Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-151/2026 14.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh qarşı iş üzrə QƏRARI Açar sözlər: Əlilliyin təyin edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh qarşı “cavabdehin ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən ona orqanizm funksiyalarının 35-60% pozulmasına görə 2 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ## ####### 2022-ci il tarixli, ***** nömrəli Xəstəlik haqqında şəhadətnaməsindən (qərarından) görünür ki, İddiaçı qoyulmuş “Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu parlayış travması (##.##.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsinin kəllədaxli hipertenziya, vegtetativ damar aroksizmləri ilə qıcol tutmaları müşayiət olunan posttravmatik ensefalopatiya şəklində nəticəsi. Sağ saidin arxa səthinin və sol dirsek nahiyəsinin bərkimiş dəri, hər iki saidin ön səthinin kəsilmiş çoxsaylı yaralarından sonrakı dəri çapıqları. Sol gicgah təpə nahiyəsinin yumşaq oxumalarının yad cismi (metal qəlpə)” diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” kimi müəyyənləşdirilmişdir.
2. İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərindən görünür ki, “Üzvi mənşəli şəxsiyyət pozuntusu- F07.0” diaqnozuna əsasən orqanizmin funksiyalarının 40% (35- 60%) pozuntusuna görə İddiaçı ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək 2 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar əlillik təyin edilmişdir.
3. ##.##.2024-cü il tarixli, **** nömrəli həkim psixiatr komissiyasının rəyindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## ###### 2023-cü il tarixli, *-**/*-*-***/**** saylı Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə əmrinə uyğun İddiaçı xxxxnın nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş, Diaqnoz: Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması Sticəsində) şəxsiyyət pozuntusu, tez tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, intihar cəhdləri ilə F 07.0.
4. ##.##.2024-cü il tarixli Forma-88 haqqında məlumat qrafikindən görünür:- Göndərişi verən müəssisə - Gəncə Psixiatriya xəstəxanası Xəstəliyə görə ambulator müraciətlər - F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu Stasionar müalicə aldığı müəssisələr: Gəncə Psixiatrik xəstəxanası - daxil olma tarixi: ##.##.2023, çıxma tarixi ##.##.2024, diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu; Bakı Respublika Psixiatrik xəstəxanası publik hüquqi şəxs - daxil olma tarixi: ##.##.2024, çıxma tarixi ##.##.2024, diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu; Gəncə Psixiatrik xəstəxanası - daxil olma tarixi: ##.##.2024, çıxma tarixi ##.##.2024, diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu; Bakı Respublika Psixiatrik xəstəxanası publik hüquqi şəxs - daxil olma tarixi: ##.##.2024, çıxma tarixi ##.##.2024, diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu; Gəncə Psixiatrik xəstəxanası - daxil olma tarixi: ##.##.2024, çıxma tarixi ##.##.2024, diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu; Bakı Respublika Psixiatrik xəstəxanası publik hüquqi şəxs - daxil olma tarixi: ##.##.2024, çıxma tarixi ##.##.2024, diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu. Həkim müayinəsinin nəticəsi: ##.##.2024 F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, intihar cəhdləri ilə. Posttravmatik stress pozuntusu, özünə xəsarət yetirmələrlə. TSEK-ə göndəriş zamanı diaqnoz – -Əsas diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, intihar cəhdləri ilə. - Ağırlaşma F43.1 Posttravmatik stress pozuntusu, Posttravmatik stress pozuntusu, özünə xəsarət yetirmələrlə.
5. Həmin göndərişdəki diaqnozlar üzrə cavabdeh orqan iddiaçının əlillik vəziyyətini ##.##.2025-ci il tarixdə qiymətləndirərək, “Diaqnozun əlillik əlaməti təyin etməməsi” səbəbindən əlillik təyinatından imtina etmişdir. Iddiaçının həmin qərardan verdiyi şikayət əsasında onun əyani müayinəsi həyata keçirilmiş və “Diaqnozun əlillik əlaməti təyin etməməsi barədə” ##.##.2025-ci il tarixli, *-**-*/*-*-***/**** nömrəli qərar qəbul edilmişdir.
6. ##.##.2025-ci il tarixli göndərişə “Diaqnozun əlillik əlaməti təyin etməməsi” səbəbindən əlillik təyinatından imtina edilməsi barədə iddiaçıya ##.##.2025-ci il tarixdə SMS göndərilmişdir.
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli, **** nömrəli ekspert rəyindən görünür ki, yoxlanılan şəxs İddiaçı hazırda "Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla" (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (döyüşlərdə kəllə-beyin travması alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "xxxx"da "Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu. Teztez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, intihar cəhdləri ilə F07.0" diaqnozu təyin olunması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
8. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspertiza komissiyasına qarşı iddia ərizəsi ilə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respubikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza komissiyasının ##.##.2025-ci il tarixli qiymətləndirilməsinin ləğv edilməsinə və ona əlillik dərəcəsi verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
9. Tələb onunla əsaslandırılmışdır ki, o, II Qarabağ müharibəsinin iştirakçısıdır. ##.##.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı partlayış travması ilə xəsarət almışdır. ## ####### 2022-ci il tarixli, ***** saylı Xəstəlik haqqında şəhadətnaməsində Mərkəzi Hərbi-Həkim Komissiyasının qərarı belə göstərilmişdir: Diaqnoz: "Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu. Partlayış travması (##.##.2020), keçirilmiş qapalı kəllə-beyin travması, başbeyin silkələnməsının kəllədaxili hipertenziya, vegtetativ damar paroksizmləri ilə və qıcolma tutumaları ilə müşayiət olunan posttravmatik ensefalopatiya şəklində nəticəsi. Sağ saidin arxa səthinin və sol dirsək nahiyyəsinin bərkidilmiş dəri, hər iki saidin ön səthinin kəsilmiş çoxsaylı yaralarından sonrakı dəri çapıqları. Sol gicgah təpə nahiyəsinin yumşaq toxumalarının yad cismi (metal qəlpə)." "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" Diaqnoz: "Hər iki gözün sadə miopik astiqmatizmı Em və M 1,0 D nəticəsində sağ gözün görmə itiliyinin 0,8-ə qədər azalması, sol gözün görmə itiliyinin 0,6-ya qədər azalması, korreksiya ilə hər iki gözdə 1,0 olmaqla. Burun arakəsməsinin əyriliyi, burun tənəffüsünün cüzi dərəcədə pozulması ilə. 24, 25-ci dişlərin omaması. Əks dişləm". "Ümumi xəstəlikdir". Bununla bağlı dəfələrlə ambulator və stasionar müalicələr olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin dırektoru, Bakı şəhər Baş Səhiyyə Idarəsinin baş psixiatrı tibb elmləri doktoru, professor Fuad Ismayılov tərəfindən, habelə Həkim Psixiatr Komissiyası tərəfindən dəfələrlə iddiaçıya "Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, intihar cəhdləri F07.0." diaqnozu təyin edilmişdir. ##.##.2022-ci ildən ##.##.2024-cü il tarixədək üçüncü dərəcəli orqanizmin funksiyasının 40% pozuntusu ilə əlillik verilmişdir. Əlilliyin müddəti bitdiyindən Tibbi-Sosial Ekspert Komissiyasına əlilliyin verilməsi üçün müraciət etsə də, ona əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. Sonuncu dəfə belə imtina ##.##.2025-ci il tarixdə verilmişdir.
10. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə cavabdeh əsl cavabdeh “xxxx” publik hüquqi şəxs ilə əvəzləşdirilmişdir.
11. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə iddia tələbi “cavabdehin ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən ona orqanizm funksiyalarının 35-60% pozulmasına görə 2 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.
13. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etdi.
14. Gəncə Inzibati Məhkəməsinin (hakim R.Tağıyeva) ##.##.2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İddiaçı əlilliyin təyin edilməsindən imtina barədə ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi və İddiaçı ##.##.2025-ci il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci yarımbəndinə uyğun olaraq orqanizmin funksiyalarının 35-60% pozulmasına görə, iki il müddətinə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əliliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır.
15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tibbi göndəriş haqqında məlumata əsasən, iddiaçıya “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, intihar cəhdləri ilə əsas diaqnoz qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025ci il tarixli, **** nömrəli ekspert rəyindən görünür ki, yoxlanılan şəxs İddiaçı hazırda "Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla" (F07.0) aşkar edilir. Iş materialları ilə müəyyən olunur ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulan qaydada müalicə almasına baxmayaraq iddiaçının orqanizminin pozulmuş funksiyaları bərpa olunmamışdır və onun cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit psixi pozuntuları qalmaqda davam edir. Odur ki, məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, cavabdehin ##.##.2025-ci il tarixli qərarı ləğv edilməli, iddiaçıya həmin tarixdən orqanizmin funksiyalarının 35-60% pozulmasına görə, iki il müddətinə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
16. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi apellyasiya şikayəti verərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Göygöl rayon sakini ##.##.1998-ci il təvəllüdlü İddiaçı (FIN:*******) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində ##.##.2022-ci il tarixdə qiymətləndirilmiş və OFP 40% 2 (iki) il müddətinə əlillik təyini barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2022-ci il tarixli, ***** nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Keçirilmiş qapalı kəllə-beyin travması, bas-beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu. Partlayış travması (##.##.2020), keçirilmiş qapalı kəllə-beyin travması, başbeyin silkələnməsinin kəllədaxili hipertenziya, vegetativ damar paroksizmləri ilə və qıcolma tutmaları ilə müşayiət olunan posttravmatik ensefalopatiya şəklində nəticəsi. Sağ saidin arxa səthinin və sol dirsək nahiyəsinin bərkimiş dəri, hər iki saidin ön səthinin kəsilmiş çoxsaylı yaralarından sonrakı dəri çapıqları. Sol gicgah təpə nahiyəsinin yumşaq toxumalarının yad cismi (metal qəlpə)” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Hər iki gözün sadə miopik astiqmatizmi Em və M 1,0D nəticəsində sağ gözün görmə itiliyinin 0,8-ə, sol gözün görmə itiliyinin 0,6-ya qədər azalması, korreksiya ilə hər iki gözdə 1,0 olmaqla. Burun arakəsməsinin əyriliyi, burun tənəffüsünün cüzi dərəcədə pozulması ilə. 24, 25-ci dişlərin olmaması. Əks dişləm” diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixiatriya Xəstəxanasının PHŞ ##.##.2023-##.##.2023-cü il tarixli 37/23 xəstəlik tarixindən Çıxarışında diaqnoz “Keçirilmiş qapalı kəllə-beyin travması üzvi mənşəli şəxsiyyət və davranış pozuntusu (anamnezində (partlayış travması ##.##.2020. Psixotik simptomlarla müşahidə olunan ağır dərəcəli depressiya, suisidal cəhdlərlə)" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxxnın PHŞ ##.##.2023-##.##.2023-cü il tarixli 10465681 xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxxnın PHŞ Həkim Psixiatr Komissiyasının ##.##.2023-cü il tarixli *** nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (müharibə zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar və intihar cəhdləri ilə” kimi müəyyənləşdirilmişdir (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixiatriya Xəstəxanasının PHŞ ##.##.2023-##.##.2023-cü il tarixli 10702672 xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixiatriya Xəstəxanasının PHŞ ##.##.2023-##.##.2023-cü il tarixli 11241445 xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixiatriya Xəstəxanasının PHŞ ##.##.2023-##.##.2024-cü il tarixli 11786277 xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxxnın PHŞ ##.##.2024-##.##.2024-cü il tarixli 11931034 xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxxnın PHŞ Həkim Psixiatr Komissiyasının ##.##.2024-cü il tarixli **** nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, intihar cəhdləri ilə” kimi müəyyənləşdirilmişdir (Təyin edilən diaqnoz 1 il müddətinə qüvvədədir). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixiatriya Xəstəxanasının PHŞ ##.##.2024-##.##.2024-cü il tarixli 12575204 xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxxnın PHŞ ##.##.2024-##.##.2024-cü il tarixli 13281106 xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixiatriya Xəstəxanasının PHŞ ##.##.2024-##.##.2024-cü il tarixli 13625464 xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Qayıdan depressiv pozğunluq, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxxnın PHŞ ##.##.2024-##.##.2024-cü il tarixli 13768349 xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sualları cavablandırmaqdan yayınmış, danışmamış, daha sonra özündə olmamasından şikayətlənmişdir. Dərmanlardan Cycladole, Depakin, Pregabalin, Clonazepam, Ketilept, Escita, Leponex təqdim etmişdir. Zahirən səliqəsiz, saçı-saqqalı dağınıq izlənmişdir. Göz kontaktı qurmaqdan çəkinmişdir. Nümayişkar davranmışdır. Dərman təsirində olması inkar edilməmişdir. Emosional labil, koqnitiv funksiyaları enmiş, diqqəti dağınıq, affekti küt olmuşdur. Sol qolunda 3 ədəd iri ölçülü, sanki tikiş qoyulmuş kəsik izlənmiş, təqdim edilən arayışda 2022-ci ildə edildiyi qeyd olunmuşdur. Özünü asmaq istədiyini, lakin mane olduqlarını söyləmişdir. Torpid, nitqi monoton izlənmişdir. Produktiv psixopatoloji simptomatika aşkar olunmamışdır. Instrumental müayinə nəticələri təqdim edilməmişdir. Ailəli, 4 aylıq övladının olduğunu bildirmişdir. Bildirilir ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Ekspert rəyi ilə şəxsin əlil olmasına qənaətinə gəlinirdisə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi və təyin edilməsinə nə ehtiyac qalardı ki. Həmçinin bildirilir ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırılır ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Forma 88 qeyd edilən xəstəliklərinin ağırlaşması olmadığı halda iddia təmin edilmişdir. Göstərilən maddi hüquq normalarının tələbləri baxımından Gəncə Inzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Iddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Gəncə Inzibati Məhkəməsinin qərarı ləğv edilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Iddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
20. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları
21. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs. Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Bənd 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “HYPERLINK "https://e-qanun.az/framework/49623" \l ":~:text=t%C9%99sdiq%20edilmi%C5%9Fdir.- ,%C6%8Flilliyin%20m%C3%BC%C9%99yy%C9%99n%20olunmas%C4%B1%20meyarlar%C 4%B1,-1.%20%C3%9Cmumi%20m%C3%BCdd%C9%99alar" \t "_blank" \o "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı"Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və HYPERLINK "https://e-qanun.az/framework/44232" \l "%C9%99lav%C9%99"“Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Bənd 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81- 100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61- 80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31- 60 faiz. Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Bənd 7.6.2. Üzvi mənşəli şəxsiyyət pozuntusu. F07.0 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) - orqanizmin funksiyalarının pozulması faizi 35-60 faiz olmaqla, 2 il müddətinə əlillik dərəcəsi təyin edilir.
24. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X4: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.
25. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 14.1. Inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
26. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 14.3. Inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
Iddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
27. IPM-in 2.2.2. Inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
28. IPM-in 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
29. IPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
30. IPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
31. IPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
32. IPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
33. IPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
34. IPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
35. IPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
36. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
37. Baxılan mübahisə Azərbaycan Respublikası IPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə IPM-nin 2.2.2-ci maddəsində nəzərdə tutulan məcburetmə haqqında iddia növünə aiddir.
38. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
40. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
41. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
42. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
43. Belə ki, işin faktiki hallarına əsasən müəyyən edilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ## ####### 2022-ci il tarixli, ***** nömrəli Xəstəlik haqqında şəhadətnaməsinə əsasən, İddiaçı qoyulmuş “Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu parlayış travması (##.##.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsinin kəllədaxli hipertenziya, vegtetativ damar aroksizmləri ilə qıcol tutmaları müşayiət olunan posttravmatik ensefalopatiya şəklində nəticəsi. Sağ saidin arxa səthinin və sol dirsek nahiyəsinin bərkimiş dəri, hər iki saidin ön səthinin kəsilmiş çoxsaylı yaralarından sonrakı dəri çapıqları. Sol gicgah təpə nahiyəsinin yumşaq oxumalarının yad cismi (metal qəlpə)” diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.
44. ##.##.2022-ci il tarixli müayinə nəticəsində “Üzvi mənşəli şəxsiyyət pozuntusu- F07.0” diaqnozuna əsasən orqanizmin funksiyalarının 40% (35-60%) pozuntusuna görə İddiaçı ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək 2 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar əlillik təyin edilmişdir.
45. İddiaçı əlilliyinin qiymətləndirilməsi məqsədilə sonuncu dəfə “Gəncə Psixiatriya Xəstəxanası” tərəfindən rəsmiləşdirilmiş ##.##.2024-cü il tarixli N********HXR nömrəli göndərişdə “Əsas diaqnoz – F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu.” kimi müəyyənləşdirilmişdir.
46. İddiaçı əlilliyi həmin göndəriş əsasında ##.##.2025-ci il tarixdə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Iddiaçının həmin qərardan verdiyi şikayət əsasında onun əyani müayinəsi həyata keçirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” ##.##.2025-ci il tarixli, *-**-*/*-*-***/**** nömrəli qərar qəbul edilmişdir.
47. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2025-ci il tarixli, *******0003 nömrəli qərarı ilə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbindən İddiaçı əlillik verilməsindən imtina edilməsi əsaslı olmamışdır.
48. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” publik hüquqi şəxsinin Həkim Psixiatriya Komissiyasının ##.##.2024-cü il tarixli, **** nömrəli rəyindən görünür ki, İddiaçı “xxxx” nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş, ona “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması Sticəsində) şəxsiyyət pozuntusu, tez tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, intihar cəhdləri ilə F07.0” diaqnozu qoyulmuşdur.
49. Həmçinin, Tibb müəssisəsi tərəfindən iddiaçı barəsində ##.##.2024-cü il tarixdə rəsmiləşdirilmiş göndərişlə müəyyən olunur ki, İddiaçı həmin diaqnoz (F07.0) üzrə ambulator müraciətlər etmiş, həmçinin ##.##.2023-##.##.2024, ##.##.2024-##.##.2024 və ##.##.2024, çıxma tarixi ##.##.2024-cü il tarixlərdə Gəncə Psixiatriya Xəstəxanasında, ##.##.2024- ##.##.2024 və ##.##.2024-##.##.2024-cü il tarixlərdə Bakı “xxxx” publik hüquqi şəxsində stasionar müalicələrdə olmuşdur.
50. Həmin göndərişdə “Status localis” qrafasında onun psixi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Bələdliyi hissəvidir. Danışıq əlaqəsinə könülsüz qoşulur, verilən suallara qısa cavablar verir. Söhbət davam etdikcə əsəbləşir, aqressiv hərəkətlər edir. Emosional reaksiyaları dayanıqsızdır. Çox əsəbi və aqressivdir. Əsərlik zamanı dəfələrlə iki saidin ön səthini kəsmişdir. Xəstədə şiddətli baş ağrıları, gərginlik, yaddaşın pozulması, əhvalın enməsi, ruh düşkünlüyü, özünə xəsarətlər yetirmək, intihar cəhdləri və fikirləri kimi hallar müşahidə edilir. Depressivdir, əhval ruhiyyəsi aşağıdır, gələcəklə bağlı heç bir düşüncələri yoxdur, ümidsizlik, çarəsizlik hiss edir. Uzaq keçmişi yaxın keçmişdən daha yaxşı xatırlayır. Diqqəti dağınıqdır, yuxusu dərmanlarladır.”
51. Bundan əlavə, birinci instansiya məhkəməsinin müvafiq qərardadına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli, **** nömrəli ekspert rəyindən görünür ki, yoxlanılan şəxs İddiaçı "Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla" (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (döyüşlərdə kəllə-beyin travması alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "xxxx"da "Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu. Tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, intihar cəhdləri ilə F07.0" diaqnozu təyin olunması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. .
52. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina edilməsi əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
53. Belə ki, şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə inzibati orqan müəyyən qiymətləndirmə azadlığına malikdir və bu, təkzib edilməməlidir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, şəxsin faktiki sağlamlıq vəziyyəti inzibati orqan tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin müəyyən olunması isə şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, həmin orqan ona əlillik dərəcəsini təyin etməyə (sağlamlıq imkanlarının pozulmasının faiz göstəricisini müəyyən etməyə) borcludur. Yəni, əlilliyin müəyyən olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, bu barədə qərar qəbul edilməsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin diskresion deyil, mütləq (qapalı) səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
54. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilmiş, o, şəhadətləndirilən, eləcə də ilk dəfə əlillik təyinatı aparılan zaman və hazırda qeyd olunan xəstəlikdən əziyyət çəkir, ona qoyulmuş diaqnozda hər hansı dəyişiklik baş verməmiş və onda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 2 il müddətinə 35-60 faiz aralığında pozulmasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik təyin olunmasına əsas verir.
55. Məhkəmə kollegiyası inzibati orqanın apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətində qeyd olunan hallar işin yuxarıda sadalanan və əsaslandırılan halları ilə təkzib olunur.
56. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə qanunidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.
57. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.