Məhkəmə qərarları › İş №2-1(3-7)-133/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-7)-133/2026

12.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-133/2026 12.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI IddiaçıǝİddiaçıǝcavabdehǝDaşınmazǝƏmlakınǝDövlətǝKadastrıǝvəǝReyestriǝpublik hüquqiǝşəxsinəǝqarşıǝişǝüzrə QƏRARI Açar sözlər: vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Eldar Yaşar oğlunun katibliyi, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nümayəndəsi X8 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı (üçüncü şəxs Üçüncü şəxs) “torpaq sahəsi üzərində mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin rəyindən görünür ki, satılması nəzərdə tutulan 50 kv.m torpaq sahəsi Üçtəpə Bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Kənd təsərrüfatına yarasız olmaqla satılması qanuna müvafiqdir.

2. Xanlar rayon Üçtəpə Bələdiyyəsinin ## ###### 2004-cü il tarixli, ** nömrəli qərarı ilə Üçtəpə Bələdiyyəsinin ərazisindəki alqı-satqı predmeti olan yararsız torpaq sahəsindən 50 kv.m ayrılıb X3 alqı-satqı yolu ilə satılması müəyyən olunur.

3. Xanlar rayon Üçtəpə Bələdiyyəsinin ## ###### 2004-cü il tarxili aktı ilə Xanlar rayon Üçtəpə Bələdiyyəsinin ərazisindəki yararsız torpaq sahəsindən ayrılıb sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə kənd sakini X4 məqsədə uyğun hesab edilmişdir. 4. 5. 6.

7. ## #### 2005-ci il tarixli, *** nömrəli qəbzdən görünür ki, X5 tərəfindən Xanlar rayon Üçtəpə Bələdiyyəsinin ********** nömrəli hesabına 100000 (on min manat) köçürülmüşdür.

8. ##.##.2022-ci il tarixli, ** nömrəli arxiv arayışından görünür ki, Göygöl (keçmiş Xanlar) rayon Bələdiyyəsinin ## ###### 2004-cü il tarixli, ** saylı qərarı əsasənda Bələdiyyənin ərazsindəki yarasız torpaq sahəsindən 50 kv.m ayrılıb X4 fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsinin alqı-satqı yolu ilə satıldığı göstərilmişdir.

9. * saylı Gəncə Regional “Asan Xidmət” mərkəzinin notariat ofisinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri * saylı Gəncə Ərazi Idarəsinə ünvanlanmış ## ###### 2024-cü il tarixli, *** nömrəli məktubundan görünür ki, İddiaçı mərhum X4 birinci növbə vərəsəsidir. İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün mərhum X4 adına qalmış ünvan 1 ünvanında yerləşən 50 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasına və yüklü olub olmaması haqqında reyestrində arayış və ya forma 1 arayış verilməsinə müvafiq göstəriş verməkləri xahiş olunmuşdur.

10. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Gəncə Ərazi Idarəsi tərəfindən İddiaçı ünvanlanmış ##.##.2024-cü il tarixli, *-**-*-**/*-****/**** nömrəli imtina barədə bildirişdə qeyd edilmişdir ki, “aparılan araşdırma zamanı ərizəyə torpaq sahəsinin yerini və ölçüsünü göstərən heç bir texniki sənədin əlavə edilmədiyi, həmçinin, əmlak üzərində məhkəmə mübahisənin olduğu müəyyən edilmişdir. Aparılan araşdırma zamanı, faktiki torpaq sahəsinin Yeni uçot xəritəsinə əsasən bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatlı təyinatlı (örüş) əraziyə, həmçinin Ərazi Idraəsinin kompelks yerquruluşu xəritəsinə əsasən torpaq sahəsinin ümumi istifadədə olan (avtostradalar və şoselər) əraziyə düşdüyü aşkar edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.” 11. -Daxil olmuş iş materiallarında mövcud olan, Göygöl rayon Üçtəpə Bələdiyyəsinin ##.##.2004-cü il tarixli, ** nömrəli qərarı ilə, X4 torpaq sahəsinə dair Göygöl rayon Üçtəpə Bələdiyyəsi tərfindən təsdiqlənmiş sənəddə göstərilən koordinatlar daxilində yerləşən 41.5 kv.m torpaq sahəsi, iddia olunaraq naturada təqdim olunan 50.4 kv.m torpaq sahəsilə müəyyən hissədə üst-üstə düşür, müyyən hissədə üst-üstə düşmür. -Göygöl rayon Üçtəpə Bələdiyyəsi tərəfindən təsdiqlənmiş sənəddə göstərilən koordinatlar daxilində yerləşən 41.5 kv.m torpaq sahəsi, iddia olunaraq naturada təqdim olunan 50.4 kv.m torpaq sahəsilə 27.6 kv.m hissədə üst-üstə düşür. -Göygöl rayon Üçtəpə Bələdiyyəsi tərəfindən təsdiqlənmiş sənəddə göstərilən koordinatlar daxilində yerləşən 41.5 kv.m torpaq sahəsi, iddia olunaraq naturada təqdim olunan 50.4 kv.m torpaq sahəsilə 8.9 kv.m hissədə üst-üstə düşmür. -Iddia olunaraq naturada təqdim olunan sahə 50.4 kv.m torpaq sahəsinin koordinatları, rəyə olavə edilmiş cizgi planda əks olunmuşdur. -Iddia olunaraq naturada təqdim olunan 50.4 kv.m torpaq sahəsi və eləcə də, iş materiallarında mövcud olan bələdiyyə tərəfindən təsdiq edilmiş sənəddə göstərilən koordinatlar daxilində yerləşən 41.5 kv.m torpaq sahəsinin yerləşdiyi ərazi, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il tarixli *** nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUIS) və AZCAD məlumatlarında, bələdiyyə mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid (uqodiyası-digər) ərazi olaraq göstərilmişdir.

-Iddia olunaraq naturada təqdim olunan 50.4 kv.m torpaq sahəsi və eləcə də, iş materiallarında mövcud olan bələdiyyə tərəfindən təsdiq edilmiş sənəddə göstərilən koordinatlar daxilində yerləşən 41.5 kv.m torpaq sahəsi, bütünlüklə torpaq islahatı əsasında tərtib olunmuş, ərazinin kompleks yerquruluşu layihəsinə əsasən, ümumi istifadədə olan (avtostradalar və şosselər) sahədə yerləşir. Lakin, TEKUIS və AZCAD məlumatlarına əsasən naturada təqdim olunan 50.4 kv.m və sənəddə göstərilən koordinatlar daxilində yerləşən 41.5 kv.m torpaq sahəsi, ümumi istifadədə olan ifrastruktur (ərazidən keçən asfalt yol) sahə ilə üst-üstə düşmür. -Iddia olunaraq naturada təqdim olunan 50.4 kv.m torpaq sahəsinin, mühafizə və qorunma zonalarında yerləşməsi halı aşkarlanmadı.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

12. Iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Gəncə Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, Göygöl rayonu Üçtəpə kənd Bələdiyyəsinin ərazisində yerləşən 50 kv/m torpaq sahəsinin qeydə alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbulǝedilməsininǝxahişǝetmişdir.

14. Gəncə Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iş üzrə Göygöl rayonu Üçtəpə Bələdiyyəsi adi cəlb etmə qaydasında üçüncü şəxsǝqismindəǝməhkəməǝicraatınaǝcəlbǝedilmişdir.

15. Gəncə Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmiş, iddia tələbi “ünvan 1ndə yerləşən 50 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X4 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehinǝüzərinəǝqoyulması”ǝtələbinəǝdəyişdirilmişdir.

16. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Gəncə Ərazi Idarəsi tərəfindən məhkəməyə iddiaya qarşı etiraz təqdim edilmiş, etirazda iddiaçıya ünvanlanmış imtina barədə bildirişdə qeyd edilən əsaslar göstərilməklə iddiaǝtələbininǝtəminǝedilməməsiǝxahişǝedilmişdir.

17. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş iddiaçı İddiaçı iddia tələbiniǝmüdafiəǝedərək,ǝiddianınǝtəminǝedilməsiniǝxahişǝetmişdir.

19. Məhkəmə öz mövqeyi ilə bağlı qeyd etmişdir ki, qanunvericiliyin müvafiq normalarına əsasən, bələdiyyə tərəfindən qəbul edilmiş qərar, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsi barədə verdiyi rəy, torpaqların alqı-satqısında dair akt torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır. Hazırkı iş üzrə qanunvericiliyin tələbinə əsasən, torpaq sahəsinin yerini və ölçüsünü göstərən heç bir texniki sənəd əlavə edilməməsi mülkiyyət hüququnun qeydə alınmasını istisna edən hal kimi çıxış etməməlidir. Belə ki, iş hallarından göründüyü kimi torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir. Bundan başqa cavabdeh orqan faktiki torpaq sahəsinin Yeni uçot xəritəsinə əsasən bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatlı təyinatlı (örüş) əraziyə, həmçinin Ərazi Idarəsinin kompleks yerquruluşu xəritəsinə əsasən torpaq sahəsinin ümumi istifadədə olan (avtosradalar və şoselər) əraziyə aid olduğunu bildirsə də, məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, naturada təqdim olunan torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında, bələdiyyə mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid (uqodiyası-digər) ərazi olaraq göstərilmişdir. Həmçinin torpaq islahatı əsasında tərtib olunmuş, ərazinin kompleks yerquruluşu layihəsinə əsasən, ümumi istifadədə olan (avtostradalar və şossel r) sahədə yerləşsə də, TEKUIS və AZCAD məlumatlarına əsasən ümumi istifadədə olan ifrastruktur (ərazidən keçən asfalt yol) sahə ilə üst-üstə düşmür.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

20. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Gəncə Ərazi Idarəsi apellyasiya şikayəti verərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv olunması barədə qərar qəbul edilməsiniǝxahişǝetmişdir.ǝ

21. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Göygöl rayonu Üçtəpə Bələdiyyəsinin ##.##.2004-cü il tarixli, ** nömrəli qərarı ilə Göygöl rayon Üçtəpə kənd ərazisindəki yararsız torpaq sahəsindən 0.0050 ha torpaq sahəsi ayrılaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə iddiaçının mərhum əri X4 qərarı alınmışdır. Iddiaçının Ərazi Idarəsinə müraciəti zamanı müəyyən edilmiş və imtinaya əsas olmuş hallardan biri də faktiki torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş ərazisində yerləşməsidir. Qeyd olunan hal məhkəmə qərardadına əsasən, əldə edilmiş mütəxəssis rəyi ilə öz təsdiqini tapır, belə ki, rəydə naturada təqdim olunan 50.4 kv.m torpaq sahəsinin və eləcə də iş materiallarında mövcud olan bələdiyyə tərəfindən təsdiq edilmiş sənəddə göstərilən koordinatlar daxilində yerləşən 41.5 kv.m torpaq sahəsinin yerləşdiyi ərazinin TEKUIS və AZCAD məlumatlarında, bələdiyyə mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid (uqodiyası-digər) ərazi olaraq göstərildiyi qeyd edilmişdir. Torpaq sahəsinin məqsədli təyinatı, hüquqi rejimi, kateqoriyası, kəmiyyət və keyfiyyət göstəriciləri (yararlılıq əlaməti) ilə bağlı məlumatlar məhz dövlət kadastr məlumatları əsasında müəyyən edilir ki, həmin məlumatlar da məhz qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə həyata keçirilir. Qanunvericiliyin qeyd olunan normalarının tələbinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin təyinatın fərqli olaraq istifadə edilməsi yolverilməzdir. Torpaq sahəsi ayrılarkən naturada təqdim olunan 50.4 kv.m torpaq sahəsi və eləcə də, iş materiallarında mövcud olan bələdiyyə tərəfindən təsdiq edilmiş sənəddə göstərilən koordinatlar daxilində yerləşən 41.5 kv.m torpaq sahəsi bütünlüklə torpaq islahatı əsasında tərtib olunmuş, ərazinin kompleks yerquruluşu layihəsinə əsasən, ümumi istifadədə olan (avtostradalar və şosselǝr) sahədə yerləşdiyi müəyyən olunmuşdur. “Bələdiyyətə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2-ci maddəsinə əsasən, ümumi istifadədə olan torpaq sahəsi xüsusi mülkiyyətə verilə bilməz. Həmin torpaq sahəsi qanunvericiliyin tələbinə uyğun ayrılmadığından, qeyd edilən hüquqmüəyyənedici sənədlər kimi əmlak üzərində mülkiyyət hüququnun yaranması üçün əsas qismində çıxış etməməklə həmin torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun yaranmasına əsas vermir. Konstitusiyanın 29-cu maddəsinin VI hissəsinə əsasən, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Konstitusiyanın bu norması bələdiyyə və xüsusi mülkiyyətə verilən torpaq sahələrinin (məsələn, kənd təsərrüfatı təyinatlı torpaqların) mülkiyyətçi tərəfindən təyinatı üzrə istifadə edilməsini də ehtiva edir. Əks halda həmin torpaq üzərində mülkiyyət hüququnun məhdudlaşdırılması üçün hüquqi əsas yaranmış olar. Torpaq qanunvericiliyinin istinad olunan normalarından da göründüyü kimi, Azərbaycan Respublikasının ərazisində torpaqlar onların kateqoriyasına (məqsədli təyinatına) uyğun istifadə edilməlidir. Qeyd edilən torpaq sahəsinin xüsusi mülkiyyət hüququnun obyekti qismində çıxış etməsi halı yolverilməz olduğu halda iddiaçı həmin torpaq sahəsi ilə bağlı xüsusi mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etmişdir. Qanunvericiliyin qeyd olunan normalarının tələbinə əsasən, hər hansı torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun yaranması və qeydiyyata alınmasına o halda yol verilir ki, bunun üçün qanuni əsas mövcud olmuş olsun. Indiki halda isə həmin torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsi mümkün olmadığından, iddiaçının onunla bağlı xüsusi mülkiyyət hüququnun yaranmasının qanuni əsası mövcud olmamışdır. Nəticə etibarilə iddiaçı sözügedən torpaq sahəsinin ayrılmasına dair müvafiq sənədlərə istinad etməklə, mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etməkdə haqlı olmamışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin qeyd edilən halları ətraflı araşdırılmamış, cavabdehin imtina əsasları qanunvericiliyin norma və prinsiplərinin tələbləri baxımından qiymətləndiriləmiş, torpaq sahəsinin ayrılmasına dair ilkin hüquqmüəyyənedici sənədlərin mülkiyyət hüququnun yaranması üçün qanuni əsası qismində çıxış edibetməməsini qanunvericilik normasının tələbi baxımından dəyərləndirilməmiş, bununla da iş üzrə gəldiyi nəticə yanlış olmuşdur. Məhkəmə hüquqmüəyyənedici sənədlərə formal yanaşmamalı, həmin hüquqmüəyyənedici sənədin həqiqətən Azərbaycan Respublikası qanunlarına uyğun tərtib edilib-edilməməsini müəyyənləşdirməlidir. Imtinaya əsas olmuş digər imtina dəlili torpaq sahəsinin yerini və ölçülərini göstərən texniki sənədin əlavə edilməməsidir. Məhkəmə cavabdehin imtinası ilə bağlı qeyd etmişdir ki, hazırkı iş üzrə qanunvericiliyin tələbinə əsasən, torpaq sahəsi iddiaçının faktiki istifadəsində olduğundan torpaq sahəsinin yerini və ölçüsünü göstərən heç bir texniki sənədin əlavə edilməməsi mülkiyyət hüququnun qeydə alınmasını istisna edən hal kimi çıxış etməməlidir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə əsasən, səlahiyyətli bələdiyyə tərəfindən torpaq sahəsi ayrılarkən texniki sənədlər tərtib edilməlidir. Çünki ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı, eləcə də torpaq sahəsinin sahə daxilindəki koordinatları hansı torpaq sahəsinin iddiaçıya ayrıldığını müəyyən etməyə əsas verir. Əks halda iddiaçı ünvan 1 ərazisindən istənilən torpaq sahəsinin ona məxsus olmasını iddia edə bilər. Torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olması torpaq sahəsinin bələdiyyə tərəfindən ayrılan torpaq sahəsi olmasını müəyyənləşdirməyə əsas vermir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15 maddəsinin 1-ci bəndi Ərazi Idarəsinə dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı olmadığı halda imtina verməyə səlahiyyət verir. Əks halda belə bir normanın gözardı edilməsi hüquqmüəyyənedici sənəd formasında hazırlanmış və qanuni əsası olmayan sənədin mötəbər qəbul edilməsinə səbəb olardı. Səlahiyyətli qrumlar tərəfindən torpaq sahələri bağlı araşdırma aparılmaması, müvafiq monitorinqlərin keçirilməməsi Ərazi idarəsi tərəfindən verilmiş imtina dəlillərinin əsassız hesab edilməsinə səbəb ola bilməz. Kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsi yalnız kənd təsərrüfatı məqsədləri üçün istifadə oluna bilər. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qeyri-kənd təsərrüfatı məqsədilə istifadə edilməsi qanunverilicikdə nəzərdə tutulmamışdır. Ümumiyyətlə qeyd olunmalıdır ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı Idarə tərəfindən qanunvericilikdə müəyyən edilmiş sənədlər, o cümlədən ödənişlər əsasında vətəndaşlara xidmət göstərilir. Ilk növbədə iddiaçının sənədləri və həmin sənədlər əsasında hüquqların dövlət qeydiyyatının mümkünlüyü araşdırılmalıdır. Belə olan halda, Mülki Məcəllənin 139-cu və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələrinin tələbləri pozulur. Işə baxan məhkəmə iş üzrə təqdim olunmuş mütəxəssis rəyi ilə imtinaya əsas olmuş halları müqayisə etməmişdir. Belə ki, imtinaya əsas olmuş hallar mütəxəssis rəyi ilə bir daha öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hesab edilən və iş üçün əhəmiyyətli olan hallar qərarda qanunla nəzərdə tutulan sübutlarla təsdiq edilməmişdir, gəldiyi nəticələrin təsdiq edilməsi üçün işə məhkəmə ziddiyyətli və aid olmayan sübutlara istinad etmişdir. Bu isə Azərbaycan Respublikası IPM-nin 81-ci maddəsinə əsasən qərarın apellyasiya qaydasındaǝləğvǝedilməsiǝüçünǝəsasdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

24. Həmçinin məhkəmə kollegiyasının eyni tarixli qərardadı ilə iş üzrə üçüncü şəxs Göygöl rayon Üçtəpə Bələdiyyəsi hüquqi varisi Göygöl rayon Qızılca-Üçtəpə Bələdiyyəsi ilə əvəz edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X1 edənin suallarına cavabında bildirmişdir ki, sözügedən torpaq sahəsi müvafiq bələdiyyə qərarına əsasən alqı-satqı edilib, ərazidə tikinti mövcuddur. Köhnə xəritəyə əsasən həmin yer bələdiyyə mülkiyyətində olub və alqı-satqı edilərkən bələdiyyə tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir, odur ki qanunamüvafiq qərar qəbulǝedilməsiniǝxahişǝetmişdir.

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, Gəncə InzibatiǝMəhkəməsininǝqərarınınǝləğvǝedilməsiniǝvəǝiddianınǝrəddǝedilməsiniǝxahişǝetdi.ǝ

28. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 62.3cü maddəsinin tələblərinə əsasən, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları

29. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 25. Bənd 5. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Maddə 13. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatıüçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

32. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 56.2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları, özəlləşdirilə bilər... Maddə 57.1. Sənaye obyektlərinin tikintisi, dəmir və avtomobil yollarının, elektrik və rabitə xətlərinin, magistral boru kəmərlərinin çəkilişi, habelə digər qeyri-kənd təsərrüfatı ehtiyacları üçün torpaq sahələri əsasən kənd təsərrüfatına yararsız və ya az yararlı torpaqlardan ayrılır. Göstərilən məqsədlər üçün meşə fondu torpaqlarından torpaq sahələri, bir qayda olaraq, meşə bitkiləri ilə örtülü olmayan sahələr, yaxud meşəbitmə şəraitinə görə az yararlı və yararsız sahələrdən verilir. Maddə 57.6. Qeyri-kənd təsərrüfatı ehtiyacları üçün torpaq sahələrinin ayrılması və istifadəsi qaydaları bu Məcəllə və Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

33. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir (## ###### 2008-ci il tarixədək olan redaksiya). Maddə 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar. Maddə 7.3. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub olmamasından asılı olmayaraq haqqı ödənilməklə aşağıdakılara verilir: 7.3.3. sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə.

34. Azərbaycan Respublikasının 2002-ci il ## #### tarixli, ***-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılmasıǝqaydalarıǝhaqqında”ǝƏsasnamə:ǝ Bənd 5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin istifadəsinə, icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. Bənd 7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Bənd 13-1. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alğı-satqı qaydasında verilir. Bənd 15. Bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir. Bənd 17. Bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Bənd 18. Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Bənd 19. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır.

35. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin ##.##.2002-ci il tarixli, *** nömrəli Fərmanının 2-ci bəndinə əsasən (əvvəlki redaksiyada) həmin Əsasnamənin 17-ci, 18-ci və 19-cu bəndlərində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti” orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət TorpaqǝvəǝXəritəçəkməǝKomitəsininǝyerliǝqurumlarıǝhəyataǝkeçirirlər.

36. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

Iddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

37. IPM-in 2.2.3. Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

38. IPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

39. IPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

40. IPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

41. IPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

42. IPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

43. IPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

44. IPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

45. IPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

46. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

47. Baxılan mübahisə Azərbaycan Respublikası IPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə IPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.

48. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

51. Işin məhkəmələr tərəfindən araşdırılan hallarından bəlli olur ki, Xanlar rayon Üçtəpə Bələdiyyəsinin ## ###### 2004-cü il tarixli, ** nömrəli qərarı ilə bələdiyyənin alğısatqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə 50 kv.m torpaq sahəsinin Üçtəpə kənd sakini X4 qərara alınmışdır. Bundan əlavə, ##.##.2005-ci il tarixli, *** qeydiyyat nömrəli “Torpaqların alqısatqısına dair” aktdan görünür ki, Xanlar rayon Üçtəpə Bələdiyyəsinin ## ###### 2004-cü il tarixli, ** nömrəli qərarına əsasən satılmış 50 kv.m torpaq sahəsinə görə X4 tərəfindən bələdiyyənin müvafiq bank hesabına 10.000 (on min) manat pul ödənilmişdir. X4 ##.##.2019-cu il tarixdə vəfat etmişdir. X4 birinci növbədə vərəsəsi iddiaçıdır və hazırda həminǝtorpaqǝsahəsiǝonunǝfaktikiǝsahiblikǝvəǝistifadəsindədir.

52. Iddiaçı qeyd olunan sənədlərə istinad edərək həmin torpaq sahəsi üzərində vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsini tələb etsə də, cavabdeh bundan imtina etmişdir.

53. Cavabdehin imtinasının dəlili ondan ibarət olmuşdur ki, aparılan araşdırma zamanı ərizəyə torpaq sahəsinin yerini və ölçüsünü göstərən heç bir texniki sənədin əlavə edilmədiyi, əmlak üzərində məhkəmə mübahisənin olduğu, faktiki torpaq sahəsinin Yeni uçot xəritəsinə əsasən bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatlı təyinatlı (örüş) əraziyə, həmçinin Ərazi Idarəsinin kompelks yerquruluşu xəritəsinə əsasən torpaq sahəsinin ümumi istifadədə olan (avtostradalar və şoselər) əraziyə düşdüyü aşkar edilmişdir. Bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır. Iddiaçı isə cavabdehin imtinasını məhkəmədə mübahisələndirmişdir.

54. Hazırkı iş üzrə iddiaçının yekun hüquqi marağı həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın əldə edilməsidir.

55. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

56. Göründüyü kimi sözügedən torpaq sahəsinə çıxarış verilməsi üçün əvvəlcə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanı tərəfindən arayış verilməlidir.

57. Məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

58. Həmin Məcəllənin Maddə 139-1.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.

59. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2006-cı il ####un #-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün)ǝvəǝxitamǝverilməsininǝdövlətǝqeydiyyatıǝüçünǝəsasǝhesabǝolunur.

60. Göründüyü kimi, qanunvericilikdə təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan da qeyd olunmalıdır ki, müvafiq sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir.

61. Məhkəmə kollegiyası bildirir ki, hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlər qanunla müəyyən olunmuş tələblərə cavab vermədikdə hüquqların dövlət qeydiyyatından imtina kimi hüquqi nəticəyə səbəb olur. Bu cür imtinanın konkret əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində müəyyən edilmişdir ki, hazırda baxılan işdə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsindən imtina edilməsi üçün bu əsaslar yoxdur.

62. Belə ki, torpaq və bələdiyyələr haqqında qanunvericililk kənd təsərrüfatına yararsız və ya az yararlı torpaqların sahibkarlıq məqsədi üçün satılmasının mümkünlüyünü müəyyən etmişdir.

63. Iş materiallarından göründüyü kimi, Xanlar rayon Üçtəpə Bələdiyyəsinin ## ###### 2004-cü il tarixli, ** nömrəli qərarı ilə bələdiyyənin alğı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə 50 kv.m torpaq sahəsinin X4 qərara alınmış və bu barədə müvafiq “Torpaqların alğısatqısına dair” Akt tərtib edilmişdir. Qeyd olunan torpaq sahəsi 20 ildən artıq müddətdir ki, iddiaçının istifadəsində və sahibliyindədir. Bu səbəbdən bələdiyyə torpaqları torpaq ayrılan zaman qanunvericiliyin tələblərinə riayət edilmişdirsə həmin torpaq sahələri üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alıb, çıxarış verilməsindən imtina edə bilməz. Digər tərəfdən, həmin əmlaka dair üçüncü şəxslərin pretenziyasınınǝolmadığıǝmüəyyənǝedilmişdir.

64. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanını dəlilinə, yəni torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsi olmasına münasibətdə qeyd edir ki, balans sahibi müvafiq bələdiyyə tərəfindən mübahisələndirilən torpaq sahəsi iddiaçıya bələdiyyənin alğı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsi olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə satılmışdır.

65. Digər tərəfdən, DT və XK-nin Xanlar rayon şöbəsinin müvafiq rəyinə əsasən, sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olmaqla alqı-satqı predmeti olması, torpaq sahəsinin kənd təsərrüfatına yararsız olmaqla həmin məqsəd üçün satılmasının məqsədəmüvafiq olduğu göstərilmişdir. Həmçinin, Torpaqların Kadastrı və Monitorinqi şöbəsi tərəfindən verilmiş müvafiq arayışda bələdiyyə qərarı ilə sahibkarlıq məqsədilə satılması nəzərdə tutulan torpaq sahəsinin kadastr qiymət rayonunun Daşkəsən-Gədəbəy aid olması, həmin torpaq sahəsinin yararsız torpaqlara aid olmaqla normativ qiymətinin 9.330 manat olması və satılacaq torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olmaqla ilk dəfə satılması qeyd edilmişdir. Eyni zamanda torpaq sahəsinə dair Göygöl rayon Üçtəpə Bələdiyyəsinin yeruqluşu planından çıxarış və torpaq sahəsinin satılması ilə bağlı ##.##.2005-ci ildə tərtib edilmiş akt DT və XT-nin Xanlar rayon şöbəsi tərəfindən təsdiq edilmişdir. Göründüyü kimi, iddiaçıya torpaq sahəsi satılan zaman səlahiyyətli orqan olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsininǝrəyiǝalınmışǝvəǝmüvafiqǝsənədlərǝhəminǝorqanǝtərəfindənǝtəsdiqǝedilmişdir.ǝ

66. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin həmin zaman qüvvədə olan redaksiyasına əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.

67. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanın əvvəlki redaksiyasına əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanları” səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyrikənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.

68. Yuxarıda da qeyd edildiyi kimi hazırki iş üzrə torpağın təyinatı və satılmağa uyğunluğu həmin dövr üçün səlahiyyətli orqan olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi tərəfindən müəyyən edilmişdir.

69. Işdə olan sənədlərlə təsdiq olunur ki, torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyə qərarı ilə yanaşı torpaq sahəsinin iddiaçıya satılması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Üçtəpə Bələdiyyəsinin üzvü və mülkiyyətçi tərəfindən təsdiq edilmiş ##.##.2005-ci il tarixli akt, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin rəyi, habelə rayon torpaq şöbəsinin təsdiq etdiyi yer quruluşu planından çıxarış mövcudǝolmuşdur.ǝ

70. Odur ki, 2004-cü ildə torpaq sahəsinin kənd təsərrüfatına yararsız torpaq sahəsi kimi satılmasının qanunamüvafiqliyi barədə səlahiyyətli dövlət orqanı tərəfindən verilən sənədlər mötəbər hesab olunduğundan, hazırda həmin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş sahəsi olması barədə verilən mütəxəssis rəyi əsaslı hesab edilə bilməz. Həmçinin cavabdeh inzibati orqanın bu dəlilə əsaslanmaqla hüquqların qeydiyyatından imtinası əsaslı sayıla bilməz.

71. Bundan əlavə, mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, naturada taqdim olunan 50.4 kv.m torpaq sahəsinin 0.3 kv.m hissəsi materiallarında mövcud olan bələdiyyə tərəfindən təsdiq edilmiş sənəddə göstərilən koordinatlar daxilində yerləşən 41.5 kv.m torpaq sahəsinin isə 0.01 kv.m hissəsi, ##.##.2015-ci il qeydiyyat tarixli, 1525002189 qeydiyyat tarixli, ************ reyestr nömrəli Çıxarışa əsasən X2 mülkiyyətində olan kənd təsərrüfatı təyanatlı torpaq sahəsilə üst-üstə düşr. Lakin. TEKUIS va AZCAD məlumatlarına əsasən həmin üst-üstə düşmə halları mövcud deyildir. Həmçinin naturada təqdim olunan 50.4 kv.m torpaq sahəsi və eləcə də, iş materiallarında mövcud olan bələdiyyə tərəfindən təsdiq edilmiş sənəddə göstərilən koordinatlar daxilində yerləşən 41.5 kv.m torpaq sahəsi, bütünlüklə torpaq islahatı əsasında tərtib olunmuş, ərazinin kompleks yerquruluşu layihəsinə əsasən, ümumi istifadədə olan (avtostradalar və şosselǝr) sahədə yerləşir. Lakin, TEKUIS və AZCAD məlumatlarına əsasən naturada təqdim olunan 50.4 kv.m və sənəddə göstərilən koordinatlar daxilində yerləşən 41.5 kv.m torpaq sahəsi, ümumi istifadədə olan ifrastruktur (ərazidən keçən asfalt yol) sahə ilə üstüstə düşmür. Naturada təqdim olunan 50.4 kv.m torpaq sahəsinin, mühafizə və qorunma zonalarındaǝyerləşməsiǝhalıǝaşkarlanmadı.

72. Göründüyü kimi verilmiş mütəxəssis rəyində də TEKUIS va AZCAD məlumatlarına əsasən həmin üst-üstə düşmə hallarının mövcud olmadığı öz təsdiqini tapmışdır.

73. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını istisna edən hallar mövcud deyil. Odur ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Apellyasiya instansiyası məhkəməsi yuxarıda şərh edilənlərə hüquqi qiymət verib belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

74. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar