Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(3-7)-12/2026 18.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, “qərarın ləğvi və əmtəə nişanı şəhadətnaməsinin etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)- 4633/2025 nömrəli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində mübahisələrə baxan Apellyasiya Şurasının xx.xx.2025-ci il tarixli, AP2025-052 nömrəli qərarı ilə X2 məxsus N 2022 2756 qeydiyyat nömrəli MOON bouitique əmtəə nişanının qeydiyyatına qarşı İddiaçı tərəfindən “Əmtəə nişanları və coğrafi göstəriciləri haqqında” Azərbaycan Respublikası Qanunun 29-cu maddəsində nəzərdə tutulmuş əsaslara görə verilmiş etiraz ərizəsi əsassız hesab olunmuş və təmin edilməmişdir.
İşdə olan sənədlər:
2. “MOON” əmtəə nişanı ƏXBT-nin 35 və 44-cü sinif xidmətləri üzrə xx.xx.2021-ci il tarixdə N 2021 2208 qeydiyyat nömrəsi ilə İddiaçı (ünvan: AZ 2001, ünvan 1azisində qeydiyyata alınmışdır. Əmtəə nişanının ilkinlik tarixi xx.xx.2021-ci il tarixlidir. Əmtəə nişanı xx.xx.2031-ci il tarixinə qədər etibarlıdır.
3. “MOON Design” əmtəə nişanı ƏXBT-nin 25-ci sinif (geyim) əmtəələri üzrə xx.xx.2024-cü il tarixdə N 2024 0618 qeydiyyat nömrəsi ilə İddiaçı (ünvan: AZ 2001, ünvan 2razisində qeydiyyata alınmışdır. Əmtəə nişanının ilkinlik tarixi xx.xx.2023-cü il tarıxidir Əmtəə nişanı xx.xx.2033-cü il tarixinə qədər etibarlıdır. Əmtəə nişanında “Design” söz işarəsi hüquqi mühafizə obyekti deyildir.
4. “MOON Design” əmtəə nişanı ƏXBT-nin 14 və 25-ci sinif (geyim, ayaqqabı və baş geyimləri) əmtəələri üzrə xx.xx.2024-cü il tarixdə N 2024 1872 qeydiyyat nömrəsi ilə İddiaçı (ünvan: AZ 2001, ünvan 1azisində qeydiyyata alınmışdır. Əmtəə nişanının ilkinlik tarıxı xx.xx.2024-cü il tarixıdır. Əmtəə nişanı xx.xx.2034-cü il tarixinə qədər etibarlıdır. Əmtəə nişanında “Design” söz işarəsi hüquqi mühafizə obyekti deyildir.
5. “MOON” əmtəə nişanı ƏXBT-nin 25, 35 və 43-cü sinif xidmətləri üzrə xx.xx.2025ci il tarixdə N 2025 2101 qeydiyyat nömrəsi ilə İddiaçı (ünvan: AZ 2001, ünvan 3razisində qeydiyyata alınmışdır. Əmtəə nişanının ilkinlik tarixi xx.xx.2025-ci il tarixlidir. Əmtəə nişanı xx.xx.2035-ci il tarixinə qədər etibarlıdır.
6. “MOON Boutigue” əmtəə nişanı ƏXBT-nin 35-ci sinif (geyim, qızıl, cehizlik, uşaq geyimləri, ayaqqabı, çanta və aksessuarların topdan və ya pərakəndə satışı) xidmətləri üzrə xx.xx.2022-ci il tarixdə N 2022 2756 qeydiyyat nömrəsi ilə X3 (ünvan: ünvan 4zisində qeydiyyata alınmışdır. Əmtəə nişanının ilkinlik tarixi xx.xx.2021-ci il tarixidir. Əmtəə nişanı xx.xx.2031-ci il tarixinə qədər etibarlıdır. Əmtəə nişanında “boutique” söz işarəsi hüquqi mühafizə obyekti deyildir.
Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Sənaye mülkiyyətinin mühafizə sahəsində mübahisələrə baxan Apellyasiya Şurasının AP2025-052 saylı, xx.xx.2025-ci il tarixli qərarının ləğv olunması, cavabdehin üzərinə X2 məxsus N20222756 qeydiyyat nömrəli əmtəə nişanının etibarsız hesab edilməsi və qeydiyyatın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 20212208 nömrəli, 20240618 nömrəli və 20241872 nömrəli "Moon" əmtəə nişanlarının sahibi olmaqla, Gəncə şəhərində "Moon" əmtəə nişanı altında müxtəlif növdə əşyaların satışı ilə məşğuldur. X4 tərəfindən apellyasiya şurasına ərizə verilərək onun əmtəə nişanına qarşı etiraz edilmişdir. Apellyasiya şurasının xx.xx.2025-ci il tarixli AP 2024-223 saylı işin nömrəsi ilə qərar qəbul edilmişdir. Qərara əsasən, verdiyi etiraz əsassız hesab olunmuş və təmin edilməmişdir. Artıq uzun müddətdir ki, Gəncə şəhərində fəaliyyət göstərir. Yuxarıda qeyd olunan əmtəə nişanı ilə həm sosial şəbəkələrdə, həm də ölkədə tanınır və çoxsaylı müştəri kütləsi vardır. Geyimlər istehsal edir və satışı ilə məşğul olurlar. 25-ci sinif üzrə geyim, 35-ci sinif üzrə 44cü sinifdə göstərilən xidmətlərin reklamı, biznes sahəsində menecment, biznes sahəsində inzibati fəaliyyət, 14-cü sinif zərgərlik məmutları və bijuteriya, 25-ci sinif geyim, ayaqqabı və baş geyimləri və ilkinlik tarixi isə xx.xx.2021-ci il tarixdəndir. X1 isə ilkinlik tarixi onlardan sonra, xx.xx.2021-ci il tarixdə almışdır. Həmin tarixdə bununla bağlı onda məlumat olmamış, hazırda onlara qarşı etiraz verəndən sonra bunları ətraflı bilmişlər. Əmtəə nişanının ilkinliyi bu Qanunun 9-cu maddəsinə uyğun olaraq iddia sənədinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma daxil olduğu tarixdən müəyyənləşdirilir. Əmtəə nişanının ilkinliyi Paris Konvensiyasının iştirakçısı olan ölkədə birinci iddia sənədinin verildiyi tarixdən də müəyyənləşdirilə bilər (Konvensiya ilkinliyi). Bu halda iddia sənədi həmin tarixdən 6 ay ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma daxil olmalıdır. İddia sənədinin verildiyi gün müddətə daxil edilmir. Əgər müddətin axırıncı günü istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərinə və ümumxalq hüzn gününə təsadüf edərsə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum həmin gün iddia sənədini qəbul edə bilmirsə, iddia sənədinin verilmə müddəti növbəti birinci iş gününə kimi uzadılır. Paris Konvensiyasının iştirakçısı olan dövlətlərdən birinin ərazisində təşkil edilmiş rəsmi beynəlxalq sərgilərin eksponatlarında yerləşdirilmiş əmtəə nişanının ilkinliyi sərgidə eksponatın açıq göstərildiyi tarixdən müəyyənləşdirilə bilər (sərgi ilkinliyi).
9. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə tələb “Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Sənaye mülkiyyətinin mühafizə sahəsində mübahisələrə baxan Apellyasiya Şurasının AP2025-052 saylı, xx.xx.2025-ci il tarixli qərarının ləğv olunması, cavabdehin üzərinə X2 məxsus N2022 2756 qeydiyyat nömrəli “Moon boutique” əmtəə nişanının şəhadətnaməsinin etibarsız hesab edilməsi” tələbinə dəyişdirilmişdir.
10. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə X4 iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur.
11. Cavabdeh inzibati orqanın iddia tələbinə qarşı təqdim etdiyi etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus MOON (N2021 2206) əmtə nişanının ilkinlik tarixi xx.xx.2021-ci il, Moon Design (N 2024 0618) əmtəə nişanının ilkinlik tarixi xx.xx.2023-cü il, MOON Design (N 2024 1872) əmtəə nişanının ilkinlik tarixi xx.xx.2024-cü il tarixdir. Mübahisələndirilən MOON boutique əmtəə nişanının ilkinlik tarixi isə xx.xx.2021-ci ildir. Göründüyü kimi, İddiaçı məxsus əmtəə nişanlarından yalnız MOON (N 2021 2208) əmtəə nişanı mübahisələndirilən əmtəə nişanından daha əvvəl qeydiyyata alınmışdır. Digər əmtəə nişanlarının isə ilkinlik tarixləri mübahisələndirilən əmtəə nişanının ilkinlik tarixindən sonrakı dövrləri əhatə edir. Odur ki, həmin nişanların MOON boutique əmtəə nişanı ilə müqayisəli təhlilinin aparılması hazırkı mübahisənin predmeti üzrə əhəmiyyət kəsb etmir. Bu səbəbdən də Apellyasiya surası iddiaçıya məxsus yalnız MOON əmtəə nişanı ilə mübahisələndirilən nişan arasında oxşarlıq və qarışdırılma ehtimalı baxımından müqayisəli təhlilin aparılmasını məqsədəmüvafiq hesab etmişdir. Əmtəə nişanının təyinatına uyğun olaraq onun əsas məqsədi bir sahibkarın əmtəələrini və ya göstərdiyi xidmətləri digər sahibkarın əmtəələrindən və ya göstərdiyi xidmətlərdən fərqləndirməkdən ibarətdir. Müxtəlif istehsalçılar tərəfindən fərqli əmtəələrin istehsal edilməsi və ya xidmətlərin göstərilməsi əmtəə nişanını digər sahibkarın əmtəə nişanından fərqləndirən əsas amillərdən biridir. Əmtəə nişanlarının qarışdırılacaq dərəcədə oxşar olub-olmaması müəyyən edilərkən müqayisə edilən nişanların qrafik, fonetik və semantik cəhətdən oxşarlığı ilə yanaşı, həmin əmtəə nisanları adı altında eyni və ya həmcins əmtəələrin istehsal edilib-edilməməsi, əmtəənin cinsi (növü) və ya göstərilən xidmətin xarakteri, onların təyinatı, əmtəənin hazırlanmış olduğu materialın növü, amtəənin satışının və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi nəzərə alınmalı, həmçinin əlamətlər və meyarlar bütün növ əmtəələr və ya xidmətlər üzrə qeyri-müəyyən şəkildə deyil, mühafizəsi tələb olunan mal və ya xidmətlərə münasibətdə qiymətləndirilməlidir. O.İmranlıya məxsus MOON boutique əmtəə nişanı 35-ci sinifdə "geyim, qızıl, cehizlik, uşaq geyimləri, ayaqqabı, çanta və aksessuarların topdan və ya pərakəndə satışı" xidmətləri üzrə qeydiyyata alınmışdır. İddiaçı məxsus MOON əmtəə nişanı isə 35-ci sinifdə “44-cü sinifdə göstərilən xidmətlərin reklamı, biznes sahəsində menecment; biznes sahəsində inzibati faaliyyət" və 44-cü sinif (gözəllik salonu xidmətləri, sağlamlıq üzrə məsləhət xidmətləri, döymə tatuaj xidmətləri, makiyaj vizajist xidmətləri, solyari xidmətləri, mum depilyasiyası (vosk) xidmətləri, saç implantasiyası əkimi xidmətləri, manikür xidmətləri, masaj xidmətləri, tibbi müayinə/müayinə xidmətləri, salon bərbərxana xidmətləri, pirsinq xidmətləri, saç düzləşdirilməsi üzrə xidmətlər) xidmətləri üzrə qeydə alınmışdır. Göründüyü kimi, müqayisə edilən əmtəə nişanları fərqli biznes sahələrinə malikdir və bazar fəaliyyətinin mahiyyəti etibarı ilə bir-birindən fərqlənirlər. Belə ki, MOON boutique nişanı əsasən mağaza adı kimi istifadə olunaraq geniş çeşidli məhsulların, o cümlədən geyim, qızıl, cehizlik, uşaq geyimləri, ayaqqabı, çanta və aksessuarların topdan və ya pərakəndə satışını həyata keçirir. Digər tərəfdən MOON əmtəə nişanı adı altında isə gözəllik və sağlamlıq sahəsi üzrə müəyyən xidmətlər, eyni zamanda həmin xidmətlərin reklamı, biznes sahəsində menecment, biznes sahəsində inzibati fəaliyyət kimi xidmətlər həyata keçirilir. Bu konteksdə əmtəənin cinsi (növü) və ya göstərilən xidmətin xarakteri, onların təyinatı, şərtləri, istehlakçıların dairəsi nəzərə alınmaqla belə nəticəyə gəlmək olar ki, müqayisə edilən əmtəə nişanları müxtəlif seqmentlər üzrə fəaliyyət göstətir. Göstərilən hallar həmin nişanların bazarda eyni zamanda movcud ola biləcəyini və istehlakçılar arasında çaşqınlıq yaratmayacağını deməyə əsas verir. Beləliklə, hazırkı iddia tələbi əsasında təqdim edilmiş dəlillər MOON boutique (N2022 2756) əmtəə nişanının qeydiyyatına xitam verilməsi üçün yetərli hesab edilə bilməz.
12. Üçüncü şəxsin iddia tələbinə qarşı təqdim etdiyi etiraz onunla əsaslandırılmışdır ki, ona məxsus "Moon boutiqe" əmtəə nişanı ƏXBT-nin 35-ci sinif (geyim, qızıl, cehizlik, uşaq geyimləri, ayaqqabı, çanta və aksessuarların topdan və pərakəndə satışı xidmətləri üzrə xx.xx.2022-ci il tarixdə (Ünvan Abşeron rayonu, Saray qəsəbəsi, Nizami keç, ev 6 (AZ) № 20222756 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası ərazisində qeydiyyata alınmışdır. Əmtəə nişanları və coğrafi göstəricilər haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən əmtəə nişanı-sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qratik təsvir edilən nişan və ya nişanların hər hansı uzlaşmasıdır. Əmtəə nişanıın qeydiyyatı aşağıdakı hallarda etibarsız hesab edilir: əmtəə nişanı qüvvədə olduğu müddətdə, müəyyən növ mallarda ümumi şəkildə istifadə olunan nişanlara çevrildikdə; əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, "Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası"nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə, Əmtəə nişanı və ya onun əsas hissəsi geniş tanınmış əmtəə nişanıa aid olan əmtəələr və ya xidmətlərlə qarışdırılacaq dərəcədə eyni və ya oxşar olan, başqa şəxsin adına qeydiyyata alınmış geniş tanınmış nişanın oxşatması, tərcüməsi və ya transliterasiyasıdırsa, bu cür əmtəə nişanının qeydiyyatının ləğvinə dair tələb, bu əmtəə nişanı barədə məlumatın dərc olunduğu tarixdən etibarən, qüvvədə olduğu müddət ərzində verilə bilər. Coğrafi göstəricinin qeydiyyatı aşağıdakı hallarda etibarsız hesab edilir: coğrafi məkanda təbiət amilləri dəyişdiyi halda; coğrafi göstəricidən istifadə edildiyi əmtəə ona aid olan xüsusi keyfiyyətlərini itirdiyi halda. Azərbaycan Respublikasında geniş tanımmuş əmtəə nişanına hüquq bu Qanunun 7-ci maddəsinin tələbləri pozulmaqla verilmişsə, habelə həmin maddədə müəyyən edilən əlamətlərə görə geniş təninmış əmtəə nişam qüvvəsini itirmişsə, qüvvədə olduğu müddət ərzində ona qarşı verilmiş etiraz əsasında tamamilə və ya qismən geniş tanınmış kimi etibarsiz hesab edilə bilər. Bu maddənin müddəalarına əsaşlanaraq istənilən şəxs dövlət rüşumu ödəmək şərti ilə, əmtəə nişanmnın və ya coğrali göstaricinin qeydiyyatının və ya coğrati göstəricinin istifadəsinə dair şəhadətnamənin ləğv edilməsinə dair tələblə və ya geniş tanınmış əmtəə nişanına qarşı verilmiş etirazla bağlı Apellyasiya şurasma müraciət edə bilər. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya şürasının xx.xx.2025-ci il tarixli qərarında da qeyd edildiyi kimi əmtəə nişanının təyinatına uyğun olaraq onun əsas məqsədi bir sahibkarın əmtəələrini və ya göstərdiyi xidmətləri digər sahibkarın əmtəələrindən və ya göstərdiyi xidmətlərdən fərqləndirməkdən ibarətdir. Müxtəlif istehsalçılar tərəfindən fərqii əmtəələrin istehsal edilməsi və ya xidmətlərin göstərilməsi əmtəə nişanını digər sahibkarın əmtəə nişanından fərqləndirən əsas amillərdən biridir. Əmjəə nişanlarıın qarışdırılacaq dərəcədə oxşar olub olmaması müəyyən edilərkən, müqayisə edilən nişanların qrafik, fonetik və semantik cəhətdən oxşarlığı ilə yanaşı, həmin əmtəə nişanları adı altında eyni və ya həmcins əmtəələrin istehsal edilib edilməməsi, əmtəənin cinsi (novu) və ya göstərifən xiumətin xaraxtcn, onların təyinatı, əmtəənin hazırlanmış olduğu materialın növü, əmtəənin satışının və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi nəzərə alınmalı, həmçinin əlamətlər və meyarlar bütün növ əmtəələr və ya xidmətlər üzrə qeyri-müəyyən şəkildə deyil, mühafizəsi tələb olunan mal və ya xidmətlərə münasibətdə qiymətləndirilməlidir. Mənə məxsus "Moon boutique" əmtəə nişanı 35-ci sinifdə "geyim, qızıl, cehizlik, uşaq geyimləri, ayaqqabı, çanta və aksessuarları topdan və pərakəndə satışı" xidmətləri üzrə qeydiyyata alınmışdır. AP2024-223 saylı qərarında da göstərildiyi kimi İddiaçı məxsus "MOON Design" (No 2024 0618) əmtəə nişanı 25-ci sinifdə "geyim" əmtəələri üzrə qeydə alınmışdır. MOON Boutigue" nişanı əsasən mağaza adı kimi istifadə olunaraq geniş,çeşidli məhsulların, o cümlədən geyim, qızıl, cehizltk, uşaq qevimləri ayaqqabı, çanta vst aksessuarların topdan və ya pərakəndə satışını həyata keçirir və bu baxımdan xidmət sektoru ilə bağlıdır. şində Digər tərəfdən "MOON DESİGN" əmtəə nişam konkret olaraq geyim istehsalına yönəlmişdir və müvafiq olaraq istehsal sektoruna aid bir əmtəə nişanı kimi çıxış edir. Qeyd olunan hallar hər iki əmtəə nişanının fəaliyyət göstərdiklər sahələrə və bazar mövqelərinə görə fərqləndiklərini deməyə əsas verir. Belə ki, "MOON Boutique" adı altında satış və pərakəndə ticarət xidməti göstərilərək müxtəlif brend istehlakçılara təqdim edilə biləcəyi halda, "MOON DESİGN" adı altında istehsal edilir və bazara çıxarılır. Bu konteksdə əmtəənin cinsi növü xidmətin xarakteri, onların təyinat, əmtəənin hazırlanmış olduğu materialın növü əmtəənin satışının və ya göstərilən xidmətlərin şərtləri istehlakçıların dairəsi nəzərə alınmaqla göründüyü kimi müqayisə edilən amtəə nişanları müxtəlif seqmentlər üzrə fəaliyyət göstərir. Göstərilən həmin nişanların bazarda eyni zamanda mövcud ola biləcəyini və istehlakçılar arasında çaşqınlıq yaratmayacağını deməyə əsas verir.
13. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-4633/2025 nömrəli qərarı ilə (hakim Z.Quliyev) iddia təmin edilmişdir.
14. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, müqayisə edilən nişanlarda “MOON”, “MOON Design”, “MOON boutique” söz ifadələrindən “design”, “boutique” sözü ayrılıqda mühafizə obyekti olmasa da, “MOON” sözü bu xassəyə malikdir və iddia edilən əmtəə nişanında qismən də olsa təkrarlanır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh orqan və üçüncü şəxs qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv olunaraq iddia tələbinin təmin edilməməsini xahiş etmişlər.
16. Cavabdeh orqanın apellyasiya şikayətinin məzmunu iddia tələbinə qarşı təqdim etdiyi etirazın məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi əmtəə nişanlarını müqayisə edərkən onların şamil edildiyi əmtəələr və ya xidmətlərin fərqli olmasını nəzərə almamışdır. Belə ki, Qaydaların 29.4-cü bəndinə əsasən eynilik və oxşarlıq yoxlanarkən, aşağıdakı hərəkətlər həyata keçirilir: a) eyni və oxşar nişanların məlumat axtarışı aparılır; b) məlumat axtarışı zamanı tapılan nişanın iddia olunan nişanla oxşarlıq dərəcəsi müəyyən edilir; c) iddia edilən əmtəələrin və ya xidmətlərin, qeydə alınmış (iddia edilmiş) eyni və ya oxşar əmtəə nişanının (işarənin) şamil edildiyi əmtəələrlə və ya xidmətlərlə eyniliyi müəyyən edilir. Qaydaların 29.6-29.8-ci bəndləri iddia edilən nişanların oxşarlığının yoxlanılması ilə əlaqədar prosedurları müəyyən edir. 29.9.1-ci yarımbəndinə əsasən, əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olmaları müəyyən edilərkən, bu əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda yarana biləcək təsəvvürlər nəzərə alınır. Qaydaların 29.9.2-ci yarımbəndə əsasən, əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olması müəyyən edilərkən, xüsusən əmtəənin cinsi (növü) və ya göstərilən xidmətin xarakteri, onların təyinatı, əmtəənin hazırlanmış olduğu materialın növü, əmtəənin satışının və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi və digər şərtlər nəzərə alınır. Əmtəə nişanının təyinatına uyğun olaraq onun əsas məqsədi bir sahibkarın əmtəələrini və ya göstərdiyi xidmətləri digər sahibkarın əmtəələrindən və ya göstərdiyi xidmətlərdən fərqləndirməkdən ibarətdir. Müxtəlif istehsalçılar tərəfindən fərqli əmtəələrin istehsal edilməsi və ya xidmətlərin göstərilməsi əmtəə nişanını digər sahibkarın əmtəə nişanından fərqləndirən əsas amillərdən biridir. Əmtəə nişanlarının qarışdırılacaq dərəcədə oxşar olub-olmaması müəyyən edilərkən müqayisə edilən nişanların qrafik, fonetik və semantik cəhətdən oxşarlığı ilə yanaşı, həmin əmtəə nişanları adı altında eyni və ya həmcins əmtəələrin istehsal edilib-edilməməsi, əmtəənin cinsi (növü) və ya göstərilən xidmətin xarakteri, onların təyinatı, əmtəənin hazırlanmış olduğu materialın növü, əmtəənin satışının və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi nəzərə alınmalı, həmçinin əlamətlər və meyarlar bütün növ əmtəələr və ya xidmətlər üzrə qeyrimüəyyən şəkildə deyil, mühafizəsi tələb olunan mal və ya xidmətlərə münasibətdə qiymətləndirilməlidir.
17. Üçüncü şəxsin apellyasiya şikayətinin məzmunu iddia tələbinə qarşı təqdim etdiyi etirazın məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə “Əmtəə nişanlari və coğrafi göstəricilər haqqinda” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsini tətbiq edərkən, nəzərdən qaçırmışdır ki, əmtəə nişanı sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır). Belə ki, bəzi adlar var ki, onlar “sözün” mənasına görə yox, onun qrafikinə, dizaynına və söz elementləri ilə bir-birindən fərqləndirilir. Məsələn,“Google”-da, “Chrome”-da,“İnstagram”-da səmavi cismlərin ingilis dilində tərcüməsi ilə səslənən “SUN” (günəş), “STAR (ulduz)” və “MOON” (ay) yazıb, axtarış etsək, bu əmtəə nişanı adı ilə fəaliyyət göstərən yüzlərlə sayda oxşar, eyni və fərqli sahələrdə fəaliyyət göstərən mağaza, iaşə, ticarət, reklam fəaliyyətilə məşğul olan obyektlərə rast gələ bilərək (Məsələn, MOON Brand, MOON Group və s). Məhkəmə qərar çıxararkən, Qərarın 7-ci səhifəsinin 6-cı abzasında ““MOON”, “MOON Design”, “MOON boutique” söz ifadələrindən “design”, “boutique” sözü ayrılıqda mühafizə obyekti olmasa da, “MOON” sözü bu xassəyə malikdir və iddia edilən əmtəə nişanında qismən də olsa təkrarlanır”, 8-ci səhifənin 4-cü abzasında “Bu mənada, əmtəə nişanlarını müqayisə etdikdə müəyyən olunur ki, onlar müəyyən qrafik fərqlərə malik olmasına baxmayaraq eyni səslənməyə malik söz elementləridir” kimi yazsa da, eyni səhifənin eyni abzasında “istehlakçılarda eyni istehsalçıya (sahibkara) məxsus əmtəələr olduğu təsəvvürü yarada bilər” kimi qəti olmayan fikirlərə əsaslanmışdır. Halbuki, Əmtəə nişanlari və coğrafi göstəricilər haqqinda Azərbaycan Respublikasinin Qanununun1-ci maddəsində əmtəə nişanına anlayış verilərkən qeyd edilir ki, sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır. Burada, məhkəmə qrafik fərqlərin mövcud olmasını təsdiqləsə də, qərar çıxararkən nəzərə almamışdır. Məhkəmə qərar çıxararkən “MOON”, “MOON Design”, “MOON boutique” söz ifadələrindən “design”, “boutique” sözlərini ayrılıqda mühafizə obyekti kimi qəbul etməyib, fərqləndirici nişan kimi nəzərə almır. Əgər bu “sözlərin” əmtəə nişanının fərqləndirilməsində bir əhəmiyyəti yoxdursa, iddiaçı nə üçün ilkinlik tarixi xx.xx.2021-ci il olan MOON (N2021 2206) əmtə nişanından sonra, ilkinlik tarixi xx.xx.2023-cü il olan Moon Design (N 2024 0618)) və ilkinlik tarixi xx.xx.2024-cü il olan MOON Design (N 2024 1872) əmtəə nişanının şəhadətnaməsi üçün müraciət edir?!
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
18. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətlərinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olur və üçüncü şəxsə verilən əmtəə nişanı ilə ona ilkin verilən nişan eynilik təşkil etdiyindən ona əhəmiyyətli dərəcədə ziyan vurulur.
20. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilsə də, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxs gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə cavabdehin nümayəndəsi və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
21. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanunu:
3. Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir.
6. Aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır: a) Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları; b) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları; c) bu Qanunun 7-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında mühafizə edilən geniş tanınmış əmtəə nişanları; ç) əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri); əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları; d) mühafizəsiz element kimi əmtəə nişanına daxil edilmiş coğrafi göstəricilər istisna olmaqla coğrafi göstəricidən istifadə hüququ olan şəxsin adına qeydə alınan və Azərbaycan Respublikasında mühafizə edilən coğrafi göstəricilər; e) qeydə alınmış sertifikat nişanları.
25. Əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir.
29. Əmtəə nişanı və ya onun əsas hissəsi geniş tanınmış əmtəə nişanına aid olan əmtəələr və ya xidmətlərlə qarışdırılacaq dərəcədə eyni və ya oxşar olan, başqa şəxsin adına qeydiyyata alınmış geniş tanınmış nişanın oxşatması, tərcüməsi və ya transliterasiyasıdırsa, bu cür əmtəə nişanının qeydiyyatının ləğvinə dair tələb, bu əmtəə nişanı barədə məlumatın dərc olunduğu tarixdən etibarən, qüvvədə olduğu müddət ərzində verilə bilər.
22. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanunu:
1. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: haqsız rəqabət — bazar subyektinin sahibkarlıq fəaliyyətində mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş, bununla da digər bazar subyektlərinə (rəqiblərinə) zərər vura bilən, yaxud onların işgüzarlıq nüfuzuna xələl yetirə bilən hərəkətləri.
4. Rəqibin təsərrüfat fəaliyyətini təqlid edən aşağıdakı hərəkətlərə yol verilmir: - rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; - digər təsərrüfat subyektinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; - eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 oktyabr 1999-cu il tarixli 166 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”: 29.4. Eynilik və oxşarlıq yoxlanarkən, aşağıdakı hərəkətlər həyata keçirilir: a) eyni və oxşar nişanların məlumat axtarışı aparılır; b) məlumat axtarışı zamanı tapılan nişanın iddia olunan nişanla oxşarlıq dərəcəsi müəyyən edilir; c) iddia edilən əmtəələrin və ya xidmətlərin, qeydə alınmış (iddia edilmiş) eyni və ya oxşar əmtəə nişanının (işarənin) şamil edildiyi əmtəələrlə və ya xidmətlərlə eyniliyi müəyyən edilir. 29.9.1. Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olmaları müəyyən edilərkən, bu əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda yarana biləcək təsəvvürlər nəzərə alınır. 29.9.2. Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olması müəyyən edilərkən, xüsusən əmtəənin cinsi (növü) və ya göstərilən xidmətin xarakteri, onların təyinatı, əmtəənin hazırlanmış olduğu materialın növü, əmtəənin satışının və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi və digər şərtlər nəzərə alınır.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
25. Məhkəmə kollegiyası işin hallarına dair tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
26. İşin halları ilə müəyyən olunur ki, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində mübahisələrə baxan Apellyasiya Şurasının xx.xx.2025-ci il tarixli, AP2025-052 nömrəli qərarı ilə X2 məxsus N 2022 2756 qeydiyyat nömrəli “MOON bouitique” əmtəə nişanının qeydiyyatına qarşı İddiaçı tərəfindən “Əmtəə nişanları və coğrafi göstəriciləri haqqında” Azərbaycan Respublikası Qanunun 29cu maddəsində nəzərdə tutulmuş əsaslara görə verilmiş etiraz ərizəsi əsassız hesab olunmuş və təmin edilməmişdir.
