Məhkəmə qərarları › İş №2-1(3-6)-983/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-983/2026

01.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-983/2026 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X1 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Cavabdeh publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh publik hüquqi şəxsinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iddiası üzrə Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh publik hüquqi şəxsinə qarşı əlilliyin təyin edilməsi tələbinə barədə iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmişdir. Iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə verərək, tələbinin cavabdehin ## ####### 2024-cü il tarixli, *-**-*/*-*-****/**** saylı və ##.##.2025-ci il tarixli, N*RMD*Y***** saylı qərarının ləğv edilməsi, iddiaçıya ##.##.2024-cü il tarixli göndəriş əsasında hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi formasında icraata qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Həmçinin birinci instansiya məhkəməsinin qərardadı ilə buraxılmış prosessual müddət bərpa edilmişdir. Sonradan Bakı Inzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “iddiaçıya ##.##.2024-cü il tarixli göndəriş əsasında hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ##.##.2012-ci il tarixindən etibarən ikinci qrup əlildir. Sonuncu dəfə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2018-ci il tarixli, №*** saylı qərarı əsasında, ##.##.2019-cu il tarixində S72 Bud sümüyünün sınığı, sol bud sümüyünün orta 1/3-nin qapalı, qeyri-düzgün bitişmiş köhnə sınığı (1994/XI) cərrahi əməliyyatlarının uzaq qalmış əlamətləri, xroniki asteomielit, Ağırlaşma R26 Hərəkətin və yerişin pozulması Sol aşağı ətrafın hərəkət, yeriş funksiyasının mühüm dərəcəd pozulması, Ağırlaşma M86 Osteomielit, Sol bud sümüyünün xroniki Osteomieliti, Ağırlaşma M24.5 Oynaqların kontrakturası, Sol aşağı ətrafın hipodinamik əzələ atrofiyası, sol diz oynağının postravmatik artrozu və bükücü konturakturası, yanakı xəstəliklər Q 30.3 Burun çəpərinin anadangəlmə perforasiyası, Burun çəpərinin əyilməsi, burun tənəffüsünün pozulması ilə. Hepotosteatoz diqanozu ilə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar səbəblə ikinci dərəcəli əlillik təyin edilmiş, əlillik müddəti 5 il olmaqla ##.##.2024-cü il tarixinədək müəyyən edilmişdir. Həmin əlillik təyin edilməsi zamanı mövcud olan xəstəliklər hazırda da davam etməkdədir. Həmin xəstəliklərlə əlaqədar olaraq iddiaçı Vertebra onurğa tibb mərkəzində, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Azərbaycan Elmi Tədqiqat Travmaologiya və Ortopediya Instituutu" X2, Elmi Tədqiqat Tibbi Bərpa Institutunda müalicə və müayinə olunmuşdur. Əlavə olaraq, xidməti vəzifəsini icra edərkən aldığı ağır bədən xəsarətləri ilə əlaqədar onlayn şəkildə psixoloji yardım almışdır. Belə ki, o Türkiyənin Istanbul şəhərində Bakırkoy rayonunda fəaliyyət göstərən Volkan Girgin adlı psixiatırdan onlayn formada ödəniş etməklə 2021-ci ilin dekabr ayından etibarən online formada skype və whatsapp vasitəsi ilə iki-üç aydan bir olmaq şərti ilə ödəniş edərək psixoloji yardım almışdır. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "xxxx" Publik Hüquqi şəxsi tərəfindən ona üzvü mənşəli şəxsiyyət pozuntusu diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2024-ci il tarixli, № *-38-55/2-886/2024 saylı qərarında qeyd edilir ki, N saylı hərbi hissənin hərbi qulluqçusu sabiq R İddiaçı Azərbaycan Respubilikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon bölməsinin 30.07.24-cü il tarixli *-**-**/*-***/**** nömrəli göndərişinə əsasən xidmət zamanı alınmış xəstəliyi səbəb əlaqəsinə baxımışdır. ... Həmin qərarda göstərilir ki, qeyd edilənlər hərbi travmadır, hərbi xidmət vəzifələrin icra edərkən alınmışdır. Qeyd edilən qərardan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə iddiaçının qeydiyyatda olduğu poliklinika vasitəsi ilə əlillik dərəcəsinin müəyyən edilməsi məqsədi ilə forma ** saylı bildiriş göndərmiş və buradan ona imtina gəlmişdir. Imtinanın səbəbi kimi diaqnoz əlillik əlaməti təyin edilmir qeyd edilmişdir. Cavabdeh iddiaya qarşı etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, Biləsuvar RMX tərəfindən rəsmiləşdirilmiş ##.##.2024-cü il tarixli göndərişi əsasında əyani müayinə həyata keçirilməklə baxılmışdır. Əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2024-cü il tarixli, *-**-**/*-***/**** saylı Qərar verilmişdir. Həmin qərarda “Soltərəfli posttravmatik koksartroz, sol bud-çanaq oynağının varus deformasiyası, sol bud-çanaq oynağının abduksion kontrakturası, soltərəfli posttravmatik qonartroz, sol diz oynağının açıcı-bükücü kontrakturası (açma 160 dərəcə, bükmə 110 dərəcə), sol aşağı ətrafın əzələ atrofiyası. Sol oturaq sinirinin neyropatiyası, daimi ağrı sindromu ilə, funksiyaların pozulması olmadan. Sol bud sümüyünün orta 1/3-nin qapalı sınığına (##.##.1994) görə aparılmış “Intramedulyar ştiftlənmə (1994) və “ştiftin xaric edilməsi” (1995) cərrahi əməliyyatlarının nəticəsində funksiyaların mülayim dərəcədə pozulması ilə sol bud sümüyünün orta 1/3-nin qeyri-düzgün bitişmiş sınığının uzaq qalıq əlamətləri. Sol bud sümüyünün əməliyyatdan sonrakı hipertrofik çapıqları. OD-reflaksiyası 2.5D, OSreflaksiyası 3.5D olan orta dərəcəli hipermetropiya. Görmə itiliyinin OD=0.3 k/i 1.0, OS=0.2 k/i 1.0 olması. Qaraciyərin piy distrofiyası. Üzvi mənşəli (xidməti vəzifələrini icra edərkən ağır bədən xəsarətləri, kəllə-beyin travması) şəxsiyyət pozuntusu. Burun çəpərinin kəskin əyriliyi, tənəffüsün kəskin pozulması ilə. Burun çəpərinin kəskin perforasiyası. Dişləm anomaliyası” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini icra edərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı aşağı ətraflarında olan hərəki məhdudluq, ağrılar, yuxusuzluq, yaddaş pozğunluğu, klaustrofobiyadan şikayətlənmişdir. Müayinə zamanı sol budun yuxarı 1/3-də ~3-4 sm ölçülü, aşağı 1/3-də ~8-10 sm ölçülü əməliyyat çapıqları izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuş, aşağı ətraflarda nisbi qısalıq ölçülməmiş, osteomielit əlamətləri qeyd edilməmişdir. Nevroloji statusunda yuxarı və aşağı ətraflarda əzələ gücü və tonus tam, refleksləri canlı alınmış D=S, hipotrofiya, atrofiya, parez, iflic əlamətləri aşkarlanmamışdır. Elmi Tədqiqat Tibbi Bərpa Institutun ##.##.2024-cü il tarixli EMQ müayinəsinin nəticəsi “Neyromotor aparatda nevral zədələnmə: sol oturaq sinirinin (incik hissəsinin daha üstün zədələnməsi ilə) və sol bud sinirinin aksonaldemiyelinizə tipli neyropatiyası” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya Institutunun ##.##.2024-cü il tarixli, 2023827240 AB****/**** saylı Arayışında diaqnoz “Sol bud sümüyünün orta 1/3-in qeyri düzgün bitişmiş sınığı. Sol bud çanaq oynağının və sağ bud çanaq oynağının koksartrozu. (Grade II). Sol bud çanaq oynağının varus deformasiyası. Sol diz oynağının postravmatik qonartrozu (Grade II). Sol bud çanaq oynağının abduksion kontrakturası (10˚). Sol aşağı ətrafın əzələ atrofiyası. Sol diz oynağının açıcı bükücü kontrakturası (açma 160˚, bükmə 110˚). Sol aşağı ətrafın bud nahiyyəsinin postop çapıq toxuması. Osteosintez əməliyyatından sonrakı vəziyyət. Sol oturaq sinirinin neyropatiyası. Daimi ağrı sindromu. Funksiyanın pozulması ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Elmi Tədqiqat Tibbi Bərpa Institutun ##.##.2024-cü il tarixli, *** saylı Arayışında diaqnoz “Sol oturaq və bud sümüklərinin travmatik aksonaldemiyelinizə tipli neyropatiyası, rezidual dövr. Sol aşağı ətrafın süst parezi, yerişin pozulması” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. xxxxnin ##.##.2024-cü il tarixli, **** saylı Tibbi rəyində diaqnoz “Üzvi mənşəli (xidməti vəzifəsini icra edərkən ağır bədən xəsarətləri, kəllə-beyin travması) şəxsiyyət pozuntusu” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Elmi Tədqiqat Travmatologiya və Ortopediya Institutunun ##.##.2024-cü il tarixli Hər iki bud-çanaq oynağının AP bir proyeksiyada Rengenoqramma müayinəsinin nəticəsi “Hər iki bud-çanaq oynağında: oynaq yarığı ağırlıq mərkəzində qismən daralıb, asetabulyar oynaq səthində osteoskleroz qeyd edilir: bilateral başlanğıc dövr koksartroz” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya Institutunun ##.##.2024-cü il tarixli Sol diz oynağının iki proyeksiyada Renqenoqramma müayinəsinin nəticəsi “Sol bud sümüyü diafizi orta 1/3-nin kobud sümük döyənəyi ilə bitişmiş köhnə sınığı və periosteal yumşaq toxuma ossifikasiyası aşkar edilir. Tibia interkondulyar qabarlarında və oynaq kənarlarında kiçik osteofitik sivriləşmələr təyin edilir: II dərəcə osteoartroz” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə (hakim O.X.Həsənov) iddia təmin edilərək, İddiaçı ##.##.2024-cü il tarixli göndəriş əsasında hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh xxxxnə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh birinci instansiyası məhkəməsinin qərarını mübahisələndirmiş və apellyasiya şikayəti etirazın məzmununa uyğun əsaslandırmışdır. Həmçinin apellyasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi sadəcə anamnestik məlumatlar əsasında tərtib edilən həkim rəylərinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmiş, göndərişdə qeyd olunan reabilitasiya potensiallı xəstəlik əlillik səviyyəsində öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Belə ki, göndərişdə əsas diaqnoz kimi “M16.0 Ikitərəfli birincili koksartroz, Sol bud çanaq oynağının və sağ bud çanaq oynağının koksartrozu grade II sol bud sümüyünün orta 3/1nin q/düzgün bitişmiş sınığı, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” diaqnozu qeyd edilmişdir. Əsasnamənin 13-cü bəndinə əsasən Orqanizmin sümük-əzələ sisteminin xəstəliklərdən, zədə və ya çatışmazlıqdan irəli gələn davamlı pozuntularının dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən hərəkətetmə funksiyasının (sadə və mürəkkəb hərəkətləri etmək qabiliyyəti) pozuntusunun təzahür dərəcəsinin qiymətləndirilməsinə əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması. Bu patalogiyaların heç biri iddiaçının səhhətində öz əksini tapmır. Diaqnozu təsdiq edən tibb müəssisəsinin rəyləri TSEK tərəfindən tədqiq edilmiş və əlillik təyinatına əsas verən səviyyədə - 35 faiz OFP müəyyən edilməmişdir. Buna baxmayaraq eyni klinik instrumental müayinə nəticələri əsasında MPEM əlavə müəyinə həyata keçirmədən rəy vermişdir. Məhkəmə iki ziddiyyətli tibbi mövqeyi aydınlaşdırmaq əvəzinə sadəcə ekspert rəyinə əsaslanaraq Agentliyin (TSEK-in) hüquqlarını pozmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, vətəndaşın son göndərişində diaqnoz “Soltərəfli posttravmatik koksartroz və sol bud-çanaq oynağının abduksion kontrakturası, soltərəfli posttravmatik qonartroz” və onun digər ağırlaşma əlamətləri qeyd edilmişdir. Bunlar sümük xəstəlikləridir. Lakin şəxsin Hərbi Həkim Komissiyasının şəhadətnaməsində üzvi şəxsiyyət pozğunluğu iə bağlı qeyd mövcud olduğundan məhkəmə F07 xəstəliyini əsas götürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında məhkəməyə bildirdi ki, inzibati məhkəmə icraatı inzibati orqanın araşdırması ilə məhdudlaşmamalıdır. Qanunvericiliyə əsasən inzibati məhkəmə işin faktiki və hüquqi əsaslandırmasında tam sərbəstdir. Məhkəmədə icraat zamanı müəyyən edildi ki, Həkim Tibbi Komissiyasının rəyində şəxsə nəzərən F07 qeyd olunub. Sadəcə Forma 88-də qeyd etmək vətəndaşın vəzifəsi deyildi. Göndəriş vətəndaş yox, poliklinika tərəfindən doldurulur. Hakim qeyd etdi ki, şəxsə hər iki xəstəliklə təyin oluna bilər, bu səbəbdən xəstəliklərin birinə istinad etmək kifayətdir. Məhkəmə kollegiyası məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, birinci instansiya məhkəməsinin qərarını və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətinin iddianın rədd edilməsinə yönəlmiş dəlilləri əsaslı deyildir. Bununla yanaşı, birinci instansiya məhkəməsinin qərarında iddiaçıya təyin edilməli olan orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti göstərilmədiyindən, qərar həmin hissədə dəyişdirilməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində, hüquqi məsələlər, sübutlar və faktiki hallar əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı işdə cavabdeh birinci instansiya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliyin bütövlükdə aradan qaldırılmasını tələb etdiyindən, həmin öhdəliyin yaranma şərtləri və hüquqi məzmunu apellyasiya baxışının predmetinə daxildir. Inzibati Prosessual Məcəllənin 52-ci maddəsi məhkəmənin iddia tələbindən kənara çıxmasını qadağan etsə də, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı deyildir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbi və müddəti əlilliyin müəyyən edilməsi barədə inzibati aktın qanunla məcburi müəyyən edilən, bir-birindən ayrılmayan ünsürləridir. Buna görə həmin ünsürlərin konkretləşdirilməsi yeni müstəqil tələbin həlli deyil, birinci instansiya məhkəməsinin artıq qərara aldığı eyni öhdəliyin qanuna uyğun və icra edilə bilən məzmunda ifadə olunmasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 3.1-ci bəndinə görə, orqanizmin funksiyalarının pozulması faizi Meyarlara Əlavəyə uyğun müəyyən edilir. Meyarların 3.2-ci bəndinə əsasən isə xəstəliklərin, zədələrin və çatışmazlıqların adı, ağırlıq dərəcəsi və mərhələsi, davamlı pozuntunun klinik-funksional xüsusiyyətləri, XBT- 10 kodu, faiz göstəricisi və müddəti Əlavədə müəyyən olunur. Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.4-cü bəndi də qiymətləndirmənin məhz həmin Meyarlara uyğun aparılmasını tələb edir. Meyarlara Əlavənin 13-cü hissəsinin qeydində sümük-əzələ sistemi xəstəliklərində orqanizmin funksiyalarının davamlı pozulmasının kəmiyyətcə qiymətləndirilməsinin əsasən hərəkət funksiyasının pozulmasının təzahür dərəcəsinə söykəndiyi göstərilmişdir. Əlavənin 13.4-cü bəndi M16 kodlu koksartrozu bu hissədə qiymətləndirilən xəstəliklərə aid edir. Qüvvədə olan 13.4.25-ci yarımbənd “hər iki bud-çanaq oynağının hərəkətinin orta dərəcə məhdudlaşması” halında orqanizmin funksiyalarının pozulmasını 40 faiz, müddəti isə “müddətsiz” müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” 2024-cü il Icmalının 36-37-ci bəndlərinə görə, ekspert tibbi faktları müəyyən edir, həmin faktların konkret əlillik meyarına hüquqi uyğunluğunu isə inzibati orqan və ya məhkəmə qiymətləndirir. Icmalın 43-cü bəndi heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəyə malik olmadığını, 58-ci bəndi isə normativ meyarın şərtləri mövcud olduqda əlilliyin müəyyən edilməsinin Agentliyin diskresion deyil, mütləq səlahiyyəti olduğunu təsbit edir. Icmalın 60-cı bəndində faiz, səbəb və müddətin inzibati aktda mütləq göstərilməli olduğu vurğulanmışdır. Inzibati Prosessual Məcəllənin 12-ci maddəsi məhkəmənin işin düzgün həlli üçün əhəmiyyət daşıyan halları xidməti vəzifəsinə görə araşdırmasını, 14.3-cü maddəsi məcburetmə haqqında iddiada tələb edilən inzibati aktın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu iddiaçının, həmin aktın qəbulunu istisna edən halları isə onlara istinad edən cavabdehin sübut etməsini nəzərdə tutur. Məcəllənin 73.1-ci maddəsinə görə isə inzibati aktın qəbulundan imtina qanuna zidd olduqda və iddiaçının hüquqlarını pozduqda məhkəmə cavabdehin üzərinə həmin aktı qəbul etmək öhdəliyi qoyur. Iş materialları ilə müəyyən olunur ki, iddiaçı ## ###### 1994-cü ildə hərbi xidmət vəzifələrini yerinə yetirərkən yol-nəqliyyat hadisəsi nəticəsində ağır travma almış, sol bud sümüyünün sınığı ilə əlaqədar 1994 və 1995-ci illərdə cərrahi əməliyyatlar keçirmişdir. Travmanın uzaq nəticələri kimi sol bud sümüyünün qeyri-düzgün bitişmiş sınığı, deformasiya, bud-çanaq və diz oynaqlarında artroz, kontrakturalar, neyropatiya, daimi ağrı və yeriş pozuntusu formalaşmışdır. Iddiaçıya 2012-ci ildən başlayaraq eyni travmanın nəticələri ilə əlaqədar müxtəlif müddətlərə, sonuncu dəfə ## #### 2019-cu ildən ## #### 2024-cü ilədək beş il müddətinə ikinci dərəcə əlillik müəyyən edilmişdir. Əvvəlki təyinatlar yeni qiymətləndirmə zamanı əlilliyin avtomatik davamına əsas verməsə də, eyni anatomik-travmatik pozuntuların uzunmüddətli və davamlı xarakterini təsdiqləyən sübutdur. Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi-Həkim Komissiyasının ## ###### 2024cü il tarixli, *-**-**/*-***/**** nömrəli qərarında soltərəfli posttravmatik koksartroz, sol budçanaq oynağının varus deformasiyası və abduksion kontrakturası, soltərəfli posttravmatik qonartroz, sol diz oynağının kontrakturası, əzələ atrofiyası, sol oturaq sinirinin neyropatiyası, daimi ağrı sindromu və sol bud sümüyünün qeyri-düzgün bitişmiş sınığının uzaq qalıq əlamətləri müəyyən edilmiş, bu diaqnostik kompleksin səbəb əlaqəsi “hərbi travmadır, hərbi xidmət vəzifələrini icra edərkən alınmışdır” kimi göstərilmişdir. Biləsuvar Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş, ## ######## 2024-cü ildə göndərilmiş C********ITM nömrəli Forma 088-də əsas diaqnoz M16.0 ikitərəfli birincili koksartroz, hər iki bud-çanaq oynağının II mərhələ koksartrozu və sol bud sümüyünün qeyri-düzgün bitişmiş sınığı kimi qeyd olunmuşdur. Ağırlaşmalar sırasında sol bud-çanaq oynağının 10 dərəcəlik abduksion kontrakturası, sol diz oynağının kontrakturası, neyropatiya, daimi ağrı, osteosintezdən sonrakı vəziyyət və varus deformasiyası göstərilmişdir. Forma 088-in elektron strukturunda əsas M16.0 diaqnozundan dərhal sonra həmin diaqnoza aid ayrıca “Amillər” bölməsi yerləşdirilmiş və bu bölmədə “Funksional pozğunluğun dərəcəsi” birbaşa “Orta” kimi qeyd edilmişdir. Həmin qiymətləndirmənin aid olduğu əsas diaqnoz iki ayrı oynağı deyil, məhz “sol bud-çanaq oynağının və sağ budçanaq oynağının koksartrozu” ifadəsi ilə ikitərəfli təsvir edilmişdir. Göndərişdə xəstəliyin gedişi xroniki, ağırlıq dərəcəsi ağır, dayaq-hərəkət və yeriş funksiyasının pozulması isə davamlı xarakterli göstərilmişdir. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya Institutunun ## #### 2024-cü il tarixli arayışı və rentgenoloji müayinəsi hər iki bud-çanaq oynağında II mərhələ koksartrozu, oynaq yarıqlarının daralmasını və asetabulyar səthlərin osteosklerozunu, habelə sol budçanaq oynağında varus deformasiyasını və 10 dərəcəlik abduksion kontrakturanı, daimi ağrını və funksiyanın pozulmasını təsdiqləmişdir. Cavabdehin elektron qiymətləndirmə məlumatlarında *******00** nömrəli akt üzrə müayinə tarixi ## ####### 2024-cü il göstərilmişdir. ## ####### 2024-cü il tarixli, *-**-*/*- *-****/**** nömrəli yekun qərarda isə əyani müayinənin ## ####### 2024-cü ildə aparıldığı qeyd edilmişdir. Həmin sənədlərdə yuxarı və aşağı ətraflarda hərəkətlərin sərbəst və ağrısız olduğu, qısalma, atrofiya, parez və iflic aşkar edilmədiyi bildirilmiş, yekun qərar “diaqnoz əlillik əlaməti təyin etmir” cümləsi ilə nəticələnmişdir. “Inzibati icraat haqqında” Qanunun 24.1, 24.2 və 24.4-cü maddələri inzibati orqanı işin əhəmiyyətli hallarını hərtərəfli, tam və obyektiv araşdırmağa, maraqlı şəxsin xeyrinə olan halları nəzərə almağa və sübutlar yetərli olmadıqda əlavə sübutlar toplamağa borclu edir. Qanunun 61.1, 61.2 və 61.4-cü maddələrinə görə yazılı inzibati akt işin faktiki və hüquqi hallarını, onları təsdiq və ya rədd edən sübutları, eləcə də istinad olunan normativ aktları göstərməklə əsaslandırılmalıdır. Cavabdehin qərarı bu tələblərə cavab vermir. Qərarda məhz hansı normativ meyarın yoxlanıldığı, bud-çanaq oynaqlarının hərəkət həcminin hansı metodla və hansı göstəricilərlə ölçüldüyü, ixtisaslaşdırılmış tibb müəssisəsinin rentgenoloji və klinik nəticələrinin hansı tibbi əsasla rədd edildiyi açıqlanmamış, elektron aktla yekun qərarda göstərilən 3 və 7 oktyabr müayinə tarixləri arasındakı uyğunsuzluğa izah verilməmişdir. Ali Məhkəmənin 2024-cü il Icmalının 29-31-ci bəndlərində də göstərildiyi kimi, əyani müayinənin yalnız nəticəsi ilə kifayətlənmək olmaz, tətbiq edilmiş metodologiyanın real sağlamlıq vəziyyətini obyektiv qiymətləndirməyə yararlı olub-olmaması yoxlanılmalıdır. Birinci instansiya məhkəməsinin təyin etdiyi T ***/**** nömrəli məhkəmə-tibbi ekspertiza çərçivəsində iddiaçı ## ######## 2025-ci ildə bilavasitə müayinə edilmiş, ## ######## 2025-ci ildə isə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya Institutunda ixtisaslaşdırılmış klinik və rentgenoloji müayinədən keçmişdir. Ekspert komissiyası Forma 088-dəki diaqnozun anamnestik, klinik, laborator və instrumental müayinələr əsasında qoyulduğunu təsdiqləmiş, konkret meyarın tətbiqini isə haqlı olaraq hüquq tətbiq edənin səlahiyyətinə aid etmişdir. ## ######## 2025-ci il tarixli ixtisaslaşdırılmış müayinə hər iki bud-çanaq oynağında koksartrozun III mərhələyə irəlilədiyini, sol bud-çanaq oynağının kontrakturasını, sol bud sümüyünün qeyri-düzgün bitişmiş sınığını, varus deformasiyasını, daimi ağrını və dayaq-hərəkət funksiyasının pozulmasını təsdiqləmişdir. Bu sonrakı sənədlər Forma 088-də əks olunmuş eyni xroniki patologiyanın davamlılığını və cavabdehin müayinə nəticəsinin metodoloji etibarlılığını yoxlamaq üçün təsdiqləyici sübut kimi qiymətləndirilir. Mülki Prosessual Məcəllənin 88 və 103-cü maddələrinin Inzibati Prosessual Məcəllənin 1.2 və 29-1-ci maddələri ilə birlikdə tətbiqindən irəli gəlir ki, nə ekspert rəyi, nə Forma 088, nə də TSEK-in əyani müayinəsi məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəyə malikdir. Sübutlar mənbəyinə görə deyil, yoxlanıla bilməsi, metodologiyası, obyektiv göstəricilərlə uyğunluğu və digər sübutlarla qarşılıqlı əlaqəsi əsasında qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.4.25-ci yarımbəndinin birinci şərti olan normativ xəstəlik kodu mövcuddur: Forma 088-də əsas diaqnoz birbaşa M16.0 - ikitərəfli koksartroz kimi göstərilmişdir. Meyarın ikinci şərti - prosesin ikitərəfli olması da sübuta yetirilmişdir. Həm Forma 088, həm ## #### 2024-cü il tarixli ixtisaslaşdırılmış rəy və rentgenoqrafiya hər iki budçanaq oynağında koksartrozu təsdiqləyir. 2025-ci il müayinəsi də eyni ikitərəfli prosesin davamını təsdiq edir. Meyarın üçüncü şərti - hərəkət funksiyasının orta dərəcə məhdudlaşması Forma 088-in məhz əsas, ikitərəfli M16.0 diaqnozuna aid “Amillər” bölməsindəki “Funksional pozğunluğun dərəcəsi - Orta” qeydi ilə müəyyən edilmişdir. Sümük-əzələ sistemi üzrə funksional pozuntu ilk növbədə hərəkət funksiyasına aid olduğundan və qiymətləndirmənin predmeti bütöv ikitərəfli diaqnoz olduğundan, həmin qeyd ayrıca yalnız sol oynağa deyil, əsas diaqnozda göstərilən hər iki oynağın funksional nəticəsinə aiddir. Sol oynağın 10 dərəcəlik kontrakturası, varus deformasiyası, daimi ağrı, yeriş və dayaqhərəkət funksiyasının pozulması isə bu qiymətləndirməni obyektiv klinik məlumatlarla tamamlayır. Forma 088 və ixtisaslaşdırılmış rəylərdə hər bir bud-çanaq oynağı üzrə hərəkət amplitudası ayrıca bucaq göstəriciləri ilə cədvəl formasında yazılmasa da, bu hal özlüyündə 13.4.25-ci yarımbəndin tətbiqini istisna etmir. Həmin yarımbənd konkret bucaq həddi və ya müstəsna sübutetmə vasitəsi müəyyən etmir. Əksinə, işdəki sübutların məcmusu ikitərəfli struktur dəyişikliyini və həmin ikitərəfli əsas diaqnoz üzrə orta funksional pozuntunu təsdiqləyir. Cavabdehin “hərəkətlər sərbəstdir” qeydi isə konkret ölçmə metodunu və nəticələrini ehtiva etmədiyindən bu sübutlar məcmusunu təkzib etmir. Pozuntunun müddəti məsələsində ayrıca tibbi proqnoz seçimi aparılmasına ehtiyac yoxdur. 13.4.25-ci yarımbəndin dispozisiyası təsdiqləndikdə, normanın özü 40 faiz pozuntu üçün müddəti “müddətsiz” kimi imperativ müəyyən edir. Buna görə apellyasiya şikayətində xəstəliyin reabilitasiya potensialının olmasına edilən istinad normada birbaşa müəyyən edilmiş müddəti dəyişmir. Iddiaçının 1994-cü ildən davam edən anatomik dəyişiklikləri, əvvəlki uzunmüddətli əlillik təyinatları və sonrakı müayinələr bu normativ nəticəni əlavə olaraq təsdiqləyir. Iddiaçıda müəyyən edilmiş təxminən 3 santimetr qısalma 13.4.32-ci yarımbəndin tələb etdiyi 4-7 santimetr həddinə çatmır. Sol diz oynağının II mərhələ posttravmatik qonartrozu da 13.4.41-ci yarımbənddə nəzərdə tutulan hər iki diz oynağının IV mərhələ zədələnməsi deyildir. Buna görə həmin hallar ayrıca faiz təyin etmək və ya faizi artırmaq üçün əsas kimi götürülmür. F07.0 kodlu üzvi mənşəli şəxsiyyət pozuntusunun tibbi mövcudluğu barədə sübutlar olsa da, bu diaqnoz ## ######## 2024-cü il tarixli Forma 088-də əsas, yanaşı xəstəlik və ya ağırlaşma kimi göstərilməmişdir. Bundan başqa, Meyarların 7.6.2.1 və 7.6.2.2-ci yarımbəndlərində nəzərdə tutulan müddət, müalicəyə rezistentlik və konkret sosial-davranış nəticələri göndəriş tarixinə münasibətdə tam sübuta yetirilməmişdir. Həmçinin qeyd edilməlidir ki, Hərbi-Həkim Komissiyası sol posttravmatik koksartrozu, sol bud-çanaq oynağının kontrakturasını və varus deformasiyasını, eləcə də sol bud sümüyü sınığının uzaq nəticələrini vahid diaqnostik kompleks kimi göstərərək onların hərbi xidmət vəzifələrinin icrası zamanı alınmış travma ilə səbəb əlaqəsini təsdiqləmişdir. Forma 088-də də əsas M16.0 diaqnozu sol bud sümüyünün qeyri-düzgün bitişmiş sınığı və həmin posttravmatik ağırlaşmalarla birlikdə göstərilmiş, səbəb xanasında “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” qeyd olunmuşdur. Forma 088-də ikitərəfli prosesin M16.0, Hərbi-Həkim Komissiyasının qərarında isə sol oynağın posttravmatik zədələnməsinin M16.5 kodu ilə ifadə olunması normativ meyarın tətbiqini istisna etmir. Meyarlara Əlavənin 13.4-cü bəndi koksartrozu onun bütün müvafiq klinik formalarını əhatə edən M16 kodu ilə müəyyən edir. Kodlaşdırmadakı fərq sol oynaqda eyni struktur-funksional patologiyanın mövcudluğunu və həmin patologiyanın hərbi travma ilə səbəb əlaqəsini təkzib etmir. 13.4.25-ci yarımbənd hər iki oynağın pozuntusunun mütləq eyni etiologiyadan yaranmasını tələb etmir. Hərbi travma nəticəsində yaranmış sol bud-çanaq oynağının posttravmatik artrozu, kontrakturası və deformasiyası 40 faizlik ikitərəfli funksional meyarın tərkibində təsadüfi və ya yanaşı hal deyil, meyarın gerçəkləşməsi üçün zəruri olan iki oynaq komponentindən biridir. Buna görə Hərbi-Həkim Komissiyasının rəyində göstərilən hərbi travma 30 faizdən artıq, yəni 40 faizlik əlillik yaradan vahid funksional pozuntu ilə hüquqi səbəb əlaqəsinə malikdir. Hərbi-Həkim Komissiyasının qərarında diaqnostik bloklardan biri üzrə “funksiyaların pozulması olmadan” ifadəsinin işlədilməsi bu nəticəni dəyişdirmir. Eyni qərarda sol bud sümüyü sınığının uzaq qalıq əlamətləri “funksiyaların mülayim dərəcədə pozulması ilə” qeyd edilmişdir. Hərbi-Həkim Komissiyasının bu mübahisədə həlledici funksiyası travmanın xidmətlə səbəb əlaqəsini təsdiqləməkdir, dəqiq faiz və müddət isə Forma 088-dəki aktual klinik-funksional məlumatların *** nömrəli Qərarın Meyarlarına tətbiqi ilə müəyyən olunur. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdehin “diaqnozun olması özlüyündə əlillik yaratmır” dəlili ümumi hüquqi müddəa kimi doğrudur, lakin hazırkı işin hallarına cavab vermir. Iddiaçının tələbi yalnız M16.0 diaqnozunun adına deyil, hər iki oynaqda obyektiv struktur dəyişikliklərinə, ikitərəfli əsas diaqnoz üzrə orta funksional pozuntuya, kontraktura, deformasiya, daimi ağrı və dayaq-hərəkət funksiyasının pozulmasına əsaslanır. Agentliyin diskresion səlahiyyətinə müdaxilə barədə dəlil də əsassızdır. Agentlik sağlamlıq vəziyyətinin tibbi qiymətləndirilməsində müəyyən qiymətləndirmə azadlığına malik olsa da, bu azadlıq göndərişdəki diaqnoz, obyektiv tibbi-instrumental göstəricilər və normativ meyarlarla məhdudlaşır. Konkret meyarın bütün şərtləri təsdiqləndikdə əlilliyin müəyyən edilməsi mümkün qərarlardan birinin seçilməsi deyil, qanunun tələb etdiyi yeganə hüquqi nəticədir. Bundan əlavə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlsə də, F07.0 diaqnozunun hüquqi rolunu düzgün müəyyən etməmiş və qərarın nəticə hissəsində əlilliyin mütləq ünsürləri olan faiz və müddəti göstərməmişdir. Bu nöqsanlar apellyasiya instansiyası tərəfindən düzgün maddi hüquq normasının tətbiqi və eyni öhdəliyin məcburi ünsürlərinin konkretləşdirilməsi yolu ilə aradan qaldırıla bilər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *- *(***)-****/**** saylı qərarı dəyişdirilməli, iddiaçı İddiaçı ##.##.2024-cü il tarixli göndəriş əsasında hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar orqanizmin funksiyalarının 40 faiz pozulması ilə bağlı əlilliyin müddətsiz təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarı dəyişdirilsin. Iddiaçı İddiaçı ##.##.2024-cü il tarixli göndəriş əsasında hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar orqanizmin funksiyalarının 40 faiz pozulması ilə bağlı əlilliyin müddətsiz təyin edilməsi öhdəliyi cavabdeh Cavabdeh publik hüquqi şəxsinin üzərinə qoyulsun. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar