Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-114/2026 05.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARI Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Eldar Yaşar oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun yarandığı ##.##.2024-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. AZE******** nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı ##.##.1964-cü il tarixdə doğulmuşdur.
2. ##.##.1982-ci il tarixli, НЗ № ****** nömrəli hərbi biletdən görünür ki, İddiaçı ##.##.1982-##.##.1984-cü illərdə hərbi xidmətdə olmuşdur.
3. ##.##.1988-ci il tarixli, ИТ-İ № ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı ##.##.1984-cü il tarixdən ##.##.1987-ci il tarixədək *** nömrəli Yol maşın stansiyasında maşinist köməkçisi, ##.##.1987-ci il tarixdən ##.##.1987-ci il tarixədək yol montyoru, ##.##.1987-ci il tarixdən ##.##.1987-ci il tarixədək maşinist köməkçisi, ##.##.1987-ci il tarixdən ##.##.1993-cü il tarixədək maşinist, ##.##.1995-ci il tarixdən ##.##.1995-ci il tarixədək *** nömrəli Yol maşın stansiyasında gözətçi, ##.##.1995-ci il tarixdən ##.##.1996-cı il tarixədək Gəncə yol distansiyasında yol montyoru, ##.##.2002-ci il tarixdən ##.##.2005-ci il tarixədək Kürəkçay məntəqəsində 3-cü dərəcəli yol təmiri fəhləsi, ##.##.2008-ci il tarixdən ##.##.2011-ci il tarixədək “xxxx” MMC-nin Gəncə Alüminium zavodunun tikintisi obyektində fəhlə, ##.##.2011-ci il tarixdən ##.##.2012-ci il tarixdək “xxxx” MMC X14 sexi üzrə elektrolizçi fəhlə, ##.##.2012-ci il tarixdən ##.##.2012-ci il tarixədək Istehsalat Departamentinin anod prosesləri sexində Anod anbarında yükləmə boşaltma işçisi, ##.##.2012-ci il tarixdən ##.##.2013-cü il tarixədək Istehsalat Departamentinin Anod demontajı və montajı sexinin anod çivi və uc təmizləyici, ##.##.2013-cü il tarixdən ##.##.2018-ci il tarixədək Istehsalat Departamentinin Anod demontajı və montajı sexində kran operatoru, ##.##.2018-ci il tarixdən ##.##.2022-ci il tarixədək “xxxx” MMC X8 Istehsalat şöbəsinin Anod prosesləri Zavodunda kran operatoru vəzifəsində işləmişdir, ##.##.2022-ci il tarixdən hazıradək X10 Istehsalat şöbəsinin Anod prosesləri sexində kran maşınisti vəzifəsində işləyir.
4. “xxxx” MMC-nin “Güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışma haqqında” ##.##.2024-cü il tarixli, **-*-*/*-****/**** nömrəli arayışında göstərilmişdir ki, İddiaçı "xxxx" MMC-nin Istehsalat Departamentinin Elektroliz sexində "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanuna uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən aşağıda qeyd olunan peşələrdə; 1). "elektrolizçi" peşəsində; ##.##.2011-cı ildən:(peşəyə təyinat ##.##.2011-cı il tarixli, əmr N80- K:) - ##.##.2012-ci ilədək tarixləri arasındakı dövr ərzində işləmişdir. "kran operatoru" peşəsində; ##.##.2013-cü ildən:(peşəyə təyinat ##.##.2013-cü il tarixli, əmr N111-K;)-##.##.2018-ci ilədək tarixləri arasındakı dövr ərzində işləmişdir. 3), "kran operatoru" peşəsində; ##.##.2018-ci ildən:(peşəyə təyinat ##.##.2018-ci il tarixli, əmr N04-K ##.##.2022-ci ilədək tarixləri arasındakı dövr ərzində işləmişdir. 4). "kran maşinisti" peşəsində; ##.##.2022-ci ildən:(peşəyə təyinat ##.##.2022-ci il tarixli, əmr N111-K;) - hazırkı dövrdə - ##.##.2024-cü il tarixində işləmələyə davam edir. Işlədiyi peşə üzrə sosial sığorta (və ya iş) stajı 11 (on bir) il, 5 (bes) ay (il, ay, gün) (illər, aylar və günlər üzrə təsdiq edilmiş cədvəl əlavə olunur) təşkil edir. Işlədiyi peşənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri: 2-ci dərəcəli “Ərimiş duzların elektrolizçisi”nin iş xüsusiyyətləri; Maye alüminium metalının elektroliz təknələrində alınması prosesində iştirak etmək. Təknələrdən nümunə götürmək. Elektrolit və digər tullantıların konteynerlərə yüklənməsi. Xammal və materialların hazırlanması. Xidmət olunan istehsalat sahəsinin, iş yerinin elektrolit və istehsal tullantılarından təmizlənməsi. Yüksək ixtisaslı ərimiş duzların elektrolizçinin rəhbərliyi altında elektroliz prosesinin aparılmasında fərdi işlərin yerinə yetirilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 7.10. Ərimiş metalla elektrolitik üsulla metalların alınması (yarımbəndində) ərimiş duzların elektrolizçisi peşə kodunda müəyyən edilmiş peşənin xüsusiyyətləri ilə eynidir. 3-cü dərəcəli "kran maşinisti"nin iş xüsusiyyətləri; Anod prosesləri gedən iş zonasında (xidmət sahəsində) kranın idarə edilməsi, anod çubuqlarının, yerinin dəyişdirilməsi, yükdaşıma-yükqaldırma prosesinə nəzarət edilməsi; Qarmaqların çıxarılması, dəyişdirilməsi və burazların yoxlanılması, yüklərin daşınması və anod bolklarının yenidən düzülməsi, iş prosesində yüklərin qaldırılması, daşınması və endirilməsi və əsaslı təmirində iştirak; Iş zonasından yüklərin götürülməsi, krana texniki qulluq edilməsi və kranın işə salma mexanizmlərinin işçi vəziyyətdə saxlanılmasına nəzarət; Avadanlıqlarının təmiri zamanı yükləmə-boşaltma işlərinin, təmizləmə və köməkçi işlərin aparılması; Bərkidici trosların, qaldırıcı qurğuların düzgün bərkidilməsinin, əyləcin tənzimlənməsinin və təhlükəsizlik cihazlarının işləməsinin yoxlanılması; Xidmət olunan kranın işində nasazlıqların aşkar edilməsi və aradan qaldırılması, onun təmirində iştirak etmək; iş zonasında, ianod prosesləri zonasında prosesin saxlanması üzrə əməliyyatların yerinə yetirilməsi; ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 7.14. Anodların və vayerbarsların alınması (yarımbəndində) və "isti iş sahələrində məşğul olan kran maşinistləri (krançılar)" peşə kodunda müəyyən edilmiş peşənin xüsusiyyətləri ilə eynidir.
5. “xxxx” QSC-nin “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” ##.##.2024-cü il tarixli, **-*/*-Y-****/*-**/**** nömrəli arayışında göstərilmişdir ki, X2 "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən aşağıdakı peşələrdə (vəzifələrdə) qeyd edilən tarixlər arasındakı dövrlər ərzində işləmişdir: ##.##.1987-ci il tarixdən ##.##.1987-ci il tarixədək ** nömrəli Yol maşın stansiyasında yol montyoru; ##.##.1995-ci il tarixdən ##.##.1996-cı il tarixədək Gəncə yol distansiyasında yol montyoru. Işlədiyi müvafiq peşə üzrə sosial sığorta (əmək) stajı 1 il 2 ay 4 gün təşkil edir. Işlədiyi yol montyoru peşəsinin əsas xüsusiyyətləri yolun üst tikililərinin, konstruksiyalarının və dəmir yolu xətlərinin quraşdırılması, sökülməsi və təmiri üzrə işlərin yerinə yetirilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda 21.4-cü bəndin 22-ci abzasına uyğundur. Məlumat üçün bildirilir ki, *** nömrəli Yol maşın stansiyası və Gəncə yol distansiyası magistral dəmir yolları üzrə xidmət göstərmişdir.
6. İddiaçı hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ##.##.2025-ci il tarixdə cavabdeh orqana müraciət etmiş və sonuncu tərəfindən ##.##.2025-ci il tarixli, *-**-*/*-*-*****/**** nömrəli imtina məktubu ilə ona bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun güzəştli iş stajı 12 il 6 aydan az (4 il 2 ay 15 gün (##.##.1987-##.##.1987-ci il, ##.##.1995-##.##.1996-cı il, ##.##.2011- ##.##.2012-ci il və ##.##.2022-##.##.2024-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
8. Məhkəmənin sorğusuna “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, **-*-*/*-***/**** nömrəli cavab məktubunda bildirilmişdir ki, “xxxx” MMC-nin Anod prosesləri sexinin kran maşinisti X3 ИТ-İ №******* əmək kitabçasının 19-cu sıra N-si ilə yazılmış qeydiyyata əsasən ##.##.2018-ci il tarixli, 04-K N-li Əmrlə kran operatoru peşəsinə qəbul olunmuşdur. Anod prosesləri sexində istehsalat anod bloklarının hər iki anbarında yükqaldırma qabiliyyəti 5,0 ton olan 4 ədəd körpülü elektrik kranla, çuqun əritmə sobasından maye metalla dolu çalov anod bloklarının çivlənməsi prosesinin aparılması üçün yükqaldırma qabiliyyəti 3,0 ton olan 2 ədəd körpülü elektrik kranla və əllə idarə edilən yükqaldırma qabiliyyəti 10,0 ton olan 1 ədəd, yükqaldırma qabiliyyəti 2,0 ton olan 2 ədəd, yükqaldırma qabiliyyəti 1,0 ton olan 1 ədəd elektrik talı ilə təchiz olunmuşdur. Sexdə kranlarla icra olunan istehsal prosesində bütün bu işləri kran maşinistləri bu kranları idarə edərək yerinə yetirirlər. Lakin bəzi işçilərin peşə adları təhrif olunmuş yazılmışdır ki, bu da işçidən asılı deyildir. Işçinin faktiki işlədiyi istehsalatda peşə və vəzifə adının əmək kitabçasında təhrif olunmuş yazılması – indiki halda “kran operatoru“ yazılması - işçini güzəştli şərtlərlə pensiya hüququndan məhrum etmir. Haşiyədən kənara çıxış qeyd edilməlidir ki, “xxxx” MMC-nin istehsal və texnoloji proseslər aparılan sex və sahələrinin yerləşdiyi yanğın və partlayış təhlükəsi olan binaların kateqoriyalarının təyinatını "Yanğın təhlükəsizliyinə dair texniki tələblər”ə əsasən Fövqəladə Hallar Nazirliyinin X13 Mühafizə Idarəsi lisenziya ilə Anod prosesləri sexini “A” kateqoriyasına aid olan yanar qazların, alışma nöqtəsi 28 dərəcədən çox olmayan yanar mayelərin olduğu, partlayıcı buxar-qazhava qarışıqları əmələ gətirə bilən, alovlanması təxmin edilən dərəcədə olan otaqlarda partlayışın həddindən artıq təzyiqi 5 kilopaskaldan və (və ya) su, atmosfer oksigeni ilə və ya bir-biri ilə qarşılıqlı əlaqədə olduqda partlaya və yanmağa qadir olan maddələr və materiallar otaqlarda partlayışın hesablanmış həddindən artıq təzyiqini 5 kilopaskalı keçəcək miqdarda olan təhlükəli iş zonası olaraq müəyyən etmişdir. “xxxx” MMC-də aparılmış daxili araşdırma zamanı müəyyən edilmişdir ki, bir sıra işçilərin əmək kitabçalarında qeyd olunan peşə və vəzifə adları müəssisənin istehsalat prosesinə və Azərbaycan Rrespublikası Əmək Məcəlləsinin 57-ci maddəsinin 2-ci bəndinin tələblərinə tam uyğun deyil. Araşdırmanın nəticəsinə əsasən ##.##.2022-ci il tarixli, ***-K nömrəli Əmr ilə müəssisənin istehsal yönümü və istehsalat xüsusiyyətlərinə uyğun peşə və vəzifə adları müəyyən edilmişdir və əmək kitabçalarında qanunvericiliyin tələblərinə uyğun olmayan formada yazılmış peşə və vəzifə adları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıya uyğun olaraq düzəldilərək işçilərin əmək və sosial təminat hüquqları bərpa edilmişdir. Peşə adı əmək kitabçasında təhrif olunmuş şəkildə yazılmışdır ki, bununla da işəgötürənin əmri ilə düzəldilmiş və işçinin əmək və sosial təminat hüquqları bərpa edilmişdir.
9. Məhkəmə kollegiyasının sorğusuna “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli, 13-5- */*-***/**** nömrəli cavab məktubunda bildirilmişdir ki, “xxxx” MMC-nin Anod prosesləri sexinin kran maşinisti X3 ИТ-İ ******* nömrəli əmək kitabçasındakı 17-ci sıra nömrəsi ilə yazılmış qeydə əsasən ##.##.2013-cü ildən kran operatoru vəzifəsinə keçirilmişdir. X3 peşəsi haqqında ətraflı məlumatı “xxxx” MMC-yə ünvanlanan ##.##.2025-ci il tarixli, *- *(***)-****/**** saylı sərəncama cavab olaraq göndərilmişdir. İddiaçı kran maşinisti olaraq zərərli və ağır əmək şəraiti üçün nəzərdə tutlmuş güzəştlər aşağıdakılardır: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il # #### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların peşə və vəzifələrin Siyahısı”nın əlvan metallurgiya istehsalatının, Əlvan metalların istehsalında ümumi peşələr bölməsinin III.B bəndinin 810 sıra N-si ilə Kran maşinistinə (krançıya) 6 təqvim günü əlavə məzuniyyət verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## ###### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş Işçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların “Siyahısı”nın * nömrəli əlavəsinin - “Işçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi Qaydaları”nın 1.3-cü bəndinə əsasən, işçilərə pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan məhsullar iş yerlərinin attestasiyasının nəticələrinə əsasən həmin iş yerləri zərərli və ağır və ya xüsusilə zərərli və xüsusilə ağır qiymətləndirildiyi halda ona iş vaxtı ərzində bir dəfə pulsuz müalicə-profilaktik yeməklər verilir. Həmçinin qeyd edilməlidir ki, bu “Qaydaları”n 2.9-cu bəndinə əsasən “xxxx” MMC-nin işəgötürəni ilə Həmkarlar Ittifaqı Komitəsi arasında bağlanmış Kollektiv Müqavilənin VI.Əməyin mühafizəsi və əmək şəraitinin yaxşılaşdırılması bölməsinin 6.1.8-ci bəndinə əsasən “6.1.8. Cəmiyyətdə əmək şəraiti zərərli, ağır olan və təhlükəli işlərdə çalışan işçilərə pulsuz yeməklərin, süd və ona bərabər tutulan digər məhsulların verilməsini təmin etmək” nəzərdə tutulmuşdur və işçilərə müəssisənin gəliri hesabına verilir. Anod prosesləri sexinin kran maşinisti İddiaçı iş yerinin attestasiyasının nəticələrinə əsasən əmək prosesinin ağırlığı və gərginliyi, istehsalat mühitinin zərərli və təhlükəli amillərin göstəricilərinə görə, zərərin ağırlıq dərəcəsinin norma balı ilə faktiki balı arasındakı fərq nəzərə alınmaqla onun tarif (vəzifə) maaşına minimum əmək haqqının artım əmsalı tətbiq olunmuşdur. Anod prosesləri sexinin kran maşinisti İddiaçı işdə olduğu aktiv əmək fəaliyyəti zamanı yuxarıda qeyd olunan güzəştlərlə təmin olunur.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
10. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, təqdim etdiyi güzəştli arayışa əsasən (##.##.1987-##.##.1987-ci il, ##.##.1995-##.##.1996-cı il, ##.##.2011-##.##.2012-ci il, ##.##.2013-##.##.2018-ci il, ##.##.2018-##.##.2022-ci il və ##.##.2022-##.##.2024-cü illərdə, cəmi 12 il 06 ay 05 gün) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat sahələrində işlədiyi dövrün tamının xüsusi və ümumi iş stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun yarandığı ##.##.2024cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.1964-cü il tarixdə doğulmuşdur. ##.##.1982-##.##.1984-cü illərdə hərbi xidmətdə olmuşdur, ##.##.1984-cü il tarixdən əmək fəaliyyəti var, bu gün də işləyir. ##.##.1987-##.##.1987-ci il, ##.##.1995-##.##.1996-cı il, ##.##.2011-##.##.2012-ci il, ##.##.2013-##.##.2018-cı il, ##.##.2018-##.##.2022-ci il və ##.##.2022-##.##.2024-cü illərdə (cəmi 12 il 06 ay 05 gün) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat sahələrində işləmişdir. Ümumi iş stajı isə ##.##.2024cü il tarixədək (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququmun yarandığı tarix) 32 il 11 ay 01 gündür. Güzəştli istehsalat sahələrində işlədiyi vəziflər Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiqlənmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda qeyd olunan göstərilcilərə uyğundur, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaradır. Bu haqda işlədiyi müəssisələrdən arayış da təqdim etmişdir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün cavabdeh təşkilata ##.##.2025-ci il tarixdə müraciət etmişdir. Cavabdeh təşkilat bilərəkdən güzəştli iş sahələrinin miqdarını azaltmaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina edir. Belə ki, cavabdeh işlədiyi müəssisə (xxxx MMC) tərəfindən tərtib olunmuş imtiyazlı iş stajına hesablanmış ##.##.2013-##.##.2018-cı il, ##.##.2018-##.##.2022-ci illəri (kran operatoru vəzifəsini) güzəştli hesab etmir, bu səbəbdən güzəştli şərtlərlə iş stajı 4 il 02 ay 15 gün təşkil edir ki, bu da kişilər üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün tələb olunan 12 il 06 aydan azdır. Əmək kitabçasında aparılmış qeydlər və güzəştli şərtlərlə pensiya təyin olunması haqqındakı arayış, eyni müəssisə tərəfindən verilib, müəssisə bu gün də fəaliyyət göstərir. Əmək kitabçasında yazılanlarla arayışda göstərilənlər "ayrılıq" təşkil etdiyindən yerində yoxlanılması zərurəti yaranırsa inzibati orqan onu yerində qarşılıqlı yoxlama apardıqdan sonra qərar verməli olduğu halda cavabdeh bu araşdırmanı aparmadan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasından imtina etmişdir. Bir daha qeyd edir ki, ##.##.1987-##.##.1987-ci il, ##.##.1995-##.##.1996-cı il, ##.##.2011-##.##.2012-ci il, ##.##.2013-##.##.2018-cı il, ##.##.2018-##.##.2022-ci il və ##.##.2022-##.##.2024-cü illərdə (cəmi 12 il 06 ay 05 gün işlədiyi sahə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiqlənmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat peşə, vəzifə və göstəricilərə uyğundur, qanunçuluqda nəzərdə tutulan tələblərə uyğun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaradır. Imtiyazlı iş stajı haqqında arayışı var. Deməli onun ##.##.2024-cü il tarixə ümumi stajı və xüsusi stajı Qanunun tələblərinə uyğun olaraq yetərincədir, güzəştli şərtlərlə əmək pensiyası hüququ da ##.##.2024-cü il tarixdən yaranır.
12. Cavabdehin orqanın iddia tələbinə qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etirazın dəlilləri iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən verilən cavab məktubunda göstərilən arqumentlərlə eynilik təşkil etmişdir. (bu qərarın 6-cı bəndi).
14. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 iddiaya etiraz edərək, iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən əsas gətirilən dəlilə istinad etmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
15. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia tələbinin təmin edilməsi, iddiaçı İddiaçı ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh orqan iddiaçının yol montyoru, elektrolizçi və kran maşinisti vəzifələrində işlədiyi dövrü onun xüsusi stajı kimi qəbul etmiş, kran operatoru vəzifəsində işlədiyi dövrü isə mübahisələndirmiş və həmin vəzifənin müvafiq Siyahıda nəzərdə tutulmadığına istinad etmişdir. “xxxx” MMCnin “Güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışma haqqında” ##.##.2024-cü il tarixli, **-*-*/*-****/**** nömrəli arayışında isə iddiaçının işlədiyi kran operatoru vəzifəsinin kran maşinistləri ilə eyni əmək funksiyalarını icra etdiyi, həmin vəzifənin sahiblərinin gördüyü işlərin eyni xarakter daşıması müəyyən edilir. Belə olan halda iddiaçının kran operatoru vəzifəsində işlədiyi dövrlər də onun xüsusi iş stajı sayıldığı üçün, iddiaçıya ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 12 il 6 ay xüsusi iş stajının mövcudluğu ilə bağlı tələb də ödənilmiş olur. Beləliklə məhkəmə hesab etmişdir ki, iddiaçı hüququ yarandığı ##.##.2024-cü il tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tələbləri ödədiyindən inzibati orqanın bundan imtinası əsaslı olmamışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
17. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş “xxxx” MMC tərəfindən tərtib edilmiş ## ###### 2024 cü il tarixli arayışda onun ##.##.2013-cü il tarixindən ##.##.2018-ci il tarixinədək və ##.##.2018-ci il tarixindən ##.##.2022-ci il tarixinədək “kran operatoru” vəzifəsində işlədiyi qeyd edilmişdir. Bununla əlaqədar olaraq qeyd edilir ki, sözügedən vəzifə Siyahıda nəzərdə tutulmamışdır. Qeyd edilir ki, “xxxx” MMC-nin “Güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışma haqqında” ##.##.2024-cü il tarixli, **-*-*/*-****/**** nömrəli arayışında göstərilmişdir ki, İddiaçı "xxxx" MMC-nin Istehsala Departamentinin Elektroliz sexində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun olaraq, güzəştli şərtlərl; yaşa görə pensiya hüququ verən aşağıda qeyd olunan peşələrdə; 1) "elektrolizçi" peşəsində; ##.##.2011-cı ildən: (peşəyə təyinat ##.##.2011-cı il tarixli, əmr N80- K:) - ##.##.2012-ci ilədək tarixləri arasındakı dövr ərzində işləmişdir. 2) “kran operatoru” peşəsində; ##.##.2013-cü ildən: (peşəyə təyinat ##.##.2013-cü il tarixli, əmr N111-K;)-##.##.2018-ci ilədək tarixləri arasındakı dövr ərzində işləmişdir. 3) “kran operatoru” peşəsində; ##.##.2018-ci ildən: (peşəyə təyinat ##.##.2018-ci il tarixli, əmr N04- K ##.##.2022-ci ilədək tarixləri arasındakı dövr ərzində işləmişdir. 4) “kran maşinisti” peşəsində; ##.##.2022-ci ildən: (peşəyə təyinat ##.##.2022-ci il tarixli, əmr N111-K;) hazırkı dövrdə işləmələyə davam edir. Işlədiyi peşə üzrə sosial sığorta (və ya iş) stajı 11 (on bir) il, 5 (beş) ay (il, ay, gün) (illər, aylar və günlər üzrə təsdiq edilmiş cədvəl əlavə olunur) təşkil edir. Məhkəmənin sorğusuna “xxxx" MMC-nin ##.##.2025-ci il tarixli, **-*- */*-***/**** nömrəli cavab məktubunda bildirilmişdir ki, “xxxx” MMC-nin Anod prosesləri sexinin kran maşinisti X3 MT-İ №******* əmək kitabçasının 19-cu sıra nömrəsi ilə yazılmış qeydiyyata əsasən ##.##.2018-ci il tarixli, 04-K N-li əmrlə “kran operatoru” peşəsinə qəbul olunmuşdur. “xxxx" MMC-də aparılmış daxili araşdırma zamanı müəyyən edilmişdir ki, bir sıra işçilərin əmək kitabçalarında qeyd olunan peşə və vəzifə adları müəssisənin istehsalat prosesinə və Azərbaycan Rrespublikası Əmək Məcəlləsinin 57-ci maddəsinin 2ci bəndinin tələblərinə tam uyğun deyil. Araşdırmanın nəticəsinə əsasən ##.##.2022-ci il tarixli, ***-K nömrəli əmr ilə müəssisənin istehsal yönümü və istehsalat xüsusiyyətlərinə uyğun peşə və vəzifə adları müəyyən edilmişdir və əmək kitabçalarında qanunvericiliyin tələblərinə uyğun olmayan formada yazılmış peşə və vəzifə adları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıya uyğun olaraq düzəldilərək işçilərin əmək və sosial təminat hüquqları bərpa edilmişdir. Peşə adı əmək kitabçasında təhrif olunmuş şəkildə yazılmışdır ki, bununla da işəgötürənin əmri ilə düzəldilmiş və işçinin əmək və sosial təminat hüquqları bərpa edilmişdir. “Işçilərin əmək kitabçasının forması və onun doldurulması Qaydaları”nın (bundan sonra - Qaydalar) təsdiq edilməsi və “Işçilərin əməi kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il ## ###### tarixli, *** nömrəli Qərarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2025-ci il tarixli, *** nömrəli qərarının 3.6-cı bəndinə əsasən işə qəbul və başqa daimi işə keçirilmə barəsində səhv və qeyri-dəqiq qeydlər aşkar edildikdə işəgötürən tərəfindən düzəliş aparılır. Bu hallar işçi iş yerini dəyişdikdən sonra aşkar olunduqda yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi kömək göstərməlidir. Qaydaların 3.7-ci bəndinə əsasən əmək kitabçasında və onun əlavə içliyində 3-cü bölmədə qeydin dəyişdirilməsi zəruri olduqda onda müvafiq sıra nömrəsi və qeydin yazılma tarixi göstərilməklə 3-cü qrafada belə yazılır: “ ”xxxx”. Qeyd edilənlərlə bağlı bildirilir ki, eyni müəssisə tərəfindən 2024 və 2025-ci illərdə iki fərqli arayış təqdim edilmişdir. Təqdim edilmiş ##.##.2025-ci il tarixli, **-*-*/*-***/**** nömrəli məktubda ##.##.2022-ci il tarixli, ***-K nömrəli əmr ilə müəssisənin istehsal yönümü və istehsalat xüsusiyyətlərinə uyğun peşə və vəzifə adlarının müəyyən edilməsi və əmək kitabçalarında qanunvericiliyin tələblərinə uyğun olmayan formada yazılmış peşə və vəzifə adlarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci i tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıya uyğun olaraq düzəldilərək işçilərin əmək və sosial təminat hüquqları bərpa edildiyi qeyd edilsə də, əmək kitabçasında heç bir düzəliş edilməmiş, yuxarıda qeyd edilən Qaydaların tələblərinə riayət edilməmişdir. Iddiaçının işlədiyi peşə (“kran operatoru”) əmək kitabçası və “xxxx” MMC-nin “Güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışma haqqında” ##.##.2024-cü il tarixli, **-*-*/*-****/**** nömrəli arayışında eyniyyət təşkil edir və Siyahıda nəzərdə tutulmamışdır. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifə sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulmadığından iddiaçının güzəştli iş stajı yoxdur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı tərəfindən təqdim olunan sənədlərə əsasən güzəştli iş stajının olmaması səbəbindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Iddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.
21. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir..
Tətbiq edilən hüquq normaları
22. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. III bənd. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
23. “Insan hüquqları haqqında” Ümumi Bəyannamə: Maddə 25. İ hissə: Hər bir insan özünün və ailəsinin sağlamlığı və rifahı üçün, qida, paltar, mənzil, tibbi və zəruri sosial xidmət daxil olmaqla, layiqli həyat səviyyəsinə nail olmaq hüququna, işsizlik, xəstəlik, əlillik, dulluq, qocalıq, yaxud yaşayış vasitələrindən özündən asılı olmayan digər səbəblərdən məhrum olduğu hallarda təminat hüququna malikdir.
24. “Iqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakt: Maddə 9. Hər bir insanın, ictimai sığorta da daxil olmaqla, sosial təminat hüququ təsbit olunmuşdur. Həmin sənədin 4-cü maddəsinə əsasən bu Paktda iştirak edən dövlətlər etiraf edirlər ki, həmin hüquqlardan istifadə olunmasını bu Pakta müvafiq olaraq təmin edən bu və ya digər dövlət həmin hüquqlara yalnız qanunla müəyyən edilən və bu hüquqların təbiətinə uyğun olduğu qədər, həm də demokratik cəmiyyətdəümumi rifaha yardım göstərmək məqsədilə məhdudiyyətlər qoya bilər.
25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”
7. Metallurgiya istehsalatı (əlvan metallar) 7.14 Anodların və vayerbarsların alınması a) isti iş sahələrində məşğul olan kran maşinistləri (krançılar)
21. Nəqliyyat 21.4 Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər: 22-ci abzas magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları.
27. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
Iddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
28. IPM-in 2.2.3. Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
29. IPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
30. IPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
31. IPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
32. IPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
33. IPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
34. IPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
35. IPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
36. IPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
37. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
38. Baxılan mübahisə Azərbaycan Respublikası IPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə IPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.
39. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsini xahiş etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı cavab məktubu ilə onun güzəştli iş stajının 12 il 6 aydan az (4 il 2 ay 15 gün) olması səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Odur ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
42. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun ##.##.2022ci il tarixdən sonra qüvvədə olan redaksiyasına əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (9.1-ci maddə).
43. Qeyd edilən maddi hüquq normasının məzmunundan göründüyü kimi iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün aşağıdakı şərtlərin birgə mövcudluğu tələb olunur: 1) qanunla tələb edilən pensiya yaşına çatması; 2) 25 il ümumi iş stajının mövcud olması; 3) 12 il 6 ay güzəştli iş stajının mövcud olması;
44. Yaş tələbi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı ##.##.1964-cü il tarixdə doğulmuş, ##.##.2024-cü il tarixdə 60 yaşı olmuşdur.
45. Tələb olunan 25 il ümumi iş stajı ilə bağlı qeyd edilməlidir ki, iddiaçının cavabdeh orqana güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün müraciət etdiyi tarixədək ümumi iş stajı üzrə tələb olunan şərt ödənilir. Belə ki, iddiaçının əmək kitabçası və iş stajı ilə bağlı verilmiş sənədlər də daxil olmaqla onun ümumi iş stajının 25 ildən çox olması müəyyən edilir. Apellyasiya şikayətinin dəlillərində iddiaçının ümumi stajı ilə bağlı hər hansı mübahisənin olması qeyd edilməmişdir.
46. Qeyd olunduğu kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün digər şərt 25 il ümumi iş stajının azı 12 il 6 ayının Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş müvafiq Siyahıda göstərilən işlərdə çalışmalı olmasıdır.
47. Cavabdeh orqanın imtina məktubunda mübahisələndirdiyi hal iddiaçının Istehsalat Departamentinin Anod demontajı və montajı sexində ##.##.2013-cü il tarixdən ##.##.2018-ci il tarixədək və “xxxx” MMC X8 Istehsalat şöbəsinin Anod prosesləri Zavodunda ##.##.2018-ci il tarixdən ##.##.2022-ci il tarixədək işlədiyi kran operatoru vəzifəsinin güzəştli şərtlə pensiya hüququ verən işlərə aid olmaması ilə bağlıdır. Yəni, cavabdeh orqan hesab etmişdir ki, iddiaçının işlədiyi həmin vəzifə güzəştli hesab edilmədiyindən onun güzəştli iş stajı 12 il 6 aydan azdır (4 il 2 ay 15 gün).
48. Göründüyü kimi, iddiaçının zərərli işlərdə işlədiyini iddia etdiyi mübahisələndirilən dövr və peşələr aşağıdakıları əhatə edir: ##.##.1987-ci il tarixdən ##.##.1987-ci il tarixədək *** nömrəli Yol maşın stansiyasında yol montyoru; ##.##.1995ci il tarixdən ##.##.1996-cı il tarixədək Gəncə yol distansiyasında yol montyoru; ##.##.2011-ci il tarixdən ##.##.2012-ci il tarixdək “xxxx” MMC X14 sexi üzrə elektrolizçi fəhlə; ##.##.2013-cü il tarixdən ##.##.2018-ci il tarixədək Istehsalat Departamentinin Anod demontajı və montajı sexində kran operatoru; ##.##.2018-ci il tarixdən ##.##.2022-ci il tarixədək “xxxx” MMC X8 Istehsalat şöbəsinin Anod prosesləri Zavodunda kran operatoru; ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək X10 Istehsalat şöbəsinin Anod prosesləri sexində kran maşınisti vəzifələrində işlədiyi dövr.
49. Məhkəmə kollegiyası cavabdehin imtinasının dəlilinə, yəni iddiaçının işlədiyi vəzifələrin istinad edilən müvafiq Siyahıda nəzərdə tutulan vəzifələrə aid olmamasına münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
50. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli, *** saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya * nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir.
51. “xxxx” MMC-nin “Güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışma haqqında” ##.##.2024-cü il tarixli, **-*-*/*-****/**** nömrəli arayışında göstərilmişdir ki, İddiaçı "xxxx" MMC-nin Istehsalat Departamentinin Elektroliz sexində "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanuna uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən aşağıda qeyd olunan peşələrdə; -"kran operatoru" peşəsində; ##.##.2013-cü ildən:(peşəyə təyinat ##.##.2013-cü il tarixli, əmr N111-K;)-##.##.2018-ci ilədək tarixləri arasındakı dövr ərzində işləmişdir. -"kran operatoru" peşəsində; ##.##.2018-ci ildən: (peşəyə təyinat ##.##.2018-ci il tarixli, əmr N04-K ##.##.2022-ci ilədək tarixləri arasındakı dövr ərzində işləmişdir. -"kran maşinisti" peşəsində; ##.##.2022-ci ildən:(peşəyə təyinat ##.##.2022-ci il tarixli, əmr N111-K;) - hazırkı dövrdə - ##.##.2024-cü il tarixində işləmələyə davam edir. Işlədiyi peşə üzrə sosial sığorta (və ya iş) stajı 11 (on bir) il, 5 (bes) ay (il, ay, gün) (illər, aylar və günlər üzrə təsdiq edilmiş cədvəl əlavə olunur) təşkil edir. Işlədiyi peşənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri: 3-cü dərəcəli "kran maşinisti"nin iş xüsusiyyətləri; Anod prosesləri gedən iş zonasında (xidmət sahəsində) kranın idarə edilməsi, anod çubuqlarının, yerinin dəyişdirilməsi, yükdaşımayükqaldırma prosesinə nəzarət edilməsi; Qarmaqların çıxarılması, dəyişdirilməsi və burazların yoxlanılması, yüklərin daşınması və anod bolklarının yenidən düzülməsi, iş prosesində yüklərin qaldırılması, daşınması və endirilməsi və əsaslı təmirində iştirak; Iş zonasından yüklərin götürülməsi, krana texniki qulluq edilməsi və kranın işə salma mexanizmlərinin işçi vəziyyətdə saxlanılmasına nəzarət; Avadanlıqlarının təmiri zamanı yükləmə-boşaltma işlərinin, təmizləmə və köməkçi işlərin aparılması; Bərkidici trosların, qaldırıcı qurğuların düzgün bərkidilməsinin, əyləcin tənzimlənməsinin və təhlükəsizlik cihazlarının işləməsinin yoxlanılması; Xidmət olunan kranın işində nasazlıqların aşkar edilməsi və aradan qaldırılması, onun təmirində iştirak etmək; iş zonasında, anod prosesləri zonasında prosesin saxlanması üzrə əməliyyatların yerinə yetirilməsi; ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 7.14. Anodların və vayerbarsların alınması (yarımbəndində) və "isti iş sahələrində məşğul olan kran maşinistləri (krançılar)" peşə kodunda müəyyən edilmiş peşənin xüsusiyyətləri ilə eynidir.
52. Həmçinin qeyd olunan müəssisənin məhkəmənin sorğusuna ##.##.2025-ci il tarixli, 13-5- */*-***/**** nömrəli cavab məktubunda bildirilmişdir ki, “xxxx” MMC-nin Anod prosesləri sexində kranlarla icra olunan istehsal prosesində bütün işləri kran maşinistləri bu kranları idarə edərək yerinə yetirirlər. Lakin bəzi işçilərin peşə adları təhrif olunmuş yazılmışdır ki, bu da işçidən asılı deyildir. Işçinin faktiki işlədiyi istehsalatda peşə və vəzifə adının əmək kitabçasında təhrif olunmuş yazılması – indiki halda “kran operatoru“ yazılması - işçini güzəştli şərtlərlə pensiya hüququndan məhrum etmir.
53. Bundan əlavə, həmin müəssisənin məhkəmə kollegiyasının sorğusuna ##.##.2026-cı il tarixli, **-*-*/*-***/**** nömrəli cavab məktubu ilə müəyyən edilir ki, “xxxx” MMC-nin Anod prosesləri sexinin kran maşinisti X3 ИТ-İ ******* nömrəli əmək kitabçasındakı 17-ci sıra nömrəsi ilə yazılmış qeydə əsasən ##.##.2013-cü ildən kran operatoru vəzifəsinə keçirilmişdir. İddiaçı kran maşinisti olaraq zərərli və ağır əmək şəraiti üçün nəzərdə tutulmuş güzəştlər aşağıdakılardır: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il # #### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların peşə və vəzifələrin Siyahısı”nın əlvan metallurgiya istehsalatının, Əlvan metalların istehsalında ümumi peşələr bölməsinin III.B bəndinin 810 sıra N-si ilə Kran maşinistinə (krançıya) 6 təqvim günü əlavə məzuniyyət verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## ###### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş Işçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların “Siyahısı”nın * nömrəli əlavəsinin - “Işçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi Qaydaları”nın 1.3-cü bəndinə əsasən, işçilərə pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan məhsullar iş yerlərinin attestasiyasının nəticələrinə əsasən həmin iş yerləri zərərli və ağır və ya xüsusilə zərərli və xüsusilə ağır qiymətləndirildiyi halda ona iş vaxtı ərzində bir dəfə pulsuz müalicə-profilaktik yeməklər verilir. Həmçinin qeyd edilməlidir ki, bu “Qaydaları”n 2.9-cu bəndinə əsasən “xxxx” MMCnin işəgötürəni ilə Həmkarlar Ittifaqı Komitəsi arasında bağlanmış Kollektiv Müqavilənin VI.Əməyin mühafizəsi və əmək şəraitinin yaxşılaşdırılması bölməsinin 6.1.8-ci bəndinə əsasən “6.1.8. Cəmiyyətdə əmək şəraiti zərərli, ağır olan və təhlükəli işlərdə çalışan işçilərə pulsuz yeməklərin, süd və ona bərabər tutulan digər məhsulların verilməsini təmin etmək” nəzərdə tutulmuşdur və işçilərə müəssisənin gəliri hesabına verilir. Anod prosesləri sexinin kran maşinisti İddiaçı iş yerinin attestasiyasının nəticələrinə əsasən əmək prosesinin ağırlığı və gərginliyi, istehsalat mühitinin zərərli və təhlükəli amillərin göstəricilərinə görə, zərərin ağırlıq dərəcəsinin norma balı ilə faktiki balı arasındakı fərq nəzərə alınmaqla onun tarif (vəzifə) maaşına minimum əmək haqqının artım əmsalı tətbiq olunmuşdur. Anod prosesləri sexinin kran maşinisti İddiaçı işdə olduğu aktiv əmək fəaliyyəti zamanı yuxarıda qeyd olunan güzəştlərlə təmin olunur.
54. Göründüyü kimi, işəgötürən tərəfindən verilən arayışa əsasən, iddiaçının ##.##.2013-cü il tarixdən ##.##.2018-ci il tarixədək və ##.##.2018-ci il tarixdən ##.##.2022ci il tarixədək işlədiyi “kran operatoru” vəzifələrinin müvafiq siyahıda nəzərdə tutulmuş “isti iş sahələrində məşğul olan kran maşinistləri (krançılar)” vəzifəsinə uyğun olduğu göstərilmişdir. Lakin cavabdeh faktiki olaraq işəgötürən tərəfindən verilmiş arayışları qəbul etməmiş, iddiaçının güzəştli iş stajını mübahisələndirərək, iddiaçının işlədiyi vəzifələrin Siyahıda nəzərdə tutulan “isti iş sahələrində məşğul olan kran maşinistləri (krançılar)” vəzifəsinə uyğun olmadığını bildirmişdir.
55. Məhkəmə kollegiyası cavabdehin bu dəlili ilə razılaşmır. Belə ki, ilk öncə qeyd edilməlidir ki, cavabdeh iddiaçının işlədiyi vəzifələrin Siyahıda nəzərdə tutulan vəzifələrə uyğun olmadığı nəticəsinə gəlsə də, həmin uyğunsuzluğun nədən ibarət olmasını göstərməmişdir. Ikincisi, şəxsin gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluq (eynilik) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilir. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir.
56. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, həmin vəzifələr üzrə bilavasitə icra edilən funksional vəzifənin (işin) eyniliyi işəgötürən tərəfindən təqdim edilən sənədlərlə, arayış, vəzifə təlimatı ilə müəyyən edilir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır. Bu baxımdan da hazırki iş üzrə işəgötürən müəssisənin, yəni “xxxx” MMC-nin fəaliyyət göstərdiyi sahədə ixtisaslaşmış təşkilat olduğu nəzərə alınaraq, onun tərəfindən verilən arayış mötəbər sənəd kimi qəbul edilməlidir.
57. Həmçinin nəzərə alınmalıdır ki, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
58. Beləliklə, məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, iddiaçının işlədiyi “kran operatoru” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan yuxarıda qeyd olunan həmin bənddəki vəzifələrlə uyğundur.
59. Göründüyü kimi, iddiaçı tələb olunan yaş həddində olmaqla, eləcə də tələb olunan sosial sığorta stajına malikdir və qeyd olunan sosial sığorta stajının 12 il 6 aydan çox hissəsi iddiaçının güzəştli şərtlərlə peşələrdə olan iş stajına daxildir.
60. Odur ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.
61. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.