27. İddiaçı məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Sənaye mülkiyyətinin mühafizə sahəsində mübahisələrə baxan Apellyasiya Şurasının AP2025-052 saylı, xx.xx.2025-ci il tarixli qərarının ləğv olunmasını və cavabdehin üzərinə X2 məxsus N2022 2756 qeydiyyat nömrəli “Moon boutique” əmtəə nişanının şəhadətnaməsinin etibarsız hesab edilməsini xahiş etmiş, tələb təmin olunmuşdur.
28. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının adına qeydə alınmış əmtəə nişanı üçüncü şəxsin adına qeydə alınmış əmtəə nişanı ilə oxşarlıq təşkil edir və bu hal “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin təsiri altına düşür.
29. Sözügedən maddənin tələblərinə əsasən, Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları ilə eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır.
30. Hazırki iş üzrə müqayisə edilən nişanlarda “MOON”, “MOON Design”, “MOON boutique” söz ifadələrindən “design”, “boutique” sözü ayrılıqda mühafizə obyekti deyildirlər (N 2024 0618, N 2024 1872, N 2022 2756 nömrəli Şəhadətnamələr). Qeyd olunan şəhadətnamələrdən görünür ki, “MOON” sözü mühafizə obyektidir və həmin sözün iddia edilən əmtəə nişanında təkrarlanması müşahidə olunur.
31. İş materialları ilə müəyyən olunur ki, iddiaçı Gəncə şəhərində fəaliyyət göstərməklə 25-ci sinif üzrə geyim, 35-ci sinif üzrə 44-cü sinifdə göstərilən xidmətlərin reklamı, biznes sahəsində menecment, biznes sahəsində inzibati fəaliyyət, 14-cü sinif zərgərlik məmutları və bijuteriya, 25-ci sinif geyim, ayaqqabı və başqa geyimlərin istehsalı və satışı ilə, üçüncü şəxs isə Abşeron rayonunda fəaliyyət göstərməklə 35-ci sinif (geyim, qızıl, cehizlik, uşaq geyimləri, ayaqqabı, çanta və aksessuarların topdan və pərakəndə satışı xidmətləri ilə məşğul olur.
32. Göründüyü kimi iddiaçı və üçüncü şəxsin fəaliyyət göstərdikləri xidmət sahələri eynilik təşkil edir və iddia olunan əmtəə nişanı xx.xx.2021-ci il tarixdə N 2021 2208 qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydə alınmışdır (Bax: hazırki qərarın 2-ci bəndi). Bu hal isə üçüncü şəxsin iddia etdiyi nişanın əmtəə nişanı kimi qeydə alınmasını istisna edir. Belə ki, mübahisələndirilən əmtəə nişanları qarışdırılacaq dərəcədə bənzərlik təşkil edirlər.
33. Məhkəmə tərkibi mübahisəli əmtəə nişanlarını müqayisə edərək qeyd edir ki, onlar müəyyən qrafik fərqlərə malik olmasına baxmayaraq eyni səslənməyə malik söz elementləridir. Belə ki, hər iki nişanda ön mövqedə “MOON” sözü olmaqla, istər qrafik (görünüş), istərsə də məna (ideya uyğunluğu) baxımından oxşardırlar. Bu halın isə istehlakçılarda həmin nişanların eyni istehsalçıya məxsus əmtəələr olması ehtimalını yaratması böyükdür.
34. Göründüyü kimi cavabdeh inzibati orqan hazırda mübahisələndirilən inzibati aktın (Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Sənaye mülkiyyətinin mühafizə sahəsində mübahisələrə baxan Apellyasiya Şurasının AP2025-052 saylı, xx.xx.2025-ci il tarixli qərarı) qəbul edilməsini zəruri edən faktiki şərtlərin və şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləni (X1 adına “MOON boutique” əmtəə nişanının verilməsi) zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir (İPM-nin 14.1 və 14.2-ci maddələri).
35. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçının ərizəsi əsasında əmtəə nişanının qeydiyyatının ləğv edilməsindən cavabdeh orqanın imtinası əsassız olduğundan, iddiaçı əmtəə nişanının üçüncü şəxs X1 adına qeydiyyatını mübahisələndirməkdə, birinci instansiya məhkəməsi isə iddia tələbini təmin etməkdə haqlı olmuşdur.
36. Belə ki, İPM-nin 70.1-ci maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Odur ki, birinci instansiya məhkəməsinin qərarı əsaslı olduğundan ləğv edilmədən qüvvədə saxlanılmalıdır.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-4633/2025 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov