Məhkəmə qərarları › İş №2-1(3-7)-113/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-7)-113/2026

09.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-113/2026 09.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Quluzadə Kənan Asiman oğlunun katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «əlilliyin təyin edilməsi» tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasınxxxxbaxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ## ###### **** saylı qərarına əsasən Şəmkir RHK tərəfindən 1994-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasınxxxxhərbi xidmət keçərkən ##.##.1994-ci ildə aldığı və ##.##.1994-cũ ildən ##.##.1994-ci ilə kimi Şəmkir Rayon Mərkəzi Xəstəxanasınxxxxmüayinə və müalicə ağır dərəcəli beyin olunduğu yaralanma-diaqnoz: “Qapalı kəllə-beyin travması silkələnməsi. Alın nahiyəsinin sol qaş üstünün kor qəlpə yaralanması” (Şəmkir RHK-nın ##.##.2012-ci ilə tarixli *** nömrəli göndərişi, ##.##.2012-ci il tarixli */** nömrəli arayış, Şəmkir Rayon Mərkəzi Xəstəxanasınxxxxverilmiş ##.##.1994-cü il çıxarış epikrizi, MN MHHK-nın həkim mütəxəssisi-cərrahın və hüquq məsləhətçisinin rəyi ilə təsdiq edilir) “Hərbi travmadır Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ## ###### 2024cü il tarixli məktubundan görünür ki, İddiaçı əlillik vəziyyəti ##.##.2012-ci il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən bir il müddətinə (##.##.2013-c¸ il tarixinədək) ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Növbəti dəfə vətəndaşa ##.##.2014-cü il tarixində qiymətləndirmə aparılmış və ümumi xəstəlik səbəbindən bir il müddətinə ikinci dərəcə təkrar əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Daha sonra şəxsin əlillik vəziyyəti ##.##.2015-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən bir il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır. İddiaçı ikinci dərəcə əlilliyi ##.##.2016-cı il tarixində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il m¸ddətinə (##.##.2021-ci il tarixinədək) avtomatlaşdırılmış qaydaxxxxuzadılmışdır. Sonuncu dəfə iddiaçının əlillik vəziyyəti Bakı * nömrəli X3 göndərişi əsasınxxxxqiymətləndirilmiş və “Diqanoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «əlilliyin bərpa edilməsi» tələbinə dair iddia ərizəsi ilə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək II qrup əlilliyinin ##.##.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ##.##.1993-cü ildə könüllü olaraq ordu sıralarına yazılıb Şəmkir rayon Hərbi Komissarlığınxxxxqeydiyyatdan keçmiş, N nömrəli hərbi hissənin tərkibində İ Vətən Müharibəsində iştirak etmişdir. Gədəbəy rayonu uğrunxxxxgedən döyüşlər zamanı ##.##.1994-cü il tarixdə düşmənin atdığı mərminin partlaması nəticəsində ağır dərəcəli qapalı kəllə-beyin travması, beyin silkələnməsi, alın nahiyyəsinin sol qaş üstünün kor qəlpə yaralanması xəsarətləri almışdır. Döyüşlər zamanı aldığı travmalarla bağlı ##.##.1994-cü il tarixdən ##.##.1994-cü il tarixə kimi Şəmkir rayon Mərkəzi xəstəxanasınxxxxstasionar müalicədə olmuşdur. 2011-ci ildə səhhətində heç bir müsbət dəyişikliklər olmadığından hərbi vəzifəsini yerinə yetirərkən travmalar aldığına görə əlilliyin müəyyən edilməsi üçün Şəmkir rayon TSEK-nə müraciət etmiş və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasından keçməyi bildirilmişdir. Nəticədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş göstərdiyi travmaları almağı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ## ###### 2012-ci il tarixli, *******Q0000* nömrəli Qərarı ilə tam təsdiq olunmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının həmin qərarınxxxxgöstərilir: “Şəmkir RHK tərəfindən 1994-cü ildə hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı döyüş zonasınxxxxhərbi xidmət keçərkən ##.##.1994-cü ildə aldığı və ##.##.1994-cü ildən, ##.##.1994-cü ilə kimi Şəmkir rayon Mərkəzi xəstəxanasınxxxxmüalicə və müayinə olunduğu yaralanma diaqnoz: qapalı kəllə- beyin travması, ağır dərəcəli beyin silkələnməsi, alın nahiyyəsinin sol qaş üstünün kər qəlpə yaralanması" (Şəmkir RHK-nın ##.##.2012-ci il tarixli */** nömrəli arayış, Şəmkir rayon Mərkəzi xəstəxanasından verilmiş, ##.##.1994-cü il tarixli Çıxarış epiqrizi, MN MHHK-nın həkim mütəxəssisi-cərrahın və hüquq məsləhətçisinin rəyi ilə təsdiq edilir)" "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır." Həmin tibbi sənədlər əsasınxxxx2012-ci ilin oktyabr ayınxxxxTSEK-nın qərarı ilə ona döyüş tapşırıqlarını yerinə yetirərkən travmalar aldığına görə II qrup hərbi xidmət əlilliyi təyin edilmişdir. Sonuncu dəfə ##.##.2016-cı il tarixdə ona 5 il müddətinə ikinci qrup hərbi xidmətlə əlaqədar əlillik dərəcəsi verilmişdir. Həmin beş il müddətində dəfələrlə həkim müayinəsindən keçməklə, ambulator müalicə almışdır. Bundan başqa ##.##.2019-cu il tarixdən, ##.##.2020-ci il tarixə kimi Şəmkir rayon mərkəzi xəstəxanasında, ##.##.2021ci il tarixdən, ##.##.2021-ci il tarixə kimi Bakı şəhəri * nömrəli klinik xəstəxanasının nevrologiya şöbəsində, ##.##.2021-ci il tarixdən, ##.##.2021-ci il tarixə kimi Bakı şəhəri * nömrəli klinik xəstəxanasının nevrologiya şöbəsində, ##.##.2023-cü il tarixdən ##.##.2023- cü il tarixə kimi Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq mərkəzində, ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixə kimi X2, ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixə kimi Bakı şəhəri * nömrəli Ruhi-Əsəb xəstəxanasınxxxxstasionar müalicədə olmuşdur. Bundan əlavə digər tibbi sənədlərlərlə də travmaları tam təsdiq olunur. Bütün bunlara baxmayaraq onun 5 illik əlillik müddəti 2021-ci ilin sentyabr ayınxxxxbitdiyinə görə tibbi sənədlərini Şəmkir rayon X5 şöbəsindən xəstəliyi ilə bağlı forma 88 mərkəzləşmiş sistemə vurulmasına baxmayaraq, TSEK tərəfindən əyani müayinəyə dəvət olunmamış, buna görə də TSEK-in bu hərəkətindən ölkə rəhbərinə teleqram vurmuşdur. Buna baxmayaraq əyani müayinəyə dəvət olunmamış, 2022-ci ilin may ayınxxxx3 dəfə DOST xidmətinə şikayət etdikdən sonra ## #### 2022-ci il tarixində əyani müayinəyə dəvət olunmuş və ##.##.2022-ci il tarixdə ona imtina verilmişdir. Bundan sonra bir neçə dəfə stasionar müalicə olunduqdan sonra ##.##.2023-cü il tarixdə Bakı şəhəri * saylı Ruhi-Əsəb dispanserindən xəstəliyi ilə bağlı forma 88 mərkəzləşmiş sistemə vurulmuş, lakin 15 iş günü ərzində əyani baxışa çağırılmalı olduğu halda, dəvət olunmamışdır. ## #### 2024-cü il tarixdə iddiaçı cavabdeh orqana müraciət edib, əyani baxışa dəvət olunmasını xahiş etmişdir. ##.##.2024-cü il tarixdə əyani baxışdan keçmiş, komissiya həlkimləri əyani baxış zamanı diaqnozları təsdiqləsə də, ##.##.2024-cü il tarixdə iddiaçının istifadə etdiyi 050-406-65-40 nömrəsinə imtina mesajı göndərilmişdir. Iddiaçı isə cavabdehin imtinası ilə razı olmadığı üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı İddiaçı tələbin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək iddiaçıya əlillik təyin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh inzibati orqan məhkəməyə göndərdiyi iddia ərizəsinə dair etiraz ərizəsində iddia tələbinin təmin edilməməsini xahiş etmiş, etiraz ərizəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi» Qaydası, ## ###### 2020-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi» Qaydası, habelə, «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanunu ilə əsaslandırılmışdır. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarı ilə (hakim F.Əliyev) iddia tələbinin təmin edilməsi, iddiaçı İddiaçı ##.##.2023-cü il tarixdən orqanizmin funksiyasının 65-80 faiz pozuntusuna görə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi ilə 02 (iki) il müddətinə əlillik təyin edilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya aid Bakı * nömrəli X3 verdiyi ##.##.2023-cü il tarixli göndərişdə (Forma 88) ona qoyulmuş Üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beynin üzvi xəstəliyi ( 1-ci qarabağ müharibəsi zamanı alınmış QKBT)nəticəsində şəxsiyyət dəyişikliyi kobud davranış pozuntuları koqnitiv funksiyaların zəifləməsi ilə. Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, baş beynin üzvi xəstəliyi (1-ci qarabağ müharibəsi zamanı alınmış QKBT)nəticəsində şəxsiyyət dəyişikliyi kobud davranış pozuntuları koqnitiv funksiyaların zəifləməsi ilə diaqnozları yuxarıxxxxgöstərilən Əlavənin F07.0 və F07.8 kod təsnifatlarına uyğundur. Belə ki, iddiaçının tibbi müayinə sənədlərindən görünür ki, çox əsəbi və aqresivdir. Təkliyə meyillidir, heç nəyə həvəsi yoxdur. Ünsiyyətdən boyun qaçırır, səbəbsiz şübhələrə əsaslanıb tez-tez konflikt yaradır, hövsələsizlik və aqresiya nümayiş etdirir. Konfliktə meyillidir və daim çox gərgindir. Verilən suallar çox əsəbi tərzdə cavab verir. Əhval ruhiyyəsi qeyri-stabildir. Davranışı qeyri adekvatdır və yaddaşı aşağıdır. Xarici qıcıqlara qarşı həssaslığının artması qeyd edilir. Kobud yaddaş və intellekt pozuntuları müəyyən edilməsə belə, koqnitiv funksiyalarının zəifləməsi müşahidə edilir. Emosional sferası qeyri-stabildir. Nəzərə almaq lazımdır ki, iddiaçı bu xəstəliyi Azərbaycan Respublikasının Müdafiəsi zamanı hərbi travma olaraq almışdır (Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2012-ci il tarixli qərarı). Eyni zamanxxxxməhkəmə tərəfindən keçirilmiş məhkəmə psixiatrik ekspertizasının ##.##.2025-ci il tarixli, **** saylı rəyi ilə də təsdiq edilir ki, İddiaçı üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntuları ilə F07.0 aşkar olunur. Həmin rəy məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilir. Məhkəmə onu xxxxqeyd edir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2012-ci il tarixli *******Q0000* nömrəli qərar verilmişdir. Həmin qərarxxxxiddiaçıya diaqnoz qoyulmuş xəstəliyin səbəb əlaqəsi «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» kimi müəyyənləşdirildiyindən, yəni iddiaçıya əlillik təyinatına əsas verən xəstəliklər Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığından iddiaçının əlilliyinin səbəb əlaqəsi «Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar» olaraq müəyyən edilməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) cavabdehin apellyasiya şikayətinin dəlilləri Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, yüzlərlə bu formaxxxxanaloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Qeyd edir ki, müvafiq ekspert rəyində bəhs edilən F07 XBT kodlu diaqnoz vətəndaşın imtina qərarı ilə nəticələnən sonuncu müraciəti üzrə olan göndərişdə əsas diaqnoz kimi qeyd olunmuşdur. Iddiaçıya məxsus forma 88 göndərişdə ağırlaşmalar qeyd edilməmişdir. Intellektual-mnestik pozuntuların təzahür dərəcəsi isə yüngül olaraq qeyd edilmişdir. Anamnestik məlumatlarda, instrumental və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verə biləcək nevroloji defisit aşkar edilməmişdir. Ekspert rəyi yalnız F07 diaqnozunun iddiaçıxxxxolduğunu təsdiq etmişdir. Lakin, diaqnozun vətəndaşxxxxolması hələ ona əlillik təyinatın əsas verməli olduğu mənasına gəlmir. Əlillik təyinatı üçün qanunvericilik tərəfindən orqanizmin funksiyalarının minimum 35% pozulması faktının müəyyən olunması tələb olunur. Yəni ki, hər bir əlil xəstə hesab olunsa da, hər bir xəstəlik əlillik səviyyəsində hesab oluna bilməz. Sözügedən ekspert rəyi isə hazırki vəziyyətdə diaqnozun əlillik səviyyəsində olmadığını aşkar şəkildə göstərir. b) iddiaçının apellyasiya şikayətinin dəlilləri Iddiaçı İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının əlilliyin müddəti hissəsində dəyişdirilərək əlilliyin müddətsiz müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 2012-ci ildən ona ardıcıl olaraq 4 dəfə bir il və sonuncu dəfə 5 il müddətə əlillik təyin edilmişdir. Cavabdeh onun əlilliyini heç bir əsas göstərmədən 2021-ci ildə ləğv edib, müraciətinə imtina verib, 2023-cü ildə olan müraciətinə də təkrar imtina verib. Hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin bütün bu halları kompleks şəklində araşdırılmalı, yalnız formal olaraq əlilliyin mövcudluğu deyil, eyni zamanxxxxəvvəlki ardıcıl olaraq 4 dəfə 1 il və sonuncu 5 il əlillik təyinatı, 2021-2023-cü illər ərzində yaranmış hüquq itkisi, gələcəkdə hüquqlarının yenidən pozulması riski qərar qəbul edilərkən nəzərə alınmalı və qiymətləndirilməlidir. Bu əsaslarla birinci instansiya məhkəməsinin qərarı əlillik müddətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, ona əlillik müddətsiz təyin edilməlidir. c) məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasınxxxxiştirak edən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək ona əlilliyin müddətsiz təyin edilməsini və cavabdehin şikayətinə etiraz edərək şikayətin təmin olunmamasını xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydaxxxxməlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasınxxxxnümayəndəsinin iştirakını təmin etməmiş və səbəbini bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasan işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarxxxxsosial təminat hüququna malikdir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasınxxxxmüəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halxxxxisə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydaxxxxvə məhkəmə qaydasınxxxxmüdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1. Bu Qayxxxx“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasınxxxxəlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanınxxxxDövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nxxxxnəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarınxxxxəlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarınxxxxisə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqxxxxqiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqxxxxən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqınxxxxƏsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasınxxxxdaxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasınxxxxaparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasınxxxxşəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasınxxxxbu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: - 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydaxxxxmüəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halınxxxx– 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halınxxxx– 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halınxxxx– 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə:

7. Psixi və davranış pozuntuları 7.6. Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular 7.6.2. Üzvi mənşəli şəxsiyyət pozuntusu – F07.0 Qiymətləndirmə: 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti - 65-80% - 2 il

Azərbaycan Respublikasının Inzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onxxxxyaranmış daxili inam əsasınxxxxqərar qəbul edir. Qərarxxxxməhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasınxxxxqəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halxxxxapellyasiya instansiyası məhkəməsinin qərarınxxxxapellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarınxxxxətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını xxxxdüzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Iş materiallarından görünür ki, iddiaçının əlillik vəziyyəti tibb müəssisəsinin J00136536IYA forma nömrəli göndərişinə əsasən “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beyin üzvi xəstəliyi nəticəsində şəxsiyyət dəyişikliyi kobud davranış pozuntuları koqnitiv funksiyaların zəifləməsi ilə” diaqnozu əsasınxxxx##.##.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. Iş materialınxxxxolan cavabdeh tərəfindən göndərilmiş iddiaçı barəsində olan J00136536IYA forma nömrəli göndərişdən də görünür ki, TSEK-ə göndəriş zamanı ona qoyulmuş diaqnozlar aşağıdakı kimi olmuşdur: Əsas diaqnoz: F07.0 - Üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beynin üzvi xəstəliyi ( 1- ci Qarabağ müharibəsi zamanı alınmış qkbt) nəticəsində şəxsiyyət dəyişikliyi kobud davranış pozuntuları koqnitiv funksiyaların zəifləməsi ilə. Ağırlaşma: F07.8 - Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, baş beynin üzvi xəstəliyi (1-ci Qarabağ müharibəsi zamanı alınmış qkbt) nəticəsində şəxsiyyət dəyişikliyi kobud davranış pozuntuları koqnitiv funksiyaların zəifləməsi ilə. Ağırlaşma: F06.7 - Yüngül koqnitiv pozuntu, baş beynin üzvi xəstəliyi (1-ci Qarabağ müharibəsi zamanı alınmış qkbt) nəticəsində şəxsiyyət dəyişikliyi kobud davranış pozuntuları koqnitiv funksiyaların zəifləməsi ilə. Ağırlaşma: T90.5 - Kəllədaxili travmaların nəticələri, baş beynin üzvi xəstəliyi (1-ci Qarabağ müharibəsi zamanı alınmış qkbt) nəticəsində şəxsiyyət dəyişikliyi kobud davranış pozuntuları koqnitiv funksiyaların zəifləməsi ilə. Yanaşı xəstəliklər: E11.4 - Insulindən asılı olmayan şəkərli diabet, Nevroloyi ağırlaşmalarla, şəkərli diabet tip II, insulin tələbatlı. Qeyd olunan Forma 88 haqqınxxxxməlumatın status localis hissəsində iddiaçı barəsində qeyd edilir ki, son illərdə psixonevroloji durumu pisləşmişdir. Tez-tez stasionar müalicə alırdı. Ümumilikdə 1 dəfə Şəmkir RMX, 2 dəfə * saylı BŞX-ın nevroloji şöbəsində, 1 dəfə KTM, 1 dəfə PSM, 1 dəfə * saylı Psixiatriya xəstəxanasınxxxxyatıb. Çox əsəbidir, aqressivdir. Təkliyə meyillidir, heç nəyə həvəsi yoxdur, ünsiyyətdən boyun qaçırır. Səbəbsiz şübhələrə əsaslanaraq tez-tez konflikt yaradır, hövsələsizlik və aqressiya göstərir. Təmasa daxil olur. Bələdliyi saxlanılıb. Suallara çox əsəbi tərzdə cavab verir. Gecələr yata bilmir. Zahirən çox narahatdır, gərgindir, konfliktə meyillidir. Əhval ruhiyyəsi qeyri stabildir. Emosional reaksiyalar qeyri stabildir. Davranışı qeyri adekvatdır. Yaddaşı aşağıdır. Vəziyyətinə qarşı tənqidi hissəvidir. Rispaksol, Fenozepam qəbul edir. Bununla yanaşı İddiaçı barəsində “xxxx” X1 tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli, **** saylı ekspertiza rəyində də qeyd edilir ki, yoxlanılan şəxs İddiaçı “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntuları və koqnitiv funksiyalarının zəifləməsi ilə” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (döyüşlərdə kəllə-beyin travması alması, bundan sonra baş ağrılarından əziyyət çəkməsi, yaddaşının zəifləməsi, əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi * nömrəli “X3”xxxx"Baş beyinin üzvi xəstəliyi (İ Qarabağ müharibəsi zamanı alınmış QKBT) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, kognitiv funksiyaların zəifləməsi ilə” diaqnozu ilə müaicədə olması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına Əlavənin” 7.6.2. bəndinə əsasən xəstəliyin xüsusiyyəti kimi “üzvi mənşəli şəxsiyyət pozuntusu” XBT-10 kodu “F07.0” kimi təsbit olunmuş və həmin Əlavənin 7.6.2. bəndinin 7.6.2.2. yarımbəndinə əsasən “məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti” ilə orqanizminin funksiyalarının pozulması faizi 65-80 faiz müəyyən edilmiş və bu xəstəliyə görə əlilliyin 2 il müddətə təyin olunmalı olduğu göstərilmişdir. Göründüyü kimi İddiaçı üzvi mənşəli şəxsiyyət pozuntusu, digər üzvi şəxsiyyət və davranış pozuntuları və yüngül koqnitiv pozuntu diaqnozları ilə müşayiət olunan vəziyyət tibbi sənədlərdə göstərildiyi kimi kobud davranış pozuntuları, aqressivlik, tez-tez konflikt yaratma, emosional qeyri-stabillik, sosial təcrid, yaddaşın aşağı olması, təfəkkürün ləngiməsi və torpidlik əlamətləri ilə xarakterizə olunur. Eyni zamanxxxxstatus localis-də qeyd edilən ünsiyyətdən yayınma, heç nəyə həvəsin olmaması, davranışın qeyriadekvatlığı və vəziyyətinə qarşı tənqidin hissəvi olması məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasını və təfəkkürdə nəzərəçarpan dəyişiklikləri təsdiq edir ki, bu xxxx7.6.2.2 bəndində nəzərdə tutulan meyarlara uyğundur. Bundan başqa, tibbi sənədlərdə son illərdə psixonevroloji durumun pisləşməsi, dəfələrlə stasionar müalicə alması, aqressiv və konfliktə meyilli davranışların davamlı xarakter daşıması, eləcə də məhkəmə-psixiatrik ekspertiza rəyində təfəkkürün ləngiməsi, emosional dayanıqsızlıq və davranış pozuntularının təsdiqi göstərir ki, bu hal uzunmüddətli və davamlıdır. Baş beynin travmatik zədələnməsinin nəticələri ilə əlaqədar formalaşmış bu vəziyyət təkrarlanan aqressiv davranışlarla müşayiət olunduğundan 7.6.2.2 bəndində nəzərdə tutulan ağır, müalicəyə rezistent simptomlar kateqoriyasına uyğun gəlir və həmin bənd üzrə qiymətləndirilməsi əsaslıdır. Iş materiallarınxxxxolan sənədlərdən və yuxarıxxxxqeyd olunan normanın məzmunundan göründüyü kimi iddiaçıya qoyulmuş diaqnozların, ekspertiza rəyi də nəzərə alınmaqla əlilliyin müəyyən olunması meyarlarının müvafiq bəndində öz əksini tapması təsdiq olunmuşdur. Bundan başqa iddiaçıxxxxolan xəstəliyin səbəb əlaqəsinə gəldikdə isə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ## ###### **** saylı qərarına əsasən Şəmkir RHK tərəfindən 1994-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasınxxxxhərbi xidmət keçərkən ##.##.1994-ci ildə aldığı və ##.##.1994-cũ ildən ##.##.1994-ci ilə kimi Şəmkir Rayon Mərkəzi Xəstəxanasınxxxxmüayinə və müalicə ağır dərəcəli beyin olunduğu yaralanma-diaqnoz: “Qapalı kəllə-beyin travması silkələnməsi. Alın nahiyəsinin sol qaş üstünün kor qəlpə yaralanması” “Hərbi travmadır Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir. Odur ki, cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır. Bundan başqa cavabdeh apellyasiya şikayətinin dəlilində qeyd etmişdir ki, “diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın.” Bu dəlilə münasibətdə kollegiya qeyd edir ki, təyin edilmiş diaqnoz konkret olaraq əlilliyin müəyyən olunması meyarlarınxxxxtəsbit edildiyi və diaqnozun özü meyarlara uyğun gəldiyi təqdirdə əlavə olaraq ağırlaşmaların tələb olunmasının hüquqi əsası yoxdur. Qiymətləndirmə nəticəsində diaqnozxxxxqeyd olunan xəstəlik şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh əlillik dərəcəsini təyin etməyə borcludur. Məhkəmə kollegiyası həmçinin iddiaçının apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, iddiaçıya əlilliyin müddətsiz təyin olunması üçün o, nə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 4-cü bəndinin müvafiq altbəndlərindən hər hansısa birində göstərilən şərtlərə cavab vermir, nə də “Əlilliyin müəyyən olunması meyarlarına Əlavənin” 7.6.2.2-ci bəndində əlilliyin göstərilən diaqnoza görə əlilliyin müddətsiz müəyyən olunmalı olduğu göstərilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya ona qoyulmuş olan diaqnoza görə əlilliyin müddətsiz müəyyən olunmasına dair apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, iddiaçı İddiaçı xəstə olması iş materialları ilə öz təsdiqini tapdığıdan və həmin diaqnoz ona 2 il müddətinə əlillik təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə: Yuxarıxxxxşərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayətləri təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar