Məhkəmə qərarları › İş №2-1(3-6)-990/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-990/2026

18.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-990/2026 18.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X11 və X7 ibarət tərkibdə, Türkan Kamran qızı Haqverdiyevanın katibliyi, İddiaçının vəkili (nümayəndəsi) Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan ##.##.1970-cü il tarixli ******* saylı doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı ##.##.1970-ci ildə Bakı şəhəri, Qubadlı rayonunun Mərdanlı kəndində anadan olmuş, atası X2, anası X4 göstərilmişdir.

2. Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin ##.##.2025-ci il tarixli, **/*-***** nömrəli məktubundan görünür ki, ##.##.1970-ci il təvəllüdlü İddiaçı sovet pasportu məlumatlarına əsasən ##.##.1989-cı il tarixdən hazıradək ünvan 2 14 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.

3. İddiaçıya məxsus P RUS 75 ******* nömrəli Rusiya Federasiyasının pasportundan görünür ki, iddiaçıya Rusiya Federasiyasının vətəndaşı kimi ##.##.2015-ci il tarixdə pasport verilmişdir, pasport ##.##.2025-ci il tarixədək etibarlıdır.

4. Həmçinin işdə olan sərhədkeçmə məlumatlarından görünür ki, 2000-2025-ci illərdə iddiaçının Rusiya Federasiyasının vətəndaşı kimi Azərbaycan Respublikasına girişçıxışı qeydə alınmışdır.

5. İddiaçının ##.##.2025-ci il tarixli Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi üçün ərizə anket müraciətindən görünür ki, o, ##.##.1970-ci ildə Qubadlı rayonunda anadan olmuşdur. Milliyəti azərbaycanlı, vətəndaşlığı isə rusdur.

6. Cavabdehin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə” ******** nömrəli, ##.##.2025-cü il tarixli qərarından görünür ki, ##.##.1970-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanımamışdır. Qərar bununla əsaslandırılmışdır ki, araşdırma nəticəsində şəxsin digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:

7. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ##.##.2025-ci il tarixli, ******** nömrəli “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması” haqqında qərarı ilə onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtinasının qanunsuz hesab edilməsi və onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, ##.##.1970-ci ildə Azərbaycan Respublikası, Qubadlı rayonu, Mərdanlı kəndində anadan olmuşdur. Atası X2, anası isə X5r. Bununla bağlı ##.##.1970- ci il tarixdə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında 14 nömrə ilə lazımı qeyd edilmiş və həmin tarixdə A3 №******* nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. 1977-ci ildə Qubadlı rayonu, Mərdanlı kəndində orta məktəbə getmiş və üç sinif oxuduqdan sonra 4-cü sinifdən təhsilini Qubadlı rayonu Yuxarı Mollu məktəbində davam etdirmişdir. 1985-ci ildə səkkizinci sinifi bitirdikdən sonra Bakı şəhərində yerləşən * nömrəli Fizika-riyaziyyat təmayüllü internat məktəbinə daxil olaraq təhsilini davam etdirmişdir. ##.##.1987-ci il tarixdə iddiaçıya XXI ****** nömrəli Azərbaycan SSR pasportu verilmişdir. 1987-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna qəbul olmuş və. bir il oxuduqdan sonra 1988-ci ildə Bakı şəhəri Binəqədi (keçmiş Kirov) Hərbi Komissarlığından həqiqi hərbi xidmətə göndərilmişdir. Həmin zaman XXI ****** nömrəli Azərbaycan SSR pasportu hərbi komissarlığa təhvil verilmiş və bununla bağlı H3 №******* nömrəli hərbi biletdə qeyd aparılmışdır. 1989-cu ilin sentyabr ayında həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra ali təhsilimi davam etdirərək 1993-cü ildə bitirmişdir. Təhsil alan zaman Binəqədi (keçmiş Kirov) rayon Qeydiyyat şöbəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 14-cü Aşırım küşəsi, ** nömrəli yataqxanaya qeydiyyata alınmışdır. 1994-cü ildə Rusiya Federasiyasının Moskva şəhərinə getmiş və 1999-cu ilədək mütəmadı olaraq Bakıya gəlib getmiş, sonradan isə orada yaşamışdır. 2025-ci ilin sentyabr ayında Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin olunması ilə bağlı iş üzrə cavabdeh Cavabdeh Sumqayıt şəhərində yerləşən * saylı Sumqayıt Regional "Asan Xidmət" mərkəzinin nəznində olan şöbəsinə müraciət etmiş, ## ######## 2025-ci il tarixdə imtina olunmuşdur.

9. Cavabdeh ##.##.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə yazılı etirazını təqdim edərək bildirmişdir ki, sözügedən şəxs Rusiya Federasiyasının vətəndaşlığını əldə etmiş və həmin ölkəyə məxsus pasportla 2000- 2025- ci illərdə ölkə ərazisinə giriş-çıxış etmişdir. Göründüyü kimi, iddiaçı DMX-nin araşdırmasına qədər Rusiya Federasiyasının vətəndaşı olmuş və heç bir halda vətəndaşsızlıq halında olmamışdır. Bu səbəbdən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Bu da onu deməyə əsas verir ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması məsələsi “Vətəndaşsızlıq hallarının azaldılması haqqında” Konvensiyanın tələblərinə ziddir.

10. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericiliyə əsasən şəxsin digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması üçün əsasdır.

12. İşin hallarından müəyyən olunur ki, iddiaçı 2000-ci ildən etibarən könüllü olaraq Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmişdir.

13. Belə olan halda aydın olur ki, iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması üçün qanunvericiliklə nəzərdə tutulmuş hal mövcuddur. Bu isə onun hazırkı məzmunda tələbinin təmin olunmasını istisna edir. Çünki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

14. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan məhkəmə belə qənaətə gəlir ki, cavabdehin imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. İddiaçı tələbinin əsası kimi valideynlərinin Azərbaycan Respublikasının vətəndaşı olduğunu və Bakı şəhərində qeydiyyatda olmasına istinad etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

15. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, iddiaçının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti məhkəmədə tədqiq olunmuş sübutlarla və dəlillərlə öz təsdiqini tam tapmış, lakin məhkəmə tərəfindən həmin sübutlara və aparılmış tədqiqatlara düzgün qiymət verilməyərək iddia rədd edilmişdir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş sübutlardan və dəlillərdən görünür ki, iddiaçı ##.##.1970-ci ildə Azərbaycan Respublikası Qubadlı rayonu Mərdanlı kəndində anadan olmuş (##.##.1970- ci il tarixdə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında ** nömrəli qeyd), valideynləri X2 və X5r (hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdır). 1977-ci ildə Qubadlı rayonu Mərdanlı kəndində orta məktəbə getmiş, 1987-ci ildə isə Bakı şəhərində yerləşən * nömrəli Fizika-riyaziyyat təmayüllü internat məktəbində orta təhsilini başa vurmuşdur. ##.##.1987-ci il tarixdə iddiaçıya XXI ЖГ ****** nömrəli Azərbaycan SSR pasportu verilmişdir. 1987-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsarrüfatı İnstitutuna qəbul olmuş, bir il oxuduqdan sonra 1988-ci ildə Bakı şəhəri Binəqədi (keçmiş Kirov) Hərbi Komissarlığından həqiqi hərbi xidmətə göndərilmiş və həmin zaman XXI ЖГ ****** nömrəli Azərbaycan SSR pasportu hərbi komissarlığa təhvil verilmişdir (bununla bağlı НЗ №******* nömrəli hərbi biletdə qeyd aparılmışdır). Təhsil alan zaman Binəqədi (keçmiş Kirov) rayon Qeydiyyat şöbəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 14-cü Aşırım küşəsi, ** nömrəli yataqxanaya qeydiyyata alınmışdır. İddiaçının Azərbaycan Respublikası Vətəndaşlığına mənsubiyyətinin olması üçün kifayət qədər əsaslar mövcuddur. İddiaçının ##.##.1989-cu il tarixdən hazırki vaxtadək ünvan 1 14 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin ##.##.2025-ci il tarixli **/*-***** nömrəli məktubla tam sübuta yetirilib. İş üzrə təqdim edilmiş sübutlardan görünür ki, iddiaçıya ##.##.1987-ci il tarixdə XXI ЖГ ****** nömrəli Azərbaycan SSR pasportu verilmiş və bu səbəbdən o, Azərbaycan SSR-in vətəndaşı olmuşdur. Ümumiyyətlə cavabdehin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2015-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.4-cü bəndinə əsaslanaraq iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyətini tanınmasından imtina edilməsi və birinci instansiya məhkəməsinin buna əsaslanaraq qərar qəbul edilməsi kökündən səhv, əsassız və qanunsuzdur. Həmçinin iddiaçı qeyd edir ki, birinci instansiya məhkəməsi ##.##.2025-ci il tarixdə verdiyi sərəncama əsasən cavabdehdən 10 gün müddətinə iddiaya qarşı öz münasibətinin (etirazının) yazılı şəkildə məhkəməyə bildirilməsi tələb olunmuşdur. Lakin cavabdeh tərəfindən etiraz bir ay sonra ##.##.2025-ci il tarixdə verilmiş və məhkəmə onu sübut kimi qəbul edərək qərarda ona istinad etmişdir.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

18. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

19. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq

20. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinə əsasən “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il ## ###### tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; 3-1) Azərbaycan Respublikası vətəndaşının terror fəaliyyətində iştirakı və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi; 3-2) Azərbaycan Respublikası vətəndaşının dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə Azərbaycan Respublikası vətəndaşının dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi; 4) Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## #### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 2.2-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar aşağıdakılardır: 2.2.1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il #######ın #-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa; 2.2.2. Azərbaycan Respublikasının ərazisində doğulduqda (valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olduğu hallar istisna olmaqla); 2.2.3. valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla); 2.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşıdırsa; 2.2.5. valideynlərindən biri və ya hər ikisi vətəndaşlığını dəyişərək Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmişdirsə və ya onların Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmişdirsə; 2.2.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa; 2.2.7. 1988-ci il ######ın #-dən 1992-ci il ######ın #-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqındırsa; 2.2.8. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum uşaqdırsa. Həmin Qaydanın 4.1-ci bəndinə əsasən aşağıdakı hallardan hər hansı biri müəyyən edildikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır: 4.1.1. bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda; 4.1.2. 1988-ci il ######ın #-dən 1992-ci il ######ın #-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduqda; 4.1.3. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum olan uşaq olduqda; 4.1.4. Azərbaycan Respublikasının ərazisində doğulmuş aşağıdakı şəxslərdən biri olduqda: 4.1.4.1. doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa; 4.1.4.2. doğulduğu anda hər iki valideyni vətəndaşlığı olmayan şəxs olmuşdursa; 4.1.5. Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxs; 4.1.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvadın hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa, həmin uşaq; 4.1.7. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, həmin uşaq; 4.1.8. valideynlərin vətəndaşlığı dəyişdikdə və bunun nəticəsində hər ikisi Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onların uşağı; 4.1.9. uşağın valideynlərindən biri məlumdursa, həmin valideyn Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onun uşağı; 4.1.10. Azərbaycan Respublikasının ərazisində yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs, digəri isə vətəndaşlığı olmayan şəxs olduqda; 4.1.11. valideynlərdən birinin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilərsə, digəri isə Azərbaycan Respublikasının vətəndaşlığında qalarsa, onların uşağı. Qaydanın 4.3-cü bəndinə əsasən həmin Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxslərin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olursa, həmin şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınır. Qaydanın 4.4-cü bəndinə əsasən isə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

24. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

26. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, göründüyü kimi, qanunvericiliyə əsasən şəxsin digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması üçün əsasdır.

27. İşin yuxarıda qeyd edilən hallarından müəyyən olunur ki, iddiaçı 2000-ci ildən etibarən könüllü olaraq Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmişdir.

28. Belə olan halda aydın olur ki, iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması üçün yuxarıda istinad olunan qanunvericiliklə nəzərdə tutulmuş hal mövcuddur. Bu isə onun hazırkı məzmunda tələbinin təmin olunmasını istisna edir.

29. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

30. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan məhkəmə belə qənaətə gəlir ki, cavabdehin imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır.

31. İddiaçı tələbinin əsası kimi valideynlərinin Azərbaycan Respublikasının vətəndaşı olduğunu və Bakı şəhərində qeydiyyatda olmasına istinad etmişdir.

32. Məhkəmə qeyd edir ki, Qaydaların 4.1-ci bəndinə əsasən şəxsin vətəndaşlığa mənsubiyyəti o zaman tanınır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## #### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.4-cü bəndində göstərilən hallar olmasın.

33. Apellyasiya şikayətinin dəlillərinə gəlincə məhkəmə Kollegiyası qeyd edir ki, şikayətin dəlilləri iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır və həmin dəlillərə yuxarıda hüquqi qiymət verilmişdir.

34. Məhkəmə Kollegiyası həmçinin, qeyd edir ki, apellyasiya şikayətinin “iddiaçının ##.##.1970-ci ildə Azərbaycan Respublikası Qubadlı rayonu Mərdanlı kəndində anadan olması (##.##.1970- ci il tarixdə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında ** nömrəli qeyd), valideynləri X2 və X5r (hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdır), 1977-ci ildə Qubadlı rayonu Mərdanlı kəndində orta məktəbə getməsi, 1987-ci ildə isə Bakı şəhərində yerləşən * nömrəli Fizika-riyaziyyat təmayüllü internat məktəbində orta təhsilini başa vurması, ##.##.1987-ci il tarixdə iddiaçıya XXI ЖГ ****** nömrəli Azərbaycan SSR pasportu verilməsi, 1987-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsarrüfatı İnstitutuna qəbul olması, bir il oxuduqdan sonra 1988-ci ildə Bakı şəhəri Binəqədi (keçmiş Kirov) Hərbi Komissarlığından həqiqi hərbi xidmətə göndərilməsi və həmin zaman XXI ЖГ ****** nömrəli Azərbaycan SSR pasportu hərbi komissarlığa təhvil verilməsi (bununla bağlı НЗ №******* nömrəli hərbi biletdə qeyd aparılmışdır), təhsil alan zaman Binəqədi (keçmiş Kirov) rayon Qeydiyyat şöbəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 14-cü Aşırım küşəsi, ** nömrəli yataqxanaya qeydiyyata alınması” dəlilləri də vəziyyəti iddiaçının xeyrinə dəyişmir.

35. Belə ki, məhkəmə Kollegiyası bir daha qeyd edir ki, işin yuxarıda qeyd edilən hallarından müəyyən olunur ki, iddiaçı 2000-ci ildən etibarən könüllü olaraq Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmişdir. Odur ki, iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması üçün yuxarıda istinad olunan qanunvericiliklə nəzərdə tutulmuş hal mövcuddur.( Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## #### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.4-cü bəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır.) Bu isə hazırkı məzmunda iddia tələbinin təmin olunmasını istisna edir.

36. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

37. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar