Məhkəmə qərarları › İş №2-1(3-7)-154/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-7)-154/2026

24.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-154/2026 24.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, “ali təhsilə dair kvalifikasiyanın akademik tanınması və müvafiq şəhadətnamənin verilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Cavabdeh ##.##.2024-cü il tarixli, NA******** nömrəli qərarına əsasən, İddiaçı xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, ərizəçinin müraciətinə baxılaraq onun ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il ## ##### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci bəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi magistratura səviyyəsində ildə 120-160 saat nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.5-ci bəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur.

İşdə olan sənədlər:

2. Fövqəladə Hallar Nazirliyi X10 Xidmətinin ##.##.2022-ci il tarixli, ****/e nömrəli əmrinə əsasən, İddiaçı Rusiya Federasiyası qəhrəmanı R Y.N.Ziniçev adına Rusiya Federasiyası mülki müdafiə işləri, fövqəlada hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Nazirliyin SanktPeterburq X10 Xidməti Universitetinin qiyabi şöbəsinin 5-ci kurs imtahan sessiyasında distant formada iştirak etməsi üçün 2022-ci ilin noyabr ayının 01- dən dekabr ayının 10-dək 40 təqvim günü müddətinə ödənişli təhsil məzuniyyəti verilmişdir.

3. Fövqəladə Hallar Nazirliyinin X10 Xidmətinin ##.##.2024-cü il tarixli, *******A nömrəli vəsiqəsindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər X10 idarəsinin ** nömrəli Yanğından mühafizə hissəsinin sürücüsüdür.

4. ##.##.2024-cü il tarixli, 107834 ******* nömrəli Rusiya Federasiyasının Təhsil Diplomunun Azərbaycan dilinə tərcüməsindən görünür ki, İddiaçı ## ####### 2019-cu ildə Rusiya Federasiyası qəhrəmanı R Y.N.Ziniçev adına Rusiya Federasiyası mülki müdafiə işləri, fövqəlada hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Nazirliyin Sankt-Peterburq X10 Xidməti Universitetinin Milli təhlükəsizliyin hüquqi təminatı (hüquqşünas) ixtisası üzrə qiyabi şöbəsinə qəbul olunmuş və ##.##.2024-cü ildə bitirmişdir.

5. Rusiya Federasiyası tərəfindən ##.##.2024-cü il tarixdə 750313 nömrəsi ilə ##.##.2024-cü il tarixli 107834 ******* nömrəli diplom # ####### 1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir.

6. ##.##.2024-cü il tarixli *** qeydiyyat nömrəli Diploma əlavənin Azərbaycan dilinə tərcüməsindən görünür ki, təhsil forması qiyabi, təhsil illərinin rəsmi müddəti 5 (beş) il göstərilmişdir.

7. Rusiya Federasiyası qəhrəmanı R Y.N.Ziniçev adına Rusiya Federasiyası mülki müdafiə işləri, fövqəlada hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Nazirliyin Sankt-Peterburq X10 Xidməti Universitetinin xxxxnə ünvanladığı ##.##.2024-cü il tarixli, **/*** nömrəli məktubunda qeyd edilmişdir ki, "X5 Nazirliyinin X10 Xidmətinin Ali Təhsil Federal Dövlət Büdcə Təhsil Müəssisəsi «Sankt-Peterburq Universiteti" 2020/2021, 2021/2022, 2022/2023-cü tədris illərində distant təhsil texnologiyaları vasitəsilə qiyabi təhsil alan tələbələrin aralıq attestasiyasının keçirilməsi ilə bağlı aşağıdakılar bildirilir. ## #### 2020-ci il tarixli MR 3.1/#.#.****-** nömrəli Metodiki Tövsiyələrin 2.1.2-ci bəndinə uyğun olaraq Rusiya Federasiyasının Baş X2 tərəfindən təsdiq edilmiş yeni koronavirus infeksiyasının (COVİD19) qarşısının alınması ilə bağlı tövsiyələr, ali təhsil müəssisələrində qiyabi və axşam qruplarında dərslər mümkün qədər distant formata keçirilməlidir. Eyni zamanda, bu tövsiyələr həm Universitetdə oxuduğu müddətdə qüvvədə idi, həm də hazırda qüvvədədir. Bundan əlavə, Sankt-Peterburqda Sankt-Peterburq Hökumətinin ## #### 2020-ci il tarixli *** nömrəli qərarı ilə Sankt- Peterburqda yeni koronavirus infeksiyasının (COVID-19) yayılmasına qarşı tədbirlər də qüvvədə olub və hal-hazırda hələ də qüvvədədir. Bu tədbirlərə uyğun olaraq, ali təhsilin təhsil proqramlarını həyata keçirən təşkilatlar təhsil fəaliyyətini həyata keçirərkən sanitariya- epidemioloji qaydalara, habelə İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidmətinin tələb və tövsiyələrinə əməl etməlidirlər. Eyni zamanda, Rusiya Təhsil və Elm Nazirliyi tərəfindən təsdiq edilmiş ali təhsilin federal dövlət təhsil standartları universitet tərəfindən həyata keçirilən ixtisaslar və təlim sahələri üzrə elektron təhsil və distant təhsil texnologiyalarından istifadə etməyə imkan verir. Belə ki, 2020/2021, 2021/2022, 2022/2023-cü tədris illərində distant təhsil texnologiyaları vasitəsilə qiyabi təhsil alan tələbələr üçün aralıq attestasiyaların keçirilməsi xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə təsdiq edilmiş tövsiyələrə uyğun olaraq universitet tərəfindən həyata keçirilib və Rusiya Federasiyasının qanunvericiliyinin tələblərinə zidd deyil.

8. Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin ##.##.2024-cü il tarixli, *-**-**/*- ****/** nömrəli məktubunda qeyd edilmişdir ki, ##.##.1987-ci il təvəllüdlü İddiaçı ##.##.2018-ci il tarixdən ##.##.2024-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumat qeydə alınmışdır: ##.##.2018 – Çıxış - Rusiya ##.##.2018 – Giriş - Rusiya ##.##.2019 – Çıxış - Rusiya ##.##.2019 – Giriş – Rusiya ##.##.2019 – Çıxış – Rusiya ##.##.2019 – Giriş – Rusiya ##.##.2023 – Çıxış – Rusiya ##.##.2023 – Giriş – Rusiya ##.##.2024 – Çıxış – Rusiya ##.##.2024 – Giriş – Rusiya

Birinci instansiya məhkəməsində icraat:

9. İddiaçı İddiaçı cavabdeh Təhsildə X20rşı iddia ərizəsi ilə ##.##.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, diplomun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2018-ci ildən 2024-cü il tarixədək Rusiya Federasiyası qəhrəmanı R Y.N.Ziniçev adına Rusiya Federasiyası mülki müdafiə işləri, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Nazirliyin Sankt-Peterburq X10 Xidməti Universitetinin" Milli təhlükəziliyin hüquqi təminatı ixtisasında (qiyabi şöbədə) təhsil almış, bununla bağlı həmin təhsil müəssisəsindən ona ## #### 2024-cü il tarixdə diplom verilmişdir. Təhsil müddətində işlədiyi xidmətin rəhbəri, yəni Fövqəladə Hallar Nazirliyinin R Füzuli Əsədov tərəfindən əmr də imzalanmışdır. Bilindiyi kimi, COVİD-19 bütün dünyada tüğyan etdiyi dövrdə, Rusiya Federasiyasının Baş X6 tərəfindən təsdiq edilmiş ##.##.2020-ci il tarixli MR 3.1/#.#.****-** nömrəli metodiki tövsiyələrin 2.1.2-ci bəndinə uyğun olaraq, 3.1. Yoluxucu xəstəliklərin qarşısının alınması, 2.1. Kommunal gigiyena, yeni koronovirus infeksiyasının qarşısının alınması üzrə tövsiyələrə uyğun olaraq, ali təhsil müəssisələrində qiyabi və axşam qruplarında dərslər mümkün qədər distant formata keçirilmişdir. Bu tövsiyələr Universitetdə təhsil aldığı müddətdə, həmçinin hal-hazırda da davam edir. Bu səbəbdən də, həmin müddətdə distant təhsilini davam etdirdiyi üçün sözügedən Universitetə getməmişdir. ## #### 2024cü il tarixdə ** nömrəli protokol əsasında Universitetin Milli təhlükəziliyin hüquqi təminatı ixtisasında (qiyabi şöbədə) təhsilini müvəffəqiyyətlə başa vurduğu üçün ona diplom verilmişdir. Bundan sonra, həmin diplomun tanınması barədə cababdehə müraciət etdikdən sonra, həmin qurumdan heç bir əsaslı səbəb göstərilmədən ona ##.##.2024-cü il tarixli NA******** nömrəli məktubla imtina cavabı verilmişdir. Cavabdeh təşkilatın mənə verdiyi imtina əsassızdır və ləğv edilməlidir. Bilindiyi kimi, Universitetdə distant təhsil aldığı dövrdə həmin ölkəyə gedib-gəlməyi mümkün deyildi.

11. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “Rusiya Federasiyası qəhrəmanı R Y.N.Ziniçev adına Rusiya Federasiyası mülki müdafiə işləri, fövqəlada hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Nazirliyin Sankt-Peterburq X10 Xidməti Universitetinin Milli təhlükəsizliyin hüquqi təminatı ixtisası üzrə ali təhsilə dair kvalifikasiyanın akademik tanınması və müvafiq şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.

12. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə qarşı təqdim edilmiş etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə xxxxnə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciəti üzrə inzibati icraat apararaq iddiaçının təhsil aldığı ölkədə aşağıdakı müddətlərdə olduğunu müəyyən etmişdir: İ il-7 gün, II il-13 gün (İ semestr) (II semestr pandemiya dövrü), III il-getməyib (pandemiya dövrü), IV il-getməyib (pandemiya dövrü), V il-getməyib, VI il-1 ay 23 gün. Təhsil müddəti 6 ildir. Ərizəçinin təhsil aldığı ölkədə olduğu müddət onun diplom əlavəsində göstərilən tədris yükünün yerinə yetirilməsi üçün kifayət deyildir. Belə ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və ##.##.2024-cü il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. Cavabdehin imtinası qanuni və əsaslıdır. İddia tələbi aşağıdakı əsasa görə təmin edilməməlidir: - Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinin tələblərinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz; - cavabdeh orqan inzibati aktı qəbul edərkən diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl etmiş və diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməsini təmin etmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası oxşar işlər üzrə qərarlarında dəfələrlə (*-*(***)-***/**** saylı iş üzrə ##.##.2020ci il tarixli, *-*(***)-***/**** saylı iş üzrə ##.##.2021-ci il tarixli qərarlar) xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və onların ekvivalentliyinin müəyyən edilməsinin cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olmasını vurğulamışdır. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları tanınması Qaydaları”(bundan sonra- Qaydalar)na uyğun olaraq həyata keçirilir. Sözügedən Qaydaların 1.3-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin Qaydaların 4.1.4ci yarımbəndinə əsasən tanınma üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il ## #### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” üzrə orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmalıdır. Qaydaların 4.1.5-ci yarımbəndinə əsasən digər tələblərdən biri Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunmasıdır (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunmasıdır). Həmin Qaydaların 3.10-cu bəndinə əsasən bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda kvalifikasiyanın tanınmasından imtina haqqında qərar qəbul edilir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2013-cu il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.3-cü yarımbəndinə əsasən qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2013-cu il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.4-cü yarımbəndinə əsasən ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il ## ### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “ Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 1.6-cı yarımbəndinə əsasən magistratura səviyyəsində qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən altı ay artıqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2010cu il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1-ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2010-cu il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 120-160 saat nəzərdə tutulur. Belə ki, bakalavr (magistratura) səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi təhsil müddətində hər bir tədris ili üzrə tələb olunan normativ müddətə riayət etməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2013-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat (magistratura) səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın 3-cü bölməsinə əsasən, ərizəçinin aldığı təhsilin müddəti Azərbaycan Respublikasında ona ekvivalent ixtisas üzrə təhsilin müddətinə uyğun gəlmir. Yekun olaraq qeyd etmək istəyirlər ki, cavabdeh inzibati orqan tərəfindən tanınma üzrə inzibati icraatın aparılması zamanı Azərbaycan Respublikası İnzibati İcraat haqqında Qanunun 14.1-ci bəndinə uyğun olaraq diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində və ona verilmiş səlahiyyətlər daxilində çərçivəsində həyata keçirdiyindən və Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 73.3.1-ci yarımbəndinə uyğun olaraq inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildiyi üçün Məhkəmə məcburetmə haqqında iddiaya dair iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz.

13. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia tələbi təmin edilmişdir.

14. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçı təhsil almasına dair təhsil aldığı ölkənin müvafiq qurumu tərəfindən apostil olunmuş təhsilə dair sənədi, diplomu və diploma əlavəni təqdim etmişdir. İddiaçı onunla birlikdə eyni Universitetdə təhsil almış Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X10 Xidmətinin digər əməkdaşlarının ali təhsilə aid ixtisasların kvalifikasiyasına dair cavabdeh orqanla mübahisələr üzrə qəbul edilmiş məhkəmə qərarlarını təqdim edərək, cavabdeh orqanın eyni imtina əsasları üzrə dəlillərinin məhkəmələr tərəfindən əsassız sayılması və iddiaların təmin edilməsinə istinad etmiş və mövcud məhkəmə təcrübəsinin nəzərə alınmasını xahiş etmişdir. Təqdim edilmiş məhkəmə qərarlarından görünür ki, həqiqətən analoji mübahisələr üzrə xeyrinə qərar qəbul edilmiş şəxslər iddiaçı ilə eyni hüquqi vəziyyətdədir, həmçinin cavabdeh orqan apellyasiya məhkəmələrinin qərarlarından kassasiya şikayəti verməmiş, yəni qəbul edilmiş qərarlarla razılaşaraq onları icra etmiş və aidiyyatı şəxslərə müvafiq şəhadətnamələri təqdim etmişdir. Bununla belə, həmin təcrübəni özünün fəaliyyəti üzrə praktikasına çevirməmiş və nəzərə almamışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

16. Apellyasiya şikayətinin məzmunu iddia tələbinə qarşı təqdim edilmiş etirazın məzmunu ilə eynilik təşkil edir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

17. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

19. Məhkəmə iclasının keçirilməsi yeri və vaxtı barədə cavabdehə məlumat verilsə də, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

20. Azərbaycan Respublikasının Konstitusiyası:

26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi. İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.

42. Təhsil hüququ. İ. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. III. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir.

21. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair” * saylı Protokol (## #### 1952-ci il)

2. Təhsil hüququ: Heç kəs təhsil hüququndan məhrum edilə bilməz. Dövlət təhsil və tədris sahəsində öz üzərinə götürdüyü funksiyaları yerinə yetirərkən, valideynlərin öz dini və fəlsəfi baxışlarına müvafiq olan təhsil və tədrisi təmin etmək hüququna hörmət edir.

22. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: 13.1. Azərbaycan Respublikasında əyani, qiyabi, distant (məsafədən) və sərbəst (eksternat) təhsilaima formaları müəyyən edilir. 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 29.0. Təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır: 29.0.21. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikasında xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə əlaqədar göstərilən xidmətlərə və həmin xidmətlərlə əlaqədar siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən digər xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödənilir.

23. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin # ######## 2009-cu il tarixli, *** nömrəli Fərmanı: 2.2. Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

24. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2023-cü il tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”: 3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması).

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2010-cu il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»: 5.5. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: 8.7.2. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur. 8.7.3. Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır. 8.7.4. Tədris ili iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə yay tətili müddətində 6 (altı) həftədən çox olmayaraq, yay semestri də təşkil oluna bilər. 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 8.7.6. Təlim müddətində tələbələrin ixtisas üzrə təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat səviyyəsində 8-18, magistratura səviyyəsində isə 8-10 həftədir.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2013-cu il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”: 3.2.2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. 3.2.3. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir.

27. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”: 1.2. Ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir.

6. Hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır. Məzunun keyfiyyət meyarı isə onun bilik və bacarıqlarının qiymətləndirilməsi ilə müəyyən edilə bilər. Bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya disertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər.

28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 14.3. inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

29. Məhkəmə kollegiyası işin hallarına dair tərəfin izahatını, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır.

30. İşin halları ilə müəyyən edilir ki, ##.##.2024-cü il tarixli 107834 ******* nömrəli Rusiya Federasiyasının Təhsil Diplomuna əsasən İddiaçı ## ####### 2019-cu ildə Rusiya Federasiyası qəhrəmanı R Y.N.Ziniçev adına Rusiya Federasiyası mülki müdafiə işləri, fövqəlada hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Nazirliyin SanktPeterburq X10 Xidməti Universitetinin Milli təhlükəsizliyin hüquqi təminatı (hüquqşünas) ixtisası üzrə qiyabi şöbəsinə qəbul olunmuş və ##.##.2024-cü ildə bitirmiş, bununla bağlı diplomunu və müvafiq sənədlərini cavabdeh inzibati orqana təqdim edərək, həmin diplom üzrə ali təhsilə dair kvalifikasiyanın akademik tanınması və müvafiq şəhadətnamənin verilməsini xahiş etmiş, lakin sonuncu məsələnin həllindən ##.##.2024cü il tarixli NA******** nömrəli qərarla imtina edərək, iddiaçının təhsil aldığı ölkədə olduğu müddət tədris yükünü yerinə yetirməsi üçün kifayət olmaması ilə əsaslandırmış, işə baxan birinci instansiya məhkəməsi cavabdehin imtinasını əsassız hesab edərək iddia tələbini təmin etmişdir.

31. Cavabdehin imtinası, hazırki halda isə apellyasiya şikayətinin dəlilləri iddiaçının təhsil aldığı ölkədə qısa müddət ərzində olduğundan həmin müddət ərzində tədris yükünü yerinə yetirməsinin qeyri-mümkünlüyü ilə əlaqədardır.

32. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təhsil müddəti 6 il olmaqla distant formada 2018-2024-cü illəri əhatə edir ki, həmin müddətdə, ondan əvvəl və sonra (ixtisası üzrə) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində xidmətdə olmuş və Rusiya Federasiyası qəhrəmanı R Y.N.Ziniçev adına Rusiya Federasiyası mülki müdafiə işləri, fövqəlada hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Nazirliyin Sankt- Peterburq X10 Xidməti Universitetində müvafiq çağırışlar əsasında Nazirlik tərəfindən təhsil məzuniyyətinin verilməsi haqqında əmrlərə uyğun olaraq dərslərdə iştirak etmişdir. İddiaçı təhsilini başa vurduqdan sonra Fövqəladə Hallar Nazirliyində xidmətini davam edir.

33. Məhkəmə kollegiyasının araşdırması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı həqiqətən də Rusiya Federasiyası qəhrəmanı R Y.N.Ziniçev adına Rusiya Federasiyası mülki müdafiə işləri, fövqəlada hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Nazirliyin Sankt-Peterburq X10 Xidməti Universitetində 2020/2021, 2021/2022, 2022/2023-cü tədris illərində dərs (məşğələ) cədvəllərindən və tələbinin şəxsiyyətinin məcburi identifikasiyasından və ya autentifikasiyasından, informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə cari attestasiyanın aparılması haqqında müddəaya (əsasnaməyə) uyğun olaraq onlayn formatda cari attestasiyadan keçmişdir.

34. Fövqəladə Hallar Nazirliyi X10 Xidmətinin ##.##.2022-ci il tarixli ****/e nömrəli əmrinə əsasən İddiaçı Rusiya Federasiyası qəhrəmanı R Y.N.Ziniçev adına Rusiya Federasiyası mülki müdafiə işləri, fövqəlada hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Nazirliyin SanktPeterburq X10 Xidməti Universitetinin qiyabi şöbəsinin 5-ci kurs imtahan sessiyasında distant formada iştirak etməsi üçün 2022-ci ilin noyabr ayının 01- dən dekabr ayının 10-dək 40 təqvim günü müddətinə ödənişli təhsil məzuniyyəti verilmişdir.

35. Rusiya Federasiyası qəhrəmanı R Y.N.Ziniçev adına Rusiya Federasiyası mülki müdafiə işləri, fövqəlada hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Nazirliyin Sankt-Peterburq X10 Xidməti Universitetinin xxxxnə ünvanladığı ##.##.2024-cü il tarixli **/*** nömrəli cavab məktubunda bildirilmişdir ki, "X5 Nazirliyinin X10 Xidmətinin Ali Təhsil Federal Dövlət Büdcə Təhsil Müəssisəsi «Sankt-Peterburq Universiteti" 2020/2021, 2021/2022, 2022/2023-cü tədris illərində distant təhsil texnologiyaları vasitəsilə qiyabi təhsil alan tələbələrin aralıq attestasiyasının keçirilməsi ilə bağlı aşağıdakılar bildirilir. ## #### 2020-ci il tarixli MR 3.1/#.#.****-** nömrəli Metodiki Tövsiyələrin 2.1.2-ci bəndinə uyğun olaraq Rusiya Federasiyasının Baş X2 tərəfindən təsdiq edilmiş yeni koronavirus infeksiyasının (COVID19) qarşısının alınması ilə bağlı tövsiyələr, ali təhsil müəssisələrində qiyabi və axşam qruplarında dərslər mümkün qədər distant formata keçirilməlidir. Eyni zamanda, bu tövsiyələr həm Universitetdə oxuduğu müddətdə qüvvədə idi, həm də hazırda qüvvədədir. Bundan əlavə, Sankt-Peterburqda Sankt-Peterburq Hökumətinin ## #### 2020-ci il tarixli *** nömrəli qərarı ilə Sankt- Peterburqda yeni koronavirus infeksiyasının (COVID-19) yayılmasına qarşı tədbirlər də qüvvədə olub və hal-hazırda hələ də qüvvədədir. Bu tədbirlərə uyğun olaraq, ali təhsilin təhsil proqramlarını həyata keçirən təşkilatlar təhsil fəaliyyətini həyata keçirərkən sanitariya- epidemioloji qaydalara, habelə İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidmətinin tələb və tövsiyələrinə əməl etməlidirlər. Eyni zamanda, Rusiya Təhsil və Elm Nazirliyi tərəfindən təsdiq edilmiş ali təhsilin federal dövlət təhsil standartları universitet tərəfindən həyata keçirilən ixtisaslar və təlim sahələri üzrə elektron təhsil və distant təhsil texnologiyalarından istifadə etməyə imkan verir. Belə ki, 2020/2021, 2021/2022, 2022/2023-cü tədris illərində distant təhsil texnologiyaları vasitəsilə qiyabi təhsil alan tələbələr üçün aralıq attestasiyaların keçirilməsi xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə təsdiq edilmiş tövsiyələrə uyğun olaraq universitet tərəfindən həyata keçirilib və Rusiya Federasiyasının qanunvericiliyinin tələblərinə zidd deyil.

36. Kollegiya qeyd edir ki, iddiaçı təhsil almasına dair təhsil aldığı ölkənin müvafiq qurumu tərəfindən apostil olunmuş təhsilə dair sənədi, diplomu və diploma əlavəni təqdim etmişdir.

37. İş materiallarında olan məhkəmə qərarlarından görünür ki, həqiqətən analoji mübahisələr üzrə xeyrinə qərar qəbul edilmiş şəxslər iddiaçı ilə eyni hüquqi vəziyyətdədir, həmçinin cavabdeh orqan apellyasiya məhkəmələrinin qərarlarından kassasiya şikayəti verməmiş, yəni qəbul edilmiş qərarlarla razılaşaraq onları icra etmiş və aidiyyatı şəxslərə müvafiq şəhadətnamələri təqdim etmişdir.

38. İş materiallarında olan sənədlərdən göründüyü kimi, cavabdeh Cavabdeh publik hüquqi şəxsi tərəfindən oxşar işlər – nə X7, nə də ki, X1 barəsində qəbul edilmiş məhkəmə aktlarından kassasiya şikayəti verilməmişdir.

39. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasnın ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarında aşağıdakılar göstərilmişdir: “ ... Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə iddia tələbi təmin edilmiş, Rusiya Federasiyasının Qəhrəmanı, R Y.N.Ziniçev adına Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə SanktPeterburq X10 Xidmətinin Universiteti tərəfindən iddiaçı X7 adına verilmiş ##.##.2024-cü il tarixli *** saylı diplom üzrə ixtisasının akademik tanınması öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, araşdırma zamanı ərizəçinin sərhədkeçmə məlumatlarının yoxlanılması zamanı onun xarici ali təhsil aldığı ölkədə olma müddəti illər üzrə aşağıdaki kimi müəyyən edilmişdir: 18 - 19 - 28 gün, 19 - 20 -1 yarımil: getməyib + II yarımil: pandemiya dövrü, 20 - 21 - getməyib (Pandemiya dövrü), 21 - 22 - getməyib (Pandemiya dövrü), 22 - 23 - getməyib, 23 - 24 -1 ay 25 gün. İddiaçı mütəxəssis diplomu üzrə təhsil alıb və iddiaçının təhsilalma formasının qiyabi formada olması müəyyən edilir. ... Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan Rusiya Federasiyasının Qəhrəmanı, R Y.N.Ziniçev adına Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Sankt-Peterburq X10 Xidmətinin Universitetinin ##.##.2024-cü il tarixli *** nömrəli mütəxəssis diplomundan görünür ki, hazırki diplom X7 40.05.01 Milli təhlükəsizliyin hüquqi təminatı ixtisası üzrə mütəxəssis proqramını mənimsədiyini və yekun dövlət atestasiyasını uğurla keçdiyini göstərir. Dövlət imtahan komissiyasınn qərarına əsasən 40.05.01 Milli təhlükəsizliyin hüquqi təminatı Hüqüqsünaş ixtisas dərəcəsinə yiyələnmişdir(##.##.2024-cü il tarixli ** saylı protokol). İddiaçı 2018/2019-cü tədris ili üzrə - 28 gün, 2023/2024-cü tədris ili üzrə -1 ay 25 gün müddətində təhsil aldığı xarici ölkə ərazisində olmuş, 2019/2020-ci, 2020/2021-ci, 2021/2022-ci və 2022/2023-cü tədris illəri üzrə - Pandemiya dövrü ilə əlaqədar olaraq getməmişdir. İş materiallarında olan sənədlərdən və cavabdehin nümayəndələri tərəfindən məhkəmə iclaslarında bildirdiklərindən görünür ki, cavabdeh tərəfindən yalnız 2022/2023cü tədris ili üzrə müddət mübahisələndirilir və bildirilir ki, iddiaçının həmin dövrdə universitetə gedib təhsil alması mümkün idi. ... İş materiallarında olan Rusiya Federasiyasının Qəhrəmanı, R Y.N.Ziniçev adına Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Sankt-Peterburq X10 Xidmətinin Universitetinin ##.##.2024-cü il tarixli, **/*** nömrəli məktubundan görünür ki, ... 2020/2021, 2021/2022, 2022/2023 cü illərdə distant təhsil texnologiyaları vasitəsilə qiyabi təhsil alan tələbələr üçün aralıq attestasiyaların keçirilməsi xəstəliklərin qarşısının alınması məqsədilə təsdiq edilmiş tövsiyələrə uyğun olaraq universitet tərəfindən distant formada həyata keçirilib və Rusiya Federasiyasının qanunvericiliyinin tələbərinə zidd deyil. ... İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X10 Xidmətinin ##.##.2022-ci il tarixli, ****/e saylı əmrindən görünür ki, daxılı xidmət Rı X7 Rusiya Federasiyası Mülkı Müdafiə, Fövqəladə Hallar və X11 Qaldırılması üzrə Nazirliyinin Sankt-X8rşı Universitetinin 5-ci kurs imtahan sessiyasında dıstant formada iştirak etməsi uçun 2022-ci ilin noyabr ayının 1 dən dekabr ayının 10-dək 40 təqvim gunü müddətinə ödənişli təhsil məzuniyyəti verilmişdir. Beləliklə, iddiaçı tərəfindən qismən distant təhsil alınması onun iradəsindən kənar xüsusi fövqəladə şəraitin diqtəsi ilə bağlı olmuşdur. Belə olan halda, sözügedən şəraitin tələblərinin nəzərə alınmaması iddiaçını qeyri-mütənasib və həddindən artıq yükə məruz qoymuş olar, eləcə də fərdin hüquqları ilə cəmiyyətin maraqları arasındakı ədalətli balansın pozulmasına gətirib çıxarar. Bundan başqa, qeyd edilən xüsusi vəziyyətin nəzərə alınmaması iddiaçıya münasibətdə bərabərlik hüququnun pozuntusuna da səbəb ola bilər. Belə ki, yaranmış xüsusi şəraitin diqtəsi altında ölkəmizdə məsafədən alınmış təhsil digər şəxslərə münasibətdə tanındığı halda, iddiaçıya münasibətdə əksi vəziyyəti yaratmış olar. Göründüyü kimi, iddiaçı təhsil aldığı dövr ərzində təhsil aldığı xarici ölkəyə gedibgəlmiş, cavabdehib mübahisələndirdiyi 2022/2023 tədris ili üzrə isə COVİD-19 pandemiyası səbəbindən universitet onun oxuduğu şöbə üzrə əyani dərs keçirmədiyindən getməmişdir. Həmin dövr ərzində isə distant formada təhsilini davam etdirmiş və yekunda təhsil aldığı müəssisə tərəfindən tədris yükünün tam mənimsənilməsinə görə ona müvafiq diplom verilmişdir”.

40. Həmçinin, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarında aşağıdakılar göstərilmişdir: “ ... Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə iddianın təmin edilməsi, X1 X4 Yanğından Mühafizə Xidməti Universiteti tərəfindən ona verilmiş *** qeydiyyat nömrəli ##.##.2024-cü il tarixli, 107834 0267204 seriyalı bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinə həvalə edilməsi qərara alınmışdır. ... Hazırkı mübahisə mahiyyət etibarı ilə diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi ilə bağlıdır. Başqa sözlə, iddiaçının hüquqi marağı Rusiya Federasiyasının Qəhrəmanı R Y.N.Ziniçev adına Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə X10 Xidmətinin Sankt-Peterburq Universiteti tərəfindən ##.##.2024-cü il tarixdə verilmiş bakalavr diplomunun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarət olmuşdur. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı qiyabi təhsilalma formasında milli təhlükəsizliyin hüquqi təminatı (hüquqşünas) ixtisası üzrə aldığı təhsilə görə X10 Xidmətinin Sankt-Peterburq Universiteti tərəfindən ona verilmiş diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsini tələb etsə də, cavabdeh iddiaçının təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olmamasını əsas gətirərək iddiaçının tələbinin icrasında imtina etmişdir. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı X10 Xidmətinin Sankt-Peterburq Universitetində “milli təhlükəsizliyin hüquqi təminatı (hüquqşünas)” üzrə tam bakalavriat kursunu bitirmişdir. X10 Xidmətinin Sankt-Peterburq Universiteti tərəfindən iddiaçıya verilmiş diplom ##.##.1961-ci il tarixli Haaqa Konvensiyasına uyğun olaraq Rusiya Federasiyası SanktPeterburq şəhərinin İnzibatlığı Leninqrad vilayəti üzrə Ümumi və İxtisas Təhsil Komitəsi tərəfindən ##.##.2024-cü il tarixdə 748438 nömrəsi ilə apostil edilmişdir. İş materiallarında olan Diplomloma əlavənin “Əlavə məlumatlar” bölməsində “təhsilin forması: qiyabi” qeyd edilmişdir. ... Cavabdeh orqan təqdim etdiyi etiraz ərizəsində və apellyasiya şikayətində iddiaçının təhsil aldığı ölkədə qısa müddətdə olmasını, eyni zamanda 2022-2023-cü il tədris dövründə dərslərin artıq ənənəvi qaydada keçirildiyini qeyd etsə də, məhkəmə araşdırmaları zamanı bu hal təsdiqini tapmamışdır. Belə ki, iş materiallarında olan X10 Xidmətinin Sankt-Peterburq Universiteti tərəfindən cavabdeh inzibati orqana ünvanlanmış ##.##.2024-cü il tarixli məktubun məzmunu ilə müəyyən olunur ki, Rusiya Federasiyasının Baş X2 tərəfindən təsdiq edilmiş yeni koronavirus infeksiyasının (COVID- 19) qarşısının alınması ilə bağlı tövsiyələrə əsasən, ali təhsil müəssisələrində qiyabi və axşam qruplarında dərslər mümkün qədər distant formata keçirilməlidir. Yeni koronavirus infeksiyasının (COVID-19) yayılmasına qarşı tədbirlər çərçivəsində xəstəlik ocaqlarının yayılmaması və sanitariya-epidemioloji qaydalara riayət edilməsi məqsədi ilə 2020-2021, 2021-2022 və 2022-2023-cü tədris illərində qiyabi təhsil alan tələbələr üçün aralıq attestasiyaların tədris texnologiyaları vasitəsi ilə aparılması həyata keçilmişdir. Qeyd olunan məktubla cavabdehin 2022-2023-cü il tədris dövründə dərslərin ənənəvi qaydada keçirilməsi ilə bağlı arqumentlərinin əsaslı olmadığı görünür. İddiaçının aldığı bakalavr təhsilinin qiyabi formada olması işin mübahisələndirilməyən halıdır. Lakin mübahisələndirilən tədris dövründə təhsilin distant formada aparılması COVID-19 pandemiyasının qarşısının alınması məqsədi ilə iddiaçının təhsil aldığı ölkənin müvafiq dövlət qurumları və təhsil alıdığı müəssisənin tətbiq etdiyi bir prosedur olmuş, iddiaçının iradəsindən asılı olmamışdır. Beləliklə müəyyən olunur ki, iddiaçı 2018-2019-cu tədris ili üzrə 28 gün və 2023-2024-cü tədris ili üzrə 1 ay 12 gün təhsil aldığı ölkədə olmuş, 2020-2021, 2021-2022 və 2022-2023-cü illər üzrə tədris dövrü isə COVID-19 pandemiyasının dövrünə təsadüf etdiyinə görə təhsil distant formada həyata keçirilmişdir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı həm təhsil dövründə, həmçinin təhsilini başa vurduqdan sonra Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X10 Xidmətində çalışır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təhsil aldığı ölkədə olma pandemiya dövrü istisna olmaqla yuxarıda qeyd olunan digər dövrlərdə təhsil aldığı dövlətdə olmuşdur ki, bu da istehsalatdan ayrılmadan ali təhsil alan iddiaçının ixtisasının mənimsənilməsi istiqamətində tədris prosesinə olan həssas yanaşmasının və məsuliyyətinin göstəricisi kimi qiymətləndirilməyə bilməz. Həm də bu, məhkəmə praktikasında qiyabi təhsil almada təhsilin müddətinə və məzmununa uyğun olması və yolverilənliyi kimi qəbul edilmişdir”.

41. Göründüyü kimi, eyni yerdə işləyən və eyni universitetdə eyni dövrdə oxuyan tələbləri təmin edilmiş digər iki şəxsə münasibətdə cavabdeh inzibati orqan tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarından kassasiya şikayəti verilməmiş, inzibati orqan faktiki olaraq qərarlarda ifadə edilən yanaşma ilə razılaşmışdır. Bununla da məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir.

42. Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır.

43. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir.

44. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.

45. “İnzibati icraat haqqında” Qanunun tələblərinə görə, inzibati orqanlar qanuna riayət etməyə borcludurlar. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Obyektiv araşdırma prinsipini təsbit edən normaya əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsində və bir sıra normativ hüquqi aktlarda nəzərdə tutulmuş “ali hüquq təhsilli” müddəasının şərh edilməsinə dair» ## #### 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunvericilikdə hər hansı hüquqi məsələ, xüsusilə də Konstitusiyada təsbit olunmuş hüquqların həyata keçirilməsi məsələsi elə tənzimlənməlidir ki, konstitusiya əhəmiyyətli dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. Qeyd olunmalıdır ki, dövlət hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində təhsil sahəsinin dövlət tənzimlənməsinin həyata keçirilməsində sərbəstdir. Lakin belə tənzimləmə o halda və tərzdə mümkündür ki, müvafiq ali təhsil istiqamətlərinin müəyyən edilməsi obyektiv hallara əsaslansın, özünü doğrultsun, konstitusiya əhəmiyyətli məqsədlərə xidmət etsin və bu məqsədlərə nail olmaq ücün istifadə olunan hüquqi vasitələrə mütənasib olsun.

47. Belə olan halda cavabdeh inzibati orqanın imtinasının əsaslandırdığı hal subyektin konstitusion hüququ olan təhsil hüququnun pozulmasına və qeyri-adekvat məhdudiyyət tətbiq edilməsinə gətirib çıxarır.

48. Belə ki, inzibati orqanın imtinası şəxsin pozulan hüququna mütənasib olmalı və hakimiyyət səlahiyyətini həyata keçirən subyekt bununla bağlı hüququndan sui-istifadə etməməlidir.

49. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

50. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

51. “Təhsil sahəsində ayrı-seçkiliklə mübarizə haqqında” # ###### 1960-cı il tarixli BMT Baş Assambleyası tərəfində qəbul edilən (# ###### 2006-cı il tarixli qanunla Azərbaycan Respublikası MM tərəfindən təsdiq edilmişdir) Konvensiyanın 1-ci madəsində qeyd olunur ki, bu Konvensiyada “ayrı-seçkilik” ifadəsi məqsədi və ya nəticəsi təhsil sahəsində rəftara münasibətdə bərabərliyi ləğv etmək, yaxud pozmaq olan irq, dərinin rəngi, cins, dil, din, siyasi, yaxud digər əqidə, milli, yaxud sosial mənşə, iqtisadi vəziyyət, yaxud doğum əlamətinə görə hər hansı fərqləndirməni, istisnanı, məhdudiyyəti, yaxud üstün tutmanı, o cümlədən: a) hər hansı bir şəxsin və ya şəxslər qrupunun təhsilin hər hansı bir dərəcəsindən, yaxud tipindən məhrum edilməsini; b) hər hansı bir şəxs və ya şəxslər qrupu üçün təhsili onun aşağı səviyyəsi ilə məhdudlaşdırmağı; c) bu Konvensiyanın 2-ci maddəsinin müddəalarında nəzərdə tutulan hallardan başqa, hər hansı şəxslər, yaxud şəxslər qrupu üçün ayrı təhsil sisteminin və ya tədris müəssisələrinin yaradılması, yaxud saxlanmasını; yaxud d) hər hansı şəxsin, yaxud şəxslər qrupunun insan ləyaqəti ilə bir araya sığmayan vəziyyətə salınmasını əhatə edir.

52. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar