Məhkəmə qərarları › İş №2-1(3-7)-134/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-7)-134/2026

30.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-134/2026 30.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə Quluzadə Kənan Asiman oğlunun katibliyi ilə, İddiaçı İmanov İlham Əmrah oğlunun iştirakı ilə, İddiaçı İmanov İlham Əmrah oğlunun cavabdeh Cavabdeh qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin ##.##.2024-cü il tarixli arayışına əsasən Gədəbəy RHK tərəfindən göndərilmiş sıravi İmanov İlham Əmrah oğlu N №-li hərbi hissə komandirinin ## ###### 1992-ci il tarixli 217№-li əmrilə (əsas: səh-131, §-1, sıra-1) II taburun şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilərək atıcı vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin ## #### 1993-cü il tarixli 27 a №-li əmrilə (əsas: səh-57, sıra-38, adının qarşısında “xəstə" yazılmışdır) sıravi İmanov İlham Əmrah oğlunun əmək haqqı fevral ayı üçün 3 (üç) qat hesablanmışdır. N №-li hərbi hissə komandirinin ## ##### 1993-cü il tarixli 45 №-lı əmrilə (əsas: səh-103, sıra-39, adının qarşısında “xəstə” yazılmışdır) sıravi İmanov İlham Əmrah oğlunun əmək haqqı mart ayı üçün 3 (üç) qat hesablanmışdır. N №-li hərbi hissə komandirinin ## ### 1993-cü il tarixli ** №-li əmrilə (əsas: səh-135, sıra40, adının qarşısında “yoxdur” yazılmışdır) sıravi İmanov İlham Əmrah oğlunun əmək haqqı aprel ayı üçün 3 (üç) qat hesablanmışdır. N №-li hərbi hissə komandirinin ## #### 1993-cü il tarixli ** №-li əmrilə (əsas: səh-43, §-1, sıra-2) sıravi İmanov İlham Əmrah oğlu tutduğu vəzifəsindən azad edilərək müvafiq vəzifəyə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin ## ###### 1993-cü il tarixli *** №-li əmrilə (əsas: səh-117, §-2, sıra-2) sıravi İmanov İlham Əmrah oğlu V bölüyün şəxsi heyətinin siyahısından çıxarılmış vəzifəsindən azad olunaraq İ tağım, III bölükdə pulemyotçu vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin ## ###### 1993-cü il tarixli *** №-li əmrilə (əsas: səh-165, sıra-25, adının qarşısında “yoxdur” yazılmışdır) sıravi İmanov İlham Əmrah oğlunun əmək haqqı dekabr ayı üçün 3 (üç) qat hesablanmışdır N №-li hərbi hissə komandirinin ## ###### 1994-cü il tarixli * №-li əmrində (əsas: səh-31, sıra-53) sıravi İmanov İlham Əmrah oğlunun adı ştatdan kənar kimi qeydə alınmışdır. N №-li hərbi hissə komandirinin ## ###### 1994-cü il tarixli * №-li əmrilə (əsas: səh-37, sıra-8) sıravi İmanov İlham Əmrah oğlu qumbaraatan köməkçisi vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin ## #### 1994-cü il tarixli ** №-li əmri ilə (əsas: səh-72, bənd-22, sıra-8) sıravi İmanov İlham Əmrah oğlu BMP taborunun siyahısından azad edilərək 1-ci taborun şəxsi heyətinin siyahısına daxil edilmişdir. Qeyd edilir ki, N №-li hərbi hissə komandirinin fevral 1996-cı il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İmanov İlham Əmrah oğlunun xidməti barədə məlumat aşkar olunmamışdır. 861 №li alayın II tabur komandirinin 217№li əmrindən ##.##.1992-ci il tarixli arxiv çıxarışına əsasən Gədəbəy rayon hərbi komissarlığı tərəfindən göndərilmiş aşağıda adları göstərilən əsgərlər II taburun şəxsi heyətinə daxil edilsin və bütün növ təminatlarla təmin olunsun. Aşağıdakı qaydada tərkiblərə və vəzifələrə təyin edilsinlər. 1. Sır. İmanov İlham Əmrah -1 pota, II vzv. 1 böl. Atıcı 861 №li alayın II tabur komandirinin 94№li ##.##.1993-cü il tarixli əmrinə əsasən İ. Taburun ərazisində təsərrüfat işləri ilə məşğul olmaq üçün V bölük yaradılsın və onun şəxsi heyəti l-ci, lll-cü, və IV-bölükdə yerləşən tək uşaqlardan və döyüşə yarasız əsgərlərdən ibarət olsunlar. Həmin bölüklərdə tutduqları vəzifələrdən azad olunsunlar. Vbölükdə aşağıdakı qaydada vəzifələrə təyin olunsunlar. III tağım II bölmə Sır. İmanov İlham Əmrah – Pulemyotçu. N №li h/h-nin II tabur komandirinin 159№li ##.##.1993-cü il tarixli əmrinə əsasən Aşağıda adları göstərilən əsgərlər V-bölüyün (keçmiş) şəxsi heyətinin siyahısından çıxarılaraq tutduqları vəzifələrdən azad edilsinlər və Minamyot batareyasının tərkibində və bölüklərdə aşağıdakı qaydada vəzifələrə təyin edilsinlər. 1. Minamyot batareyya 5. V Bölük Sır. İmanov İlham Əmrah - İ tağım, III böl. pulemyot. N №li hərbi hissə komandirinin 17№li ##.##.1994-cü il tarixli əmrinə əsasən II taborda yaranmış ştat çatışmamazlığını nəzərə alaraq - adları qeyd olunan əsgər və Rlar 5-ci tabor yaranana kimi II taburun tərkibində ştatdan kənar kimi qeydə alınsınlar. 53. sır. İmanov İlham Əmrah. N №li hərbi hissə komandirinin 1№li ##.##.1994-cü il tarixli əmrinə əsasənII taborun ştatdan kənar edilərək PDM (BMP) taboruna verilmiş əsgərləri BMP taborunun siyahısından azad edilsinlər və İ taborun şəxsi heyətinin siyahısına daxil edilsinlər: /əmlak və silahla/ şəxsi heyətin toplanıb İ tabora təhvil verilməsi II tabor komandanlığına həvalə edilsin: 23. sıravi. İmanov İlham Əmrah. İddiaçı ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədilə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh ##.##.2024-cü il tarixli */*-**** nömrəli məktubla iddiaçıya bildirmişdir ki, Cavabdeh daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın ##.##.2024-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Cavabdeh Mərkəzi Arxivinin ##.##.2024-cü il tarixli *** nömrəli arayışına əsasən hərbi xidməti tam təsdiqlənmədiyinə, hərbi biletinizin 3-cü və 6-cı səhifələrində qeyd olunan fevral 1996-cı il tarixli əmr arxiv arayışında öz təsdiqini tapmadığına görə iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Cavabdeh ##.##.2024-ci il tarixli, **** saylı məktubuna əsasən müəyyən edilir ki, N №-li hərbi hissə komandirinin ##.##.1994- ##.##.1994-cü il, fevral 1996-cı il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İmanov İlham Əmrah oğlu barəsində məlumat aşkar edilməmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin ##.##.1992-ci il tarixdən ##.##.1993-cü il tarixədək, N №-li hərbi hissənin ##.##.1994-cü il tarixdən ##.##.1994cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2025-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, İ.İmanovun əlillik vəziyyəti ##.##.2015-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən bir il müddətinə (##.##.2016-cı il tarixinədək) ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Növbəti dəfə vətəndaş ##.##.2016-cı il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbilə beş il müddətinə (##.##.2021-ci il tarixinədək) ikinci dərəcə əlillik statusuna malik olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ##.##.1971-ci il təvəllüdlü İmanov İlham Əmrah oğluna “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, ##.##.1971-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuşdur. 1992-ci ildən Gədəbəy rayonunun Şınıx döyüş bölgəsində xidmət etmişə və həmin istiqamətdə gedən döyüşlərdə də xəsarət almışdır. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh əsassız olaraq ona imtina vermişdir. İmtinada qeyd edilmişdir ki, müraciətinə baxılmış və həmin müraciət üzrə komissiyanın qərarı ilə müsbət nəticə qəbul edilməmişdir. O, döyüşlərdə iştirak etmiş və həmin döyüşlərdə xəsarət də almışdır. Həmçinin hərbi xidmət dövründə aldığı xəsarətlərə görə də ona əlillik dərəcəsi verilmiş, daha sonra isə əsassız olaraq imtina edilmişdir. Ona hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, sol baldırı pəncənin dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət, sol pəncənin V daraq, kubabənzər sümüyünün qeyri-düzgün bitişmiş sınığı, sol aşıq baldır oynağının postravmatik deformasiyaedici artrozu, sol aşıq baldır oynağının kəskin kontrakturası diaqnozu qoyulmuşdur. Onun döyüşlərdə iştirak etməsi hərbi biletində olan qeydlərdən, eyni zamanda digər sənədlərdən də tam olaraq öz təsdiqini tapır. Bundan başqa Cavabdeh Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2009-cu il tarixli **** nömrəli qərarından görünür ki, o, Gədəbəy RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış və döyüş zonasında hərbi xidmət keçərkən ##.##.1993-cü ildə aldığı, həmin tarixdən ##.##.1993-cü ilə kimi Gədəbəy rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: “sol ayağın dəlub keçən güllə yarası. IV-V daraq sümüklərinin qəlpəli sınığı. ##.##.1993-cü ildən ##.##.1993-cü ilə kimi Gəncə şəhəri, təcili tibbi yardım xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: sol baldırın və ayaq pəncəsinin dəlib keçən güllə yarası, V ayaqdarağı və kubabənzər sümüyünün qəlpəli açıq sınığı, şopor oynağının hissəvi artrozu. Sol aşağı ətrafın funksiyasının pozulması”(Gədəbəy RHK-nın ##.##.2009- cu il tarixli */*** nömrəli arayışı, göndərişi, Gədəbəy rayon mərkəzi xəstəxanasından verilmiş ##.##.1993-cü il tarixli çıxarış epikrizi, Gəncə şəhəri təcili tibbi yardım xəstəxanasından verilmiş ##.##.1993-cü il tarixli çıxarış epikrizi ilə təsdiq edilir). Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır. Həqiqətən bir daha müəyyən olunur ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazidə xidmət etmişəm və bununla əlaqədar xəsarət də almışdır. Odur ki, hazırda yuxarıda göstəriklərimə dair məcburetmə haqqında iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmək məcburiyyətindədir. Hazırki işdən müəyyən olunur ki, o, müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı əvvəlcə cavabdeh orqana müraciət etmiş, lakin onlar onun haqlı tələbinin təmin olunmasından əsassız imtina etmişlər. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdeh iddia ərizəsinə dair ##.##.2024-cü il tarixdə etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara ## ### 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara -müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılması nəzərdə tutulur. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin ##.##.2024-cü il tarixli *** nömrəli arayışından görünür ki, İ.Ə.İmanov N nömrəli hərbi hissə komandirinin ##.##.1992ci il tarixli, *** nömrəli əmrilə hərbi hissənin şəxsi heytəinin siyahısına salınmış, bundan sonra N nömrəli hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli * nömrəli əmrilə hərbi hissənin qumbaraatan köməkçisi vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin fevral 1996-cı il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında İ.Ə.İmanovun xidməti barədə məlumat aşkar olunmamışdır. Beləliklə iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı İ.Ə.İmanovun qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılması arxiv arayışı və nizami hissə üzrə əmrlərlə təsdiq edilmir. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteram” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Hörmətli məhkəmə, hazırki inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-14.3), cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM- 73.1), imtina mövcud praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (İPM-13.2 və 17). Azərbaycan Respublikası IPM-nin 1.2-ci maddəsindən və MPM-nin 81 -ci maddəsinə görə qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il ## ##### tarixli,*** nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edən şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarı ilə (hakim L.Əliyeva) iddianın təmin edilməsi, ##.##.1971-ci il təvəllüdlü İmanov İlham Əmrah oğluna müharibə veteranı adı və veteran vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçının xidmət etdiyi hərbi hissələrin döyüş əməliyyatlarında iştirak etməsi, döyüş zamanı yaralandığından uzun müddət hospitalda müalicə aldığına görə müdafiə nazirinin əmri əsasında hərbi hissənin siyahısından çıxarılması, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olması ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün əsas olmuşdur. Bu səbəbdən də cavabdehin iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtinası “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə uyğun sayılmamalıdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli *** №-li Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinin Qeyd hissəsində nəzərdə tutulmuş şəxslər kateqoriyasına aid olmadığı, həmçinin iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyinin həmin dövrdə deyil, 2015-2021-ci illərdə müəyyən edildiyi, həmin dövrdən sonra onun növbəti müddətə əlilliyinin müəyyən olunmadığı da nəzərə alınmamışdır. Halbuki, nəzərə alınmalıdır ki, “əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı (hazırkı halda Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müvafiq tibbi-sosial ekspert komissiyası) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən və həmin qərarda müəyyən edilmiş müddətə əlilliyi olan şəxs hesab edilir. Beləliklə iş materialarında olan sənədlərə əsasən məlum olur ki, iddiaçı İ.Ə.İmanovun qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılması arxiv arayışı və nizami hissə üzrə əmrlərlə təsdiq edilmir, onun Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyininin müəyyən edilməsi isə hazırki dövrdə deyil, 2015-2021-ci illərə təsədüf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli *** №-li Qərarı ilə «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinin Qeyd hissəsində müəyyən olunmuş tələblər Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə tətbiq olunmaması qeyd olunmuşdur. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Prosessual məsələlər Məhkəmə iclasında iştirak edən iddiaçı İlham İmanov apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə tərəflərə məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbin bildirməmişdir. Məhkəmə kollegiyası onun iştirak etməməsini üzrlü hesab etməmiş və Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Veteranlar haqqında” Qanun: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; (-). Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarınınverilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-)... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş. ... Bu Əsasnamənin 1-ci hissəsinin ikinci-səkkizinci abzaslarında qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. ... Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgünhəlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58. Sübutların araşdırılması qaydası(-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü Apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində verilmiş (İPM-nin 85.1-ci maddəsi), səlahiyyətli şəxs tərəfindən imzalanmış, formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Apelyasiya şikayətinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Apellyasiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır İşin hallarından göründüyü kimi iddiaçının hüquqi marağı və məqsədi ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan tərəfindən imtina edilərək bildirilmişdir ki, Cavabdeh Mərkəzi Arxivinin 30.01,2024-cü il tarixli *** nömrəli arayışına əsasən iddiaçı İlham İmanovun hərbi xidməti tam təsdiqlənmədiyinə, hərbi biletinin 3-cü və 6-cı səhifələrində qeyd olunan fevral 1996-cı il tarixli əmr arxiv arayışında öz təsdiqini tapmadığına görə iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Cavabdeh Mərkəzi Hərbi Həkim Komissiyası ##.##.2009-cu il tarixli qərarı ilə qərara almışdır ki, iddiaçının döyüş zonasında hərbi xidmət keçərkən aldığı və ##.##.1993-cü ildə aldığı və ##.##.1993-cü ildən ##.##.1993-cü ilə kimi Gədəbəy rayonu mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu travma-diaqnoz “Sol ayağın dəlib keçən güllə yarası, IV-V daraq sümüklərinin qəlpəli sınığı”, ##.##.1993-cü ildən ##.##.1993-cü ilə kimi Gəncə şəhər təcili tibbi yardım xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: “Sol baldırın və ayaq pəncəsinin dəlib keçən güllə yarası. V ayaqdarağı və kubabənzər sümüyünün qəlpəli açıq sınığı. Şopor oynağının hissəvi artrozu. Sol aşağı ətrafın Funksiyasının pozulması” Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Həmin qərar ləğv olunmamış, geri çağrılmamış və hazırda da qüvvədədir. Bundan sonra da ona Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik təyin edilmişdir. Cavabdeh inzibati orqanın imtinasından və apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, hazırkı iş üzrə iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməməsinin yeganə əsasını onun hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmaması təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnaməyə əsasən Müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Kollegiya qeyd edir ki, qanunvericilikdə istifadə edilmiş “əlilliyi müəyyən edilmiş şəxslər” ifadəsi onu da nəzərdə tutur ki, müharibə veteranı statusu əldə edə bilmək üçün mütləq əlillik təyinatına dair qərarın qüvvədə olması şərti tələb olunmur, şəxsə daha əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatının aparılmış olması yetərlidir. Cavabdeh ##.##.2024-ci il tarixli, **** saylı məktubuna əsasən müəyyən edilir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin ##.##.1992-ci il tarixdən ##.##.1993-cü il tarixədək, N №-li hərbi hissənin ##.##.1994cü il tarixdən ##.##.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2025-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, İlham İmanovun əlillik vəziyyəti ##.##.2015-ci il tarixində qiymətləndirilmiş və onda Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbi ilə bir il müddətinə (##.##.2016-cı il tarixinədək) ikinci dərəcə əlillik müəyyən edilməsi barədə qərar qəbul edilmiş, növbəti dəfə isə ##.##.2016-cı il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbi ilə beş il müddətinə (##.##.2021-ci il tarixinədək) ikinci dərəcə əlilliyi müəyyən edilmişdir. Belə ki, iddiaçı İlham İmanov döyüşən hərbi hissənin tərkibində xidmət keçərkən döyüş əməliyyatlarında iştirak etdiyindən, döyüş zamanı yaralandığından, habelə ona daha əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılmış olduğundan, yuxarıda istinad edilən hərbi hissədən qanunla müəyyən edilmiş qaydada tərxis olunmasa belə, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin qeydinə əsasən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunsuz olmuşdur. Yuxarıda qeyd olunan Əsasnamənin qeyd hissəsinə əsasən də demək mümkündür ki, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçmiş şəxs olması faktı ilə yanaşı Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs statusu ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün əsasdır. Yuxarıda qeyd olunan normaların tələblərini önə çəkən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə qərarının ləğvinə əsas vermir. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş məsələləri təkrarlamağa lüzum yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlansın. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülərsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar