Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-111/2026 15.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, “əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Gəncə Psixiatriya Xəstəxanasının ##.##.2024-cü il tarixli, J********TZJ nömrəli göndərişində İddiaçı qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – F07.0. Üzvi mənşəli şəxsiyyət pozuntusu Yanaşı xəstəliklər – T90.8 Başın digər dəqiqləşdirilmiş travmalarının nəticələri, İ Qarabağ müharibəsi zamanı alınmış ağır qapalı beyin və onurğa beyin travmasının, baş beyinin əzilməsinin davamlı qalıq əlamətləri Yanaşı xəstəliklər – I15.8 Digər ikincili hipertenziya , Posttravmatik ikincili hipertenziya III dərəcə, əlavə risk IV dərəcə, tez-tez baş verən ağırlaşmış hipertonik krizlərlə
2. Gəncə Psixiatriya Xəstəxanasının ##.##.2024-cü il tarixli, J********TZJ nömrəli göndərişindəki diaqnoz üzrə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı əlillik vəziyyəti ##.##.2024-cü il tarixdə qiymətləndirilərək, “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu ilə diaqnozun əlillik əlaməti təyin etməməsi (Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir.
İşdə olan sənədlər:
3. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2008-ci il tarixli *** nömrəli qərarına əsasən, İddiaçı barəsində müəyyən edilmiş “Ağır qapalı kəllə-beyin travması, ağır dərəcəli beyin silkələnməsi (Şəmkir RIIK-nın ##.##.2008-ci il tarixli */* nömrəli göndərişi, ##.##.2008-ci */** nömrəli arayışı, Şəmkir rayonu mərkəzi xəstəxanasından verilmiş ##.##.1992-ci il tarixli çıxarış epikrizi ilə təsdiq edilir)” diaqnozu “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə təsdiq olunur.
4. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin ##.##.2022-ci il tarixli, **** nömrəli və ##.##.2024-cü il tarixli, **** nömrəli həkim psixiatr komissiyasının rəylərində qeyd edilmişdir ki, İddiaçı Xəstəxananın nəzdində yaradılmış həkim psixiatr komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə F07.0
5. Ambulator kitabçadan (xəstəlik tarixindən) 15875, 12331/23, 12730211 və ****/** nömrəli çıxarışlara əsasən, İddiaçı müvafiq olaraq ##.##.2023, ##.##.2024, ##.##.2024 və ##.##.2024-cü il tarixində müəyyən edilən diaqnoz “F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi olmuşdur.
6. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2024-cü il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə dövlət tibb müəssisəsinin Y00023545FNB və J********TZJ nömrəli göndərişləri və müraciəti əsasında müvafiq olaraq ##.##.2023-cü və ##.##.2024-cü il tarixlərində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, hər iki halda diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Qiymətləndirmənin yekun nəticəsi barədə vətəndaşa SMS vasitəsilə məlumat göndərilmişdir.
7. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin ##.##.2025-ci il tarixli, **** nömrəli rəyində qeyd edilmişdir ki, İddiaçı “Üzvi (kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu koqnitiv funksiyaların enməsi ilə (F07.0)” aşkar olunur. İddiaçı canlı müayinə olunmaqla Gəncə Psixiatriya Xəstəxanası tərəfindən ##.##.2024-cü il tarixdə verilmiş tibbi göndərişdə aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapır.
Birinci instansiya məhkəməsində icraat:
8. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi» tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək ## #### 2024-cü il tarixli qərarının ləğv edilməsi və ona orqanizmimin funksiyalarının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı 65-80 faiz pozulması səbəbindən ## #### 2024-cü il il tarixindən etibarən 2 il müddətinə əlilliyinin müəyyən edilməsi öhdəliyinin öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gədəbəy RHK tərəfindən 1991-ci ildə hərbi xidmətə çağırılmış və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmişdir. 1992-ci ilin avqust ayında döyüş əməliyyatlarında iştirak edən zaman ağır qapalı kəllə-beyin travması almışdır. Həmin vaxtdan da səhhəti pisləşmiş və daim müxtəlif müalicələr almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının ## ###### 2008-ci il tarixli qərarı ilə aldığı xəsarətlərin Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travma olduğu təsdiq edilmişdir. Bundan sonra 2015-ci ildə sənədləri toplayıb Tibbi Sosial Ekspert Komissiyasına təqdim etmişdir. Komissiyada hərtərəfli müayinə olunduqdan sonra iddiaçıya 2-ci dərəcəli əlillik təyin olunmuş və həmin vaxtdan da əlilliyə görə pensiya almışdır. Lakin, bir müddət əvvəl onun pensiyası dayandırılmışdır. Səbəbini maraqlandıqda isə bildirmişdilər ki, təkrar komissiyadan keçməlidir. İddiaçı etiraz etməyərək bütün müayinələrdən keçdikdən sonra sənədlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinə təqdim etmişdir. Müayinələr zamanı ona “Üzvi (1-ci Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnotiv funksiyaların enməsi ilə F07.0” diaqnozu qoyulmuşdur. Lakin xəstəliklərinin açıq-aşar göz qabağında olmasına baxmayaraq diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə ## #### 2024-cü il tarixli qərarla imtina edilmişdir. (bundan iddiaçı ## ####### 2024-cü il tarixndə SMS bildiriş vasitəsilə məlumatlı olmuşdur).
10. İddiaçının vəkili (nümayəndəsi) tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının orqanizminin funksiyalarının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı 65-80 faiz pozulması səbəbindən ona ## #### 2024-cü il il tarixindən əlilliyinin təyin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
11. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə qarşı təqdim edilmiş etiraz Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi» Qaydası, ## ###### 2020-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi» Qaydası və «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun normaları ilə əsaslandırılmışdır.
12. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim F.Əliyev) iddia təmin edilmişdir.
13. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçıya aid Gəncə Psixiatriya Xəstəxanasının verdiyi ##.##.2023-cü il tarixli göndərişdə (Forma 88) ona qoyulmuş Üzvi mənşəli şəxsiyyət pоzuntusu diaqnozu Əlavənin F07.0 kod təsnifatına uyğundur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh tərəf qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarını ləğv edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
15. Apellyasiya şikayətinin məzmunu imtina qərarının məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Həmçinin, müvafiq ekspert rəyində bəhs edilən F07 XBT kodlu diaqnoz vətəndaşın imtina qərarı ilə nəticələnən sonuncu müraciəti üzrə olan göndərişdə əsas diaqnoz kimi qeyd olunmuşdur. İddiaçıya məxsus Forma 88 göndərişdə heç bir ağırlaşma qeyd edilməmişdir. İntellektualamnestik pozuntuların təzahür dərəcəsi isə yüngül olaraq qeyd edilmişdir. İQ qiymətləndirilməsi əsasında müəyyən edilən intellektual funksiyaların pozulması dərəcəsi “yüngül” olaraq qiymətləndirilmişdir. Anamnestik məlumatlarda, instrumental və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verə biləcək nevroloji defisit aşkar edilməmişdir. Beyin MRT-si müayinəsindən keçirilməmişdir. Göndərişdə qeyd olunan diaqnoz barədə məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. Apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən təqdim edilmiş etirazın məzmununda qeyd edilmişdir ki, o, xoşagəlməz hadisələr törədərək intihar etmək istəmiş, lakin ailə üzvləri buna mane olmuşlar və bu səbəbdən ##.##.2026-##.##.2026-cı il tarixlərdə həkim psixiatorların nəzarəti altında müalicə olunmuşdur.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
17. İş üzrə tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsalar da, iddiaçı gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
18. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi “Qaydası”: 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin # #### tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. 7.6.2. Üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0 Qiymətləndirmə 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti - 65-80% - 2 il.
21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
23. Məhkəmə kollegiyası iş üzrə tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
24. İş materiallarına əlavə edilmiş Gəncə Psixiatriya Xəstəxanasının ##.##.2024cü il tarixli, J********TZJ nömrəli göndərişi (forma 88) ilə müəyyən olunur ki, iddiaçı “XBT 10 kodu F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu ilə ##.##.2023-##.##.2023, ##.##.2023-##.##.2023, ##.##.2024-##.##.2024-cü illərdə Gəncə Psixiatriya Xəstəxanasında və ##.##.2023-##.##.2024-cü illərdə * nömrəli Klinik Psixiatriya Xəstəxanasında stasionar müalicələr almış, buna baxmayaraq, əlillik vəziyyəti həmin göndərişə əsasən “F07.0. Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu əsasında cavabdeh orqan tərəfindən ##.##.2024-cü il tarixində qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
25. Ambulator kitabçadan (xəstəlik tarixindən) 15875, 12331/23, 12730211 və ****/** nömrəli çıxarışlardan görünür ki, iddiaçı İddiaçı müvafiq olaraq ##.##.2023, ##.##.2024, ##.##.2024 və ##.##.2024-cü il tarixində müəyyən edilən diaqnoz “F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi olmuşdur.
26. Bununla yanaşı, “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin ##.##.2022-ci il tarixli, **** nömrəli və ##.##.2024-cü il tarixli, **** nömrəli həkim psixiatr komissiyasının rəylərində qeyd edilmişdir ki, İddiaçı Xəstəxananın nəzdində yaradılmış həkim psixiatr komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə F07.0
27. İddiaçıda mövcud olan “üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu XBT-10 kodu F07.0 olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.6.2-ci bəndində öz əksini tapmışdır. F07 kodlu xəstəlik əlilliyin müəyyən edilməsinə əsas verən xəstəlik Meyarların ya 7.6.2.1, ya da 7.6.2.2-ci bəndində qeyd olunan əlamətlərlə müşahidə edilməlidir. Belə ki, Meyarların 7.6.2.1-ci bəndə əsasən, F07 kodlu xəstəlik - əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla teztez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) kimi patofunksional əlamətlərlə müşahidə edildiyi halda, orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə, 7.6.2.2-ci bəndə əsasən - məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti olduğu hallarda orqanizmin funksiyalarının 65-80 pozulmasına görə əlillik təyininə əsasdır.
28. Gəncə Psixiatriya Xəstəxanasının ##.##.2024-cü il tarixli, J********TZJ nömrəli göndərişinin “Status localis” hissəsində (səh. 135-136) qeyd edilmişdir ki, irsiyyətində psixi xəstəliklərlə ağırlaşmalar yoxdur. Anadan vaxtında doğulub. İlkin psixo fiziki inkişafı adi olub. Ali təhsillidir. Ailəlidir. İki övladı var. İşləmir. Psixi vəziyyətində pozulmalar uzun illərdir ki, özünü büruzə vermişdir. Xəstəliyin səbəbi İ Qarabağ müharibəsi zamanı aldığı xəsarətlə əlaqələndirilir. RHK tərəfindən 1991-ci ildə hərbi xidmətə çağırılıb, döyüş zonasında hərbi xidmət keçərkən ##.##.1992-ci ildə aldığı və ##.##.1992-ci ildən ##.##.1992-ci ilə kimi RMX–da müayinə və müalicə olunduğu travma dianqozu "Ağır QKBT, ağır dərəcəli beyin silkələnməsi" (Şəmkir RHK–nın ##.##.2008-ci il tarixli 3/3 hərbi göndərişi, ##.##.2008-ci */** nömrəli arayışı Şəmkir RMX-na verilmiş ##.##.1992-ci il tarixli çıxarış epikrizi ilə təsdiq edilir) “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. ##.##.2022-ci il tarixdə t.e.d. PR Fuad İsmayılov tərəfindən müayinə olunub, "F07.0-Üzvi mənşəli (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu. İfadə olunmuş koqnitiv enmə" diaqnozu təyin edilib və bu barədə №**** nömrəli tibbi rəy verilib. ##.##.2024-ci il tarixdə * saylı Respublika Psixiatriya Xəstəxanasında PR Fuad İsmayılovun sədrliyi ilə keçirilən HPK-da müayinə edilib, "F07.0-Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə" diaqnozu təsdiq edilib və bu barədə №**** nömrəli tibbi rəy verilib. ##.##.2024-cü il tarixdə İxtisaslaşmış xəstəxanada HPK-da müayinə olunub, "F07.0-Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə" diaqnozu yenidən təsdiqilənib və bu barədə №*** nömrəli tibbi rəy verilib. Bələdliyi saxlanılıb. Söz əlaqəsinə istəksiz qoşulur, verilən suallara natamam cavablar verir. Söz ehtiyatı kifayət qədər olsa da, lakin cavabları qısa cümlələrdən ibarət olur. Əhval ruhiyyə fonu dəyişkəndir. Meyl və maraq dairəsi daralıb, ətrafda baş verənlərə qarşı biganədir. Yaxınları ilə yola getmir, onlara qarşı kobud rəftar edir. Təkliyə meyllidir. Heç kimlə münasibət saxlamır. Bəzən öz-özünə nə isə danışır. Emosional dəyişkən, astenik, öz xəstəliyinə qapanır, aqressivliyə meyillidir, tez-tez ətrafdakılarla konfliktlər yaradır. İnformasiyanın qavranması, analizi pozulub. Yaddaşı zəifləyib. Fərqli və oxşar cəhətləri təyin etməkdə çətinlik çəkir, məntiqi əməliyyatları yerinə yetirə bilmir. Ünsiyyət, nəticə çıxarmaq, məqsədyönlü hərəkət qabiliyyəti kəskin pozulub. Emosiyalarına və davranışına nəzarət edə bilmir. Özünə qarşı tənqidi yoxdur.
29. Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin ##.##.2025-ci il tarixli, **** nömrəli rəyində qeyd edilmişdir ki, İddiaçı “Üzvi (kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu koqnitiv funksiyaların enməsi ilə (F07.0)” aşkar olunur. İddiaçı canlı müayinə olunmaqla Gəncə Psixiatriya Xəstəxanası tərəfindən ##.##.2024-cü il tarixdə verilmiş tibbi göndərişdə aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapır. Bunu anamnestik məlumatlar və hazırkı psixiatrik yinənin nəticələri — İ Qarabağ döyüşləri zamanı kəllə-beyin travması alması, bundan sonra psixi vəziyyətində dəyişikliklərin yaranması, t.e.d., prof. Fuad İsmayılov tərəfindən müayinə olunması və ona “Üzvi mənşəli (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu. İfadə olunmuş koqnitiv enmə” diaqnozu təyin edilməsi, Gəncə Psixiatriya Xəstəxanasında “Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu ilə stasionar müalicədə olması, X1 “Gərginlik baş baş ağrıları ilə təzahür edən keçirilmiş qapalı kəllə-beyin travması nəticəsi. Posttravmatik ensefalopatiya koqnitiv funksiyaların enməsi. Beynin xroniki işemiyası. Üzvi mənşəli şəxsiyyət pozuntusu” diqnozu ilə stasionar müalicədə olması, * nömrəli Klinik Psixiatriya Xəstəxanasında stasionar müalicədə olarkən “Baş beynin üzvi xəstəliyi (l Qarabağ müharibəsi zamanı alınmış QKBT) nəticəsində şəxsiyyət dəyişikliyi, davranış pozuntuları və koqnitiv funksiyaların enməsi ilə” diaqnozu təyin edilməsi, RPX-nin nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunması və ona “Üzvi mənşəli (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə” diaqnozu təyin edilməsi, Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicədə olması və ona “Üzvi (İ Qarabağ müharibəsi zamanı keçirilmiş ağır qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, dekompensasiya” diaqnozu təyin edilməsi, həmçinin hazırkı müayinə zamanı təqdim etdiyi şikayətləri və aşkar olunan əlamətlər - təfəkkürünün müfəssəlliyi və rigidliyi, bir mövzudan digərinə keçməkdə çətinlik çəkməsi, əhval-ruhiyyəsinin dəyişkən olması, xarici qıcıqlara qarşı həssaslığının artması, əhəmiyyətsiz səbəblərdən qıcıqlanması, davranışı üzərində nəzarətinin zəifləməsi, maraq dairəsinin məhdud olması, koqnitiv funksiyalarının zəifləməsi və s. sübut edir.
30. Göründüyü kimi iddiaçıda Meyarların 7.6.2-ci bəndində qeyd olunan xəstəliklərin olması iş materiallarında olan tibbi sənədlər və psixiatrik ekspertizanın rəyi ilə öz təsdiqini tapır və bu hal ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci bəndində əsasən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlillik təyin edilməsinə əsas verir.
31. Bundan başqa iddiaçıya təyin ediləcək əlilliyinin səbəb əlaqəsinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olması hissəsində də birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə düzgündür. Belə ki, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2008-ci il tarixli *** nömrəli qərarına əsasən, İddiaçı barəsində müəyyən edilmiş “Ağır qapalı kəllə-beyin travması, ağır dərəcəli beyin silkələnməsi (Şəmkir RIIK-nın ##.##.2008-ci il tarixli */* nömrəli göndərişi, ##.##.2008-ci */** nömrəli arayışı, Şəmkir rayonu mərkəzi xəstəxanasından verilmiş ##.##.1992-ci il tarixli çıxarış epikrizi ilə təsdiq edilir)” diaqnozu “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə təsdiq olunur.
32. İddiaçının şəhadətləndirildiyi dövrdə təyin olunan diaqnoz (Ağır qapalı kəlləbeyin travması, ağır dərəcəli beyin silkələnməsi) ilə hazırda onda mövcud olan və iş materiallarındakı tibbi sənədlərlə öz təsdiqini tapan diaqnoz (Üzvi mənşəli şəxsiyyət pozuntusu) eynilik təşkil edir.
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “təyin olunmuş diaqnozda ağırlaşmalar olmadığı təqdirdə şəxsə əlillik təyin edilməməsi” ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, təyin edilmiş diaqnoz konkret olaraq əlilliyin müəyyən olunması meyarlarında təsbit edildiyi və diaqnozun özü meyarlara uyğun gəldiyi təqdirdə əlavə olaraq ağırlaşmaların tələb olunmasının hüquqi əsası yoxdur. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh əlillik dərəcəsini təyin etməyə borcludur.
34. Cavabdeh orqan tərəfindən apellyasiya şikayətinin dəlili kimi qeyd edilmiş “diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməməsi” ilə bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edilərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.
35. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıqvəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
36. Həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsdə əlillik dərəcəsinin müəyyən olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsdə əlillik dərəcəsinin müəyyən edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
37. Hazırkı halda, cavabdeh öz səlahiyyətlərini həyata keçirərkən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə əlaqədar gəlinən nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla qərarın ləğvinə əsas vermir.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov