Məhkəmə qərarları › İş №2-1(3-7)-148/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-7)-148/2026

26.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-148/2026 26.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARI Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Eldar Yaşar oğlunun katibliyi, iddiaçı İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona ##.##.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. ##.##.1980-ci il tarixli, Б ****** nömrəli diploma və Türkmənistanın Azərbaycan Respublikasındakı Səfirliyinin ##.##.2024-cü il tarixli, *** nömrəli arayışına əsasən İddiaçı ##.##.1972-ci il tarixdə Nebit-Dağ şəhəri * saylı Şəhər Orta Texniki Peşə Məktəbinə (* saylı ŞOTPM) 3 illik təhsil müddəti olan “Elektrik qaz qaynaqçısı” ixtisası üzrə qəbul olmuşdur və ##.##.1980-ci il tarixdə tam əyani kursu bitirmişdir. Həmçinin ixtisas komissiyasının qərarı ilə ona 3-cü dərəcəli “Elektrik qaz qaynaqçısı” ixtisası verilmişdir.

2. ##.##.1981-ci il tarixli, НТ ******* nömrəli hərbi biletə əsasən İddiaçı ##.##.1981-ci il tarixdən ##.##.1983-cü il tarixədək hərbi xidmətdə olmuşdur.

3. PТ-İ ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı ##.##.1980-ci il tarixdən ##.##.1981-ci il tarixədək, ##.##.1983-cü il tarixdən ##.##.1986-cı il tarixədək Türkmənistan Respublikasında neft kəmərində elektrik qaynaqçısı, ##.##.1986-cı il tarixdən ##.##.1987-ci il tarixədək Şəmkir trestdə elektrik qaynaqçısı, ##.##.1987-ci il tarixdən ##.##.1994-cü il tarixədək Şəmkir “Ağıryükkötürümlü” Yükdaşıma Avtonəqliyyat idarəsində V dərəcəli elektrik və qaz qaynaqçısı, ##.##.1995-ci il tarixdən ##.##.1995-ci il tarixədək Şəmkir * saylı Tikinti Quraşdırma sahəsində fəhlə, ##.##.2023-cü il tarixdən ##.##.2013-cü il tarixədək “xxxx” MMCdə elektrik-qaz qaynaqçısı, ##.##.2013-cü il tarixdən ##.##.2020-ci il tarixədək “Şəmkir Daş bazarı”nda 5- ci dərəcəli elektrik və qaz qaynaqçısı işləmişdir

4. “xxxx” MMC-nin ##.##.2020-ci il tarixli, **/KTK nömrəli və “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışında göstərilmişdir ki, İddiaçı ##.##.2007-ci il tarixdən ##.##.2013-cü il tarixə qədər olan dövrdə “xxxx” MMCdə elektrik-qaz qaynaqçısı işləmişdir. Işlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 6 il 8 ay təşkil edir. Işlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri qaynaqçıdan ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş siyahının 12 bəndinə və 7212 vəzifə koduna uyğundur.

5. ** saylı Ərazi Vergilər Idarəsinin ##.##.2024-cü il tarixli, 3-21-3-20/2-A-985- **/**** nömrəli məktubunda bildirilmişdir ki, sosial sığorta üzrə ödənişlərin şəxsi hesab vərəqələrinə işlənilməsi ##.##.2019-cu il tarixdən sonrakı dövrlər üzrə vergi orqanları tərəfindən həyata keçirilir. Şəxsi hesab vərəqəsinin göstəricilərinə əsasən İddiaçı tərəfindən ##.##.2019-cu il tarixdən ##.##.2024-cü il tarixədək dövlət büdcəsinə 300,0 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir.

6. ##.##.2025-ci il tarixli arayışa və “Şəxsin əmlakın (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında” ##.##.2013-cü il tarixli və ##.##.2019-cu il tarixli icarə müqavilələrinə əsasən İddiaçı ##.##.2013-cü il tarixdən ##.##.2020- ci il tarixədək Bakı- Qazax yolunun 394-cü km-də yerləşən Şəmkir Daş bazarında VÖEN əsasında (icarə müqaviləsi ilə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə 35-ci bəndinə uyğun olaraq 5-ci dərəcəli (əl ilə) elektrik və qaz qaynaqçısı vəzifəsində işləyib.

7. Azərbaycan Respublikası Dövlət X10 ##.##.2024-cü il tarixli, k-*-**-**F/*-A-*** nömrəli arxiv arayışında göstərilmişdir ki, X1 Filialında mühafizə olunan Şamxor rayon X12 əmr kitablarına əsasən ##.##.1987-ci il tarixli, *** nömrəli əmri ilə X4 qaynaqçı təyin edilib, ##.##.1989-cu il tarixli, *** nömrəli əmri ilə Ağır Yükgötürülümlü müəssəsinə keçmişdir. Ağır Yükgötürümlü müəssənin 1990-1994-cü illərin əmr kitabları filiala təhvil verilmədiyi üçün X5 1990-1994-cü illərdə olan əmrlərinin təsdiqi tərəflərindən mümkün olmadı. İddiaçı Böyukkişi oğlu 1987-1994-cü illərdə işləyərək əmək haqqı qazanmışdır.

8. Şəmkir “xxxx” ASC-nin ##.##.2025-ci il tarixli arayışına əsasən İddiaçı ##.##.1987-ci il tarixdən ##.##.1994-cü il tarixədək X14 Avtonəqliyyat Idarəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** saylı Qərarı ilə 35-ci bəndinə uyğun olaraq, 5-ci dərəcəli (əl ilə) elektrik qaynaqçısı vəzifəsində işləyib.

9. İddiaçı hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdeh orqana müraciət etmiş və sonuncu tərəfindən ##.##.2024-cü il tarixli, *-**-*/*-A-******/**/**** nömrəli imtina məktubu ilə ona bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdəki məlumatlara əsasən, onun güzəştli iş stajı 4 il 4 ay 27 gün (##.##.2008-##.##.2008-ci il, ##.##.2009- ##.##.2009-cu il, ##.##.2010-##.##.2010-cu il, ##.##.2011-##.##.2011-ci il, ##.##.2012- ##.##.2012-ci il və ##.##.2013-##.##.2013-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. Eyni zamanda bildirilir ki, # ###### 2006-cı il tarixindən ödənilməli olan məcburi dövlət sosial sığorta haqları İddiaçı fərdi hesabının sığorta hissəsində 2007-ci il üzrə 12 ay, 2008-ci il üzrə 4 ay, 2009-cu il üzrə 4 ay, 2010-cu il üzrə 1 ay, 2011-ci il üzrə 2 ay, 2012-ci il üzrə 1 ay və 2013-cü il üzrə 3 ay sığorta ödənişləri öz əksini tapmayıb. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər (Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) sığorta stajına daxil edilmədiyi üçün yuxarıda qeyd olunan müddətləri (ümumilikdə 2 il 3 ay) adıçəkilən şəxsin iş stajına daxil etmək mümkün deyil.. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır.

10. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli cavab məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdəki məlumatlara əsasən, onun güzəştli iş stajı 4 il 4 ay 27 gün (##.##.2008-##.##.2008-ci il, ##.##.2009- ##.##.2009-cu il, ##.##.2010-##.##.2010-cu il, ##.##.2011-##.##.2011-ci il, ##.##.2012- ##.##.2012-ci il və ##.##.2013-##.##.2013-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. Eyni zamanda bildirilir ki, # ###### 2006-cı il tarixindən ödənilməli olan məcburi dövlət sosial sığorta haqları İddiaçı fərdi hesabının sığorta hissəsində 2007-ci il üzrə 12 ay, 2008-ci il üzrə 4 ay, 2009-cu il üzrə 4 ay, 2010-cu il üzrə 1 ay, 2011-ci il üzrə 2 ay, 2012-ci il üzrə 1 ay və 2013-cü il üzrə 3 ay sığorta ödənişləri öz əksini tapmayıb. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər (Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) sığorta stajına daxil edilmədiyi üçün yuxarıda qeyd olunan müddətləri (ümumilikdə 2 il 3 ay) adıçəkilən şəxsin iş stajına daxil etmək mümkün deyil.

11. Məhkəmənin sorğusuna “xxxx” ASC-nin ##.##.2025-ci il tarixli, *** nömrəli cavab məktubunda bildirilmişdir ki, Cəmiyyət 1998-ci il oktyabr tarixindən özəlləşdirilmişdir. Ona görə də Cəmiyyətin 1998-ci ilə qədər olan sənədləri arxivləşdirilmişdir. Odur ki, Cəmiyyətin İddiaçı ##.##.1987-ci il tarixdən ##.##.2024-cü illər haqqında heç bir məlumat yoxdur. Qeyd edilir ki, Cəmiyyətin X14 Avtonəqliyyat Idarəsi də uzun illər öncə özəlləşdirilmişdir və hazırda Şəmkir rayon Dəllər qəsəbəsində yerləşir.

12. Məhkəmənin sorğusuna ** saylı Ərazi Vergilər Idarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*-******/**** nömrəli cavab məktubunda bildirilmişdir ki, uçot məlumat bazasına əsasən Şəmkir “xxxx” ASC ##.##.2004-cü il tarixdə hüquqi şəxs kimi vergi orqanında uçota alınmış və ona 8500109911 VÖEN verilmişdir.

13. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli cavab məktubunda bildirilmişdir ki, "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı"na uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin ##.##.1998-ci il tarixli, **** saylı sərəncamına uyğun olaraq "Azəravtonəqliyyat" Dövlət Konserni, X6 X15 bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmlərinin özəlləşdirilməsi prosesi ##.##.2004-cü il tarixində yekunlaşaraq müstəqil təsərrüfat subyektinə çevrilmişdir.

14. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli, *-**-*/*-*-*****/**** nömrəli xidməti məktubunda bildirilmişdir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş stajı 25 il 10 ay 1 gün (##.##.2006-cı il tarixinədək 17 il 5 ay 1 gün (##.##.1977-##.##.1980-ci il (təhsil müddəti), ##.##.1980-##.##.1981-ci il, ##.##.1981-##.##.1983-cü il (hərbi xidmət müddəti), ##.##.1983-##.##.1986-cı il, ##.##.1986-##.##.1987-ci il, ##.##.1987-##.##.1994-cü il, ##.##.1995-##.##.1995-ci il tarixləri arasındakı dövrlər), həmir tarixdən sonra isə 8 il 5 ay) təşkil edir. Eyni zamanda bildirilir ki, İddiaçı # ###### 2025-ci il tarixinə fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya sığorta kapitalı 22012,84 manat təşkil edirdi.

15. Məhkəmə kollegiyasının sorğusuna SOCAR-ın “Neft Kəmərləri” Idarəsi tərəfindən verilmiş ## ### 2026-cı il tarixli, **-*-*/*-***/**** nömrəli cavab məktubu ilə bildirilmişdir ki, SOCAR-ın “Neft Kəmərləri” Idarəsində elektrik qaynaqçısı və elektrik qaz qaynaqçısı peşələrində çalışan şəxslərə, onların əmək fəaliyyətinin xarakterini və yerinə yetirdikləri işlərin xüsusiyyətlərini əks etdirən müvafiq arayışlar təqdim olunur. Göstərilən əmək funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının “35. Ümumi peşələr” bölməsində nəzərdə tutulmuş “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsinə aid edilir. Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququnun olub-olmamasının müəyyən edilməsi və bununla bağlı hüquqi qiymətin verilməsi NKI-nin səlahiyyətlərinə aid deyildir.

16. Məhkəmə kollegiyasının iclası zamanı cavabdeh orqanın nümayəndəsi tərəfindən kollegiyaya təqdim olunan Sığortaolunan İddiaçı hesabına dair cədvəldən görünür ki, Sığortaedən xxxx tərəfindən İddiaçı adına 2008-ci ilin yanvar-avqust, 2009cu ilin aprel-noyabr, 2010-cu ilin yanvar-noyabr, 2011-ci ilin yanvar-oktyabr, 2012-ci il yanvar-noyabr, 2013-cü ilin aprel-noyabr aylarında, sığortaedən İddiaçı tərəfindən isə 2014-cü ilin aprel-dekabr, 2015-ci il yanvar-iyun və oktyabr-dekabr, 2016-cı ilin yanvardekabr, 2017-ci ilin yanvar-dekabr, 2018-ci ilin yanvar-sentyabr, 2019-cu ilin yanvardekabr ayları üzrə sosial sığorta ödənişi edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

17. Iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, əmək şəraitinə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 25 il 10 ay 1 gün ağır olan peşədə elektro qaynaqçı işləmişdir. O, zərərli və ağır işdə çalışdığı üçün onun 60 yaşında pensiya almaq hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunda 12 il 6 ay zərərli sahədə işləmək yaş həddi 5 il azaldılmaqla pensiya hüququ yarandığı halda o, 25 il 10 ay 1 gün həmin zərərli peşədə işləmişdir. O, hətta Türkmənistan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə müraciət edib ##.##.1977-ci il tarixdən ##.##.1980-ci il tarixədək Peşə Məktəbində “elektrik qaz qaynaqçısı" ixtisası üzrə əyani təhsil aldığı barədə məktub amışdır. "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən Istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin Qərarında "elektro-qaynaqçı” peşəsi zərəli peşə hesab edilmişdir. O, əmək kibatçası, arxiv-arayışı, VÖEN, Vergilər idarəsindən məktub və.s sənədləri toplayıb Azərbaycan Respublikası Əmək və X9 Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim etmişdir. Həmin Fonddan ona ## ###### 2024cü il tarixli məktubu ilə imtina edilmişdir. Imtinanın əsası isə guya o, 12 il 6 aydan az yəni 4 il 4 ay zərərli peşə sahəsində işlədiyi öz əksini tapmışdır. O, həmin imtinanın səhv və haqsız əsaslanması barədə yenidən həmin Fonda məktub ünvanalamışdır. Həmin fonddan yenidən ona ##.##.2025-ci ildə əsaslı imtina verilməsini bildirmişlər. Hesab edir ki, onun Azərbaycan Respublikasının qanunları ilə qorunan hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, o, açıq aşkar 25 il 10 ay 1 gün zərərli sahədə işlədiyi halda ona 4 il 4 ay işlədiyi bildirilir. Ona görə də o, hazırki iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

19. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etirazın dəlilləri iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən verilən cavab məktubunda göstərilən arqumentlərlə eynilik təşkil etmiş və əlavə olaraq qeyd edilmişdir ki, Mərkəzi Filialın əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasını, Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərancamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X3 qərarlarını, X3 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. iddiaçı İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdəki məlumatlara əsasən, onun güzəştli iş stajı 4 il 4 ay 27 gün (##.##.2008- ##.##.2008-ci il, ##.##.2009-##.##.2009-cu il, ##.##.2010-##.##.2010-cu il, ##.##.2011- ##.##.2011-ci il, ##.##.2012-##.##.2012-ci il və ##.##.2013-##.##.2013-cü il tarixləri arasındakı dövrlər) təşkil etmişdir. Eyni zamanda, # ###### 2006-cı il tarixindən ödənilməli olan məcburi dövlət sosial sığorta haqları iddiaçının fərdi hesabının sığorta hissəsində 2007-ci il üzrə 12 ay, 2008-ci il üzrə 4 ay, 2009-cu il üzrə 4 ay, 2010-cu il üzrə 1 ay, 2011-ci il üzrə 2 ay, 2012-ci il üzrə 1 ay və 2013-cü il üzrə 3 ay sığorta ödənişləri öz əksini tapmamışdır. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər (Qanununun 21.2- ci maddəsində qeyd edilənlər istisna olmaqla) sığorta stajına daxil edilmədiyi üçün yuxarıda qeyd olunan müddətləri (ümumilikdə 2 il 3 ay) adıçəkilən şəxsin iş stajına daxil etmək mümkün olmamışdır.

20. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə hazırki cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir.

21. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “##.##.2022-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.

23. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddiaya etiraz edərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

24. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia tələbinin təmin edilməsi, iddiaçı İddiaçı ##.##.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.

25. Məhkəmə iddianı təmin edərkən öz mövqeyini onunla əsaslandırmışdır ki, PТ-İ ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı ##.##.1980-ci il tarixdən ##.##.1981-ci il tarixədək və ##.##.1983-cü il tarixdən ##.##.1986-cı il tarixədək Türkmənistan Respublikasında neft kəmərində elektrik qaynaqçısı, ##.##.1987-ci il tarixdən ##.##.1994-cü il tarixədək Şəmkir “Ağıryükkötürümlü” Yükdaşıma Avtonəqliyyat idarəsində V dərəcəli elektrik və qaz qaynaqçısı işləmişdir. Göründüyü kimi, iddiaçının bütün müəssisələrdə işlədiyi qaynaqçı peşəsi müvafiq olaraq Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın müvafiq bəndində (35-ci bənd) nəzərdə tutulmuşdur. Iddiaçının Türkmənistan Respublikasında neft kəmərində elektrik qaynaqçısı işlədiyi dövrlərə aid işəgötürənin arayışının əldə edilməsi faktiki olaraq (iddiaçının həmin arayışı əldə edə bilmək üçün Türkmənistan Respublikasına gedə bilməsi, işlədiyi vaxtdan uzun müddət keçməklə həmin idarənin hazırda fəaliyyətdə olub-olmaması və s. bu kimi hallar) mümkün olmaması və neft kəmərində qaynaq işlərinin aparılması işinin adi məntiqlə zərərli və ağır iş şəraitinə aid olması aşkar olan haldır. Iddiaçının həmin peşədə işlədiyi müddət tələb olunan 12 il 6 ay müddətdən çoxdur. Göründüyü kimi, iddiaçıya ##.##.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 12 il 6 ay xüsusi iş stajının mövcudluğu ilə bağlı tələb də ödənilir. Məhkəmə hesab etmişdir ki, iddiaçı ##.##.2022-ci il tarixdə ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tələbləri ödədiyindən inzibati orqanın bundan imtinası əsaslı olmamışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

26. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

27. Apellyasiya şikayətinin dəlilləri cavabdeh orqanın iddiaya qarşı yazılı etirazının dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq isə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli, 2-1(102)- ***/**** nömrəli qərarına əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçı güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Eyni ilə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi Siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Güzəştli iş stajına dair arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Bununla əlaqədar bildirilir ki, məhkəmə araşdırma zamanı Ali Məhkəmənin yuxarıda qərarda qeyd olunan mövqeyini nəzərə almamış, iddiaçının ##.##.1980-ci il tarixdən ##.##.1981-ci il tarixədək və ##.##.1983-cü il tarixdən ##.##.1986-cı il tarixədək Türkmənistan Respublikasında işlədiyi illərə dair oxşar müəssisəyə sorğu verməklə güzəştli arayışın əldə edilib-edilməməsi istiqamətində araşdırma aparmamış, həmin vəzifəni güzəştli arayış olmadan xüsusi staj kimi nəzərə almışdır. Eyni zamanda məhkəmə İddiaçı ##.##.1987-ci il tarixdən ##.##.1994-cü il tarixədək Şəmkir "Ağıryükkötürümlü" Yükdaşıma Avtonəqliyyat idarəsində işlədiyi illərdə əməkhaqqı almadığı dövrləri, onun səbəblərini araşdırmadan güzəştli is stajına daxil etmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçı İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Iddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

29. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.

30. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq normaları

31. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. III bənd. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

32. “Insan hüquqları haqqında” Ümumi Bəyannamə: Maddə 25. İ hissə: Hər bir insan özünün və ailəsinin sağlamlığı və rifahı üçün, qida, paltar, mənzil, tibbi və zəruri sosial xidmət daxil olmaqla, layiqli həyat səviyyəsinə nail olmaq hüququna, işsizlik, xəstəlik, əlillik, dulluq, qocalıq, yaxud yaşayış vasitələrindən özündən asılı olmayan digər səbəblərdən məhrum olduğu hallarda təminat hüququna malikdir.

33. “Iqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakt: Maddə 9. Hər bir insanın, ictimai sığorta da daxil olmaqla, sosial təminat hüququ təsbit olunmuşdur. Həmin sənədin 4-cü maddəsinə əsasən bu Paktda iştirak edən dövlətlər etiraf edirlər ki, həmin hüquqlardan istifadə olunmasını bu Pakta müvafiq olaraq təmin edən bu və ya digər dövlət həmin hüquqlara yalnız qanunla müəyyən edilən və bu hüquqların təbiətinə uyğun olduğu qədər, həm də demokratik cəmiyyətdəümumi rifaha yardım göstərmək məqsədilə məhdudiyyətlər qoya bilər.

34. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”

35. Ümumi peşələr əl ilə qaynaq aparan elektrik qaynaqçıları.

36. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 22.1. Inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. Inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz

37. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

Iddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

38. IPM-in 2.2.3. Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

39. IPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

40. IPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

41. IPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

42. IPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

43. IPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

44. IPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

45. IPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

46. IPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

47. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

48. Baxılan mübahisə Azərbaycan Respublikası IPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə IPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.

49. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

51. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsini xahiş etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı cavab məktubu ilə onun güzəştli iş stajının 12 il 6 aydan az (4 il 4 ay 27 gün) olması səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Odur ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

52. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun ##.##.2022-ci il tarixdən sonra qüvvədə olan redaksiyasına əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (9.1-ci maddə).

53. Qeyd edilən maddi hüquq normasının məzmunundan göründüyü kimi iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün aşağıdakı şərtlərin birgə mövcudluğu tələb olunur: 1) qanunla tələb edilən pensiya yaşına çatması; 2) 25 il ümumi iş stajının mövcud olması; 3) 12 il 6 ay güzəştli iş stajının mövcud olması;

54. Yaş tələbi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı ##.##.1962-ci il tarixdə doğulmuş, ##.##.2022-ci il tarixdə 60 yaşı olmuşdur. # #### 2021 – ## #### 2022 dövrü üzrə kişilər üçün pensiya yaşı 65 yaş olduğuna və “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası təyin edildiyinə görə iddiaçının pensiya almaq hüququ ##.##.2022-ci il tarixdə yaranmışdır. Iddiaçının 60 yaşı ##.##.2022-ci il tarixdə tamamlansa da, o, pensiya təyinatını ##.##.2022-ci il tarixdən tələb etdiyinə görə və həmin tarixdən pensiya qanunvericiliyinə edilmiş dəyişikliyə əsasən minimum pensiya kapitalı ilə bağlı tələb ləğv edildiyinə görə həmin məsələ araşdırma predmeti olmamışdır.

55. Tələb olunan 25 il ümumi iş stajı ilə bağlı qeyd edilməlidir ki, iddiaçının cavabdeh orqana güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün müraciət etdiyi tarixədək ümumi iş stajı üzrə tələb olunan şərt ödənilir. Belə ki, iddiaçının əmək kitabçası və iş stajı ilə bağlı verilmiş sənədlər də daxil olmaqla onun ümumi iş stajının 25 ildən çox olması müəyyən edilir. Apellyasiya şikayətinin dəlillərində iddiaçının ümumi stajı ilə bağlı hər hansı mübahisənin olması qeyd edilməmişdir.

56. Qeyd olunduğu kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün digər şərt 25 il ümumi iş stajının azı 12 il 6 ayının Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş müvafiq Siyahıda göstərilən işlərdə çalışmalı olmasıdır.

57. Cavabdehin mübahisələndirdiyi yeganə hal iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməli olması barədədir.

58. Ümumiyyətlə, iddiaçının zərərli işlərdə işlədiyini iddia etdiyi dövr və peşələr aşağıdakıları əhatə edir: - ##.##.1980-ci il tarixdən ##.##.1981-ci il tarixədək və ##.##.1983-cü il tarixdən ##.##.1986-cı il tarixədək Türkmənistan Respublikasında neft kəmərində elektrik qaynaqçısı; - ##.##.1987-ci il tarixdən ##.##.1994-cü il tarixədək Şəmkir “Ağıryükkötürümlü” Yükdaşıma Avtonəqliyyat idarəsində V dərəcəli elektrik və qaz qaynaqçısı.

59. Məhkəmə kollegiyası cavabdehin imtinasının dəlilinə, yəni müvafiq məlumatları özündə əks etdirən iş yerinin arayışının iddiaçı tərəfindən təqdim edilmədiyinə görə onun güzəştli iş stajının müəyyən edilməsinin mümkün olmamasına münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

60. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli, *** saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya * nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir.

61. Ali Məhkəmənin oxşar işlər üzrə artıq formalaşmış mövqeyinə görə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən, Siyahılarda nəzərdə tutulmuş peşə və istehsalatlara uyğunluğunu müəyyən etmək üçün, həmin peşənin siyahıya uyğun olmasını ətraflı araşdırmalı, onun işlədiyi istehsalatın və peşənin zərərli və ya ağır sahə sayılması üçün zəruri olan göstəricilərin olub-olmamasını müəyyən etmək üçün işlədiyi müəssisələrə sorğu verməklə işin xarakterinə dair əlavə məlumatlar almalı, həmin sübutlara qiymət verməklə yekun qərar çıxarılmalıdır. Məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.

62. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçının güzəştli şərtlərlə zərərli işlərdə işlədiyini iddia etdiyi dövrün müəyyən hissəsi (##.##.1980-ci il tarixdən ##.##.1981-ci il tarixədək və ##.##.1983-cü il tarixdən ##.##.1986-cı il tarixədək) Türkmənistan Respublikasında neft kəmərində elektrik qaynaqçısı işlədiyi dövrlərdir.

63. Göründüyü kimi, iddiaçının zərərli əmək şəraitində işlədiyini iddia etdiyi müəssisə xarici ölkə ərazisində yerləşmişdir və onun həmin arayışı əldə edə bilmək üçün əvvəla Türkmənistan Respublikasına getməsi tələb olunur, digər tərəfdən getsə belə işlədiyi vaxtdan uzun müddət keçməklə həmin idarənin hazırda fəaliyyətdə olub-olmaması bəlli deyil. Ona görə də qeyd olunan hallar səbəbindən tələb olunan güzətli arayışın iddiaçı tərəfindən cavabdeh orqana təqdim edilməsi mümkün olmamışdır. Lakin hazırki mərhələdə iddiaçının qeyd olunan arayışı təqdim edə bilməməsi onun konstitusion hüququ olan sosial təminat hüququnun məhdudlaşdırılmasına əsas verməməlidir.

64. Belə ki, Ali Məhkəmə tərəfindən formalaşdırılmış təcrübəyə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə, güzəştli işlə bağlı arayış varsa onun hüquqi varisindən əldə edilməlidir. Əgər hüquqi varis yoxdursa, onda sözügedən arayışı müəssisənin sənədlərinin saxlanıldığı qurum verməlidir. Hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin Siyahıdakı kodlarla uyğunlaşdırılmasına dair arayış verə bilər.

65. Yuxarı instansiya məhkəməsinin formalaşdırdığı qeyd olunan mövqeyə uyğun olaraq məhkəmə kollegiyası iddiaçının işləmiş olduğu sahəyə oxşar sahədə fəaliyyət göstərən müəssisəyə, yəni Azərbaycan Republikası Dövlət Neft Şirkətinə müvafiq sorğu göndərmişdir. Məhkəmə kollegiyasının sorğusuna SOCAR-ın “Neft Kəmərləri” Idarəsi tərəfindən verilmiş ## ### 2026-cı il tarixli, **-*-*/*-***/**** nömrəli cavab məktubu ilə bildirilmişdir ki, SOCAR-ın “Neft Kəmərləri” Idarəsində elektrik qaynaqçısı və elektrik qaz qaynaqçısı peşələrində çalışan şəxslərə, onların əmək fəaliyyətinin xarakterini və yerinə yetirdikləri işlərin xüsusiyyətlərini əks etdirən müvafiq arayışlar təqdim olunur. Göstərilən əmək funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının “35. Ümumi peşələr” bölməsində nəzərdə tutulmuş “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsinə aid edilir.

66. Cavabdeh tərəfindən gözətli iş stajı kimi nəzərə alınmayan iddiaçının ##.##.1987-ci il tarixdən ##.##.1994-cü il tarixədək Şəmkir “Ağıryükkötürümlü” Yükdaşıma Avtonəqliyyat idarəsində V dərəcəli elektrik və qaz qaynaqçısı işlədiyi dövrlə bağlı isə qeyd edilməlidir ki, Şəmkir “xxxx” ASC-nin ##.##.2025-ci il tarixli arayışında İddiaçı qeyd olunan dövrdə X14 Avtonəqliyyat Idarəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** saylı Qərarı ilə 35-ci bəndinə uyğun olaraq, 5-ci dərəcəli (əl ilə) elektrik qaynaqçısı vəzifəsində işlədiyi göstərilmişdir ki, həmin arayış da iddiaçının güzəştli iş stajını müəyyən etməyə imkan verir.

67. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçının işlədiyi elektrik və qaz qaynaqçısı peşələri müvafiq olaraq Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın yuxarıda istinad olunan müvafiq bəndlərində nəzərdə tutulmuşdur.

68. Eyni zamanda həmin peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il # #### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il # ###### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Işçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı”nda öz əksini tapmışdır.

69. Beləliklə, işin yuxarıda qeyd edilən hallarından müəyyən olunduğu kimi cavabdeh tərəfindən mübahisələndirilən dövrlərdə iddiaçının güzəştli pensiya hüququ verən iş stajına malik olması öz təsdiqini tapmışdır. Iddiaçının həmin peşələrdə işlədiyi müddət tələb olunan 12 il 6 ay müddətdən çoxdur.

70. Beləliklə, məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, iddiaçı tələb olunan yaş həddində olmaqla, eləcə də tələb olunan sosial sığorta stajına malikdir və qeyd olunan sosial sığorta stajının 12 il 6 aydan çox hissəsi iddiaçının güzəştli şərtlərlə peşələrdə olan iş stajına daxildir.

71. Bununla belə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

72. Belə ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin iddiaçıya pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi, əslində və ilk növbədə, şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Inzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu, inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

73. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

74. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilmişdir.

75. Odur ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.

76. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar