı 1 il 7 ay 22 gün təşkil edir.
17. Hazırkı iddia tələbi ilə iddiaçı ona ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir.
18. Məhkəməyə təqdim edilən məlumata əsasən iddiaçının ##.##.2022- ##.##.2025 müddəti ərzində iş stajı 02 il 04 ay 27 gün təşkil edir və bu müddətdə işlədiyi peşələr müvafiq siyahıya əsasən güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aiddir. Vəzifələrin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri də geniş formada açıqlanmışdır.
19. Cavabdeh tərəfindən ##.##.2022-##.##.2022-ci il müddətinin (1 ay 10 gün) güzəştli iş stajı kimi hesablandığını və iddiaçının ##.##.2024-cü il tarixdən pensiyasının təyin edilməsini xahiş etdiyini (##.##.2024-##.##.2025-3 ay 26 gün) nəzərə alaraq 02 il 04 ay 27 gün stajdan qalan 1 il 11 ay 21 gün staj ilə iddiaçıya münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları ödənilmədiyindən cavabdeh tərəfindən staja daxil edilməmiş 4 ay müddət çıxılsa belə 12 il 6 ay güzəştli iş stajını tamamlanır.
20. İşin hallarına əsasən, qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun 60 yaşının tamam olduqdan sonrakı ##.##.2024-cü il tarixə qədər ümumilikdə 25 ildən çox əmək stajı vardır və qanunla müəyyən edilmiş 12 il 6 aydan artıq müddət ərzində o güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşədə işləmişdir. b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
21. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
22. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, ##.##.1964-cü il təvəllüdlü İddiaçı ##.##.2024-cü il tarixində Mərkəzi Filiala güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etmişdir. Mərkəzi Filialın ##.##.2024-cü il tarixli *-**-*/*-R- ******/**** nömrəli məktubu ilə ərizəçiyə imtina cavabı verilərək və qanunvericiliklə tələb olunan güzəştli iş stajının kifayət qədər mövcud olmaması səbəbindən əmək pensiyasının təyin edilməsinin qanunvericiliyə əsasən mümkün hesab edilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr yarımbəndində (a) texnoloji boru kəmərlərinin quraşdırıcıları vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı İddiaçı Mərkəzi Filiala təqdim etdiyi “SOCAR “Azneft ” İB-nin “28 May” NQÇİ-nin ##.##.2024- cü il tarixli **-*-*-*/*- *-**/**** nömrəli arayışında ##.##.2022-ci il tarixdən bugünədək sözügedən müəssisədə texnoloji boru kəmərlərinin quraşdırıcısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının arayışda istinad olunan, işlədiyi sahə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsinə aid deyil. Eyni zamanda ## ###### 2006cı il tarixindən bu günədək iddiaçıya münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları 2020-ci ilin dekabr, 2023-cü ilin mart, noyabr, 2024-cü ilin iyul ayları (ümumilikdə 4 ay) üzrə fərdi hesabın sığorta hissəsində öz əksini tapmadığından həmin müddətin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Lakin, Mərkəzi Filial ##.##.2024-cü il tarixli *-**-*/*-R-******/**** nömrəli məktubunda iddiaçının müraciət etdiyi tarixə uyğun olaraq sözügedən dövrlərin güzəştli iş stajına daxil edilsə belə, güzəştli iş stajının 12 il 6 aydan az təşkil edəcəyini qeyd etmişdir. Bundan başqa, Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi, iddiaçının güzəştli iş stajı12 il 6 aydan az (10 il 10 ay8 gün (##.##.2010-##.##.2014-cü il, ##.##.2014-##.##.2014-cü il, ##.##.2014- ##.##.2020-ci il, ##.##.2020-##.##.2020- ci il, ##.##.2021-##.##.2021-ci il, ##.##.2022-##.##.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bildirilir ki, Mərkəzi Filial tərəfindən İddiaçı imtina məktubu ünvanlanan ##.##.2024-cü il tarixində güzəştli iş stajının təqdim edilən sənədlər qəbul edilsə belə tamamlanmayacağı bildirilmiş, lakin məhkəmə prosesinin uzanması səbəbi ilə iddiaçının iş stajı da davam etmişdir. Məhkəmənin mövqeyinə münasibətdə bildirilir ki, təqdim edilmiş güzəştli arayışda iddiaçının hansı vəzifədə işləməsi qeyd edilsə də, vəzifənin hansı sahəyə olması qeyd edilməmişdir.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
24. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
25. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ...
27. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #- dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. (##.##.2022-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ## ### 2022-ci il tarixli Qanunun keçid müddəalarına əsasən Bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.) 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il ######ın #-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 23.2. 1992-ci il ######ın #-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.
28. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; ... Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. ... Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”: 1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və bu Qaydanın 1.2-ci bəndi nəzərə alınmaqla, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir. 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il ######ın #-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;
3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya * nömrəli Əlavəyə əsasən;
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;
6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il ######ın #-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; ...
30. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (##.##.2022-dək qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi ##.##.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; ... “Qaydalar”a * nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.
31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
33. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
35. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır.
36. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir.
37. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element birlikdə mövcud olmalıdır: a) İddiaçının azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.
38. İş materiallarından görünür ki, iddiaçının 60 yaşının tamam olduğu tarixə ümumi stajı cavabdeh tərəfindən mübahisələndirilməmişdir.
39. Cavabdehin imtina məktubunda, etirazında yeganə mübahisə etdiyi məsələ iddiaçının güzəştli iş stajının kifayət qədər olaması və müəyyən dövr üzrə işlədiyi vəzifələrin arayışlarda istinad edilmiş vəzifələrə aid olmamasıdır.
40. İddiaçının 60 yaşı ##.##.2024-cü il tarixdə tamam olur. Cavabdehin həmin tarixədək nəzərə aldığı güzəştli iş stajı 10 il 10 ay 8 gündür (##.##.2010-##.##.2014-cü il, ##.##.2014-##.##.2014-cü il, ##.##.2014-##.##.2020-ci il, ##.##.2020-##.##.2020-ci il, ##.##.2021-##.##.2021-ci il, ##.##.2022-##.##.2022-ci il tarixləri arasındakı dövrlər).
41. Beləliklə, iddiaçıya pensiya təyin edilməsi üçün lazım olan (çatmayan) güzəştli iş stajı 1 il 7 ay 22 gün təşkil edir. Hazırkı iddia tələbi ilə iddiaçı ona ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir.
42. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının 60 yaşı tamam olduqdan sonra yuxarıda qeyd olunan şərtlərin ödəndiyi (yəni ümumi və xüsusi stajının tamam olduğu) vaxtdan pensiya hüququnun yaranması qanunvericiklə uyğunsuzluq təşkil etmir və bunu istisna edən hər hansı müddəa mövcud deyildir.
43. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2020-ci il tarixli, *-***/** saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir.
44. Məhkəmə Kollegiyası qeyd edir ki, nəzərə almaq lazımdır ki, SOCAR “Azneft” İB “28 May” Neft və qazçıxarma idarəsinin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “28 May” NQÇİ-nin Dəniz neft-mədən hidrotexniki qurğular sahəsinin (DNMHQS) Texnoloji boru kəmərlərinə xidmət sahəsinin texnoloji boru kəmərlərinin quraşdırıcısı İddiaçı ##.##.2022-ci il tarixdə “28 May” NQÇİ-nin Neft qazçıxarma üzrə ** saylı dərin dəniz özülündə nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər peşəsinə işə qəbul edilmiş və ##.##.2022-ci il tarixdə İstismar avadanlıqları sahəsinin Boru kəmərlərinin xidmət sahəsində texnoloji boru kəmərlərinin quraşdırıcısı peşəsinə keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” ## ###### 2002-ci il tarixli *** saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırladığı və Nazirliyin Kollegiyasının ## ###### 2002-ci il tarixli **-* nömrəli qərarı ilə təsdiq etdiyi “İş yerlərinin attestasiyasının nəticələrinə əsasən əmək şəraitinin ağır və zərərliyinin qiymətləndirilməsi metodikası”na uyğun olaraq aparılmış iş yerlərinin attestasiyanın nəticələrinə əsasən nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər peşəsində çalışdığı dövrdə (##.##.2022-##.##.2022) İddiaçı tarif maaşına 1,04 artım əmsalı tətbiq edilmiş, texnoloji boru kəmərlərinin quraşdırıcısı peşəsində çalışdığı dövrdə (##.##.2022- ##.##.2025) isə heç bir artım əmsalı tətbiq edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2004-cü il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin siyahısı”na əsasən İddiaçı nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər peşəsində çalışdığı dövrdə ona əlavə məzuniyyət verilməmiş, texnoloji boru kəmərlərinin quraşdırıcısı peşəsində çalışdığı dövrdə isə hər iş ili üçün əmək şəraitinə görə 6 (altı) gün əlavə məzuniyyət verilmişdir. Əlavə olaraq, İddiaçı 02 il 04 ay 27 gün iş təcrübəsinə malik olduğu nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər və texnoloji boru kəmərlərinin quraşdırıcısı peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10.2ci bəndinə uyğun olaraq “neft mədənlərində, neftin saxlanılması və ötürülməsi sahəsində nəzarətölçü cihazları və avtomatika qurğularının təmiri və xidməti işləri ilə məşğul olan nəzarətölçü cihazları və avtomatika üzrə çilingərlər” və 29-cu bəndinə uyğun olaraq “texnoloji boru kəmərlərinin quraşdırıcılar peşələri ilə uyğunluq təşkil edir. Hər iki peşə üzrə vəzifə təlimatları əlavədə təqdim edilmişdir.
45. Göründüyü kimi məhkəməyə təqdim edilən məlumata əsasən iddiaçının ##.##.2022- ##.##.2025 müddəti ərzində iş stajı 02 il 04 ay 27 gün təşkil edir və bu müddətdə işlədiyi peşələr müvafiq siyahıya əsasən güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aiddir. Vəzifələrin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri də geniş formada açıqlanmışdır.
46. Cavabdeh tərəfindən ##.##.2022-##.##.2022-ci il müddətinin (1 ay 10 gün) güzəştli iş stajı kimi hesablandığını və iddiaçının ##.##.2024-cü il tarixdən pensiyasının təyin edilməsini xahiş etdiyini (##.##.2024-##.##.2025-3 ay 26 gün) nəzərə alaraq 02 il 04 ay 27 gün stajdan qalan 1 il 11 ay 21 gün staj ilə iddiaçıya münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları ödənilmədiyindən cavabdeh tərəfindən staja daxil edilməmiş 4 ay müddət çıxılsa belə 12 il 6 ay güzəştli iş stajını tamamlanır.
47. İşin hallarına əsasən, qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun 60 yaşının tamam olduqdan sonrakı ##.##.2024-cü il tarixə qədər ümumilikdə 25 ildən çox əmək stajı vardır və qanunla müəyyən edilmiş 12 il 6 aydan artıq müddət ərzində o güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşədə işləmişdir.
48. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr yarımbəndində (a) texnoloji boru kəmərlərinin quraşdırıcıları vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı İddiaçı Mərkəzi Filiala təqdim etdiyi “SOCAR “Azneft ” İB-nin “28 May” NQÇİ-nin ##.##.2024- cü il tarixli **-*-*-*/*-*-**/**** nömrəli arayışında ##.##.2022-ci il tarixdən bugünədək sözügedən müəssisədə texnoloji boru kəmərlərinin quraşdırıcısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının arayışda istinad olunan, işlədiyi sahə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsinə aid deyil. Eyni zamanda ## ###### 2006cı il tarixindən bu günədək iddiaçıya münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları 2020-ci ilin dekabr, 2023-cü ilin mart, noyabr, 2024-cü ilin iyul ayları (ümumilikdə 4 ay) üzrə fərdi hesabın sığorta hissəsində öz əksini tapmadığından həmin müddətin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Lakin, Mərkəzi Filial ##.##.2024-cü il tarixli *-**-*/*-R-******/**** nömrəli məktubunda iddiaçının müraciət etdiyi tarixə uyğun olaraq sözügedən dövrlərin güzəştli iş stajına daxil edilsə belə, güzəştli iş stajının 12 il 6 aydan az təşkil edəcəyini qeyd etmişdir. Bundan başqa, Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi, iddiaçının güzəştli iş stajı12 il 6 aydan az (10 il 10 ay8 gün (##.##.2010-##.##.2014-cü il, ##.##.2014-##.##.2014-cü il, ##.##.2014- ##.##.2020-ci il, ##.##.2020-##.##.2020- ci il, ##.##.2021-##.##.2021-ci il, ##.##.2022-##.##.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bildirilir ki, Mərkəzi Filial tərəfindən İddiaçı imtina məktubu ünvanlanan ##.##.2024-cü il tarixində güzəştli iş stajının təqdim edilən sənədlər qəbul edilsə belə tamamlanmayacağı bildirilmiş, lakin məhkəmə prosesinin uzanması səbəbi ilə iddiaçının iş stajı da davam etmişdir. Məhkəmənin mövqeyinə münasibətdə bildirilir ki, təqdim edilmiş güzəştli arayışda iddiaçının hansı vəzifədə işləməsi qeyd edilsə də, vəzifənin hansı sahəyə aid olması qeyd edilməmişdir.
49. Apellyasiya şikayətinin mövqeyi ilə bağlı məhkəmə Kollegiyasının mövqeyi belədir ki, SOCAR “Azneft” İB “28 May” Neft və qazçıxarma idarəsinin ##.##.2025-ci il tarixli məktubundan da göründüyü kimi, iddiaçı İddiaçı 02 il 04 ay 27 gün iş təcrübəsinə malik olduğu nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər və texnoloji boru kəmərlərinin quraşdırıcısı peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10.2-ci bəndinə uyğun olaraq “neft mədənlərində, neftin saxlanılması və ötürülməsi sahəsində nəzarətölçü cihazları və avtomatika qurğularının təmiri və xidməti işləri ilə məşğul olan nəzarətölçü cihazları və avtomatika üzrə çilingərlər” və 29-cu bəndinə uyğun olaraq “texnoloji boru kəmərlərinin quraşdırıcılar peşələri ilə uyğunluq təşkil edir. Hər iki peşə üzrə vəzifə təlimatları əlavədə təqdim edilmişdir.
50. Həmçinin, cavabdeh tərəfindən ##.##.2022-##.##.2022-ci il müddətinin (1 ay 10 gün) güzəştli iş stajı kimi hesablandığını və iddiaçının ##.##.2024-cü il tarixdən pensiyasının təyin edilməsini xahiş etdiyini (##.##.2024-##.##.2025-3 ay 26 gün) nəzərə alaraq 02 il 04 ay 27 gün stajdan qalan 1 il 11 ay 21 gün staj ilə iddiaçıya münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları ödənilmədiyindən cavabdeh tərəfindən staja daxil edilməmiş 4 ay müddət çıxılsa belə 12 il 6 ay güzəştli iş stajı tamamlanır.Beləliklə, iddiaçının 60 yaşı tamam olduqdan sonrakı ##.##.2024cü il tarixə qədər ümumilikdə 25 ildən çox əmək stajı vardır və qanunla müəyyən edilmiş 12 il 6 aydan artıq müddət ərzində o güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşədə işləmişdir.
51. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
52. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.