Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-130/2026 15.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İsa oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, “qərarın ləğvi və müddətsiz əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. X3 ##.##.2025-ci il tarixli, S********XHA nömrəli göndərişində İddiaçı İsa oğluna qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – F07.0 xxxx. Ağırlaşma – F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu.
2. X3 ##.##.2025-ci il tarixli, S********XHA nömrəli göndərişindəki diaqnoz üzrə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı İsa oğlunun əlillik vəziyyəti ##.##.2025-ci il tarixdə qiymətləndirilərək, diaqnozun əlillik əlaməti təyin etməməsi (“Diaqnoz əlillik əlaməti təyin etmir barədə” qərar qəbul edilmişdir) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir.
İşdə olan sənədlər:
3. İddiaçı İsa oğluna ##.##.2005-ci il tarixdən ##.##.2006-cı il tarixədək, ##.##.2006ci il tarixdən ##.##.2007-ci il tarixədək, ##.##.2007-ci il tarixdən ##.##.2008-ci il tarixədək, ##.##.2008-ci il tarixdən ##.##.2009-cu il tarixədək, ##.##.2009-cu il tarixdən ##.##.2010cu il tarixədək, ##.##.2010-cu il tarixdən ##.##.2011-ci il tarixədək, ##.##.2011-ci il tarixdən ##.##.2012-ci il tarixədək, ##.##.2012-ci il tarixdən ##.##.2013-cü il tarixədək, ##.##.2013-cü il tarixdən ##.##.2014-cü il tarixədək ümumi xəstəlik ilə əlaqədar, ##.##.2014-cü il tarixdən ##.##.2015-cı il tarixədək hərbi xidmət dövrü ilə əlaqədar 1 il müddətinə II dərəcə, ##.##.2015-ci il tarixdən hərbi xidmət ilə əlaqədar II dərəcə müddətsiz, ##.##.2017-ci il tarixdən ##.##.2022-ci il tarixədək 5 il müddətinə hərbi xidmət dövrü ilə əlaqədar II dərəcə, ##.##.2018-ci il tarixdən ##.##.2023-cü il tarixədək 5 il müddətinə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar II dərəcə, ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixədək 2 il müddətinə hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar orqanizmin funksiyalarının 80 faiz pozulmasına görə əlillik təyin edilmişdir.
4. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2017-ci il tarixli, **** nömrəli qərarına əsasən, İddiaçı İsa oğlunun müayinə və müalicə olunduğu “Qapalı kəllə beyin travması. Mühüm dərəcəli kliniki təzahürlərlə baş beyin silkələnməsi. Başın, üzün, ətrafların çoxsaylı əzilmiş yaraları”, “Keçirilmiş qapalı baş beyin travmasından sonrakı astenik hal”, “Keçirilmiş qapalı baş beyin travmasından sonrakı ensefalopatiya” Gəncə şəhəri Nizami RHK-nın ##.##.2012-ci il tarixli *** nömrəli göndərişi, ##.##.2012-ci il tarixli ** nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş ##.##.1995-ci il tarixli, ##.##.1995-ci il tarixli, ##.##.1996-cı il tarixli çıxarış epikrizləri, Azərbaycan Respublikası * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iş 2-1(81) ****/**** nömrəli ##.##.2017-ci il tarixli qərarı, MN MHHK-nın həkim mütəxəssisi-nevropatoloqunun və hüquq məsləhətçisinın rəyləri ilə təsdiq edilir) travma-diaqnoz "Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” səbəb əlaqəsi ilə təsdiq olunur.
5. Ambulator kitabçalardan (xəstəlik tarixindən) 10663070, 12067504, 12432564 və ******** nömrəli çıxarışlara əsasən, İddiaçı İsa oğlunda müvafiq olaraq ##.##.2023, ##.##.2024, ##.##.2024 və ##.##.2024-cü il tarixində müəyyən edilən diaqnoz “F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi olmuşdur.
6. SMS-in göndərilməsi barədə məlumata əsasən, İddiaçı İsa oğlunun nömrəsinə ##.##.2025-ci il tarixdə “R.İ.Tağıyev üçün verilmiş ##.##.2025-ci il tarixli göndərişə Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir. Qərarla razılaşmadığınız təqdirdə ərazi üzrə TSEK-ə yaxınlaşa və ya 30 gün müddətində müvafiq inzibati məhkəməyə müraciət edə bilərsiniz” məzmununda SMS göndərilmişdir.
7. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin ##.##.2025-ci il tarixli, **** saylı ekspert rəyində qeyd edilmişdir ki, yoxlanılan şəxs İddiaçı İsa oğlunda hal-hazırda azırda "Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntuları və koqnitiv funksiyaların enməsi dissosiativ daxilolmalarla" (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (döyüşlərdə kəllə-beyin travması alması,( bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1" Publik Hüquqi şəxsində "xxxx" diaqnozu ilə həmin müəssisədə stasionar müalicədə olması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasında "xxxx" diaqnozu ilə ikinci dərəcəli əlil hesab olunması) və halhazırkı psixiatrik müayinənin nəticələri (zahirən gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, təfəkkürün ləng olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlıq və s.) sübut edir. Yoxlanılan şəxs İddiaçı İsa oğlunda halhazırda azırda "Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntuları və koqnitiv funksiyaların enməsi dissosiativ daxilolmalarla" (F07.0) aşkar edilir.
Birinci instansiya məhkəməsində icraat:
8. İddiaçı İddiaçı İsa oğlu cavabdeh Azərbaycan Respubikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspertiza Komissiyasına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun II qrup əlilliyinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyuması barədə qərar verilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1995-ci ildə yük avtomobilindən yıxılmağı nəticəsində "Qapalı kəllə beyin tramvası, mühüm dərəcəli kliniki təzahürlərlə baş beyin silkələnməsi, başın uzun ətrafları çoxsaylı əzilmiş yaralarını almışdır. Aldığı xəsarət "hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən almışdır”. Bu iddia ərizəsinə əlavə etdiyi ##.##.2017-ci il tarixli Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi həkim Komissiyasının qərarı ilə də təsdiq olunur. Cavabdeh tərəfindən ## ###### 2025-ci ildə ona əlillik təyin edilməsindən imtina edilmişdir. Halbuki o, 2007-ci ildən II qrup əlildir. Belə olan halda "Diaqnoz əlllik əlaməti təyin etmir" adı ilə əlilliyinin dayandırılmasının hüquqi əsası yoxdur. Onun 2023-cü ildə yoxlanışı ilə verilmiş arayışda 80% orqanizmin funksiyasının pozulması göstərilmişdir. Belə olan halda 16 illik əlilliyinin sübut olmaması adı ilə dayanadırılmasının heç bir əsası yoxdur.
10. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh əsl cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmiş, iddia tələbi “cavabdehin İddiaçı İsa oğluna əlilliyin təyin edilməsindən imtina barədə ##.##.2025-ci il tarixli qərarın ləğv edilməsi, həmin tarixdən ona hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar, orqanizmin funksiyalarının 65-80% pozulmasına görə, müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.
11. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
12. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim İddiaçıa) iddia təmin edilmişdir.
13. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçının hazırda davam edən xəstəliyi “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci yarımbəndinə uyğun gəlir. Belə ki, iddiaçıya orqanizmin funksiyalarının 65-80% pozulmasına görə əlillik təyin edilməlidir. İddiaçı İsa oğlunun orqanizminin funksiyalarının pozulması müddətinə gəldikdə isə, Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci yarımbəndində əlilliyin müddəti 2 il nəzərdə tutulmuşdur. Lakin iddiaçı 2005-ci ildən başlayaraq fasiləsiz olaraq 2015-ci ilə qədər, yəni 10 il müddətində II dərəcəli əlil olmuşdur. Ona görə də iddiaçıya müddətsiz əlillik təyin edilməlidir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh tərəf qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarını ləğv edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
15. Apellyasiya şikayətinin məzmunu iddia tələbinə qarşı təqdim edilmiş etirazın məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Həmçinin, müvafiq ekspert rəyində bəhs edilən F07 XBT kodlu diaqnoz vətəndaşın imtina qərarı ilə nəticələnən sonuncu müraciəti üzrə olan göndərişdə əsas diaqnoz kimi qeyd olunmuşdur. İddiaçıya məxsus Forma 88 göndərişdə heç bir ağırlaşma qeyd edilməmişdir. İntellektual-anamnestik pozuntuların təzahür dərəcəsi isə yüngül olaraq qeyd edilmişdir. Anamnestik məlumatlarda instrumental və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verə biləcək nevroloji defisit aşkar edilməmişdir. Göndərişdə qeyd olunan diaqnoz barədə məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
18. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da, nümayəndəsinin iştirakını təmin etməmiş, üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
19. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, II və III dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin # #### tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. 7.6.2. - baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular F06 - xxxx F07.0 Qiymətləndirmə 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti - 65-80% - 2 il.
22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
24. Məhkəmə kollegiyası iş üzrə tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
25. İşin halları ilə müəyyən olunur ki, iddiaçıya ilkin olaraq ##.##.2005-ci il tarixdən ##.##.2006-cı il tarixədək, ##.##.2006-ci il tarixdən ##.##.2007-ci il tarixədək, ##.##.2007ci il tarixdən ##.##.2008-ci il tarixədək, ##.##.2008-ci il tarixdən ##.##.2009-cu il tarixədək, ##.##.2009-cu il tarixdən ##.##.2010-cu il tarixədək, ##.##.2010-cu il tarixdən ##.##.2011-ci il tarixədək, ##.##.2011-ci il tarixdən ##.##.2012-ci il tarixədək, ##.##.2012ci il tarixdən ##.##.2013-cü il tarixədək, ##.##.2013-cü il tarixdən ##.##.2014-cü il tarixədək ümumi xəstəlik ilə əlaqədar, ##.##.2014-cü il tarixdən ##.##.2015-cı il tarixədək hərbi xidmət dövrü ilə əlaqədar 1 il müddətinə, ##.##.2015-ci il tarixdən hərbi xidmət ilə əlaqədar müddətsiz II dərəcəli əlillik, ##.##.2017-ci il tarixdən ##.##.2022-ci il tarixədək 5 il müddətinə hərbi xidmət dövrü ilə əlaqədar, ##.##.2018-ci il tarixdən ##.##.2023-cü il tarixədək 5 il müddətinə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar II dərəcə əlillik, ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixədək 2 il müddətinə hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar orqanizmin funksiyalarının 80 faiz pozulmasına görə əlillik təyin edilmiş, müddət bitdikdən sonra əlillik təyinatından ##.##.2025-ci il tarixdə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən imtina edilmişdir.
26. İş materiallarına əlavə edilmiş X3 ##.##.2025-ci il tarixli, S********XHA nömrəli göndərişi ilə (forma 88) müəyyən olunur ki, iddiaçı “F07.0 xxxx” diaqnozu ilə ##.##.2022- ##.##.2022, ##.##.2023-##.##.2023, ##.##.2024-##.##.2024, ##.##.2024-##.##.2024 və ##.##.2024-##.##.2025-ci il tarixlərdə Gəncə Psixiatrik Xəstəxanasında stasionar müalicələr almış, buna baxmayaraq, əlillik vəziyyəti həmin göndərişə əsasən “F07.0 xxxx” diaqnozu əsasında cavabdeh orqan tərəfindən ##.##.2025-ci il tarixində qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
27. Ambulator kitabçalardan (xəstəlik tarixindən) 10663070, 12067504, 12432564 və ******** nömrəli çıxarışlara əsasən, iddiaçı İddiaçı İsa oğlunda müvafiq olaraq ##.##.2023, ##.##.2024, ##.##.2024 və ##.##.2024-cü il tarixində müəyyən edilən diaqnoz “F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi olmuşdur.
28. Hazırki qərarın 21-ci bəndində qeyd olunan normalara əsasən X3 ##.##.2025-ci il tarixli, S********XHA nömrəli göndərişində qeyd olunan “F07.0 xxxx” diaqnozu iddiaçının qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 2 il müddətinə 65-80 faiz aralığında pozulması ilə əlaqədar müəyyən edilməsinə əsas verir. Belə ki, iddiaçıda mövcud olan “xxxx” diaqnozu XBT-10 kodu F07.0 olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.6.2-ci bəndində öz əksini tapmışdır. F07 kodlu xəstəlik əlilliyin müəyyən edilməsinə əsas verən xəstəlik Meyarların ya 7.6.2.1, ya da 7.6.2.2-ci bəndində qeyd olunan əlamətlərlə müşahidə edilməlidir. Belə ki, Meyarların 7.6.2.1-ci bəndə əsasən, F07 kodlu xəstəlik - əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) kimi patofunksional əlamətlərlə müşahidə edildiyi halda, orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə, 7.6.2.2-ci bəndə əsasən - məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti olduğu hallarda orqanizmin funksiyalarının 65-80 pozulmasına görə əlillik təyininə əsasdır.
29. X3 ##.##.2025-ci il tarixli, S********XHA nömrəli göndərişinin “TSEK-ə göndərilən zaman xəstənin vəziyyəti” qrafasının “Status localis” hissəsində (səh. 52) qeyd edilmişdir ki, bələdliyi saxlanılıb. Danışıq əlaqəsinə həvəssiz qoşulur. Verilən suallara qısa, bəzən aidiyyatsız cavablar verir. Meyl və maraq dairəsi daralıb, diqqəti öz şəxsiyyətinə yönəlmişdir. Özünə qapanır, saatlarla bir yerdə oturur, heç kimlə danışmır. Əhval ruhiyyəsi dəyişkəndir. Emosional reaksiyaları dayanıqsızdır. Xırda stimullara kəskin reaksiyalar göstərir, özündən çıxır. Sakit olduğu bir vaxtda qəflətən əsəbləşir, hər yeri dağıdır, bütün paltarları yerə atır, cırır, pərdələri qayçi ilə doğrayır. Özünə gələndə baş verən hadisələri özü etdiyinə inanmır. Bədəninin müxtəlif yerlərində olan xoşagəlməz duyğulardan, hisslərdən şikayət edir. Deyir “Başımın içində, dərimin altında xırda cücülər yeriyir, müxtəlif səslər çıxardır”. Diqqəti dağınıq, yaddaşı mexanikidir. Təfəkkürü tormozlaşmışdır. Vaxtını səmərəsiz keçirir. Gündəlik iş qayğılarının öhdəsindən gəlməyi bacarmır, daima yorğun və halsız olduğunu deyir. Çarpayıdan durmaq istəmir. Öz vəziyyətinə qarşı tənqidi düzgün deyil. Özünə qulluq vərdişləri zəifdir, səliqəsiz, pinti görünür. Yuxusu kafidir dərmanlarla yatır.
30. Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin ##.##.2025-ci il tarixli, **** saylı ekspert rəyində qeyd edilmişdir ki, yoxlanılan şəxs İddiaçı İsa oğlunda hal-hazırda azırda "Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntuları və koqnitiv funksiyaların enməsi dissosiativ daxilolmalarla" (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (döyüşlərdə kəllə-beyin travması alması,( bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1" Publik Hüquqi şəxsində "xxxx" diaqnozu ilə həmin müəssisədə stasionar müalicədə olması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında "xxxx" diaqnozu ilə ikinci dərəcəli əlil hesab olunması) və halhazırkı psixiatrik müayinənin nəticələri (zahirən gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, təfəkkürün ləng olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlıq və s.) sübut edir. Yoxlanılan şəxs İddiaçı İsa oğlunda halhazırda azırda "Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntuları və koqnitiv funksiyaların enməsi dissosiativ daxilolmalarla" (F07.0) aşkar edilir.
31. Göründüyü kimi iddiaçıda Meyarların 7.6.2-ci bəndində qeyd olunan xəstəliklərin olması məhkəmə psixiatrik ekspertizasının rəyi ilə də öz təsdiqini tapır.
32. Bundan başqa iddiaçıya təyin ediləcək əlilliyinin səbəb əlaqəsinin “Hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar” olması hissəsində də birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə düzgündür. Belə ki, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2017-ci il tarixli, **** nömrəli qərarına əsasən, İddiaçı İsa oğlunun müayinə və müalicə olunduğu “Qapalı kəllə beyin travması. Mühüm dərəcəli kliniki təzahürlərlə baş beyin silkələnməsi. Başın, üzün, ətrafların çoxsaylı əzilmiş yaraları”, “Keçirilmiş qapalı baş beyin travmasından sonrakı astenik hal”, “Keçirilmiş qapalı baş beyin travmasından sonrakı ensefalopatiya” Gəncə şəhəri Nizami RHK-nın ##.##.2012-ci il tarixli *** nömrəli göndərişi, ##.##.2012-ci il tarixli ** nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş ##.##.1995-ci il tarixli, ##.##.1995-ci il tarixli, ##.##.1996cı il tarixli çıxarış epikrizləri, Azərbaycan Respublikası * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iş 2-1(81) ****/**** nömrəli ##.##.2017-ci il tarixli qərarı, MN MHHK-nın həkim mütəxəssisi-nevropatoloqunun və hüquq məsləhətçisinın rəyləri ilə təsdiq edilir) travma-diaqnoz "Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” səbəb əlaqəsi ilə təsdiq olunur.
33. Məhkəmə kollegiyası iddiaçı barəsində müəyyən olunacaq əlilliyin müddətsiz olmasına münasibətdə qeyd edir ki, “Əlilliyin müəyyən olunması meyarları”na görə iddiaçıya qoyulmuş diaqnoz ona ikinci dərəcə əlilliyin 2 il müddətinə təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas versə də, sonuncunun 10 il müddətindən artıq ikinci dərəcə əlilliyi olduğundan ona əlillik müddətsiz təyin edilməlidir.
34. Belə ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 4.2-ci bəndinə əsasən, müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir.
35. Hazırki qərarın 3-cü bəndində qeyd olunanlardan görünür ki, iddiaçı barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək bir neçə dəfə - 2005-ci ildən 2025-ci ilədək fasiləsiz ikinci dərəcə əlillik müəyyən edilmişdir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 4.3-cü bəndinə əsasən isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, II və III dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır.
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “təyin olunmuş diaqnozda ağırlaşmalar olmadığı təqdirdə şəxsə əlillik təyin edilməməsi və əlillik təyinatına əsas verə biləcək nevroloji defisit aşkar edilməməsi” ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, təyin edilmiş diaqnoz konkret olaraq əlilliyin müəyyən olunması meyarlarında təsbit edildiyi və diaqnozun özü meyarlara uyğun gəldiyi təqdirdə əlavə olaraq ağırlaşmaların və ya nevroloji defisitin mövcudluğunun tələb olunmasının hüquqi əsası yoxdur. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh əlillik dərəcəsini təyin etməyə borcludur.
37. Cavabdeh orqan tərəfindən apellyasiya şikayətinin dəlili kimi qeyd edilmiş “diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməməsi” ilə bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edilərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.
38. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
39. Həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsdə əlillik dərəcəsinin müəyyən olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsdə əlillik dərəcəsinin müəyyən edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
40. Hazırkı halda, cavabdeh öz səlahiyyətlərini həyata keçirərkən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə əlaqədar gəlinən nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla qərarın ləğvinə əsas vermir.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov