Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2-1(3-7)-155/2026 17.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Mülki Əhaliyə Dəymiş Ziyanın Qiymətləndirilməsi və Aradan Qaldırılması üzrə Dövlət Komissiyasına qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, “dəymiş ziyana görə yardımın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı ona məxsus fərdi yaşayış evinin dağıdılaraq qəzalı vəziyyətə salınması, bununla da məişət və şəxsi əşyalarının məhv olmasına istinad edərək, məişət əşyalarına dəymiş ziyanla bağlı 6.000 (altı min) manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə ödənilməli olan 1.500 (bir min beş yüz) manat olmaqla, cəmi 10.500 (on min beş yüz) manatın ödənilməsini Cavabdeh tələb etsə də, müraciəti cavablandırılmamışdır.
İşdə olan sənədlər:
2. 2020-ci il ########ın ##-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində İddiaçı məxsus Tərtər şəhəri, Babək küçəsində yerləşən fərdi yaşayış evinə zərər dəymişdir.
3. ##.##.2020-ci il tarixli İkinci Qarabağ Müharibəsi zamanı erməni silahlı qüvvələti tərəfindən ziyan vurulmuş fərdi yaşayış evi, çoxmənzilli binada mənzil, qeyri-yaşayış sahəsi üzrə texniki baxış aktından görünür ki, İddiaçı məxsus Tərtər şəhəri, Babək küçəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və nəticədə müəyyən edilmişdir ki, 96 kv.m dam örtüyü tamamilə yararsızdır. 1 ədəd 0,8 m x 1,90 ölçüdə dəmir torlu qapı, 0,8 x 2,0 ölçüdə 2 ədəd dəmir giriş qapısı, 24 kv.m karton tavan, 1,3 kv.m pəncərə şüşəsi tamamilə yararsız vəziyyətdədir. Hasarın 22 kv.m mişardaşından olan hissəsi bərpa olunmalıdır. Evin ön fasad divarının 30 kv.m hissəsi bərpa olunmalıdır.
4. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2022-ci il tarixli, **/**** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, hazırda iddiaçı İddiaçı məxsus yaşayış evinin (mərmi partlaması nəticəsində) divarları üzərində müxtəlif ölçülərdə çatların yaranmasının, yaşayış evinin damının yararsız vəziyyətə düşməsinin faktiki olaraq yaşayış üçün yararsız vəziyyətdə olduğunu nəzərə alaraq, həmin evin bərpa olunması üçün sökülərək yenidən inşa edilməsinin zəruri olduğu müəyyən edilmişdir.
5. Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyi Nəzarət Dövlət Agentliyinin ##.##.2023-cü il tarixli, 3-18-2/2-2709/2023 məktubunda qeyd edilmişdir ki, Gəncə İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli *-*(***)-**/**** nömrəli qərarına əsasən İddiaçı məxsus Tərtər şəhəri, Babək küçəsində yerləşən evin qəzalı vəziyyətdə olması barədə aktın tərtib edilməsi öhdəliyinin Cavabdeh həvalə edilməsi qərara alınmışdır. Həmin qərar qanuni qüvvəyə mindikdən sonra icra edilərək, tərtib edilmiş ilkin akt Tərtər rayonu üzrə işçi qrup tərəfindən dəyişdirilərək yeni redaksiyada X1 Məlumat Bazasına yerləşdirilmişdir.
6. Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət X5 Dövlət Ekspertiza Baş İdarəsinin ##.##.2024-cü il tarixli, ***** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində dağılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektləri. Tərtər şəhəri, Babək küçəsində İddiaçı məxsus 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinin resurs metodu ilə tərtib olunmuş idxal smetalar üzrə cəmi – 73,344 min manat, o cümlədən TQİ – 71.683 min manat dəyərində olan tikinti layihəsi razılaşdırılır.
7. ##.##.2024-cü il tarixli ************* nömrəli ərizədən və ##.##.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı razılığı ilə Tərtər şəhəri, Babək küçəsində yerləşən fərdi yaşayış evinə dəymiş zərərə görə ona 65.000 (altmış beş min) manat kompensasiya ödənilmişdir.
8. Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin İddiaçı ünvanladığı ##.##.2025-ci il tarixli, *-**-*/*-M-**-***/SO/**** nömrəli məktubunda qeyd edilmişdir ki, yaradılmış işçi qruplar tərəfindən dəymiş ziyanın qiymətləndirilməsi məqsədi ilə ünvan 1 ünvanında yerləşən evinə baxış keçirilmiş və texniki vəziyyətinə dair müvafiq akt tərtib edilmişdir. Tərtib edilmiş baxış aktına əsasən ev bərpa kateqoriyasına aid edilmişdir. Lakin məhkəməyə müraciəti əsasında Gəncə İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-**/**** saylı qərarına əsasən evi qəzalı kateqoriyasına aid edilmişdir. Eyni zamanda, zərərçəkmiş mülki əhalinin zəruri sosial ehtiyaclarının təmin edilməsi, onların məişət və şəxsi əşyalarına dəymiş ziyanın aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilmişdir. Məişət və şəxsi əşyalara dəymiş ziyanla bağlı maddi yardımın ödənilməsi X3 səlahiyyətləri xaricindədir.
9. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ##.##.2025-ci il tarixli, *-**/*-****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, sözügedən fərdi yaşayış evində Dövlət Komissiyası tərəfindən ilkin və təkrar baxış keçirilərək texniki baxış aktı tərtib edilmiş və ev sökülərək yenidən tikilməsi nəzərdə tutulan evlər kateqoriyasına aid edilmişdir. Texniki baxış aktlarına əsasən Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” DBLİ tərəfindən layihə-smeta sənədləri hazırlanmışdır. Dövlət Komissiyasının ##.##.2021-ci il tarixli * nömrəli protokoluna əsasən vətəndaşın müraciəti ilə bağlı tikintisi nəzərdə tutulan fərdi yaşayış evinin və yardımçı tikililərin təsbit olunmuş cəmi smeta dəyərində kompensasiya məbləği ##.##.2024-cü il tarixli notarial ərizə əsasında ##.##.2024-cü il tarixdə İddiaçı ödənilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
10. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona ödənilməli olan məişət əşyalarına dəymiş ziyanla bağlı 6.000 (altı min) manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə ödənilməli olan 1.500 (bir min beş yüz) manat olmaqla cəmi 10.500 (on min beş yüz) manatın cavabdehlərdən alınıb ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə İnzibatı Məhkəməsinin ##.##.2022-ci il tarixli *-*(***)-**/**** saylı qərarına və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2022-ci il tarixli **/**** saylı ekspert rəyinə əsasən onun Tərtər şəhəri, Babək küçəsində yerləşən həyət evinin erməni silahlı birləşmələri tərəfindən atılan mərmilərin partlaması nəticəsində qəzalı vəziyyətdə olması təsdiq edilmişdir. Gəncə İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli *-*(***)-**/**** saylı qərarı icra edilməsi üçün iş üzrə cavabdeh tərəflərə göndərildikdən sonra onun Tərtər şəhəri Babək küçəsində yerləşən həyət evinin qəzalı olması ilə bağlı Gəncə İnzibatı Məhkəməsinin qərarına uyğun olaraq cavabdeh tərəfindən akt tərtib edilərək ona həmin evi yenidən inşa etdirmək üçün 65.000 (altmış beş min) manat məbləğində pul ayrılmışdır. O, həmin pul məbləğini aldıqdan sonra düşmən tərəfindən atılmış mərmilərin partlaması nəticəsində dağıdılmış həmin evi yenidən inşa etdirmişdir, hal-hazırda həmin yeni inşa edilmiş yaşayış evində son tamamlama işləri aparılır. Məlum olduğu kimi, 2020-ci il ########ın ##-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ## ###### 2020ci il tarixli sərəncamından irəli gələn həmin qərarın 1.1 bəndində göstərilmişdir ki, dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6.000 (altı min) manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1.500 (bir min beş yüz) manat məbləğində pul ödənilməlidir. ##.##.2020-ci il tarixdə müvafiq komissiya dağıdılmış Tərtər şəhəri, Babək küçəsində yerləşən həyət evinə baxış keçirərkən rəsmi qeydə alınmışdır ki, o, həmin dağıdılmış evdə üç nəfərlik ailə üzvləri ilə birlikdə yaşamışdır.
12. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
13. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia təmin edilmişdir.
14. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, məhkəmənin qərarına əsasən İddiaçı məxsus fərdi yaşayış evi “Qəzalı vəziyyətə salınmış evlər” kateqoriyasına keçirilsə də, Azərbaycan Respublikası Prezidentinin “2020-ci il ########ın ##-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında” ## ###### 2020-ci il tarixli **** nömrəli Sərəncamında nəzərdə tutulmuş məişət əşyaları və şəxsi əşyalara dəymiş ziyanla bağlı maddi yardım iddiaçıya ödənilməmişdir.
Apellyasiya instansiya məhkəməsində icraat: a) apellyasiya şikayətinin dəlilləri:
15. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
16. Apellyasiya şikayətinin məzmununda qeyd edilmişdir ki, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın qiymətləndirilməsi ilə əlaqədar komissiya üzvləri tərəfindən tərtib edilmiş texniki baxış aktında fərdi yaşayış evində olan məişət əşyalarına və şəxsi əşyalarına ziyan vurulması ilə əlaqədar xüsusatlar öz əksini tapmamışdır. Nəzərə alınmalıdır ki, texniki baxış aktı Ermənistan Respublikası silahlı qüvvələrinin raket hücumu nəticəsində əmlaklara, o cümlədən fərdi yaşayış evlərinə dəymiş ziyanın əhatə dairəsini (həcmini) müəyyən edən təsdiqedici xarakterə malik sənəddir. Gəncə İnzibati Məhkəməsi isə fərdi yaşayış evində olan məişət əşyalarına və şəxsi əşyalarına ziyan vurulması ilə əlaqədar faktların həmin sənəddə mövcud olmamasına baxmayaraq iddiaçıya 10.500 manat məbləğində vəsait ödənilməsini qət etmiş və hər hansı bir mötəbər sübuta istinad etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri:
17. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.
c) Tərəflərin izahatları:
18. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
19. Cavabdeh və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsalar da, nümayəndələrinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən inzibati işə cavabdehin və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
20. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, müvafiq sənədləri nəzərdən keçirərək hesab edir ki, iş üzrə apellyasiya şikayətinin mümkün sayılmasına dair ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardad ləğv edilməli, apellyasiya şikayəti mümkün sayılmamalı və qəbulundan imtina edilməlidir.
22. Apellyasiyanın mümkünlüyü əsasları dedikdə, şikayətin İPM-nin 81-ci maddəsində nəzərdə tutulan şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, şikayətin mümkünlüyündən bəhs edən 83-cü maddəsində müəyyən edilmiş halların mövcudluğu, 85-ci maddədə təsbit olunmuş tələblərə riayət olunmaqla verilməsi və digər şərtlərə əməl olunması başa düşülür. Apellyasiyanın mümkünlüyü məsələsinin həlli, apellyasiya şikayətinin qeyd olunan normalar üzrə yoxlanılmasını ehtiva edir.
23. İş materialları ilə müəyyən edilir ki, 2020-ci il ########ın ##-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü, o cümlədən Tərtər şəhərini artilleriya və s. vasitəsi ilə atəşə tutması nəticəsində iddiaçıya məxsus Tərtər şəhəri, Babək küçəsində yerləşən fərdi yaşayış evinə zərər dəymiş, qüvvəsini almış məhkəmə qərarı ilə sözügedən fərdi yaşayış evinin “Dağıdılmış və ya qəzalı vəziyyətə salınmış” evlər kateqoriyasına aid olması öz təsdiqini tapmış, qərarın icrası nəticəsində evin kateqoriyası dəyişdirilmişdir. Buna baxmayaraq, həmin kateqoriyaya aid edilmiş evlərdə yaşayan ailələrə ödənilən maddi yardım iddiaçı və ailəsinə ödənilməmiş, iddiaçı ona məxsus fərdi yaşayış evinin dağıdılaraq qəzalı vəziyyətə salınmasına və bununla da məişət və şəxsi əşyalarının məhv olmasına istinad edərək, məişət əşyalarına dəymiş ziyanla bağlı 6.000 (altı min) manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə ödənilməli olan 1.500 (bir min beş yüz) manat olmaqla cəmi 10.500 (on min beş yüz) manatın ödənilməsini cavabdehdən tələb etsə də, müraciəti cavablandırılmamış, birinci instansiya məhkəməsi tərəfindən tələb əsaslı hesab edilərək təmin edilmişdir.
24. Cavabdeh qərardan apellyasiya şikayəti verməmiş, Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
25. Qeyd etmək lazımdır ki, İPM-in 27.2-ci maddəsinə əsasən, tərəflər və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar.
26. Həmin Məcəllənin 29.1-ci maddəsində təsbit edilmiş qaydaya görə üçüncü şəxslər müstəqil şəkildə öz maraqlarını qorumaq məqsədilə hüquqi müdafiə vasitələrindən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. Müstəqil şəkildə dedikdə, digər proses iştirakçılarının iradəsindən asılı olmadan öz adından sərbəst prosessual hərəkətlər etmək imkanına malik olmaq nəzərdə tutulur. Hüquqi müdafiə vasitələrindən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malik olmaq dedikdə, məhkəmə aktlarından şikayət verə bilmək və qanunvericilikdə nəzərdə tutulmuş prosessual hərəkətləri (məsələn, vəsatətlər vermək və s.) etmək imkanına sahib olmaq başa düşülür. Öz maraqlarını qorumaq məqsədilə dedikdə isə nəzərdə tutulan ondan ibarətdir ki, hüquqi müdafiə vasitələrindən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququ yalnız üçüncü şəxslərin maraqlarının müdafiəsi məqsədilə yolveriləndir. Müvafiq olaraq belə bir maraq müəyyən edilmirsə, hüquqi müdafiə vasitələrindən istifadəyə və prosessual hərəkətləri həyata keçirməyə dair hüquqi maraq da yaranmamış olur. 81.2. maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
27. İPM-in 27.2, 29.1 və 81.2-ci maddələrində nəzərdə tutulmuş “öz maraqlarını qorumaq məqsədilə” və “yalnız onların tələblərinin təmin olunmadığı hallarda” ifadələri onu nəzərdə tutur ki, məhkəmə icraatının iştirakçısı olan tərəflər və ya üçüncü şəxslər apellyasiya şikayəti vermək hüququna o halda malik ola bilər ki, onların icraat gedişində mübahisənin predmeti ilə bağlı tələblər irəli sürmək imkanına malik olduqları qanunvericiliklə təsbit edilmiş olsun, eləcə də qəbul edilmiş məhkəmə aktları onların maraqlarına toxunan məsələni həll etsin.
28. Göründüyü kimi, inzibati məhkəmə icraatı zamanı apellyasiya şikayəti vermək hüququnun yalnız icraatın iştirakçılarına məxsus olduğu imperativ qaydada müəyyən edilmişdir. Qanunverici həmin normada göstərir ki, istənilən şəxs deyil, yalnız icraata cəlb olunmuş şəxslər şikayət vermək hüququna malikdirlər.
29. Hazırki iş üzrə Maliyyə Nazirliyi ümumiyyətlə inzibati məhkəmə icraatına cəlb edilməmiş, üçüncü şəxs kimi cəlb olunmasına dair ərizə (vəsatət) təqdim etmişdir.
30. Məhkəmə kollegiyasının müvafiq sorğusuna əsasən Maliyyə Nazirliyinin ## ### 2026-cı il tarixli, *-**/*-****/**** saylı məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ***s nömrəli Sərəncamının * nömrəli əlavəsinin 2.1-ci bəndinə əsasən “2020-ci il ########ın ##-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il # ###### tarixli **** nömrəli Sərəncamı ilə yaradılmış Cavabdeh işinin təşkil edilməsi məqsədilə Tərtər rayonu üzrə yaradılmış İşçi qrupuna rəhbərlik Fövqəladə Hallar Nazirliyinə həvalə edilmişdir. Eyni zamanda, Cavabdeh fəaliyyəti ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2020-ci il # ###### tarixli **** nömrəli Sərəncamı ilə müəyyən edilmiş tapşırıqlar Komissiya tərəfindən müvafiq qaydada icra edilmiş, qeyd olunan Sərəncama hər hansı dəyişiklik edilməmiş və Maliyyə Nazirliyinə əlavə tapşırıq nəzərdə tutulmamışdır.
31. Göründüyü kimi Cavabdeh fəaliyyəti ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2020-ci il # ###### tarixli **** nömrəli Sərəncamı ilə müəyyən edilmiş tapşırıqlar Komissiya tərəfindən müvafiq qaydada icra edilmiş, qeyd olunan Sərəncama hər hansı dəyişiklik edilməmiş və Maliyyə Nazirliyinə əlavə tapşırıq nəzərdə tutulmamışdır.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” ## ###### 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir.
33. Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar ## ###### 2007-ci il tarixli Qərarı).
34. İnzibati prosessual qanunvericiliyin əsas prinsiplərindən biri, inzibati prosesdə iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından müdafiəsini təmin etməkdir. İnzibati prosesin gedişatında hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ vardır.
35. İnzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yarandığından və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı olduğundan, bu münasibətlərdən yaranan mübahisələrdə iştirakçıların dairəsi mülki münasibətlərdən fərqli olaraq daha məhdud olur. Bu baxımdan qanunverici inzibati məhkəmə icraatı zamanı işdə iştirak etməyə cəlb olunmayan, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxslərin prosessual statusunu müəyyən etməmişdir.
36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərar Maliyyə Nazirliyinin qanunla qorunan maraqlarına toxunmadığından onun həmin qərardan şikayət vermək hüququ yoxdur. Belə ki, şikayət vermək hüququnun yaranması üçün məhkəmə qərarının həmin şəxsin hüquqlarına və qanuni maraqlarına mənfi təsir göstərməsi tələb olunur. Bu təsir birbaşa və şəxsi olmalıdır. Yəni, şəxs məhkəmə qərarının nəticəsində konkret bir ziyana və ya məhrumiyyətə məruz qalmalıdır.
37. Bundan başqa Maliyyə Nazirliyi apellyasiya şikayəti təqdim etmədən öncə iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə bağlı müraciət etməli, yalnız cəlb edildikdən sonra apellyasiya şikayəti verməlidir. Belə ki, İPM-in 81.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
40. Beləliklə, hazırki iş üzrə Maliyyə Nazirliyi proses iştirakçısı qismində cəlb edilmədiyindən, həmçinin buna dair müraciəti olmadığından apellyasiya şikayəti vermək hüququna malik deyildir. Bu hal isə, yəni apellyasiya şikayəti vermək hüququna malik olmayan şəxs tərəfindən şikayətin verilməsi şikayətin mümkün sayılmaması və şikayətin qəbul edilməsindən imtina olunması üçün əsasdır. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, apellyasiya şikayəti İPM-in 81.2-ci maddəsində müəyyən olunmuş tələb pozulmaqla verilmişdir.
41. İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
42. MPM-in 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər.
43. Odur ki, Maliyyə Nazirliyinin mübahisələndirilən məhkəmə qərarından apellyasiya şikayəti vermək hüququ olmadığından, məhkəmə kollegiyasının apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı qərardadı ləğv olunmalı, apellyasiya şikayəti mümkün sayılmamalı və qəbulundan imtina edilməlidir (İPM-in 81.2 və 87.3-cü maddələri).
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 87.3-cü maddəsini rəhbər tutaraq, qərara aldı:
Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2026-cı il tarixli, *- *(*-*)-***/**** nömrəli qərardadı ləğv edilsin. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və şikayətin qəbul olunmasından imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardad ondan şikayət verilmədiyi halda təqdim olunduğu gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov