Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(3-7)-13/2026 21.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə (üçüncü şəxs X13) qarşı “hüquqmüəyyənedici sənədin etibarsız sayılması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)- 3063/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsinə dair X8 adına verilmiş reyestr nömrəsi **********01, qeydiyyat nömrəsi ********* və qeydiyyat tarixi xx.xx.2019-cu il olan çıxarışın etibarsız sayılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 1985-2005-ci illər ərzində Gəncə şəhərində yerləşən Təmir Tikinti Trestində işləmişdir. Ona xx.xx.1989-cu ildə Gəncə şəhəri, Məhsəti qəsəbəsində bağ yeri üçün 0,04 ha torpaq sahəsi ayrılmışdır. Lakin X4 sənədlərlə ona məxsus torpaq sahəsinə yiyələnmiş və alğı-satqı yolu ilə həmin torpaq sahəsini 2018-ci ildə X1. Halbuki, X6 Qablar zavodunda işləməmişdir. Torpaq ayrılması ilə bağlı daşınmaz əmlaka saxta sənədlər təqdim etmişdir. Belə ki, həmin şəxs 1988-ci il tarixdə Ermənistan Respublikasından məcburi köçkün olaraq gəlmişdir. Cavabdeh orqana onun adına olan çıxarışın ləğvi ilə müraciət etmişdir. Lakin ərizəsinin icrasından imtina edilmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh inzibati orqan verdiyi etiraz ərizəsində göstərmişdir ki, “Farforist” BYB-nin xx.xx.1988-ci il tarixli,462 nömrəli arayışı, “Farforist” BYB-nin qərarından çıxarış, bağ evinə dair eskiz-layihə, Kirovabad şəhər XDS-nin İcraiyyə Komitəsinin 11 saylı protokolundan çıxarışı nəzərə alınaraq Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsinə dair X8 adına xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********01 reyestr nömrəli çıxarış və “plan və ölçü” sənədi tərtib edilmişdir. Gəncə şəhər 6 saylı DNK-nun xx.xx.2011-ci il tarixli, 4Ə/1-28 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən X13 0.04 ha torpaq sahəsini X1. Sonuncunun adına xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********01 reyestr nömrəli çıxarış və “plan və ölçü” sənədi tərtib edilmişdir. Hal-hazırda iddiaçı torpaq sahəsinə dair verilmiş **********01 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsini tələb etsə də, həmin torpaq sahəsinin ona ayrılmasına dair hər hansı bir texniki sənəd təqdim etməmişdir. Odur ki, iddianın rədd edilməsi xahiş edilmişdir. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsinə dair X8 adına verilmiş reyestr nömrəsi **********01, qeydiyyat nömrəsi ********* və qeydiyyat tarixi xx.xx.2009-cu il olan çıxarışın verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədin etibarsız sayılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə dəqiqləşmə barədə ərizə icraata qəbul etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3063/2025 nömrəli qərardadı ilə (hakim F.Əliyev) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs X13) qarşı “hüquqmüəyyənedici sənədin etibarsız sayılması” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. İddiaçı həmin qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3063/2025 nömrəli qərardadının ləğv olunması və işin baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3063/2025 nömrəli qərardadını əsassız hesab edir. Belə ki, qərardadda göstərilir ki, guya iddiaçı tərəfindən inzibati akt mübahisələndirilməmişdir. Guya bu halın mövcudluğu isə iddianın mümkün sayılmamasına dəlalət edir. Bildirir ki, qərardadda İPM-nin 13-cü maddəsinə istinad edilir və göstərilir ki, guya iddia tələbinin qanunun tələblərinə uyğunlaşdırılmasına dair iddiaçıya sərəncam göndərilərək yuxarıda qeyd edilən məsələlərin iddiaçının nəzərinə çatdırılmış, ancaq iddiaçı sərəncamdan irəli gələn göstərilənləri yerinə yetirmədiyi üçün iddia mümkün sayılmamışdır. Bildirir ki, məhkəmə qərardadda ona sərəncam göndərdiyini göstərsə də, əslində ona məhkəmədən iddia tələbində düzəliş edilməsi ilə bağlı sərəncam göndərilmişdir. Buna görə də məhkəmənin bu əsasla iddianın mümkün saymamasının hüquqi əsası yoxdur. Ona görə də məlum qərardad əsassız olduğu üçün ləğv edilməli, iş məhkəmə baxışına qaytarılmalıdır. Məhkəmə kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin hüquq varisi kimi tanınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, ona xx.xx.1989-cu ildə Gəncə şəhəri, Məhsəti qəsəbəsində bağ yeri üçün 0,04 ha torpaq sahəsi ayrılmışdır. Lakin X4 sənədlərlə ona məxsus torpaq sahəsinə yiyələnmiş və alğı-satqı yolu ilə həmin torpaq sahəsini 2018-ci ildə X1. Halbuki, X6 Qablar zavodunda işləməmişdir. Torpaq ayrılması ilə bağlı daşınmaz əmlaka saxta sənədlər təqdim etmişdir. Belə ki, həmin şəxs 1988-ci il tarixdə Ermənistan Respublikasından məcburi köçkün olaraq gəlmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: -Azərbaycan Respublikası Dövlət X14 xx.xx.2024-cü il tarixli, 3-48-DA-4F/2-M- 2088//8/2024 nömrəli arxiv arayışından görünür ki, Kirovabad Şəhər X18 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 11 nömrəli qərarı ilə bağçılıq birliyinin inkişafı üçün Kirovabad şəhərinin qərb bölgəsindən şəhərin müxtəlif idarə və təşkilatlarına torpaq sahəsinin ayrılması və.s qərara alınmışdır. -Azərbaycan Respublikası Rayonlararası Təmir-tikinti Birliyinin Gəncə şəhəri 3 nömrəli rayonlararası təmir-tikinti trestinin qərarından çıxarışdan görünür ki, Kirovabad Şəhər X18 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 11 nömrəli protokolu əsasında trestin xx.xx.1989-cu il tarixli protokoluna əsasən Məhsəti (keçmiş Sevinc) qəsəbəsi ərazisindən 400 kv.m torpaq sahəsi bağçılıq üçün birliyin üzvü İddiaçı ayrılmışdır. -Azərbaycan Respublikası Rayonlararası Təmir-tikinti Birliyinin Gəncə şəhəri 3 nömrəli rayonlararası təmir-tikinti trestinin xx.xx.1998-ci il tarixli, 2188 nömrəli arayışında qeyd edilmişdir ki, həqiqətən Kirovabad Şəhər X18 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 11 nömrəli qərarı ilə Məhsəti (keçmiş Sevinc) qəsəbəsi ərazisindən 400 kv.m torpaq sahəsi İddiaçı ayrılmışdır. -Gəncə şəhər İcra Hakimiyyətinin 3 nömrəli MRTTT Bağçılıq üzrə təsdiq olunmalı siyahısından görünür ki, İddiaçı adı həmin siyahıda 41-cı sirada qeyd edilmişdir. -Azərbaycan Respublikası Rayonlararası Təmir-tikinti Birliyinin Gəncə şəhəri 3 nömrəli rayonlararası təmir-tikinti trestinin arayışında qeyd edilmişdir ki, İddiaçı 1985-ci ildən 2005-ci ilədək Trest-də (RSU) çalışıb. Ona Gəncə şəhər Məhsəti (keçmiş Sevinc) qəsəbəsi ərazisindən 400 kv.m bağ sahəsi verilib və tərtib olunmuş ümumi siyahıda adı 41-ci sırada qeyd olunub. O, 1989-cu ildən bağçılığın üzvüdür. -“Farforist” bağçılıq yoldaşlıq birliyinin qərarından çıxarışdan görünür ki, Kirovabad Şəhər X18 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 11 nömrəli protokolu əsasında birliyin xx.xx.1988-ci il tarixli protokoluna əsasən Gəc zavodu ərazisindən 400 kv.m torpaq sahəsi bağçılıq üçün birliyin üzvü X11 ayrılmışdır. -Kirovabad Çini qablar zavodu “Farforist” bağçılıq yoldaşlığının xx.xx.1988-ci il tarixli, 462 nömrəli arayışında qeyd edilmişdir ki, həqiqətən Kirovabad Şəhər X18 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 11 nömrəli qərarına əsasən Gəc zavodu ərazisindən X11 bağ yeri üçün sahəsi 400 kv.m olan torpaq sahəsi ayrılmışdır. -xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********01 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsi üzərində X8 mülkiyyət hüquqları qeydə alınmışdır. -AN-İ ******* nömrəli, xx.xx.2011-ci il tarixli Daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, X8 nümayəndəsi X3 şəhəri, Sevinc qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsini 4000 (dörd min) manat müqabilində X1. -xx.xx.2011-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********01 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsi üzərində X9 mülkiyyət hüquqları qeydə alınmışdır. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-M-00xx-xx/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, “aparılan araşdırma zamanı, müraciətinizə torpaq sahəsi üzərində vətəndaş X8 qeydiyyata alınmış hüquqlarının ləğv edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının əlavə edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən müraciətin icrası mümkün olmamışdır.” Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Belə ki, bu hüququn təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız inzibati orqanların hərəkət və hərəkətsizliyindən müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi isə məhdudlaşıdırıla bilməz. Bütün fiziki və hüquqi şəxslər də özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. Avropa Məhkəməsi “X12rşı” 21 fevral 1975-ci il tarixli qərarında göstərmişdir ki, məhkəməyə müraciət etmək hüququ özünün xarakteri etibarı ilə dövlət tərəfindən tənzimələnməli hüquqdur. Bu hüquqa qoyulan mədudiyyətlər yalnız o halda Konvensiyanın 6-cı maddəsinə uyğun ola bilər ki, onlar qanuni məqsəd daşısın, tətbiq olunan vəsaitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan əlaqə mövcud olsun. Məhkəmə kollegiyası xatırladır ki, inzibati məhkəmə icraatında da iddianın mümkünlük şərtləri müəyyən olunmuşdur və istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia, yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3, 5.1, 6.1 və 6.2-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). Göründüyü kimi, məhkəmələr iddianın mümkünlük şərtlərini yoxlayarkən ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını müəyyən etməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, Kirovabad Şəhər X18 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 11 nömrəli protokoluna əsasən şəhərin müxtəlif idarə və təşkilatlarına bağçılıq üçün torpaq sahələri ayrılmışdır. İddiaçı 1985-ci ildən 2005-ci ilədək Gəncə şəhəri 3 nömrəli rayonlararası təmir-tikinti trestində çalışmış, 1989-cu ildən bağçılığın üzvü olmuşdur. Ona Kirovabad Şəhər X18 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 11 nömrəli protokolu əsasında həmin trestin xx.xx.1989-cu il tarixli protokoluna əsasən Gəncə şəhər Məhsəti (keçmiş Sevinc) qəsəbəsi ərazisindən 400 kv.m bağ sahəsi verilmiş və tərtib olunmuş ümumi siyahıda adı 41-ci sırada qeyd olunmuşdur. Həmçinin müəyyən edilir ki, Kirovabad Şəhər X18 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 11 nömrəli qərarına əsasında “Farforist” bağçılıq yoldaşlıq birliyinin xx.xx.1988-ci il tarixli protokoluna əsasən Gəc zavodu ərazisindən 400 kv.m torpaq sahəsi bağçılıq üçün birliyin üzvü X11 ayrılmış, həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüquqları xx.xx.2009-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Daha sonra həmin torpaq sahəsi alğı-satqı qaydasında X2 və sonuncunun mülkiyyət hüquqları xx.xx.2011-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Göründüyü kimi, üçüncü şəxsə məxsus torpaq sahəsi üzərində onun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona müvafiq hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir, yəni qeyd edilən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı həmin əmlaka dair təqdim edilmiş sənədlər əsasında, qanunvericiliyin tələbləri nəzərə alınmaqla verilmişdir. Hazırki iddia tələbində iddiaçı ona ayrılmış torpaq sahəsinin X11 ayrılmış torpaq sahəsi olmasını iddia edərək, X8 adına verilmiş reyestr nömrəsi **********01, qeydiyyat nömrəsi ********* və qeydiyyat tarixi xx.xx.2009-cu il olan çıxarışın verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədin etibarsız sayılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. Qeyd edilməlidir ki, yuxarıda adı çəkilən müvafiq protokol əsasında iddiaçıya torpaq sahəsi ayrılsa da, torpaq ayrılan zaman sahənin döngə nöqtələrinin koordinatları, dəqiq yerləşmə planı barədə sənəd nə ona, nə də dövlət arxivinə təhvil verilməmişdir. Halbuki, torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin ayrılmasına dair sənədlərdə sərhədləri, ölçüləri, coğrafi mövqeyi və.s əks olunmalıdır. Əks halda şəxs torpaq ayrılmasına dair sənədə istinad etməklə istənilən torpaq sahəsinə iddia edə bilərdi. Beləliklə işin halları ilə müəyyən edilir ki, iddiaçının ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsinin üçüncü şəxsin mülkiyyət hüququ ilə yüklülüyü mövcuddur. Göründüyü kimi, şəxsin subyektiv hüquqa qarşı vəzifə daşıyan şəxsdən müəyyən hərəkətləri etməyi tələb etmək səlahiyyətinə malik olması üçün onun əvvəlcə subyektiv hüquqa malik olması tələb olunur. Hazırkı halda iddiaçı ona ayrılmış torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətində olmuş torpaq sahəsi olmasını iddia etsə də, işin bu halını təsdiq edən mötəbər sübutlar məhkəmələrə təqdim edilmədiyi üçün hazırkı mübahisəyə münasibətdə iddiaçının subyektiv hüququnun mövcudluğu öz təsdiqini tapmır. Bununla yanaşı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı üçünçü şəxs X8 adına olan çıxarışın ləğv edilməsinə nail olmağa çalışır. Hansı ki, onun dəlililin kökündə çıxarışın verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlərin saxta olması dayanır. İddia ərizəsinin məzmununa uyğun olaraq birinci instansiya məhkəməsi iddiaçıya hüquqi yardım etmiş və inzibati məhkəmə araşdırmasının predmetinin nə ola bilməsi qeyd olunmuşdur. Bu yanaşma «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarına uyğun olmuşdur. Belə ki, həmin Qərarın 17-ci bəndinə görə Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Lakin iddiaçı tərəfindən inzibati akt mübahisələndirilməmişdir. Bu halın mövcudluğu da iddianın mümkün sayılmamasına dəlalət edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticəni əsaslı sayır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 68, 69, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3063/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Bu qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-7)-13/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-7)-13/2026
21.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver