Məhkəmə qərarları › İş №2-1(3-7)-124/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-7)-124/2026

01.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2-1(3-7)-124/2026 01.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Isgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, “üçüncü şəxslərin qeydiyyatdan çıxarılması” tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Iddiaçı İddiaçı cavabdeh Gəncə şəhər Baş Polis Idarəsinə qarşı iddia ərizəsi ilə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə iş üzrə üçüncü şəxslər X12, X22, X17, X13, üçüncü şəxs17, X3, X1, üçüncü şəxs20, üçüncü şəxs22, üçüncü şəxs24 Kərim qızı, üçüncü şəxs21, X18, X4, üçüncü şəxs3 Saləddin qızı, X6, X10, üçüncü şəxs7 Şöhrəddin oğlu, üçüncü şəxs13 Şahin oğlu, X5, üçüncü şəxs19 Şöhrəddin oğlu, X7, X11, X2 və üçüncü şəxs6 Vidadi oğlunun ona məxsus olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim R.Tağıyeva) iddia qismən təmin edilmiş, ##.##.1959-cu il təvəllüdlü X17, ##.##.1974-cü il təvəllüdlü X1, ##.##.1932-ci il təvəllüdlü üçüncü şəxs20, ##.##.1994-cü il təvəllüdlü Nəsibli (Məmmədova) Səbinə Nəbi qızı, ##.##.1988-ci il təvəllüdlü üçüncü şəxs3 Saləddin qızı, ##.##.1984-cü il təvəllüdlü üçüncü şəxs7 Şöhrəddin oğlu, ##.##.1973-cü il təvəllüdlü X5, ##.##.1986-cı il təvəllüdlü üçüncü şəxs19 Şöhrəddin oğlu, ##.##.2006-cı il təvəllüdlü X11 və ##.##.1995-ci il təvəllüdlü X2 ünvan 1 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Gəncə şəhər Baş Polis Idarəsinin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Iddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərarın iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və həmin hissədə iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinin qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi ilə verildiyi müəyyən edilmiş, IPM-in 13-cü maddəsinə əsasən hüquqi yardım edilməklə müvafiq sərəncam göndərilmişdir. Iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair təqdim edilmiş ərizə onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı ona təqdim olunmamış, yalnız özü müraciət etdikdən sonra məhkəmədə imza etməklə alınmışdır və bu səbəbdən də müddəti ötürmüşdür. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ərizənin məzmununa uyğun izahat verərək apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan prosessual müddətin bərpa edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da, nümayəndəsinin iştirakını təmin etməmiş, ərizə təqdim edərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası IPMin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası IPM-in 87.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Apellyasiyanın mümkünlüyü əsasları dedikdə, şikayətin Azərbaycan Respublikası IPM-in 81-ci maddəsində nəzərdə tutulan şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, şikayətin mümkünlüyündən bəhs edən 83-cü maddəsində müəyyən edilmiş halların mövcudluğu, 85-ci maddədə təsbit olunmuş tələblərə riayət olunmaqla verilməsi və digər şərtlərə əməl olunması başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiyanın mümkünlüyü məsələsinin həlli, apellyasiya şikayətinin qeyd olunan normalar üzrə yoxlanılmasını ehtiva edir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri də Inzibati Prosessual Məcəllənin 85.1-ci maddəsində qeyd olunan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsilə şikayətin verilməsidir. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun, yəni qanunla müəyyən edilmiş müddətdə verilməmişdir. Iş materiallarının 192-ci vərəqində olan məhkəmə qəbzindən görünür ki, Gəncə Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı iddiaçı İddiaçı ##.##.2024-cü il tarixdə təqdim olunmuş, sonuncu tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş 30 gün müddət ötürüldükdən sonra, yəni ##.##.2026-cı il tarixdə verilmişdir. IPM-in 85.1-ci maddəsinin tələbinə əsasən iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə qərarından şikayət verilmənin son müddəti ##.##.2025-ci il tarixdə başa çatmışdır. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin: 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə aktları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. 20.3. Məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllənin 20.1-ci və 20.2ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Prosessual müddətlərdən bəhs edən Azərbaycan Respublikası IPM-nin 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Hazırki iş üzrə belə hallar müəyyən olunmur. Göründüyü kimi qanunvericilikdə məhkəmə aktının proses iştirakçısına şəxsən təqdim edilməsi halı nəzərdə tutulmuş (IPMin 20.1-ci maddəsi), Gəncə Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı iddiaçı İddiaçı ##.##.2024-cü il tarixdə şəxsən təqdim olunmuş, sonuncu tərəfindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan son müddət ##.##.2025-ci il tarixdə başa çatmasına baxmayaraq, qanunla müəyyən edilmiş 30 gün müddət ötürüldükdən sonra, yəni ##.##.2026-cı il tarixdə verilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ərzində verilmədiyindən, qeyd olunan prosessual hüquq normalarına əsasən apellyasiya mümkün sayılmayaraq apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apelyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməsindən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir (Inzibati Prosessual Məcəllənin 87.3 və 87.4-cü maddələri). Yuxarıda şərh olunanlara əsasən, Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 81, 85, 87-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Ərizə təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Gəncə Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardad ondan şikayət verilmədiyi halda təqdim olunduğu gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aygül Isgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar