Məhkəmə qərarları › İş №2-1(3-7)-129/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-7)-129/2026

07.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-129/2026 07.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh qarşı iş üzrə QƏRARI Açar sözlər: Əlilliyin təyin edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, iddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə2 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh qarşı “qərarın ləğvi və əlilliyin müəyyən edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. ##.##.2007-ci il tarixli, AO ******* nömrəli hərbi biletin 7-ci səhifəsində qeyd edilən 14-cü bəndə əsasən, İddiaçı 02.04-##.##.2016-cı il tarixlərində Füzuli rayon istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.

2. ##.##.2016-cı il tarixli, ** nömrəli Xəstəlik haqqında şəhadətnaməyə əsasən, ##.##.1989-cu il təvəllüdlü İddiaçı aldığı “Partlayış travması (##.##.2016) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsinin mikroocaqlı, üzvi nevroloji nişanələr, sağtərəfi piramid çatışmazlıq, asteno-nevrotik təzahürlərlə müşayiət olunan postravmatik ensefalopatiyanın qalıq əlamətləri. Mərkəzi sinir sistemi funksiyasının mülayim dərəcədə pozulması. Hər iki təpə nahiyyəsinin yumşaq toxumalarının yad cisimləri (metal qəlpələr).” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi, “Xroniki qastroduodenit, natamam remissiya mərhələsində.” diaqnozlu travmanın səbəbli əlaqəsi isə “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyən edilmişdir.

3. ##.##.2017-ci il tarixli, M/V 058905 nömrəli vəsiqədən görünür ki, İddiaçı ##.##.2017-ci il tarixdən “Müharibə veteranı” statusu verilmişdir.

4. İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərindən görünür ki:- -##.##.2017-ci il tarixli müayinə nəticəsində “Dəqiqləşdirilmiş kəllədaxili travma. Partlayış travması nəticəsində keçirilmiş qapalı kəllə beyin travması. (##.##.2016-cı il Aprel döyüşləri” diaqnozuna əsasən İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə 5 il müddətinə (növbəti qiymətləndirmə tarixi - ##.##.2022-ci il) ikinci dərəcə əlillik təyin edilmişdir; -##.##.2022-ci il tarixli müayinəyə əsasən, İddiaçı barəsində “Diaqnoz əlillik əlaməti təyin etməməsi- Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” əlillik dərəcəsinin təyinatından imtina edilməsi barədə qərar qəbul edilmişdir; -##.##.2023-cü il tarixli müayinəyə əsasən, İddiaçı barəsində “Diaqnoz öz təsdiqini tapmaması- Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” əlillik dərəcəsinin təyinatından imtina edilməsi barədə qərar qəbul edilmişdir; -##.##.2024-cü il tarixli müayinəyə əsasən, İddiaçı barəsində “Diaqnoz əlillik əlaməti təyin etməməsi- Səbəb: “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir” əlillik dərəcəsinin təyinatından imtina edilməsi barədə qərar qəbul edilmişdir; -##.##.2024-cü il tarixdə ##.##.2024-cü il tarixli tibbi göndərişə əsasən əlillik dərəcəsinin təyinatından imtina edilməsi barədə İddiaçı telefon nömrəsinə sms-bildiriş göndərilmişdir.

5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X2 tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, **** nömrəli “həkim psixiatr komissiyasının rəyi”nə əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ##.##.2023 cü il tarixli, *-**/*-*-***/**** nömrəli “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı xxxxnın nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunaraq ona “Üzvi (2016-cı il “Aprel döyüşləri” zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, qıcolma tutmaları, intihar fikirləri ilə F07.0) diaqnozu qoyulmuşdur.

6. Iddiaçının əlilliyinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən ##.##.2024-cü il tarixdə rəsmiləşdirilmiş C********THJ nömrəli göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu. Yanaşı xəstəlik – S06.0 Baş beynin silkələnməsi, Partlayış travması (##.##.2016) nəticəsində keçirilmiş qapalı kəllə beyin travması, baş beyn silkələnməsi.

7. Həmin göndərişdəki diaqnoz üzrə cavabdeh orqan iddiaçının əlillik vəziyyətini ##.##.2024-cü il tarixdə qiymətləndirərək, “Diaqnozun əlillik əlaməti təyin etməməsi” səbəbindən əlillik təyinatından imtina edilmişdir. Iddiaçının həmin qərardan verdiyi şikayət əsasında ##.##.2024-cü il tarixdə onun əyani müayinəsi həyata keçirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” ##.##.2024-cü il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərar qəbul edilmişdir.

8. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli, 3-17-#/# ****/**** nömrəli “vətəndaşın əlillik vəziyyəti haqqında” məktuba əsasən, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Gəncə Psixiatriya Xəstəxanasının C********THJ nömrəli göndərişi və müraciəti əsasında müvafiq olaraq sonuncu dəfə ##.##.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən patofunksional pozuntular aşkar olunmadığından, hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

9. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli, 3-17-#/# ****/**** nömrəli “vətəndaşın əlillik vəziyəti haqqında” məktuba əsasən, İddiaçı əlillik vəziyyəti Daşkəsən rayon Mərkəzi Xəstəxanasının *******AAC*E nömrəli göndərişi əsasında ##.##.2017-ci il tarixində elektron qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan ##.##.2015-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar beş il müddətinə (##.##.2022-ci il tarixinədək) ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Əlillik müddətinin bitdiyi ##.##.2022-ci il tarixindən sonra İddiaçı dair X1 adına xəstəxananın poliklinika şöbəsi tərəfindən *******AAM*W nömrəli göndərişi və müraciəti əsasında müvafiq olaraq ##.##.2022-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən patofunksional pozuntular aşkar olunmadığından, hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq ##.##.2022-ci il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Nəzərə çatdırılmışdır ki, ##.##.2022-ci il tarixli diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərarın SMS vasitəsilə İddiaçı göndərilmişdir.

10. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli, 3-17-4/2 *****/**** nömrəli “vətəndaşa dair müvafiq sənədlərin təqdim edilməməsi haqqında” məktuba əsasən, dövlət tibb müəssisəsi tərəfindən sonuncu dəfə ##.##.2024-cü il tarixində rəsmiləşdirilmiş C********THJ nömrəli göndəriş Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə ##.##.2024-cü il tarixində daxil olmuşdur. Həmin göndəriş və müraciət əsasında İddiaçı ##.##.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, ##.##.2024-cü il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Qiymətləndirmənin yekun nəticəsi barədə vətəndaşa ##.##.2024-cü il tarixində, saat 01:28-də 070-537-13-72 telefon nömrəsinə SMS vasitəsilə məlumat göndərilmişdir.

11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X2 tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli, **** nömrəli məktubuna qoşma şəklində əlavə edilmiş Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının ##.##.2025-ci il tarixli, **** saylı rəyinə əsasən, yoxlanılan şəxs İddiaçı hazırda “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, X6 ilə” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (əsəb gərginlik anlarında özünə xəsarət yetiməsi, intihar fikirlərinin olması, baş ağrılarından əziyyət çəkməsi, döyüşlərdə kəllə-beyin travması alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X2 “Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu ilə stasionar müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X2 “Üzvi (2016-cı il, aprel döyüşləri zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu. Depressiv epizodlar, qıcolma tutmalar, intihar fikirtəri ilə F07.0” diaqnozu təyin olunmadı) və halhazırkı psixiatrik müayinənin nəticələri (zahirən gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhval ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. Inzibati işi materiallarını və ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci suala cavab: Yoxlanılan şəxs İddiaçı "üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, X6 ilə" (F07.0) müəyyən olunur. Diaqnozlar düzgün qeyd edilmişdir; 2-ci suala cavab: Bu sualı cavablandırmaq məhkəmə-psixiatik ekspertizasının səlahiyyətlərinə aid deyil; 3-cü suala cavab: Yoxlanılan şəxs İddiaçı “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, X6 ilə” (F07.0) müəyyən edilir. Aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapır; 4-cü suala cavab: Yoxlanılan şəxs İddiaçı “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, X6 ilə” (F07.0) aşkar olunur. Sualı cavablandırmaq məhkəmə-psixiatik ekspertizasının səlahiyyətlərinə aid deyil; 5-ci suala cavab: Bu sualı cavablandırmaq məhkəmə-psixiatik ekspertizasının səlahiyyətlərinə aid deyil; 6-cı suala cavab: Bu sualı cavablandırmaq məhkəmə-psixiatik ekspertizasının səlahiyyətlərinə aid deyil; 7-ci suala cavab: Yoxlanılan şəxs İddiaçı “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, X6 ilə” F07.0 müəyyən edilir. Həmin pozuntu baş beyin silkələnməsi, partlayış travması (##.##.2016) nəticəsində keçirilmiş qapalı kəllə beyin vurması, baş beyin silkələnməsi xəstəliyinin hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, odlu silah mərmi partlamasından sonrakı vəziyyət səbəbindən yarana bilər.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

12. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Realibitasiya Agentliyi X2ə qarşı iddia ərizəsi ilə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, Qarabağ döyüşlərində iştirak etdiyi zaman döyüşlərdə aldığı travma nəticəsində fəaliyyət qabiliyyətinin olmamasına görə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı bir müddət bundan öncə pensiya almaq məqsədilə DSMF-nin Gəncə şəhər Şöbəsinə ərizə ilə müraciət etmiş, lakin şöbənin vəzifəli şəxsləri onun xahişini təmin etməkdən imtina etmişlər. Belə ki, iddiaçı 2016-cı il tarixdə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etməyi və döyüş zamanı aldığı xəsarətlərlə bağlı heç bir əsas olmadığını səbəb göstərərək hüququnun pozulmasına səbəb olan hərəkətə (hərəkətsizliyə) yol vermiş və müraciətini təmin etməkdən imtina etmişdir. Iddiaçı bildirir ki, təqdim etdiyi sənədlərə məhəl qoymayaraq ona əlillik verilməklə pensiyanın təyin olunmasından imtina edirlər. Halbuki, həmin ilin 04 aprelində “partlayış travması baş beyin silkələnməsi, təpə nahiyyəsinin yumuşaq toxumalarının odlu siılahdan kor qəlpə yaralanmaları. (Qapalı kəllə-beyin travmasından sonrakı astenovegetativ vəziyyət. Xroniki qastroduodenit natamam remissiya mərhələsində)” diaqnozu ilə Silahlı qüvvələrin Baş Klinik Hospitalının Neyrocərrahiyyə bölməsi tərəfindən epikriz də verilmiş və həmin ilin mart ayından da 2022-ci ilin mart ayına qədər müavinət verilmişdir. Hazırda isə ona müavinətimin artırılması ilə bağlı heç bir tədbir görülmür. Iddiaçı qeyd edir ki, sağlamlığı barədə də hər-hansı bir arayış da verilmir və hesab edir ki, cavabdeh idarənin vəzifəli şəxslərinin bu cür hərəkətləri (hərəkətsizlikləri) onun hüquq və maraqlarının pozulmasına səbəb olmuş hərəkətlər kimi qiymətləndirilməli və qeyri-qanuni sayılmalıdır. O nəzərə çatdırır ki, bir R kimi Qarabağ müharibəsində işğal altında olmuş Azərbaycan Respublikasının müxtəlif rayonlarında döyüşlərdə R, tank komandiri olmuş və xidməti medallarımla sübut olunur. Iddiaçı döyüş zamanı aldığı xəsarətlərdən əmək qabiliyyətini itirmiş, hazırda da Nevroloji və Psixoloji Dispanserdə qeydiyyatdadır. Təqdim olunmuş xəstəxana sənədlərindən də görünür ki, o, həqiqətən də müalicə olunur və heç bir sağalma müşahidə olunmur, digər arayışda üzvi mənşəli (qapalı kəllə-beyin travması) şəxsiyyət pozuntusu, davranış pozuntuları diaqnozu qoyulmuşdur.

14. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə göndərilmiş və etirazda göstərilmişdir ki, Gəncə şəhər sakini ##.##.1989-cu il təvəllüdlü İddiaçı (FIN: *******) əlillik vəziyyəti tibb müəssisəsinin ##.##.2022-ci il tarixli, *******AAM*W nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS 22420362689). Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin ##.##.2023-cü il tarixli, D********SPQ nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: 3-17- 4/3-1-18859/2023). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin növbəti göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında ##.##.2024-cü il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2016-cı il tarixli, ** nömrəli Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (##.##.2016) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin mikroocaqlı, üzvi nevroloji nişanələr, sağtərəfli piramid çatışmazlıq, asteno-nevrotik təzahürlərlə müşayiət olunan postravmatik ensefalopatiyanın qalıq əlamətləri. Mərkəzi sinir sistemi funksiyasının mülayim dərəcədə pozulması. Hər iki təpə nahiyəsinin yumşaq toxumalarının yad cisimləri (metal qəlpələr)” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi və “Xroniki qastroduodenit, natamam remissiya mərhələsində” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş ##.##.2022-ci il tarixində, ##.##.2023cü il tarixində DTSERA-da əyani müayinələrdə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilikdən, yaddaşsızlıqdan, qıcolma tutmalarından şikayətlənmişdir. Baxış zamanı hər iki çiyində və başın təpə nahiyəsində çapıqlar izlənmişdir. Anamnezində ailəsindən ayrıldığını, işləyə bilmədiyini, insanların çox olduğu yerdə özünü narahat hiss etdiyini söyləmişdir. Müayinə zamanı adekvat olmuş, verilən sualları cavablandırdıqda gözlərini qaçırmış, cavab verməkdən yayınmış, şikayətlərini simulyasiya etmiş, bildirdiyi şikayətlər tibbi sənədlərdə qeyd edilmiş diaqnozlara uyğun olmamışdır. Qəbul etdiyi dərmanlarının adını bilmədiyini söyləmiş, özü ilə gətirdiyi qutuları nümayiş etdirmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrısı, halsızlıq, yaddaşsızlıqdan, narahatlıq hissi, ünsiyyət zamanı əsəbilikdən, səs-küy zamanı qıcıqlanmadan və qıcolma tutmalarından şikayətlənmişdir. Anamnezində əsəbləşdikdə huşunu itirməsi və qıcolma baş verdiyini, tutmadan sonra dostlarını gördüyünü söyləmiş, tutmalar haqqında məlumat verə bilməmişdir. Davamlı dərmanlar qəbul etdiyini, dərmanların adını bilmədiyi üçün Finlepsin, Aminazin qutularını təqdim etmişdir: Psixi statusu: demonstrativ şəkildə depressiya nümayiş etdirməyə çalışmışdır. Hazırda sərgilədiyi klinika ilə epikrizlərdə qeyd olunan məlumatlar fərqli olmuşdur. Habitusu, emosional sferası, sərgiləməyə çalışdığı depressiya klinikaya uyğunsuz olmuşdur. Ara-bir ciddiyyətini itirmiş, gülümsəmişdir. Göz kontaktı qurmaqdan yayınmış, aşkar aqqravasiya müşahidə edilmişdir. Şəxsiyyət vəsiqəsindəki (iyun 2024) şəkli hazırkı nümayişkar xarici görünüşü ilə tamamilə ziddiyyət təşkil etmişdir. Təqdim etdiyi Aminazinin bu şikayətlərlə təyin olunması uyğunsuz olmuş, dərmanları qəbul etmədiyi müəyyən edilmişdir. Təqdim edilmiş EEQ müayinə nəticəsində epiaktivlik aşkar olunmamışdır. Gəncə Şəhər Psixiatriya Xəstəxanasının ##.##.2024 -##.##.2024-cü il tarixli ******** nömrəli Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. xxxxnın ##.##.2024-##.##.2024-cü il tarixli ****/** nömrəli Çıxarışında diaqnoz “Üzvi (2016-cı il, aprel döyüşləri zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, qıcolma tutmaları, intihar fikirləri ilə” kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. xxxxnın ##.##.2024-cü il tarixli **** nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (2016-cı il, aprel döyüşləri zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, qıcolma tutmaları, intihar fikirləri. Təyin edilən diaqnoz 6 ay müddətində qüvvədədir” kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. X7 ##.##.2024-cü il tarixli * nömrəli EEQ müayinəsinin nəticəsi “Sol gicgah boyu ön mid temporal spayk tipli fokal epileptiforum aktivlik və delta ləngimə TRIADA qeyd olundu. Müddəti 4-6 saniyə olmaqla bir neçə dəfə kiçik tutma baş verdi” kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da ##.##.2024-cü il tarixli Elektroensefaloqramma müayinəsinin nəticəsi “Baş beynin bioelektrik aktivliyi yaşa uyğun orqanizə olunub. Regional asimmetriya yoxdur. Funksional sınaqlar normal. Epileptiform aktivlik aşkar edilmədi” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Iddiaçının forma- 88 göndərişləri natamam doldurulma səbəbindən geri qaytarılmışdır. Çünki xəstənin müalicə müddəti yetərli deyildir. Bu səbəbdən yeni forma-88 vurulmasını və stasionar, ambulator yatışlarını davam etdirməyi məqsədə müvafiqdir. Eyni zamanda xəstənin əlilliyinin olub olmamasının dəqiqləşdirilməsi məqsədiylə DTSERA-da əyani müainədə iştirak etməyi zəruridir. Iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş edilmişdir.

15. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir.

16. Iddiaçının nümayəndəsi və vəkili nümayəndə2 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agenliyinin ##.##.2024-cü il tarixli, *******0007 nömrəli qərarının ləğv edilməsi, ##.##.2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi səbəbli əlaqəsi ilə 2 il müddətinə orqanizmin funksiyalarının 35-60% pozulmasına görə əlilliyin müəyyən edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ##.##.2025-ci il tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.

18. Birinci instansiya məhkəməsinin iclaslarında iştirak etmiş cavabdehin nümayəndələri məhkəməyə təqdim edilən etiraza uyğun izahat vermiş, təmsil etdikləri inzibati orqanın mövqeyinin hüquqi cəhətdən əsaslı olduğunu və bu səbəbdən də iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişlər.

19. Gəncə Inzibati Məhkəməsinin (hakim N.Hüseynov) ##.##.2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi, “xxxx” X2 ##.##.2024-cü il tarixli, *******0007 nömrəli qərarının ləğv edilməsi və İddiaçı orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müdafiəsi ilə əlaqədar” səbəbli əlaqəsi ilə 2 il müddətinə əlilliyin müəyyən edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdeh “xxxx” X2 üzərinə qoyulması qərara alınmışdır.

20. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçıya tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə- “Forma 88”də qeyd olunan diaqnozun (F07.0- “Üzvi mənşəli şəxsiyyət pozuntusu) həqiqətən də, iddiaçıda mövcud olması və həmin diaqnozun ona əlillik təyininə əsas olması məhkəmə tərəfindən araşdırılması zamanı (iş materiallarında olan xəstəxana tərəfindən verilmiş arayışlar, məhkəmə psixiatrik ekspertizasının ##.##.2025-ci il tarixli, **** saylı rəyi və “Əlilliyin müəyyən olunması meyarlarına”na Əlavə) öz təsdiqi tapmışdır. Belə ki, qeyd edilmiş “Əlilliyin müəyyən olunması meyarları” 7.6.2-ci bəndinə əsasən, üzvi mənşəli şəxsiyyət pozuntusu orqanizmin funksiyalarının 35-60 faiz pozuntusuna görə 2 il müddətinə əlillik təyinatı üçün əsasdır. Digər tərəfdən, İddiaçı barəsində ##.##.2016-cı il tarixli, ** nömrəli nömrəli Xəstəlik haqqında şəhadətnaməyə əsasən, İddiaçı barəsində “Partlayış travması (##.##.2016) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsinin mikroocaqlı, üzvi nevroloji nişanələr, sağtərəfi piramid çatışmazlıq, asteno-nevrotik təzahürlərlə müşayiət olunan postravmatik ensefalopatiyanın qalıq əlamətləri. Mərkəzi sinir sistemi funksiyasının mülayim dərəcədə pozulması. Hər iki təpə nahiyyəsinin yumşaq toxumalarının yad cisimləri (metal qəlpələr). Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır kimi müəyyənləşdirilmişdir. Həmçinin, məhkəmənin müvafiq tarixli qərardadı ilə keçirilmiş əyani müayinəyə əsasən, məhkəmə psixiatrik ekspertizasının ##.##.2025-ci il tarixli, **** saylı rəyinə ilə İddiaçı Üzvi (Travma Mənşəli) Şəxsiyyət Pozuntusu, Depressiv Daxilolmalar, X6 (F07.0) aşkar olunmuşdur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

21. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi apellyasiya şikayəti verərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə şəhər sakini ##.##.1989-cu il təvəllüdlü İddiaçı (FIN: *******) əlillik vəziyyəti tibb müəssisəsinin ##.##.2022-ci il tarixli *******AAM*W nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS 22420362689). Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin ##.##.2023-cü il tarixli D********SPQ nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: 3-17-4/3-1-18859/2023). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin növbəti göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında ##.##.2024-cü il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2016-cı il tarixli, ** nömrəli Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (##.##.2016) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin mikroocaqlı, üzvi nevroloii nişanələr, saqtərəfli piramid çatışmazlıq, asteno-nevrotik təzahürlərlə müsaviət olunan postravmatik ensefalopativanın qalıq əlamətləri. Mərkəzi sinir sistemi funksiyasının mülayim dərəcədə pozulması. Hər iki təpə nahiyəsinin yumsaq toxumalarının yad cisimləri (metal qəlpələr)” diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi və “Xroniki oastroduodenit, natamam remissiya mərhələsində”diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir. Qeyd edilməlidir ki, vətəndaş ##.##.2022-ci il tarixində, ##.##.2023-cü il tarixində DTSERA-da əyani müayinələrdə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilikdən, yaddassızlıqdan, qıcolma tutmalarından şikayətlənmişdir. Baxış zamanı hər iki çiyində və basın təpə nahiyəsində çapıqlar izlənmişdir. Anamnezində ailəsindən ayrıldığını, işləyə bilmədiyini, insanların çox olduğu yerdə özünü narahat hiss etdiyini söyləmişdir. Müayinə zamanı adekvat olmuş, verilən sualları cavablandırdıqda gözlərini qaçırmış, cavab verməkdən yayınmış, şikayətlərini simulyasiya etmiş, bildirdiyi şikayətlər tibbi sənədlərdə qeyd edilmiş diaqnozlara uyğun olmamışdır. Qəbul etdiyi dərmanlarının adını bilmədiyini söyləmiş, özü ilə gətirdiyi qutuları nümayiş etdirmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrısı, halsızlıq, yaddaşsızlıqdan, narahatlıq hissi, ünsiyyət zamanı əsəbilikdən, səs-küy zamanı qıcıqlanmadan və qıcolma tutmalarından şikayətlənmişdir. Anamnezində əsəbləşdikdə huşunu itirməsi və qıcolma baş verdiyini, tutmadan sonra dostlarını gördüyünü söyləmiş, tutmalar haqqında məlumat verə bilməmişdir. Davamlı dərmanlar qəbul etdiyini, dərmanların adını bilmədiyi üçün Finlepsin, Aminazin qutularını təqdim etmişdir: Psixi statusu: demonstrativ şəkildə depressiya nümayiş etdirməyə çalışmışdır. Hazırda sərgilədiyi klinika ilə epikrizlərdə qeyd olunan məlumatlar fərqli olmuşdur. Habitusu, emosional sferası, sərgiləməyə çalışdığı depressiya klinikaya uyğunsuz olmuşdur. Ara-bir ciddiyyətini itirmiş, gülümsəmişdir. Göz kontaktı qurmaqdan yayınmış, aşkar aqqravasiya müşahidə edilmişdir. Şəxsiyyət vəsiqəsindəki (iyun 2024) şəkli hazırkı nümayişkar xarici görünüşü ilə tamamilə ziddiyyət təşkil etmişdir. Təqdim etdiyi Aminazinin bu şikayətlərlə təyin olunması uyğunsuz olmuş, dərmanları qəbul etmədiyi müəyyən edilmişdir. Təqdim edilmiş EEQ müayinə nəticəsində epiaktivlik aşkar olunmamışdır. Gəncə Şəhər Psixiatriya Xəstəxanasının ##.##.2024-##.##.2024-cü il tarixli, ******** nömrəli Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. xxxxnın ##.##.2024-##.##.2024-cü il tarixli, ****/** nömrəli Çıxarışında diaqnoz “Üzvi (2016-cı il, aprel döyüşləri zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, qıcolma tutmaları, intihar fikirləri ilə” kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. xxxxnın ##.##.2024-cü il tarixli, **** nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (2016-cı il, aprel döyüşləri zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, qıcolma tutmaları, intihar fikirləri. (Təyin edilən diaqnoz 6 ay müddətində qüvvədədir) kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. X7 ##.##.2024-cü il tarixli, * nömrəli EEQ müayinəsinin nəticəsi “So/ gicgah boyu ön m id temporal spayk tipli fokal epileptiforum aktivlik və delta ləngimə TRIADA qeyd olundu. Müddəti 4-6 saniyə olmaqla bir necə dəfə kiçik tutma bas verdi' kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da ##.##.2024-cü il tarixli Elektroensefaloqramma müayinəsinin nəticəsi “Bas beynin bioelektrik aktivliyi yasa uyğun orqanizə olunub. Regional asimmetriya yoxdur. Funksional sınaqlar normal. Epileptiform aktivlik aşkar edilmədi" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Bildirilir ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Ekspert rəyi ilə şəxsin əlil olmasına qənaətinə gəlinirdisə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi və təyin edilməsinə nə ehtiyac qalardı ki. Həmçinin bildirilir ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırılır ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Forma 88 qeyd edilən xəstəliklərinin ağırlaşması olmadığı halda iddia təmin edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarına əsasən nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“Inzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Iddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Gəncə Inzibati Məhkəməsinin qərarı ləğv edilməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Iddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

25. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları

26. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs. Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Bənd 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “HYPERLINK "https://e-qanun.az/framework/49623" \l ":~:text=t%C9%99sdiq%20edilmi%C5%9Fdir.- ,%C6%8Flilliyin%20m%C3%BC%C9%99yy%C9%99n%20olunmas%C4%B1%20meyarlar%C 4%B1,-1.%20%C3%9Cmumi%20m%C3%BCdd%C9%99alar"\o "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı"Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və HYPERLINK "https://e-qanun.az/framework/44232" \l "%C9%99lav%C9%99"“Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Bənd 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81- 100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61- 80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31- 60 faiz. Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Bənd 7.6.2. Üzvi mənşəli şəxsiyyət pozuntusu. F07.0 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) - orqanizmin funksiyalarının pozulması faizi 35-60 faiz olmaqla, 2 il müddətinə əlillik dərəcəsi təyin edilir.

29. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X8: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.

30. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 14.1. Inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

31. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 14.3. Inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

Iddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

32. IPM-in 2.2.2. Inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

33. IPM-in 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

34. IPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

35. IPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

36. IPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

37. IPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

38. IPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

39. IPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

40. IPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

41. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

42. Baxılan mübahisə Azərbaycan Respublikası IPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə IPM-nin 2.2.2-ci maddəsində nəzərdə tutulan məcburetmə haqqında iddia növünə aiddir.

43. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

45. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

46. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

47. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

48. Belə ki, işin faktiki hallarına əsasən müəyyən edilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2016-cı il tarixli, ** nömrəli Xəstəlik haqqında şəhadətnaməsinə əsasən, ##.##.1989-cu il təvəllüdlü İddiaçı aldığı “Partlayış travması (##.##.2016) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, başbeyin silkələnməsinin mikroocaqlı, üzvi nevroloji nişanələr, sağtərəfi piramid çatışmazlıq, asteno-nevrotik təzahürlərlə müşayiət olunan postravmatik ensefalopatiyanın qalıq əlamətləri. Mərkəzi sinir sistemi funksiyasının mülayim dərəcədə pozulması. Hər iki təpə nahiyyəsinin yumşaq toxumalarının yad cisimləri (metal qəlpələr)” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.

49. ##.##.2017-ci il tarixli müayinə nəticəsində “Dəqiqləşdirilmiş kəllədaxili travma. Partlayış travması nəticəsində keçirilmiş qapalı kəllə beyin travması. (##.##.2016-cı il Aprel döyüşləri” diaqnozuna əsasən İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə 5 il müddətinə (növbəti qiymətləndirmə tarixi - ##.##.2022-ci il) ikinci dərəcə əlillik təyin edilmişdir. Daha sonra iddiaçı barəsində yeni göndərişlər rəsmiləşdirilsə də, ##.##.2022-ci il tarixli və ##.##.2023-cü il tarixli müayinəyə əsasən, İddiaçı barəsində “Diaqnoz öz təsdiqini tapmaması- Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” əlillik dərəcəsinin təyinatından imtina edilməsi barədə qərar qəbul edilmişdir.

50. İddiaçı əlilliyinin qiymətləndirilməsi məqsədilə sonuncu dəfə “Gəncə Psixiatriya Xəstəxanası” tərəfindən rəsmiləşdirilmiş ##.##.2024-cü il tarixli C********THJ nömrəli göndərişdə “Əsas diaqnoz – F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu.” kimi müəyyənləşdirilmişdir.

51. İddiaçı əlilliyi həmin göndəriş əsasında ##.##.2024-cü il tarixdə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Iddiaçının həmin qərardan verdiyi şikayət əsasında ##.##.2024-cü il tarixdə onun əyani müayinəsi həyata keçirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” ##.##.2024-cü il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərar qəbul edilmişdir.

52. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli, *******0007 nömrəli qərarı ilə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbindən İddiaçı əlillik verilməsindən imtina edilməsi əsaslı olmamışdır.

53. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X2 Həkim Psixiatriya Komissiyasının ##.##.2024-cü il tarixli, **** nömrəli rəyindən görünür ki, İddiaçı “xxxx” nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş, ona “Üzvi (Aprel döyüşləri” zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, qıcolma tutmaları, intihar fikirləri ilə F07.0” diaqnozu qoyulmuşdur.

54. Həmçinin, Tibb müəssisəsi tərəfindən iddiaçı barəsində ##.##.2024-cü il tarixdə rəsmiləşdirilmiş göndərişlə müəyyən olunur ki, İddiaçı həmin diaqnoz üzrə ambulator müraciətlər etmiş, həmçinin ##.##.2024-##.##.2024-cü il tarixlərdə Gəncə Psixiatriya Xəstəxanasında və ##.##.2024-##.##.2024-cü il tarixlərdə Bakı “xxxx” X2 stasionar müalicələrdə olmuşdur.

55. Həmin göndərişdə onun “Psixi statusu” ilə bağlı qeyd edilmişdir ki, “Bələdliyi saxlanılıb. Ünsiyyət əlaqəsinə həvəssiz daxil olur. Verilən suallara qısa və əsəbi cavablar verir. Xəstə daima baş ağrıları və baş gicəllənməsindən şikayət edir. Əhvali-ruhiyyəsi enikdir. Ruh düşkünlüyü müşahidə edilir. Gələcəyə aid planları yoxdur. Övladları ilə maraqlanmır. Özünə qapanır, heç kimlə ünsiyyət saxlamaq istəmir. Insanların ona qıcıq verdiyini deyir, cəmiyyət arasında daha da gərginləşir, aqressiv olur. Emosional reaksiyaları dayanıqsızdır. Tez özündən çıxır. Hər xırda qıcıqlara güclü reaksiya verir, səbəbsiz konfliktlər yaradır. Çox əsəbi və hövsələsizdir. Etdiyi hərəkətlərinə görə özünü günahkar hiss etmir. Tənqidi funksiyaları zəifləyib. Davranışları qüsurludur. Təfəkkürü tormozlaşıb. Yuxusu və yaddaşı pozulub”.

56. Bundan əlavə, birinci instansiya məhkəməsinin müvafiq qərardadına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” PHŞ tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli, **** nömrəli ekspert rəyindən görünür ki, yoxlanılan şəxs İddiaçı “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, X6 ilə” F07.0 müəyyən edilir. Həmin pozuntu baş beyin silkələnməsi, partlayış travması (##.##.2016) nəticəsində keçirilmiş qapalı kəllə beyin vurması, baş beyin silkələnməsi xəstəliyinin hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, odlu silah mərmi partlamasından sonrakı vəziyyət səbəbindən yarana bilər.

57. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina edilməsi əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

58. Belə ki, şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə inzibati orqan müəyyən qiymətləndirmə azadlığına malikdir və bu, təkzib edilməməlidir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, şəxsin faktiki sağlamlıq vəziyyəti inzibati orqan tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin müəyyən olunması isə şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, həmin orqan ona əlillik dərəcəsini təyin etməyə (sağlamlıq imkanlarının pozulmasının faiz göstəricisini müəyyən etməyə) borcludur. Yəni, əlilliyin müəyyən olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, bu barədə qərar qəbul edilməsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin diskresion deyil, mütləq (qapalı) səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

59. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilmiş, o, şəhadətləndirilən, eləcə də əlillik təyinatı aparılan zaman və hazırda qeyd olunan xəstəlikdən əziyyət çəkir, ona qoyulmuş diaqnozda hər hansı dəyişiklik baş verməmiş və onda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 2 il müddətinə 35-60 faiz aralığında pozulmasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik təyin olunmasına əsas verir.

60. Məhkəmə kollegiyası inzibati orqanın apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətində qeyd olunan hallar işin yuxarıda sadalanan və əsaslandırılan halları ilə təkzib olunur.

61. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə qanunidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.

62. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar