Məhkəmə qərarları › İş №2-1(3-7)-135/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-7)-135/2026

29.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-135/2026 29.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X1 iştirakı ilə, “qərarın ləğvi və əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasınxxxxbaxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Gəncə Psixiatriya Xəstəxanasının ##.##.2024-cü il tarixli, Z********EBB nömrəli göndərişində İddiaçı qoyulmuş diaqnozlar aşağıdakı kimi olmuşdur: Əsas diaqnoz – F07.0. Üzvi mənşəli şəxsiyyət pozuntusu (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, intihar fikirləri ilə. Yanaşı xəstəliklər – S06.0 Baş beynin silkələnməsi, Partlayış travması (##.##.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi. Yanaşı xəstəliklər – F43.1 Posttravmatik stress pozuntusu. Davamlı posttravmatik stress pozuntusu.

2. Gəncə Psixiatriya Xəstəxanasının ##.##.2024-cü il tarixli, Z********EBB nömrəli göndərişindəki diaqnoz üzrə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı əlillik vəziyyəti ##.##.2024-cü il tarixdə qiymətləndirilərək, barəsində “F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar xəstəlik səbəbindən orqanizmin funksiyasının 35-60 faiz pozuntusuna görə 2 il müddətinə əlillik müəyyən edilmişdir.

İşdə olan sənədlər:

3. Ambulator kitabçadan (xəstəlik tarixindən) ##.##.2023, ##.##.2024 və ##.##.2024cü il tarixli çıxarışlara əsasən, İddiaçı “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu qoyulmuşdur.

4. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2024-cü il tarixli **** nömrəli Xəstəlik haqqınxxxxşəhadətnaməyə əsasən, İddiaçı barəsində müəyyən edilmiş “Ağır (kəskin) dərəcədə ifadə olunmuş üzvi (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, intihar fikirləri ilə. Orta (mülayim) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (##.##.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin kəllədaxili hipertenziya, tez-tez baş verən vegetativ damar paroksizmləri və qıcolma tutmaları ilə təzahür edən posttravmatik ensefalopatiya ilə nəticəsi” diaqnozu “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə təsdiq olunmuşdur.

5. Səhiyyə Nazirliyi “xxxx” publik hüquqi şəxsinin ##.##.2024-cü il tarixli, **** nömrəli hərbi psixiatr komissiyasının rəyində qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## ###### 2023-cü il *-**/*-*-***/**** saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun xxxxnın nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuşdur. Diaqnoz: Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, intihar fikirləri ilə F07.0.

6. Tibbi-Sosial Ekspert Komissiyasının: - ##.##.2022-ci il müayinə tarixli çıxarışından görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Üzvi mənşəli emosional labil (astenik) pоzuntu. Üzvi mənşəli şəxsiyyət pоzuntusu. Posttravmatik stress pozuntusu. Dəqiqləşdirilməmiş xroniki qastrit Miopiya” diaqnozu ilə orqanizmin funksiyalarının 65-80% pozuntusu ilə əlaqədar iki il müddətinə əlillik təyin edilmişdir. - ##.##.2024-ci il müayinə tarixli çıxarışından görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ilə əlaqədar “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, intihar fikirləri ilə. Partlayış travması (##.##.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi. Davamlı posttravmatik stress pozuntusu” diaqnozu ilə orqanizmin funksiyalarının 35-60% pozuntusu ilə əlaqədar iki il müddətinə əlillik təyin edilmişdir.

7. Səhiyyə Nazirliyi “xxxx” publik hüquqi şəxsinin ##.##.2025-ci il tarixli, **** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı hal-hazırxxxx“Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, Depressiv daxilolmalarla, Anamnezində qıcolma tutmaları ilə” (F07.0) aşkar edilir.

Birinci instansiya məhkəməsində icraat:

8. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh qarşı iddia ərizəsi ilə ##.##.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin ##.##.2024-cü il tarixli qiymətləndirməsinin ləğv edilməsi və ona orqanizmin funksiyasının 70% pozulması ilə bağlı ömürlük əlillik dərəcəsi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, II Qarabağ müharibəsinin iştirakçısıdır. 08.11,2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunxxxxgedən döyüşlər zamanı partlayış travması ilə xəsarət almışdır. ## ##### 2024-cü il tarixli **** saylı xəstəlik haqqınxxxxşəhadətnaməsində Hərbi-Həkim Komissiyasının qərarı belə göstərilmişdir: Diaqnoz: “Ağır (kəskin) dərəcədə ifadə olunmuş üzvi (II Qarabağ müharibəsi zamanı ayrılmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən demokpensasiyalar, depressiv daxilolmalar, intihar fikirləri. Orta (mülayim) dərəcədə ifadə olnmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (##.##.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin kəllədaxili hipertenziya, tez-tez baş verən vegetativ damar paroksizmləri və qıcolma tutmaları ilə təzahür edən posttravmatik ensefalopatiya ilə nəticəsi” “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Diaqnoz: “Soltərəfli II (ikinci) dərəcəli varikasele. Sol aşağı ərtaf dərialtı vemaların genişlənməsinə görə aparılmış soltərəfli flebektomiya əməliyyatından (##.##.2011) sonrakı bərkimiş dəri çapıqları. Sol aşağı ətrafın dəraltı venaların seqmentar varikoz genişlənməsi. Onurğanın döş nahiyəsinin zirvəsi Th6 cismi olmaqla sağa doğru (13°) təsbit olunmuş skoliozu. Sağ diz qapağının patella tetrapartita, sol diz qapağının patella tripartika inkişaf variasiyası. Sağ saidin arxa səthinin yuxarı 1/3-nin bərkimiş dəri çapığı. Sol təpə nahiyyəsinin bərkimiş dəri çapıqları. Sol gözün miopiyası M 0,75D nəticəsində görmə itiliyinin 0,8-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla. Sağ gözün görmə itiliyi 1.0 olmaqla. Burun arakəsməsinin əyriliyi, burun tənəffüsünün cüzi dərəcədə pozulması ilə. Xrobnniki qastroduodenit, remissiya mərhələsində. Çoxsaylı kariyes.” “Ümumi xəstəlikdir”. Bununla bağlı dəfələrlə ambulator və stasionar müalicələrdə olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin direktoru, Bakı şəhər Baş Səhiyyə İdarəsinin baş psixiatrı tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən ona ##.##.2024-cü ildə “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, intihar fikirləri ilə F07.0” diaqnozu təyin edilmiş, ##.##.2022-ci il tarixdə 2 il müddətində orqanizmin funkisiyasının 70%-nin pozulması ilə əlillik dərəcəsi verilmiş, ##.##.2022-ci il tarixdə isə yenidən iki il müddətində eyni diaqnozla ona orqanizmin funksiyasının 35%nin pozulması ilə əlillik dərəcəsi verilmişdir. Həmin qərarxxxxbəzi uyğunsuzluqlar var. Belə ki, eyni diaqnozla əvvəl 70% pozuntu qeyd edildiyi halda, ikinci dəfə 35% pozuntu qeyd edilmişdir. Həmçinin, sonuncu qərarxxxxəmək zəmanəti kimi “əmək qabiliyyətsiz” göstərilmişdir.

10. İddiaçı tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehin İddiaçı barəsində ##.##.2024-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar xəstəlik səbəbindən orqanizmin funksiyasının 35-60 faiz pozuntusuna görə 2 il müddətinə əlillik təyin edilməsi barədə qərarının ləğv edilməsini və ona ##.##.2024-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” xəstəlik səbəbindən orqanizmin funksiyasının 65-80 faiz pozuntusuna görə 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

11. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə qarşı təqdim edilmiş etiraz Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi» Qaydası, ## ###### 2020-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi» Qaydası və «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun normaları ilə əsaslandırılmışdır.

12. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim L.Əliyeva) iddia təmin edilmişdir.

13. Birinci instansiya məhkəməsinin qərarınxxxxqeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci bəndində qeyd edilən bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarxxxxkənar şəxsin köməyinə ehtiyacın olması qeyd edilmişdir. Halbuki iddiaçının Forma 88 arayışından xxxxgörünür ki, mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı və Əlilliyi olan şəxslərə uyğunlaşdırılmış iş yerlərində köməkçi texniki vasitələrdən istifadə edərək əmək fəaliyyətini həyata keçirmək bacarığının olması qeyd edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh tərəf qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətinin məzmunu imtina qərarının məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Həmçinin, müvafiq ekspert rəyində bəhs edilən F07 XBT kodlu diaqnoz vətəndaşın imtina qərarı ilə nəticələnən sonuncu müraciəti üzrə olan göndərişdə əsas diaqnoz kimi qeyd olunmuşdur. İddiaçıya məxsus forma 88 göndərişdə intellektual-anamnestik pozuntuların təzahür dərəcəsi isə yüngül olaraq qeyd edilmişdir. F07 diaqnozu üzrə 35-60 faiz əlillik təyinatı ilə 65-80 faiz olan arasınxxxxƏlilliyin qiymətləndirmə meyarlarınxxxxbir sıra fərqlər vardır. Belə ki, 7.6.2.1 meyarına 35-60% intervalınxxxxolan xəstələr bəzi hallarxxxxdigər şəxslərin köməyindən asılı olduğu təqdirdə 7.6.2.2 meyarınxxxx65-80% intervalınxxxxolan xəstələr isə daimi olaraq digər şəxslərin köməyinə möhtac vəziyyətdə olur, təkrarlanan intihar cəhdlərinə görə daim nəzarətdə saxlanılırlar. İddiaçıya məxsus forma 88 göndərişində isə indiki diaqnoz üzrə intihar cəhdlərinin olması ilə bağlı heç bir qeyd yoxdur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin ##.##.2022-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarına əsasən nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onxxxxo, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarxxxxxxxxtam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

16. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasınxxxxiştirak edən iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

18. İş üzrə tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsalar da, iddiaçı gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

19. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasınxxxxmüəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halxxxxisə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydaxxxxvə məhkəmə qaydasınxxxxmüdafiə etmək hüququ vardır.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi “Qaydası”: 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqınxxxxƏsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasınxxxxdaxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasınxxxxaparılır. 1.2. Azərbaycan Respublikasınxxxxtibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanınxxxxDövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasınxxxxşəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasınxxxxbu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydaxxxxvə (və ya) məhkəməyə verilir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin # #### tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydaxxxxmüəyyən edilir: 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halınxxxx– 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. 7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0 Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin nəzərə çarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarxxxxkənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) - 35-60% - 2 il; 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti - 65-80% - 2 il.

22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.1. Qanunxxxxbaşqa qayxxxxnəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunxxxxbaşqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqınxxxxmaraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onxxxxyaranmış daxili inam əsasınxxxxqərar qəbul edir. Qərarxxxxməhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasınxxxxqəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halxxxxapellyasiya instansiyası məhkəməsinin qərarınxxxxapellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası iş üzrə tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

25. İş materiallarına əlavə edilmiş Gəncə Psixiatriya Xəstəxanasının ##.##.2024cü il tarixli, Z********EBB nömrəli göndərişi (forma 88) ilə müəyyən olunur ki, iddiaçı “XBT 10 kodu F 07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu ilə ##.##.2022-ci il tarixdə Bakı Psixi Sağlamlıq Mərkəzində, ##.##.2022-##.##.2022, ##.##.2023-##.##.2023, ##.##.2023-##.##.2023, ##.##.2024-##.##.2024-cü il tarixlərdə Bakı “xxxx”nda, ##.##.2023-##.##.2023 və ##.##.2024-##.##.2024-cü il tarixlərdə X2 stasionar müalicələr almış, əlillik vəziyyəti həmin göndərişə əsasən “F07.0. Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu əsasınxxxxcavabdeh orqan tərəfindən ##.##.2024-cü il tarixində qiymətləndirilmiş və barəsində həmin diaqnoz ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar xəstəlik səbəbindən orqanizmin funksiyasının 35-60 faiz pozuntusuna görə 2 il müddətinə əlillik müəyyən edilmişdir.

26. İddiaçı orqanizmin funksiyasının 35-60 faiz pozuntusuna görə barəsində müəyyən edilən əlillik dərəcəsi ilə razılaşmamış və hazırki tələblə məhkəməyə müraciət edərək barəsində ##.##.2024-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” xəstəlik səbəbindən orqanizmin funksiyalarının 65-80 faiz pozuntusuna görə 2 il müddətinə əlillik müəyyən edilməsini xahiş etmiş, tələb təmin edilmişdir.

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və qeyd edir ki, ambulator kitabçadan (xəstəlik tarixindən) ##.##.2023, ##.##.2024 və ##.##.2024-cü il tarixli çıxarışlara əsasən, iddiaçıya “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu qoyulmuşdur.

28. Bununla yanaşı, xxxx publik hüquqi şəxsinin ##.##.2024-cü il tarixli, **** nömrəli hərbi psixiatr komissiyasının rəyində qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## ###### 2023-cü il *-**/*-*-***/**** saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun xxxxnın nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuşdur. Diaqnoz: Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, intihar fikirləri ilə F07.0.

29. İddiaçıxxxxmövcud olan “Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu XBT-10 kodu F07.0 olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.6.2-ci bəndində öz əksini tapmışdır. F07 kodlu xəstəlik əlilliyin müəyyən edilməsinə əsas verən xəstəlik Meyarların ya 7.6.2.1, ya xxxx7.6.2.2-ci bəndində qeyd olunan əlamətlərlə müşahidə edilməlidir. Belə ki, Meyarların 7.6.2.1-ci bəndə əsasən, F07 kodlu xəstəlik - əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla teztez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarxxxxkənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) kimi patofunksional əlamətlərlə müşahidə edildiyi halda, orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə, 7.6.2.2ci bəndə əsasən - məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti olduğu hallarxxxxorqanizmin funksiyalarının 65-80 pozulmasına görə əlillik təyininə əsasdır.

30. Gəncə Psixiatriya Xəstəxanasının ##.##.2024-cü il tarixli, Z********EBB nömrəli göndərişində aşağıdakılar qeyd edilmişdir (səh. 55-61): - “Status localis” – Erkən inkişafı adi olub. Orta təhsillidir. Subaydır. İşləmir. ##.##.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunxxxxgedən döyüşlərdə, Şuşa Daşaltı döyüş tapşırığını yerinə yetirərkən mərmi partlaması nəticəsində xəsarəti almışdır. İlk tibbi yardım göstərildikdən sonra ##.##.2020-ci il tarixdə MH MHP-nın HHK-sı tərəfindən ehtiyata buraxılmışdır. Bundan sonra yaranmış psixi pozuntularla əlaqədar bir sıra xəstəxanalarxxxxmüayinə və müalicələr qəbul etmişdir. ##.##.2022-ci il tarixdən Psixiatriya xəstəxanasınxxxxHPK tərəfindən müayinə olunub “Partlayış travması. Üzvi şəxsiyyət pozuntusu, tez-tez baş verən funksional tutmalarla (ayxxxx5-6 dəfə), davamlı posttravmatik stress pozuntusu, üzvi mənşəli emosional labil pozuntu” ***/** saylı tibbi rəy verildi. MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir, " Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır" (**** saylı, ##.##.2022-ci il tarixli xəstəlik haqqınxxxxşəhadətnamə). ##.##.2023-cü il tarixdə * saylı Respublika Psixlatriya Xəstəxanasınxxxxpr.Fuad İsmayılovun sədrliyi ilə keçirilən HPK-xxxxmüayinə edilib, "F07.0-Üzvi (müharibə zamanı alınmış kəllə-beyin travması) şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalarla" diaqnozu təyin olunub və bu barədə **** nömrəli tibbi rəy verilib. ##.##.2024-cü il tarixdə təkrarən * saylı xxxxnxxxxpr.Fuad İsmayılovun sədrliyi ilə keçirilən HPK-xxxxmüayinə edilib, "F07.0 - Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, intihar fikirləri ilə" diaqnozu təyin olunub və bu barədə ***** nömrəli tibbi rəy verilib. Bələdliyi hissəvi saxlanılıb. Zahirən narahat, gərgindir. Danışıq əlaqəsinə əsəbi qoşulur, verilən suallar onxxxxsəbəbsiz qıcıq və şübhələr yaradır. Əhval ruhiyyəsi aşağıdır, depressivdir. Tez-tez həyatdan bezdiyini, özünü öldürəcəyini deyir. Emosional qeyri stabildir. Konfliktlərə meyillidir, heç kimlə yola getmir, xırxxxxsəbəblərdən dava dalaşlar salır, əl qol atır, şiddətə yol verir. Özünə qarşı tənqidi yoxdur, özünü daim haqlı sayır. Maraq dairəsi məhduddur, ətrafınxxxxbaş verənlərlə maraqlanmır, ailə problemlərinə və yaxınlarına qarşı laqeyd, biganədir. Təfəkkürü ləngdir. Diqqəti dağınıqdır, yaddaşı pozulub. Yeni məlumatları qavramaqxxxxçətinlik çəkir. Yuxusu kafidir, dərmanlarladır. - “Beyin MRT” – Periventrikulyar sahədə, sentrum semiovaledə ən böyüyü aksialxxxxən böyüyü 4mm olmaqla, qliotik ocaqları aşkarlanır, (angiopatik ocalqar). Hər 2 yan mədəcik arxa buynüzlarının ksantroqranulyamaları (8mm, 7mm). - “Beyin KT(aksial və ya koronal və ya sagital)” – Periventrikulyar sahədə, sentrum semiovaledə ən böyüyü aksialxxxxən böyüyü 4mm olmaqla, qliotik ocaqları aşkarlanır, (angiopatik ocalqar). Hər 2 yan mədəcik arxa buynüzlarının ksantroqranulyamaları (8mm, 7mm).

31. Səhiyyə Nazirliyi “xxxx” publik hüquqi şəxsinin ##.##.2025-ci il tarixli, **** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı hal-hazırxxxx“Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, Depressiv daxilolmalarla, Anamnezində qıcolma tutmaları ilə” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (kəllə-beyin travması alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, SN xxxxnxxxx“Baş beyinin üzvi xəstəliyi (II Qarabağ müharibəsi zamanı alınmış QKBT nəticəsində şəxsiyyət dəyişikliyi. Tez-tez baş verən qıcolma tutmaları (ayxxxx4-5 dəfə). Koqnitiv funksiyaların enməsi ilə” diaqnozu ilə həmin müəssisədə stasionar müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx”xxxx“xxxx” diaqnozu ilə həmin müəssisədə stasionar müalicədə olması, İnzibati işə təqdim edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “** nömrəli şəhər Xəstəxanası”xxxx“QKBT ciddi qalıq əlamətləri. Kəskin asteno nevrotik sindrom. Posttravmatik ensefalopatiya. Kəllə daxili hipertenziya. Epilepsiya. Tez-tez təkrarlanan qıcolma tutmaları ilə” diaqnozu ilə həmin müəssisədə stasionar müalicədə olması) və halhazırkı psixiatrik müayinənin nəticələri (bir qədər gərgin olması, təfəkkürünün tempinin ləngiməsi, bir mövzudan digərinə keçməkdə çətinlik çəkməsi, əhvali-ruhiyyəsinin aşağı olması, affektiv reaksiyalara meylli olması, qıcıqlara qarşı həssaslığının yüksəlməsi, koqnitiv funksiyalarının zəifləməsi, sorğu gedişatınxxxxəsəbilik, baş ağrıları, yuxusuzluq, yaddaşının zəifləməsinin get-gedə artmasını bildirməsi, əsəbi gərginlik zamanı özünə kəsmələrlə xəsrətlər yetirməsi, gün ərzində heç nəyə həvəsinin olmaması, əhvalının aşağı olması və s.) sübut edir.

32. İddiaçıxxxxMeyarların 7.6.2-ci bəndində qeyd olunan xəstəliklərin olması iş materiallarınxxxxolan tibbi sənədlər və psixiatrik ekspertizanın rəyi ilə öz təsdiqini tapır və bu hal onun barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci bəndinə əsasən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlillik müəyyən edilməsinə əsas verir.

33. Bundan başqa iddiaçıya təyin ediləcək əlilliyinin səbəb əlaqəsinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olması hissəsində cavabdeh inzibati orqan və birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə düzgündür. Belə ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2024-cü il tarixli **** nömrəli Xəstəlik haqqınxxxxşəhadətnaməyə əsasən, İddiaçı barəsində müəyyən edilmiş “Ağır (kəskin) dərəcədə ifadə olunmuş üzvi (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, intihar fikirləri ilə. Orta (mülayim) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (##.##.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin kəllədaxili hipertenziya, tez-tez baş verən vegetativ damar paroksizmləri və qıcolma tutmaları ilə təzahür edən posttravmatik ensefalopatiya ilə nəticəsi” diaqnozu “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə təsdiq olunmuşdur.

34. Göründüyü kimi cavabdeh inzibati orqan xxxxqərarınxxxxiddiaçı barəsində təyin edilmiş əlilliyin səbəb əlaqəsini məhz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” kimi müəyyən etmişdir. Odur ki, hazırki iş üzrə iddiaçı barəsində təyin ediləcək əlilliyin səbəb əlaqəsi həmin qaydaxxxxolmalıdır.

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “təyin olunmuş diaqnozxxxxağırlaşmalar olmadığı təqdirdə şəxsə əlillik təyin edilməməsi” ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, təyin edilmiş diaqnoz konkret olaraq əlilliyin müəyyən olunması meyarlarınxxxxtəsbit edildiyi və diaqnozun özü meyarlara uyğun gəldiyi təqdirdə əlavə olaraq ağırlaşmaların tələb olunmasının hüquqi əsası yoxdur. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh əlillik dərəcəsini təyin etməyə borcludur.

36. Cavabdeh orqan tərəfindən apellyasiya şikayətinin dəlili kimi qeyd edilmiş “diaqnoz əsasınxxxxşəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməməsi” ilə bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edilərkən, cavabdeh eyni zamanxxxxhəm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.

37. Bu mənaxxxxəlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasınxxxxqiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

38. Həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasınxxxxcavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsdə əlillik dərəcəsinin müəyyən olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsdə əlillik dərəcəsinin müəyyən edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

39. Hazırkı halda, cavabdeh öz səlahiyyətlərini həyata keçirərkən “İnzibati icraat haqqında” Qanunun yuxarıxxxxqeyd olunan normalarının tələblərini təmin etməmiş, bununla xxxxqanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə əlaqədar gəlinən nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla qərarın ləğvinə əsas vermir.

Nəticəvi hissə: Yuxarıxxxxşərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər İslam Həsənov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar