Məhkəmə qərarları › İş №2-1(3-7)-149/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-7)-149/2026

17.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-149/2026 17.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçı İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına etdiyi müraciətin müsbət həllindən ##.##.2024-cü il tarixli, *-**-*/*-M-******/** nömrəli məktubla imtina edilərək onunla əsaslandırılmışdır ki, təqdim edilən “xxxx” QSC-nin vətəndaş İddiaçı dair arayışlarında ##.##.1994-cü il tarixindən bugünədək həmin müəssisədə buldozerçi-maşinist və qazmaçı vəzifələrində işlədiyi qeyd olunub. Vətəndaş İddiaçı işlədiyi sahə sözügedən arayışlarda istinad olunan yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan açıq üsulla kömürün, filizin, şistin, ozokeritin, talkın, kaolininin, qrafitin, dolomitin, kvarsitin, əhəng daşının, mergelin, maqnezitin, çöl və plavik şpatının, gipsin, baratların, pyezokvarsın, əqiqin, boritlərin, fosforitin, apatitlərin, kükürdün, almazların, mərmərin, qranitin, andezitin, təbaşirin, qumlardan qiymətli və əlvan metalların, diabazanın, qranodioritin, bazaltın, qumdaşının, kəhrəbanın, slyudanın, azbestin, duz və tərkiblərində 1-2-ci sinif təhlükəli zəhərli maddələr, həmçinin 3-cü sinif təhlükəli zəhərli maddələr olan digər filiz olmayan qazıntıların hasilatı, şaxtaların, mədənlərin, kəsmələrin, karxanaların, draqların, metropolitenlərin, tunellərin, yeraltı arxların və digər yeraltı qurğuların tikintisi, torpaqların rekultivasiyası, texniki quyuların qazılması, yeraltı yanğınların, terrikon və süxur laylarında yanğınların profilaktikası və söndürülməsi üzrə dağ-mədən işləri sahələrinə uyğun deyil. Bu səbəbdən də vətəndaş İddiaçı güzəştli iş stajı yoxdur. Qeyd edilənlərə əsasən, vətəndaş İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

İşdə olan sənədlər:

2. ИТ-İ ******* nömrəli əmək kitabçasında aparılan qeydlərdən görünür ki, İddiaçı: - ##.##.1994-cü il tarixli, **/k nömrəli əmrə əsasən, “xxxx” Qapalı Səhmdar Şirkətini ay müddətinə, xxxx sahəsinə buldozerə 5-ci dərəcəli maşinisti vəzifəsinə işə qəbul edilmişdir. - ##.##.2001-ci il tarixli, **/k nömrəli əmrə əsasən, Səfərəliyev sahəsinə yeraltı işlərə 5-ci dərəcəli buldozer maşinisti peşəsinə keçirilmişdir. - ##.##.2004-cü il tarixli, ** nömrəli əmrə əsasən, xxxx sahəsinə 5-ci dərəcəli qazmaçı peşəsinə keçirilmişdir. - ##.##.2017-ci il tarixli, **/i nömrəli əmrə əsasən, “xxxx” QSŞ “xxxx” QSC-yə çevrilmişdir. - ##.##.2022-ci il tarixli, **/k nömrəli əmrə əsasən, xxxx sahəsində buldozerçi 5-ci dərəcəli vəzifəsinə keçirilmişdir. - ##.##.2023-cü il tarixli, **/k nömrəli əmrə əsasən, xxxx sahəsinə 5-ci dərəcəli qazmaçı vəzifəsinə keçirilmişdir.

3. “xxxx” QSC-nin: - ##.##.2024-cü il tarixli,**-*/G nömrəli şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışına əsasən, İddiaçı Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq “xxxx” QSC-nin xxxx sahəsində güzəştli şərtlə yaşa görə pensiya hüququ verən buldozerçi-maşinist vəzifəsində ##.##.1994-cü il tarixdən 21/k, ##.##.1994-cüil tarixli əmrlə ##.##.2001-ci ilə kimi işləyib. İşlədiyi vəzifə üzrə iş stajı 07 il 07 ay təşkil edir. İşlədiyi vəzifənin güzəşli pensiya hüququna əsas olan xüsusiyyətləri qazma-partlayış işlərindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 1-ci bəndinin A yarımbəndinin və 2010100a-13583 vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. - ##.##.2024-cü il tarixli,**-*/G nömrəli şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışına əsasən, İddiaçı Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq “xxxx” QSC-nin xxxx sahəsində güzəştli şərtlə yaşa görə pensiya hüququ verən buldozerçi-maşinist vəzifəsində ##.##.2001-ci il tarixdən 20/k ##.##.2001-ci il tarixli əmrlə ##.##.2004-cü ilə kimi işləyib. İşlədiyi vəzifə üzrə iş stajı 02 il 02 ay təşkil edir. İşlədiyi vəzifənin güzəşli pensiya hüququna əsas olan xüsusiyyətləri qazma-partlayış işlərindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 1-ci bəndinin A yarımbəndinin və 1010300a-13583 vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. - ##.##.2024-cü il tarixli,**-*/G nömrəli şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışına əsasən, İddiaçı Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq “xxxx” QSC-nin xxxx sahəsində güzəştli şərtlə yaşa görə pensiya hüququ verən qazmaçı vəzifəsində ##.##.2004-cü il tarixdən 03/k ##.##.2004-cü il tarixli əmrlə ##.##.2022-ci ilə kimi işləyib. İşlədiyi vəzifə üzrə iş stajı 19 il 04 ay 17 gün təşkil edir. İşlədiyi vəzifənin güzəşli pensiya hüququna əsas olan xüsusiyyətləri qazma-partlayış işlərindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 1ci bəndinin A yarımbəndinin və 1.2.1 vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. - ##.##.2024-cü il tarixli,**-*/G nömrəli şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışına əsasən, İddiaçı Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq “xxxx” QSC-nin xxxx sahəsində güzəştli şərtlə yaşa görə pensiya hüququ verən buldozerçi-maşinist vəzifəsində ##.##.2022-ci il tarixdən 20/k ##.##.2022-ci il tarixli əmrlə ##.##.2023-cü ilə kimi işləyib. İşlədiyi vəzifə üzrə iş stajı 01 il 02 ay təşkil edir. İşlədiyi vəzifənin güzəşli pensiya hüququna əsas olan xüsusiyyətləri qazma-partlayış işlərindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 1-ci bəndinin A yarımbəndinin 1.2.1 vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. - ##.##.2024-cü il tarixli,**-*/G nömrəli şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışına əsasən, İddiaçı Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq “xxxx” QSC-nin xxxx sahəsində güzəştli şərtlə yaşa görə pensiya hüququ verən buldozerçi-maşinist vəzifəsində ##.##.2023-cü il tarixdən 32/k ##.##.2023-cü il tarixli əmrlə bu günə kimi işləyir. İşlədiyi vəzifə üzrə iş stajı 01 il 03 ay 10 gün təşkil edir. İşlədiyi vəzifənin güzəşli pensiya hüququna əsas olan xüsusiyyətləri qazma-partlayış işlərindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 1ci bəndinin A yarımbəndinin 1.2.1 vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. - ##.##.2024-cü il tarixli, 99-2/G arayışa əlavəsinə əsasən, İddiaçı verilən **-** saylı, ##.##.2024-cü il tarixli güzəştli şərtlə pensiya hüququ verən arayışlara əsasən bildirilmişdir ki, “xxxx” QSC 1972-ci il tarixdən bu günə kimi respublika ərazisində tunel, açıq dağ-mədən işləri, qazma-partlayış işləri, texniki quyuların qazılması və digər ixtisaslaşmış tikinti quraşdırma işlərini yerinə yetirir. “xxxx” QSC-nin xxxx sahəsi ##.##.1994-cü il tarixdən bu günə kimi dağ-mədən işləri, faydalı qazıntı (mərmərləşmiş əhəngdaşı, plagioporfir, gips) yataqlarında və avtomobil yollarının tikintisində qazmapartlayış işləri ilə məşğul olur. Qeyd: “xxxx” QSC Arpaçay İxtisaslaşmış İdarəsinin, Azərbaycan İxtisaslaşmış İdarəsinin və “xxxx” QSC-nin hüquqi varisidir.

4. Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin ##.##.2025-ci il tarixli, 3-21-2-2- */*-*****/**** nömrəli məktubuna əlavə edilmiş “xxxx” QSC-nin Nizamnaməsinə əsasən, Cəmiyyətin fəaliyyəti Azərbaycann Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər.

5. “xxxx” QSC-nin ##.##.2025-ci il tarixli, **-G/* nömrəli “şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair” güzəştli arayışına əsasən, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** saylı qərarı ilə təsdiq olunmuş 1 və * saylı siyahıda nəzərdə tutulmuş müəssisədə (sexdə istehsalatda) “xxxx” QSŞ-də ##.##.1994-cü il tarixdə müxtəlif peşələrdə işləyib. O cümlədən: a) ##.##.1994-cü il tarixdən ##.##.2001-ci ilə kimi buldozerçi-maşinist peşəsində (əmr- 21/k, ##.##.1994-cü il. Kod 1-ci bəndin A-yarımbəndi 2010100a-13583). b) ##.##.2001-ci ildən ##.##.2004-cü ilə kimi yeraltı işlərdə buldozerçi-maşinist peşəsində (əmr 20/k, ##.##.2001-ci il. kod 1010300-13583). c) ##.##.2004-cu il tarixdən ##.##.2022-ci ilə kimi 5-ci dərəcəli qazmaçı (əmr-03/k, ##.##.2004-cü il. kod 1.2.1). ç) ##.##.2022-cı il tarixdən ##.##.2023-cü ilə kimi 5-ci dərəcəli buldozerçi-maşinist peşəsində (əmr 20/k, ##.##.2022- ci il. kod-1.2.1). d) ##.##.2023-cü ildən bu günə kimi 5-ci dərəcəli qazmaçıpeşəsində (əmr 32/k. ##.##.2023-cü il. kod 1.2.1.) Arayış işlədiyi dövrün forma T-2 və cəmiyyət üzrə əmrlər kitabı əsasında verilib. - “xxxx” QSC 1972-ci il tarixdən bu günə kimi dağ-mədən işləri, faydalı qazıntı (mərmərləşmiş əhəngdaşı, plagioporfir, gips) yataqlarında və avtomobil yollarının tikintisində qazma-partlayış işləri ilə, texniki quyuların qazılması və tunel işləri ilə məşğuldur. - Qeyd: “xxxx” Qapalı Səhmdar Cəmiyyəti “xxxx” QSŞ-nin hüquqi varisidir.

6. “xxxx” QSC-nin ##.##.2025-ci il tarixli, **-G/* nömrəli arayışa əlavəsinə əsasən, İddiaçı verilən ** saylı ##.##.2025-ci il tarixli güzəştli şərtlə pensiya hüququ verən arayışa əsasən bildirilmişdir ki, “xxxx” QSC 1972-ci il tarixdən bu günə kimi respublika ərazisində tunel, açıq dağ-mədən işləri, qazmapartlayış işləri, texniki quyuların qazılması və digər ixtisaslaşmış tikinti quraşdırma işlərini yerinə yetirir. “xxxx” QSC-nin xxxx sahəsi ##.##.1994-cü il tarixdən bu günə kimi dağ-mədən işləri, faydalı qazıntı (mərmərləşmiş əhəngdaşı, plagioporfir, gips) yataqlarında və avtomobil yollarının tikintisində qazmapartlayış işləri ilə məşğul olur. Qeyd: “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Arpaçay İxtisaslaşmış İdarəsinin, Azərbaycan İxtisaslaşmış idarəsinin və “xxxx” QSŞ-nin hüquqi varisidir.

7. “xxxx” QSŞ-nin: - ##.##.1994-cü il tarixli, **/k nömrəli əmrinə əsasən, İddiaçı ##.##.1994-cü ildən iki ay müddətinə işəmuzd ödəmə üsulu şərti ilə qabaqcadan 2 gün TT oxumaqla əmək haqqısının 50% ödəmə şərti ilə xxxx sahəsinə buldozerə 5-ci dərəcəli maşinisti vəzifəsinə işə qəbul edilmişdir. - ##.##.2001-ci il tarixli, **/k nömrəli əmrinə əsasən, İddiaçı xxxx sahəsinin 5-ci dərəcəli maşinisti # ###### 2001-ci ildən eyni dərəcə və peşə ilə işəmuzd əmək haqqı ödəmək şərti ilə 50% əmək haqqı ödəməklə 2 gün TB oxumaqla Səfərəliyev sahəsinə yeraltı işlərə keçirilmişdir. - ##.##.2004-cü il tarixli, **/k nömrəli əmrinə əsasən, İddiaçı xxxx sahəsinin 5-ci dərəcəli qazmaçısı ##.##.2004-cü il tarixdən Səfərəliyev sahəsinə keçirilmişdir. - ##.##.2022-ci il tarixli, **/k nömrəli əmrinə əsasən, İddiaçı Cəmiyyətin xxxx sahəsinin qazmaçısı aylıq vəzifə maaşı işəmuzd üsulu ilə ödənməklə ##.##.2022-c il tarixdən buldozerçi peşəsinə keçirilmişdir. - ##.##.2023-cü il tarixli, **/k nömrəli əmrinə əsasən, İddiaçı Cəmiyyətin xxxx sahəsinin buldozer-maşinisti İddiaçı aylıq vəzifə maaşı işəmuzd üsulu ilə ödənməklə ##.##.2023-cü il tarixdən həmin sahəyə 5-ci dərəcəli qazmaçı vəzifəsinə keçirilmişdir.

8. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli, 3-17-1/2- ******/**** nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ##.##.1992-##.##.1993-cü il tarixləri arasındakı dövr ərzində “xxxx” kiçik müəssisəsində işlədiyi qeyd olunub. İddiaçı adıçəkilən müəssisədə işlədiyi dövrə dair məlumatların dəqiqləşdirilməsi məqsədilə “xxxx” proqram təminatında araşdırma aparılaraq həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Buna görə də, yuxarıda qeyd edilən dövr ərzində adıçəkilən şəxsin işləməsinə və həmin müəssisənin fəaliyyət göstərməsinə əsaslı şübhələr yaranıb. Göstərilən səbəbdən də ##.##.1992-##.##.1993-cü il tarixləri arasındakı dövrün İddiaçı iş stajına daxil edilməsi mümkün deyil. Göstərilən səbəbdən də, İddiaçı ümumi iş stajı 37 il 3 ay 24 gün (##.##.2006- cı il tarixinədək 19 il 11 ay 24 gün (##.##.1984- ##.##.1986-cı il, ##.##.1986-##.##.1986-cı il, ##.##.1986-##.##.1990-cı il, ##.##.1990- ##.##.1993-cü il, ##.##.1993-##.##.1993-cü il, ##.##.1994-##.##.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 17 il 4 ay) təşkil edir. Məktuba qoşma şəklində əlavə edilmiş sənədlərə əsasən: - ##.##.2025-ci il tarixli, *-**-*/*-*-*****/**** nömrəli “əmək pensiyalarının dayandırılması haqqında” qərara əsasən, X2 ##.##.2021-ci ildə XŞTMF tərəfindən təyin edilmiş pensiya xidməti araşdırma səbəbi ilə dayandırılmışdır; - ##.##.2025-ci il tarixli, *-**-*/*-*-*****/**** nömrəli “Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyası təyin edən komissiyasının X2 əmək pensiyası təyin edilməsi haqqında Qərarının ləğv olunması haqqında” qərara əsasən, vətəndaş X5 əmək pensiyası təyin edilməsi haqqında qərar “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci, 67.1-ci və 67.8ci maddələrinin tələblərinə uyğun qaydada ləğv edilmiş, adıçəkilən şəxsə əmək pensiyasının ödənişi dayandırılmışdır.

9. Dövlət Vergi Xidməti Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinin ##.##.2025-ci il tarixli, 3-21-2-4/2- ******/**** nömrəli məktubunda qeyd edilmişdir ki, vergi ödəyicilərinin vahid dövlət reyestr məlumatlarına əsasən “xxxx” QSC-nin (VÖEN: **********) ünvan 1 ünvanında yerləşən 1300236891-13001 kodlu təsərrüfat subyektinin (obyektinin) qeydiyyata olması barədə məlumat müəyyən edilmişdir. 4399007 Sair ixtisaslaşdırılmış tikinti işləri 4311201 Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması 5210101 Malların saxlanılması və anbarlara yığılması üzrə fəaliyyəti 4120002 Qeyri-yaşayış binalarının, o cümlədən: zavod, sex, xəstəxana, məktəb, ofislər, restoran, mağaza, kommersiya mərkəzləri, idman zalları, dayanacaqlar, anbarlar və sairin tikintisi

10. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2021-ci il tarixli, *********** nömrəli “Əmək pensiyasının təyin edilməsi haqqında” qərarına əsasən, ##.##.2021-ci il tarixdən yaşa görə X2 pensiya təyin edilmişdir.

11. “xxxx” QSC-nin ##.##.2026-cı il tarixli, **-**/G nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı həqiqətən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007ci il tarixli ** saylı qərarı ilə təsdiq olunmuş 1 və * saylı siyahıda nəzərdə tutulmuş müəssisədə (sexdə istehsalatda) “xxxx” QSŞ-də ##.##.1994-cü il tarixdən bu günə kimi müxtəlif peşələrdə işləyir. Şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair tətbiq olunan güzəştlərlə əlaqədar olaraq bildirilir ki, İddiaçı əmək məzuniyyətindən hissə-hissə istifadə etmişdir. İşçi müvafiq qaydalara uyğun olaraq müalicə-profilaftik qidalarla təmin edilmişdir. “xxxx”QSC 1972-ci il tarixdən bu günə kimi dağ-mədən işləri, faydalı qazıntı (mərmərləşmiş əhəngdaşı, plagioporfir, gips) yataqlarında və avtomobil yollarının tikintisində qazma-partlayış işləri ilə, texniki quyuların qazılması və tunel işləri ilə məşğuldur.

Birinci instansiya məhkəməsində icraat:

12. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, hüququnun yarandığı ##.##.2023-cü il tarixdən ona yaşa görə güzəştli şərtlərlə pensiya təyinatı öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.1994-cü ildən hal-hazıra kimi “xxxx” QSC-nin xxxx sahəsində bulduzerçi, bulduzerçimaşinist və qazmaçı vəzifələrində işləmişdir. Həmin idarədə işlədiyi vəzifələr iş şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifələrdir. “Əmək pensiyaları haqqında” Qanuna görə 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərdə işləmiş şəxslər 5 il güzəşt edilməklə 60 yaşı tamam olduqda yaşa görə pensiyaya çıxmaq hüququna malikdir. O, ##.##.1963-cü il tarixdə anadan olmuş və onun 60 yaşı ##.##.2023-cü il tarixdə tamam olmuşdu. Həmin qanuna əsasən, ##.##.2023-cü il tarixdə onun yaşa görə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ yaranmışdır. O, hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə pensiyaya çıxması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh ##.##.2024-cü il tarixli, *-**-*/*-**-******/** saylı məktub göndərərək güzəştli şərtlərlə pensiya təminatından imtina etmişdir. Onun işlədiyi “xxxx” QSC-nin verdiyi arayışlardan da göründüyü kimi onun 30 ildən artıq iş stajı vardır. Verilən arayışlardan da göründüyü kimi, müxtəlif vaxtlarda işlədiyi vəzifələrin hamısı yaşa görə güzəştli şərtlərlə pensiya təminatı verən vəzifələr olmuşdur. Arayışdan göründüyü kimi, “xxxx” QSC ##.##.1994-cü ildən bu günə kimi dağ-mədən işləri, faydalı qazıntı (mərmərləşmiş əhəng daşı, plagioporfir, gips) yataqlarında və avtomobil yollarının tikintisində qazma-partlayış işləri görmüşdür. Onun işlədiyi sahələr və vəzifələr güzəştli pensiya hüququna əsas olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş siyahının 1-ci bəndinin A yarımbəndinin 1.2.1 vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifələrin xüsusiyyətləri ilə eynidir.

14. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.

15. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə qarşı təqdim edilmiş ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli etirazın məzmunu ##.##.2024-cü il tarixli, *-**-*/*-M-******/** nömrəli imtina məktubunun məzmunu ilə eynilik təşkil edir.

16. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim N.Hüseynov) iddia təmin edilmişdir.

17. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçının “xxxx” müəssisəində ##.##.1994-cü ildən ##.##.2001-ci ilə qədər 5-ci dərəcəli buldozerə maşinisti, ##.##.2001-ci ildən ##.##.2004-cü ilə qədər buldozer maşinisti, ##.##.2004-cü ildən ##.##.2007-ci ilə qədər 5-ci dərəcəli qazmaçı işdəyi vəzifə Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”nda bulduzer maşinsti vəzifəsi üzrə 1-ci bəndinin “A” yarımbəndinin 2010100a-13583 vəzifə kodunda qeyd edilən buldozer maşinistləri vəzifəsinə uyğun gəlir. İddiaçının ##.##.2007-ci il tarixdən ##.##.2022-ci ilə qədər 5-ci dərəcəli qazmaçı, ##.##.2022-ci ildən ##.##.2023-cü ilə qədər 5-ci dərəcəli buldozerçi və ##.##.2023-cü ildən 5-ci dərəcəli qazmaçı vəzifələri peşəsi peşəsi müvafiq olaraq Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın müvafiq bəndində (1.2.1 bəndinin A yarımbəndinin qazmaçılar və buldozer maşinistləri, o cümlədən yanan terrikonların və şaxtaların süxur laylarında kəsmələrdə, zənginləşdirmə və briket fabriklərində sökmə və söndürmə işləri ilə məşğul olanlar) nəzərdə tutulmuşdur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a)apellyasiya şikayətinin dəlilləri

18. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

19. Apellyasiya şikayətinin dəlilləri imtina və iddia tələbinə qarşı təqdim edilmiş etirazın dəlilləri ilə eynilik təşkil edir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

20. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.

c)apellyasiya icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin rədd olunmasını, iddiaçı isə apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdil.

Tətbiq edilən hüquq:

22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 7.1. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”: 1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir. 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi ##.##.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il ######ın #-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən. 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya * nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı:

1. Dağ-mədən işləri 1.2. Açıq üsulla kömürün, filizin, şistin, ozokeritin, talkın, kaolininin, qrafitin, dolomitin, kvarsitin, əhəng daşının, mergelin, maqnezitin, çöl və plavik şpatının, gipsin, baratların, pyezokvarsın, əqiqin, boritlərin, fosforitin, apatitlərin, kükürdün, almazların, mərmərin, qranitin, andezitin, təbaşirin, qumlardan qiymətli və əlvan metalların, diabazanın, qranodioritin, bazaltın, qumdaşının, kəhrəbanın, slyudanın, azbestin, duz və tərkiblərində 1-2-ci sinif təhlükəli zəhərli maddələr, həmçinin 3-cü sinif təhlükəli zəhərli maddələr olan digər filiz olmayan qazıntıların hasilatı. Şaxtaların, mədənlərin, kəsmələrin, karxanaların, draqların, metropolitenlərin, tunellərin, yeraltı arxların və digər yeraltı qurğuların tikintisi. Torpaqların rekultivasiyası, texniki quyuların qazılması, yeraltı yanğınların, terrikon və süxur laylarında yanğınların profilaktikası və söndürülməsi üzrə dağ-mədən işləri 1.2.1. Açıqda dağ-mədən işləri və yer səthində işlər a) fəhlələr: - qazmaçılar - buldozer maşinistləri, o cümlədən yanan terrikonların və şaxtaların süxur laylarında kəsmələrdə, zənginləşdirmə və briket fabriklərində sökmə və söndürmə işləri ilə məşğul olanlar

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il ## #### tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * №-li Siyahısı (Qərara * №-li əlavə): 10100000 – İ. Dağ-mədən işləri 10103000 – 2. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər 1010300a a) fəhlələr 2010100a-11964 qazmaçılar 1010300a-13583 buldozer maşinistləri

26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

27. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

28. Məhkəmə kollegiyası işin hallarına dair tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

29. İş materialları ilə müəyyən olunur ki, iddiaçı hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar cavabdeh orqana müraciət etmiş, sonuncu müraciətin müsbət həllindən imtina edərək onun işlədiyi buldozerçi-maşinist və qazmaçı vəzifələrinin hazırki qərarın 24-cü bəndində qeyd olunan Siyahının 1.2-ci bəndində nəzərdə tutulan vəzifələrə uyğun gəlməməsi, bu səbəbdən də güzəştli iş stajının olmaması ilə əsaslandırmış, birinci instansiya məhkəməsi tərəfindən tələb təmin edilmişdir.

30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

31. Göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 60 yaşın tamam olması, azı 25 il ümumi və azı 12 il 6 ay xüsusi iş stajının mövcud olması şərtləri ödənilməlidir.

32. İş materialları ilə müəyyən olunur ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün yaş və ümumi iş stajı ilə bağlı şərtlərin ödənilməsi cavabdeh tərəfindən mübahisələndirilmir. Belə ki, iddiaçı ##.##.1963-cü il tarixdə doğulmuş və ##.##.2023-cü il tarixdə 60 yaşı tamam olmuşdur. Həmçinin, iddiaçının əmək kitabçası və hərbi bileti ilə hərbi xidmət dövrü də daxil olmaqla onun cavabdeh orqana güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün müraciət etdiyi tarixədək ümumi iş stajı 25 ildən çoxdur.

33. Cavabdeh tərəfindən yalnız xüsusi iş stajı ilə bağlı tələb mübahisələndirməklə iddiaçının “xxxx” QSC-də 05.1994-cü ildən ##.##.2001-ci ilə kimi buldozerçi-maşinisti, ##.##.2001-ci ildən ##.##.2004-cü ilə kimi buldozerçimaşinisti, ##.##.2004-cü ildən ##.##.2022-ci ilə kimi 5-ci dərəcəli qazmaçı, ##.##.2022-ci ildən ##.##.2023-cü ilə kimi 5ci dərəcəli buldozerçi-maşinisti və ##.##.2023-cü ildən hazırki tarixədək 5-ci dərəcəli qazmaçı işlədiyi dövr xüsusi iş stajı kimi qəbul edilmir.

34. Belə olan halda iddiaçının “xxxx” QSC-də buldozerçi-maşinist və qazmaçı işlədiyi dövrlərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən və Siyahılarda nəzərdə tutulmuş peşə və istehsalatlara uyğunluğu müəyyən edilməlidir.

35. Məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.

36. İddiaçıya məxsus ##.##.1984-cü il tarixli, ИТ-İ № ******* nömrəli əmək kitabçası ilə müəyyən edilir ki, İddiaçı ##.##.1994-cü ildən ##.##.2001-ci ilə qədər 5-ci dərəcəli buldozerə maşinisti, ##.##.2001-ci ildən ##.##.2004- cü ilə qədər buldozer maşinisti, ##.##.2004-cü ildən ##.##.2022-ci ilə qədər 5-ci dərəcəli qazmaçı, ##.##.2022-ci ildən ##.##.2023-cü ilə qədər 5-ci dərəcəli buldozerçi və ##.##.2023-cü ildən 5-ci dərəcəli qazmaçı işləmişdir.

37. “xxxx” QSC tərəfindən təqdim edilmiş şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışlardan müəyyən olunur ki, iddiaçının “xxxx” müəssisəində ##.##.1994-cü ildən ##.##.2001-ci ilə qədər 5-ci dərəcəli buldozerə maşinisti, ##.##.2001-ci ildən ##.##.2004- cü ilə qədər buldozer maşinisti, ##.##.2004-cü ildən ##.##.2007-ci ilə qədər 5-ci dərəcəli qazmaçı işdəyi vəzifə Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”nda bulduzer maşinsti vəzifəsi üzrə 1-ci bəndinin “A” yarımbəndinin 2010100a-13583 vəzifə kodunda qeyd edilən buldozer maşinistləri vəzifəsinə, ##.##.2007-ci il tarixdən ##.##.2022-ci ilə qədər 5-ci dərəcəli qazmaçı, ##.##.2022-ci ildən ##.##.2023-cü ilə qədər 5-ci dərəcəli buldozerçi və ##.##.2023-cü ildən 5-ci dərəcəli qazmaçı vəzifələri müvafiq olaraq Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın müvafiq bəndində nəzərdə tutulan vəzifələrə (1.2.1 bəndinin A yarımbəndinin qazmaçılar və buldozer maşinistləri, o cümlədən yanan terrikonların və şaxtaların süxur laylarında kəsmələrdə, zənginləşdirmə və briket fabriklərində sökmə və söndürmə işləri ilə məşğul olanlar) uyğundur (Bax: hazırki qərarın 3-cü bəndi).

38. Göründüyü kimi sözügedən arayışlarda iddiaçının işlədiyi müəssisənin konkret fəaliyyət istiqaməti, eləcə də iddiaçının buldozerçi-maşinist və qazmaçı işlədiyi dövrdə Siyahıda göstərilən sahələrdəki işlərlə faktiki məşğul olması barədə məlumatlar öz əksini tapmışdır.

39. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi peşələr eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il # #### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nda (müvafiq olaraq 369.Qazmaçı (dağ-mədən) və 374.Buldozerin maşinisti) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il # ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı”nda öz əksini tapmışdır. Əldə edilmiş “Vəzifə Təlimat”larına əsasən müəyyən dövrlərdə tibbi müayinələrdən keçəsi müəyyən edilmişdir.

40. Bundan başqa “xxxx” QSC-nin ##.##.2026-cı il tarixli, **-**/G nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı həqiqətən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** saylı qərarı ilə təsdiq olunmuş 1 və * saylı siyahıda nəzərdə tutulmuş müəssisədə (sexdə istehsalatda) “xxxx”QSŞ-də ##.##.1994-cü il tarixdən bu günə kimi müxtəlif peşələrdə işləyir. Şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair tətbiq olunan güzəştlərlə əlaqədar olaraq bildirilir ki, İddiaçı əmək məzuniyyətindən hissə-hissə istifadə etmişdir. İşçi müvafiq qaydalara uyğun olaraq müalicə-profilaftik qidalarla təmin edilmişdir. “xxxx”QSC 1972-ci il tarixdən bu günə kimi dağ-mədən işləri, faydalı qazıntı (mərmərləşmiş əhəngdaşı, plagioporfir, gips) yataqlarında və avtomobil yollarının tikintisində qazma-partlayış işləri ilə, texniki quyuların qazılması və tunel işləri ilə məşğuldur.

41. Mötəbərlik prezumpsiyasının tələblərinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1 və 19.2-ci maddələri).

42. Odur ki, iddianın təmin olunması ilə bağlı məhkəmənin gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar