Məhkəmə qərarları › İş №2-1(3-7)-137/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-7)-137/2026

06.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2-1(3-7)-137/2026 06.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı (üçüncü şəxs Üçüncü şəxs) iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçı İddiaçı və iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə iştirakları ilə, “cavabdehin hərəkətlərinin, çıxarışların və texniki pasportların qanunsuz hesab edilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərardadından iddiaçının vəkili (nümayəndəsi) tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:

1. İddiaçı Gəncə şəhəri, İ.Qayıbov küçəsi, ev 37 ünvanında yerləşən fərdi yaşayış evinə dair verilmiş çıxarışa düzəliş edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətin müsbət həllindən ##.##.2023-cü il tarixli, *-**-*-**/*-Q- *****/**** nömrəli məktubla imtina edilmiş və müraciətdə qeyd olunan məsələnin həlli üçün qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir.

İşdə olan sənədlər:

2. ##.##.2021-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetrindən çıxarışa əsasən, Gəncə şəhəri, İsmət Qayıbov küçəsi, ev 69 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur.

3. ##.##.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetsrindən çıxarışa əsasən Gəncə şəhəri, İsmət Qayıbov küçəsi, ev 37 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə Üçüncü şəxs məxsusdur.

4. Gəncə İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadına əsasən, iddiaçı İddiaçı cavabdeh Cavabdeh * saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər Gəncə şəhər Nizami Bələdiyyəsi və Üçüncü şəxs) qarşı “çıxarışın və texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır.

5. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2024-cü il tarixli, 2- *(***)-***/**** nömrəli qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, 2-1(114)- ***/**** nömrəli qərardadı, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə isə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı İddiaçı cavabdeh Cavabdeh * saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Üçüncü şəxs məxsus Gəncə şəhəri, Nizami rayonu, İ.Qayıbov küçəsi, ** saylı ünvanda yerləşən tikiliyə və bələdiyyə torpağına mülkiyyət hüququnun tanınması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin ünvanda yerləşən tikiliyə və bələdiyyə torpağına mülkiyyət hüququnun tanınmasına dair ##.##.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, ##.##.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, ##.##.2007-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarışların, ##.##.2008-ci il tarixli ***-*** saylı və ##.##.2021-ci il tarixli ***** saylı texniki pasportların qanunsuz hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, üçüncü şəxs Üçüncü şəxs mirasçısı olduğu atası X1 adına M11 seriyalı ******* saylı çıxarışa əsasən Gəncə şəhəri, İ.Qayıbov küçəsində istifadəsinə olan, 0.01034 ha torpaq sahəsi üzərində 1 mərtəbəli, 3 otaqlı, 39.4 kv.m yaşayış, 29.3 kv.m köməkçi sahədən ibarət olan ** saylı yaşayış evi (reyestr nömrəsi ************-***** saylı, qeydiyyat nömrəsi 150708567, qeydiyyat tarixi ##.##.2007-ci il) olmuşdur. ##.##.2021-ci il tarixli, ** saylı notariat kontoru tərəfindən verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, həmin çıxarışa əsasən Üçüncü şəxs, 0.01034 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 39.4 kv.m yaşayış, 29.3 kv.m köməkçi sahədən ibarət olan ** saylı yaşayış evinə 1/3 hissədə vərəsəlik hüququ haqqında şəhadətnamə aldığı qeyd edilmişdir. ##.##.2007-ci il tarixli, reyestr nömrəsi ************-***** saylı, qeydiyyat nömrəsi, 150708567 olan, MH ******* saylı çıxarışdan görünür ki, X1 0.01034 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 39.4 kv.m yaşayış, 29.3 kv.m köməkçi sahədən ibarət olan ** saylı yaşayış evi tam mülkiyyət hüququ ilə ona məxsus olmuşdur. ##.##.2021-ci il tarixdə cavabdeh üçüncü şəxs Üçüncü şəxs mülkiyyət növü bələdiyyə olmaqla istifadə hüquq növü üzrə 0.011 ha torpaq sahəsi üzərinə 68.7 kv.m tikiliyə mülkiyyət hüququnun ********** qeydiyyat nömrəli çıxarışla tanınmışdır. Gəncə şəhər, Nizami rayon məhkəməsində mübahisə edərkən üçüncü şəxs Üçüncü şəxs 0.14 ha torpaq sahəsi Gəncə şəhəri, İsmət Qayıbov küçəsində yerləşən əvvəl istifadəsində olmuş torpaq sahəsi üzərində reyestr nömrəsi ************-***** saylı, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi ##.##.2021-ci il olan, 68.70 kv.m ev və 0.14 ha xüsusi mülkiyyətdə olan Gəncə şəhəri, İsmət Qayıbov küçəsində yerləşən əvvəl istifadəsində olmuş, torpaq sahəsi üzərində reyestr nömrəsi ************-***** saylı, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi, ##.##.2021-ci il olan, 68.70 kv.m ev və 0.14 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnu tanıyaraq qeydə almışdır. ##.##.2021- ci il tarixli, üçüncü şəxs Üçüncü şəxs 0.14 ha torpaq sahəsinə uyğun, reyestr nömrəsi ************-***** saylı, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi ##.##.2021ci il olan çıxarış verilmişdir. Mübahisəli çıxarışda qeyd edilmiş torpaq bələdiyyə torpağı olmuş və Gəncə Regional Ədliyyə İdarəsinə verilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, ##.##.2022-ci il tarixli, Ə*** saylı arayışdan görünür ki, X1 və Üçüncü şəxs mübahisəli çıxarışın aid olduğu və çıxarışda qeyd edilən torpağın aid olduğu Gəncə şəhər, Nizami rayon, Bələdiyyəsi tərəfindən hər hansı hüquqda torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilməmişdir. Gəncə şəhər Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** saylı iş iddiaçı Üçüncü şəxs xüsusi mülkiyyətində olan Gəncə şəhəri, İsmət Qayıbov küçəsində yerləşən ** saylı ünvanda yerləşən fərdi yaşayış evinin qarşısında inşa edilmiş özbaşına tikililər, cavabdeh İddiaçı hesabına sökülsün və Gəncə şəhəri, İsmət Qayıbov küçəsində yerləşən ** saylı ünvanda yerləşən fərdi yaşayış evinin qarşısının əvvəlki vəziyyətə gətirilməsi cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilmişdir. Üçüncü şəxs Gəncə şəhəri, İsmət Qayıbov küçəsində yerləşən əvvəl istifadəsində olmuş torpaq sahəsi üzərində reyestr nömrəsi ************-***** saylı, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi ##.##.2021- ci il olan, 68.70 kv.m ev və 0.14 ha xüsusi mülkiyyətdə olan Gəncə şəhəri, İsmət Qayıbov küçəsində yerləşən əvvəl istifadəsində olmuş, torpaq sahəsi üzərində reyestr nömrəsi ************-***** saylı, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi, ##.##.2021-ci il olan çıxarışın verilməsinin hüquqlarına toxunduğunu qeyd etmişdir.

8. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə iş üzrə Üçüncü şəxs üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir.

9. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

10. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə (hakim R.Tağıyeva) iddia tələbi mümkün sayılmamışdır.

11. Birinci instansiya məhkəməsinin qərardadında qeyd edilmişdir ki, məhkəmə qərarlarına görə iddiaçının həmin iddianı qaldırmaq üçün subyektiv hüququ olmamışdır. Belə ki, həmin iş üzrə əldə edilmiş mütəxəssis rəyinə əsasən, iddiaçının və üçüncü şəxsin mülkiyyətində olan torpaq sahələrinin üst-üstə düşməsi müəyyən edilmir. İddiaçı özü də bildirmişdir ki, mübahisələndirilən çıxarışda qeyd olunan, üzərində üçüncü şəxsin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış torpaq sahəsi ilə onun heç bir bağlılığı mövcud deyil. Digər tərəfdən iddiaçının mübahisə predmeti olan əmlaka subyektiv hüququnun olmasını təsdiq edən hər-hansı hüquqmüəyyənedici sənədin olması iş materialları ilə müəyyən edilmir və iddiaçı tərəfindən də məhkəməyə təqdim edilməmişdir. Beləliklə də, yuxarıda qeyd olunan hallar hazırkı iddia ilə bağlı iddiaçının subyektiv hüququnu istisna edir. Göründüyü kimi, iddiaçı İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh Cavabdeh * saylı Gəncə Ərazi İdarəsinə qarşı qaldırdığı “çıxarışın və texniki pasportun ləğv edilməsi” tələbinə dair iddiası iddiaçı İddiaçı subyektiv hüququnun olmamasına görə mümkün sayılmamışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

12. İddiaçının vəkili (nümayəndəsi) qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin məhkəmənin icraatına götürülməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, hazırki iddia inzibati aktların hüquqi əsaslarının və qəbul edilmə qaydasının qanunvericiliyə uyğunluğunun yoxlanılmasına yönəlmişdir və əvvəlki işlərdən fərqli predmetə malikdir. Məhkəmə iddiaçının subyektiv hüququnun olmadığını əsaslandırarkən yalnız torpaq sahələrinin üst-üstə düşməməsi faktına istinad etmişdir. Lakin inzibati hüquqda subyektiv hüquq anlayışı yalnız mülkiyyət hüququnun mövcudluğu ilə məhdudlaşmır. Qonşu daşınmaz əmlakla bağlı qanunsuz inzibati aktların qəbul edilməsi şəxsin hüquqi vəziyyətinə birbaşa təsir göstərir və onun hüquqla qorunan maraqlarını pozur. Bundan əlavə, üçüncü şəxsə verilmiş çıxarışlar və texniki pasportlar sonradan iddiaçıya qarşı mülki hüquq mübahisələrində hüquqi əsas kimi istifadə edilmişdir. Bu hal inzibati aktların iddiaçının hüquq və maraqlarına real və birbaşa təsir etdiyini göstərir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

14. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.

15. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Gəncə Ərazi İdarəsinin hüquq varisi kimi tanınması qərara alınmışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iddiaçı və vəkili (nümayəndəsi) apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.

17. Məhkəmə iclasının keçirilməsi yeri və vaxtı barədə məlumatlı olmalarına baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxs gəlməmiş, səbəbləri barədə məlumat verilməmişlər. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

18. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

58. 7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

20. Məhkəmə kollegiyası tərəfin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdilmədən saxlanılmalıdır.

21. İddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək üçüncü şəxs Üçüncü şəxs məxsus Gəncə şəhəri, Nizami rayonu, İ.Qayıbov küçəsi, ** saylı ünvanda yerləşən tikiliyə və bələdiyyə torpağına mülkiyyət hüququnun tanınması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin ünvanda yerləşən tikiliyə və bələdiyyə torpağına mülkiyyət hüququnun tanınmasına dair ##.##.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, ##.##.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, ##.##.2007-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarışların, ##.##.2008-ci il tarixli ***-*** saylı və ##.##.2021-ci il tarixli ***** saylı texniki pasportların qanunsuz hesab edilməsini xahiş etmiş, tələb mümkün sayılmamışdır.

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və qeyd edir ki, İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

23. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» ## ##### 2015-ci il tarixli * №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri).

25. Kollegiya qeyd edir ki, iddianı fərdiləşdirən iki element vardır - iddianın predmeti və onun əsası. Göstərilən elementlər iddianı konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. İddianın predmeti iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın əsasını isə irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir.

26. ##.##.2021-ci il tarixli qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetrindən çıxarışa əsasən, Gəncə şəhəri, Nizami rayonu, İsmət Qayıbov küçəsi, ev 37 ünvanda yerləşən 0.14 ha torpaq sahəsi üzərində üçüncü şəxs X1 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

27. ##.##.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetsrindən çıxarışa əsasən Gəncə şəhəri, İsmət Qayıbov küçəsi, ev 37 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə Üçüncü şəxs məxsusdur.

28. ##.##.2021-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetrindən çıxarışa əsasən, Gəncə şəhəri, İsmət Qayıbov küçəsi, ev 69 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur.

29. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin icraatında olmuş iddiaçı Üçüncü şəxs cavabeh İddiaçı qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə əldə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, cavabdeh İddiaçı tərəfindən inşa edilmiş 129.80 kv.m tikilinin 117.30 kv.m hissəsi ************ reyestr nömrəli Çıxarışa əsasən cavabdehin öz mülkiyyətində, 12.50 kv.m hissəsinin isə cavabdehin öz mülkiyyətindən kənar torpaq sahəsində inşa edildiyi aşkarlandı. Cavabdeh tərəfindən, öz mülkiyyətindən kənar torpaq sahəsində 12.50 kv.m inşa etdiyi mübahisəli tikili, iddiaçı Üçüncü şəxs ************ reyestr nömrəli Çıxarışına əsasən, mülkiyyətində olan torpaq sahəsi və fərdi yaşayış evinə giriş-çıxış üçün istifadə olunan yolun 12.50 kv.m hissəsində tikildiyi müəyyən edildi.

30. Göründüyü kimi iddiaçıya məxsus tikilinin 117.30 kv.m hissəsi ************ reyestr nömrəli çıxarışa əsasən onun öz mülkiyyətində, 12.50 kv.m hissəsi isə onun mülkiyyətindən kənarda yerləşir və həmin tikili ************ reyestr nömrəli çıxarışa əsasən hazırkı iş üzrə üçüncü şəxs Üçüncü şəxs mülkiyyətində olan torpaq sahəsi və fərdi yaşayış evinə giriş-çıxış üçün istifadə olunan yolun üzərində inşa edilmişdir.

31. Hazırda iddiaçı cavabdeh orqan tərəfindən rəsmiləşdirilmiş hüquqmüəyyənedici sənədlərdə üçüncü şəxsin adına əlavə torpaq sahəsinin qeydə alınmasına əsaslanaraq sözügedən sənədlərin – çıxarışların, texniki pasportların və cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsini tələb edir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisə predmeti olan əmlaka subyektiv hüququnun olmasını təsdiq edən hər-hansı hüquqmüəyyənedici sənədin, yəni daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilə, vərəsəlik hüququ haqqında, yaşayış evlərinin, torpağın mülkiyyətə dair şəhadətnamə, qanuni qüvvəyə minmiş məhkəmə qərarı və s. sənədlərin olması iş materialları ilə müəyyən edilmir və iddiaçı tərəfindən də məhkəməyə təqdim edilməmişdir. Başqa sözlə, iddiaçı əmlaka dair özünün titul sahibliyini aşkara çıxarda bilməmişdir. Beləliklə də, qeyd olunan hallar hazırkı iddia ilə bağlı iddiaçının subyektiv hüququnu istisna edir.

33. Bundan başqa iddiaçı tərəf məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, mübahisələndirilən sənədlərdə qeyd olunan, üzərində üçüncü şəxsin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış torpaq sahəsi ilə onun heç bir bağlılığı mövcud deyil və həmin torpaq sahəsinə dair heç bir sənədi yoxdur.

34. Nəzərə alınmalıdır ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.

35. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

36. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ##.##.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2008-ci il qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.

37. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırda iddiaçı tərəfindən mübahisələndirilən üçüncü şəxsin adına aparılmış qeydiyyat mülki-hüquqi əqdlər əsasında aparılmışdır. Belə ki, iş materiallarında olan ##.##.2021-ci il tarixli və ##.##.2021-ci il tarixli Miras payın bağışlanması müqavilələri, həmçinin ##.##.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə müəyyən edilir ki, miras əmlak – Gəncə şəhəri, İsmət Qayıbov küçəsi, ev 37 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi üçüncü şəxs Üçüncü şəxs tərəfindən qəbul edilmişdir (Bax: cild İ, səh. 66, 71, 73).

38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” ##.##.2015ci il tarixli, * nömrəli qərarının 17-ci bəndinə əsasən, əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.

39. Göründüyü kimi hazırda mübahisələndirilən qeydiyyat mülki-hüquqi əqdlər – bağışlama və vərəsəlik şəhadətnaməsi əsasında aparıldığından hazırda daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə iddia mülki məhkəmədə qaldırılmalı idi ki, həmin hal da hazırki icraat çərçivəsində iddia tələbinin mümkün sayılmaması üçün əsasdır.

40. Bundan başqa qeyd olunan səblərə görə apellyasiya şikayətinin “qonşu daşınmaz əmlakla bağlı qanunsuz inzibati aktların qəbul edilməsinin şəxsin hüquqi vəziyyətinə birbaşa təsir göstərməsi, onun hüquqla qorunan maraqlarını pozması, üçüncü şəxsə verilmiş çıxarışların və texniki pasportların sonradan iddiaçıya qarşı mülki hüquq mübahisələrində hüquqi əsas kimi istifadə edilməsi, bu halın inzibati aktların iddiaçının hüquq və maraqlarına real və birbaşa təsir etdiyini göstərməsi” kimi dəlilləri təkzib edilir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər. Qərardad ondan şikayət verilmədiyi halda təqdim olunduğu gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar