Məhkəmə qərarları › İş №2-1(3-7)-112/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-7)-112/2026

12.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2-1(3-7)-112/2026 12.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Eldar Yaşar oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Texnologiya Universitetinə qarşı “əsassız hesablanmış borcun ödənilmiş digər vəsaitlər hesabına silinməsi, kredit borcu yaranmış fənn üzrə ödədiyi təhsil haqqından əlavə ondan alt qrupa görə ödənişin tələb edilməməsi, imtahanlarda iştirak etməyə icazə verilməsi və ali təhsil haqqında diplom və ona əlavənin heç bir əlavə ödəniş tələb edilmədən verilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Texnologiya Universitetinə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, ona əsassız yazılmış 775,33 manat borcun “yay” məktəbi üçün ödədəyi 325 manat və “alt qrup” üçün ödədiyi 217 manatla əvəzlənərək silinməsi, ##.##.2024-##.##.2024-cü il tarixlərində təyin edilərək keçirilmiş, lakin təhsil haqqı borcunun olmasını əsas gətirərək imtahanlarda iştirak etməyinə icazə vermədikləri “Nəqliyyat hüququ” (5 kreditlik) və “Nəqliyyat daşımalarının texnologiyası” (6 kreditlik) fənlərindən ondan əlavə heç bir ödəniş tələb edilmədən imtahan vaxtları təyin edilərək imtahan götürülməsi, vaxtında “parttime” sistemə keçirilməməyi səbəbindən kredit borcu yaranmış –“kompüter qrafikası” (8 kreditik) fənni üzrə ödədiyi təhsil haqqından əlavə ondan “Alt qrupa”a görə heç bir ödənişin tələb edilməməsi və həmin kredit ödənişindən azad olunmağı vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2020-ci ildə Azərbaycan Texnologiya Universitetinin “Yüngül sənaye mühəndisliyi və logistika” fakültəsinin “Logistika və nəqliyyat texnologiya mühəndidliyi” ixtisasının əyani şöbəsinə daxil olmuşdur. 2022-ci ildən tələb etməyinə baxmayaraq, 2023-cü ilin fevral ayından təhsilə qismən cəlb olunmaqla “parttime” təhsil formasında təhsilini davam etmişdir. 2024-cü ilin fevral ayından may ayınadək "parttime" təhsil formasında 3 fəndən dərslərin tədris olunması barədə müraciət etmiş, lakin ona 3 fənn deyil, 2 fəndən dərslər tədris olunmuşdur. Bildirir ki, "parttime" təhsil sistemində təhsil haqqı tədris olunduğu fənlərin sayına bölünərək ödənilir. Onun illik təhsil haqqı 1300 AZN-dir. Hazırda o, "parttime" təhsil sistemində təhsil kreditinə uyğun olaraq təhsil haqqını ödəmiş və heç bir borcu yoxdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2013-cü il tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın 4.3. bəndinə əsasən, tələbə ixtisas (ixtisaslaşma) üzrə təhsil proqramı ilə müəyyən olunmuş müddətdə tələb olunan kreditləri yığa bilmədiyi halda o, tələbələr sırasından xaric edilmir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Həmin tələbə kontingentdə saxlanılmaqla, təhsilini yalnız ödənişli əsaslarla davam etdirə bilər. Belə halda tələbənin ödənişinin məbləği ixtisas (ixtisaslaşma) üzrə illik təhsil haqlarını 60-a bölərək alınan nəticəni onun götürdüyü fənlərin kreditlərinə vurmaqla müəyyənləşdirilir. Həmin Qaydaların 2.1.1. bəndinə əsasən, təhsil krediti - fənnin məzmununa və həcminə uyğun olaraq, onun mənimsənilməsinə ayrılan vaxtın ölçü vahididir. Həmin Qaydaların 2.1.19. bəndinə əsasən, tədrisə qismən cəlb olunma (parttime) - ixtisasın tədris planına uyğun, hər semestrdə iki fəndən az olmamaqla, tədris qrafiki tələbə tərəfindən planlaşdırılan əyani təhsilalma forması; Iki tədris fənnində iştirak edib təhsil kreditini toplasa da, lakin həmin fənnlər üzrə imtahana buraxılmamş və ona bildirmişlər ki, guya ki, onun 775,33 (yeddi yüz yetmiş beş manat otuz üç qəpik) manat təhsil haqqı borcu var. Universitet onu imtahana buraxmır və nəticədə süni surətdə kredit borcları yaradır və nəticədə o, əlavə təhsil haqqı ödəməli olur. Bundan başqa, 2023-cü ildə onu yay məktəbinə salmışlar, həmin vaxt əsas fənn yay məktəbinə salınmalı olmadığı halda yay məktəbinə salınmış və onun tərəfindən 325 manat (yay məktəbi ödənişi) ödənmişdir. O, həmin 325 manat yay məktəbi ödənişinin təhsil haqqı ilə əvəz edilməsini tələb etsə də, onun müraciətinə cavab verilməmişdir. O, subbakalavr qaydasında universitetə daxil olmuş, orta ixtisas təhsil müəssisəsində tədris olunan fənnlər ali təhsil müəssisində tədris olunan zaman güzəşt edilməli olduğu halda, bu güzəştlər də ona tətbiq edilməmişdir. O, yuxarıda da qeyd etdiyi kimi, 2023-cü ilin fevral ayından "parttime" sisteminə keçmiş, 2022-ci ilin sentyabr ayından dekabr ayına qədər dəfələrlə "parttime" sistemə keçməklə bağlı müraciətlər etməyinə baxmayaraq, əyani təhsil almışdr. Lakin anasının onkoloji xəstə olması səbəbindən dərsə gedə bilməmişdir. Buna görə də, onun kredit borcu yaranmış, sonradan 4 fənndən bir fənn yay məktəbində tədris olunmuş, digər 3 fənndən 2 fənn isə "alt qrup"la tədris olunmuş, buna görə ondan 217 manat kredit haqqı alınmış, digər 1 fənn (kompüter qrafikası; 8 kreditlik) isə hələ də tədris olunmamışdır. Bildirir ki, belə olduqda o, bir fənn üçün iki dəfə təhsil haqqı ödəmiş olur, lakin yuxarıda da qeyd etdiyi kimi, onun borcu yoxdur və bütün ödədiyi məbləğlərin qəbzləri hazırda ondadır. Qeyd edilənləri əsas gətirərək ona əsassız yazılmış 775,33 manat borcun "yay" məktəbi üçün ödədəyi 325 manat və "alt qrup" üçün ödədiyi 217 manatla əvəzlənərək silinməsi; ##.##.2024- ##.##.2024-cü il tarixlərində təyin edilərək keçirilmiş, lakin təhsil haqqı borcunun olmasını əsas gətirərək imtahanlarda iştirak etməyinə icazə vermədikləri "Nəqliyyat hüququ" (5 kreditlik) və "Nəqliyyat daşımalarının texnologiyası" (6 kreditlik) fənlərindən ondan əlavə heç bir ödəniş tələb edilmədən imtahan vaxtları təyin edilərək imtahan götürülməsi, vaxtında "parttime" sistemə keçirilməməsinin səbəbindən kredit borcu yaranmış - "kompüter qrafikası" (8 kreditik) fənni üzrə ödədiyi təhsil haqqından əlavə ondan "Alt qrupa"a görə heç bir ödənişin tələb edilməməsi, həmin kredit ödənişindən azad olunmağı vəzifəsinin Azərbaycan Texnologiya Universitetinin üzərinə bir vəzifə kimi qoyulmasına dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qərardaddan narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadının ləğv edilməsi və iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilmiş və iş materialları yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Daha sonra iddiaçı İddiaçı birinci instansiya məhkəməsinə tələbin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, iddia tələblərinin tam təmin edilməsi ilə yanaşı, ali təhsil haqqında diplom və ona əlavənin heç bir əlavə ödəniş tələb edilmədən verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş iddiaçı İddiaçı iddia tələbini müdafiə edərək məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, cavabdeh orqana qarşı olan bütün tələbləri təmin edilmişdir. Sadəcə olaraq əlavə etdiyi ödənişlər var ki, onları tələb edəcəkdir. Əgər vaxtında işə baxılsa bu kimi hallarla da üzləşmiyəcəkdir. Işin baxılmasının uzanması onu maddi ziyana uğramışdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə (hakim F.Əliyev) iddiaçı İddiaçı cavabdeh Azərbaycan Texnologiya Universitetinə qarşı “borcun silinməsi, imtahanların keçirilməsi və diplomun verilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadının ləğv edilməsi və iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, 2020-ci ildə Azərbaycan Texnologiya Universitetinin “Yüngül sənaye mühəndisliyi və logistika” fakültəsinin “Logistika və nəqliyyat texnologiya mühəndidliyi” ixtisasının əyani şöbəsinə daxil olmuşdur. 2022-ci ildən tələb etməyinə baxmayaraq, 2023-cü ilin fevral ayından təhsilə qismən cəlb olunmaqla “parttime” təhsil formasında təhsilini davam etmişdir. 2024-cü ilin fevral ayından may ayınadək "parttime" təhsil formasında 3 fəndən dərslərin tədris olunması barədə müraciət etmiş, lakin ona 3 fənn deyil, 2 fəndən dərslər tədris olunmuşdur. Bildirir ki, "parttime" təhsil sistemində təhsil haqqı tədris olunduğu fənlərin sayına bölünərək ödənilir. Onun illik təhsil haqqı 1300 AZN-dir. Hazırda o, "parttime" təhsil sistemində təhsil kreditinə uyğun olaraq təhsil haqqını ödəmiş və heç bir borcu yoxdur. Iki tədris fənnində iştirak edib təhsil kreditini toplasa da, lakin həmin fənnlər üzrə imtahana buraxılmamış və ona bildirmişlər ki, guya ki, onun 775,33 (yeddi yüz yetmiş beş manat otuz üç qəpik) manat təhsil haqqı borcu var. Universitet onu imtahana buraxmır və nəticədə süni surətdə kredit borcları yaradır və nəticədə o, əlavə təhsil haqqı ödəməli olur. Bundan başqa, 2023-cü ildə onu yay məktəbinə salmışlar, həmin vaxt əsas fənn yay məktəbinə salınmalı olmadığı halda yay məktəbinə salınmış və onun tərəfindən 325 manat (yay məktəbi ödənişi) ödənmişdir. O, həmin 325 manat yay məktəbi ödənişinin təhsil haqqı ilə əvəz edilməsini tələb etsə də, onun müraciətinə cavab verilməmişdir. O, subbakalavr qaydasında universitetə daxil olmuş, orta ixtisas təhsil müəssisəsində tədris olunan fənlər ali təhsil müəssisində tədris olunan zaman güzəşt edilməli olduğu halda, bu güzəştlər də ona tətbiq edilməmişdir. O, yuxarıda da qeyd etdiyi kimi, 2023-cü ilin fevral ayından "parttime" sisteminə keçmiş, 2022-ci ilin sentyabr ayından dekabr ayına qədər dəfələrlə "parttime" sistemə keçməklə bağlı müraciətlər etməyinə baxmayaraq, əyani təhsil almışdr. Lakin anasının onkoloji xəstə olması səbəbindən dərsə gedə bilməmişdir. Buna görə də, onun kredit borcu yaranmış, sonradan 4 fənndən bir fənn yay məktəbində tədris olunmuş, digər 3 fənndən 2 fənn isə "alt qrup"la tədris olunmuş, buna görə ondan 217 manat kredit haqqı alınmış, digər 1 fənn (kompüter qrafikası; 8 kreditlik) isə hələ də tədris olunmamışdır. Belə olduqda o, bir fənn üçün iki dəfə təhsil haqqı ödəmiş olur. Onun universitetə heç bir borcu yoxdur. Praktika da daxil olmaqla, cəmi 5288 manat təhsil haqqı ödəmişdir. Əslində isə 5200 manat ödəməli idi. Cavabdeh hazırda mübahisənin həll edildiyini bildirərək, işin icraatına xitam verilməsini xahiş etmişdir. Lakin onun iddia tələbi ilə bağlı bütün məsələlərə razılıq əldə edilməmişdir. Belə ki, ona əsassız yazılmış 775,33 manat borcun “yay” məktəbi üçün ödədiyi 352 manat və “alt qrup” üçün ödədiyi 217 manat istehsalat təcrübəsi üçün əvəzlənərək silinməsini tələb etsə də, cavabdeh bununla razılığa gəlməmişdir. Həmçinin onun borcunun olmaması və iki fənn üzrə imtahana yaz semestrində buraxılacağı barədə cavabdehin məktubu inandırıcı deyil. Belə ki, məhkəməyə ünvanlanmış məktubların tarixi ##.##.2024-cü il və ##.##.2025-ci il tarixlər olsa da, qış semestr imtahanında həmin imtahanları verə biləcəyi halda bu müddətin süni surətdə uzadılması cavabdehin mövqeyinin səmimi olmamasının göstəricisidir.##.##.2024-cü il tarixli məktubda ödədiyi pul 169 manat göstərilsə də, ##.##.2025-ci il tarixli məktubda göstərilməmişdir. Bütün hesablamalar düzgün aparılmamışdır. Deməli cavabdehlə onun arasında hələ də mübahisə mövcuddur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, o 2022-ci ildən tələb etməyinə baxmayaraq, 2023-cü ilin fevral ayından təhsilə qismən cəlb olunmaqla “parttime” təhsil formasında təhsilini davam etmişdir. Vaxtında “parttime” təhsil formasında təhsili təmin edilmədiyindən universitetə əlavə ödənişlər etmişdir. Birinci instansiya məhkəməsi onun yay məktəbinə görə ödədiyi 325 manat və alt qrup üçün ödədiyi 217 manat vəsaitin ona cavabdeh tərəfindən əsassız hesablanmış 775 manat təhsil haqqı borcu ilə əvəz edilməsi tələbinə qiymət verməmişdir, hesab edir ki, cavabdeh sonradan həmin borcu ondan tələb edə bilər, bu səbəbdən də artıq ödədiyi vəsaitlərin ona hesablanmış borcla əvəz edilməsini tələb edir. Həmçinin əlavə olaraq sədrlik edənin suallarına cavabında qeyd etdi ki, Prezident Adminstrasiyasına və digər müvafiq qurumlara etdiyi şikayətlərdən sonra imtahanlara buraxılmış və sonda diplomla təmin edilmişdir. Odur ki, Gəncə Inzibati Məhkəməsinin qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etdi. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin və ona əlavənin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Inzibati Məhkəməsinin qərardadı ləğv olunmalı və iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman lazımı qaydada araşdırma aparılmamışdır. Işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Konstitusiyanın 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Iş materiallarından görünür ki, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Texnologiya Universitetinə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, əsassız hesablanmış borcun silinməsi, atıq ödədiyi məbləğin geri qaytarılması və imtahanlarda iştirak etməyə icazə verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işin halları tam araşdırılmadan mübahisənin olmadığı və buna görə də, iş üzrə icraata xitam verilməsi qənaətinə gəlinmişdir. Iddiaçı apellyasiya şikayətinin dəlillərində və məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, onun tələbi yay məktəbinə görə ödədiyi 325 manat və alt qrup üçün ödədiyi 217 manat vəsaitin ona cavabdeh tərəfindən əsassız hesablanmış 775 manat təhsil haqqı borcu ilə əvəz edilməsidir. Hesab edir ki, cavabdeh sonradan həmin borcu ondan tələb edə bilər, bu səbəbdən də artıq ödədiyi vəsaitlərin ona hesablanmış borcla əvəz edilməsini tələb edir. Məhkəmə kollegiyasının sorğusuna Cavabdehn ##.##.2026-cı il tarixli, **-**-***/** nömrəli cavab məktubunda qeyd edilmişdir ki, “iddiaçı tərəfindən universitetə ayrı-ayrı vaxtlarda 195, 174 və 64 manat ödənilmiş pul vəsaitlərinin əsası və təyinatı barədə göndərdiyiniz ##.##.2026-cı il tarixli və ##.##.2026-cı il tarixdə universitetə daxil olmuş sorğunuza cavab olaraq bildiririk ki, universitetin hesabına ödənilmiş pul vəsaitlərinin təyinatları aşağıdaki kimidir:

1. Buraxılış işi - 9 kredit (1300:60=21,66; 21,66x9=194,99) 194,99 manat,

2. Kompyuter qrafikası (alt qrup) — 8 kredit (1300:60=21,66; 21,O6X8—17J,32) 173,32 manat, 3.Təhsil haqqı borcu - 64 manat Bundan başqa iddiaçı İddiaçı apellyasiya şikayətinə dair olan *-*(*-*)-***/**** nömrəli inzibati işlə əlaqədar cavabdeh Azərbaycan Texnologiya Universiteti X1 iddiaçı tərəfindən ayrı-ayrı vaxtlarda “yay” məktəbi üçün 325 manat və “alt qrup” üçün 217 manat ödənilmiş pul vəsaitlərinin əvəzlənərək silinməsinin mümkün olub-olmaması barədə göndərdiyiniz ##.##.2026-cı il tarixli və ##.##.2026-cı il tarixdə universitetə daxil olmuş sorğunuza cavab olaraq bildiririk ki, universitetin hesabına ödənilmiş pul vəsaitlərinin təyinatları aşağıdaki kimidir: 1.Nəqliyyat prossesində texniki hazırlıq (alt qrup) — 7 kredit (1.^00:60—21,66, 21,66x7= 151,66) 151,6 manat, 2.Mülki müdaliə (alt qrup) - 3 kredit (1300:60=21,66; 21,66x3 64,99) 64,99 manat, Cəmi: 151,6 +-64,99=216,59 manat. Multimodal daşımalar (yay məktəbi) - 5 kredit (1300:60=21,66; 21,66x5=108,33; 108,33x3=324,99) 324,99 manat. Həmçinin tərəfinizdən göndərilmiş ##.##.2026-cı il tarixli və ##.##.2026-cı il tarixli iddiaçının qeyd edilən pul vəsaitinin geri qaytarılması barədə müraciətinin olub- olmaması barədə sorğunuza cavab olaraq bildiririk ki, hazırda universitetdən məzun olmuş və bakalavr təhsil səviyyəsini başa çatdırması barədə Diplom almış İddiaçı “Part time” (qismən tədrisə cəlb etmə) təhsilalma formasına keçirilməsi, artıq ödənilmiş vəsaitin geri qaytarılması və diplomun verilməsi barədə bir neçə ərizəsi universitetə daxil olmuşdur, o cümlədən Azərbaycan Respublikasının Prezidentinə yazdığı ##.##.2022-ci il tarixli ərizəsi ##.##.2023-cü il tarixdə, ##.##.2024- cü il tarixli ərizəsi ##.##.2024-cü il tarixdə, ##.##.2024-cü il tarixdə yazdığı ərizəsi ##.##.2024-cü il tarixdə, ##.##.2025-ci il tarixdə yazdığı ərizəsi ##.##.2025-ci il tarixdə, Azərbaycan Respublikası Insan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) yazdığı ərizəsi ##.##.2024-cü il tarixdə daxil olmuşlar və ##.##.2025-ci il tarixdə Azərbaycan Texnologiya Universitetinə teleqram vurulmuşdur. Qeyd olunan ərizələrin hər birinə rəsmi cavab verilmişdir.” Göründüyü kimi, tərəflər arasında artıq ödənilmiş pul məbləğinin hesablanmış 775 manat təhsil haqqı borcu ilə əvəz edilməsi məsələsi ilə bağlı mübahisə həll olunmamışdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tələbin həmin hissəsinə mahiyyəti üzrə baxmadan iş üzrə icraata xitam verməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası IPM-nin Inzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Azərbaycan Respublikası IPM-nin 13-cü maddəsində məhkəmələr üçün tərəflərə yardım etmək vəzifəsi müəyyən edilərək göstərilir ki, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Elə həmin maddənin 2-ci hissəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən, məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati- Prosessual Məcəlləsinin 82, 87-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilsin. Iş materialları yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar