Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-116/2026 02.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə X4rşı iş üzrə QƏRARI Açar sözlər: xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyasının akademik tanınması Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Eldar Yaşar oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Işin halları
1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyini dövlət yanğın mühafizə xidmətinin ## ###### 2021-ci il tarixli, *******A nömrəli vəsiqəsindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Ağcabədi rayon X3 hissəsinin ** nömrəli Yanğından mühafizə bölməsinin Vdir.
2. ДИ ******* nömrəli Belarus Respublikasının Təhsil Diplomunun Azərbaycan dilinə tərcüməsindən görünür ki, İddiaçı ## ####### 2019-cu ildə Belarus Respublikasının Fövqəladə Hallar Nazirlyinin Mülki Muhafizə Universitetinin həyat fəaliyyəti mühəndisliyinə qiyabi şöbəsinə qəbul olunmuş və ## #### 2024-cü ildə bitirmişdir.
3. Belarus Respublikası tərəfindən ##.##.2024-cü il tarixdə 6071 nömrəsi ilə ДИ ******* nömrəli diplom # ####### 1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir.
4. Diploma əlavənin Azərbaycan dilinə tərcüməsindən görünür ki, təhsil forması qiyabi, təhsil illərinin rəsmi müddəti 5 (beş) il göstərilmişdir.
5. Diploma əlavə Belarus Respublikası tərəfindən ##.##.2024-cü il tarixdə 6072 nömrəsi ilə # ####### 1961-ci il tarixli X2 əsasən apostil edilmişdir.
6. Cavabdeh ##.##.2024-cü il tarixli, NA******** nömrəli qərarına əsasən ərizəçinin xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, ərizəçinin müraciətinə baxılaraq onun ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1- ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il ## ##### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci bəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.5-ci bəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur.
7. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin ##.##.2024-cü il tarixli, *-**-**/*-****/** nömrəli cavab məktubundan məlum olur ki, ##.##.1988-ci il təvəllüdlü İddiaçı ##.##.2019- cu il tarixdən ##.##.2024-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə IAMAS bazasında aşağıdakı məlumat qeydə alınmışdır: ##.##.2023 – Çıxış - Belarusiya ##.##.2023 – Giriş - Belarusiya ##.##.2024 – Çıxış - Belarusiya ##.##.2024 - Giriş - Belarusiya
8. Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyi “xxxx” Dövlət Təhsil Müəssisəsinin İddiaçı ünvanladığı ##.##.2025-ci il tarixli, **/*-**/*** nömrəli cavab məktubunda bildirilmişdir ki, "Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin xxxx" Dövlət Təhsil Müəssisəsi (bundan sonra Universitet) Belarus Respublikası Prezidentinin ## ###### 2016-cı il tarixli, *** nömrəli Fərmanı ilə üç təhsil müəssisəsinin - Komandirlik- Mühəndislik Institutunun, X5 və Təkmilləşdirmə və ixtisasartırma Institutunun bazasında yaradılmışdır. Universitet Belarus Respublikası Təhsil Nazirliyindən təhsil fəaliyyətini həyata keçirmək üçün lisenziyaya malikdir və həmçinin Belarus Respublikası Təhsil Nazirliyinin Təhsilin Keyfiyyətinə Nəzarət Departamenti tərəfindən akkreditasiya edilmişdir. xxxxnin ##.##.2019-cu il tarixli 130 л/с nömrəli əmri ilə qiyabi (distant) formada təhsil almaq üçün tam təhsil müddətinə qəbul olunmuşdur. "Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması" ixtisası üzrə “Mühafizə xidmətləri" təhsil profili, 1-94 01 01 "Fövqəladə hallardan mühafizə” istiqaməti üzrə İ ali təhsil dərəcəsi ixtisası üzrə qiyabi (distant) formada təlimin təşkili ənənəvi tədris materialının mənimsənilməsi əsasında pedaqoji tədris metodları əsasında həyata keçirilir. Qiyabi təhsil növü kimi distant təhsildən istifadəyə Belarus Respublikası Təhsil Məcəlləsinin 17-ci maddəsinin 3-cü bəndinin 2-ci hissəsinə uyğun olaraq icazə verilir (##.##.2016-cı il tarixdə dəyişiklik edilib) və müasir kommunikasiya və informasiya texnologiyalarından istifadə etməklə həyata keçirilir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının hazırlığı ##.##.2006-cı il tarixli "Belarus Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş" əsasında və Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini R F.D.Tağızadə ilə ##.##.2017-ci il tarixdə razılaşdırılmış “Əcnəbi tələbələrin (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının) distant təhsil formatında tədris prosesinin təşkili haqqında Təlimat”a uyğun olara həyata keçirilir. Qiyabi (distant) forma tədris materialının bir hissəsinin müstəqil və birbaşa müəllimlə öyrənilməsini, daha sonra imtahan və laboratoriya məşğələləri çərçivəsində cari və yekun attestasiyadan keçərkən bilik, bacarıq və bacarıqların yoxlanılmasını nəzərdə tutur. Universitetdə videokonfrans vasitəsilə tələbənin şəxsiyyətini müəyyən etmək və autentifikasiya etmək imkanı ilə müasir kommunikasiya və informasiya texnologiyalarından istifadə edilməklə tək semestrlərdə imtahan və laboratoriya məşğələləri təşkil olunub. Cüt semestrlərdə birbaşa universitetdə təşkil olunmuşdur. Imtahan-laboratoriya sessiyasının keçirilmə tarixləri: 1 kurs (##.##.2020-##.##.2020; ##.##.2020-##.##.2020), 2 kurs (##.##.2020-##.##.2020; ##.##.2021- ##.##.2021); 3 kurs (##.##.2021-##.##.2021; ##.##.2022-##.##.2022), 4 kurs (##.##.2022-##.##.2022; ##.##.2023-##.##.2023), 5 kurs (##.##.2023-##.##.2023; ##.##.2024-##.##.2024, Dövlət imtahan komissiyası (##.##.2024-##.##.2024). Belarus Respublikası Xarici Işlər Nazirliyinin saytında yerləşdirilən məlumata görə, ##.##.2020-ci il tarixinədək xüsusi karantin rejimi qüvvədə olub, ona əsasən: qonşu dövlətlərlə-Ermənistan, Gürcüstan, Iran, Rusiya, Türkiyə ilə sərhədlər bağlıdır; bütün istiqamətlərdə müntəzəm sərnişindaşıma xidməti dayandırılıb; - Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi icazəsi ilə Azərbaycan vətəndaşlarının təxliyyəsi üçün yük daşımaları, habelə çarter və xüsusi reyslər istisna olmaqla, istənilən nəqliyyat növü ilə Azərbaycana giriş/çıxış qadağandır; - xaricdən gələn Azərbaycan vətəndaşları, habelə əcnəbilər COVID-19-a testdən keçdikdən sonra 14 gün və daha çox müddətə xüsusi yaradılmış çöl zonalarında və ya ayrılmış yerlərdə daimi polis mühafizəsi və həkim nəzarəti altında, diplomatik nümayəndəliklərin əməkdaşları isə ən azı 14 gün yaşadıqları yer üzrə özünütəcridxanaya yerləşdirilir. Dövlət imtahan komissiyası təlimin və əldə edilmiş bilik, bacarıq və vərdişlərin qiymətləndirilməsinin nəticələrinə əsasən "Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması" ixtisası üzrə “Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üzrə mühəndis" ixtisası verir və Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında # #### 2011-ci il tarixli "Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında təhsil sənədlərinin qarşılıqlı tanınması haqqında saziş əsasında" müəyyən edilmiş formada tanınmalı olan diplom verir. xxxxnin ## #### 2024-cü il tarixli, **k saylı əmri ilə onlar təhsillərini başa vurduqlarına görə xaric ediliblər.
9. Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyi “xxxx” Dövlət Təhsil Müəssisəsinin arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən Informasiyakommunikasiya texnologiyalarından istifadə etməklə cari attestasiyanın keçirilməsi haqqında Əsasnaməyə, dərs cədvəlinə və tələbinin şəxsiyyətinin məcburi identifikasiyası və ya autentifikasiyasına uyğun olaraq ##.##.2022-ci il tarixdən ##.##.2022-ci ilədək onlayn formatda cari attestasiyadan keçib.
10. Fövqəladə Hallar Nazirliyi X3 Xidmətinin ##.##.2021-ci il tarixli, ****/e nömrəli əmrinə əsasən İddiaçı Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyi “xxxx”nin qiyabi şöbəsinin 3-cü kurs imtahan sessiyasında distant formada iştirak etmələri üçün 2021-ci ilin aprel ayının 11-dən 24-dək 14 təqvim günü müddətinə, ##.##.2021-ci il tarixli ****/e nömrəli əmrinə əsasən 2021-ci il oktyabr ayının 8-dən 18-dək 11 təqvim günü müddətinə, ##.##.2022-ci il tarixli ****/e nömrəli əmrə əsasən 2022-ci ilin mart ayının 14dən 28-dək 15 təqvim günü müddətinə, ##.##.2022-ci il tarixli ****/e nömrəli əmrə əsasən 2022-ci ilin sentyabr ayının 14-dən 27-dək 14 təqvim günü müddətinə, ##.##.2023-cü il tarixli ****/e nömrəli əmrinə əsasən 2023-cü ilin mart ayının 28-dən aprel ayının 10-dək 14 təqvim günü müddətinə, ##.##.2023-cü il tarixli ****/e nömrəli əmrinə əsasən 2023-cü ilin noyabr ayının 15-dən dekabr ayının 4-dək 20 təqvim günü müddətinə və ##.##.2024cü il tarixli ****/e nömrəli əmrinə əsasən 2024-cü ilin may ayının 26-dan iyun ayının 26dək 32 təqvim günü müddətinə ödənişli təhsil məzuniyyəti verilmişdir.
11. Məhkəmənin sorğusuna Fövqəladə Hallar Nazirliyi X3 Xidmətinin ##.##.2025-ci il tarixli, *-**-*/*-****/**** nömrəli cavab məktubunda bildirilmişdir ki, 2020-ci ildə pandemiya ilə əlaqədar təhsil distant formada təşkil edildiyindən həmin il üçün Ağcabədi rayon X3 hissəsinin ** nömrəli Yanğından mühafizə bölməsinin V R İddiaçı təhsil məzuniyyəti verilməmişdir.
12. Məhkəmə kollegiyasının sorğusuna xxxxnin ##.##.2026-cı il tarixli, *-**-**/*- ***/**** nömrəli cavab məktubunda bildirilmişdir ki, iddiaçı İddiaçı əldə etdiyi xarici ali təhsilə aid kvalifikasiyasının tanınması üçün elektron ərizə vasitəsilə Agentliyə müraciət etmiş, cavabdeh qurum tərəfindən aparılan inzibati icraatın nəticəsində iddiaçının onun diplom əlavəsində qeyd olunan tədris müddəti müqabilində Azərbaycan Respublikası təhsil sistemini tənzimləyən normativ hüquqi aktlara uyğun olaraq xarici ali təhsil müəssisəsindəki dərslərdə iştriak etmədiyi müəyyən olunduğu üçün ##.##.2024-cü il tarixli qərarla ona tanınma haqqında şəhadətnamələrin verilməsindən imtina edilmişdir. Araşdırma zamanı ərizəçinin sərhədkeçmə məlumatlarının yoxlanılması zamanı onun ali təhsil aldığı müəssisədə qiyabi təhsilalma forması üzrə tədris prosesində iştirak üçün xarici ölkədə olma müddəti illər üzrə aşağıdaki kimi müəyyən edilmişdir: 19-20 - İ yarımil: Getməyib + II yarımil: Getməyib (Pandemiya dövrü) 20-21 - Getməyib (Pandemiya dövrü) 21-22 - Getməyib (Pandemiya dövrü) 22-23 – 14 gün 23-24 - 1 ay 2 gün.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
13. Iddiaçı İddiaçı ##.##.2024-cü il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki Mühafizə Universitetinin ## #### 2024-cü il tarixli, ДИ ******* nömrəli diplomun (kvalifikasiya) tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Tələb onunla əsaslandırılmışdır ki, o, 1993-cü ildə yaşadığı Ağdam rayonu, Mərzili kəndi ermənilər tərəfindən işğal olunmuşdur. Hazırda o, ailə üzvləri ilə birlikdə məcburi köçkün kimi Ağdam rayonu, *** saylı Quzanlı qəsəbəsi, ev 371-də Iməskunlaşmışdır. 2009-cu ilin iyun ayında Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Ağcabədi rayon X3 hissəsində yanğın söndürmə vəzifəsində işləməyə başlamışdır. 2019-cu ilin oktyabr ayında Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyini tərəfindən ixtisas biliklərin artırılması üçün Belarus Respublikasının Fövqəladə Hallar Nazirlyinin Mülki Muhafizə Universitetinə göndərilmişdir. Həmin ərizəyə əlavə edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyini dövlət yanğın mühafizə xidmətinin ## ###### 2021-ci il tarixli, *******A nömrəli vəsiqəsindən görünür ki, o, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Ağcabədi rayon X3 hissəsinin ** nömrəli Yanğından mühafizə bölməsinin Vdir. Həmin ərizəyə əlavə edilmiş ДИ ******* nömrəli Belarus Respublikasının Təhsil Diplomundan görünür ki, ## ####### 2019-cu ildə Belarus Respublikasının Fövqəladə Hallar Nazirlyinin Mülki Muhafizə Universitetinin həyat fəaliyyəti mühəndisliyinə qiyabi şöbəsinə qəbul olunmuş və ## #### 2024-cü ildə bitirmişdir. Həmin ərizəyə əlavə edilmiş Belarus Respublikasının apostille görünür ki, ДИ ******* nömrəli Belarus Respublikasının Təhsil Diplomu notariatı tərəfindən təstiq olunmuşdur. 2024-cü ilin avqust ayında Belarus Respublikasının Təhsil Diplomunu təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Təhsildə X4 elektron qaydada müraciət etmişdir. Həmin ərizəyə əlavə edilmiş Azərbaycan Respublikasının Təhsil Nazirliyinin xxxxnin ## ######## 2024-cü il tarixli, NA******** nömrəli məktubundan görünür ki, ali təhsil bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş normativ müddətinin yarısı qədər təhsil aldıgı ərazisində olmadıgı üçün xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasına imtina olunmuşdur. Nəzərə çatdırır ki, 5 il müddətində ali təhsil bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş normativ müddətində yarısı təhsil aldığı yerdə olmamağına səbəb Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyini tərəfindən Belarus Respublikasının Fövqəladə Hallar Nazirlyinin Mülki Muhafizə Universiteti ilə razılığı ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin əmri əsasında gedib-gəlmişdir. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin xxxxnin bu imtinasının əsassız olmasını yuxarıda göstərilən sübutlarla əsasən tamamilə qanunsuz hesab edir. Ona görə də hesab edir ki, Belarus Respublikasının Fövqəladə Hallar Nazirlyinin Mülki Muhafizə Universitetinin ## #### 2024-cü il tarixli, ДИ ******* nömrəli diplomun (kvalifikasiya) tanınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulmalıdır.
15. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
16. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyinin xxxxnin verdiyi ## #### 2024-cü il tarixli DI ******* nömrəli diplom üzrə ali təhsilə dair kvalifikasiyanın akademik tanınması və müvafiq şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.
17. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı İddiaçı iddiasını müdafiə etdiyini bildirərək, iddianın təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
18. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməsi, Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyinin xxxxnin verdiyi ## #### 2024-cü il tarixli, DI ******* nömrəli diplom üzrə ali təhsilə dair kvalifikasiyanın akademik tanınması və müvafiq şəhadətnamənin verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması qərara alınmışdır.
19. Məhkəmə öz mövqeyi ilə bağlı qeyd etmişdir ki, iddiaçı təhsil aldığı müddətdə, ondan əvvəl və sonra (ixtisası üzrə) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində xidmətdə olmuş və Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin xxxxndə müvafiq çağırışlar əsasında Nazirlik tərəfindən təhsil məzuniyyətinin verilməsi haqqında əmrlərə uyğun olaraq dərslərdə iştirak etmişdir. Iddiaçı təhsilini başa vurduqdan sonra Fövqəladə Hallar Nazirliyində xidmətini davam edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı həqiqətən də Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin xxxx” Dövlət Təhsil Müəssisəsində ## #### 2022-ci ildən ## #### 2022-ci ilə qədər dərs (məşğələ) cədvəllərindən və tələbinin şəxsiyyətinin məcburi identifikasiyasından və ya autentifikasiyasından, informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə cari attestasiyanın aparılması haqqında müddəaya (əsasnaməyə) uyğun olaraq onlayn formatda cari attestasiyadan keçmişdir. Odur ki, iddiaçının təhsil aldığı ölkədə olduğu müddətdə tədris yükünü yerinə yetirə bilməməsinə münasibətdə məhkəmə qeyd edir ki, qeyd edilən müddətin müəyyən edilmiş tədris yükünün mənimsənilməsini yetərsiz hesab etməyə məhkəmə əsas görmür. Belə ki, iddiaçı təhsil almasına dair təhsil aldığı ölkənin müvafiq qurumu tərəfindən apostil olunmuş təhsilə dair sənədi, diplomu və diploma əlavəni təqdim etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
20. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aşağıda qeyd olunanlara əsasən, hesab edilir ki, qərar maddi və prosessual cəhətdən əsassız olduğundan apellasiya instansiyası tərəfindən ləğv edilməlidir. Iddiaçı İddiaçı əldə etdiyi xarici ali təhsilə aid kvalifikasiyasının tanınması üçün elektron ərizə vasitəsilə Agentliyə müraciət etmiş, cavabdeh qurum tərəfindən aparılan inzibati icraatın nəticəsində iddiaçının onun diplom əlavəsində qeyd olunan tədris müddəti müqabilində Azərbaycan Respublikası təhsil sistemini tənzimləyən normativ hüquqi aktlara uyğun olaraq xarici ali təhsil müəssisəsindəki dərslərdə iştriak etmədiyi müəyyən olunduğu üçün ##.##.2024-cü il tarixli qərarla ona tanınma haqqında şəhadətnamələrin verilməsindən imtina edilmişdir. Araşdırma zamanı ərizəçinin sərhədkeçmə məlumatlarının yoxlanılması zamanı onun ali təhsil aldığı müəssisədə qiyabi təhsilalma forması üzrə tədris prosesində iştirak üçün xarici ölkədə olma müddəti illər üzrə aşağıdaki kimi müəyyən edilmişdir: 19-20 - İ yarımil: Getməyib + II yarımil: Getməyib (Pandemiya dövrü) 20-21 - Getməyib (Pandemiya dövrü) 21-22 - Getməyib (Pandemiya dövrü) 22-23 – 14 gün 23-24 - 1 ay 2 gün. Iddiaçının cavabdehə icraat zamanı təqdim etdiyi ДИ № ******* nömrəli, ##.##.2024 -cü il tarixli diplomun əlavəsində onun təhsil müddətinin 5 il olması (240 ECTS kredit) və iddiaçının təhsil formasının qiyabi təhsilalma formasında olması müəyyən edilir. Qeyd edək ki, iddiaçı ilə eyni ildə Azərbaycan Respublikasındakı ali təhsil müəssisələrindən birində eyni fakültəyə daxil olmuş tələbə məzun olmaq üçün qiyabi təhsilalma formasında pandemiya olmayan illər üzrə ən az 6 həftə ərzində sessiyalarda iştirak etməli idi və əgər bir tədris ili üçün belə bu şərt ödənilmədikdə həmin şəxs imtahanlara buraxılmaqdan məhrum ediləcəkdi. Məhkəmə qərarının 8-ci səhifəsinin əsaslandırma hissəsində iddiaçının təhsil müddətinin 5 il olmaqla distant formada 2015-2020-ci illəri əhatə etdiyini, təhsil aldığı müddətdə, ondan əvvəl və sonra (ixtisası üzrə) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində xidmətdə olduğunu və Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin xxxxndə müvafiq çağırışlar əsasında Nazirlik tərəfindən təhsil məzuniyyətinin verilməsi haqqında əmrlərə uyğun olaraq dərslərdə iştirak etdiyini bildirmişdir. Qeyd edilən hal ilə bağlı Apellyasiya məhkəməsinin diqqətinə çatdırılır ki, iddiaçının diplom əlavəsinə əsasən onun təhsilini formasının qiyabi olması müəyyən edilir. 1-ci instansiya məhkəməsi isə bu faktı nəzərə almamışdır. Məhkəmə qərarının 8ci səhifəsinin əsaslandırma hissəsində, iddiaçının həqiqətən də Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin xxxx” Dövlət Təhsil Müəssisəsində ## #### 2022-ci ildən ## #### 2022-ci ilə qədər dərs (məşğələ) cədvəllərindən və tələbinin şəxsiyyətinin məcburi identifikasiyasından və ya autentifikasiyasından, informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə cari attestasiyanın aparılması haqqında müddəaya (əsasnaməyə) uyğun olaraq onlayn formatda cari attestasiyadan keçdiyini bildirmişdir. 1-ci instansiya məhkəməsinin qərarında qeyd etdikləri hallara dair məhkəmənin nəzərinə çatdırılır ki, inzibati orqan (Agentlik) iddiaçı ilə bağlı inzibat icraat aparan zaman iddiaçının sərhədkeçmə məlumatları yoxlanılmış və pandemiya ilə bağlı olaraq həmin illər üzrə güzəşt olunmuşdur, lakin 1-ci instansiya məhkəməsi inzibati orqanın qeyd edilən halı nəzərə alması mövqeyini dəyərləndirmədən və iddiaçının təhsil aldığı 4-cü il üzrə tədris aldığı ölkədə olması müddətinin tədris prosesində real iştirakın əhəmiyyətli dərəcədə az və formal xarakterli olması halını nəzərə almadan yekun qərara gəlmişdir. Bu mövqe Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi ilə də təsdiqlənir. Belə ki, Ali Məhkəmənin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli Qərarının 23-cü bəndində göstərilir ki: "Qanunvericiliyin istinad olunan normalarının tələblərinə görə ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə qiyabi formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsinə dair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə faktiki olunan müddət sözügedən tədrisyükünün yerinə yetirilməsinin qiymətləndirilməsi baxımından nəzərə alına bilər". Oxşar işlər üzrə Ali Məhkəmənin Inzibati Kollegiyası ##.##.2023-cü il tarixli, 2- *(***)- ****/**** nömrəli Qərarının 23-cü bəndində qeyd edir ki, "Qanunvericiliyin istinad olunan normalarının tələblərinə görə ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə qiyabi formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsinə dair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə faktiki olunan müddət sözügedən tədris yükünün yerinə yetirilməsinin qiymətləndirilməsi baxımından nəzərə alına bilər". Məhkəmə qərarının 9-cu səhifəsinin əsaslandırma hissəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış məktuba əsaslanaraq iddiaçının Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin xxxxndə təhsil alması faktının təsdiq edildiyini və bu müddət ərzində ona “təhsil məzuniyyətləri verildiyi qənaətinə gəlmişdir. Bu baxımdan, iş materiallarında olan ##.##.2021-ci il tarixli ****/e nömrəli, ##.##.2021-ci il tarixli ****/e nömrəli, ##.##.2022-ci il tarixli ****/e nömrəli, ##.##.2022-ci il tarixli ****/e nömrəli, ##.##.2023-cü il tarixli ****/e nömrəli, ##.##.2023-cü il tarixli ****/e nömrəli və ##.##.2024-cü il tarixli ****/e nömrəli əmrlərlə iddiaçıya müxtəlif müddətlərdə təhsil məzuniyyətlərinin verilməsi məhkəmə tərəfindən iddiaçının təhsil prosesində iştirak etdiyini göstərən hal kimi qiymətləndirilmişdir. Qeyd edilən hal ilə bağlı iddiaçı İddiaçı işlədiyi orqandan verilən təhsil məzuniyyətlərinin müddətləri və iddiaçın təhsil aldığı ölkədə olma müddətləri məhkəmə kollegiyasının diqqətinə təqdim olunur: Belə ki, təhsil məzuniyyətlərinin müddəti ##.##.2021-ci il tarixli əmrlə 14 təqvim günü, ##.##.2021-ci il tarixli əmrlə 11 təqvim günü, ##.##.2022-ci il tarixli əmrlə 15 təqvim günü, ##.##.2022-ci il tarixli əmrlə 14 təqvim günü, ##.##.2023-cü il tarixli əmrlə 14 təqvim günü, ##.##.2023-cü il tarixli əmrlə 20 təqvim günü və ##.##.2024-cü il tarixli əmrlə 32 təqvim günü olsa da, 2020-2021-ci il və 2021-2022-ci il üzrə təhsil aldığı ölkəyə getməyib, 2022- 2023-cü il il üzrə 14 gün və 2023-2024-cü il il üzrə 1 ay 2 gün təhsil aldığı ölkədə olmuşdur. Yuxarıda göstərilən məlumatlardan aydın olur ki, iddiaçıya müvafiq tədris illəri üzrə rəsmi təhsil məzuniyyətləri verilsə də, onun təhsil aldığı ölkədə faktiki olma müddətləri ilə məzuniyyət günləri arasında ciddi uyğunsuzluqlar mövcuddur. Xüsusilə, 2022–2023-cü tədris ili üzrə iddiaçıya 28 təqvim günü müddətində təhsil məzuniyyəti verildiyi halda, onun təhsil aldığı ölkədə faktiki iştirakı cəmi 14 təqvim günü təşkil etmişdir. Iddiaçı geri qalan müddət ərzində tədris prosesində iştirak etməməsinin səbəbləri barədə heç bir əsaslandırıcı sənəd təqdim etməmişdir. Bu isə onun tədris yükünü normativ tələblərə uyğun yerinə yetirmədiyini sübut edir. Lakin birinci instansiya məhkəməsi bu ziddiyyətli faktı araşdırmamış, iddiaçının təhsil aldığı ölkədə faktiki iştirak etməməsinə hüquqi qiymət verməmiş və nəticədə işin hallarına uyğun olmayan, hüquqi baxımdan əsaslandırılmamış qənaətə gəlmişdir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ##.##.2009-cu il tarixli, *** nömrəli Fərmanına dəyişikliklər edilməsini nəzərdə tutan ## #### 2023-cü il tarixli, **** nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Qanunun 29.0.21-ci maddəsində (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Prezidenti həyata keçirir, buna müvafiq olaraq da, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli, **** nömrəli Fərmanı ilə bu sahədə müvafiq Qaydalar təsdiq edilmişdir. Cavabdeh də məhz bu Qaydalar əsasında inzibati icraat aparmışdır. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 1.4-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin digər fərman və sərəncamları, bu Qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Beləliklə, Qaydalarda qeyd olunmuş bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddəti Azərbaycan Respublikası təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında həyata keçirilir. Qaydaların 4.1.4-cü yarımbəndinə əsasən tanınmaya dair tələblərdən biri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il ## #### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmasıdır (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olmasıdır). Bu Qaydaların 4.1.5-ci yarımbəndinə əsasən digər tələblərdən biri Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin 0(tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunmasıdır). Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2010-cu il tarixli, *** nömrəli qərarı ilə təsdiqlənmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili)təhsilinin məzmunu və təşkili Qaydaları”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2010-cu il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”na əsasən bakalavr təhsili üzrə qiyabi təhsilalma formasında tələbələrin auditoriya dərslərinin həcmi hər tədris ili üzrə 180-240 saat müəyyən olunmuşdur ki, bu da həmin dövrdə tələbənin hər il üzrə minimum 6-8 həftə xarici ali təhsil aldığı ölkədə olaraq həmin auditoriya dərslərinə qatılmasını zəruri edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il ## #### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.8-ci bəndində qiyabi təhsilalma forması üzrə tədris ilinin 32, hər semestrin isə 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarət olması və hər semestrə 24 kreditin müəyyənləşdirilməsi təsbit edilmişdir. Belə olan halda iddiaçının tədris yükünü dövlət standartları çərçivəsində yerinə yetirməsi mümkünlüyü istisna edilir. İddiaçı distant təhsil ilə bağlı iddialarına əsasən bildiririk ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində təhsilalma formaları müəyyən olunmuşdur: 1. əyani; 2. qiyabi; 3. distant (məsafədən); 4. sərbəst (eksternat); Sözügedən Qanunda bizə məlum olur ki, təhsilalma formaları bir-birilərindən fərqlənir. Təhsilalma formaları arasında uyğunsuzluğun olması təhsil sahəsində ixtisasın tanınması barədə mənfi rəyin verilməsi üçün əsaslardan biridir. Bununla bağlı Ali Məhkəmənin bir sıra qərarları mövcuddur (Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2022-ci il tarixli 2-1(102)- ***/**** nömrəli qərarı, ##.##.2023cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı, ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı). Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarının 35-ci bəndində qeyd olunmuşdur ki: “Məhkəmə Kollegiyası “iddiaçının təhsil aldığı ölkədə olduğu müddətlər tədris normativinin yerinə yetirilməsi baxımından yetərli sayıla bilməz. Belə olan halda, məhkəmə araşdırması zamanı iddia tələbinin əsası kimi istinad edilən hallar öz təsdiqini tapmadığından, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən iddiaçı iddia tələbində haqlı deyildir.” Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarının 25-ci bəndində qeyd olunmuşdur ki: “Qanunvericiliyin istinad olunan normalarının tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə qiyabi formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə faktiki olunan müddətləri hər bir halın fərdi xüsusiyyətləri də göz önündə tutulmaqla sözügedən tədris yükünün və yerinə yetirilməsi qaydasının qiymətləndirilməsi baxımından nəzərə alına bilər". Məhkəmə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 73.3.1-ci və 73.3.2-ci maddələrinin tələblərini pozaraq cavabdehin diskresion səlahiyyətini həyata keçirməsini, iddiaçının təhsil aldığı ölkə ərazisində qısa müddət ərzində olmasını təsdiq edən ekspert rəylərini nəzərə almadan öz mülahizəsi əsasında qərar qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
22. Iddiaçı İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, şikayətin əsası kimi təhsil müddətinin müəyyən illərində Belarusiya dövlətinə getməməyi əsas götürülmüşdür. Qeyd edir ki həmin illərdə pandemiya dövrünə düşdüyü üçün dərslər online şəkildə aparılıb. Lakin cavabdeh orqan bu halları görməzdən gələrək onun diplomunu tanımaq istəmir. Məhkəmə tərəfindən pozulmuş hüququna düzgün qiymət verilərək iddia tələbi əsaslı olaraq təmin edilmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, onunla eyni dövrdə təhsil alan tələbə yoldaşları eyni qayda da məhkəməyə müraciət etmiş onlarında iddia tələbi təmin edilmiş və cavabdeh orqan tərəfindən apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-***/**** saylı, Sumqayıt Apellyasiya Məhkəməsinə *-l(***)-***/**** saylı məhkəmə işində qərarına əsasən şikayətləri təmin edilməmişdir. Hətta tələbə yoldaşlarının bəzilərinin işi Azərbaycan Respublikası Ali Məhkəməsində də baxılmış iddiaları təmin edilərək qərarlar qüvvədə qalmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq cavabdeh Cavabdeh X1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Gəncə Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahat verərək cavabdehin şikayətinin təmin edilməməsini və Gəncə Inzibati Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
24. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
25. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). Maddə 13.2. Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilalma formaları çərçivəsində evdə təhsil, fərdi təhsil və stasionar təhsil təşkil oluna bilər. Maddə 13.3. Zəruri hallarda, müasir təhsil texnologiyalarından istifadə etməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada digər təhsilalma formaları da tətbiq edilə bilər. Maddə 27. Təhsil haqqında dövlət sənədi 27.1. Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş Informasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.
26. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “xxxxnin Nizamnaməsi”: 1.1. xxxx (bundan sonra– Agentlik) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması, habelə peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən təhsil haqqında dövlət sənədinin verilməsi sahəsində (bundan sonramüvafiq sahədə) fəaliyyət göstərən X1dir. 2.2.2. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir. 3.1.4. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə bağlı ekspertizanı təşkil etmək Agentliyin vəzifəsidir. 3.1.8. bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyinin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək Agentliyin vəzifəsidir.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il ## #### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”: Bənd 1.6. Bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsil alanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir Bənd 2.3. Bakalavr təhsilinin məzmunu tədris prosesinin planlaşdırılmasını, onun həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris mərhələlərinin (semestrlərin) müddətini, tədris növlərini (mühazirə, məşğələ, laboratoriya və s.), ayrı-ayrı fənlərin həcmini və ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələbləri əhatə edir. Bənd 4.1. “Bakalavr” dərəcəsi almış məzunlar: - təhsil aldıqları ixtisas üzrə təhsil proqramı əsasında qazanılmış bilik və bacarıqlarını əmək fəaliyyətinin müxtəlif sahələrində tətbiq etməyi bacarmalı; - humanitar və ixtisasın peşə hazırlığı sahəsində əsas bilikləri mənimsəməli, onlardan peşə və sosial fəaliyyətin müxtəlif sahələrində istifadə etməyi, sosial əhəmiyyətli məsələləri və prosesləri araşdırmağı bacarmalı; - təhsil proqramına uyğun tədris olunan fənlər üzrə müvafiq hazırlığa malik olmalı, qazanılmış nəzəri bilikləri təcrübədə tətbiq etməyi bacarmalı; - əmək fəaliyyətində ixtisasa dair məsələləri həll etmək bacarığına malik olmalı; peşə fəaliyyətində qarşıya çıxan məsələləri optimal həlletmə qabiliyyətinə malik olmalı; - əmək fəaliyyətində informasiya və kommunikasiya texnologiyalarından istifadə etməyi bacarmalıdırlar.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il ## ##### tarixli, ** nömrəliqərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”: Bənd 5.5. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. Bənd 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: 8.7.1. Ali təhsil müəssisəsi tələbələrinin həftəlik maksimal tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadankənar məşğələlər nəzərə alınmaqla).Həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 saata bərabərdir. 8.7.2. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir.Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur. 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il ## ### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici övlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasıya) Qaydaları”; (qeyd edilən qərar ##.##.2023 tarixdə ləğv edilmişdir). Bənd 1.1. Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il # #### tarixli, *** nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Bənd 1.2. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Bənd 1.3. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir; Bənd 1.6. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Bənd 2.3. Ali təhsil sahəsində ixtisasların tanınması üçün aşağıdakıların olması zəruridir: 1. ali təhsil haqqında sənədin onun verildiyi ölkədə tanınması; 2. təhsil sahəsində ixtisasların tanınmasının Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulması. Bənd 3.2. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). Bənd 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Bənd 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.
30. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”: Bənd 1.1. 1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü və 29.0.21-ci maddələrinə əsasən hazırlanmışdır və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması (bundan sonra – tanınma) qaydalarını müəyyən edir. Bənd. 1.2. Tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində xxxx (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir. Bənd. 1.5. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.5.5. kvalifikasiyanın akademik tanınması (bundan sonra – akademik tanınma) – xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycan Respublikasında təhsilin növbəti pilləsində (səviyyəsində) təhsilini davam etdirmək hüququnun verilməsi;... Bənd. 3.8. Tanınma ilə bağlı Agentlik aşağıdakı qərarlardan birini qəbul edir: 3.8.1. ali təhsilə aid kvalifikasiyanın akademik və peşə tanınması; 3.8.2. ali təhsilə aid kvalifikasiyanın akademik tanınması (tam, qismən, şərti və ya alternativ tanınması); 3.8.3. ali təhsilə aid kvalifikasiyanın peşə tanınması; 3.8.4. ali təhsilə aid kvalifikasiyanın tanınmasından imtina edilməsi. Bənd.3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 3.10.2. ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; 3.10.3. peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda. Bənd 4.1. Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömür boyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra– Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdətədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). Bənd 4.2. Ali təhsil üzrə kvalifikasiyaların akademik və peşə tanınması zamanı aşağıdakı meyarlar əsasında əhəmiyyətli fərqin mövcud olub-olmaması müəyyənləşdirilir: 4.2.1. kvalifikasiyanın aid olduğu təhsil səviyyəsi; 4.2.2. əldə olunmuş təlimin (tamamlanmış kreditlərin) həcmi; 4.2.3. yekun attestasiyanın nəticəsi və ya ümumi orta müvəffəqiyyət göstəricisi; 4.2.4. kvalifikasiyanın istiqaməti (profili); 4.2.5. təlimin nəticələri. Bənd 4.3. Tədris müddətində tədris planında göstərilən fənlər üzrə yaranmış akademik borcların növbəti tədris ilində aradan qaldırılması və tədris proqramının tərkib hissəsi olaraq xarici ölkədə tədqiqat aparmaq və ya təcrübə keçmək faktı aidiyyəti təhsil müəssisəsinə göndərilən sorğu əsasında əldə olunmuş müvafiq arayışla təsdiq olunduğu halda, qiymətləndirmə zamanı nəzərə alınır. Bənd 5. Akademik tanınma 5.1. Akademik tanınma ərizəçiyə Azərbaycan Respublikasında ali təhsil pilləsində təhsilini davam etdirmək hüququnun verilməsi məqsədilə aparılır. 5.2. Akademik tanınma üzrə ümumi tələblər nəzərə alınmaqla, kvalifikasiyanın Milli Kvalifikasiyalar Çərçivəsinə uyğunluğu aşağıdakı qaydada müəyyən edilir: 5.2.1. müvafiq kvalifikasiya üzrə təlimin nəticələrinin Azərbaycan Respublikasındakı uyğun kvalifikasiyalar (təhsil proqramları) üzrə nəzərdə tutulmuş təlimin nəticələrinə uyğunluğu; 5.2.2. kvalifikasiyaların Milli Kvalifikasiyalar Çərçivəsindəki səviyyə deskriptorları ilə uyğunluğu. 5.3. Akademik tanınma nəticəsində kvalifikasiya Milli Kvalifikasiyalar Çərçivəsi üzrə 4-cü və 5-ci səviyyələrə uyğun olarsa, həmin ərizəçiyə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində (əsas (baza ali) tibb təhsilinə) təhsilini davam etdirmək hüququ verilir. 5.4. Akademik tanınma nəticəsində kvalifikasiya Milli Kvalifikasiyalar Çərçivəsi üzrə 6-cı və 7-ci səviyyələrə uyğun olarsa, həmin ərizəçiyə Azərbaycan Respublikasında ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək hüququ verilir. 5.5. Akademik tanınma zamanı ərizəçinin təhsil müddətində əldə etdiyi kreditlərin ümumi sayının AKTTS üzrə təhsilin orta ixtisas təhsil pilləsi, bakalavriat (əsas (baza ali tibb təhsili) və magistratura səviyyələri üçün müəyyənləşdirilmiş minimal kredit sayına uyğunluğu müəyyən edilir. 5.6. Kvalifikasiyanın istiqamətinin (profilinin) qiymətləndirilməsi təlimin istiqamətinin (nəzəri və ya praktiki olmasının) və ixtisas xüsusiyyətlərinin kvalifikasiyanın istiqamətinə (profilinə) uyğunluğunun müəyyən edilməsini nəzərdə tutur və tanınma zamanı ərizəçiyə təhsilini növbəti səviyyədə davam etdirmək hüququ verən ixtisas istiqamətlərinə təsir edir. Kvalifikasiyanın istiqaməti (profili) Agentlik tərəfindən təsdiq edilir. 5.7. Ərizəçinin akademik tanınma üçün müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiyanın təlim nəticələri arasında əhəmiyyətli fərq aşkar olunmadıqda və bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan tələblər ödənildikdə, ərizəçinin kvalifikasiyası tam tanınır və tanınma şəhadətnaməsində ərizəçiyə növbəti təhsil pilləsində (səviyyəsində) təhsilini davam etdirmək hüququ verilir. 5.8. Ərizəçinin tanınma üçün müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda, qismən, şərti və alternativ tanınma barədə qərar qəbul oluna bilər. 5.9. Xaricdə natamam ali təhsil alanlar təhsilinin qalan hissəsini Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində davam etdirmək üçün ilkin olaraq kvalifikasiyalarının qismən tanınması üçün müraciət etməlidirlər. Ərizəçinin kvalifikasiyası qismən tanındıqda, o, Azərbaycan Respublikasının ali təhsil müəssisələrindən birinə köçürülmək üçün müraciət etmək hüququnu əldə edir. 5.10. AKTTS üzrə ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələri üçün müəyyən edilmiş minimal kredit sayından az toplayan ərizəçinin kvalifikasiyası şərti tanınır və həmin ərizəçiyə ixtisaslarına uyğun Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində mühazirələrdə (praktik məşğələlərdə) iştirak etməklə əhəmiyyətli fərqi aradan qaldırmaq hüququ verilir. Ərizəçi kvalifikasiyanın tanınmayan hissəsi üzrə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində qiymətləndirmədə (sınaq imtahanında iştirak etməklə və ya eksternat qaydada imtahan verməklə) müvəffəqiyyət əldə etdikdən sonra əvvəlki müraciətinin yenilənməsi barədə müraciət edir və müraciətinə xidmət haqqı ödənilmədən yalnız əvvəl kvalifikasiyanın tanınmayan hissəsinin sonrakı mərhələdə əldə edilməsi üçün müvafiq sənədləri əlavə edir və onun kvalifikasiyası akademik tanınır. 5.11. Xarici dövlətin ali təhsilə aid kvalifikasiyası Azərbaycan Respublikasında mövcud olmadıqda, kvalifikasiyanın xarici dövlətdə aid olduğu təhsil pilləsindən (səviyyəsindən) daha aşağı pillə (səviyyə) üzrə və ya eyni pillə (səviyyə) üzrə, lakin fərqli kvalifikasiyaya uyğun olaraq alternativ tanınması həyata keçirilir və ərizəçiyə təhsilini növbəti pillədə (səviyyədə) davam etdirmək hüququ verilir.
31. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. Inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
Iddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
32. IPM-in 2.2.3. Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
33. IPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
34. IPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
35. IPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
36. IPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
37. IPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
38. IPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
39. IPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
40. IPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
41. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
42. Baxılan mübahisə Azərbaycan Respublikası IPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə IPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.
43. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
45. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
46. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
47. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
48. Hazırkı mübahisə mahiyyət etibarı ilə iddiaçının xarici ölkədə müvafiq ixtisas üzrə aldığı ali təhsilə dair kvalifikasiyanın akademik tanınmasından ibarət olmuşdur. Işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmamasını əsas gətirərək, müraciətinin təmin edilməsindən imtina etmişdir.
49. Işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı 2009-cu ildən Fövqəladə Hallar Nazirliyi orqanlarında işləyir, hazırda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Ağcabədi rayon X3 hissəsinin ** nömrəli Yanğından mühafizə bölməsinin Vdir.
50. Iddiaçı 2019-cu ildə Belarusiya Respublikası FHN-nin xxxxnə qəbul olunmuş, 2024-cü ildə həmin Universitetin “Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması” ixtisası üzrə tam kursu bitirmiş, Ali təhsil haqqında ДИ ******* nömrəli, ## #### 2024-cü il tarixdə diplom verilmişdir. Diplomun məzmununda qeyd edilmişdir ki, Dövlət Imtahan Komissiyasının *** saylı, ## #### 2024-cü il tarixli protokolu ilə ona “Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması” üzrə mühəndis ixtisas dərəcəsi verilmiş, hazırki diplom əldə edilmiş ixtisas və peşəyə uyğun olaraq müstəqil fəaliyyət göstərmək imkanı verir. Iş materiallarında olan sözügedən Universitet tərəfindən verilmiş arayışın məzmunundan görünür ki, iddiaçı ##.##.2022-##.##.2022-ci ilə qədər dərs (məşğələ) cədvəllərindən və tələbənin şəxsiyyətinin məcburi identifikasiyasından və ya autentifikasiyasından, informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə cari attestasiyanın aparılması haqqında müddəaya (əsasnaməyə) uyğun olaraq onlayn formatda cari attestasiyadan keçmişdir.
51. Işin müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X3 Xidmətinin ##.##.2021-ci il tarixli ****/* nömrəli, ##.##.2021-ci il tarixli ****/e nömrəli, ##.##.2022-ci il tarixli ****/e nömrəli, ##.##.2022-ci il tarixli ****/e nömrəli, ##.##.2023-cü il tarixli ****/e nömrəli, ## ###### 2023-cü il tarixli ****/e nömrəli və ##.##.2024-cü il tarixli ****/e nömrəli əmrləri ilə iddiaçıya müvafiq olaraq Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin xxxxnin qiyabi şöbəsinin 2-ci kurs imtahan sessiyasında iştirak etmək üçün ##.##.2021-ci il tarixdən ##.##.2021-ci il tarixədək 14 təqvim günü, 3-cü kurs imtahan sessiyasında distant formada iştirak etmək üçün ##.##.2021-ci il tarixdən ##.##.2021-ci il tarixədək 11 təqvim günü, ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək 15 təqvim günü, 4-cü kurs imtahan sessiyasında distant formada iştirak etmək üçün ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək 14 təqvim günü, 4-cü kurs imtahan sessiyasında iştirak etmək üçün ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək 14 təqvim günü, 5-ci kurs imtahan sessiyasında iştirak etmək üçün ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək 20 təqvim günü və 5-ci kurs imtahan sessiyasında və dövlət imtahanında iştirak etmək üçün ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək 32 təqvim günü ödənişli təhsil məzuniyyəti verilmişdir.
52. Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyi “xxxx” Dövlət Təhsil Müəssisəsinin iddiaçıya ünvanladığı ##.##.2025-ci il tarixli, **/*-**/*** nömrəli cavab məktubunda bildirilmişdir ki, "Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin xxxx" Dövlət Təhsil Müəssisəsi Belarus Respublikası Prezidentinin müvafiq Fərmanı ilə üç təhsil müəssisəsinin - Komandirlik-Mühəndislik Institutunun, X5 və Təkmilləşdirmə və ixtisasartırma Institutunun bazasında yaradılmışdır. Universitet Belarus Respublikası Təhsil Nazirliyindən təhsil fəaliyyətini həyata keçirmək üçün lisenziyaya malikdir və həmçinin Belarus Respublikası Təhsil Nazirliyinin Təhsilin Keyfiyyətinə Nəzarət Departamenti tərəfindən akkreditasiya edilmişdir. xxxxnin ##.##.2019-cu il tarixli 130 л/с nömrəli əmri ilə qiyabi (distant) formada təhsil almaq üçün tam təhsil müddətinə qəbul olunmuşdur. "Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması" ixtisası üzrə “Mühafizə xidmətləri" təhsil profili, 1-94 01 01 "Fövqəladə hallardan mühafizə” istiqaməti üzrə İ ali təhsil dərəcəsi ixtisası üzrə qiyabi (distant) formada təlimin təşkili ənənəvi tədris materialının mənimsənilməsi əsasında pedaqoji tədris metodları əsasında həyata keçirilir. Qiyabi təhsil növü kimi distant təhsildən istifadəyə Belarus Respublikası Təhsil Məcəlləsinin 17-ci maddəsinin 3-cü bəndinin 2-ci hissəsinə uyğun olaraq icazə verilir (##.##.2016-cı il tarixdə dəyişiklik edilib) və müasir kommunikasiya və informasiya texnologiyalarından istifadə etməklə həyata keçirilir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının hazırlığı ##.##.2006-cı il tarixli "Belarus Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş" əsasında və Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini R F.D.Tağızadə ilə ##.##.2017-ci il tarixdə razılaşdırılmış “Əcnəbi tələbələrin (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının) distant təhsil formatında tədris prosesinin təşkili haqqında Təlimat”a uyğun olara həyata keçirilir. Qiyabi (distant) forma tədris materialının bir hissəsinin müstəqil və birbaşa müəllimlə öyrənilməsini, daha sonra imtahan və laboratoriya məşğələləri çərçivəsində cari və yekun attestasiyadan keçərkən bilik, bacarıq və bacarıqların yoxlanılmasını nəzərdə tutur. Universitetdə videokonfrans vasitəsilə tələbənin şəxsiyyətini müəyyən etmək və autentifikasiya etmək imkanı ilə müasir kommunikasiya və informasiya texnologiyalarından istifadə edilməklə tək semestrlərdə imtahan və laboratoriya məşğələləri təşkil olunub. Cüt semestrlərdə birbaşa universitetdə təşkil olunmuşdur. Imtahan-laboratoriya sessiyasının keçirilmə tarixləri: 1 kurs (##.##.2020-##.##.2020; ##.##.2020-##.##.2020), 2 kurs (##.##.2020- ##.##.2020; ##.##.2021- ##.##.2021); 3 kurs (##.##.2021-##.##.2021; ##.##.2022- ##.##.2022), 4 kurs (##.##.2022-##.##.2022; ##.##.2023-##.##.2023), 5 kurs (##.##.2023- ##.##.2023; ##.##.2024-##.##.2024, Dövlət imtahan komissiyası (##.##.2024-##.##.2024). Belarus Respublikası Xarici Işlər Nazirliyinin saytında yerləşdirilən məlumata görə, ##.##.2020-ci il tarixinədək xüsusi karantin rejimi qüvvədə olub, ona əsasən: qonşu dövlətlərlə-Ermənistan, Gürcüstan, Iran, Rusiya, Türkiyə ilə sərhədlər bağlıdır; bütün istiqamətlərdə müntəzəm sərnişindaşıma xidməti dayandırılıb; - Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi icazəsi ilə Azərbaycan vətəndaşlarının təxliyyəsi üçün yük daşımaları, habelə çarter və xüsusi reyslər istisna olmaqla, istənilən nəqliyyat növü ilə Azərbaycana giriş/çıxış qadağandır; - xaricdən gələn Azərbaycan vətəndaşları, habelə əcnəbilər COVID-19-a testdən keçdikdən sonra 14 gün və daha çox müddətə xüsusi yaradılmış çöl zonalarında və ya ayrılmış yerlərdə daimi polis mühafizəsi və həkim nəzarəti altında, diplomatik nümayəndəliklərin əməkdaşları isə ən azı 14 gün yaşadıqları yer üzrə özünütəcridxanaya yerləşdirilir. Dövlət imtahan komissiyası təlimin və əldə edilmiş bilik, bacarıq və vərdişlərin qiymətləndirilməsinin nəticələrinə əsasən "Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması" ixtisası üzrə “Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üzrə mühəndis" ixtisası verir və Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında # #### 2011-ci il tarixli "Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında təhsil sənədlərinin qarşılıqlı tanınması haqqında saziş əsasında" müəyyən edilmiş formada tanınmalı olan diplom verir. xxxxnin ## #### 2024-cü il tarixli, **k saylı əmri ilə onlar təhsillərini başa vurduqlarına görə xaric ediliblər.
53. Iş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş ##.##.2020-ci il tarixli məktubun məzmunundan görünür ki, xxxxndən ##.##.2020-ci ildə daxil olmuş **/*-**/*** nömrəli məktubu nəzərə alınaraq adları qeyd edilmiş əməkdaşların təhsil sesiyasını məsafədən keçirilmə müddətləri haqqında təcili məluatlandırılmasının təmin edilməsi qeyd edilmişdir.
54. Kollegiya qeyd edir ki, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun 16.1-ci bəndinə əsasən fövqəladə hallar orqanlarını ixtisaslı kadrlarla təmin etmək, əməkdaşların nəzəri və peşə hazırlığını artırmaq məqsədi ilə fövqəladə hallar orqanlarının təhsil müəssisələrindən, ixtisasartırma kurslarından, məşğələlərdən, seminarlardan, konfranslardan, xarici dövlətlərin və beynəlxalq təşkilatların müvafiq tədris sistemindən və digər tədbirlərdən istifadə olunur.
55. Azərbaycan Respublikası Prezidentinin # ###### 2007-ci il tarixli **** nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlıq haqqında” Sazişə görə:- -Tərəflər milli qanunvericiliyə uyğun olaraq və Tərəflərin səlahiyyətləri çərçivəsində aşağıdakı istiqamətlərdə əməkdaşlıq edəcəklər: - informasiya, dövri mətbuat, metodiki və elmi-texniki ədəbiyyat, elmi tədqiqat işlərinin nəticələri, video, foto və digər materialların mübadiləsi; - birgə işçi müşavirələrinin, seminarların, konfransların, tədris kurslarının, məşqlərin, təlimlərin, elmi tədqiqat layihələrinin, idman və digər tədbirlərin planlaşdırılması, işlənməsi və həyata keçirilməsi; - Tərəflərin tədris müəssisələrində mütəxəssislərin hazırlığının təşkil edilməsi, təcrübə keçənlərin, müəllimlərin, alimlərin, mütəxəssislərin və digər əməkdaşların mübadiləsi; - Tərəflərin fəaliyyətinə aid olan gənclər, könüllülər, idman və digər ictimai hərəkatlar sahəsində əməkdaşlığın inkişafı; - Tərəflərin səlahiyyətinə daxil olan məsələlər üzrə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin işlənib hazırlanması; - texniki, sosial və humanitar əməkdaşlıq üzrə birgə layihələrin hazırlanması və həyata keçirilməsi; - zərurət yarandıqda, təbii və texnogen mənşəli fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə qarşılıqlı yardımın və ya üçüncü ölkələrə birgə yardımın göstərilməsinin təşkili; - Tərəflərin səlahiyyətlərinə daxil olan digər fəaliyyətin həyata keçirilməsi.
56. Işin yuxarıda müəyyən edilmiş hallarından görünür ki, iddiaçı məhz sözügedən Universitetdə müvafiq ixtisas üzrə 2019-2024-cü illər ərzində Azərbaycan Respublikası Prezidentinin # ###### 2007-ci il tarixli **** nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlıq haqqında” Sazişin icrası ilə bağlı tədbirlərin həyata keçirilməsi çərçivəsində təhsil almışdır. Başqa sözlə desək, iddiaçının sözügedən Universitetdə müvafiq ixtisas üzrə təhsil alması məhz istinad edilən Sazişdən irəli gələn öhdəliklərin icrasının nəticəsi kimi ortaya çıxmışdır. Həmçinin, qeyd edilməlidir ki, Azərbaycan Respublikası FHN tərəfindən də iddaçının 2019-2024-cü illər ərzində sözügedən Universitetdə müvafiq Sazişin icrası çərçivəsində qiyabi formada təhsil alması və iddiaçının təhsil hüququnun təmin edilməsi məqsədilə ona təhsil məzuniyyətlərinin təmin edilməsi, habelə pandemiya dövründə kommunikasiya vasitələrinin tətbiq edilməklə təhsil almalarının təmin edilməsi halı təsdiq edilmişdir.
57. Göründüyü kimi iddiaçı fərdi qaydada deyil, məhz müvafiq Saziş çərçivəsində “Fövqəladə orqanlarında xidmətekçmə haqqında” Azərbaycan Respublikası Qanunun tələbinə əsasən fövqəladə orqanlarını ixtisaslı kadrlarla təmin etmək, əməkdaşların nəzəri və peşə hazırlığını artırmaq məqsədilə Fövqəladə Hallar Nazirliyinin məktubu əsasında 2019-2024-cü illərdə Belarusiya Respublikasının FHN xxxxndə təhsil almışdır. Həmin aldığı təhsilin nəticəsində ona müvafiq “Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması" ixtisası üzrə mühəndis ixtisas dərəcəsi verilmiş, təhsil müəssisəsinin verdiyi diplom əsasında təsdiq edilmişdir. Hazırda da təhsil aldığı ixtisas üzrə işləyir. Odur ki, işin müəyyən edilmiş fərdi xarakterli xüsusiyyətləri əsas götürülməklə, iddiaçının tədris yükünün yerinə yetirilməsinin müəyyən olunması və qiymətləndirilməsini onun təhsil aldığı müəssisənin məsuliyyət sferasına olmaqla, bu hal məhz təhsil müəssisəsi tərəfindən verilmiş diplom əsasında təsdiq olunmuşdur.
58. Belə olan halda isə kollegiya hesab edir ki, işin fərdi xarakterli faktiki halları (iddiaçının müvafiq inzibati orqanın əməkdaşı olmaqla, həmin qurumda müvafiq peşə üzrə işləməsi, bu səbəbdən də müvafiq Sazişin icrası qaydasında tədbirlərin görürlməsinə cəlb edilməsi, həmin tədbirlər çərçivəsində təhsil alması, müvafiq inzibati orqan tərəfindən həmin təhsilin alınmasına şərait yaradılması və təhsil məzuniyyətlərinin verilməsinin, pandemiya dövründə kommunikasiya vasitələrindən istifadə edilməklə təhsil almasına şərait yaradılması) iddiaçının müvafiq tədris yükünü mənimsəməməsi ilə bağlı cavabdehin istinad etdiyi arqmentin əsaslı hesab edilməməsinə səbəb olur.
59. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçının təhsil aldığı dövrlərdən 2020-2021,2021- 2022, 2022-2023-cü ilin may ayına qədər olan dövr məhz xüsusi karantin rejiminin tətbiq olunduğu, xarici ölkəyə gediş-gəliş imkanlarının məhdudlaşdırıldığı dövrə təsadüf edir. Bu hal isə özlüyündə formalaşdırılmış vahid məhkəmə təcrübəsinə uyğun olaraq həmin dövr üzrə təhsil müddətinin nəzərə alınması ilə bağlı üzrlü hal kimi çıxış edir. Bundan əlavə, qeyd edilməldir ki, 2023-2024-cü il tədris ilində isə iddiaçının həmin ölkdə olması halı iş materialları əsasında öz təsdiqini tapmışdır.
60. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, ali təhsil müəssisəsinin verdiyi diplomun qanuniliyi və etibarlılığı şübhə altına alınmamalıdır. Belarusiya Respublikasının FHN xxxx iddiaçının bakalvr təhsilini başa vurduğunu təsdiqləyərək ona müvafiq diplom təqdim etmişdir. Bu, birbaşa olaraq universitetin iddiaçının akademik proqramı mənimsədiyini qəbul etdiyini göstərir. Cavabdeh tərəfin iddiaçının təhsil aldığı ölkə ərazisində az olması səbəbilə onun ixtisası lazımi səviyyədə mənimsəmədiyini irəli sürməsi hüquqi əsası olmayan mülahizələrə əsaslanır. Əgər universitet özü tələbənin bilik və bacarıqlarını yetərli hesab edərək diplom vermişdirsə, cavabdehin bunun əksini sübuta yetirməsi üçün ciddi hüquqi və akademik əsaslar tələb olunur ki, bu da iş materiallarında təqdim olunmamışdır.
61. Bundan başqa qeyd olunur ki, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.
62. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir.
63. Nəzərə almaq lazımdır ki, inzibati orqan, bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.
64. Iş üzrə mövcud faktiki hallar və təqdim olunmuş sübutlardan görünür ki, iddiaçı ilə eyni dövrdə və eyni ixtisas üzrə təhsil almış digər şəxslərin ali təhsilə dair kvalifikasiyaları məhkəmə qərarları əsasında tanınmışdır. Bu hal iddiaçıya münasibətdə fərqli və ya ayrıseçkilik xarakterli rəftarın tətbiq edilməsini hüquqi cəhətdən əsaslandıran hər hansı zərurətin mövcud olmadığını açıq şəkildə təsdiq edir.
65. Bütün bu hallar nəzərə alınaraq, məhkəmə kollegiyası cavabdehin mövqeyini hüquqi baxımdan əsassız və iddiaçının ali təhsil almaq hüququnun qeyri-qanuni şəkildə məhdudlaşdırılmasına yönəlmiş bir yanaşma kimi qiymətləndirir. Beləliklə, iddiaçının aldığı bakalavr təhsilinin tanınması üçün onun Belarusiya Respublikasının hüdudları daxilində az olmasının əsas meyar kimi qəbul edilməsi düzgün hesab olunmur və bu arqument iddiaçının əldə etdiyi təhsil kvalifikasiyasının tanınmasından imtina üçün yetərli əsas sayıla bilməz.
66. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə qanunidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.
67. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati- Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.