Məhkəmə qərarları › İş №2-1(3-7)-15/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-7)-15/2026

02.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-15/2026 02.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Isgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə Quluzadə Kənan Asiman oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarından iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin ##.##.2015-ci il tarixli arayışından görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsində, 1973-cü il təvəllüdlü İddiaçı aid hərbi uçot sənədlərinə əsasən o, həqiqətən ## ### 1991-ci il tarixdə Xanlar rayon hərbi komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır (Əlifba qeydiyyat kitabında atasının adı Qara kimi yazılmışdır). Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin arayışına əsasən ##.##.1992-ci il tarixədək N saylı hərbi hissədə son hərbi xidmət müddəti göstərilmişdir. Gəncə Hərbi Prokurorluğunun HP**/**** nömrəli, ##.##.2013-cü il tarixli məktubuna əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsində ##.##.2015-ci il tarixdən hərbi qeydiyyata götürülmüşdür. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2015-ci il tarixli, *** nömrəli qərarına əsasən, Xanlar RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, Gəncə Hərbi Prokurorluğunun ##.##.2013-cü il tarixli məktubuna əsasən qeydiyyata götürülmüş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1992-ci ildə kəskinləşmiş və ##.##.1992-ci ildən ##.##.1992-ci ilə kimi Xanlar rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz: “Xroniki qastritin kəskinləşməsi” (Azərbaycan Respublikası SHXÇDX-nin Göygöl rayon şöbəsinin ##.##.2015-ci il tarixli ** saylı göndərişi, ##.##.2015-ci il tarixli ** saylı arayışı, Xanlar rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş ##.##.1992-ci il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, MN MHHK-nın həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” ##.##.2016-cı il tarixli SX ******* nömrəli İddiaçı məxsus olan hərbi biletdə, onun N saylı hərbi hissənin şəxsi heyətin siyahısına daxil olması tarixi ##.##.1992-ci il tarix qeyd edilmişdir. İddiaçı qeydiyyat kartasından görünür ki, o, N saylı hərbi hissənin ##.##.1992-ci il tarixli əmri ilə şəxsi heyətin siyahısına salınmışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ##.##.2021-ci il tarixli “vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair” elektron arayışından görünür ki, İddiaçı həqiqətən ##.##.1992-##.##.1996-cı il tarixlərdə həqiqi hərbi xidmət keçmiş, xidmət müddəti başa çatdığına görə (kadr zabitlərindən başqa) ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin ##.##.2024-cü il tarixli arxiv arayışından görünür ki, N №-li hərbi hissə komandirinin ## ###### 1992-ci il tarixli ** №li əmrində atıcı İddiaçı oğlunun (əsas: səh 5, əmrdə atasının adı tam yazılmamışdır, hərbi rütbəsi göstərilməyib) şəxsi heyətinin siyahısında adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan ##.##.1992-##.##.1992-ci il tarixli nizami hissə üzrə əmrlərində və N №-li hərbi hissə komandirinin sentyabr-dekabr 1992-ci il, yanvar-dekabr 1993-cü il, yanvar-dekabr 1994-cü tarixli nizami hissə üzrə əmrlərində, şəxsi heyətin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə əlavə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin ##.##.1992-1996-cı il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. N №-li hərbi hissədə 1996-cı il tarixdə xidmət dövrü (ay) dəqiq göstərilmədiyi üçün İddiaçı xidməti barədə araşdırma aparmaq mümkün olmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin katibliyi tərəfindən İddiaçı ünvanlanmış ##.##.2024-cü il tarixli məktubdan görünür ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın ##.##.2023-cü il və təkrar ##.##.2024-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin ##.##.2024-cü il tarixli **** nömrəli arayışına əsasən, ##.##.1992-ci il tarixdən sonrakı hərbi xidməti tam təsdiqlənmədiyinə görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2024-cü il tarixli məktubdan görünür ki, 815 (N) №-li hərbi hissə komandirinin ##.##.1992-ci il tarixli ** №-li əmrində (əsas: §-1, səh-5, əmrdə atasının adı tam yazılmamışdır, hərbi rütbəsi göstərilməmişdir) atıcı İddiaçı Q. oğlunun avqust ayı üçün tutduğu vəzifədə etibarlı sayılması barədə məlumat qeyd olunmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan 815 (N) №-li hərbi hissə komandirinin ##.##.1991- ##.##.1992-ci il, ##.##.1992- ##.##.1992-ci il, N №-li hərbi hissə komandirinin aprel-dekabr 1992-ci il, yanvar-dekabr 1993cü il, yanvar-dekabr 1994-cü il, noyabr-dekabr 1996-cı il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı barəsində məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2024-cü il tarixli məktubdan görünür ki, 1973-cü il təvəllüdlü İddiaçı barəsində Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin ##.##.2012-ci il tarixli, **/*-**** nömrəli arxiv arayışında ##.##.1992-ci ildə N saylı hərbi hissənin ** nömrəli əmri ilə şəxsi heyətin siyahısına salınması barədə qeyd edilmiş, tərxis olunması və sonrakı xidməti barədə heç bir məlumatın olmadığı qeyd edilmişdir. Gəncə Hərbi Prokurorluğunun ##.##.2013-cü il tarixli *P**/**** nömrəli məktubuna əsasən, hərbi vəzifəlilərin qeydiyyatına alınmışdır. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində vətəndaş İddiaçı ümumi əsaslarla əlilliyə görə əmək pensiyası təyin edilməsi barədə məlumat aşkar edilməmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat Iddiaçı İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.1973-cü ildə Ermənistanın Vardenis rayonu, Yenikənd kəndində doğulmuşdur. ##.##.1992-##.##.1996-cı illərdə N nömrəli hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. Iddiaçı İddiaçı 1992-ci ildə Kəlbəcər rayonunda, Çildıranda, Daşaltıda, Şaumyanda, Buzluq, Mənəş, Qaraçinar və Ağdərə döyüş bölgələrində gedən hərbi əməliyyatlarda iştirak etmiş, Ağdərədə gedən döyüşlərdə əllərindən yaralanmış və travma almışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “İddiaçı Xanlar RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağrılmış, Gəncə hərbi prokurorluğunun ##.##.2013-cü il tarixli məktubuna əsasən, qeydiyyata götürülmüş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1992-ci ildə ağrıları kəskinləşmiş və ##.##.1992-ci ildən ##.##.1992-ci ilə kimi Xanlar rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicə olunduğu xəstəliyin diaqnoz: “Xroniki qastritin kəskinləşməsi” (Azərbaycan Respublikası SHXÇDX-nin Göygöl rayon şöbəsinin ##.##.2015-ci il tarixli ** saylı göndərişi, ##.##.2015-ci il tarixli ** saylı arayışı, Xanlar rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş ##.##.1992-ci il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, MN MHHK-nın həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilir) hərbi travmadır və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin Idarəetmə Birliyi Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya Institutu” publik hüquqi şəxsi tərəfindən verilmiş ##.##.2022-ci il tarixli arayışdan görünür ki, iddiaçı İddiaçı “odlu silah yaralanması, partlayış travması, sağ əlin, kürəkbel nahiyəsi və sağ aşağı ətrafın çoxsaylı qəlpə yarlanmaları. Postravmatik kobud çapıqlar” diaqnozu qoyulmuşdur. Bu fakt Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli Ambulator Kitabçadan (xəstəlik tarixindən) Çıxarışda da təsdiq edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli Ambulator Kitabçadan (xəstəlik tarixindən) Çıxarışdan görünür ki, iddiaçıya “onurğanın spondelyozu, bel fəqərələrinin osteoxondrozu, Döş-bel tipli birinci dərəcə skoliozu, hər iki əl darağı sümüklərinin osteoporozu” diaqnozu qoyulmuşdur. Iddiaçı İddiaçı “Müharibə veteranı” statusunun alınması məqsədilə ərizə ilə Müdafiə Nazirliyinə müraciət etmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən Müdafiə Nazirliyinin Aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiyanın katibinə ünvanlanmış ##.##.2024-cü il tarixli məktubda bildirilmişdir ki, “N nömrəli hərbi hissə komandirinin ## ###### 1992-ci il tarixli ** nömrəli əmrində atıcı İddiaçı (əsas: səh. 5, əmrdə atasının adı tam yazılmamışdır, hərbi rütbəsi göstərilməyib) şəxsi heyətinin siyahısında adı qeyd olunmuşdur.” Qeyd edilmişdir ki, “N №-li hərbi hissə komandirinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan ##.##.1992- ##.##.1992-ci il tarixli nizami hissə üzrə əmrlərində və N №-li hərbi hissə komandirinin sentyabr-dekabr 1992-ci il, yanvar-dekabr 1993-cü il, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində, şəxsi heyətin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə əlavə məlumat aşkar olunmamışdır”. Bildirilmişdir ki, “N №-li hərbi hissə komandirinin ##.##.1992- 1996-cı il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. N №-li hərbi hissədə 1996-cı il tarixində xidmət dövrü (ay) dəqiq göstərilmədiyinə görə, İddiaçı xidməti barədə araşdırmanın aparıla bilinmir”. Iddiaçı İddiaçı “Müharibə veteranı” adının və statusunun alınması ilə əlaqədar ərizə ilə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş ##.##.2024-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə daxil olmuş ərizəyə cavab olaraq bildirilmişdir ki, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın ##.##.2023-cü il və təkrar ##.##.2024-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin ##.##.2024-cü il tarixli **** nömrəli arayışına əsasən, ##.##.1992-ci il tarixdən sonrakı hərbi xidməti tam təsdiqlənmədiyinə görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur”. Əlavə olaraq qeyd olunan qərarla razılaşmadıqda 30 gün müddətində məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş ##.##.2021-ci il tarixli “Vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair” Elektron arayışdan da görünür ki, iddiaçı İddiaçı, həqiqətən də ##.##.1992-##.##.1996-cı il tarixlərində həqiqi hərbi xidmət keçmişdir. Ona görə də, iddiaçı hesab edir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin qəbul etdiyi qərar qanunsuz və əsassızdır. Belə ki, iddiaçının hərbi xidmət keçdiyi dövrlər, habelə müharibə zamanı aldığı xəsarət və keçirdiyi xəstəliklər müvafiq arayışlarda təsdiq olunur. Cavabdeh inzibati orqan məsələyə düzgün hüquqi qiymət verməmiş, əsassız olaraq iddiaçının əleyhinə qərar qəbul etmişdir. Ona görə də, iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir və hesab edir ki, iddia tələbi məhkəmə tərəfindən təmin edilməlidir. Cavabdeh Müdafiə Nazirliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, iddiaçı, ərizəsində 1992-ci il tarixdən 1996-cı il tarixədək N nömrəli hərbi hissədə xidmətdə olarkən Kəlbəcər və Ağdərədə gedən döyüşlərdə iştirak etdiyini bildirərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçının tələbinin mahiyyəti, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Cavabdeh hesab edir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Işin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli **** nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin ##.##.1992-ci il tarixli, ** nömrəli əmrilə şəxsi heyətin siyahısına daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin ##.##.1992-##.##.1992-ci il tarixli nizami hissə üzrə əmrlərində, N nörməli hərbi hissə komandirinin sentyabr-dekabr 1992ci il, yanvar-dekabr 1 cü il, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində, şəxsi heyətin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə əlavə məlumat aşkar olunmamışdır. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın ##.##.2024-cü il tarixli, */*-**** nömrəli məktubundan görünür ki, iddiaçı İddiaçı ##.##.1992-ci il tarixdən sonrakı xidməti tam təsdiqlənmədiyinə görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Beləliklə iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı İddiaçı hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumatlar aşkar edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarı ilə (hakim R.Tağıyeva) iddia tələbi təmin edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya məxsus ##.##.2016-cı il tarixli SX ******* nömrəli hərbi biletdə İ Qarabağ Müharibəsi dövründə N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməsi barədə qeyd olsa da, siyahıdan çıxarılması, döyüş əməliyyatlarında iştirakı barədə heç bir qeyd yoxdur. Bundan başqa İddiaçı qeydiyyat kartasında onun N saylı hərbi hissənin ##.##.1992-ci il tarixli əmri ilə, şəxsi heyətin siyahısına salınması qeyd olunmuş, lakin tərxis olunması və sonrakı xidməti barədə heç bir məlumat qeyd olunmamışdır. Məhkəmə qeyd edir ki, iş materialları ilə iddiaçının hərbi xidmətdən qanunda nəzərdə tutulan qaydada tərxis olunması təsdiq edilmir. Belə olan halda ona müharibə veteranı adı və müvafiq vəsiqənin verilməsi mümkün deyil. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarını ləğv edərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, SHXÇDX Göygöl rayon şöbəsinin Gəncə Inzibati Məhkəməsinə ünvanladığı ##.##.2024-cü il tarixli məktubda qeyd edilir ki, 1973cü il təvəllüdlü İddiaçı haqqında Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin ##.##.2012-ci il tarixli, **/*-**** nömrəli arayışında ##.##.1992-ci ildə N saylı hərbi hissənin ** nömrəli əmri ilə şəxsi heyətin siyahısına salınması barədə qeyd vardır, lakin tərxis olunması və sonrakı xidmətinə dair məlumatın həmin arxiv sənədində olmadığı göstərilmişdir. Eyni məktubda Gəncə Hərbi Prokurorluğunun ##.##.2013-cü il tarixli, *P**/**** nömrəli məktubuna əsasən iddiaçının hərbi vəzifəlilərin qeydiyyatına götürüldüyü də təsdiq edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli məktubunda Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsistemində İddiaçı ümumi əsaslarla əlilliyə görə əmək pensiyası təyin edilməsi barədə məlumatın olmadığı qeyd edilir. Bu sənəd faktiki olaraq yalnız pensiyanın hələ təyin edilməməsi ilə bağlıdır və müharibə veteranı statusunun verilməsi üçün tələb olunan hüquqi şərtlərlə birbaşa bağlı deyil və imtina üçün əsas ola bilməz. Gəncə Inzibati Məhkəməsi iş üzrə iddianın mümkünlüyünü Inzibati Prosessual Məcəllənin tələblərinə uyğun olaraq formaca düzgün hesab etmiş, iddianın öhdəliyin icrası haqqında iddia kimi verilməsini qəbul etmişdir. Lakin işin mahiyyəti üzrə qərar qəbul edərkən məhkəmə sübutların məcmu qiymətləndirilməsi prinsipinə əməl etməmiş, mövcud sübutları birtərəfli qaydada dəyərləndirmişdir. Məhkəmə öz qərarında əsasən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin natamam arayışına istinad etmiş, Səfərbərlik Xidmətinin ##.##.2021-ci il tarixli elektron arayışına, Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2015-ci il tarixli *** nömrəli qərarına. TƏBIB və Səhiyyə Nazirliyinin tibbi arayış və çıxarışlarına, hərbi biletə və digər sübutlara lazımi hüquqi qiymət verməmişdir. Məhkəmə bu sənədlərin birgə, kompleks şəkildə "Veteranlar haqqında" Qanunun 3-cü maddəsində və Əsasnamənin 1-ci hissəsində nəzərdə tutulan şərtləri həyata keçirdiyini nəzərə almamış, yalnız MN arxivində bəzi illərə aid əmrlərin olmamasını iddiaçının xeyrinə olan digər bütün sübutları üstələyən əsas kimi qəbul etmişdir. Maddi hüquq normalarının pozulması ondan ibarətdir ki, "Veteranlar haqqında" Qanunun 3-cü maddəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin müharibə veteranı hesab edilməsini nəzərdə tutur. Qanunun 7-ci maddəsinə görə, veteran adlarının və vəsiqələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu məqsədlə Nazirlər Kabinetinin *** nömrəli qərarı ilə Əsasnamə təsdiq edilmişdir. Əsasnamədə ərazi bütövlüyü uğrunda konkret rayonlarda və tarixlərdə döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində hərbi xidmət keçmiş, döyüş tapşırıqlarını yerinə yetirərkən xəsarət, travma, kontuziya almış şəxslərə müharibə veteranı adının və veteran vəsiqəsinin verilməsi nəzərdə tutulur. Həmin Əsasnamədə bu statusun verilməsi üçün əsas ola biləcək sənədlər arasında hərbi biletlər, müvafiq arayışlar, əmrlərdən çıxarışlar, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdiyi siyahılar və "hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər" sadalanır. Iddiaçı üzrə toplanmış sübutlar SHXÇDX-nin elektron arayışları, Göygöl şöbəsinin arayış və məktubları. Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı, TƏBIB və Səhiyyə Nazirliyinin tibbi sənədləri, hərbi bilet, MN Mərkəzi Arxivinin arayışları birlikdə götürüldükdə, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyini, döyüş zonasında xəsarət və travmalar aldığını, uzun illər hərbi xidmət keçdiyini, xidmət müddəti başa çatdıqda ehtiyata buraxıldığını kifayət qədər əsaslandırır. "Veteranlar haqqında" Qanunun 3-cü maddəsinin Qeyd hissəsində yalnız hərbi hissəni və ya xidmət yerini döyüş əməliyyatları dövründə özbaşına tərk edən, fərarilik və digər hərbi cinayətlərə görə məhkum edilmiş və s. kateqoriyada olan şəxslərə bu statusun şamil edilməməsi nəzərdə tutulur. Iddiaçı barəsində belə faktlar mövcud olmadığından, ona münasibətdə məhz Qanunun müsbət norması müharibə veteranı statusunun verilməsi haqqında norma tətbiq edilməli, istisna norma isə tətbiq edilməməli idi. Birinci instansiya məhkəməsi bu hüquqi konstruksiyanı nəzərə almamış, formal olaraq yalnız arxiv natamamlığına istinad etməklə maddi hüquq normasını iddiaçının zərərinə tətbiq etmişdir. "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə veteran statusu üçün əsas kimi bir neçə növ sənədi alternativ şəkildə nəzərdə tutduğu halda, məhkəmənin faktiki mövqeyi bu olmuşdur ki, guya yalnız MN Mərkəzi Arxivində konkret dövrlərə aid nizami hissə üzrə əmrlərin tamlığı statusun verilməsi üçün yeganə əsasdır. Halbuki. Əsasnamə hərbi bileti, tibbi arayışları, xəsarət və travma haqqında sənədləri, digər dövlət orqanlarının arayışlarını da hüquqi əhəmiyyətli sübut kimi tanıyır. Birinci instansiya məhkəməsinin bu normanı belə dar və formal şərh etməsi. Əsasnamənin məqsədindən döyüşlərdə iştirak etmiş və xəsarət almış şəxslərə sosial status və təminat verilməsini məhdudlaşıdırır. Prosessual normaların pozulması baxımından, Inzibati Prosessual Məcəllənin tələblərinə görə məhkəmə sübutları hərtərəfli, tam və obyektiv araşdırmalı, dövlət orqanı ilə vətəndaş arasında balanslı yanaşmanı təmin etməli, xüsusilə sosial xarakterli mübahisələrdə şübhələri şəxsin xeyrinə şərh etməlidir. Gəncə Inzibati Məhkəməsi iddianın mümkünlüyünü qəbul etsə də, işin mahiyyəti üzrə sübutların məcmu qiymətləndirilməsi mərhələsində Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin natamam arayışına üstünlük vermiş, əks istiqamətdə olan digər çoxsaylı rəsmi sənədləri SHXÇDX-nin rəsmi elektron arayışını, MHHK-nın qərarını, tibbi sənədləri, hərbi bileti lazımi dərəcədə nəzərə almamışdır. Məhkəmə cavabdeh orqanın nümayəndəsinin məhkəmə iclasında iştirak etməməsi şəraitində işin daha dərindən araşdırılması üçün əlavə sübutlar toplamaq (məsələn, digər hərbi hissələrə sorğular göndərmək, xidmət yoldaşlarını şahid qismində dindirmək, arxiv natamamlığımın səbəblərini aydınlaşdırmaq və s.) imkanından istifadə etməmişdir. Bu isə Inzibati Prosessual Məcəllənin sübutların toplanması və məhkəmənin aktiv roluna dair prinsiplərinin pozulması kimi qiymətləndirilməlidir. Dövlət orqanları arasında sənədlərin natamamlığı və uyğunsuzluğu şəraitində, xüsusən də 1990-cı illərin müharibə dövrü şəraitində formalaşmış arxiv sistemindəki boşluqların mənfi hüquqi nəticələrinin vətəndaşın üzərinə qoyulması Konstitusiyanın 76-cı maddəsində nəzərdə tutulmuş Vətəni müdafiə etmiş şəxslərə dövlətin sosial qayğı öhdəliyi ilə ziddiyyət təşkil edir. SHXÇDX-nin elektron arayışı iddiaçının ##.##.1992-##.##.1996-cı illər arasında hərbi xidmət keçdiyini və xidmət müddəti başa çatdığına görə ehtiyata buraxıldığını təsdiq etdiyi halda, MN Mərkəzi Arxivinin bəzi əmrlərin ümumiyyətlə arxivə daxil olmaması ilə bağlı natamamlığı sübut yükünün və hüquqi nəticənin vətəndaşın zərərinə çevrilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi məhz bu natamamlığı əsas tutaraq "hərbi xidmətdən qanunla nəzərdə tutulmuş qaydada tərxis olunma faktının sübuta yetirilmədiyi" qənaətinə gəlmiş, bununla da həm maddi, həm də prosessual hüquq normalarını pozmuşdur. Nəticə etibarilə, iş üzrə toplanmış sübutlar - SHXÇDX-nin elektron arayışları, Göygöl şöbəsinin arayış və məktubları, MHHK-nın qərarı, TƏBIB və Səhiyyə Nazirliyinin tibbi sənədləri, hərbi bilet, MN Mərkəzi Arxivinin məlumatları bir yerdə və məcmu şəkildə iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyini, döyüş zonasında travma və xəsarətlər aldığını, uzun illər həqiqi hərbi xidmət keçərək xidmət müddəti başa çatdıqda ehtiyata buraxıldığını sübut edir. "Veteranlar haqqında" Qanunun 3 və 7-ci maddələri, Əsasnamənin 1-ci hissəsi, "Hərbi qulluqçuların statusu haqqında" Qanunun 3-cü maddəsi və Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsi iddiaçının "Müharibə veteranı" adı və müvafiq veteran vəsiqəsi almaq hüququnu tanıdığı halda, Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarı bu hüquqi əsaslar nəzərə alınmadan, sübutlar birtərəfli qiymətləndirilməklə maddi və prosessual normalar pozulmaqla qəbul olunmuşdur. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) proses iştirakçılarının izahatları Iş üzrə məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Prosessual məsələlər Iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbin bildirməmişdir. Məhkəmə kollegiyası onun iştirak etməməsini üzrlü hesab etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası IPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq ## ###### 1991-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusuəldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları,qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Hərbi xidmət haqqında” Əsasnamə:

16. Həqiqi hərbi xidmətin başlanğıcı aşağıdakı günlər sayılır: a) əsgərlərin, matrosların və Rların müddətli həqiqi hərbi xidmətində: [13] çağırışçılar üçün — hərbi hissəyə (hissələrə, gəmilərə, hərbi təhsil müəssisələrinə, Silahlı Qüvvələrin qərargahlarına, idarələrinə, müəssisələrinə və təşkilatlarına) göndərilmək üçün hərbi komissarlığa gəldikləri gün; intizamsızlığa, oxumaq istəmədiyinə və müvəffəqiyyətsizliyinə görə hərbi təhsil müəssisələrindən xaric edilən kursantlar üçün — hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olmaq haqqında əmr imza edilən gün; b) əsgərlərin, matrosların və Rların müddətdən artıq həqiqi hərbi xidmətində: müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün — müddətdən artıq həqiqi hərbi xidmətə daxil edilmə və vəzifəyə təyin olunma haqqında əmr imza edilən gün; hərbi vəzifəlilər və qadınlar üçün — hərbi komissarlığın sərəncamında göstərilmiş xidmət yerinə gedilən gün;

20. Hərbi xidmətin sonu aşağıdakı günlər sayılır: bilavasitə hərbi hissədən buraxılan hərbi qulluqçular üçün — onların hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün;

“Veteranlar haqqında” Qanun: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Ikinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRI Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili Işlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; (-). Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi: Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: 1-ci hissə 1-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-)... 7-ci yarımbənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım Ismayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. 2-ci bənd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. 3-cü bənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım Ismayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir...

Inzibati Prosessual Məcəllə (IPM): Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə 14.3 Inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü Apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində verilmiş (IPM-nin 85.1-ci maddəsi), səlahiyyətli şəxs tərəfindən imzalanmış, formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Apelyasiya şikayətinin mümkün sayılmaması üçün əsaslar yoxdur.

Apellyasiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Inzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirib ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciəti müsbət həll edilmədiyindən hazırkı tələblə məhkəmədə iddia qaldırmış və birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmədiyindən qərardan apellyasiya şikayəti vermişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin ##.##.2024-cü il tarixli arxiv arayışından müəyyən olunur ki, N nömrəli hərbi hissə komandirinin ## ###### 1992-ci il tarixli, ** nömrəli əmrinə əsasən atıcı İddiaçı oğlunun adı şəxsi heyətin siyahısında qeyd edilmişdir. Həmin əmrdə atasının adı tam göstərilməmiş, hərbi rütbəsi isə qeyd olunmamışdır. Eyni zamanda, N nömrəli hərbi hissə komandirinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivində saxlanılan ##.##.1992-ci il tarixdən ##.##.1992-ci il tarixədək nizami hissə üzrə əmrlərində, habelə N nömrəli hərbi hissə komandirinin 1992-ci ilin sentyabr-dekabr ayları, 1993-cü ilin yanvar-dekabr ayları və 1994-cü ilin yanvar-dekabr aylarını əhatə edən nizami hissə üzrə əmrlərində, eləcə də şəxsi heyətin əlifba qeydiyyatı kitablarında İddiaçı hərbi xidməti barədə əlavə məlumat aşkar edilməmişdir. Bundan başqa, N nömrəli hərbi hissə komandirinin ##.##.1992-ci ildən 1996-cı ilədək olan dövrü əhatə edən nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Eyni zamanda, N nömrəli hərbi hissədə 1996-cı il üzrə xidmət müddətinin konkret aylar üzrə göstərilməməsi səbəbindən İddiaçı həmin hissədə xidməti ilə bağlı araşdırma aparılması mümkün olmamışdır. Həmçinin, iddiaçıya məxsus ##.##.2016-cı il tarixli SX ******* nömrəli hərbi biletdə onun İ Qarabağ müharibəsi dövründə N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməsi barədə qeyd mövcud olsa da, həmin siyahıdan çıxarılması və döyüş əməliyyatlarında iştirakı barədə hər hansı qeyd yoxdur. Əlavə olaraq, İddiaçı qeydiyyat kartasında onun N nömrəli hərbi hissə komandirinin ##.##.1992-ci il tarixli əmri ilə şəxsi heyətin siyahısına daxil edildiyi göstərilmiş, lakin təxris olunması və sonrakı hərbi xidməti barədə məlumat qeyd edilməmişdir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2015-ci il tarixli, *** nömrəli qərarına əsasən, Xanlar RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, Gəncə Hərbi Prokurorluğunun ##.##.2013-cü il tarixli məktubuna əsasən qeydiyyata götürülmüş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1992-ci ildə kəskinləşmiş və ##.##.1992-ci ildən ##.##.1992-ci ilə kimi Xanlar rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz: “Xroniki qastritin kəskinləşməsi” (Azərbaycan Respublikası SHXÇDX-nin Göygöl rayon şöbəsinin ##.##.2015-ci il tarixli ** saylı göndərişi, ##.##.2015-ci il tarixli ** saylı arayışı, Xanlar rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş ##.##.1992-ci il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, MN MHHK-nın həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” kimi müəyyən edilmişdir. Bundan başqa məhkəmə sorğusu əsasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təqdim edilmiş iddiaçıya dair sənədlərdən iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyinin müəyyən edilmiş olması aşkar olunmamışdır. Həmçinin Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində vətəndaş İddiaçı ümumi əsaslarla əlilliyə görə əmək pensiyası təyin edilməsi barədə məlumat aşkar edilməmişdir. Iş materiallarından göründüyü kimi iddiaçı İddiaçı ehtiyata buraxılması barədə və ya onun Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyinin müəyyən edilməsi barədə məlumat aşkar olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Başqa sözlə, şəxsin hərbi hissədə hərbi xidmətdə olması və ya hərbi xidmət keçməsi faktı onun qanunla müəyyən edilmiş qaydada həm hərbi xidmətə qəbul edilməsini, həm də qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdən tərxis olunmasını ehtiva edir. Nəzərə almaq lazımdır ki, yuxarıda istinad edilən normaların müddəalarına görə, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, o cümlədən döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq aidiyyəti orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Məhkəmə kollegiyası qeyd edir ki, mövcud qanunvericiliyin tələbinə əsasən iddiaçının hərbi xidmətdə olması faktı ona “Müharibə veteranı” adının verilməsi üçün yetərli sayıla bilməz. Bu zaman həm də iddiaçının xidmət etdiyi və ya ezam olunduğu hərbi hissənin, eləcə də həmin hərbi hissənin tərkibində onun döyüş əməliyyatlarında iştirakı, eləcə də qanunla müəyyən olunmuş qaydada ehtiyata buraxıldığı da sübut edilməli və bununla bağlı müvafiq sənədlər təqdim olunmalıdır. Bu mənada hazırkı mübahisəyə münasibətdə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün yuxarıda istinad olunan normalarla müəyyən edilmiş dispozisiya şərtlərinin iddiaçı tərəfindən ödənildiyi iş üzrə materiallarla təsdiq olunmur. Bu baxımdan iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun sayılmalıdır. Yuxarıda qeyd olunan normaların tələblərini önəçəkən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə qərarının ləğvinə əsas vermir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati- Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlansın. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülərsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar